Məhkəmə qərarları › İş №1(007)-631/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-631/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-631/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri, 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Aida İmanquliyeva küçəsi, döngə 4, ev 20-də qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 22 iyul 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 25/6 nömrəli ünvanda yerləşən «Playstore» adlı mobil telefon alqı-satqısı və lombard fəaliyyəti ilə məşğul olan mağazanın qarşısında tanışı Zərərçəkmiş şəxs guya özünə məxsus qızıl-zinət əşyasını satmaq üçün bir nəfər şəxsə zəng etməli olmasını bildirib Zərərçəkmiş şəxs üzərində 10 manat dəyərində qoruyucu örtük, həmin örtüyün arxasında 300 manat nağd pul olan 5 manat dəyərində ***- ***-**-** «Bakcell» mobil nömrəsi ilə işləyən **********44022 və **********41838 olan İMEİ kodlu 2.023 manat dəyərində «İphone» markalı, «12» modelli mobil telefonu danışmaq adı ilə istəyib danışığını bitirdikdən, sonra geri qaytaracağına dair yalan vəd verərək, etibarından sui-istifadə edib aldatma yolu ilə alaraq həmin mağazaya daxil olub mağazanın arxa hissəsində yerləşən digər qapısından çıxmaqla həmin yerdən uzaqlaşıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 2.338 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,161 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Zərərçəkmiş şəxs əmlakını ələ keçirməsi faktı ilə bağlı Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 iyul 2023-cü il tarixdə saat 02:40 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,161 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Zərərçəkmiş şəxs tanıyır, normal tanışlıq münasibəti olmuşdur, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 22 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evinə getmiş və onu aldadaraq, yalandan şəxsiyyət vəsiqəsinin müddətinin keçməsini, üzərində qızıl olmasını, lombarda satmağa kömək etməsini bildirmiş, lakin həmin vaxtı onun üzərində heç bir qızılzinət əşyası olmamış və niyyəti Bəxtiyara məxsus «İphone 12» markalı mobil telefonu aldadıb ələ keçirərək satıb pul əldə etmək olmuşdur. O, Bəxtiyar ilə birlikdə həmin günü saat 14:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Playstore» adlı mobil telefon alqı-satqısı və «Lombard» mağazasının qarşısında Zərərçəkmiş şəxs ona məxsus «İphone 12» markalı mobil telefonu bir nəfər şəxsə zəng etmək adı ilə aldadaraq istəmiş və o, etiraz etmədən mobil telefonu ona vermiş, o, orada yerləşən mobil telefon alqı-satqısı və lombardı mağazasına daxil olmuş, Bəxtiyar onu çöldə gözləmiş, o, bundan istifadə edərək, mağazanın digər çıxışından çıxıb oradan uzaqlaşaraq çıxıb getmiş, həmin günü Bakı şəhəri, Nizami rayonu, «Neftçilər metrostansiyası» yaxınlığında Bəxtiyara məxsus mobil telefonu satmaq qərarına gəlmiş, lakin şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə mobil telefonu sata bilmədiyinə görə həmin ərazidə bir nəfər tanımadığı şəxs- oğlana yaxınlaşaraq, təcili pula ehtiyacı olduğuna görə mobil telefonunu girov qoyub pul götürmək istəməsini, lakin bunun üçün şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və ona məxsus şəxsiyyət vəsiqəsi ilə mobil telefonu «Lombard»a qoymaq istəməsini xahiş etmiş, həmin şəxs etiraz etmədən onunla birlikdə həmin ərazidə fəaliyyət göstərən «Lombard»a daxil olmuş və onun şəxsiyyət vəsiqə ilə «İphone 12» markalı mobil telefonu girov qoyub 550 manat pul almış, həmin şəxsə təşəkkürünü bildirərək oradan uzaqlaşmış, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. İttiham olunduğu AR-sı CM-nin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Asif adlı şəxsi 1 aydır ki tanıyır. 22 iyul 2023-cü il tarixdə səhər saatlarında Asif onun yaşadığı evə gələrək qızılının olmasını, satmaq istədiyini, lakin öz şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyi üçün onun şəxsiyyət vəsiqəsi ilə satmağı xahiş etməsinə görə ona etiraz etməyərək evdən çıxmış, onlar birlikdə avtobus və metro ilə Hövsan qəsəbəsindən Nizami rayonu, “Qara Qarayev metrostansiyasının “Panda Kids” mağazasının qarşısındakı çıxışına getmiş, Asif ona orada dükanda tanışının olmasını bildirib ora satacağını bildirmiş və ondan zəng etmək üçün mobil telefonunu istəməsinə görə ona özünə məxsus “İphone 12” markalı **********44022 və **********41838 İMEİ kodlu mobil telefonunu vermiş. Asif ona məxsus mobil telefonu götürüb orada yerləşən mobil telefon alqı-satqısı və lombardı mağazasına daxil olmuş, o, bir qədər gözləmiş və Asifin gəlmədiyini görüb mağazaya daxil olmuş, lakin Asifi orada görməmiş, o, baxanda mağazanın digər çıxış qapısının da olmasını görmüş və həmin vaxtı Asifin ona məxsus mobil telefonu zəng etmək adı ilə alıb aldatması məlum olmasına görə o, Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək, bu barədə məlumat vermişdir. Hal-hazırda ona ümumilikdə 2.338 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanə ifadəsi elan edilmiş Şahid3 bildirmişdir ki, Nizami RPİnin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 iyul 2023-cü il tarixdə saat 02:40 radələrində Bakı şəhəri, Nizami RPİ- nin 25-ci Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə inzibati ərazidə xidmətdə olan vaxtı daxil olmuş məlumata əsasən, yəni Zərərçəkmiş şəxs Bakı şəhəri. Nizami RPİ-nin 25-ci PŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus «İphone 12» markalı mobil telefonun tanışı Təqsirləndirilən şəxs tərəfindən danışmaq adı ilə alıb qaytarmayaraq çıxıb getməsini bildirməsi ilə əlaqədar ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq, ona özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs xarici görkəmindən narkotik aludəçisi olmasına, həmçinin üzərində narkotik vasitə olduğu ehtimal edilməsinə görə onu Nizami RPİ-nə 25-ci PŞ-yə dəvət etmiş və o, etiraz etmədən onlarla birlikdə PŞ-yə getmiş, polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, sonra onun, şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, şöbənin təhqiqatçısı, polis baş leytenantı X3, dəvət olunmuş müdafiəçi-vəkilin və videoçəkiliş aparan şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükülünü təqdim etmiş, həmin bükülü barədə ondan soruşduqda el arasında «kakos» kimi adlanan narkotik vasitə heroin olmasını, həmin günü Hövsan qəsəbəsi ərazisində «Bəxtiyar» kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat verib alaraq, üzərində daşımasını bildirmiş, sonra üzərində başqa hər hansı bir əşyanın olubolmaması barədə soruşduqda üzərində hər hansı bir əşya olmadığını bildirmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin heç bir qeyri- qanuni əşya aşkar olunmamış, sonra həmin bükümdə olan kütlənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq, möhür ilə möhürlənib protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokol və zərf imzalanmışdır. O, həmin vaxtı Təqsirləndirilən şəxs qarşı PB-də heç bir fiziki zor və təzyiq olunmamasını, hazırda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumatın olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid3 ifadəsində dediklərinə uyğun ifadə vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 iyul 2023-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis şöbəsinə daxil olmuş məlumata əsasən, yəni Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus «İphone 12» markalı mobil telefonun tanışı Təqsirləndirilən şəxs tərəfindən danışmaq adı ilə alıb qaytarmayaraq çıxıb getməsini bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində gətirilmiş, sonra polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, polis baş leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılaraq, Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükülünü təqdim etmiş, həmin bükülü barədə ondan soruşduqda el arasında «kakos» kimi adlanan narkotik vasitə heroin olmasını, həmin günü Hövsan qəsəbəsi ərazisində «Bəxtiyar» kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat verib alaraq, üzərində daşımasını bildirmiş, sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə soruşduqda üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, «Neftçilər metrostansiyası»nm çıxışında yerləşən «Lombard» mağazasını icarə əsasında işlədir, həmin mağazada istifadə olunmuş mobil telefonların, aksesuarların alqı-satqısı ilə məşğul olur. 22 iyul 2023-cü il tarixdə günorta saatlarında işlədiyi Bakı şəhəri, Nizami rayonu, «Neftçilər metrostansiyası»nın çıxışında yerləşən «Lombard» mağazasında olan vaxtı iki nəfər cavan oğlan yaxınlaşaraq, onlardan biri özünə məxsus «İphone» markalı mobil telefonu \irov qoymaq istəməsini bildirmiş, o, mobil telefona baxmış və «İphone» markalı, «12» modclli mobil telefon olmasını görmüş, o, onunla mobil telefonu 550 manata razılaşmış və ona həmin məbləği vermiş, həmçinin həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini almış, bir ay müddət keçdikdən, sonra həmin şəxs gəlib pulu ödəmədiyinə görə həmin mobil telefonu satmışdır. O, həmin şəxsləri əvvəllər tammamasmı və onlarla heç bir münasibətinin olmamasını, həmin şəxsin birinci dəfə idi ona mobil telefon gətirib satmasını bildirmiş, sonradan ona həmin mobil telefonun oğurluq olması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, yay aylarında işləmək üçün Bakı şəhərinə gəlmiş və kuryer işləmişdir. 22 iyul 2023- cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, «Neftçilər metrostansiyası»nm çıxışında dayanmış, həmin vaxtı tanımadığı bir nəfər - kişi ona yaxınlaşaraq, Gəncəli olubolmamasını soruşduqda ona Gəncəli olmasını bildirdikdə o da Gəncəli olmasını bildirərək, ondan siqaret istəmiş, sonra üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşduqda ona təəccüblü şəkildə nə üçün şəxsiyyət vəsiqəsinin üzərində olmasını soruşduqda ona evində problemi olmasını və dərman almaq üçün təcili pula ehtiyacı olduğuna görə özünə məxsus mobil telefonu girov qoymaq istəməsini, lakin bunun üçün üzərində şəxsiyyət vəsiqəsinin olmamasını bildirərək, onun şəxsiyyət vəsiqəsindən istifadə etməsini xahiş etmiş, o, onun mobil telefonu satmaq kimi deyil, girov kimi qoymasına və sonra gəlib götürəcəyinə əmin olaraq, həmin şəxsə inanmış və bir insan kimi ona kömək etmək istəmiş, bu məqsəd ilə onunla birlikdə yaxınlıqda yerləşən «lombard»a yaxınlaşmış və həmin şəxs üzərində olan «İphone 12» markalı mobil telefonu mağazada işləyən şəxsə göstərdikdən, sonra 550 manata girov qoyulması ilə razılaşmış, o, özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş və həmin şəxs mobil telefonu verib, əvəzində 550 manat pulu götürərək mağazadan çıxmış, həmin şəxs ona təşükkürünü bildirərək oradan uzaqlaşmışdır. O, həmin şəxsi əvvəllər tammamasmı və onunla heç bir münasibətinin olmamasını, həmçinin həmin şəxsin mobil telefonu haradan əldə etməsi barədə heç bir məlumatının olmamasını, eləcə də həmin şəxsin mobil telefonu girov qoyduqdan, sonra əldə etdiyi puldan ona heç bir məbləğdə pul verməməsini bildirmiş, sonradan ona həmin mobil telefonun oğurluq olması məlum olmuş, lakin onun həmin hadisədən heç bir məlumatı olmamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/4034 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd bükümdə, təmiz çəkisi 1,161 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 5304 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslər və şahid ifadələri, yuxarıda sadalanan ekspert rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, işdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR-sı CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Hazırkı iş üzrə cinayət əməlini məhkumluq ödənildikdən sonra törətdiyindən şəxsin əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. CM-nin 18.4.3-cü maddəsinə əsaən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənilmiş və ya götürülmüş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay (bir il üç ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 26 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 89 manat (səksən doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,111 qram narkotik vasitə olan-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 162 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar