Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-63/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu "Əli” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun sosial şəbəkə vasitəsilə nömrəsini göndərdiyi elektron kart hesabına 75 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerə qoyulmuş 0,672 qram çəkidə psixotrop maddə metamfetamin və 0,101 qram çəkidə narkotik vasitə heroini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, satış məqsədi ilə əldə etdiyi həmin psixotrop maddə metamfetaminın 0,195 qram hissəsini 25 iyul 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində 20 manat müqabilində Şahid1 satmış, bundan sonra cinayətkar niyyətini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə satış məqsədi ilə əldə etdiyi həmin psixotrop maddə metamfetaminin 0,216 qram hissəsini isə 26 iyul 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanının yaxınlığında 20 manat müqabilində Şahid2 satmış, 26 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Şahid1 ünvan 4 ünvanının qarşısında Nizami Rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindənkeçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən onun satdığı 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,195 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 iyul 2023-cü il tarixdə, saat 15 radələrində o, Şahid2la birlikdə ünvan 8 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 9 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilmiş, orada Şahid2 üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən onun satdığı 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,216 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş,onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan boz rəngli cins şalvarının sol yan cibindən kimyəvi komponent tərkiblərinə görə Şahid1 və Şahid2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 1 ədəd sarı rəngli şəffaf sellofan bükümdə təmiz çəkisi 0,261 qram ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin və 1 ədəd sarı rəngli şəffaf sellofan bükümdə təmiz çəkisi 0,101 qram qəhvəyi rəngli narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü narkotik vasitələrin istifadəçisidir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Həmçinin bildirdi ki, elektron tərəzi ona məxsus olmamışdır. O, narkotik vasitəni “whatsapp” proqramı vasitəsilə tanımadığı şəxsdən kartına pul ataraq əldə edirmiş. Sonuncu dəfə isə narkotik vasitəni körpünün altına qoymuş, o isə götürmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitələrin müxtəlif olmasının səbəbi narkotik vasitə iştifadəçisi olması, həm metamfetamin, həm də heroin əldə edərək üzərində saxlamışdır. Şahid2 və Şahid1la birlikdə pulu bir yerə qoyaraq narkotik vasitələri şəxsən tanımadıqları İran İslam Respublikasının vətəndaşından almış, pulu karta köçürdükdən sonra, qeyd olunan yerdən əldə edirmişlər. İş materiallarında olan müxtəlif şəxslərlə apardığı yazışmalarla bağlı isə bildirmişdir ki, o narkotik vasitənin satışı ilə məşğul olmamış, sadəcə pulu karta köçürməklə narkotik vasitəni əldə etmişdir. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Nizami rayonu ərazisində yaşayan Şahid1 narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs kimi saxlanılaraq Nizami RPİ-yə gətirilmiş, orada xidməti otaqların birində üzərində şəxsi axtarış və baxış keçirilərkən üzərindən mütamfetamin aşkar olunaraq götürülmüş, verilən suallara cavab olaraq Elvin psixotrop maddə istifadəçisi olduğunu, həmin bükümü Tofiq adlı şəxsdən 01 gün əvvəl öz istifadəsi üçün 20 manata alaraq üzərində saxlamışdır. Daha sonra təhqiqatçı tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən tərəflərindən əməliyyat tədbirləri davam etdirilmiş və 26 iyul 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 8 ünvanının qarşısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və yanında olan Şahid2 saxlanılmış, hər ikisi Nizami Rayon Polis İdarəsinə gətirilmiş, təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilərək vəkillər dəvət edildikdən sonra digər polis əməkdaşlarının iştirakı ilə Şahid2 üzərində şəxsi axtarış aparılmışdır. Onun iştirakı ilə inzibati otaqlardan birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, onu təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan boz rəngli cins şalvarının sol yan cibindən iki ədəd sarı rəngli şəffaf sellofan bükümü və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya tapılmamışdır. Təqsirləndirilən şəxs özü könüllü olaraq onlarla birlikdə getmiş, ona qarşı fiziki qüvvə tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özü təxminən bir il olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Son 5-6 ayda ərzində Təqsirləndirilən şəxs ilə birlikdə pulu bir yerə qoyaraq narkotik vasitə alıb istifadə edirmiş. 26 iyul 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı ünvan 11 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə polis işçiləri ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra birlikdə Nizami Rayon Polis İdarəsinə getməyini təklif etmiş, idarədə onun üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masa üzərinə qoymuş və həmin bir ədəd bükümdə metamfetamin olmasını bildirmişdir. Həmin metamfetamini Tofiqlə birlikdə almışdır. Belə ki, psixotrop maddəni alması üçün o, Tofiqə hər dəfəsində pul verirmiş, pulu verdikdən yarım saat sonra isə maddəni Tofiqdən götürürmüş. Tofiq də öz növbəsində həmin narkotik vasitələri kimdənsə alırmış. Lakin Tofiqin narkotik vasitələri aldığı adamı tanımır, həmin adamları heç vaxt görməmiş, ümumiyyətlə haradan aldığını bilmir. Lakin Tofiqin narkotik vasitə satdığını hesab etmir, əgər Tofiq narkotik vasitənin satışı ilə məşğul olsaydı, o pulu verdikdən dərhal sonra, Tofiq də narkotik vasitəni verərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almamış, Tofiqin narkotik vasitə satdığını da görməmişdir. Tofiqlə birlikdə pulu bir yerə qoyaraq İran İslam Respublikasının vətəndaşından narkotik vasitə alaraq istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış, polis idarəsinə aparılaraq orada üzərlərində şəxsi axtarış keçirilmişdir. Lakin Tofiqin üzərində elektron tərəzi olduğunu o görməmişdir. Verilmiş suallara cavb olaraq bildirmişdir ki, polis idarəsində təzyiqlərə məruz qaldığı üçün fərqli ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/4042 saylı ekspert rəyinə əsasən üzərində “Vətəndaş Şahid2 üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,216 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; üzərində “Calal oğlundan aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,195 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,261 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,101 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Elektron tərəzinin üzərində narkotik vasitə - heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5772 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görürür ki, Təhqiqat Şöbəsinin təhqiqatçısı Muxtar Muxtarov özünü və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, barəsində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 təqdim edir. Şəxsi axtarışa başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Bundan sonra təhqiqatçı M.Muxtarov Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etdi. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən iki ədəd sarı rəngli şəffaf sellofan bükümü və şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu təqdim edib masanın üzərinə qoyur. Təhqiqatçı M.Muxtarov bükümləri açdıqda onlardan birinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə, digərinin içərisində ağ kristal şəkilli maddə olduğu görünür. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs bildirir ki, bükümlərdən birində olan maddə heroin, dıgərindəki isə metamfetamindir, onları “whatsapp” vasitəsilə tanıdığı özünü İran vətəndaşı Əli kimi təqdim edən şəxsdən almışdır, aldığı metamfetamin bükümlərindən birini Elvin adlı şəxsə 20 manata, bir bükümü də Fərid adlı şəxsə 20 manata satmışdır, qalan bir büküm metamfetamin və bir büküm heroini isə özündə saxlamışdır ki, istifadə etsin. Daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərindən başqa bir şey aşkar olunmur. Təhqiqatçı M.Muxtarov Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütlələr olan həmin 2 ədəd sellofan bükümü ağ zərfə qoyub möhürləyir və zərfin üzərinə iştirakçılar imza edirlər. Təhqiqatçı şəxsi axtarış və götürmənin başa çatdığını bildirir. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görürür ki, Şahid1 saxlanılarkən üzərində olan “Samsung" markalı mobil telefona baxış keçirilmiş və məlum olmuşdur ki, telefonun üzərində099 *** ** ** və 055 *** ** ** saylı nömrələr vardır. Telefonun “vatsap” proqramına daxil olduqda Şahid1 yaddaşda adı “Totu Elbrus” kimi qeyd edilmiş Təqsirləndirilən şəxs məxsus +99 470 *** ** ** saylı nömrə ilə 19 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixə kimi çox sayda səsli mesajlar göndərib qəbul etdiyi və yazışmalar apardığı müəyyən edildi. Yazışmaların və səsli mesajların məzmunundan müəyyən edildi ki, Şahid1 bir neçə dəfə Təqsirləndirilən şəxs pul müqabilində pərdələnmiş şəkildə qeyd etməklə narkotik vasitə istəyir və Təqsirləndirilən şəxs də ona narkotik vasitə verəcəyini bildirir, sonuncu dəfə Şahid1 25 iyul 2023-cü il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs narkotik vasitə istəyir. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görürür ki, Şahid2 saxlanılarkən üzərində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və məlum olmuşdur ki, telefonun üzərində 055 *** ** ** saylı nömrə vardır. Telefonun "vatsap” proqramına daxil olduqda Şahid2 yaddaşda adı “topik” kimi qeyd edilmiş Təqsirləndirilən şəxs məxsus +99 470 *** ** ** saylı nömrəyə 26 iyul 2023-cü il tarixdə, saat 14:25-də zəng edərək 14 saniyə danışması və səsli mesaj göndərərək Tofiqin yaşadığı məhəllədə olmasını bildirməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görürür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Redmi” markalı mobil telefona baxış keçirilmiş və məlum olmuşdur ki, telefonun üzərində 070 *** ** ** saylı nömrə vardır. Telefonun “vatsap” proqramına daxil olduqda yaddaşda adı “Ferid Taksi” kimi qeyd edilmiş Şahid2 +99 455 *** ** ** saylı nömrədən Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə, saat 14:25-də zəng edərək 14 saniyə danışması və səsli mesaj göndərərək Tofiqin yaşadığı məhəllədə olmasını bildirməsi, həmçinin həmin saata qədər biri-digərinə çoxsaylı səsli mesajlar göndərərək pərdələnmiş şəkildə danışmaqla Təqsirləndirilən şəxs Şahid2 səbrli olub gözləməsini və gəlib onu vəziyyətdən çıxardacağını bildirməsi müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs telefonun “vatsap” proqramında yaddaşda adı "Əli_n” kimi qeyd edilmiş +**********58 saylı nömrəyə 26 iyul 2023-cü il tarixdə saat 12:36da səsli mesaj göndərərək pərdələnmiş şəkildə danışmaqla ona pul vurmasını və tez bir zamanda narkotik vasitəni bir yerə qoydurub ona ünvan göndərməsini bildirir, həmin şəxs isə sifarişinin çox olmasını və sifarişlər cəmləşdikdən sonra narkotik vasitəni ünvanlara qoyduracağını bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs telefonun “vatsap” proqramında yaddaşda adı "Kamandir_Sim” kimi qeyd edilmiş *** *** ** **, “Daşqın Elçin” kimi qeyd edilmiş 077 315 14 94 və “Adem” kimi qeyd edilmiş 050 *** ** ** saylı nömrələrlə narkotik satışı ilə bağlı yazışmalar aparması və səsli mesajlar qəbul edib göndərməsi müəyyən edildi, belə ki, yazışmaların məzmunundan məlum olur ki, həmin şəxslər Təqsirləndirilən şəxs pul müqabilində narkotik vasitə istəyirlər, Təqsirləndirilən şəxs isə onlara narkotik verəcəyim bildirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əlavə edilmiş AR-sı DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini cəzanı yünülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin və psixotrop maddənin qalığı və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və Təqsirləndirilən şəxs ilə narkotik vasitə alan şəxslər arasında “whatsapp” proqramında olan yazışmaların əks olunduğu 9 vərəq fotoşəkil cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs ilə bağlı aparılmış ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 110 manat (bir yüz on manat) məbləğində pul vəsaitinin 1/3 hissəsi - 36.70 manat (otuz altı manat 70 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qalıq çəkisi 0,211 qram olan metamfetamin, qalıq çəkisi 0,051 qram olan heroin və maddi sübut kimi tanınmış 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk, Təqsirləndirilən şəxs ilə narkotik vasitə alan şəxslər arasında “whatsapp” proqramı vasitəsilə aparılmış yazışmaların əks olunduğu 9 vərəq fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-63/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-63/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver