Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-64/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1999-cu il tarixdə Qax rayonunun Turaclı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə, saat 21:52 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyası istiqamətindən mərkəzə doğru 70 km/saat sürətlə hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıqla, Heydər Əliyev prospekti 115 ünvanının qarşısında, idarə etdiyi “Ford Fusion” markalı avtomobil onunla eyni istiqamətdə hərəktdə olan sürücü Şahid 60-65 km/saat sürətlə idarə etdiyi “VAZ-2107” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşduqdan sonra, sola doğru istiqamətlənərək beton baryerin üzərindən keçməklə qarşı, əks hərəkət zolağına daxil olub, qarşıdan öz hərəkət zolağı ilə metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 70-75 km/saat sürətlə idarə etdiyi “Lexus GX460” markalı, **-RY-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşması nəticəsində, ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs2 aldığı dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol bazu sümüyünün aşağı 1/3-də qəlpəli yerinidəyişmiş açıq sınığı, sol mil sümüyünün başının yerinidəyişməmiş qapalı sınığı, sol bud sümüyünün burmalararası nahiyəsində çoxqəlpəli yerinidəyişmiş qapalı sınığı, sağ əlin İV barmağının əsas falanqasının yerinidəyişməmiş qapalı sınığı, sol ağciyərin yuxarı payında olan kiçik ölçülü kontuziya sahələri ilə müşayiət olunan döş qəfəsinin əzilməsi, sol dirsək oynağı nahiyəsinin kəsilmiş-didilmiş yarası və sol baldırın ön səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş, onun idarə etdiyi “Ford Fusion” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 isə aldığı dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan baş beynin əzilməsi, sol alın sümüyünün kəllə əsasına keçən basılmış sınığı, əngin ön divarının yerdəyişmiş sınığı, sağ körpücük sümüyünün və sol tərəfdə Vİ, Vİİ qabırğaların bayır tərəfdən yerdəyişmə ilə sınığı, sağ bud sümüyünün distal oynaqdaxili çox parçalı sınığı, bud sümüyü boynunun sınığı, sol qamış sümüyünün çox parçalı sınığı, sifətin sıyrıqları, əzilmiş yarası və bədənin qançırı xəsarətlərdən sol alın sümüyünün sınığı ilə müşayiət olunan başın küt travması nəticəsində baş beynin diffuz əzilməsi ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə, saat 21:50 radələrində özünə məxsus olan və 70km/saat sürətlə idarə etdiyi “Ford Fusion” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospekti, metronun “Koroğlu” stansiyası istiqamətindən mərkəzə doğru hərəkət etmiş, bu zaman tanışı və uşaqlıq dostu X3 da sərnişin qismində qarşı sağ oturacaqda əyləşmişdir. Sol tərəfdə olan “Bravo” hipermarketi keçdikdən sonra qəfildən onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ-2107” markalı avtomobili görüb, arxa hissəsi ilə toqquşacağını başa düşərək qəfil tormoz edərək sükanı sola doğru bursa da, məsafə az olduğundan həmin avtomobilin arxa hissəsi ilə toqquşmuş, idarəetməni itirmiş və idarə etdiyi avtomobil sola doğru istiqamətlənərək sol tərəfdə olan beton baryerlə toqquşduqdan sonra qarşı hərəkət zolağına keçərək öz hərəkət zolağı ilə hərəkətdə olan “Lexus” markalı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Hadisə nəticəsində özü, “Lexus” markalı avtomobilin sürücüsü və dostu Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar, sonradan dostu Zərərçəkmiş şəxs1 xəstəxanada ölmüşdür. Avtomobilində başqa sərnişin və yük olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ilə barışmış, ondan iddia, şikayət və tələbi yoxdur. Maddi sıxıntıları olduğu üçün digər zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir. Vətən müharibəsində iştirak etmişdir. Məhkəmədən bütün qeyd edilən halları nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 04 aprel 2024-cü il tarxdə axşam saatlarında özünə məxsus “Lexus” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhərinin mərkəzindən H.Əliyev prospekti ilə üzü metronun “Koroğlu” stansiyasına doğru 70-75 km/saat sürətlə hərəkət etdiyi zaman H.Əliyev prospektində metronun “Koroğlu” stansiyasına çatmamış, “Asan xidmət”in qarşısında qəflətən beton baryeri keçərək özü hərəkət zolağından çıxaraq onun hərəkət zolağına daxil olan “Ford Fusion” markalı avtomobillə qarşı-qarşıya toqquşmuş, belə ki, o, tormoz etməyə macal tapmamışdır. Həmin vaxt avtomobilində sərnişin və yük olmamışdır. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış, 2 dəfə əməliyyat keçirmiş, avtomobili yararsız vəziyyətə düşmüş, həmçinin səhhəti ilə əlaqədar işləyə bilməmiş, işindən də olmuşdur. O, hadisə nəticəsində aldığı xəsarətlərə görə keçirdiyi əməliyyatlara 25000 manat, avtomobilin təmirinə isə 30000 manat pul xərcləmişdir. Bununla belə, nə təqsirləndirilən şəxs, nə ailəsi bir dəfə olsun onun evinə gələrək ondan üzrxahlıq eləməmiş, hadisə nəticəsində ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışında Şahid bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 22 radələrində özünə məxsus “VAZ-2107” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə yolun sağı ilə üzü mərkəzə doğru 60-65 km/saat sürətlə hərəkət etdiyi zaman qəfildən avtomobilin arxa tərəfindən güclü zərbə hiss etmiş, zərbə nəticəsində oturduğu yerdə başı arxaya dəymiş, avtomobil yerində fırlanmışdır. Dərhal əyləci sıxıb avtomobili saxlamışdır. Sonra onun avtomobilinin arxa hissəsi ilə toqquşan “Ford Fusion” markalı avtomobil beton baryeri aşaraq əks hərəkət zolağına keçmiş və yolun digər tərəfindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edən “Lexus” markalı avtomobillə toqquşmuşdur. Həmin avtomobillərdə olan sürücü və sərnişinlər xəsarət almışdılar. Qısa müddət ərzində DYPnin əməkdaşları gəlmişlər, onu və digər xəsarət alanları təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Bir neçə gündən sonra başında ağrıları olduğu üçün həkimə getmiş və müalicə olunmuşdur. Ailəsini həmin avtomobillə dolandırırdı, 8 aydır işləyə bilmir, şəkər xəstəsidir. Təqsirləndirilən şəxs bir dəfə olsun onunla maraqlanmamışdır və dəymiş ziyanı ödəməmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir və əlavəsi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən, ifadəsi elan edilmiş iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur. Oğlu Vüsal adı yadında qalmayan restoranda fərdi işlə məşğul olmuşdur. 04 aprel 2024-cü il tarixdə axşam saatlarında evə gələndən sonra oğlu Vüsalın harada olmasını soruşduqda həyat yoldaşı Vüsalın saat 21:30 radələrində evdən çıxdığını və yaxınlıqda yerləşən kompüter salonuna getdiyini bildirmişdir. Həmişə olduğu kimi oğlunun gəlməsini gözləmiş və saat 22:20 radələrində evə nə vaxt gələcəyini soruşmaq üçün onun mobil nömrəsinə zəng etsə də, cavab verən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək, oğlunun yol nəqliyyat hadisəsində xəsarət aldığını, lakin salamat olduğunu bildirmişdir. Dərhal hadisənin baş verdiyi yerə, yəni Heydər Əliyev prospektinə gəlmiş və orada artıq avtomobil tıxacının təmizləndiyini görüb oğlunun müalicə aldığı “Semaşko” xəstəxanasına yollanmışdır. Xəstəxanada oğlunu görməsə də, onun vəziyyətinin normal olması barədə həkimlərdən məlumat almışdır. Xəstəxanada ona məlum olmuşdur ki, oğlu Vüsalın həm sinif yoldaşı, həm də uşaqlıq dostu olan, eyni zamanda qonşuluqda yaşayan Təqsirləndirilən şəxsla birlikdə qəsəbədən çıxaraq gəzmək üçün şəhərin mərkəzinə doğru gedərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Səhəri gün xəstəxanadan oğlunun aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirmişlər. Oğlunun dünyasının dəyişməsində, yol nəqliyyat hadisəsinin baş verməsində heç kimi günahlandırmır, oğlu Vüsalın sinif yoldaşı Behbudla həmişə münasibəti yaxşı olmuş, onlarla heç bir vaxt ədavətləri və düşmənçiliyi olmamışdır və hazırda da yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 maddi sübutların ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 1270/K saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-131-507/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1999cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 134202 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum olunması barədə məlumat qeydə alınmamışdır. - zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində və X2 Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1684 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş materiallara əsasən “Ford Fusion” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 meyitin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 74 saylı rəyinin nəticə hissəsindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: baş beynin əzilməsi, sol alın sümüyünün kəllə əsasına keçən basılmış sınığı, əngin ön divarının yerdəyişmiş sınığı, sağ körpücük sümüyünün və sol tərəfdə Vİ, Vİİ qabırğaların bayır tərəfdən yerdəyişmə ilə sınığı, sağ bud sümüyünün distal oynaqdaxili çox parçalı sınığı, bud sümüyü boynunun sınığı, sol qamış sümüyünün çox parçalı sınığı, sifətin sıyrıqları, əzilmiş yarası və bədənin qançırı. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl, yəni qərarda göstərilən xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən sərnişin qismində olarkən yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə sol alın sümüyünün sınığı ilə müşayiət olunan başın küt travması nəticəsində baş beynin diffuz əzilməsi səbəb olmuşdur. Ölüm KTM-də xx.xx.2024-cü il tarixdə, saat 10:10-da baş vermişdir, hansı ki, meyitin məhkəmə tibbi müayinəsi ilə inkar olunmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 340 saylı rəyinin nəticə hissəsindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün aşağı 1/3-də qəlpəli yerinidəyişmiş açıq sınığı, sol mil sümüyünün başının yerinidəyişməmiş qapalı sınığı, sol bud sümüyünün burmalararası nahiyəsində çoxqəlpəli yerinidəyişmiş qapalı sınığı, sağ əlin İV barmağının əsas falanqasının yerinidəyişməmiş qapalı sınığı, sol ağciyərin yuxarı payında olan kiçik ölçülü kontuziya sahələri ilə müşayiət olunan döş qəfəsinin əzilməsi, sol dirsək oynağı nahiyəsinin kəsilmiş-didilmiş yarası və sol baldırın ön səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Zərərçəkmiş şəxsin hüquqi varisi X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. - Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən ona qarşı şikayətçidir. - Təqsirləndirilən şəxs məxsus SX ******* NÖMRƏLİ Hərbi biletin surətindən görünür ki, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək DİN-nin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayətinin və tələbinin olmamasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-64/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-64/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver