Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-64/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1980-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)- 165/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ış, barəsində hazırkı iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmək yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan aldatma və sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs1 “SOCAR” Neft şirkətinə sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2021-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda 2.000 manat pul ələ keçirərək Zərərçəkmiş şəxs1 2.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 “SOCAR” Neft şirkəti tərəfindən yeni lahiyə əsasında aparılan tikintidə çalışan işçiləri qida ilə təmin etmə işinin ona həvalə edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla zərərçəkmiş Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanda 700 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 700 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası FHN-nin Səbail rayon DYTX-də çalışmış, onunla birlikdə Şahid1 və Zərərçəkmiş şəxs1 xidmət etmişlər. 2007-ci ildə Zərərçəkmiş şəxs1 xidmətdən azad olunmuş, ancaq onunla Şahid1 xidmətlərini davam etdirmişlər. 2013-cü il tarixdə Şahid1 təqaüdə çıxmış, o isə xidmətindən öz ərizəsi ilə xaric olunmuşdur. 2021-ci ilin oktyabr ayının əvvəllərində Mübarizin istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmişdir. Mübariz onunla əvvəlcədən danışdıqları Bakı şəhəri, Xətai rayonu, Bakı Əyləncə Mərkəzinin yaxınlığındakı yerdə görüşmüşlər. Mübarizə tikinti işi ilə məşğul olmasını eşitdiyini, həmin ərəfələrdə tikinti işi ilə məşğul olduğu üçün Mübarizə tikinti işi ilə məşğul olduğunu və gələcəkdə tikinti materialları lazım olacağını bildirərək birlikdə işləmələrini təklif etmişdir. Mübariz ona bildirmişdir ki, 2019-cu ildən Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Qaradağ" şadlıq sarayını icarəyə götürmüşdür, lakin biraz çətinliyi vardır. O, Mübarizə şirkətlərlə müqavilələri olduğunu bildirmişdir. Həmin şirkətin işçilərinə yemək verməyi təklif etmişdir. Söhbət əsnasında Mübariz şəriki Şahid2 mobil nömrəsini ona vermiş və bu işlərdə sonuncunun daha çox səriştəsi vardır deyib sağollaşmışdır. Həmin ərəfələrdə dikt taxta lazım olduğu üçün Mübariz ilə əlaqə saxlamışdır. İlkin olaraq Mübariz ona 94 ədəd 38.50 manatlıq dikt vermiş, daha sonra yenidən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən mağazasından 130 ədəd dikt götürmüş, ümumilikdə Nizamidən 224 ədəd dikt götürmüşdür. Aralarında olan razılaşmaya əsasən, Mübarizə götürdüyü diktlərin ilkin olaraq pulundan 4.120 manat pul vermişdir. Qalan pulu isə növbəti gün ödəniş edəcəyini bildirmişdir. Onlar Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkda görüşmüş, o, Mübarizə 3.120 manat ödəniş etmiş, qalan 1000 manat pulu da kartına köçürəcəyini bildirmişdir. Həmin ərəfələrdə maddi çətinlikləri olduğu üçün Mübarizin kartına pul göndərə bilməmişdir. Mübariz ilə aralarında olan 224 ədəd dikt taxta ticarətinə görə ona ümumilikdə 8624 manat borcu olmuş, həmin puldan 3120 manatını vermiş, qalan 5504 manatı isə tez bir zamanda qaytaracağını bildirmişdir. 2021-ci ilin oktyabr ayının 10da Şahid2 zəng edərək bildirmişdir ki, sonuncunun nömrəsini ona Mübariz vermişdir. O, Şahid2 ilə danışaraq sonuncu ilə görüşmüşdür. Aralarında ticarət əlaqələrinin yaradılmasına razılıq vermişdir. O, Nizaminin işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Şadlıq sarayına getmişdir. Nizami ilə ticarət əlaqələrinə başladıqda ilkin olaraq ondan 60-70 nəfər şəxs üçün yemək və siqaretlərin qiymət cədvəlini istəmişdir. Nizami də ona qiymət cədvəlini vermişdir. Bir neçə gündən sonra Nizamiyə zəng edərək şirinlik olaraq bir nəfərə pul vermək lazım olduğunu bildirmişdir. Nizami onunla razılaşaraq Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən Bakı Əyləncə Mərkəzinin yaxmlığında görüşüb 700 manat ona pulu vermişdir. 3-4 gündən sonra yenidən Nizamiyə zəng edərək adam sayının çox olması üçün yenidən əlavə pul istənildiyini bildirib əlavə olaraq həmin ünvanda görüşüb 700 manat da pul almışdır. 2021 ci ilin oktyabr ayının 25-də ilkin olaraq 2.900 manat məbləğində Nizamidən ərzaq və yemək görütürmüş, 2-ci sifariş verdikdə əvvəlki mala görə pulu ödəmişdir. Müxtəlif vaxtlarda Nizamidən ərzaq və yemək alaraq pullarım ödəmişdir. Bir neçə dəfə götürdüyü mallara görə pul ödəyə bilməmişdir, bu səbəbdən Nizami ona 2021-ci ilin noyabr ayının 30-dan sonra ərzaq və siqaret verməyib, borcları bağlamağını bildirmişdir. 2021-ci ilin dekabr ayının 13-də Şahid2 kart hesabına 500 manat pul ödəmişdir. 2021-ci ilin dekabr ayının 15-i məbləği tam olaraq bağlayacağına söz vermişdir. 14 dekabr 2021-ci il tarixindən borcları verə bilmədiyi üçün mobil telefonunu söndürmüşdür. Şahid2 ilə aralarında olan ticarət əlaqələrində vaxtlı vaxtında Nizamidən götürdüyü yeməklərin və siqaretlərin pullarım ödəyə bilmədiyi üçün sonuncuya 23.600 manat borclu qalmışdır. 2021-ci ilin dekabr ayında birlikdə xidmət etdiyi yoldaşı olan Zərərçəkmiş şəxs1 zəng edərək nə işlə məşğul olduğunu soruşmuşdur. Emin ona taksilik faəliyyəti ilə məşğul olduğunu demişdir. Eminə "SOCAR"-da sürücü vəzifəsində iş yeri olduğunu və onu həmin şirkətə düzəldə biləcəyini bildirmişdir. Emin ondan həmin işə görə nə qədər pul vermək lazım olduğunu soruşduqda o, sonuncuya həmin işə görə 4000 manat pul vermək lazım olduğunu, lakin ilkin olaraq 2000 manat verdiyi halda həmin işə düzəldə biləcəyini bildirmişdir. Emin onunla razılaşmışdır. Bundan sonra onlar 2021-ci ilin dekabr ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən Bakı Əyləncə Mərkəzinin yanmda görüşmüşdür. 2000 manat pulu orada ondan aldıqdan sonra bildirmişdir ki, 2022-ci ilin yanvar ayının axırlarında işə çıxacaqdır. Zərərçəkmiş şəxs1 işi ilə bağlı bir neçə dost tanışı ilə danışıb onu həqiqətən də dediyini işə düzəltmək istəsə də lakin düzəldə bilməmişdir. Zərərçəkmiş şəxs1 aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyi üçün sonuncudan aldığı 2000 manat pulu qaytara bilməmişdir. Bundan başqa 02 iyun 2022-ci il tarixdə Xaliq adlı tanışı onun mobil nömrəsini Məcnun adlı tanışına verərək onunla iş birliyi qurmağı məsləhət görmüşdür. O, Xaliq adlı tanışına görüşdükləri zaman belə bir işlər gördüyünü bildirmişdir. Məcnun ona zəng etdikdə onlar aralarında bu mövzuda söhbət edərkən Məcnuna Bakı şəhəri, Səbail rayonu ərazində dəniz kənarında restoran icarəyə verildiyini bildirmişdir. Telefonda danışarkən eyni zamanda Məcnuna "Socar"-ın yeni layihəsi əsasında tikinti aparıldığını, həmin tikintidə işləyən işçilərin yeməklə təmin olunmasını təşkil etmək lazım olduğunu bildirmişdir. Məcnun qeyd olunun ərzaq məhsullarını təşkil edə biləcəyini bildirmişdir. O, bunun qarşılığında Məcnuna həmin işi təşkil edən şəxsə 1.000 manat pul vermək lazım olduğunu bildirmişdir. Məcnun isə qeyd olunan işin qarşılığında 700 manat verə biləcəyini bildirərək pulun çatacağı şəxslə görüşmək istədiyini bildirmişdir. Reallıqda həmin şəxs olmadığı üçün Məcnunu həmin şəxslə görüşdürməkdən yayındırmışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu Babək prospekti 105 ünvanda yerləşən "Ford serviz"-in qarşısısında Məcnun ilə görüşmüş və sonuncuya məxsus olan Mercedes-Benz C-270 markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Avtomobildə işin hansı tarixdən başlayacağını, digər maliyyə mövzusunda söhbət etdikdən sonra 700 manat yəni, 7 ədəd 100 manatlıq pul əskinazını Məcnun ona ikilikdə vermişdir. xx.xx.2022-ci il tarixdə onunla əlaqə saxladıqda 1-2 gün ərzində işin başlayacağı və əlaqə saxlanılacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdən isə istifadəsində olan mobil nömrəni söndürmüşdür ki, əlaqə saxlaya bilməsin. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, maddi imkanı olmadığından dəymiş ziyanı ödəyə bilmədiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Azərbaycan Respublikası FHN-nin Səbail rayon DYTX-də çalışmış, onunla birlikdə Təqsirləndirilən şəxs və Şahid1da xidmət etmişlər. 2007-ci il tarixdə öz ərizəsi ilə xidmətdən azad olunmuşdur. 2021-ci ilin dekabr ayında birlikdə xidmət etdiyi xidmət yoldaşı olan Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək nə etməsini, nə işlə məşğul olmasını soruşmuş, o isə taksi faəliyyəti ilə məşğul olduğunu demişdir. Hamlet ona demişdir ki, “SOCAR”-da sürücü vəzifəsində iş yeri var, istəyirsə ora işə düzəldə bilər. O da istədiyini demiş, Hamlet 4000 manata iş düzələcəyini, yarı pulunu indi, yarı hissəsini isə işə çıxdıqdan sonra verəcəyini demişdir. O, razılaşmış, lakin sonra Hamleti nə qədər tanısa da sonuncunun barəsində məlumat almaq üçün xidmət yoldaşı olan Şahid1 zəng etmişdir. Mübariz demişdir ki, Hamlet ilə iş qurmuşlar, işləri normal gedir, etibar etmək olar. Bundan sonra o, 2021 -ci ilin dekabr ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən Bakı Əyləncə Mərkəzinin yanında Hamlet ilə görüşmüş, Hamlet onu “SOCAR”-a sürücü vəzifəsinə işə düzəltmək üçün 2000 manat orada ilkin olaraq pul almış və demişdir ki, 2021 -ci ilin yanvar ayının axırlarında işə çıxacaqdır. O, ondan xəbər gözləmiş, bir qədər sonra ona Şahid1 zəng edərək Hamletlə danışıb-danışmadığını soruşmuş, başqa nömrəsini soruşmuş, o isə nə baş verdiyini sonuncudan soruşmuşdur. Mübariz isə demişdir ki, Hamletlə əlaqə saxlaya bilmir. O, dərhal Hamletə zəng etmiş, görmüşdür ki, sonuncuya zəng çatmır. Bundan sonra onlara məlum olmuşdur ki, Hamlet onu, Mübarizi və Nizami adlı Mübarizin tanışım aldatmışdır. Onlar sonuncunun barəsində şikayət etmək qərarına gəlmişlər, bu səbəblə Mübariz hamının adından şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 02 iyun 2022-ci il tarixdə Xaliq adlı tanışı ilə söhbət edərkən işsiz olduğunu sonuncuya bildirdikdə Xaliq Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində dəniz kənarında restoranı olduğunu, həmin restoranın ucuz qiymətə icarəyə verildiyini bildirmişdir. Eyni zamanda Xaliq, Hamlet adlı tanışının mobil nömrəsini ona verib Hamletlə əlaqə saxlamağını məsləhət görmüşdür. O, Hamletin istifadəsində olan 055-254- 85- 99 mobil nömrəsinə zəng vurub əlaqə saxladıqda Xaliq adlı şəxsin nömrəni verdiyini bildirmişdir. Onların aralarında bu mövzuda söhbət edərkən Hamlet adlı şəxs ona qeyd olunan restoranın icarəyə verildiyini bildirmişdir. Telefonda danışarkən eyni zamanda Hamlet ona "Socar"-ın yeni layihəsi əsasında tikinti aparıldığım, həmin tikintidə işləyən işçilərin yeməklə təmin olunmasını təşkil etmək lazım olduğunu bildirmişdir. O, qeyd olunan ərzaq məhsullarım təşkil edə biləcəyini bildirmişdir. Hamlet bunun qarşılığında həmin işi təşkil edən şəxsə 1.000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, Hamletə qeyd olunan işin qarşılığında 700 manat pul verə biləcəyini bildirərək pulun çatacağı şəxslə görüşmək istədiyini bildirmişdir. Hamlet 700 manatla razılaşsa da qeyd olunan şəxslə onu görüşdürməkdən dolayı yollarla yayımdrmış və bəhanələr bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu Babək prospekti 105 ünvanda yerləşən “Ford serviz”-in qarşısında Hamletlə görüşmüş və Hamlet ona məxsus Mercedes-Benz C-270 markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Avtomobildə Hamletlə işin hansı tarixdən başlayacağı və digər maliyyə mövzusunda söhbət etdikdən sonra 700 manat yəni, 7 ədəd 100 manatlıq pul əskinazım Hamletə ikilikdə vermişdir. Bundan sonra Hamlet avtomobildən düşmüşdür. Həmin vaxtdan sonra Hamletlə telefon əlaqəsi saxladıqda, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Hamlet 1-2 gün ərzində işin başlayacağını və onunla əlaqə saxlanılacağını bildirmişdir. Hamlet hər dəfə eyni cavabı verərək onu aldatmışdır. xx.xx.2022-ci il tarixdən Hamletin istifadəsində olan mobil nömrəyə zəng çatmadığı üçün sonuncu ilə əlaqə saxlaya bilməmişdir. Bundan sonra Xaliqlə əlaqə saxlayıb Hamletin onu aldatdığım bildirdikdə sonuncu ona Hamletin anket məlumatlarım vermiş, lakin Hamletin harada olmasını müəyyən edə bilməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, onu aldadaraq 700 manat pulunu ələ keçirən şəxs 1980-ci ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası FHN-nin Səbail rayon DYTX-də çalışmış, onunla birlikdə Təqsirləndirilən şəxs da xidmət etmişdir. Zərərçəkmiş şəxs1 da onlarla birlikdə xidmət etmişdir. 2007-ci il tarixdə Zərərçəkmiş şəxs1 xidmətdən azad olunmuş, ancaq o və Təqsirləndirilən şəxs birlikdə xidmət etməyə davam etmişlər. 2013-cü il tarixdə o, təqaüdə çıxmış, Hamlet isə xidmətinə davam etmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Hamlet onun istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmişdir. O, sonuncu ilə Bakı şəhəri, Xətai rayonu, Bakı Əyləncə Mərkəzinin yaxınlığında görüşmüş, Hamlet ona tikinti işi ilə məşğul olduğunu eşitdiyini, özünün də tikinti işi ilə məşğul olduğunu və gələcəkdə tikinti materialları lazım olacağını bildirərək birlikdə işləmələrini xahiş etmişdir. O, Hamletə demişdir ki, 2019-cu ildən Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qaradağ” şadlıq sarayını icarəyə götürmüş, lakin biraz çətinliyi vardır. Hamlet isə şirkətlərlə müqavilələri olduğunu bildirmişdir. Həmin şirkətin işçilərinə yemək verməyi təklif etmişdir. O, şəriki Şahid2 mobil nömrəsini Hamletə vermişdir ki, bu işlərdə sonuncunun daha çox səriştəsi olduğu üçün onunla danışsın. Daha sonra Hamlet ondan mərmər qranit götürəcəyini demiş, sonra onlar sağollaşaraq çıxıb getmişdir. X5 ilə danışaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Şadlıq sarayından yeməklər götürərək aparırmış və ödənişlərini hissə-hissə etmiş, həmin işdən əlavə olaraq Hamlet ona zəng edərək dikt istəmiş, ilkin olaraq o, Hamletə 94 ədəd dikt vermiş, sonra isə Hamlet yenidən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən mağazadan 130 ədəd dikt götürmüşdür. Ümumilikdə isə Hamlet 224 ədəd dikt götürmüşdür. Daha sonra Hamlet ona demişdir ki, ona 4120 manat pul verəcək, qalan pulu isə növbəti gün ödəniş edəcək. Onlar Nərimanov rayonunda yerləşən parkda görüşmüş, Hamlet ona 3120 manat ödəniş etmiş, demişdir ki, 1000 manat pulu da karta köçürəcək. Axşam Hamlet karta pul göndərməmiş, o da sonuncuya zəng edərkən Hamlet demişdir ki, həftə içində pulu göndərəcəkdir. Həmin gün Emin ona zəng etmiş və demişdir ki, Hamlet sonuncunu işə düzəltmək üçün pul istəyir. O, Hamletin onlarla iş gördüyünü görüb, sonuncuya etibar etdiyi üçün Eminə Hamletin narahat adam olmamasını, arxayın olaraq işə düzəltmək üçün pul verə biləcəyini bildirmişdir. Emin də Hamletə onu işə düzəltmək üçün 2000 manat Bakı Şəhəri, Xətai rayonunda pul vermişdir. O, daha sonra Hamletə zəng etmiş və onun mobil telefonuna zəng çatmamışdır. Bundan sonra Eminə zəng etmiş, Hamletin onunla danışıbdanışmadığım soruşmuş, Emin isə Hamletlə danışmadığını demişdir. O yenidən Nizami ilə danışaraq Hamletlə danışıb-danışmadığını soruşmuş, o da Hamletlə danışmadığını, Hamletin ödəniş etmədiyini demişdir. O, dəfələrlə Hamletə zəng etmiş, ona zəng çatmadığı üçün Hamletin atası Əvəzağa adlı şəxsə zəng etmiş və Əvəzağa da narahat olmamağı demiş, Hamletin Gürcüstan Respublikasına getdiyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra Hamletin atası Əvəzağa adlı şəxsə zəng etmiş, Hamletin onlarla əlaqə saxlamadığım demiş, o isə kart atmağını demişdir. Bundan sonra o da Əvəzağanın mobil nömrəsinə kart nömrəsini göndərmiş, ancaq nəticə olmamışdır. O da məcburiyyət qarşısında qalıb Xətai rayon prokuroluğuna müraciət etmişdir. Hal-hazırda Hamlet adlı şəxsin ona aldığı diktlərə görə 6736 manat borcu vardır, çünki diktin qiyməti 38.50 manatdır, ancaq Hamlet ona 44 manatdan hesablayaraq pulunu verəcəyinə dair söz vermişdir. Bu günədək Hamlet ona 3120 manat pul ödəmiş, ancaq onun hal-hazırda ona borcu və vurduğu maddi ziyan 6736 manat təşkil etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanda, “Xalqlar Dostluğu” körpüsü kimi tanınan yerdə hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və 29 avqust 2022-ci il tarixdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan AZ-İV seriyalı 445100 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan AZ-İİ seriyalı 660342 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2011-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-165/2023 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-165/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən saat 03:50-dən xx.xx.2023-cü il tarixdə saat 16:09-dək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə məhkəmə istintaqı aparıldığından, Təqsirləndirilən şəxs istintaq təcridxanasında saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və barəsində 02 ay 06 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, xx.xx.2022-ci il tarixdə isə onun barəsində Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından isə görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-165/2023 saylı hökmü ilə ona təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki- 1(009)-165/2023 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən saat 03:50-dən xx.xx.2023-cü il tarixədək saat 16:09-dək tutulduğu 02 (iki) gün müddət və hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 26 (iyirmi altı) gün müddət, ümumilikdə isə tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti cəza saxlanılmalı, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməli, cəzasının əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 64 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 384 manat (64x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-165/2023 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki- 1(009)-165/2023 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən saat 03:50-dən xx.xx.2023-cü il tarixədək saat 16:09-dək tutulduğu 02 (iki) gün müddət və hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 26 (iyirmi altı) gün müddət, ümumilikdə isə tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 64 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 384 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-64/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-64/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver