Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-64/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyixx məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyixx dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısıxx zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxsxx onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1994-cü il tarixdə Ağcabədi rayonunun Boyat kəndində anadan olmuşxxAzərbaycan Respublikasının vətəndaşıxxorta təhsillixxsubayxxişləməyənxxBakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişxxtutulduğu və həbsdə saxlanıldığı 02 ay 16 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən hesablanmaqla 05 ay 02 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılıbxxüzərində qəti olaraq 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışxxBakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişxxtutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılıbxxüzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışxxBakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışxxAğcabədi rayonunun Boyat kəndində qeydiyyatda olanxxxx xxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasındaxxaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakınıxxmühüm şəxsi sənəd olan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini talamışxxelektron məlumat daşıyıcısı olan və informasiya texnologiyalarından istifadə etməklə bank kartından özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə kixxoxxxx xxxx 2018-ci il tarixdə saat 13 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Bakı şəhərixxNizami rayonuxxQara Qarayev prospektixx66 saylı ünvanda yerləşən “New Yorker” mağazasına müştəri qismində daxil olubxxpaltar dəyişmək üçün nəzərdə tutulan kabinada zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ağ rəngli çantadan içərisində olan 9 manat nağd pul vəsaitinixxZərərçəkmiş şəxs adına mühüm şəxsi sənəd olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsixxAD 195475 nömrəli sürücülük vəsiqəsi və 10 manat dəyərində üzərində 4 rəqəmli şifrə yazılmış elektron məlumat daşıyıcısı hesab edilən “xxxxxxxxxxxxxxx” ASC-yə məxsus 4244 5115 0244 2704 nömrəli maaş kartı ilə birlikdə 10 manat dəyərində qara rəngli pul qabını gizli olaraq talamışxxsonra cinayətkar əməllərini davam etdirərək mağazadan çıxmaqla taladığı “xxxxxxxxxxxxxxx” ASC-yə məxsus kartı Nizami rayonuxxQara Qarayev prospektixx75B saylı ünvanda quraşdırılmış “Beynəlxalq Bank”ın bankomatına daxil edib elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə 197.50 manat nağd pul vəsaitini gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 226,50 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 326.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir kixxxx xxxx 2018-ci il tarixdə saat 13 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhərixxNizami rayonuxxQara Qarayev prospektində yerləşən “New Yorker” qadın geyimləri mağazasına daxil olmuşxxətrafda olan satıcıları və müştəriləri şübhələndirməmək üçün özünə münasib paltarlara baxmış və yoxlamaq üçün soyunubdəyişmə otaqlarına daxil olmuşdur. Orada oğurluq etmək məqsədi ilə kabinaları gəzən zaman bir kabinada qadın çantasının olduğunu görmüşxxçantanı açaraq oradan qara rəngli pul qabını götürüb mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra pul qabını açıb içərisinə baxanda orada bir neçə bank kartıxxsürücülük vəsiqəsixxşəxsiyyət vəsiqəsi və 9 manat pul aşkar etmişdir. Bank kartlarına baxanda “xxxxxxxxxxxxxxx”ya məxsus kartın üzərində hazırda xatırlamadığı 4 rəqəmli şifrəni görmüş və mağazanın yaxınlığında yerləşən bankomat aparatına yaxınlaşaraq kartı ora daxil edib kartda 197 manat pul olduğunu görmüşdür. Lakin bilmədiyi səbəbdən 197 manat pulu çıxara bilməmişxxardıcıl olaraq 100xx50xx20 və iki ədəd 5 manatlıqxxümumilikdə 180 manat pulu çıxarmışdır. Bundan sonra oxxyenidən kartdan pul çıxartmaq istəmişxxlakin bankomatın ekranında 0 yazıldığını görmüşdür. Bundan sonra kartı pul qabının içərisinə qoyub “Laçın” ticarət mərkəzi istiqamətində hərəkət etmişxxyolda əlində olan pul qabını zibil qutusuna atanda iki nəfər polis əməkdaşı onu görmüş və yaxınlaşaraq nə etdiyini soruşmuşlar. Bu zaman oxxözünü həyəcanlı aparmış və oradan qaçmaq istəmişdir. Lakin polis əməkdaşları onu tutaraq 24-cü Polis Şöbəsinə gətirmişlər. Oraya gəldikdən sonra otaqlardan birində onu sorğu-sual etmişlər. Sorğu zamanı oxxqorxduğuna görə öz adı yerinə bacısı Günelin adını və məlumatlarını vermişdir. Polis əməkdaşları pul qabında olan şəxsiyyət vəsiqəsinin sahibinə zəng vurub onu polis şöbəsinə dəvət etmişlər. Sonradan tanıdığı və adını bildiyi Zərərçəkmiş şəxs gəldikdən sonra oxxpul qabının içərisində olan sənədləri və 9 manatı polis əməkdaşlarına təhvil vermişdir. Zərərçəkmiş şəxs pul qabına və içərisində olanlara baxıb hər şeyin qaydasında olduğunu bildirmişdir. Lakin oxxqorxduğuna görə bankomatdan Zərərçəkmiş şəxs kartından 180 manat pul çıxardığını onun özünə və polis əməkdaşlarına bildirməmişdir. Sonradan bu barədə məlum olduqda oxxəməlini etiraf edərək bankomatdan pul çıxardığı yeri də göstərmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunuxxzərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyinixxzərərçəkmiş şəxsin onu bağışladığınıxxailə vəziyyətinin ağır olduğunu bildirərək bu halların nəzərə alınmasını və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir kixxxx xxxx 2018-ci il tarixdə Bakı şəhərixxNizami rayonuxxQara Qarayev prospektində yerləşən “New Yorker” qadın geyimlər mağazasına alış-veriş etmək üçün getmişxxhəmin mağazanın giriş hissəsində olan “xxxxxxxxxxxxxxx”ya məxsus bankomatdan özünə məxsus həmin bankın maaş kartından 100 manat pul çıxarmış və həmin pulu əlindəki süd rəngli çantasına qoymuşdur. Maaş kartını isə çantasındakı içərisində digər sənədləri olan qara rəngli pul qabına qoymuşxxçantanın ağzını bağlamışdır. Mağazaya daxil olub bir neçə paltara baxmış və geyim dəyişmək üçün mağazanın soyunub-dəyişmə kabinasına daxil olmuşdur. Çantasını isə həmin kabinada qoymuşdur. Yoxladığı paltarlar xoşuna gəlmədiyi üçün oxxmağazadan çıxmış və başqa mağazaya getmişdir. Orada çantanın açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Çantanın içərisinə baxanda süd rəngli çantasında olan içərisində şəxsiyyət vəsiqəsixxbir neçə mağaza kartıxx“xxxxxxxxxxxxxxx”ya məxsus maaş kartıxxbiznes kartıxxsürücülük vəsiqəsi və 9 manat pulu olan qara rəngli pul qabının olmadığını aşkar etmişdir. Bundan sonra oxxtəcili “New Yorker” mağazasının yaxınlığında olan “xxxxxxxxxxxxxxx”ya gedərək videogörüntülərə baxmaq istəmişdir. Orada əməkdaşlar rəsmi sorğu olmasa görüntü təqdim olunmayacağını bildirmişlər. Bundan sonra “New Yorker” mağazasına gedib orada pul qabının qalıb-qalmadığını soruşmuşdur. Orada olan satıcılar ona bir pul qabı göstərmişlərxxlakin oxxbu pul qabının ona məxsus olmadığını bildirib oradan uzaqlaşmışdır. Həmin vaxt ona 24-cü Polis Şöbəsindən zəng vuraraq pul qabının tapıldığını bildiribxxonu PŞ-nə dəvət etmişlər. Polis şöbəsinə getdikdən sonra orada özünü ona və polis əməkdaşlarına Günel kimi təqdim edən təxminən 20-25 yaşlarında bir qız ondan üzrxahlıq edərək həqiqətən də “New Yorker” mağazasında onun çantasından pul qabını oğurladığını etiraf etmişdir. Bundan sonra oxxpul qabına və içərisində olan sənədlərə baxmışdır. Oxxpul qabında olan hər şeyin yerində olduğunu və oğurlanmadığını aşkar etdikdən sonra pul qabını təhvil alıb oradan getmişdir. Təxminən iki gün sonra oxxözünə məxsus “xxxxxxxxxxxxxxx” maaş kartından pul çıxarmaq istəyərkən kartında pul olmadığını aşkar etmişdir. Kartı yeni aldığına görəxxkartın kodunu yazıb üzərinə qoymuşdur. Bundan sonra oxx“xxxxxxxxxxxxxxx”ya yaxınlaşaraq kartından 197 manat pulun olmadığını bildirmiş və kartdan pul çıxarış tarixçəsini tələb etmişdir. Oxxbankdan tarixçəni götürdükdən sonra başa düşmüşdür kixxpul qabı oğurlanan zaman kartının üzərində olan kod vasitəsi ilə həmin qız kartından pul oğurlamışdır. Polis tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir kixxbu oğurluqları törədən şəxs əslində Təqsirləndirilən şəxs olmuşxxlakin oxxözünü bacısı Günelin adı ilə təqdim etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişxxoğurlanmış şəxsiyyət və sürücülük vəsiqələrixxdigər əşyaları ona geri qaytarılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığınıxxona dəymiş maddi zərərin Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinixxona qarşı şikayətinin və maddi tələbinin olmadığınıxxgələcəkdə də olmayacağını göstərmişxxbu halın nəzərə alınmasınıxxnövbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir kixxxx xxxx 2018-ci il tarixdə inzibati ərazidə Nizami RPİ-nin ÇPA-nın polis nəfəri Şahid1la birlikdə xidmət aparmışdır. Saat 13 radələrində Nizami rayonuxxQ.Qarayev prospektixx70 saylı ünvanda yerləşən “Laçın” ticarət mərkəznin arxasında təxminən 20-25 yaşlarında bir nəfər qızın əlindəki qara rəngli pul qabını zibil qutusuna atmaq istədiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişxxhansı səbəbdən pul qabını zibil qutusuna atdığını soruşmuşlar. Bu zaman həmin qız özünü itirmiş və cavab vermək əvəzinə onların yanından qaçaraq uzaqlaşmaq istəmişdir. Lakin oxxŞahid1la birlikdə həmin qızı saxlayıb ondan kim olduğunu soruşmuşlar. Qız isə özünü təqdim etməmişdir. Bu zaman onlar həmin qızın oğurluq əməli törətməsindən şübhələnmişxxbu səbəbdən onu 24-cü Polis Şöbəsinə gətirmiş və raport yazıb onu təhvil verdikdən sonra xidməti əraziyə geri qayıtmışlar. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir kixxTəqsirləndirilən şəxs onun böyük bacısıdır. Gövhərin Bakı şəhəri Nizami rayonu ərazisində mağazadan oğurluq etməsi barədə yalnız Gövhəri polis tutduqdan sonra xəbəri olmuşdur. Gövhər tutulanda polis əməkdaşlarına onun anket məlumatlarını vermişdir. Oxxbacısından bu barədə soruşduqdaxxpolis əməkdaşları tərəfindən saxlanılan zaman qorxduğundan onun adını verdiyini bildirmişdir. Bundan sonra onun Gövhərlə münasibətləri korlanmışdırxxhazırda da onunla danışmır. Həmçininxxbaş vermiş hadisə zamanı oxxyaşadığı Ağcabədi rayonunda olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə poçt vasitəsi ilə göndərdiyi teleqramdaxxişi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyinixxistintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişxxnəzərə alınmasını xahiş etmişdir. Bununla ələqədar həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur. Şahid1 həmin ifadəsində göstərmişdir kixxxx xxxx 2018-ci il tarixdə inzibati ərazidə Nizami RPİ ÇPA-nın polis nəfərixxpolis serjantı Şahid3la birlikdə xidmət aparmışdır. Saat 13 radələrində Nizami rayonuxxQ.Qarayev prospektixx70 saylı ünvanda yerləşən “Laçın” ticarət mərkəzinin arxasında olan zaman təxminən 20-25 yaşlarında bir nəfər qızın əlində olan qara rəngli pul qabını zibil qutusuna atmaq istədiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və hansı səbəbdən pul qabını zibil qutusuna atdığını soruşmuşlar. Bu zaman həmin qız özünü itirmiş və cavab vermək əvəzinə onların yanından qaçaraq uzaqlaşmaq istəmişdir. Lakin o və polis nəfəri Şahid3 həmin qızı saxlayıb ondan kim olduğunu soruşmuşlar. Həmin qız özünü təqdim etməmişdir. Bu zaman onlar həmin qızın oğurluq əməli törətməsi barədə şübhələnmiş və bu səbəbdən onu 24-cü Polis Şöbəsinə aparmışlar. Orada həmin şəxsin Şahid2 olduğu və əlində olan pul qabının oğurluq olduğu aşkar olunmuşdur. Onlar Şahid2 24-cü PŞ-nə təhvil verməkləri barədə raport yazıbxxxidməti əraziyə geri qayıtmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür kixxfakt əsasında Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Zərərçəkmiş şəxs xx xxxx 2018-ci il tarixli qəbzindən görünür kixxoxx24-cü PŞ-nin təhqiqatçısından özünə məxsus şəxsiyyət vəsiqəsinixxsürücülük vəsiqəsinixxhəmkarlar ittifaqı vəsiqəsinixxbiznes kartıxxBakı kartxxİdeal kartxxVipline kart və pul qabını təhvil almışdır. (i.v. 9) -“xxxxxxxxxxxxxxx” ASC-dən xx xxxx 2018-ci il tarixdə verilmiş hesabdan çıxarışdan görünür kixxX1 məxsus AZN 424451******2704 nömrəli X4 kart hesabından xx xxxx 2018-ci il tarixdə saat 11:49-dan 11:55-dək olan müddətdə cəmi 197,50 manat məbləğində pul çıxarılmışdır. (i.v. 33) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür kixxTəqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışxxoxxhadisə ilə bağlı ifadəsində göstərilənləri bir daha təsdiq etməkləxxtaladığı bank kartı vasitəsi ilə bankomatdan pul çıxardığı yeri əyani olaraq göstərmişdir. (i.v. 56-57) -Maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2016-cı il tarixli qərardan görünür kixxbir ədəd yaşıl rəngdə üzərində “xxxxxxxxxxxxxxx”xx“TARANA NİFTALİYEVA”xx“OLAİN FARM AZERB MMC”xx“VİSA ELECTRON” sözləri yazılmış 4244 5115 0244 2704 nömrəli bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 62-63) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür kixxTəqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-1 və 326.2-ci maddələrinə tövsif edilmişdir. (i.v. 83-91) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylıxxxx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlisxxaydınxxanlaşılan şəkildə yazılmalıxxiş üzrə müəyyən olunmuş hallarxxsübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəməxxdövlət ittihamçısınıxxtəqsirləndirilən şəxsixxzərərçəkmiş şəxsi və şahidləri dinləyibxxiş materiallarını hərtərəfli və obyektiv tədqiq edərəkxxistinad olunan hüquq normalarına əsaslanaraqxxhesab edir kixxTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşıxxmənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayanxxiş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsinxxşahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdirxxonun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslarxxhabeləxxəməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir kixxAzərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraqxxcinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqlaxxXüsusi hissəsinin 177.2.3-1 və 326.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluqxxyəni özgənin əmlakını gizli olaraq talama - elektron məlumat daşıyıcılarındanxxyaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdəxxhəmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olurxxbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədinixxvətəndaşın şəxsiyyət vəsiqəsinixxpasportunu və ya digər mühüm şəxsi sənədini talama - həmin maddədə nəzərdə turulmuş cinayət məsuliyyətinə səbəb olurxxmin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alırxxeləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli tələbnamədən və hökmlərin surətindən görünür kixxTəqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinibxx01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişxxtutulduğu və həbsdə saxlanıldığı 02 ay 16 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmaqla 05 ay 02 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılıbxxüzərində qəti olaraq 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışxxBakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinibxxAzərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişxxtutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılıbxxüzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışxxBakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 49-51xx64-81) -Ağcabədi rayon icra və probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 103/1938- 03 nömrəli məktubundan görünür kixxBakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(006)-29/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinibxx01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişxxhökm və hökmün icrasına dair göstəriş xx xxxx 2019-cu il tarixdə Ağcabədi rayon icra və probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə məhkum qeydiyyata götürülmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(005)-161/2019 nömrəli hökmünə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(006)-29/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından xx xxxxxxx 2020-ci il tarixədək 01 il 07 ay çəkmişxxüzərində çəkilməmiş 05 ay cəzası qalmışdır. -Dəymiş ziyanın ödənilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür kixxmaddi ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs təqdim etdiyi 200 manat məbləğndə pul müstəntiq tərəfindən ondan götürülərəkxxZərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 82) -Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür kixxTəqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 114) Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonraxxməhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsaxxona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarıxxverilmiş ittihamla müəyyən edilir kixxTəqsirləndirilən şəxs əvvəllər 11 avqust və xx xxxxxx 2018-ci il tarixlərdə törətdiyi cinayət əməllərinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü iləxx09 avqustxx14 avqustxx20 avqustxx26 avqust və xx xxxxxxx 2018-ci il tarixlərdə törətdiyi cinayət əməllərinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək hər iki halda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə dəxxhazırkı iş üzrə cinayət əməlini daha əvvəlxxxx xxxx 2018-ci il tarixdə törətmişdir. Belə olan haldaxxməhkəmə hesab edir kixxtəqsirləndirilən şəxsin törətdiyi həmin cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına istinadən cəza təyin edilməlidir. İttiham aktından görünür kixxmüstəntiq tərəfindən həmin hallar cinayətlərin residivi kimi qiymətləndirilərək Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal olaraq müəyyən edilmişdir. Lakin məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraqxxhesab edir kixxtəqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 18-ci maddəsi ilə müəyyən edilmiş cinayətlərin residivi müəyyən olunmadığınaxxtəqsirləndirilən şəxsin istinad edilən işlər üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş hazırkı cinayətdə təqsirli olduğu müəyyən olunduğuna görəxxmüstəntiqin gəldiyi nəticə yanlışdırxxcinayətlərin residivinə dair müddəa ittiham aktından xaric edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixlixx4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir kixxhər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıxxcinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinəxxonun törədilməsi şəraitinəxxtəqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursaxxhökm çıxarılarkənxxazadlıqdan məhrum etmə cəzası təyin edildikdəxxbu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllərxxyaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətxxAzərbaycan 177.2.3-1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətxx25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdırxxyəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinəxxonun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpasıxxməhkumun islah edilməsi və həm məhkumlarxxhəm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasənxxcinayət törətməkdə təqsirli bilinən şəxsəxxhəmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir kixxaz ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsixxtəqsirkarın şəxsiyyətixxo cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarxxhabelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. MəhkəməxxTəqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissləri keçirməsinixxzərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəməsinixxzərərçəkmiş şəxsin onunla barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. MəhkəməxxTəqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsinixxəməlində cəzanı yüngülləşdirən halların olmasınıxxcəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraqxxhesab edir kixxonun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə məhkəmə ona əməlinin tövsif olunduğu CM-nin 177.2.3- 1-ci maddəsinin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasınınxxCMnin 326.2-ci maddəsinin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsinixxCM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki gününün bərabər tutulması ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzasının müvafiq müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinixxhəmin cəzanı CM-nin 177.2.3-1-ci maddəsi ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir kixxTəqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını xx xxxx 2019-cu il tarixdə icra və probasiya şöbəsində qeydiyyata alındıqdan sonra hökmün çıxarıldığı hazırkı xx xxxxxx 2020-ci il tarixinədək çəkdiyixxüzərində çəkilməmiş 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının qalması nəzərə alınmalıxxCM-nin 66.5-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay hissəsi hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməkxxhabelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1 -ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəlixxona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməsi nəzərə alınmaqlaxxcəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü əsasında cəzanı icra edən orqanda ilk dəfə qeydiyyata alındığı xx xxxx 2019-cu il tarixindən hesablanmalıdır. Məhkəmə hesab edir kixxTəqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməməkxxyaşadığı Ağcabədi rayonunun hüdudlarını tərk etməməkxxhabelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqxxyaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməməkxxelektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıxxTəqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindənxxdəyişdirilməsindənxxhabelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir kixxTəqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundanxxonun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür kixxTəqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamışxxhəbsdə olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulanxxməhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir kixxzərərçəkmiş hüquqi şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdirxxməhkəməyədək icraat zamanı dəymiş maddi ziyan ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci olmamışdırxxmaddi sübut qismində tanınmış bir ədəd bank kartının zərərçəkmiş şəxsə qaytarılması və onun istifadəsində olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fizikixxhəm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraqxxhesab edir kixxTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsaxxcinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2xx193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir kixxvəkilin ibtidai istintaqda və məhkəmədəxxiş materialları ilə tanış olmaqla birlikdəxxtəqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundanxx(Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344- 347xx349xx351-353xx356xx358 və 384-cü maddələrini rəhbər tutaraqxxməhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinibxx01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasınaxxAzərbaycan Respublikası CM-nin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinibxxhər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki gününün bərabər tutulması ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsinxxhəmin cəzanı Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay hissəsi hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməməkxxyaşadığı Ağcabədi rayonunun hüdudlarını tərk etməməkxxhabelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqxxyaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməməkxxelektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı xx xxxx 2019-cu il tarixindən hesablansın. Maddi sübut qismində tanınmış bir ədəd yaşıl rəngdə üzərində “xxxxxxxxxxxxxxx”xx“TARANA NİFTALİYEVA”xx“OLAİN FARM AZERB MMC”xx“VİSA ELECTRON” sözləri yazılmış 4244 5115 0244 2704 nömrəli bank kartının Zərərçəkmiş şəxs təhvil verilməsi və onun istifadəsində olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialıxxkod 200145xxVÖEN **********xxm/h- AZ37NABZ********************xxS.Wİ.F.T.BİK AİİBAZ2Xxxhesab - AZ33AİİB********************xxVÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-64/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-64/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver