Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(007)-647/2025 18.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri * saylı vəkil bürosunun vəkili müdafiəçi1, 0təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri * saylı vəkil bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs - ## ###### 1987-ci il tarixdə Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Cəbrayıl rayonunun Sarıcalı kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 177.3.2, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən azadlıqdan məhrum etmə cəzasının qəti müddəti 11 il 03 ay həddində müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının qəti müddəti 10 il həddində müəyyən edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, hazırkı iş üzrə ## #### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## #### 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ## #### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## #### 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs - ## ###### 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 722-də qeydiyyatda olan, ## ######## 2025-ci il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, ## ######## 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlamış, daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,386 qram olan narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb daşımış, ## #### 2025-ci il tarixdə, saat 18:30 radələrində Nərimanov Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, * saylı ünvanının qarşısında narkotik vasitələrin aludəçisi olmaqda şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd 1 ml-lik şprisin içərisinə doldurulmuş qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,386 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə ## #### 2025-ci il tarixdə, saat 04 radələrində dostu təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 5 ünvanında yerləşən “xxxx” QSC-nin binasının həyətindəki X2 icarə əsasında işlətdiyi paslanmayan su çənlərinin istehsal olunduğu sexə damı ilə divarı arasındakı boşluq olan yerdən qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus iki ədəd qaynaq avadanlığının 262,52 manat dəyərində ölçüləri - 132,5 x 9 x 1,2 sm olan 1 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şinini, 25,25 manat dəyərində 1,7 metr uzunluğunda, enihündürlüyü 0,5-3 sm olan sinklənmiş toxuma setka mis naqili, 24 manat dəyərində 1,6 metr uzunluğunda NYY 1x70 mm yumşaq kabeli, 9 manat dəyərində 6 ədəd 35 mm-lik papuc ucluğu, 2 manat dəyərində 5 ədəd M10 bolt qaykanı, 32 manat dəyərində 3 metrlik 2 ədəd məsafədən idarəetmə pedalını, 846,45 manat dəyərində, ölçüləri - 202 x 14 x 1,6 sm olan 1 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şinini, 461,89 manat dəyərində, ölçüləri - 110 x 14 x 1,6 sm olan 1 ədəd üst qolun qaynaq cərəyanı ötürücü güc şinini, 65 manat dəyərində ölçüləri 50 x 10 x 0,12 sm olan 65 ədəd mis təbəqəli qaynaq cərəyan ötürücü güc şinini, 70 manat dəyərində ölçüləri diametr - hündürlük 9,55 x 25 sm olan qaynaq ucluğu saxlayan bürünc başlığı, 140 manat dəyərində ölçüləri diametr-hündürlük 1,5 x 1 sm olan mis disk ucluğu, 45 manat dəyərində ölçüləri diametr-hündürlük 3 x 10 sm olan bürünc disk ucluq tutucusunu, 54 manat dəyərində 30 metr uzunluğunda TTR 3 x 2,5 mm-lik yumşaq kabeli və 270 manat dəyərində 30 metr uzunluğunda 1 x 35 mm-lik qaynaq kabelini gizli olaraq talayıb, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2307,11 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə ## #### 2025-ci il tarixdə, saat 04 radələrində dostu təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 5 ünvanında yerləşən “xxxx” QSC-nin binasının həyətindəki X2 icarə əsasında işlətdiyi paslanmayan su çənlərinin istehsal olunduğu sexə damı ilə divarı arasındakı boşluq olan yerdən qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus iki ədəd qaynaq avadanlığının 262,52 manat dəyərində ölçüləri - 132,5 x 9 x 1,2 sm olan 1 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şinini, 25,25 manat dəyərində 1,7 metr uzunluğunda, eni-hündürlüyü 0,5-3 sm olan sinklənmiş toxuma setka mis naqili, 24 manat dəyərində 1,6 metr uzunluğunda NYY 1x70 mm yumşaq kabeli, 9 manat dəyərində 6 ədəd 35 mm-lik papuc ucluğu, 2 manat dəyərində 5 ədəd M10 bolt qaykanı, 32 manat dəyərində 3 metrlik 2 ədəd məsafədən idarəetmə pedalını, 3,45 manat dəyərində, ölçüləri - 202 x 14 x 1,6 sm olan 1 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şinini, 461,89 manat dəyərində, ölçüləri - 110 x 14 x 1,6 sm olan 1 ədəd üst qolun qaynaq cərəyanı ötürücü güc şinini, 65 manat dəyərində ölçüləri 50 x 10 x 0,12 sm olan 65 ədəd mis təbəqəli qaynaq cərəyan ötürücü güc şinini, 70 manat dəyərində ölçüləri diametr - hündürlük 9,55 x 25 sm olan qaynaq ucluğu saxlayan bürünc başlığı, 140 manat dəyərində ölçüləri diametr-hündürlük 1,5 x 1 sm olan mis disk ucluğu, 45 manat dəyərində ölçüləri diametrhündürlük 3 x 10 sm olan bürünc disk ucluq tutucusunu, 54 manat dəyərində 30 metr uzunluğunda TTR 3 x 2,5 mm-lik yumşaq kabeli və 270 manat dəyərində 30 metr uzunluğunda 1 x 35 mm-lik qaynaq kabelini gizli olaraq talayıb, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2307,11 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayətləri törətdiyinə görə 2 dəfə məhkum olunmuş, sonuncu dəfə 2024-cü ilin dekabr ayında azadlığa çıxmışdır. təqsirləndirilən şəxs1 20 ildən çox müddətdir ki, eyni məhəllə sakini kimi tanıyır və Samir də əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuşdur. ## #### 2025-ci il tarixdə, saat 02 radələrində Samirlə birlikdə olarkən pula ehtiyac olduğundan oğurluq edib pul qazanmaq qərarına gəlmiş və bu məqsədlə küçəyə çıxıb gəzməyə başlamışlar. Təxminən saat 04 radələrində ünvan 8 ünvanında olan zaman qarşılarına sex çıxmışdır. Həmin ərazi hansısa bir işləməyən zavodun həyəti olmuş, lakin ətrafa baxıb heç kimi görməmiş, yəni gözətçi və ya başqa bir şəxs olmamışdır. Oğurluq məqsədilə Samirlə birlikdə həmin sexin arxa hissəsində olan hasarın üzərinə çıxıb ordan da sexin damına çıxmışlar. Damın üstündə hərəkət edərək divarla dam arasında olan açıq yerdən sexin birbaşa içərisinə daxil olmuşlar. Sexin içərisində ətrafa nəzər yetirdikdə yaşıl rəngli iki ədəd iri aparat və bir qədər də iri mis kabellər görmüşlər. Samirlə o, birlikdə bir aparatın üzərində olan təxminən 25-30 kq ağırlığındakı mis lövhəni sexdən götürdükləri alətlə açaraq yerindən çıxartmışlar. Həmçinin həm həmin aparatın, həm də digər aparatın üzərində olan bütün mis və latun detalları açıb götürmüşlər. Götürdükləri mis detalların arasında ən böyüyü 25-30 kq çəkidə olan mis lövhə olmuş, digərləri kiçik ölçülü detallar olmuşdur. Sonra sexdə olan bütün mis naqilləri kəsib götürmüşlər. Naqilləri və kiçik mis detalları sexdən tapdıqları ağ rəngli torbaya yığmış, torbanı Samir götürmüş, iri lövhəni də o götürmüşdür. Sexdə təxminən 1 saat yarım işləmişlər. Onlar həmin əşyaları kəsib götürdükdən sonra artıq təxminən saat 05:45 radələrində yenidən hasar vasitəsilə sexin damına qalxmış, damın üstündə hərəkət edərək dəmir yolu relsləri olan tərəfə düşmüşlər. Dəmir yolu relslərinin yanı ilə hərəkət edib Nərimanov rayonu Montin qəsəbəsinə getmişlər. Oğurladıqları əşyaları satmaq qərarına gəldiklərindən həmin tarixdə saat 09 radələrində Montin qəsəbəsində yaşadığı ünvanın yaxınlığında yerləşən, evində əlvan metallar qəbul edən Oktay kişinin yanına yaxınlaşmışlar. Ona həmin əşyaları söküntü aparılan ərazidən götürdüklərini bildirib satmaq istədiklərini demiş və Oktay onlara inanmışdır. Oktay kişi onların əlində olan misə baxış keçirərək çəkisini ölçüb 50 kq olduğunu bildirmişdir. Həmin 50 kq misi onlar 530 manata Oktaya satmışlar. Oktay onlardan şəxsiyyət vəsiqələrinin surətini istəsə də o, yaxınlıqda yaşadığını, narahat olmamasını və yolu düşəndə ona təqdim edəcəyini demişdir. Bundan sonra Oktaydan aldıqları pulu Samirlə birlikdə yarı bölmüş və bir-birlərindən ayrılmışlar, o, yaşadığı ünvana getmişdir. Əldə etdiyi həmin pulu öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. ## #### 2025-ci il tarixdə polis əməkdaşları onu saxlayıb 23-cü polis bölməsinə gətirmişlər və o da qeyd olunan oğurluq cinayətini Samirlə birlikdə törətdiyini etiraf etmişdir. Həmin sexdən oğurluq etmələri ilə bağlı onlara heç kim istiqamət verməmiş, onlar oğurluq məqsədilə ərazidə gəzəndə həmin sexdə qiymətli metal olacağını düşünüb ora daxil olmuşlar. Bundan başqa o, həbs olunmamışdan əvvəl narkotik vasitə istifadə etməklə məşğul olmuşdur. ## #### 2025-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, * saylı ünvanın qarşısında piyada hərəkətdə olduğu zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Nərimanov rayon polis idarəsinin 17ci polis şöbəsinə aparmışlar. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd 1 ml-lik şprisin işərisinə doldurulmuş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin şalvarının arxa sağ cibindən aşkar olunan 1 ml-lik şprisin işərisinə doldurulmuş narkotik vasitə heroin onundur və özünə məxsusdur, onu özü qəbul etmək üçün ## #### 2025-ci il tarixdə Nərimanov rayonu, Daş Karxanası, Dəmir yolu yaxınlığında adını ona Şaiq kimi təqdim edən şəxsdən 15 manata özü istifadə etmək üçün almışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. O, heç kimə narkotik vasitə verməmiş və yalnız özü istifadə etmək üçün almış, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə heroini istifadə edəndə 1 ml-lik şpris vasitəsi ilə damarına ineksiya üsulu ilə vurmaqla qəbul etmişdir. O, polis əməkdaşları tərəfindən 17-ci polis şöbəsinə aparılan zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki, psixi, yaxud da digər bir üsulla təsir göstərən olmamış, polis şöbəsinə aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ifadəsinin sonunda əməllərindən səmimi peşman olduğunu, maddi imkanı olmadığına görə zərərçəkmişə dəyən ziyanı ödəyə bilmədiyini göstərmiş, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5 ildir ki, “asma” və “hepatit B” xəstəliyindən əziyyət çəkir, həmçinin ayağında tromblaşmaya qarşı aparat qoyulmuşdur. Bundan başqa böyrəyinin biri tam fəaliyyətsiz olduğundan təxminən iki il əvvəl əməliyyat olunmuşdur. O, əvvəllər talama cinayətləri törətdiyinə görə ümumilikdə 4 dəfə məhkum olunmuş, təxminən 15 ilə yaxın azadlıqdan məhrumetmə cəzası çəkmişdir. Lakin sonuncu dəfə 4 il əvvəl cəzasını çəkib azadlığa çıxmış, ondan sonra cinayət törətməmişdir. təqsirləndirilən şəxs2 onunla eyni məhəllədə qalmış, uzun illər əvvəlldən dostluq etmişlər. Pərviz də əvvəllər məhkumluq həyatı yaşamışdır. ## #### 2025-ci il tarixdə, gecə saat 02 radələrində Pərvizlə birlikdə məhəllədə olarkən pula ehtiyacları olduğundan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə küçəyə çıxıb gəzməyə başlamışlar. Təxminən saat 04 radələri olmuş, onlar birlikdə gəzərkən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində qarşılarına sex çıxmış, həmin yer hansısa işləməyən zavodun həyəti olmuş, onlar ətrafa baxıb heç kimi, o cümlədən hansısa gözətçi və ya nəzarətçini görməmişlər. Oğurluq məqsədilə Pərvizlə birlikdə sexin arxa tərəfindən hasarın üstünə və oradan da sexin damına çıxmış, damın üstünə baxdıqda damla divar arasında boşluq yer görmüş və oradan da sexə daxil olmuşlar. Sexin içərisində yaşıl rəngli iki böyük aparat və çoxlu naqillər olmuşdur. Pərvizlə birlikdə köməkləşib sexdən tapdıqları alətlərlə aparatların üzərində olan bütün mis hissələri söküb ayırmış, həmçinin sexdə olan mis naqilləri toplamışlar. Aparatın birinin üzərində uzun mis lövhə də olmuş, onu da açıb götürmüşlər. Sonra sexdən ağ rəngli torba tapmış və naqilləri ona yığmışlar. Sonra Pərvizlə birlikdə köməkləşib oğurladıqları mis hissələri və naqilləri sexin damına çıxartmış və sexin arxa tərəfində dəmir yolu relsləri olan hissəyə düşmüşlər. Torbanı o, götürmüş, mis lövhəni isə Pərviz götürmüşdür. Sonra onlar piyada hərəkət edib Montin qəsəbəsinə getmişlər. Montin qəsəbəsində metal qəbulu ilə məşğul olan Oktay adlı şəxsə yaxınlaşmış və oğurladıqları bütün mis detalları ona 530 manata satmışlar. O, həmin puldan 200 manatı götürmüş, qalanını Pərviz götürmüşdür. Sonra da Pərvizdən ayrılıb evinə getmişdir. 200 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra iş axtarmaq məqsədilə Qazax rayonuna getmiş və orada bir restoranın həyətində fəhlə işi tapıb işləməyə başlamışdır. Qazaxın özündə 80 manata kirayə ev tutmuşdur. Təxminən 10 gün sonra eşitmişdir ki, Pərvizi polislər tutmuşdur. ## ######## 2025-ci il tarixdə polis əməkdaşları ailə üzvləri ilə əlaqə saxlamış və o, özü polis bölməsinə gəlmişdir. Həmin sexdən oğurluq etmələri ilə bağlı onlara istiqamət verən olmamış, Pərvizlə birlikdə özləri oğurluq məqsədilə gəzəndə həmin sex qarşılarına çıxmış və ətrafda heç kimin olmadığını görüb münasib şərait yarandığından sexə daxil olmuşlar. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, maddi imkanı olmadığına görə zərərçəkmişə dəyən ziyanı ödəyə bilmədiyini göstərmiş, xəstəliyini nəzərə alıb barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təxminən 15 il olar ki, ünvan 8 ünvanında yerləşən Mexaniki-təmir zavodunun həyətindəki sexlərdən birini icarəyə götürərək paslanmayan su çənlərinin istehsalı ilə məşğul olur. Həmin sexdə oğlu ilə birlikdə işləyir, işləri çox olanda isə gündəlik əlavə işçilər dəvət edir. Həmin sexdə onun 2 ədəd stasionar tipli, böyük ölçülü, diyircəkli qaynaq aparatı var. O, həmin aparatları 2008-ci ildə Çindən alıb gətirmiş, onların alışı və gətirilməsinə həmin dövrdə 30000 ABŞ dolları pul xərcləmişdir. Bazar günləri sexdə iş olmadığı üçün ## #### 2025-ci il tarixdə, saat 18:00 radələrində o, sexi bağlayıb evinə getmişdir. Sexin giriş qapısı bir yerdəndir və girişdə darvaza vardır. Sexdə müşahidə kamerası və siqnalizasiya yoxdur. Lakin sexdə hava işləməsi üçün sexin damı ilə divarları arasında açıq yerlər var. ## #### 2025-ci il tarixdə, saat təxminən 09:00 radələrində o, sexə getmiş və darvazanı açıb içəri daxil olduqda görmüşdür ki, sexdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər sexə daxil olub iki ədəd qaynaq aparatının misdən və latundan olan detallarını söküb oğurlamışlar. Həmçinin oğrular sexdə olan bütün naqilləri də kəsib aparmışlar. O, dərhal 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və az sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Araşdırma zamanı ətrafda olan kamera görüntülərindən məlum olmuşdur ki, onun sexinə damla divar arasında olan açıq yerdən iki nəfər daxil olub oğurluq etmişlər. Oğrular sexdə olan böyük ölçülü qaynaq aparatının uzunluğu 2 metr, eni 12 santimetr və qalınlığı 12 mm olan mis detalını, həmin qaynaq aparatında olan nisbətən kiçik mis detalı, digər qaynaq aparatının uzunluğu 1,5 metr olan mis detalını, həmin aparatda olan latun detalı, mis diskləri açarla açaraq və alətlə kəsərək oğurlamışlar. Həmçinin oğrular sexdə olan hissə-hissə ümumilikdə 60 metr uzunluğunda mis naqilləri də kəsib aparmışlar. Oğurluq nəticəsində onun 50000 manat dəyərində iki ədəd qaynaq aparatı sıradan çıxmışdır. Sırf oğurlanan detalların dəyəri 2307,11 manat məbləğində qiymətləndirilmişdir, lakin əslində real zərər daha çoxdur. Təqsirləndirilən şəxslər ona 5000 manat məbləğində pul ödəsələr, onlarla barışa bilər. Qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş İsmayılov Asif Rafiq oğlu məhkəməyə gəlmiş, lakin müvafiq səbəbdən məhkəmə iclası təxirə salındığından dindirilməsi mümkün olmamış, ərizə ilə müraciət edərək xidməti zərurətlə bağlı növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin post patrul xidməti bölüyündə polis nəfəri vəzifəsində işləyir, vəzifəsi ictimai asayişi qorumaq, baş verə biləcək cinayət hadisələrinin qarşısını almaq və cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Belə ki, ## #### 2025-ci il tarixdə, saat 18:30 radələrində Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri post yoldaşı şahid1 ilə Nərimanov rayon polis idarəsinin inzibati ərazisində xidmət aparan zaman ünvan 2 ünvanının qarşısında olarkən bir nəfər adını sonradan bildiyi “Pərviz” adlı şəxs onları görüb özünü şübhəli apardığına görə tərəflərindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına aparılmış, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti tam dəqiqliyi ilə müəyyən edilmişdir ki, həmin şəxs təqsirləndirilən şəxs2dur. Polis şöbəsində olan zaman və saxlanılan vaxtı təqsirləndirilən şəxs2 hərəkətləri və davranışı ilə özünü şübhəli apardığına görə Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə məruzə olunmuş və tərəflərindən raport tərtib olunaraq təqsirləndirilən şəxs2 barəsində qanuni tədbir görülməsini xaiş etmişlər. Bundan sonra xidməti otaqların birində videokamera çəkilişi ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd 1 ml-lik şprisin (bir dəfəlik tibbi iynənin) içərisinə doldurulmuş qəhvəyi rəngli narkotik vasitəyə bənzər mayeni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu və həmin heroini ## #### 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası, Dəmir yolu yaxınlığında adını ona Şaiq kimi təqdim edən şəxsdən 15 manata alaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 1 ml-lik şpris təhqiqatçı tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılan zaman onun və ya başqa bir şəxs tərəfindən ona qarşı heç bir fiziki, yaxud da psixi təsir göstərən olmamış, şübhəli şəxs qismində saxlanılan zaman tərəflərindən təqsirləndirilən şəxs2 üzərinə baxış, yaxud da şəxsi axtarış keçirən olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Nərimanov rayon polis idarəsinin post patrul xidməti bölüyündə polis nəfəri vəzifəsində işləyən şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun şahid A.R.İsmayılovla eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid3 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətində metal qəbulu ilə məşğul olur. ## #### 2025-ci il tarixdə, saat 09 radələrində üzdən tanıdığı, “Montin” qəsəbəsində yaşayan, adlarını sonradan bildiyi Pərviz və Samir adlı şəxslə birlikdə iş yerinə yaxınlaşıb hər ikisi satmaları üçün mislərinin olduğunu bildirmişlər. O, həmin şəxslərin əlində olan misə baxış keçirmişdir. Onların əlində 24 kq-lıq əyilmiş formada mis lövhə, təxminən 7-8 kq-lıq isə latun və kəsik vəziyyətdə olan mis kabellər olmuşdur. O, həmin şəxslərə bu əşyaları 515 manata ala biləcəyini demişdir. Həmin şəxslər onunla razılaşmışlar və gətirdikləri 24 kq mis, bir qədər latun və bir qədər kəsik vəziyyətdə olan mis kabelləri ona təhvil vermişlər. O isə 515 manat pulu səhv etmirsə Pərvizə vermişdir. Həmçinin o, Pərvizdən özünə məxsus şəxsiyyət vəsiqəsini tələb etdikdə Pərviz qonşuluqda yaşadığını, qısa vaxt ərzində şəxsiyyət vəsiqəsini gətirib verəcəyini bildirmişdir. Lakin o, sonrakı günlərdə vəsiqəsini gətirib verməmişdir. Bundan sonra o, Pərviz və Samirdən aldığı həmin malları iki gün ərzində tanımadığı dəmir yığanlara satmış və onun təxminən 40-50 manat qazancı olmuşdur. Pərviz və Samirdən birinci dəfə idi ki, onlardan metal qəbul edirdi. O, onlardan satmaq istədikləri metalı haradan əldə etdiklərini soruşmuşdur. Onlar hər ikisi demişlər ki, satmaq istədikləri metalı söküntü gedən binalardan icazəli şəkildə götürüblər. O, onların ona satdıqdarı metalı oğurladıqlarını bilməmişdir. Onlar bu barədə ona heç bir məlumat verməmişlər, o, metalın oğurluq olmasını bilsəydi və ya bundan şübhələnsəydi heç vaxt onu almazdı. Pərviz və Samirdən aldığı metalları satanda satdığı şəxslər barədə qeydiyyat aparmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - ## #### 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 1) - ## #### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxsin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild, i.v. 8-11) - ## #### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin yaxınlığında və yaxın ətrafda yerləşən müşahidə kameralarının görüntülərinin köçürüldüyü CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 4 ədəd foto və 23 ədəd videofayl vardır. Videofayllarda görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 birlikdə ## #### 2025-ci il tarixdə, saat 05:45-də ünvan 7 ünvanında yerləşən Mexaniki-Təmir zavodunun həyətindəki X2 icarə əsasında işlətdiyi sexin daxilindən onun damına çıxırlar, sexdən dolu torba və detallar çıxardırlar, sonra çıxartdıqları torbanı və detalları özləri götürüb oradan uzaqlaşırlar, daha sonra dəmir yolu relslərinin üstü və məhəlləarası yollarla hərəkət edirlər, təqsirləndirilən şəxs1 içərisi dolu olan torbanı çiynində aparır, təqsirləndirilən şəxs2 isə əlində tutduğu və çiyninə aşırdığı mis detalları aparır. Diskdə olan fotolarda da hər ikisinin oğurladıqları detalları və torbanı daşıyarkən çəkilmiş görüntüləri əks olunmuşdur. Baxışda müdafiəçisi ilə iştirak edən təqsirləndirilən şəxs2 təsdiq etmişdir ki, həqiqətən də görüntülərdə olan şəxslər onun özü və dostu təqsirləndirilən şəxs1dir, ## #### 2025-ci il tarixdə, saat 04 radələrində Samirlə birlikdə həmin sexə oğurluğa girmişlər və saat 05:45 radələrində oğurladıqları detallarla birlikdə sexi tərk etmişlər. (İ cild, i.v. 46) - ## #### 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 88) - ## ###### 2025-ci il tarixli qərardan görünür ki, 250060263 və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı sonuncu nömrə altında aparılmışdır. (İ cild, i.v. 84-85) - ## #### 2025-ci il və ## #### 2025-ci il tarixli protokollardan görünür ki, ## #### 2025ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 17-ci polis şöbəsinin inzibati binasına gətirilmiş təqsirləndirilən şəxs2 üzərində, müdafiəçinin iştirakı və videoçəkilişlə, şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd bir dəfəlik tibbi iynənin içərisinə doldurulmuş qəhvəyi rəngli mayeni çıxarıb təqdim etmiş və həmin şprisin içərisində “rastvol” adlanan maddə olduğunu, onu Nərimanov rayonu, Daş Karxanası, Dəmiryolunun yaxınlığında adını Şaiq kimi təqdim edən şəxsdən 15 manata alaraq özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılmışdır. Axtarış davam etdirilərkən şəxsin üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmiş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd diskə ## #### 2025-ci il tarixdə müstəntiq tərəfindən baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (İ cild, i.v. 109-110, 159) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, “....təqsirləndirilən şəxs2...” və s. qeydi zərfdəki 1 ml-lik şprisə doldurulmuş qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,386 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi 0,386 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 0,286 qram qalıq qalmışdır. (İ cild, i.v. 118-120) - ## #### 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd 1 ml-lik şprisin içərisinə doldurulmuş təmiz çəkisi 0,386 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,286 qram narkotik vasitə heroin saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (İ cild, i.v. 170) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının ## #### 2025-ci il tarixli, **** nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v. 177-178) - ## #### 2025-ci il tarixli, ***** nömrəli defiktasiya aktından görünür ki, ibtidai istintaq zamanı müstəntiqin qərarı ilə zərərçəkmiş şəxs X2 məxsus stasionar qaynaq aparatlarının oğurlanmış mis materialından olan detallarının və mis naqillərin 2025-ci ilin iyul ayına dəyərinin müəyyən edilməsi məqsədilə sənaye tipli avadanlıqların təmiri ilə məşğul olan “xxxx” şirkətinin təsisçisi və direktoru X4 mütəxəssis kimi təyin edilmiş, onun X2 məxsus hissələri oğurlanmış avadanlıqlara baxış keçirməsi təmin olunmaqla V.Qasımov tərəfindən defiktasiya aktı tərtib edilərək istintaqa təqdim edilmişdir. Həmin aktda göstərilmişdir ki, iki ədəd qaynaq avadanlığının baxış zamanı çatışmayan hissələrinin 2025-ci ilin iyul ayına qiyməti aşağıdakı kimidir: 1 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şini, ölçüləri- 132,5 x 9 x 1,2 sm, qiyməti 262,52 manat; 1,7 metr, sinklənmiş toxuma setka mis naqil, en-hündürlük 0,5-3 sm, qiyməti 25,25 manat; 1,6 metr, NYY 1x70 mm yumşaq kabel, qiyməti 24 manat; 6 ədəd papuc ucluq 35 mm, qiyməti 9 manat; 5 ədəd bolt qayka M10, qiyməti 2 manat; 2 ədəd məsafədən idarəetmə pedalı 3 metrlik, qiyməti 32 manat; 1 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şini, ölçüləri- 202 x 14 x 1,6 sm, qiyməti 846,45 manat; 1 ədəd üst qolun qaynaq cərəyanı ötürücü güc şini, ölçüləri- 110 x 14 x 1,6 sm, qiyməti 461,89 manat; 65 ədəd mis təbəqəli qaynaq cərəyan ötürücü güc şini, ölçüləri 50 x 10 x 0,12 sm, qiyməti 65 manat; qaynaq ucluğu saxlayan başlıq (bürünc), ölçüləri diametr-hündürlük 9,55 x 25 sm, qiyməti 70 manat; disk ucluq (mis), ölçüləri diametr-hündürlük 1,5 x 1 sm, qiyməti 140 manat, disk ucluq tutucusu (bürünc), ölçüləri diametr-hündürlük 3 x 10 sm, qiyməti 45 manat, 30 metr TTR 3 x 2,5 mm yumşaq kabel, qiyməti 54 manat, 30 metr qaynaq kabeli 1 x 35 mm, qiyməti 270 manat olmaqla ümumi məbləğ 2307,11 manat təşkil edir. (II cild, i.v. 9) - ## ####### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək əyani təsvir etmişdir. (Il cild, i.v. 20-26) - ## ####### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək əyani təsvir etmişdir. (Il cild, i.v. 27-33) - ## ####### 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, ibtidai araşdırma zamanı götürülmüş hadisə yerinin yaxınlığında və yaxın ətrafda yerləşən müşahidə kameralarının görüntülərinin köçürüldüyü CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 oğiunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət təqilbinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, şahid3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 satın aldığı qaynaq aparatlarının mis materialından olan detallarının və mis naqillərin cinayət yolu ilə əldə edildiyini bilmədiyi üçün əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitəni əldə etmə mənbəyinin müəyyən edilməsi üçün əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədilə cinayət işindən material ayrılaraq Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə göndərilmiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1 -ci bəndi tətbiq edilməmişdir. (II cild, i.v. 41-52) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının ## #### 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və ## ###### 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarının 4-cü və 5ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” ** saylı, ## ###### 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının, mütəxəssisin rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barələrində ittiham hökmü çıxarılmalı, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində, təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 100) - ## #### 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair müstəntiqinin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş və onun MSY-dən azad olunması qərara alınmışdır. (İ cild, i.v. 153-155) - ## #### 2025-ci il tarixli qərardan görünür ki, müstəntiq tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 156-157) - ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 38) - ## #### 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 75-78) - ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs1 axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 230) - ## ######## 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, 21 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 260-264) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs1 sonuncu dəfə Ağsu Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.1-ci maddələri ilə, CM-nin 66.2ci maddəsinə əsasən 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Amnistiya Qərarının 4, 9.2.3 və 9.3-cü bəndlərinə əsasən cəzası 6 ay azaldılaraq 02 il həddində saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 gün hissəsindən ## ###### 2022-ci il tarixdə azad edilmişdir. (İ cild i.v. 265-268) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 177.3.2, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən azadlıqdan məhrum etmə cəzasının qəti müddəti 11 il 03 ay həddində müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının qəti müddəti 10 il həddində müəyyən edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (İ cild i.v. 188-225, 269-271) Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə onun barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3cü maddəsinə əsasən ləğv edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmü ilə təyin olunmuş, cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsinin Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 münasibətdə cinayətlərin residivinin müəyyən edildiyini nəzərə alaraq, həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, cinayətlərin residivi baxınından təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalı, cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı, daha sonra təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmü ilə təyin olunmuş, cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə və CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə ## #### 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ## ######## 2025-ci il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, ## ######## 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitənin qalığı məhv olunmalı, içərisində videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən (belə ekspertiza təqsirləndirilən şəxs2 münasibətdə keçirilmişdir) tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli, *** saylı qərarına əsasən məhkəmə hesab edir ki, vəkillərin təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsini həyata keçirməyə sərf etdikləri müddət (iş saatları) üçün əmək haqqıları dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmü ilə təyin olunmuş, cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. təqsirləndirilən şəxs2 ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablansın. təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2025-ci il tarixdən hesablansın. təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Maddi sübut qismində tanınmış, təqsirləndirilən şəxs2 aşkar edilərək götürülməklə Bakı şəhəri Nərimanov rayon polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,286 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, içərisində videogörüntülər olan 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, hesab AZ34CTRE**********0002088501 hesabına ödənilsin. təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 27 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri * saylı vəkil bürosunun vəkili müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 297 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 27 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri * saylı vəkil bürosunun vəkili müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 297 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-647/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-647/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver