Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-65/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 Georqiyevnanın, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 nümayəndəsi-“Hümbətov və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə2 Oktay oğlunun, zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 Georqiyevnanın və Zərərçəkmiş şəxs3 nümayəndəsi-“Hümbətov və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə1, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, tərcüməçilər X3, X1 və X2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1977-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş, Özbəkistan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 68, mənzil 33də müvəqqəti qeydiyyatda olmaqla yaşamış, 05 avqust 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 04 avqust 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 30 sentyabr 2023-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandırıb sonuncuya şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək “şər qüvvələr”dən təmizləyəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs4 2019-cu ilin dekabr ayının sonlarında yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilində 600 manat, həmin tarixdən iki gün sonra qeyd edilən ünvanda həmin dövrün rəsmi məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları, 2020-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilində 888 manat, ümumilikdə isə 1998 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandırıb sonuncuya şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək “şər qüvvələr”dən təmizləyəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 2020-ci ilin yanvar ayının sonlarında yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilində 300 manat dəyərində qab-qacaq, 2020-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilində məzənnəsi həmin dövr üçün 1190 manat təşkil edən 700 ABŞ dolları və 01 may 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilində 777 manat, ümumilikdə isə 2267 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandırıb sonuncuya şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək “şər qüvvələr”dən təmizləyəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs5 2020-ci ilin yanvar ayının ortalarında sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 102 nömrəli evin 21 nömrəli mənzilində məzənnəsi həmin dövr üçün 391 manat təşkil edən 230 ABŞ dolları, 2020-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 102 nömrəli evin 21 nömrəli mənzilində 840 manat, 14 mart 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 102 nömrəli evin 21 nömrəli mənzilində 3400 manat, 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 102 nömrəli evin 21 nömrəli mənzilində 1700 manat və 2020-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 102 nömrəli evin 21 nömrəli mənzilində 1900 manat, ümumilikdə isə 8231 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandırıb sonuncuya şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək “şər qüvvələr”dən təmizləyəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs3 2020-ci ilin aprel ayının ilk on günlüyündə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilində 1215 manat, 30 may 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi 17C nömrəli evin qarşısında 777 manat, 16 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilində 1700 manat, 2020-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilində 280 manat və 04 sentyabr 2020-ci il tarixdə məzənnəsi həmin dövr üçün 34000 manat təşkil edən 20000 ABŞ dolları, ümumilikdə isə 37972 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Georqiyevnanı ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandırıb sonuncuya şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək “şər qüvvələr”dən təmizləyəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 02 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 168A nömrəli evin qarşısında 777 manat, 2020-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi 17C nömrəli evin qarşısında 980 manat, 19 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində 888 manat, 03 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilində məzənnəsi həmin dövr üçün 21038 manat təşkil edən 10519 avro dəyərində “Korloff” qızıl-zinət mağazasından alınmış 1 karatlıq tək brilliant qaşlı ağ qızıl üzüyü, ümumilikdə isə 23683 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 Georqiyevnaya xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Georqiyevna, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı ayrılıqda mülki iddia vermişlər, mülki iddialar məhkəmənin icraatına qəbul edilmiş, zərərçəkmiş şəxslər eyni zamanda mülki iddiaçı, təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Mülki iddialara əsasən mülki cavabdeh Təqsirləndirilən şəxs 23683 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 161,04 manat pulun əvəzinin alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 Georqiyevnaya, 2267 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 42,67 manat pulun əvəzinin alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs2, 37972 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 203,91 manat pulun əvəzinin alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs3, 1998 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 40 manat pulun əvəzinin alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs4, 8231 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 102,31 manat pulun əvəzinin alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs5 verilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək və mülki iddiaları qismən qəbul edərək ifadəsində göstərmişdir ki, bir dəfə tanışı Fərid onlara gələn vaxt ekstrasenslərin, falçıların barəsində söhbət etmişlər. Həmin vaxtlar Fərid torpaq satmaq istəmiş, torpaq çox uzaqda yerləşmişdir. Sonra Fərid ona anasının şəklini göstərmiş və demişdir ki, anası özünü çox pis hiss edir, o da başlayıb məsləhətlər vermişdir ki, qurban versinlər. Fərid də ona qurban üçün 720 manat pul vermişdir. Fəridin tələb etdiyi digər məbləğlər heç vaxt olmamış, ona verməmişdir. Fərid bankdan 2000 manat pul götürüb borca vermişdir, bu barədə onda sübutların hamısı vardır. Digər pulları Fərid ona xalası Xuraman xanımın vasitəsilə vermişdir. Toyları olandan sonra Fərid onu yoldaşı Bilqeyislə tanış etmişdir. Sonra Bilqeyislə əlaqə saxlamağa başlamışlar, Bilqeyis ona demişdir ki, onun atasının çoxlu məşuqələri var və o məşuqələr onun atasına cadu edirlər, ona görə də o, istəyir ki, atası onlardan uzaq olsun. O da demişdir ki, şam yandıra bilər, 777 manat gətirsin ona, Bilqeyis də gətirmişdir. Sonradan Bilqeyis ona 700 dollar da vermişdir, amma o pullar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qaytarılmışdır. Qab-qacaqla bağlı isə Bilqeyis onların dəyərini 300 manat qiymətləndirmişdir, o, Bilqeyisə demişdir ki, qabqacağı götürsün, Bilqeyis də demişdir ki, ona lazım deyil, özünə götürsün. Həmçinin Fərid onu Anastasiya ilə tanış etmiş və demişdir ki, onun Cəlal adlı dostu var, Cəlalla Nastya birlikdədirlər, lakin Cəlalın Türkiyədəki yoldaşı Cəlala cadu etdiyi üçün onlar evlənə bilmirlər. Bundan başqa, Xuraman xanım dogrudan onun evinə gəlmiş, o, şəkilə baxmış və nə görübsə onu da demişdir. Onların dediyi kimi kartları o, istifadə etməmişdir. Həmçinin Xuraman xanım demişdir ki, o, deputat olmaq istəyir, bu, onun arzusudur. Bir dəfə keçmişdir, lakin onu seçməmişlər. Xuraman xanım ona demişdir ki, nə edə bilər ki, Prezident onu görsün, o da demişdir ki, bu, alınan deyil. Xuraman xanım sırf özünün təmizlənməsi üçün ona 750 dollar, 888 manat isə şamlara görə gətirmişdir. Xuraman xanımın qeyd etdiyi məbləğlər heç olmamışdır, bir də 2000 manatı təsdiq edir, digər məbləğ olmamışdır. Anastasiya ona demişdir ki, o, Cəlala təsir etsin, onunla bağlı müsbət fikirləri ona çatdırsın, Cəlal onun üçün hər şeydir. Həmçinin Anastasiya ona demişdir ki, öyrənsin ki, Cəlal pulları harada gizlədir və onun adına ev alsın. Anastasiya ona şamlara görə 777 manat vermiş, sonra isə nişan üzüyü vermişdir, lakin həmin üzüyü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində götürmüşlər. Bu isə protokolda qeyd olunmamışdır. Anastasiya ona 666 dollar və yaxud özünün yazdığı kimi 500 avro vermiş, onu da qaytarmışdır. Cəlal ona 777 manat vermiş, sonra yeni ildə 200 manatı hədiyyə kimi, daha sonra 4000 manat vermiş, bu pulları Cəlala qaytarmışdır. Cəlalın ona hədiyyə verdiyi 20000 dolları qaytarmamışdır, sonra Cəlalın özü ondan 3000 manat borc istəmiş, o da vermişdir, dostu Rəhman buna şahiddir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, Bilqeyis kömək olaraq ona 700 ABŞ dolları vermişdir, onu da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılarkən qaytarmış, anası xərçəng xəstəsi olduğundan onun müalicə xərcləri üçün Xuraman xanım ona hissə-hissə təxminən 6000 manat pul vermiş, lakin həmin pulu borc olaraq deyil, kömək məqsədilə vermiş, həmin pulu da ondan heç bir vaxt geri istəməmişdir. O, Xuraman xanımın tələb etdiyi puldan 3000 manatda özünü təqsirli bilir. Cəlal 20000 dolları ona saxlamaq məqsədilə vermiş, daha sonra ona hədiyyə olaraq həmin pulu götürməsini demişdir. Həmin puldan isə 16000 dolları qaytarmışdır. Xuraman xanımın ona hədiyyə verdiyi tros sepi qaytarmışdır. O, zərərçəkmiş şəxslərə söz vermişdir ki, ev satıb borcu qaytaracaqdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 05 avqust 2022-ci il tarixdə müdafiəçisinin və tərcüməçinin iştirakları ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, Özbəkistan Respublikasının vətəndaşı olsa da, 2013-cü ildən Azərbaycan Respublikasında yaşayır. Orta təhsilini Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən tam orta məktəbdə rus dilində almışdır. Azərbaycan Respublikasına gəldikdən sonra Bakı şəhəri ərazisində yerləşən kafelərin birində qab yuyan işləmiş, sonradan isə yaşadığı ünvanda salatlar düzəltməklə onlayn satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs4 adlı şəxsi “facebook” sosial şəbəkəsi vasitəsilə tanımış, həmin şəxs 2019-cu ilin yanvar ayında o zaman yaşadığı Q.Qarayev prospekti ev 57, mənzil 17 saylı ünvana gələrək ondan “Koreya” salatı almışdır. Həmin tarixdən sonra Fəridlə aralarında münasibətlər normal olmuş, düşmənçilik və ədavəti olmamışdır, sonradan Fərid onu arvadı Bilqeyis ilə tanış etmiş, həmin tanışlıq onların toy mərasimindən sonraya təsadüf etmişdir. Bilqeyis ilə tanış olduqdan sonra o və Fəridlə dostluq münasibətləri daha da genişlənmiş və bir-birilərinin yaşadığı ünvanlara qonaq getməyə başlamışlar. Bundan sonra Fərid həmçinin onu anası Fidan və xalası Zərərçəkmiş şəxs5 ilə tanış etmişdir. O, həmin şəxslərin yaşadığı “28 May” metrostansiyasının yaxınlığındakı mənzillərinə, həmçinin Mərdəkan qəsəbəsində yerləşən bağ evlərinə getmişdir. Növbəti görüşlərinin birində Fərid və Zərərçəkmiş şəxs5 ilə onun yaşadığı mənzildə olarkən falçılıq barədə söhbət düşmüş və Fərid ondan rituallar icra edə bilən şəxs tapmağı xahiş etmişdir. Fərid ona əvvəllər Saşa adlı bu işi icra edə bilən şəxs olduğunu, lakin sonradan öldüyünü bildirmişdir. O, Zərərçəkmiş şəxs5 onun belə bir şəxsə ehtiyacının nə səbəbdən yarandığını soruşduqda Zərərçəkmiş şəxs5 deputat olmaq istədiyini, mənzildə cadu olduğunu, Fəridin keçmiş arvadının hər zaman cadu etdiyini və onların bu səbəbdən daim xəstə olmalarını qeyd etmişdir. O, həmin şəxslərə belə bir şəxs tanımadığını, lakin belə problemlərlə bağlı qurban kəsməli olduqlarını, mağazadan alınmış şam yandırmaqlarını məsləhət bilmişdir. Belə ki, həmin şəxslər ondan öncə də mənzildə şam yandırmağı bacarmışlar, lakin onlar şamları kilsədən götürmüşlər. O isə həmin şəxslərə mağazada satılan adi şamları alıb yandırmağı məsləhət görmüşdür. Həmin vaxt Fərid keçmiş arvadının öz rəisi ilə evləndiyini və onları ayırmaq istədiyini, rəisin ona çoxlu iş verməsini bildirmişdir. Fərid “WhatsApp” proqramı vasitəsilə keçmiş arvadının və rəisinin şəklini ona göndərmişdir. O, Fəridə hər hansı bir ritual bacarmadığını, yalnız kartlar vasitəsilə fala baxa bildiyini qeyd etdikdə Fərid rituallar icra etməyə ehtiyac olmadığını, kartla bağlı biznes qurmağı və həmin kartla bağlı falına baxacağı şəxslərdən alacağı pulu onunla bölməyi təklif etmişdir. O, həmin şəxsin bu təklifi ilə razılaşmamış və yalnız evdə mənfi enerjini azaltmaq üçün şam yandırmalı olduqlarını ona bildirmişdir. Həmin vaxtlar Zərərçəkmiş şəxs5 onunla daha mehriban ünsiyyət qurmağa başlamış və o, həmin şəxsin yaşadığı ünvana qonaq qismində gedib-gəlməyə davam etmişdir. Həmçinin həmin ərəfədə anası xərçəng xəstəsi olduğundan onun müalicə xərcləri üçün Xuraman xanım ona hissəhissə təxminən 6000 manat pul vermişdir, lakin həmin pulu borc olaraq deyil, kömək məqsədilə vermişdir və həmin pulu da ondan heç bir vaxt geri istəməmişdir. Bundan başqa həmin ərəfələrdə 2021-ci ilin qış aylarında öz şəxsi tələbatları üçün Fəriddən 1000 manat borc olaraq pul almışdır. Həmçinin 2021-ci ilin sonlarında o, Xuraman xanımdan əlavə olaraq mağaza açmaq üçün borc pul istəsə də, həmin şəxs hər hansı bir məbləğdə pul verə bilməyəcəyini qeyd etmişdir. Həmin ərəfədə Bilqeyis kömək olaraq ona 700 ABŞ dolları vermişdir. 2021-ci ilin yay aylarında Xuraman xanım Fəridin vasitəsilə ona hədiyyə olaraq qalın tros qızıl boyunbağı vermiş, Fərid həmin boyunbağını onun yaşadığı ünvana çatdırmış və Xuraman xanım həmin boyunbağını hər zaman taxmağını, taxarkən isə onu xatırlamağını bildirmişdir. Bundan başqa Fərid onu Anastasiya ilə 2019-cu ilin yaz aylarında tanış etmişdir. Belə ki, Fərid Cəlal adlı dostunun, həmin dostunun isə Anastasiya adlı sevgilisinin olduğunu, Cəlalın Türkiyədə yaşayan arvadının ona daim cadu etməsi səbəbindən Cəlalın bütün pullarını ona verməsini, bununla bağlı Cəlalın Anastasiya ilə evlənmək istədiyini bildirmişdir. Odur ki, bu məqsəd üçün Fərid oyun oynamalı olduğunu bildirmiş, həm Anastasiya, həm də Cəlal ilə onu tanış etmişdir. Anastasiya onun vasitəsi ilə Cəlalı idarə etmişdir. Belə ki, Cəlal ona sonsuz dərəcədə inandığından o, Anastasiya ilə bağlı müsbət fikirləri ona çatdırmışdır, belə ki, Cəlal ilə ilk görüşlərində də Fəridin ona deməsi əsasında o, Cəlala ekstrasens kimi özünü təqdim edib, onun həyatında sevgilisi olduğunu, həmin qadını qorumalı olduğunu, həmin qadının onun talismanı olduğunu, həmçinin həmin qadınla evlənməli olduğunu bildirmişdir. Cəlalla görüşlərindən öncə Fərid ona Cəlalın bibisi oğlunun yaxın ətrafı tərəfindən öldürüldüyü barədə məlumat verdiyindən o, Cəlala bu məlumatı dedikdə həmin şəxs ona daha çox inanmağa başlamışdır. Cəlalla görüşləri zamanı Cəlal ondan əmisi Cahangir Əsgərov ilə münasibətlərinin yaxşılaşması, onun yalnız Cəlala dəstək olması, həmçinin onun qeyri-leqal işlərlə məşğul olması barədə əmisinin heç bir məlumatı olmaması üçün rituallar icra etməyini xahiş etmişdir. Lakin o, hər hansı bir real ritual icra etməmişdir. Yalnız sözdə bu danışıqlar olmuşdur. Bundan başqa, o, Fəridin atası Rauf kimi tanıdığı şəxsin dişlərinin müalicəsi üçün Fəridə ümumilkdə hissəhissə 4500 manat pul vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 ona bağışladığı qızıl boyunbağını, həmçinin ona vermiş olduğu 6000 manat pulu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılarkən Xuraman xanıma qaytarılması üçün həmin İdarənin Hüseyn adlı əməkdaşına vermişdir. Anastasiya ona Cəlalla bağlı münasibətlərini düzəltdiyi üçün bir ədəd üzərində balaca brilliant qaşı olan qızıl üzüyü hədiyyə etmişdir, həmin üzüyü isə Moskva Univermağında hal-hazırda şəxsiyyəti ona məlum olmayan şəxsə 400 manata satmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, zərərçəkmiş şəxslərin ona pul vəsaitini və qızıl-zinət əşyalarını maddi durumunun zəif olması, ailə vəziyyəti ilə bağlı kömək məqsədi ilə vermələrini qeyd etsə də, cinayət əməlini faktiki olaraq etiraf etmişdir, məhkəmədə son sözlə çıxışında isə zərərçəkmiş şəxslərə hər hansı məbləğdə ödəniş edə və onlarla barışıq əldə edə bilmədiyini göstərmiş, dəymiş ziyanı hissə-hissə ödəyə bilməsi üçün ona şərait yaradılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 Georqiyevna ifadəsində göstərmişdir ki, evlilik həyatı davam edərkən bir ara həyat yoldaşı Cəlalın işləri yaxşı getməmiş, buna görə narahatçılıq keçirməyə başlamışdır. 2020-ci ilin yanvar ayının son günlərində ailə dostu Zərərçəkmiş şəxs4 ona demişdir ki, tanıdığı bir qadın var, hansı ki, cadunu aradan qaldıraraq işlərin yaxşı getməsinə kömək edir. Fərid bildirmişdir ki, onların ailəsinin işlərinin düzəlməsinə kömək etmək üçün onu həmin qadının yanına apara bilər. Onlar Fəridlə birlikdə sonradan adını bildiyi “Katya” kimi də çağırılan Təqsirləndirilən şəxs Aleksandrovnanın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 17 nömrəli mənzilinə getmişlər. Ekaterına ona demişdir ki, ona əri Cəlalın şəklini göstərsin. O, Cəlalın şəklini göstərdikdə Ekaterına bildirmişdir ki, Cəlala cadu ediblər. Həmin vaxt atası da xəstə olmuşdur. Atası Georqinin də şəklini göstərəndə Ekaterına bildirmişdir ki, atası da xəstədir, Cəlalla atasının müalicəsi üçün lazım olan şamın alınmasına görə ona 777 manat pul verməlidir. Əlaqə saxlamaq üçün həmin gün biri-birilərinə mobil telefonlarının nömrələrini vermişlər. 777 manat pul vermək üçün 02 fevral 2020-ci il tarixdə öz “Nissan Micra” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ekaterınanın yaşadığı ünvana getmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsinə tərəf gedən körpünün üstündən aşağı düşüb “Neftçilər” deyilən əraziyə qayıtmaq istəyərkən, körpünün altında ünvan 2 ünvanın qarşısında avtomobilinin yanacağı qurtarmışdır. Ekaterınaya onun ünvanına gələ bilməyəcəyini bildirdikdən sonra Ekaterına ərinin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobillə gəlib pulu ondan almışdır. Ekaterına 33 ədəd şam verərək onları yandırıb şəkillərini ona göndərməsini tapşırmış və demişdir ki, hər şey yaxşı olacaq, ailələrinin işləri düzələcək, xəstəliklər bitəcək, problemləri aradan qalxacaq və onlar ayrılmayacaqlar. 777 manat pulu alan ərəfədə, yəni 2020-ci ilin fevral ayının ortalarında Ekaterına ondan öz yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 17 nömrəli mənzilində 666 ABŞ dolları da alaraq demişdir ki, yoldaşı ilə onun arasında olan münasibətləri düzəltmək üçün həmin pulu 40 gün ərzində təmizləyib qaytaracaqdır. Həmin pulun qaytarılmasını Ekaterınadan israrla tələb etdikdən və onun yaşadığı ünvana getdikdən sonra Ekaterına ona 666 ABŞ dolları əvəzinə 500 avro qaytarmışdır. O, şamları yandırıb şəkillərini Ekaterınaya göndərməkdə davam etmişdir. Bir gün Ekaterına ona demişdir ki, atası rəhmətə gedəcək, ona qurbanlıq lazımdır. Bunun üçün Ekaterına ondan 950 manat pul tələb etmişdir. O, pulunun olmadığını bildirdikdə, Ekaterına əsəbləşərək “sən pis adamsan, atanı fikirləşmirsən” deyərək təsir etməyə başlamışdır. Qurbanlığa görə pul almaq üçün ona etdiyi təsirlərdən sonra 2020-ci ilin fevral ayının sonunda Ekaterına həmin vaxt onun Cəlalla yaşadığı ünvan 3 ünvanında yerləşən mənzillərinə gəlmiş və 980 manat pulu orada ondan almışdır. Sabahı gün Ekaterına ona demişdir ki, artıq qurban kəsilmişdir, yaxşı olacaq, qurban kəsmək ritualı bir neçə gün davam edəcəkdir. Lakin həmin vaxt əri Cəlal bilməmişdir ki, o, Ekaterınanın yanına gedirmiş, çünki Ekaterına ona demişdir ki, bunu Cəlala demək olmaz. Ekaterına ondan 888 manat pul və barmağında olan qiymətli bir karat birilliantı olan tək qaş ağ qızıldan hazırlanmış nişan üzüyünü istəmiş və demişdir ki, üzüyə cadu ediblər. Həmin vaxt o, üzüyü Ekaterınaya vermək istəməmişdir, çünki bu üzük həyat yoldaşı Cəlalın çox qiymətli hədiyyəsi olmaqla nişan üzüyü olmuşdur. Ekaterına ona demişdir ki, narahat olmasın, Cəlala da deyə bilərlər, belə ki, o, 3 həftə ərzində üzüyü təmizləyib qaytaracaqdır. Belə ki, 19 noyabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsində üzüyü və 888 manat pulu Ekaterınaya vermişdir. Həmin vaxt Ekaterına ağ rəngli üst geyimi geymişdir və boz rəngli köhnə “Mersedes Benz” markalı avtomaşınla gəlmişdir. Ekaterına ona demişdir ki, 3 həftəyə üzüyü və 30 günə isə 888 manat pulu təmizləyib ona qaytaracaqdır. Lakin üzük ona deyilən vaxtda qaytarılmadığına və Cəlalın səfərdən qayıdıb üzüyü barmağında görməcəyindən narahat olub həmin şəxsə zəng edib üzüyü israrla geri istəmişdir. Lakin həmin vaxt Ekaterına demişdir ki, üzüyün təmizləmə işini İsmayıllı rayonunda yaşayan Lilya adında bir qadın aparır və həmin şəxs işi hələ qurtarmamışdır. Buna baxmayaraq 15 dekabr 2020-ci il tarixdə axşam işdən sonra Ekaterınanın yaşadığı ünvana gedib qapını döymüş və üzüyünü, üzük üçün nəzərdə tutulmuş qutusunda geri almışdır. Üzüyünü aldıqdan sonra onu götürməyi barədə ona məxsus ***-***-**-** mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə Ekaterınanın istifadəsində olan ***-***-**-** mobil nömrəsində olan “WhatsApp” proqramına məlumat göndərmişdir. Ümumiyyətlə onların əlaqələri bir qayda olaraq “WhatsApp” vasitəsilə həyata keçirilirmişdir. 2021-ci ilin yanvar ayında yoldaşı Cəlal Türkiyəyə getmişdir. Ekaterına üzüyün təmizlənmə işini başa çatdırmaq üçün ona gətirilməsini istəmişdir. 03 yanvar 2021-ci il tarixdə Ekaterınanın yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 17 nömrəli mənzilinə gedərək 1 karatlıq tək qaş brilliantı olan ağ qızıldan düzəldilmiş 10519 avro dəyərində olan nişan üzüyünü üzük qutusunda Ekaterınaya vermişdir. Bu üzüyün ona verilməsi barədə Ekaterına ***-***-**-** mobil nömrəsində olan “WhatsApp” vasitəsilə məlumatı ona göndərmiş, həmin məlumatı istintaqa təqdim etmişdir. Həmin üzüyü ona yoldaşı Cəlal Bakı şəhəri, Neftçilər prospekti 91 ünvanında yerləşən “Korloff” qızıl-zinət mağazasından almışdır. Üzüyü Ekaterınaya verəndə demişdir ki, Cəlal yanvar ayının 18-də gələcək, ona qədər üzüyü ona qaytarmaq lazımdır və Ekaterına da üzüyü həmin vaxta kimi qaytaracağına söz vermişdir. O, 15 yanvar 2021-ci il tarixdə Ekaterına ilə əlaqə saxlayıb üzüyü geri istəmiş, Ekaterına ona demişdir ki, üzük təmizlik işi üçün İsmayıllı rayonunda yaşayan Liliyadadır. O, üzüyü israrla tələb etdikdən sonra telefona mesaj yazmışdır ki, 25 yanvarda qayınatası İsmayıllı rayonuna üzüyün dalınca getmişdir, ancaq 26 yanvarda qayıda biləcəkdir. 26 yanvar 2021-ci il tarixdə saat 03:31-də Ekaterına “WhatsApp” vasitəsilə mesaj yazmışdır ki, Liliyanın göndərdiyi bağlamada onun üzüyü yoxdur, indi bu məsələni araşdırmaqla məşğuldur. Bundan sonra Cəlal məsələdən xəbər tutmuş, həmin vaxt onun da Ekaterına tərəfindən aldadıldığını o, bilmişdir. Ekaterına onları aldadaraq böyük məbləğdə pullarını, zinət əşyalarını ələ keçirdiyi üçün, o, Cəlal, onların ailə dostu Fərid, onun həyat yoldaşı Bilqeyis xanım polisə şikayət etmək qərarına gəlmişlər. Sonradan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Ekaterınadan şikayət etmişlər ki, pullarını və üzüyünü qaytarsın. Orada aparılan araşdırma zamanı üzük qabını qaytarmışlar, lakin nə pul, nə də ki, üzüyü ona qaytarılmamışdır. Həmin vaxt Fəridin qızıllarını Ekaterına lombarda qoyması məlum olmuş, yalnız həmin qızılları qaytarmışlar. Cəlal və Fərid 29 iyul 2021-ci il tarixdə Ekaterına ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranında görüşmüşlər və görüş zamanı Ekaterınaya danışıqlarını yazacaqlarını bildirdikdən sonra onların bu görüşdəki danışıqların səs yazısı aparılmış, Ekaterına həmin vaxt onlardan pul və zinət əşyaları aldığını etiraf etmişdir. Sonda, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 Georqiyevna təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu 23683 manat məbləğində maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçi olduğunu və həbs olunmasını istədiyini göstərmiş, həmin şəxsə qarşı qaldırdığı mülki iddiasının təmin olunaraq 23683 manat məbləğində pulun və ödədiyi 161,04 manat məbləğində dövlət rüsumunun əvəzinin mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ildə anası bir məclisdə olan vaxt söhbət falçılardan düşmüş və bir qadın anasına demişdir ki, tanışı Tamara adlı qadın vardır, o, gözdəymədən təmizləyə bilir. Bir müddət sonra anası həmin Tamaranı evlərinə dəvət etmişdir. Tamara onlara gəlib evlərində şam yandıraraq dua edib dediyi kimi, gözdəymədən təmizlik işləri aparmışdır. Tamara demişdir ki, Rusiyadan gəlmişdir, daha əvvəl müğənnilik etmişdir. Tamara təmizlik işi aparmaq üçün onların evinə gəldikdən sonra nişanlısı Zərərçəkmiş şəxs4 da evində olub şam yandırmaqla gözdəymədən təmizlik işi aparmışdır. Tamara təmizlik işi üçün bir neçə dəfə onlara gəlib getdikdən sonra daha gəlməmişdir. Təqribən bir neçə ay sonra Tamara nişanlısı Zərərçəkmiş şəxs4 mobil telefonuna zəng edərək demişdir ki, onlara gələndən sonra özünü pis hiss etmiş, ağırlaşmışdır. Bir ekstrasens qadınla tanış olmuşdur, həmin qadın onun işlərini qaydasına qoymuşdur, yolu açılmış, göz qaytarmış və yaxşı iş tapmışdır, həmin qadın onların da işlərini qaydasına sala bilər. Bundan sonra X8 adlı həmin qadının nömrəsini vermişdir ki, onun adından Ekaterınaya zəng etsin. 2019-cu ilin dekabr ayında Fərid “Katya” kimi təqdim olunan Təqsirləndirilən şəxs Aleksandrovnaya zəng edərək onun yanına getmişdir. 2020-ci ilin yanvar ayının əvvəlində Fəridlə birlikdə Ekaterınanın yaşadığı Bakı şəhəri, Nizami rayonu, “Laçın” ticarət mərkəzinin yanında yerləşən mənzilinə getmişlər. Ekaterına onlardan onun, Fəridin və onların analarının şəkillərini baxmaq üçün istəmişdir. Onlar telefonda olan şəkilləri təqdim etmişlər, Ekaterına Fəridin anasının şəklinə baxaraq demişdir ki, çoxlu cadu olunub, axırı pisdir, mütləq cadudan təmizlənmək lazımdır. Fəridə demişdir ki, onun taleyini bağlayıblar, o get-gedə hər şeyi itirəcəkdir, qıfılları açmaq lazımdır. İlk görüşdə ona Ekaterına pis bir şey deməmiş, bircə onu demişdir ki, evlərində anasını geri çəkən ruh olduğuna görə səhhəti və işi geri gedir. Ekaterına bilmişdir ki, o, Fəridlə nişanlıdır və tezliklə toyları olacaqdır. 2020-ci ilin yanvar ayının sonlarında dəyəri təxminən 300 manat olan bakalı və qabı yaşadığı Ekaterınanın Nizami rayonu ərazisindəki ünvanına aparmışdır, belə ki, həmin qabların gətirilməsini Ekaterınanın özü istəmiş, demişdir həmin qablara cadu edildiyindən onları ona qaytarmayacaq, sındıraraq məhv edəcəkdir. 2020-ci ilin fevral ayında Ekaterına ondan atasının təmizlənməsi üçün 666 ABŞ dolları pul istəmişdir. O, pulu olmadığını deyəndə Ekaterına bərk əsəbləşərək onu danlamağa başlamış, ona möhkəm təsir edib demişdir ki, bu pulu ona gətirməsə atasının axırı yaxşı olmayacaqdır. Buna görə 2020-ci ilin fevral ayının axırlarında Fəridlə gedərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 17 nömrəli mənzilində Ekaterınaya 700 ABŞ dolları məbləğində pul vermişdir. Ekaterına demişdir ki, bu pulu təmizləyəndən sonra iyul ayında ona qaytaracaqdır. Ekaterına ondan toyu üçün gətirilmiş qızılları tələb etmiş, demişdir ki, həmin qızıllarda göz var, cadu olunub, onları təmizləmək lazımdır. Ona görə Fəridlə birlikdə 2020-ci ilin mart ayının 28-də Ekaterınanın yaşadığı ünvana gedib toy qızıllarını ona vermişdir. Bu qızılları Ekaterınaya verərkən nişan üzüyünü ona aparmamışdır, bir müddətdən sonra Ekaterına ondan həmin üzüyü də ona gətirməsini tələb edərək, 88 gün ərzində təmizləyib ona qaytaracağını söyləmişdir. 2020-ci ilin may ayının 1-də rəfiqəsi və ailəvi dost olduqları Anastasiya ilə birlikdə Ekaterınanın yaşayış yerinə gedərək ailələrində boşanma olmaması üçün 777 manat və nişan üzüyünü Ekaterınaya vermişdir. Belə ki, Ekaterına aprel ayında ona demişdir ki, boşanmaqları üçün onlara cadu edirmişlər və onların təmizliyi üçün pul lazımdır. Buna görə 777 manat pulu Ekaterınaya vermişdir. Bundan başqa, 2020-ci ilin oktyabr ayında uşaqlıq dostu Fəridə ilə bəxtinin açılması üçün Ekaterınanın yanına getmişlər. Ekaterına Fəridəyə demişdir ki, “sənin bəxtini bağlayıblar, danışarıq, sənə kömək eləyərəm”. Fəridə onların Ekaterınaya pul verib-vermədiklərini soruşmuş, o da Ekaterınaya inandıqlarını, ona pul verdiklərini Fəridəyə bildirmişdir. Sonradan o, Fəridədən eşitmişdir ki, Ekaterına ondan bəxtinin açılması üçün 4000 manat pul istəmiş, Fəridə ona bu qədər pulunun olmadığı bildirdikdə onunla əsəbi danışaraq, kömək etmək üçün bu pulu tapıb gətirməsini ondan tələb etmişdir. Fəridə həmin məbləğdə pulu borc taparaq həmin şəxsə vermişdir. Ekaterına Fəridəyə demişdir ki, iki ay müddətində bu pulu ona qaytaracaqdır. Soradan Fəridə pulu ondan geri tələb etdikdə Ekaterına pulu qaytarmaq istəməmiş, hətta ondan şikayət edəcəyi ilə Fəridəni qorxutmaq istəmişdir. Fəridənin israrlı tələblərindən sonra Ekaterına ona 2700 manat geri qaytarmışdır. Ekaterınanın pullarını qaytarmadığını görüb sonradan ondan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişlər. Ekaterına polisdə onun qızıllarını götürdüyünü və lombarda qoyduğunu bildirmişdir. Bundan başqa, Ekaterına orada ailə dostları Cəlaldan 20000 ABŞ dolları məbləğində pulunu, manatla başqa pullarını götürdüyü, eləcə də Cəlalın həyat yoldaşı Anastasiyanın 10000 avrodan çox dəyərdə olan tək qaş brilliant üzüyünü alaraq qaytarmadığı ona məlum olmuşdur. Ekaterınanın ondan götürdüyü qızıllar ona qaytarılmışdır. Həmçinin Ekaterına ona 700 ABŞ dolları da qaytarmışdır. O, 700 ABŞ dollarının üzərinə 200 manat da özündən əlavə edib uşaqlıq rəfiqəsi olan Fəridəyə vermişdir, belə ki, Fəridə Ekaterınaya verdiyi pulu borc götürmüş, həmin vaxt babasının vəziyyəti yaxşı olmadığı üçün onun pula daha çox ehtiyacı olmuşdur. Ekaterına ümumilikdə ondan 1 ABŞ dollarının məzənnəsi 1 manat 70 qəpik olmaqla 2266 manat 97 qəpik pulunu alaraq bu günə kimi qaytarmamışdır. 29 iyul 2021-ci il tarixdə Fərid və Cəlal Ekaterına ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranında görüşmüşlər, həmin görüşdə olan söhbətlərin səs yazısı qeydə alınmışdır. Görüşdə Ekaterına onların pullarını qaytaracağına söz versə də bu günə kimi Ekaterına onları aldadaraq onlardan aldığı puldan bir manat belə geri qaytarmamış, onları aldadaraq əmlaklarını ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, evlilik həyatı davam edərkən işləri yaxşı getməmiş, buna görə həyat yoldaşı Anastasiya narahatçılıq keçirməyə başlamışdır. 2020-ci ilin mart ayının əvvəllərində ailə dostları Zərərçəkmiş şəxs4 ona demişdir ki, onun tanıdığı bir qadın var, hansı ki, cadunu aradan qaldıraraq işlərin yaxşı getməsinə kömək edir, onların ailəsinin işlərinin düzəlməsinə kömək etmək üçün onu həmin qadının yanına apara bilər. 09 mart 2020-ci il tarixdə onlar Fəridlə birlikdə sonradan adını bildiyi “Katya” kimi də çağırılan Təqsirləndirilən şəxs Aleksandrovnanın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 17 nömrəli mənzilinə getmişlər. Görüş zamanı Ekaterına atasının şəklinə baxıb xaç şəkili gördüyünü və bunun ölmək əlaməti olduğunu ona deyərək bunun qarşısını almaq üçün qurbanlar kəsmək lazım olduğunu bildirmişdir. Söhbət zamanı qurban kəsilməsi 8 ədəd qoyun lazım olduğunu deyərək hər bir heyvan üçün 120 manat olmaqla ümumilikdə qurbanlıq üçün 960 manat pul istəmişdir. Bundan əlavə isə həyat yoldaşı Anastasiyanın bəd nəzərdən təmizlənməsi üçün 255 manat da lazım olduğunu bildirmişdir. O, atasının sağalması və Anastasiyanın bəd nəzərdən təmizlənməsi üçün həmin ilin 2020ci ilin apel ayının ilk on günlüyündə 1215 manat pulu Təqsirləndirilən şəxs Aleksandrovnanın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin nömrəsini xatırlamadığı mənzilində həmin şəxsə vermişdir. Pulu verən vaxt dostu Fəridlə getmişdir və pulu onun yanında Ekaterınaya vermişdir. 30 may 2020-ci ildə oğlunun səhhəti ilə bağlı problemlərin aradan qaldıracağı vədi verdiyi üçün Ekaterınaya 777 manat pul verməklə bağlı öncədən razılaşdıqlarından həmin tarixdə yaşadığı Xətai rayonu, Sabit Orucov küçəsi 17C ünvanın qarşısında Ekaterına ilə görüşməklə ona təqdim etmişdir. Həmin vaxt Ekaterına ona duz verməklə uşağın başını onunla yudurtmağı bildirmişdir. Həmçinin 100 manatlıq şirniyyat alaraq uşaqlara paylamaq lazım olduğunu qeyd etmiş, o da həmin şəxsin dediyi kimi etmişdir. 2020-ci ilin avqust ayının 16-da əmisinin xəstəlikdən qurtulması üçün əlavə olaraq 1700 manat pulu yenə də Ekaterınanın yaşadığı ünvanda ona vermişdir. O, həmin pullara Ekaterınanın hansısa bir qoyun qurbanlıq kəsdirdiyini görməmişdir, belə ki, qurbanın nə vaxt kəsiləcəyi, qurban ətinin kimlərə veriləcəyi barəsində ondan soruşduqda Ekaterına demişdir ki, qurban üçün qoyunlar rayonda kəsiləcək və özü də orada iştirak etməyəcəkdir. Bu, axşam edilən bir ritual olacaq, onlara qurbanın əti yox, qanı lazımdır ki, atasının və əmisinin səhhəti yaxşılaşsın, problemləri aradan qalxsın, ailə münasibətləri düzəlsin. 2020-ci ilin avqust ayının sonlarında Ekaterınanın yaşadığı ünvanda görüşərkən Ekaterına ondan 280 manat pul alaraq 100 ədəd şam verib bildirmişdir ki, hər gün bir şam yandıraraq şamın yanmış şəkillərini ona göndərməlidir ki, müalicənin gedişi barədə məlumatı olsun. O, hər dəfə şamı yandırdıqdan sonra yanmış şamın şəklini çəkərək ona göndərmiş, Ekaterına şəkilə baxdıqdan sonra ona pis və ya yaxşı xəbər deməklə onu daim təsir altında saxlamışdır. Şəkillərin göndərilməsini özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə Ekaterınanın istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəsində olan “WhatsApp” proqramına göndərməklə həyata keçirmişdir. Bundan başqa həmin mobil nömrələr vasitəsilə Ekaterınaya verməli olduğu əşyalar və pul barəsində əlaqə qurmuşlar. O, bir qayda olaraq Ekaterına ilə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Ekaterınanın istifadəsində ***-***-**-** saylı mobil nömrəsi də olmuş və bu nömrəsi ilə də əlaqə saxlamışlar. 2020-ci ilin iyul ayından başlayaraq Ekaterına mütəmadi olaraq telefonda ona yazaraq və ya deyərək bildirmişdir ki, “20 məbləği görür, bu, sənin üçün 20 min dollar deməkdir və haçansa o pul sənə gəlsə xəsislik etmə, həmin pulu mənə ver, mən həmin pulu 200.000 dollara çevirəcəm”, bir də ona bildirmişdir ki, “narahat olma, onsuz da həmin pulu sənə 40 gün ərzində qaytaracam, lakin sən işimin nəticəsi olaraq mənə verdiyin pulun 200.000 dollara çatmasını görəcəksən”. O, Ekaterınaya inanmağa başlamışdır, çünki bundan qabaq o, Ekaterınaya tarixi yadında qalmayan gündə 4000 dollar pul vermiş, Ekaterına demişdir ki, həmin pulun üstündə işləyib ona qaytaracaqdır və 4000 dolları ona özünə inam yaratmaq üçün qaytarmışdır. Bundan başqa Ekaterına onda inam yaratmaq üçün bildirmişdir ki, “mən 88 rəqəmi görürəm, bu rəqəm sənin üçün 88000 dollar olacaq, ona görə 20000 dolları təmizləyib qurtarandan sonra 88000 dollar gətirərsən sənin üçün böyük işlər də görərik”. Ekaterınanın ona bu dedikləri həm onun tərəfindən göndərilmiş “WhatsApp” yazışmasında, həm də səsli qeydlərində var. 04 sentyabr 2020-ci il tarixdə 20000 ABŞ dolları məbləğində pulunu Ekaterınanın Nizami rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 17 nömrəli mənzilində ona vermişdir. Bu pul məbləğinin onun tərəfindən Ekaterınaya verilməsi həyat yoldaşı Anastasiyanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə Ekaterına tərəfindən göndərilən “WhatsApp” yazışması ilə təsdiq edilir. Belə ki, həmin “WhatsApp” yazışmasında Ekaterına həyat yoldaşı Anastasiyaya bildirmişdir ki, “Cəlal 20.000 gətirib vermişdir”. O, 40 gün gözləyəndən sonra Ekaterınadan pulunu geri istədikdə bildirmişdir ki, “Covid”lə bağlı işləri uzanır, gözləməli olacaq, yanvar ayında işi qurtarıb pulunu qaytaracaqdır. Belə ki, o, tək işləmir, onunla İsmayıllı rayonunda olan Lilya adında bir qadın da bu ritualda iştirak edir və pulların təmizlənməsini həmin şəxs edir. Bundan sonra o, yanvar ayını gözləmiş, lakin Ekaterına pulunu qaytarmamışdır. O, artıq həmin vaxtdan anlamışdır ki, Ekaterına onu aldadırmış və söhbətlərin birində bu barədə həyat yoldaşı Anastasiyaya bildirmişdir, Anastasiya da ona demişdir ki, onun həmin şəxsə bağışladığı 1 karatlıq tək qaş birilyantı olan ağ qızıldan düzəldilmiş 10519 avro dəyərində olan nişan üzüyünü Ekaterına cadudan təmizləmək və sonradan qaytarmaq vədi verməklə ondan almış, lakin geri qaytarmamışdır. O, həmin üzüyü Bakı şəhəri, Neftçilər prospekti 91 ünvanında yerləşən “Korloff” qızıl-zinət mağazasından almışdır. Təqsirləndirilən şəxs Aleksandrovna bu günə kimi onu aldadaraq aldığı pullarını və həyat yoldaşı Anastasiyanın nişan üzüyünü qaytarmamışdır. O, Anastasiya, onların ailə dostu Fərid və onun həyat yoldaşı Bilqeyis polisə şikayət etmək qərarına gəlmişlər. Sonradan Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Anastasiya şikayət etmişdir ki, pulları və zinət əşyalarını qaytarsın. Ekaterına onun həyat yoldaşı Anastasiyaya verdiyi üzük üçün qab qutusunu təqdim etmişdir. Üzük haqqında soruşduqda Ekaterına o zaman ona bildirmişdir ki, üzüyü Moskva univermağında satmışdır. Fəridin qızıllarını Ekaterına lombarda qoymuş, bircə onu lombarddan götürüb qaytarmışlar. Polisə şikayət etməmişdən qabaq Ekaterına onlara demişdir ki, İsmayıllı rayonunda olan Lilya adında köməkçisi var, pulları və üzüyü təmizləmək üçün ona vermiş, lakin Lilya onların əmlakını qaytarmamışdır. Onlar isə Ekaterınanın dediklərinə inanmamışlar, Ekaterınanın özü onları aldadaraq əmlakları ələ keçirmişdir. 29 iyul 2021-ci il tarixdə onunla Fərid Ekaterına ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranında görüşmüşlər və görüş zamanı Ekaterınaya danışıqları yazacaqları bildirdikdən sonra bu görüşdəki danışıqların səs yazısı yazılmışdır. Ekaterına ilə olan bu görüşün səs yazısı istintaqa təqdim olunmuşdur. Həmin görüşdə Ekaterına onların pulları qaytaracağına söz versə də ondan aldığı 3972 manat, o dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları məbləğində pulunu geri qaytarmamışdır. Beləliklə, Ekaterına ona ümumilkdə 37972 manat ziyan vurmaqla həmin miqdarda pulunu ələ keçirmişdir. Sonda, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu 37972 manat məbləğində maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçi olduğunu və həbs olunmasını istədiyini göstərmiş, həmin şəxsə qarşı qaldırdığı mülki iddiasının təmin olunaraq 37972 manat məbləğində pulun və ödədiyi 203,91 manat məbləğində dövlət rüsumunun əvəzinin mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Bilqeyis sayəsində tanıdığı Tamara adlı qadın 2019-cu ilin dekabr ayında “Katya” kimi təqdim olunan Təqsirləndirilən şəxs Aleksandrovnanın telefon nömrəsini ona verərək zəng etməyi tövsiyyə etmişdir. Belə ki, Tamara demişdir ki, özü Ekaterınaya müraciət etdikdən sonra yolu açılmış, göz qaytarmış və yaxşı iş tapmışdır. Bildikləri qədər Tamara Rusiyadan gəlmişdir, demişdir ki, müğənnidir və Rusiyaya qayıdacaqdır. Ekaterınaya 2019-cu ilin dekabr ayında zəng edərək, onun Bakı şəhəri, Nizami rayonu, “Laçın” ticarət mərkəzinin yanında yerləşən Q.Qarayev prospekti, 57 nömrəli evin 17 nömrəli mənzilinə getmişdir. Həmin vaxt anası xəstə olmuşdur, telefonda anasının şəklini həmin şəxsə göstərdikdə ona demişdir ki, anasına cadu etmişlər, ona görə heç bir dərman həmin şəxsə kömək etməyəcək, onun üçün qurban kəsmək lazımdır. Onun barəsində isə bildirmişdir ki, cadu edib taleyini bağlamışlar. Ekaterına həmin axşam ona telefon vasitəsi ilə yazaraq qurbanlıq kəsmək üçün 700-800 manat pul istəmişdir. O, 2019cu ilin dekabr ayının sonlarında qurbanlıq üçün yaşadığı Q.Qarayev prospekti, 57 nömrəli evin 17 nömrəli mənzilində Ekaterınaya 600 manat vermişdir. Lakin Ekaterınanın hər hansı bir qurban kəsdirdiyini bilməmişdir. Bundan başqa özünün cadudan qurtulmağı üçün həmin gündən təxminən iki gün sonra yaşadığı ünvanda Ekaterınaya 300 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra Ekaterına ondan 888 manat pul istəmişdir. Həmin pulu 2020-ci ilin yanvar ayının əvvəllərində onun yaşadığı mənzilə gedərək orada Ekaterınaya vermişdir. Ekaterına bildirmişdir ki, həmin pullara şam alacaqdır və o, şamları yandırıb şəklini ona göndərsin ki, müalicənin nəticəsini görə bilsin. Ekaterına ona xeyli sayda şam vermiş və o, həmin şamları yandırıb şəkillərini həmin Ekaterınaya göndərmişdir. Ekaterına 2020-ci ilin may ayında ona 500 avro məbləğində pul qaytarmış, həmin vaxt ona nə üçün pul qaytardığının mahiyyətini anlaya bilməmiş, lakin sonradan məsələni təhlil edərək başa düşmüşdür ki, Ekaterına onlara xırda məbləğlərdə öz pullarını qaytarmaqla özünə inam yaradıb diqqətlərini yayındırmışdır ki, sonradan onlardan daha çox pul və əmlak almağa görə özü üçün əlverişli şərait yaratsın. 2020-ci ilin dekabr ayında Ekaterına ondan 1000 manat pul istəmişdir ki, yenə də ondan cadu götürməkdə köməklik edəcəkdir. Həmin vaxt onun pulu olmadığından bu pulu bankdan kredit götürməklə Ekaterınaya vermişdir. Lakin Ekaterına həmin pulu da ona qaytarmamışdır. Ekaterına onu aldatmaqla 300 ABŞ dolları, 600 manat, 888 manat və 1000 manat olmaqla ümumilikdə 2998 manat pulunu aldadaraq ələ keçirmiş və bu puldan yalnız ona 500 avro, yəni 1000 AZN geri qaytararaq 1998 manat məbləğində zərər vurmuşdur. Bundan başqa Ekaterına həyat yoldaşı Bilqeyisdən pul və toy qızılları almışdır. Ekaterınanın əmlaklarını geri qaytarmadığını, onlardan başqa şəxslərdən də pul və zinət əşyalarını ələ keçirdiyini bildikdən sonra onları aldatdığını başa düşmüşlər. Belə ki, ailə dostları Cəlal və onun həyat yoldaşı Anastasiya ilə söhbət zamanı Ekaterınanın onları da aldatdığını, Cəlaldan bir neçə min manat, 20000 ABŞ dolları və Anastasiyanın isə 10519 avro dəyərində brilliant üzüyünü aldadaraq ələ keçirdiyini bilmişlər. Bundan başqa, Ekaterınanın yanına gedəndən sonra onun barəsində xalası Zərərçəkmiş şəxs5 demişdir. Xalası Xuraman onunla telefonla əlaqə saxlayaraq danışmışdır. 2020-ci ilin yanvar ayında xalası Xuraman onun cadudan təmizlənməyi üçün 230 ABŞ dolları məbləğində pulu, eləcə də həmin ayda qurban kəsilməsi üçün 840 manat pulu Ekaterınaya vermişdir. Ekaterına pulu xalasının evinə gələrək şəxsən və ya yoldaşı vasitəsilə götürmüşdür. Ekaterına 14 mart 2020-ci il tarixdə xalası Xuramandan 3400 manat pulu yenə qurban kəsmək adı altında, 2020-ci ilin yaz aylarında cadudan təmizlənmək üçün canavar dərisi gətirəcəyi bəhanəsi ilə 1700 manat pulu, həmin ilin yay aylarında bağ evində cadu çıxartmaq adı altında 1900 manat məbləğində olan pulu alaraq onu da aldatmışdır. Ekaterına israrla xalasından 100000 manat pulu istəmişdir ki, ona versinlər, o, bütün ailələrini cadudan təmizləsin. Həmin pulların ona verilmədiyini görüb Ekaterına xalasına demişdir ki, evində olan bütün qızıllara cadu edilib, onları təmizləmək üçün həmin şəxsə verilməsi lazımdır. Ekaterına xalasının qızılları ona vermədiyini görüb daha israrla qızılların ona verilməsini istəmişdir. Xalası görəndə ki, Ekaterına ondan əl çəkmir, ona bildirmişdir ki, narahat olmasın, onun işini asanlaşdırmaq üçün bir qadın molla tapıb qızılları təmizlətdirmişdir. Bundan sonra Ekaterına ona inanmadıqları zəmində mübahisə yaradaraq Xuraman xanımdan əl çəkərək sakitləşmiş və daha qızılları istəməmişdir. Ekaterınanın onları aldadaraq əmlaklarını ələ keçirdiyini başa düşdükdən sonra birlikdə ondan şikayət etmək qərarına gəlmişlər. Sonradan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişlər ki, Ekaterına pullarını və zinət əşyalarını qaytarsın. Ekaterına onların toy qızıllarını lombarda qoyduğunu boynuna alaraq həmin qızıl-zinət əşyalarını lombarddan götürüb qaytaracağına söz vermiş və belə də etmişdir. Ekaterına Anastasiyaya verdiyi üzük üçün qab qutusunu evindən gətirmiş, lakin üzük haqqında soruşduqda Ekaterına demişdir ki, onu Moskva univermağında satmışdır. Barəsində şikayət etməmişdən qabaq Ekaterına onlara demişdir ki, İsmayıllı rayonunda olan Liliya adında köməkçisi var, pulları, qızılları və birilliant üzüyü təmizləmək üçün ona vermişdir, lakin Liliya onların əmlakını qaytarmamışdır. 29 iyul 2021-ci il tarixdə o və dostu Cəlal Ekaterına ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranında görüşmüşlər və görüş zamanı Ekaterınaya danışıqları yazacaqlarını bildirdikdən sonra bu görüşdəki danışıqların səs yazısını telefona yazmışlar. Həmin görüşdə Təqsirləndirilən şəxs Aleksandrovna onların pullarını qaytaracağına söz versə də bu günə kimi aldadaraq onlardan aldığı puldan bir manat belə qaytarmamışdır. Sonda, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu 1998 manat məbləğində maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçi olduğunu və həbs olunmasını istədiyini göstərmiş, həmin şəxsə qarşı qaldırdığı mülki iddiasının təmin olunaraq 1998 manat məbləğində pulun və ödədiyi 41 manat məbləğində dövlət rüsumunun əvəzinin mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclaslarında iştirakı mümkün olmamış, o, poçt vasitəsi ilə göndərdiyi teleqramda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və səhhəti ilə əlaqədar gələ bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, bacısı oğlu Fərid Ekaterına adlı falçının yanına gedəndən sonra onun barəsində gəlib ona danışmışdır. Fərid onunla söhbət zamanı həmin şəxsin ona ailələrində təhlükə olduğunu, yaxın qohumların ağır xəstəliklə bağlı problemləri yaranacağını bildirdiyini qeyd etmişdir. O, Fəridin yeganə övlad olmasını və ailədə problemlər yaşanmaması səbəbindən həmin şəxslə görüşmək qərarına gəlmiş və bu məramını Fəridə də bəlli etmişdir. Fərid belə olan halda onu həmin şəxslə görüşdürə biləcəyini qeyd etmiş və onlar birlikdə Ekaterınanın yaşadığı ünvana getmişlər. Həmin mənzil Q.Qarayev prospekti, 57 nömrəli evdə yerləşmişdir. Onlar birlikdə həmin mənzilə qalxmışlar, o vaxt həmin şəxs onları qarşılamaqla mənzilin qonaq otağına dəvət etmiş və masanın arxasında oturmaqla onunla söhbət etməyə başlamışdır. Həmin şəxs söhbət əsnasında ona “siz çox yuxarıda oturan qadınsınız, ətrafınızda olan düşmənləriniz sizə xəstəliklərlə bağlı problemlər yaradır, səhhətinizlə ağır xəstəliklər keçirəcəksiniz” və s. bu kimi ifadələr işlətməyə başlamışdır. O da o zaman özünü bir qədər narahat hiss etdiyindən həmin şəxsin sözlərinə inanmışdır. Odur ki, 2020-ci ilin yanvar ayının ortalarında bacısı oğlu Fəridin cadudan təmizlənməyi üçün 230 ABŞ dolları məbləğində pulu öz yaşadığı ünvanda öncədən Ekaterına ilə razılığı əsasında ona vermiş, eləcə də həmin yanvar ayının sonlarında öncədən razılaşdıqları kimi Ekaterına onun yaşadığı ünvana gələrək qurban kəsilməsi üçün 840 manat pulu ondan almışdır. Bundan başqa Ekaterına həmin ərəfələrdə söhbət zamanı ondan əlavə qurban kəsilməsi lazım olduğunu bildirmiş və bu məqsədlə 14 mart 2020-ci il tarixdə onun yaşadığı ünvanda ondan 3400 manat pulu yenə qurban kəsmək adı altında almışdır. Həmçinin 2020-ci ilin mart ayının sonlarında yaxın ətrafının cadudan təmizlənməsi üçün canavar dərisi gətirəcəyi bəhanəsi ilə 1700 manat pulu yaşadığı ünvana gələrək ondan almışdır. Bundan başqa, Ekaterına telefon vasitəsilə onunla mütəmadi əlaqə saxlayaraq hər dəfə yaxın ətrafının problemlər yaşayacağı barədə tarixləri bildirmiş və ya həmin problemlərin qarşısını alacağını qeyd etmişdir. Odur ki, 2020-ci ilin iyun ayının ortalarında Ekaterına bağ evində cadu çıxartmaq adı altında yaşadığı ünvana gələrək 1900 manat məbləğində olan pulu ondan almışdır. Bu görüşdən sonra Ekaterına israrla ondan 100.000 manat pul istəmişdir ki, ona versin, bütün ailələrini cadudan təmizləsin. Həmin pulun verilmədiyini görüb ona bildirmişdir ki, evində olan bütün qızıllara cadu edilib, onları təmizləmək üçün ona verilməsi lazımdır. Ekaterına onun qızılları həmin şəxsə vermədiyini görüb daha israrla qızılların ona verilməsini istəmişdir. Artıq həmin şəxsin sözlərinə tam inanmadığından, lakin Ekaterınanın ondan əl çəkmədiyini görüb həmin şəxsə bildirmişdir ki, narahat olmasın, onun işini asanlaşdırmaq üçün bir qadın molla tapıb qızılları təmizlətdirmişdir. O, təbii ki, belə bir hərəkət etməmişdir, yalnız Ekaterınanın ondan əl çəkməsi üçün ona belə bir söz demişdir. Bundan sonra Ekaterına ona inanmadıqları zəmində mübahisə yaradıb ondan əl çəkərək sakitləşmiş və daha qızılları istəməmişdir. Zərərçəkmiş şəxs5 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Ekaterına yalnız pulu almaqla müəyyən rituallar icra edəcəyini bildirməklə onun etibarını qazanmış, onun yanında real olaraq hər hansı bir hərəkət icra etməmiş, yalnız bir dəfə yaşadığı bağda olarkən guya oradan cadu tapdığını ona göstərmişdir. Belə ki, üzərində “Fərid, Fidan və Khuraman” yazılmış sabun tapmışdır. Lakin həmin sabunun üzərində “Khuraman” yazısının yazılmasını gördükdə anlamışdır ki, bu barədə o, özü həmin şəxsə məlumat vermişdir, belə ki, pasportda yazılmış bu yazını yalnız o, özü bilmişdir və bu barədə də yalnız Ekaterınaya məlumat vermişdir. Sabunun üzərində bu yazı ilə tapılmasını gördükdə sabunun həmin şəxsin özü tərəfindən hazırlandığını tam olaraq dərk etmiş və bu söhbətdən sonra yuxarıda qeyd etdiyi kimi qadın molla tapıb qızılları təmizlətdirmək söhbətini etməklə həmin şəxsi özündən tam olaraq uzaqlaşdırmışdır. Bundan sonra artıq aralarında hər hansı bir söhbət olmamış və artıq o, həmin şəxsə inanmadığını, ondan pul istəməməsini həmin şəxsə israrla bildirmişdir. Ekaterına da onun dediyi kimi etmiş, artıq onu narahat etməmişdir. Həmin sabunu hazırda istintaqa təqdim etmək mümkün deyil, belə ki, həmin sabun o zaman zibilliyə atılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (vəkil) Nümayəndə2 Oktay oğlu təmsil etdikləri şəxslərin dəlillərini müdafiə etmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs 8231 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 102,31 manat pulun əvəzinin alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs5, 1998 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 40 manat pulun əvəzinin alınaraq Zərərçəkmiş şəxs4, 2267 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 42,67 manat pulun əvəzinin alınaraq Zərərçəkmiş şəxs2 verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 Georqiyevnanın və Zərərçəkmiş şəxs3 nümayəndəsi (vəkil) Nümayəndə1 təmsil etdikləri şəxslərin dəlillərini müdafiə etmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs 23683 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 161,04 manat pulun əvəzinin alınaraq Zərərçəkmiş şəxs1 Georqiyevnaya, 37972 manat məbləğində pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 203,91 manat pulun əvəzinin alınaraq Zərərçəkmiş şəxs3 verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Georqiyevna və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 01 iyul 2021-ci il tarixli baxış protokolundan və yazışmaların foto surətlərindən görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs2 məxsus və istifadəsində olan mobil telefona və həmin mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrələri arasında olan yazışmalarda və səsli mesajlarda şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək şər qüvvələri təmizləyəcəyinə dair Təqsirləndirilən şəxs yalan vəd verib bunun üçün pul vəsaiti ələ keçirməsi müəyyən edilmişdir. Yazışmaların şəkli çəkilərək, səsli mesajlar elektron daşıcıya köçürülərək götürülüb protokola əlavə edilmiş, yazışmalar rus dilindən azərbaycan dilinə tərcümə edilmişdir. (İ cild i.v. 13-128) - 01 iyul 2021-ci il tarixli baxış protokolundan və yazışmaların foto surətlərindən görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs1 Georqiyevnaya məxsus və istifadəsində olan mobil telefon və həmin mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında olan yazışmalar və səsli mesajlarda şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək şər qüvvələri təmizləyəcəyinə dair Təqsirləndirilən şəxs yalan vəd verib bunun üçün pul vəsaiti ələ keçirməsi müəyyən edilmişdir. Yazışmaların şəkli çəkilərək, səsli mesajlar elektron daşıcıya köçürülərək götürülüb protokola əlavə edilmiş, yazışmalar rus dilindən azərbaycan dilinə tərcümə edilmişdir. (İ cild i.v. 129-248, İİ cild i.v. 1-83) - 06 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə müstəntiq tərəfindən onun ifadəsinin yerində yoxlanılması keçirilmişdir, bu zaman Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsini əyani olaraq bir daha təsdiq edib şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək şər qüvvələri təmizləyəcəyinə dair Təqsirləndirilən şəxs yalan vəd verib bunun üçün ümumilikdə ondan 1998 manat nağd pul vəsaitini alıb ələ keçirdiyi yeri, yəni Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli evin 17 nömrəli mənzilini göstərmişdir. (İİ cild i.v. 171-172) - 21 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Georqiyevnadan götürülmüş bir ədəd elektron məlumat daşıyıcısındakı audio səs yazısına müstəntiq tərəfindən qulaq asılaraq daşıyıcıda olan sözlərin mətni iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 (nümayəndəsi və tərcüməçi ilə birlikdə) iştirakı ilə ardıcıllıqla yazılmışdır, müəyyən edilmişdir ki, həmin protokolda Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında rus dilində söhbət aparılır, həmin söhbət zamanı ilkin olaraq aralarında olan söhbətin yaddaş qurğusu vasitəsilə qeydiyyata alınacağı tərəflərə bildirilmiş, sonradan isə tərəflər arasında pul mövzusunda söhbət davam etmişdir. Söhbətin mətni tərcümə olunmuş surətdə protokola əlavə edilmişdir. (İİ cild i.v. 228-251) - 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi doğru hesab edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittihamın elan edilməsi haqqında 05 avqust 2022-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmış, 01 iyul 2021-ci il tarixli protokollarla götürülmüş Zərərçəkmiş şəxs2 məxsus və istifadəsində olan mobil telefon və həmin mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında ***-***-**-** mobil nömrəsi ilə ***-***- **-** mobil nömrəsi arasında olan yazışmaların surəti, Zərərçəkmiş şəxs1 Georqiyevnaya məxsus və istifadəsində olan mobil telefon və həmin mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** və ***-***-**-** mobil nömrələri arasında olan yazışmaların surəti və bir ədəd yaddaş qurğusu (fləşkart) iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ona pul vəsaitini və qızıl-zinət əşyalarını maddi durumunun zəif olması ilə bağlı kömək məqsədi ilə vermələri barədə ifadəsi cinayət işinin materialları və işin faktiki halları ilə təkzib edildiyindən özünü müdafiə ifadələr kimi qiymətləndirilmişdir. (İİİ cild i.v. 34-47) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, onların nümayəndələrini, təqsirləndirilən şəxsi və onun müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərlə “WhatsApp” ani mesajlaşma proqramında apardığı yazışmalarda, qeydə alınmış səs yazılarında zərərçəkmiş şəxsləri ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandırıb onlara şəxsi və ailə həyatlarında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək “şər qüvvələr”dən təmizləyəcəyinə dair yalan vəd verib aldadaraq etibarlarından sui-istifadə edib bu adla müvafiq məbləğlərdə pul vəsaitlərini və qızıl əşyasını alıb ələ keçirərərək dələduzluq etməsini təsdiq və sübut edən kifayət qədər məlumatlar qeydə alınmışdır, həmin sübutların mötəbərliyi isə şübhə doğurmur, təqsirləndirilən şəxsin özü tərəfindən də inkar edilmir. Təqsirləndirilən şəxs sadəcə olaraq özünü müdafiə etmək məqsədilə, sözdə, bəzi hissələrdə ittihamı qəbul etmir, hansı ki, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş təkzibolunmaz sübutlarla təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam olaraq öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsinə şərait yaradılması məqsədilə verdiyi vəsatətlər əsasında dəfələrlə məhkəmə iclası təxirə də salınmışdır, lakin bu, müsbət nəticə verməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul və ya digər əşya) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını və ya digər əşyalarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları və ya digər əşyaları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin əmlaklarının (pullarının və ya digər əşyalarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Həmin Qərardan görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə həmin halları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan Qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 1998 manat pul vəsaitini 2019-cu ilin sonlarından 2020-ci ilin yanvar ayının əvvəlinədək olan müddətdə vahid niyyətlə alıb ələ keçirməklə, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus 2267 manat pul vəsaitini 2020-ci ilin yanvar ayının sonlarından 01 may 2020-ci il tarixədək olan müddətdə vahid niyyətlə alıb ələ keçirməklə həmin şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsinə dair epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən, onun bu epizodlar üzrə əməli təkrarlıq əlaməti üzrə tövsif edilə bilməz, ona görə cinayət işi üzrə icraata həmin epizodlara dair hissədə xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cinayət işinin icraatına həmin epizodlar üzrə xitam verilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ümumi tövsifinə təsir etmir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməlləri nəticəsində 5 nəfər zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslərlə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi, bunun mümkünlüyünün müzakirəsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 126) - 05 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİİ cild i.v. 11-13, 28) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(007)- 65/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzürlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 02 oktyabr 2023-cü il tarixli 090- 3/2-8906 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə tutulmuşdur. -Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsindən alınmış nikah akt qeydindən çıxarışdan görünür ki, X4 ilə Təqsirləndirilən şəxs Aleksandrovna arasında 19 mart 2019cu il tarixdə nikah bağlanmış, buna dair AZ-İİ seriyalı, 268943 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, X4 Azərbaycan Respublikasının vətəndaşıdır, onun adına 30 may 2018-ci il tarixdə AZE seriyalı, 15190308 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cari iş üzrə şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır, yalnız məhkəmənin qərarı əsasında axtarışı elan oldunduqdan sonra, 30 sentyabr 2023-cü il tarixdə həbs edilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə şamil edilmir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, xx xxxxxxx 1977-ci il tarixdə Özbəkistan Respublikasında doğulmaqla həmin ölkənin vətəndaşı olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olan X4 ilə 19 mart 2019-cu il tarixdə nikah bağlamışdır, bu nikah hazırkı vaxta pozulmamışdır. Ona görə məhkəmə hesab edir ki, əsas cəza qismində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərdə tutulan Təqsirləndirilən şəxs qeyd olunan əsasla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 iyul 2021-ci il tarixli protokollarla götürülən Zərərçəkmiş şəxs2 məxsus və istifadəsində olan mobil telefon və həmin mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında ***-***-**-** mobil nömrəsi ilə ***-***- **-** mobil nömrəsi arasında olan yazışmaların surəti, Zərərçəkmiş şəxs1 Georqiyevnaya məxsus və istifadəsində olan mobil telefon və həmin mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında olan yazışmaların surəti və səs yazılarının köçürüldüyü bir ədəd yaddaş qurğusu (fləşkart) cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkilləri iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 Georqiyevna, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı ayrılıqda mülki iddialar verərək, müvafiq məbləğlərdə maddi ziyanın və ödənilmiş dövlət rüsumlarının əvəzinin təqsirləndirilən şəxs, mülki cavabdehdən alınaraq onlara ödənilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni dələduzluq yolu ilə özgə əmlaklarını, Zərərçəkmiş şəxs1 Georqiyevna, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məxsus əmlakları (pulları və qızıl əşyasını) aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmiş, nəticədə mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 Georqiyevnaya 23683 manat məbləğində, mülki iddiaçı Zərərçəkmiş şəxs2 2267 manat məbləğində, mülki iddiaçı Zərərçəkmiş şəxs3 37972 manat məbləğində, mülki iddiaçı Zərərçəkmiş şəxs4 1998 manat məbləğində, mülki iddiaçı Zərərçəkmiş şəxs5 8231 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə ödənilməmiş həmin məbləğlərdə maddi ziyanların əvəzi mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq qeyd olunan mülki iddiaçılara verilməlidir. Məhkəmə bu zaman qeyd edir ki, iş üzrə dəymiş maddi ziyanın hər hansı hissəsinin ödənilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir, Zərərçəkmiş şəxs4 məxsus 1998 manat nağd pul vəsaitinə və Zərərçəkmiş şəxs2 məxsus 2267 manat nağd pul vəsaitinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən, cinayət işi üzrə icraata həmin epizodlara dair hissədə xitam verilməsi mülki iddianın təmin edilməsinə mane olmur, mülki iddianın rəddi üçün əsas yoxdur, mülki iddialara münasibətdə müddət keçməmişdir. Bir sözlə, həmin əməllərin törədilməsi və bunda Təqsirləndirilən şəxs təqsirli olması sübuta yetirilmişdir, yalnız cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir, CPM-nin 179.4-cü maddəsinə əsasən də cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizələrinin verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada hesablanmaqla ödənilmiş müvafiq məbləğlərdə dövlət rüsumlarının əvəzi mülki cavabdehdən mülki iddiaçıların xeyrinə alınmalıdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 1998 manat nağd pul vəsaitini 2019-cu ilin sonlarından 2020-ci ilin yanvar ayının əvvəlinədək olan müddətdə vahid niyyətlə alıb ələ keçirərək və Zərərçəkmiş şəxs2 məxsus 2267 manat nağd pul vəsaitini 2020-ci ilin yanvar ayının sonlarından 01 may 2020-ci il tarixədək olan müddətdə vahid niyyətlə alıb ələ keçirərək, həmin şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsinə dair epizodlar üzrə hissədə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddialar təmin edilsin. Təqsirləndirilən şəxs 23683 manat məbləğində pul və mülki iddianın verilməsi üçün ödənilmiş 161,04 manat pulun əvəzi alınaraq Zərərçəkmiş şəxs1 Georqiyevnaya, 2267 manat məbləğində pul və mülki iddianın verilməsi üçün ödənilmiş 42,67 manat pulun əvəzi alınaraq Zərərçəkmiş şəxs2, 37972 manat məbləğində pul və mülki iddianın verilməsi üçün ödənilmiş 203,91 manat pulun əvəzi alınaraq Zərərçəkmiş şəxs3, 1998 manat məbləğində pul və mülki iddianın verilməsi üçün ödənilmiş 40 manat pulun əvəzi alınaraq Zərərçəkmiş şəxs4, 8231 manat məbləğində pul və mülki iddianın verilməsi üçün ödənilmiş 102,31 manat pulun əvəzi alınaraq Zərərçəkmiş şəxs5 verilsin. Maddi sübut qismində tanınmış 01 iyul 2021-ci il tarixli protokollarla götürülən Zərərçəkmiş şəxs2 məxsus və istifadəsində olan mobil telefon və həmin mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında olan yazışmaların surəti, Zərərçəkmiş şəxs1 Georqiyevnaya məxsus və istifadəsində olan mobil telefon və həmin mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında olan yazışmaların surəti və səs yazılarının köçürüldüyü bir ədəd yaddaş qurğusu (fləşkart) cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-65/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-65/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver