Məhkəmə qərarları › İş №1(007)-65/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-65/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-65/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının “Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs1 Malik oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi ev 1, mənzil 2-də qeydiyyatda olan, ünvan 5-də yaşayan, 30 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 09 avqust 2023-cü il tarixdə həmin qətimkan tədbiri ləğv olunaraq həbsdən azad edilmiş, 25 avqust 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Belə ki, o, 04 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanının qarşısında “Facebook” sosial şəbəkəsi vasitəsilə Zərərçəkmiş şəxs1 Malik oğlu ilə tanış olub sonuncunun əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə aralarında olan danışıq zamanı özbaşına özünü “Muxtar” adlı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) publik hüquqi şəxsin müdiri, malik olmadığı səlahiyyətlərin daşıyıcı olan vəzifəli şəxs kimi təqdim edib MİDA tərəfindən Bakı şəhərinin Suraxanı, Yasamal rayonlarının ərazisində inşa edilmiş yaşayış binalarından alış üçün mənzillər təklif edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərinə götürüb 2023-cü ilin iyun ayının 04-dən 23-nə kimi olan müddətdə qeyd edilən binalardan mənzillərin güzəştli şərtlərlə əldə edilməsi, ödəniş və auksion qaydaları istiqamətində danışıqlar apararaq Zərərçəkmiş şəxs1 inandırıb sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün şimal hissəsində inşa edilmiş yaşayış binasından 3 otaqlı mənzil almasına razılığını əldə edib mənimsədiyi səlahiyyətlərdən çıxış etməklə mənzilin alışı üçün ilkin ödəniş kimi Zərərçəkmiş şəxs1 22 iyun 2023-cü il tarixdə saat 21:12 və 21:16-da ünvan 2 ünvanında yerləşən Araz” marketdə olan “eManat” terminalı vasitəsilə onun əvvəlcədən bildirdiyi "xxxx" ASC-nin 5522-0993-4506-5353 nömrəli kart hesabına göndərdiyi 2000 və 1000 manat, 23 iyun 2023-cü il tarixdə saat 14:16-da ünvan 3 ünvanından "xxxx" ASC-nin mobil tətbiqi vasitəsilə özünə məxsus 4127-2141-2494-1763 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi 4127-2093-0179-2559 nömrəli kart hesabına göndərdiyi 2000 manat, ümumilikdə isə 5000 manat pul vəsaitini ünvan 1 ünvanında vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək fiziki şəxs Zərərçəkmiş şəxs1 əmlak xarakterli ziyan vurmaqla, hüquqi şəxs Mənzil X5 işgüzar nüfuzunu ləkələməklə fəaliyyətini təhlükə altına alıb onların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən 2023-cü ilin iyul ayınadək 25-ci polis şöbəsində ictimai köməkçi kimi işləmiş, səhhətində olan problemlərlə əlaqədar hərbi xidmətdə olmamışdır. Şahid2 təxminən 2-3 ildir ki, tanıyır, bir məhəllədə qalırlar, qonşu olduqlarına görə bir-birilərini demək olar hər gün görmüşlər, asudə vaxtlarını çox vaxt bir yerdə keçirmişlər, bir müddət sonra Yelizaveta ilə daha yaxın münasibətləri yaranmışdır. Dəqiq vaxtını tam xatırlamasa da, Yelizaveta ilə söhbətləri zamanı ona “Facebook” sosial şəbəkəsinin bir çox səhifələrində mənzillərin satışı ilə bağlı paylaşılan məlumatların rəy bölmələrinə ilkin ödənişsiz və aylıq ödəniş dəyəri aşağı qiymətə ev axtaran istifadəçilərin olduğunu bildirmişdir. Bundan sonra maddi durumu aşağı olduğu üçün ağlına həmin ev axtaran şəxsləri aldadaraq pullarını ələ keçirmək düşmüşdür. Lakin o, bu barədə Yelizavetaya bildirməmişdir. İlk olaraq özünün “Facebook” profili olmadığı üçün Yelizavetanm mobil telefonu üzərindən “Facebook” sosial platformasına daxil olaraq adını xatırlamadığı qrupda evlərin alqı-satqısı ilə bağlı paylaşımların rəy bölməsinə ilkin ödənişsiz və aylıq ödəniş dəyəri aşağı olan mənzillərin alınmasında insanlara kömək edə biləcəyini yazmışdır. Bu tip yazıları yazmaqda məqsədi insanları aldatmaq olmuşdur. O, rəylərdə “mənzil almaqda çətinlik çəkən şəxslər varsa əlaqə saxlasın” deyə yazmışdır. Bundan sonra telefonu Yelizavetaya qaytarmışdır. Daha sonra onun “Facebook” profili olmadığı üçün Yelizavetaya rəylərdə mənzil axtaran şəxslərə yazmasını bildirmişdir. Yelizaveta “Kələbək Flower” hesabı ilə insanlara yazmışdır. O, Yelizavetaya “həmin profillə insanlara özünü Yeganə kimi təqdim edib guya yalandan MİDA-nın işçisi olduğunu de, ondan sonra güzəştli şərtlərlə ilkin ödənişsiz, aylıq ödənişi aşağı olan mənzillərin satışında insanlara köməklik edə biləcəyini deyib şəxsləri inandırdıqdan sonra guya MİDA-da müdir işləyən Muxtarla, yəni mənimlə əlaqələndir” deyə bildirmişdir. Yelizaveta ondan nə üçün belə etməyini soruşduqda o, Yelizavetaya sadəcə olaraq dediyini etməsini, o nə deyirsə eləməyini, sadəcə insanları onunla əlaqələndirməsini demişdir. Yelizavetanın onun insanları aldatmaq niyyətinin olmasından xəbəri olmamışdır. Həm də Yelizaveta onun 25-ci polis şöbəsində ictimai köməkçi kimi işlədiyini bildiyi üçün bunun polisliklə bağlı məsələ olduğuna inanmışdır. Həmin şəxslərlə Nizami rayonu, Qara Qarayev metrosunun yanında yerləşən “Sevinc” kinoteatrının yaxınlığından tapdığı “Nokia” markalı mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin mobil telefonda qeydiyyatda olan nömrə yadında deyil. Telefonun üzərində nömrə olmuşdur. Yelizaveta “Facebook” sosial şəbəkəsində yazışdığı şəxslərlə danışdıqdan sonra həmin şəxsləri inandırıb onunla əlaqələndirir, o isə həmin şəxslərə özünü Muxtar müəllim kimi təqdim edib güzəştli şərtlərlə mənzil almaqlarında kömək edə biləcəyini bildirmişdir. Həmin adı özündən uydurmuş, Muxtar adlı şəxsin kim olmasını bilmir. Danışdığı şəxslərin hamısının adları yadında qalmamışdır. Yelizavetanın yazdığı hər bir mesajı o demişdir. Belə ki, Yelizaveta yazışdıqca ona həmin şəxslərin yazdığı mesajı bildirmiş, o isə həmin mesaja uyğun cavab yazaraq Yelizavetaya yazışdığı şəxslərə göndərməsi üçün göndərmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində onun göstərişi ilə Zərərçəkmiş şəxs1 “Facebook” sosial şəbəkəsi üzərindən Yelizaveta yazaraq əlaqə yaratmış və qeyd olunan məsələdə köməklik göstərə biləcəyini bildirmişdir. Daha sonra Yelizaveta özünü MİDA-nın işçisi Yeganə kimi təqdim edib həmin şəxsi MİDA-dan güzəştli şərtlərlə mənzil ala biləcəyində kömək göstərəcəyinə inandırdıqdan sonra müdiri Muxtar müəllim, yəni onunla əlaqələndirmiş, o da Elvinlə telefonla danışan zaman özünün guya MİDA-da müdir işləyən Muxtar müəllim olduğuna inandığını bilmişdir. Muxtar müəllim adıyla Elvinlə telefonla danışıb onu 5000 manat pul qarşılığında ilkin ödənişsiz, aylıq ödənişi aşağı olan mənzil almasında köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Elvin ona o qədər pulunun olmadığını bildirmiş, lakin qısa müddət ərzində həmin pulu hazırlayacağını bildirmişdir. Təxminən iki həftə sonra Elvin onunla yenidən mobil telefon vasitəsilə əlaqə saxlayaraq 5000 manatın hazır olduğunu bildirərək pulu hansı karta göndərməli olduğunu soruşmuşdur. O da öz kartının nömrəsini bildirmək istəməmişdir. Ona görə də “MostBet” hesabını Elvinə verərək pulu ora göndərməsini demişdir. Elvin də onun deməyi ilə 2023-cü ilin iyun 22-23-də 2000, 1000 və 2000 olmaqla ümumilikdə 5000 manat pul vəsaitini “MostBet”ə göndərmişdir. Bundan sonra onun “MostBet” hesabında 5000 manat pul yığılmış və həmin pulu nağdlaşdırmaq lazım olmuşdur. Həmin puldan təxminən 2000 manatı “MostBet”də onlayn kazinoda uduzmuşdur. Daha sonra Şahid1lə əlaqə saxlayaraq ona kart nömrəsi deməsini, ora pul atılacağını və həmin pulu özünün gedib nağdalaşdıracağını bildirmişdir. Şahid1 də özünəməxsus “Leobank”ın 4098******** 1192 nömrəli kart hesabını ona göndərmiş, o da təxminən 3000 manat pul vəsaitini qeyd olunan karta göndərtmişdir. Həmin pul vəsaitlərini Neftçilər metrostansiyasının yaxınlığında “Unibank”a məxsus ATM-dən nağdlaşdırmışdır. Həmin 5000 pul vəsaitindən heç kəsə qətiyyən pul verməmişdir. Qeyd olunan pul vəsaitini öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Pulu aldıqdan sonra Elvinlə əlaqəni kəsmişdir. Bundan sonra 2023-cü ilin iyun ayının sonlarında Yelizaveta “Facebook” sosial şəbəkəsində “Kələbək” profili ilə X2 ilə Elvinlə yazışdığı şəkildə yazışmış və eyni şəkildə onunla əlaqələndirsə də, o, 5000 manat pul vəsaitini Məryəm Allahverdiyevadan istədikdə həmin şəxs onun niyyətinin aldatmaq olduğunu başa düşmüşdür. Daha sonra 2023-cü ilin iyul ayının əvvəllərində mobil telefon vasitəsilə ***-***-**-** nömrəsinə yığmışdır. Şahrux Hümbətov onun qohumudur. Həmin telefon nömrəsi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən evində əlaqə saxladıqda eyni şəkildə özünü MİDA-nın işçisi Muxtar müəllim kimi təqdim edib güzəştli şərtlərlə ev istəyibistəmədiyini soruşaraq əvvəlcədən 5000 manat ödəniş etməli olduğunu bildirmişdir. Şahrux da ona inanmayıb sağollaşmış və barəsində şikayət etmişdir. Bir daha qeyd edir ki, onun niyyətinin dələduzluq olmasını Yelizaveta bilməmiş, o da Yelizavetaya bu barədə bildirməmişdir. Yelizaveta sadəcə olaraq onun göstərişi ilə insanlara onun dediyi şəkildə mesajlar göndərmişdir. O, Yelizavetaya niyyətinin dələduzluq olmasını deməmişdir. Yelizaveta da onun polisin yanında ictimai köməkçi olduğunu bildiyi üçün ondan bunun nə üçün olduğunu soruşmayıb bunun polisliklə bağlı bir məsələ olduğunu düşünmüşdür. Hesab edir ki, onun əməli vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi deyil, dələduzluq kimi qiymətləndirilməlidir, özünü dələduzluqda təqsirli bilir, həmin əməllə bağlı isə Zərərçəkmiş şəxs1lə barışdığına görə işin icraatına xitam verilmişdir. Məhkəmədə son sözlə çıxışında isə Təqsirləndirilən şəxs epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, üçüncü qrup əlil olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının “Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Ölkə başçısının “Azərbaycan Respublikasının Mənzil X5 fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil X5 Nizamnaməsi” təsdiq edilmişdir. Bu Nizamnamənin 1.1-ci bəndinə əsasən MİDA Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bunlarla əlaqədar onun sərəncamına verilmiş torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak edən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil X5 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən MİDA-nın sərəncamında olan mənzillərin güzəştli qaydada əldə edilməsi “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. 2023-cü ilin iyul ayının ortalarında onlara daxil olmuş məlumat əsasında müəyyən olunmuşdur ki, sosial şəbəkələrdə MİDA-nın adından istifadə edən şəxs saxta profillə vətəndaşlara yazaraq həmin şəxslərə güzəştli şərtlərlə mənzil istəyib-istəməmələri barədə suallar ünvanlayır. Həmin əməlin MİDA-nın işgüzar nüfuzuna və faəliyyətinə xələl gətirdiyini, əhalinin bir qisminin haqlı narazılığına səbəb olduğunu, hüquqlarının və qanuni mənafelərinin kobud şəkildə pozulduğunu nəzərə alaraq, həmçinin fəaliyyətlərinin şəffaflığının təmin olunması məqsədilə bu məsələnin araşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə 27 iyul 2023-cü il tarixli 11-6/2-415/2023 nömrəli məktubla Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müraciət edilmişdir. Təqsirləndirilən şəxs əvvəldən tanımamışlar. Təqsirləndirilən şəxs özünü MİDA-nın rəhbər vəzifəli şəxsi, “Muxtar” kimi təqdim edib tanımadığı, güzəştli mənzilə ehtiyacı olan şəxslərin etibarını qazanmaq üçün danışıqlar aparması həm əhali arasında, həm də qurum daxilində ciddi narahatçılığa səbəb olmuşdur. Mənzil İnşaatı Dövlət Agentliyi etibarlı dövlət qurumu olaraq mənzilə ehtiyacı olan çoxsaylı şəxslərin güzəştli və dəyəri bazar qiymətlərindən aşağı olan mənzillər əldə etmələrini təşkil edən agentlikdir və bu sahədə hazırda da uğurla fəaliyyət göstərməyə davam edir. Təqsirləndirilən şəxs isə özbaşına özünü Mənzil X5 əməkdaşı kimi təqdim edib vətəndaşları aldatması, əmlaklarını ələ keçirməsi və ya ələ keçirmək istəməsi həm uzun illər mənzil sahibi olmaq istəyən belə şəxslərin ümidlərini qırır, həm də həmin şəxslərdə dövlət qurumuna qarşı etibarsızlıq yaradır. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, qanunvericiliyə zidd olan belə əməllər Mənzil X5 bir dövlət qurumu olaraq tam şəffaf faəliyyətini də ləkələyir. Təqsirləndirilən şəxs şikayətçidirlər, hər hansı qərar qəbul olunmasını isə məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir mənzil almaq niyyətində olmuş, lakin maddi durumu aşağı olduğundan mənzil almağa imkanı çatmamışdır. Bu səbəbdən “Facebook” sosail şəbəkəsində adını xatırlamadığı səhifələrdə şərh bölməsində güzəştli şərtlərlə “ilkin ödənişsiz, aylıq ödənişi aşağı olan mənzil satan varsa, mənə yazsın” deyə yazmışdır. Bir neçə mənzillərlə bağlı paylaşım edən xatırlamadığı səhifələrdə paylaşımlara həmin formada şərh yazdıqdan sonra 04 iyun 2023-cü il tarixdə ona “Facebook” sosial şəbəkəsində “Kəpənək Flower” adlı bir tanımadığı istifadəçi “Salam. Siz ev aldız yoxsa axtarırsınız? Mida evləri maraqlı olsa sərfəli təklifim var. adım Yeganədir” deyə mesaj yazmışdır. Həmin şəxsin kim olduğunu bilməmiş və görməmişdir. Həmin tanımadığı şəxslə yazışmış, lakin həmin şəxslə maddiyatla bağlı heç bir söhbət aparmamışdır. Həmin şəxs onun mobil telefon nömrəsini istəyərək “Muxtar” adlı MİDA-nın müdirinə verəcəyini və həmin şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Bir gün sonra ona tanımadığı ***-***- **-** nömrəsindən zəng gəlmiş və o, zəngi açdıqda şəxs özünü ona MİDA-da müdir işləyən Muxtar olduğunu, nömrəsini Yeganə xanımın verdiyini və güzəştli şərtlərlə mənzil ala biləcəyinə köməklik göstərə biləcəyini demişdir. O, MİDA-nın şəxsən müdirinin ona zəng etməsinə inanıb sevinərək ona güzəştli şərtlərdə mənzil veriləcəyini düşünmüşdür. MİDA-nın müdiri, Muxtar kimi özünü təqdim edən şəxs ona rəhbərlik etdiyi Agentlik tərəfindən Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında sosial evlər inşa edildiyini, həmin evlərdən güzəştli şərtlərlə mənzil təklif edə biləcəyini bildirmişdir. O, özünü MİDAnın müdiri, Muxtar kimi təqdim edən şəxslə Yasamal rayonu ərazisində MİDA-nın tikdiyi binalardan birindən 3 otaqlı mənzil istədiyini deyib, nə qədər pul ödəməli olduğunu soruşduqda sonuncu ona 5000 manat məbləğində ilkin ödəniş etməli olduğunu bildirmişdir. O isə 5000 manat pulu olmadığına görə 1 ay möhlət istəyərək, tələb etdiyi sənədləri pulu hazırlayana kimi təqdim edə biləcəyini demişdir. Çünki Muxtar adlı şəxs ondan iş yerindən, sağlamlıq haqqında arayışlar, nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərini istəmişdir. Muxtar ona daha yuxarı rəhbərliklə əlaqə saxlayaraq ona geri dönəcəyini bildirmiş və təxminən 1 saat sonra ona yığaraq “müdiriyyətlə əlaqə saxladım və sizə 1 gün möhlət verə bilərlər, siz sənədləri hazırlayın, sənədlər hazır olduqdan sonra özləri sizinlə əlaqə saxlayacaqlar.” deyə bildirmişdir. Onun sənədlərinin hazır olmasına baxmayaraq heç kəs onunla əlaqə saxlamamış, o da həmin şəxslərlə əlaqə saxlamamışdır. Bundan 2 həftə sonra, yəni 22 iyun 2023-cü il tarixdə Yeganə adlı şəxs ona yenidən yazmağa başlamışdır. Ona ilkin ödənişsiz və aylıq ödənişi aşağı olan evlərin çox hissəsinin satıldığını və az hissəsinin qaldığını bildirərək satılacaq mənzillər arasında sənədlərinin olmadığını yazmışdır. Həmin şəxs bunun səbəbini soruşduqda o, MİDA-nın müdiri Muxtar adlı səxsin ondan heç bir sənəd götürmədiyini bildirmişdir. Yeganə adlı şəxs bundan sonra Muxtar müəllim ilə yenidən əlaqə saxlayacağını bildirmişdir. Bundan bir neçə saat sonra MİDA-nın müdiri, Muxtar kimi özünü təqdim edən şəxs onunla yenidən mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Muxtar ona pul vermədiyi üçün adını sistemə vurmadığını bildirmişdir. O da Muxtar adlı şəxsdən köməklik etməyini istədikdə Muxtar yenidən ona daha yuxarı rəhbərliklə danışıb məlumat verəcəyini demişdir. Bir qədər sonra Muxtar ona zəng edərək daha yuxarı rəhbərliyin bu məsələyə razı olduğunu, lakin 5000 manat pulu 2 gün ərzində verməli olduğunu və Yeganə adlı işçisinin vasitəsi ilə ona hansı karta pulu ödəməli olduğunu əlavə deyəcəyini bildirmişdir. 22 iyun 2023-cü il tarixdə “eManat” ödəmə terminalı vasitəsilə Yeganə adlı xanımın göndərmiş olduğu Beynəlxalq Banka məxsus 5522-0993-4506-5353 nömrəli kart hesabına 2000 və 1000 manat, ümumilikdə 3000 manat pul vəsaitini ünvan 4 ünvanında yerləşən “Araz market”dən göndərmişdir. 23 iyun 2023-cü il tarixdə də Yeganənin göndərdiyi Beynəlxalq Banka məxsus 4127-2093-0179-2559 nömrəli kart hesabına özünə məxsus Beynəlxalq Bankın 4127-2141-2494-1763 nömrəli hesab kartından 2000 manat pul vəsaitini “ABB Mobile” proqramı vasitəsilə yaşadığı mənzildən göndərmişdir. Ümumilikdə 5000 manat pul vəsaitini göndərikdən sonra o, özünü MİDA-nın müdiri kimi təqim edən Muxtar adlı şəxslə əlaqə saxlaya bilməmişdir. Lakin bir neçə gün sonra Muxtara zəng etdikdə o, telefonu götürərək sistemə adını yerləşdirdiyini, lakin işləri çox olduğu üçün onunla əlaqə saxlaya bilmədiyini demişdir. Bundan sonra isə onunla əlaqəni tamamilə kəsmişdir. Dəfələrlə MİDA-nın müdiri olduğunu bildirən Muxtar adlı şəxsə yazmağına, yığmağına baxmayaraq, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Özünü Muxtar kimi təqdim edən şəxs ona özünün MİDA-nın müdiri olduğunu və rəhbərlik etdiyi agentliyin dövlətin adından sosial evlər inşa edərək aztəminatlı ailələrə güzəştli şərtlərlə mənzillərin satışını həyata keçirdiyini demişdir. Lakin konkret olaraq hansı ünvanda fəaliyyət göstərdiklərini deməmişdir. O, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən doğrudan sosial evlər inşa edildiyini bilirdi. Muxtar kimi özünü təqdim edən şəxs həmin Agentliyin müdiri olduğunu bildirdikdə o, çox sevinmiş və həmin Agentliyin müdirinin onu aldatmayacağını və doğrudan da ona güzəştli şərtlərlə mənzil verəcəyini hesab etmişdir. Sonradan aparılan araşdırmlar zamanı onun Yasamal rayonu ərazisində yerləşən MİDAnın inşa etdiyi binadan mənzili güzəştli şərtlərlə əldə etmək üçün 5000 manat pul vəsaitini əslində Təqsirləndirilən şəxs göndərdiyi məlum olmuşdur. İbtidai istintaq zamanı ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış və həmin şəxsin barəsindəki cinayət işinə onunla bağlı hissədə xitam verilmişdir. Hazırda da təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2015-2016-cı illərdə Bakı şəhərində tanımış, sonra aralarında yaxın dostluq münasibəti yaranmışdır. İbrahimlə onun ailəvi gediş-gəlişi olmuşdur. 2023-cü ilin iyun ayında İbrahim “whatsapp” proqramı vasitəsilə zəng edərək bank kartının lazım olduğunu, oraya pul göndəriləcəyini bildirmişdir. O da İbrahimlə yaxın dost olduğu üçün heç nə soruşmadan kartın 16 rəqəmini yazaraq, özünə məxsus “Leobank”ın 4098-5844- 7187-1192 nömrəli kart hesabını göndərmişdir. Həmin vaxt kart üzərində olmamış, həyat yoldaşı Nisə Babayevada olmuşdur. Həyat yoldaşı həmin vaxt Sumqayıtda olmuşdur, ona görə İbrahimə Sumqayıta gedərək kartı həyat yoldaşından götürüb pulu nağdlaşdıra biləcəyini demişdir. 24 iyun 2023-cü il tarixdə o, İbrahimlə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Unibank”ın ATM-dən 1900 və 1527 manat pul vəsaitlərini nağdlaşdırmışlar. Həmin pul vəsaitini tam olaraq İbrahim götürmüşdür, pulun kim tərəfindən və hansı məqsədlə gəlməsini o, bilməmişdir. İbrahimdən də bu barədə soruşmamışdır. İbrahim pulu nağdlaşdırdıqdan sonra onlar sağollaşmışlar. Bundan başqa, həyat yoldaşı Nisə Babayevanın istifadəsində olan bank kartına 700 manat məbləğində pul vəsaitini İbrahim və onun tanışı olan Vasif adlı şəxs göndərmişlər. Həmin vaxt həyat yoldaşının bank kartı onun üzərində olmuşdur. İbrahim ona telefonla yığaraq “Romance palace”da toyda olduğunu və toya pul yazdırmaq üçün pul lazım olduğunu, bank kartının şəklini Vasifə atmağını və 700 manatın Vasif tərəfindən göndəriləcəyini, onun da pulu nağdlaşdırıb gətirməyini xahiş etmişdir. O da İbrahimin xahişini yerə salmayıb həmin pul vəsaitini nağdlaşdıraraq aparıb həmin şadlıq sarayında İbrahimə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuluğunda qalan şəxs kimi görüb tanımış, aralarında yaxın dost münasibəti yaranmış, boş vaxtlarını da çox vaxt bir yerdə keçirmişlər. Təqsirləndirilən şəxs həmin vaxtlar 25-ci polis şöbəsində ictimai köməkçi kimi işləmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində söhbətləri zamanı İbrahim ondan “facebook”unun olub-olmadığını soruşmuş, o da həmin sosial şəbəkədən istifadə etdiyini bildirmişdir. İbrahim ondan köməklik istəyərək həmin sosial şəbəkədə olan xatırlamadığı, lakin mənzil axtaran şəxslərin cəmləşdiyi qrupdan İbrahimin göstərdiyi bəzi şəxslərlə onun dediyi formada yazışmalı olduğunu demişdir. O, belə başa düşmüşdür ki, ictimai köməkçi kimi işlədiyi polislə bağlı nəsə işləri var, ona görə də həmin sosial şəbəkədə İbrahimin dediyi şəxslərə yazılmalıdır. İbrahim ona göstərdiyi şəxslərə “salam, Yeganə xanımdır. MİDA-nın işçisiyəm, evlərlə bağlı sualınız varsa buyurun.” deyə yazmağını bildirmişdir. O, İbrahimdən həmin vaxt və sonralar nə üçün belə mesaj yazmalı olduğunu soruşmamış, İbrahim də ona bu barədə heç nə deməmişdir. Sadəcə olaraq, ondan köməklik istəmişdir. O da İbrahimin xahişini yerə salmamışdır, lakin həmin şəxslərlə yazışmaqda İbrahimin məqsədinin nə olduğunu da bilməmişdir. O, sadəcə olaraq, İbrahimin polisdə ictimai köməkçi olduğunu bildiyi üçün həmin məsələnin də polis işi ilə əlaqəli olduğunu düşünmüşdür. Həmin xatırlamadığı qrupda Zərərçəkmiş şəxs1 Malik oğlu da güzəştli şərtlərlə mənzil axtardığı üçün İbrahim ona “facebook”da əvvəldən istifadəsində olmuş “Kəpənək Flower” hesabından yazaraq Elvinə güzəştli şərtlərlə mənzil əldə etməyində köməklik göstərə biləcəklərini deməyini bildirmişdir. İbrahimin xahişi ilə o, Elvinlə bir qədər “facebook” sosial şəbəkəsində yazışdıqdan sonra Elvinə o, guya müdirləri Muxtar adlı şəxslə məsləhətləşəcəyini bildirdikdən sonra İbrahimə Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsini vermişdir. Nömrəni verdikdən sonra Elvinlə onun əlaqəsi kəsilmiş və İbrahimlə Elvinin aralarında danışıq olubolmadığını, müsbət halda aralarında baş tutan danışıqların məzmunu barədə heç bir məlumatı olmamışdır. Təxminən iki həftə sonra İbrahimin xahişi ilə o, yenidən Elvinə həmin hesabla yazaraq ilkin ödənişsiz və aylıq ödənişi aşağı olan evlərin çox hissəsinin satıldığını, az hissəsinin qaldığını bildirərək, satılacaq mənzillərin arasında sənədlərinin olmadığını İbrahimin dediyi kimi Elvinə yazmışdır. Bundan sonra Elvini yenidən Muxtar adlı müdir, yəni əsl həqiqətdə İbrahimlə əlaqələndirmişdir. İbrahim ona bir kart hesabı göndərərək Elvinə göndərməyini xahiş etmiş və o, həmin kart hesabını Elvinə göndərmişdir. Həmin kart hesabının kimə məxsus olmasını bilməmişdir. Sadəcə İbrahim ona kart hesabı göndərərək həmin kart hesabını Elvinə göndərməli olduğunu bildirmiş və Elvinin göndərdiyi qəbzlərin şəkillərini də İbrahimə göndərməli olduğunu demişdir. Elvin qəbzlərin şəkillərini göndərdikdən sonra o da həmin şəkilləri İbrahimə göndərmişdir. İbrahimin Elvinlə aralarında olan danışıqlardan məlumatı olmamışdır. İbrahim ona hər hansı bir məbləğdə pul verməmiş, o cümlədən İbrahimin diktəsi ilə yazdığı mesajlara görə də ona pul verməmişdir. Bundan sonra o, 2023-cü ilin iyun ayının əvvəlində “Kələbək” adlı, əvvəldən istifadəsində olmuş “facebook” səhifəsi ilə İbrahimin təsadüfən seçib göstərdiyi Məryəm Allahverdiyeva adlı istifadəçiyə yuxarıda göstərdiyi formada İbrahimin xahişi ilə mesaj yazmışdır. “Kələbək” adlı “facebook” səhifəsi xeyriyyə səhifəsi olmuşdur. Məryəm adlı şəxsə Yasamal rayonunda yerləşən Mənzil X5 (MİDA) binalarından güzəştli şərtlərlə mənzil almaqda köməklik göstərə biləcəyini bildirmişdir. Məryəm adlı şəxs ona mənzil istədiyini bildirmiş, o da Məryəmə Muxtar adlı müdiri ilə danışıb müzakirə apardıqdan sonra məlumat verəcəyini bildirmişdir. Bundan sonra İbrahimlə əlaqə saxlayıb Məryəm adlı şəxsin mənzil istədiyini bildirərək onun nömrəsini İbrahimə vermişdir. Nömrəni verdikdən sonra Məryəm adlı şəxslə əlaqəsi kəsilmiş və İbrahimlə Məryəmin arasında danışıq olubolmadığını, müsbət halda aralarında hansı danışıqların baş tutması barədə məlumatsız olmuşdur. İş materiallarında olan mesajları o, yazmış, sadəcə olaraq İbrahim ona dediyi üçün belə etmişdir. Onun İbrahimlə uzun müddətdir ki, dostluq münasibətləri olmuşdur, İbrahimin nəsə qanunsuz hərəkət etməsini düşünməmişdir. Bunun nəsə polisdəki işi ilə bağlı məsələ olduğunu hesab etmişdir. Eyni zamanda İbrahim ona “facebook” səhifəsinin olmadığını və orada yazı yaza bilmədiyini demişdir. Ona görə də İbrahimin xahişinə əsasən “facebook”da bu yazıları yazmışdır. Başqa məqsədi olmamışdır. Onun ağlına həmin şəxslərin aldadılması fikri gəlməmişdir. O, İbrahimə çox güvənmiş, ona görə də onun etdiklərini sorğulamamış, necə deyirsə, elə də etmək lazım olduğunu düşünmüşdür. İbrahimin qanunsuzluq edəcəyini bilsəydi, qətiyyən belə etməzdi. O, bunların məsələnin polisdəki işilə əlaqəli olduğunu, yəni bütün bunların hansısa cinayətkarın tutulması üçün olduğunu düşünmüşdür. İbrahimin də polisdə ictimai köməkçi olması onu buna daha da inandırmışdır. İbrahimin dələduzluq etməsindən onun həmin vaxt məlumatı olmamışdır. Bunu sonradan o, hüquq mühafizə orqanına çağırılanda bilmişdir. O, Zərərçəkmiş şəxs1 və Məryəm Allahverdiyeva ilədən başqa heç kəslə danışıq aparmamışdır, “Mehemmed Ehmedov” adı altında hansısa şəxslə yazışmağını isə xatırlamır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1, 29,178.2.2 və 310-cu maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1-2) - 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilərkən ona məxsus 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd ağ rəngli “İphone 5” markalı mobil telefon, 1 ədəd göy rəngdə “İphone 13 ProMax” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet, “VÖEN” şəhadətnaməsi, sürücülük vəsiqəsi, 6768-6755-4457-4757 nömrəli “Kapital Bank” kartı, 4169-7388-7819-9618 nömrəli “Birbank Kapital” kartı, “ABB” tam kart 5490-2641- 0529-3029 nömrəli kart, 4098-5844-5805-6940 nömrəli “Leobank” kartı, 4169-7385-9262- 0987 “Umico kartı” “Kapital bank” bluetooth, 1 ədəd “flash card” müəyyən edilərək götürülmüşdür. (İ cild i.v. 75-77) - 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 “Facebook” sosial şəbəkəsində “Kəpənək Flower” adı ilə qeydiyyatdan keçmiş səhifəsinə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin səhifədə “salam. Siz ev aldiz yoxsa axtarirsiniz? Mida evləri marağlı olsa sərfəli təklifim var. adim yeganədir”, “siz əlaqə nömrənizi verin, bizdə qerar verən mudurdu. danişim onunla, deyəcəm ki taniş adamsiniz. qoy yigsin sizi ətrafli danişsin”, “mən bir saat ərzində danişacam mudurmuzlə. Sizin nömrənizi verəcəm, yigsa sizi detin ki tanisimsiniz o kənar insanlarla iş gormur”, “dunən işlərimiz cox idi, tegin ki gec idi narahat elemedi. Narahat olmayin. Bir azdan iclas bitsin yene yadina salacam”, “mən haq hesab işlərə qarısa bilmirəm, bunu mudurlu ozunuz danışin yaxşi?”, ”oldu. Buğun daxili auksiondu, sisteme vururlar məlumatlari, başi qarisiqdi hər kəsin, əlaqə saxlama 2-3 saata deyin onun yadina salim”, “gordum. Deyir basim cox qarisiqdi. Ata bilirsizsə atin sənədləri də goturun o deyende gələrsiniz”, “sizde her hansi sual varsa ya mene ya muxtar muellime verin. Ola bilsin o cox mesgul olur gec cavab verir, men daha tez cavablandiraram.”, ”Muxtar m dedi sizə göndərim”, “İnshallah yaxsi olacaq. Şad xəbər eşidəsiniz”, “2000 oduyun, çeki göndərin, sonra 1000”,”çeki göndərin Muxtar m göndərməliyəm”, “Mida evlərdə belə olmur narahat olmayin. O ozəl şirkətlərdə olur, daxili muqavile ile”, “yerimiz bellidir, adimiz bellidir, senedleri teqdim eliyecek size”, “Muxtar m size tam izah etmədi?”, “indi mudurden deqiqlesdirim. Sabah son olmalidi.”, “əlimdən nə gəldi köməklik elədim sizə qardaş, qalanlari uje muxtar m həll edir deyə heçnə eliyə bilmirəm, ancaq onunla razillaşmaq lazımdi”, ’’mudurdu artiq soz də deye bilmitəm. ancaq xahis eliyirəm lazim olanda.sizə gorə de xahiş eləmişdim.”, “siz onu muxtar muəlimlə necə danişdiz?”, “narahat olmayin. Mudur sizin kimi çox insanlara komeklik edir”, “belə deyirlər quya artiq yaşamalda olmayacaq. Bu axrinci il idi”, “ancaq uzaq yerlərdə olacaq primorsk, umud qəsəbəsi, qobu və digər”, “istəyirsiniz danişim müdirlə nəsə eləmək mumkundur ya gecdir artiq”, “biz cox mənzilləri sistemə vurduq uje”, “bu evlər investor deyəndə ya banklarion budjesindədi ya sosialin yüksək vəzifədə oturan insanin budjetindədi”, “onlar özləri hansi qiymətə istəyirlər satirlar cunki demək olar pulsuz qalir.”, “ona gorə belə yüksək qiymət qoyulmur”, “sabah hec kəs gedib şikayət eləməsin”, “bu səbəbdən də daxili ipoteka mövcuddur”, “buyurun çalişiram komək edim sizə, səmimi adamsiniz gorurəm evə ehtiyaciniz var”, “bizim şöbəyə girmək ucun siz propuskdan keçməlisiniz. Ora kompyuterə daxil olunur. Adi vətəndaş gələ bilməz. Bura gələn ancaq auksionnan sonra təsglənmiş siyahi ilə mustərilərdi kim gəlir ev alir sənədləri imzalanir”, “ona gprə muxtar m sizinlə burda rəsmi gorusə bilmir, sənədlər düzəldəndə, auksion keçəndə, evin sahibi olannan sonra sizi bura dəvət edəcəklər”, “burda kamerali telefonu hec istifadə eləmək olmur. Sərtlər sərtdi. Şəffavligina gorə”, “1 həftə qalmiş elanlar rəsmi cixacaq saytimizda”, “bəlkə muxtar m tam bunlari hamisini izah eləmədi sizə o səbəbdən basa dusmədiz onu”, “amma o kimənən is gotur, butun oz sənədləri və məlumatlari qabagcadan təqdim edir, ona gorə qalib 2-3 otağlı. Auksiona bir ay vaxt qalib.biz aşaği qiymətə həm nağd həm kteditə almağa köməklik edə bilərik”, “2 otaq 40000, 3 otag 5000. Ayliq 200-350 atasi dusur”, “ramani, bakixanov (razin), hovsan, hocasən (20 yanvar), yaşamal”, “ilkin odənis yoxdur, maksimum 15 ilə qədər ipoteka, ayliq 222 azn 2 otag. Tam təmirli mida evləri”, “danişdım xahiş elədim ki mümkünsə komək eləsin”, “dedi yigsin baxim alinirsa komək edəcəm”, “cox xahiş elədim inshallah köməklik edər sizə”, “danisin xəbər edin”, “beli, daxili auksion keçdi, sisteme ne lazimdi vurulub hazirdi. İndi siz gozlemelisiz avqustun 11 resmi seçim bitende size portal verilecek onnan qabaq bina ve mertebe”, “portal açilir sistemə giriş olmalidir seçim üçün amma yəgin ki bildiyiniz kimi 30-40 saniyədən sonra bağlanir sboy verir. Bəlli səbəblərə gorə”, “yenə də burda hər şey açiq yazmaq olmur. Yəgin ki muxtar m izah edib sizə”, “elvin m salam necəsiz? Məndə nə gədər sənəd var, amma sizin sənədləri görmədim, isiniz nə yerdə qaldi?”, “birde salam ofisde olanda danismaq olmurş yoxlanis olur narahat olmayin qaldi sabaha ozu sizinle elaqe saxliyacaq imkan olan kimi sebrli olun”, “iyulun 5-25 arasinada olacaq, cox guman ki, 5”, “qeydiyyat 29 baslayir, bitme zamani avqustun 11, basa dusmedim nece 3-11? Belke siz muxtar m basa dusmediz? Ya nese danişdiz ki men bilmirem?”,”o sizi goruse cagirmagini bilmirem niye cagirdi. Belke sexsi tanimaq isteyir.”, “my gov telefonda yukluyun, orda melumatlarda is yerdim və covid sertifkatlari var, əlavə ailə tərkibi təhsiliniz, hamisini ordan edin, birdə umumu vətəndaş məlumatları da orda cixardin” mətnli mesajların yazılması müəyyən edilmişdir. “Kepenek flower” adı ilə yazışan şəxsə isə Zərərçəkmiş şəxs1 cavab mesajlarında “mən Muxtar məllimlə danışdım dedim 2dənə iki otağlı oda dedi hərəsinə görə 5-di ona görədə mən bir 3otağlı ev dedim. Oda dediki problem yoxdu. Amma mənim əlimdə 5min yoxdur. İstəyirəm Muxtar məllimə deyəm ki sənədləri mümkünsə qəbul eləsin mən 1 aya qədər pulu düzəldə bilərəm əyər dəqiqdirsə hər şey”, “sadəcə mən nə qədər internetdə bu barədə məlumat öyrənmək istəyirəm heç nə tapa bilmirəm dünən kirayə evlər barədə xəbər veriblər amma mida tipli evlər deyil başqa ərazilərdəki evlərdi. onlar da sarayda 350azn, şəhər içi 600-700 arası dəyişir”, “tibbi arayışı da verəcəklər my govdan”, “şəxsiyyət v kopya, iş yerində və tibbi arayiş, nikah haqqında arayış hərbi biletin kopyası”, “müdürünzdən zəng gəlmədi. Biz belə ona zəng edə bilmərik?”, “sənədlər demişdi deyəcəm, amma hələ göndərməyibdi”, “çox həyəcanlıyam, bildirəm danışdım, kart kimin adınadır??”, “göndərirəm”, “İnşallah şad xəbəri verərsiz. Amin”, “mən danışdım, axşama xəbər edəcək, bu iş alınsın evimizin ilk qonağı siz olacaqsız, Muxtar məllim də”, “Ni...Na... düzdür?”, “birdə terminal max 2000 ödəmək olur”, “abbnim öz terminalına gedirəm”, “məndən sənədləri axşam götürməli idi amma götürmədi zəng eləmədi”, “aksion sabah saat ençədə olacaq”, “mən terminalla ödəyirəm pulu komision haqqı tutacaq?”, “muxdar müəllim mənə zəng eləmədi bu gün də. Nəysə mən də ona zəng eləmədim”,”hansı şirkət dövlət orqanının aksiyasıdır?”, “muxtar məllim saat 9-10dan sora dedi boş oluram ondada adamın yuxusu gəlir gedib yatırsam, gedib hardassa oturub söhbət etmək də mümkün olmur”, “gələn ilədə də çox gecdir, və siz demişkən bəlkə qanun dəyişsə daha nə olacağını bilmək olmur”, “bu aksiya barədə heç kimin məlumatı yoxdur, mən də okey 5 min tapdım verdim. Mən muxtar məllimi tanımıram o da məni tanımır sonra nısə olsa 5 minim getsə mən onu kimdən ala bilərəm və ya kimə deyə bilərəm ki mənə belə dedilər mən də verdim”, “vallah tam izah etməyə vaxtı çatmır axı”, “necəsiniz Yeganə xanim sabah sənəd qəbulu üçün son gündür?”, “bir də sənəd qəbulu olunduqdan neçə gün sonra evlər bilinəcək”, “sizonj satış elanınız nə vaxt çıxacaq?”, “bir zəhmət deyərdiz mən pulun qalan hissəsini aksiona gələndə gətirsəm olar?”, “dünən yarısın vurdum qalan hissənidə bu gün üçün amma başqa kart göndərəcəkdi onsuz bir şey qalmayib vaxta ora gələndə özünə verərəm əsas odur pul əlimdədir”, “soy adının baş hərfi deyil. Adı Xəyal quluzadə”, “İnşallah xeyirlisi”, “nə vaxta çağırarlar məni? Yeganə xanım mən bu auksionda adımın olduğuna necə baxa bilərəm?”, “bir şey olsa dəli olacam dünən bu gün hünüm olmayıb, belə bir riskə girmək mğn üçün çox çətindir.”, “sabah günortadan sonra 50%pozitiv olacam, qalanıda 5000 manatı necə qaytaracağımı düşünməyə gedəcək”, “çox həyəcanlıyam, bildirəm danışdım, kart kimin adınadır??”, “göndərirəm”, “siz ofisi deyin mən gəlim Muxtar müəllimlə danışaq, ofisiniz harda yerləşir?”, “salam Yeganə xanım günortanız xeyir Vallah mənim evə ehtiyacım var, mənə tam məlumat verərdiz, bax mən 5 mini düzəltdim sonra hansı proses gedir orda?5min dən əlavə mənim nə qədər pulum çıxacaq? Mən kirayə qaldıöım evdən ayın sonuna çıxıram. Mən istəyirəm ki”, “hə bilirəm amma evlərin qiyməti və ilkin ödəniş barədə heç bir məlumat yoxdur”, “əyər mən bu satışda qalsam qıraqda daha mən ürəy xəsdəliyi tutaram bəlkə”, “bəs ilkin ödəniş nə qədərdir? İlkin ödənişsiz mümkündür?”, “salam axşamınız xeyir, mən danışdım sizə xəbər etməliydi”, “sənədləri demişdi deyəcəm amma hələ göndərməyibdi”, “insanlar iştirak edir ya kompyuterlə olur?”, “bax Yeganə xanım mənə güzəşt necə lazımdı deyim, əlimdə heç bir məbləğ yoxdur. Amma əyər bu ev mənim olacaqsa mən 100də yüz deyirəm bu məbləği düzəldəcəm, amma 5günə imkanım yoxdur, mən bütün qarşıma çıxan ev elanları ilə maraqlanıram hamısınada mesaj göndərmişəm, həqiqətən ev istəyirəm sadəcə əlimdə məbləğ sıfırd. İşləyirəm qazanıram amma pul qalmır ev kirayəsi ödəyirəm hazırda qardaşımla ikimizə 350-400 arası ona gore aldadılmadığımı anlamaq üçün ofisə gəlib danışmaq istəyirəm dəqiq bilom həqiqətən rəsmi şəxslərdi mən sizi və Muxdar məllimi görməmişəm.”, “xahiş edirəm kimsə nəsə desin, saat 1-3 arası deyilmişdir hələdə bir şey yoxdur muxtar m zənglərimi açmır siz də burda cavab vermirsiz”, “hazırda kartdadı pul komosion olmursa kartdan karta atım”, “Abb”, “nə vaxt olması dəqiq deyil? Çünki məsələn iyulun əvvəli olacaq 10na kimi ya gec olacaq bilirsən daha bu evdə kirayə pulu verməmək üçün soruşdum.”, “aydındı, bəlkə mən qədər narahat olan məlumat alan yoxdu.”, “məllimin bir dəq vaxtı varsa danışım”, “bəs İ kimdi axı?”, “indi deyirsiz avqust ayı, rəsmi olaraqda gələn ayın 3-11i arası seçim olunacaq”, “muxtar məllim məni bu gün görüşə çağıracaqdı amma etmədi dedi sabaha qaldı, başqa heç nə deməyib, mən də hazırlaşıram ki gələn ayın 11nə kimi hər şey bitəcək.”, “asan nömrə yoxdu. Amma e govda hesabım var”, “bu sənədlərin hamısı lazımdı? Bə məllim demədi bunları” mətnli mesajlar yazılmışdır. (İİ cild 15-17) - 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş ödəniş qəbzlərinə müstəntiq tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, o, 22 iyun 2023-cü il tarixdə saat 21:12-də ünvan 6 ünvanında yerləşən “Araz” marketdə olan “eManat” terminalı vasitəsilə 2000 manat pul vəsaitini 5***********5353 nömrəli hesaba, saat 21:16-da isə həmin ünvanda, həmin ödəmə terminalı vasitəsilə və həmin kart hesabına 1000 manat pul vəsaitini, 23 iyun 2023-cü il tarixdə saat 14:16-da “ABB” proqramı vasitəsilə 2000 manat pul vəsaitini 4127********1763 nömrəli kart hesabından 4127********2559 nömrəli kart hesabına köçürmüşdür. (İİ cild i.v. 18) - 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş bank hesabının çıxarışına müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 24 iyun 2023-cü il tarixdə saat 02:57-də ”Unibank”a məxsus Neftçilər metrosunun yaxınlığında yerləşən ATM-dən 1900 manat, həmin gün saat 23:55-də isə 1527,25 manat pul vəsaiti nağdlaşdırılmışdır. (İİ cild i.v. 50) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 avqust 2023-cü il tarixli 2442 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona itiham olunan əməl dövründə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından mərhum etsin. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgilərinə xas olan nümayişkaranəlik, emosional qeyri-sabitlik, inadkarlıq və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisələrini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. (İİ cild i.v. 102-105) - 20 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 29,178.2.2 və 310-cu maddələri ilə 01 avqust 2023-cü il tarixdə elan edilmiş ittihama dəyişiklik və əlavələr edilməklə həmin Məcəllənin 310-cu maddəsi ilə ona yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanı tam ödəməsi, onunla barışması nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi təqsirləndirilməsinə dair hissədə icraata xitam verilmiş, cinayət işinin Təqsirləndirilən şəxs X6 və X1 qarşı dələduzluğa cəhd etməsi epizodları üzrə əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, X2 və X4 işdə zərərçəkmiş şəxs qismində statuslarına xitam verilmiş, Şahid2 Təqsirləndirilən şəxs tərəfindən törədilən dələduzluq cinayətlərində iştirakı müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 29,312.2-ci maddəsinin təkrib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş ödəniş qəbzləri, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş bank çıxarışı və “Facebook” sosial şəbəkəsində Zərərçəkmiş şəxs1lə olan yazışmaların ekran görüntüsünun çıxarışı, 1 ədəd “Nokia” markalı mobil telefon maddi sübut kimi tanınmış, ödəniş qəbzləri, bank çıxarışı, yazışmalardan çıxarış cinayət işində saxlanılmış, mobil telefon isə saxlanılması ücün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, “Kapital Bank”ın 6768-6755-4457- 4757 nömrəli, Təqsirləndirilən şəxs məxsus bank kartı, “Kapital Bank”ın 4169-7388-7819- 3618 nömrəli bank kartı, "xxxx"nın 5490-2641-0529-3029 nömrəli bank kartı, “Kapital Bank”ın 4169-7385-9262-0987 nömrəli, Təqsirləndirilən şəxs məxsus bank kartı, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, hərbi bilet, əlillik vəsiqəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fiziki şəxsin uçotu haqqında ********** nömrəli şəhadətnamə, 1 ədəd “İphone” markalı, “5” modelli ağ rəngli mobil telefon, 1 ədəd “İphone” markalı, “13ProMax” modelli göy rəngli mobil telefon, 1 ədəd üzərində “iconix” yazılmış boz rəngli “flash card”, 1 ədəd bluetooth iş üçün əhəmiyyət kəsb etmədiyindən, həmçinin üzərində hadisənin izlərini saxlamadığına görə sahibinə qaytarılmışdır. (İİ cild i.v. 128-149,152-155) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, zərərçəkmiş şəxsi, təqsirləndirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı olduğu kimi, məhkəmə baxışı iclasında da cinayət əməlini etiraf edərək işin faktiki hallarına uyğun ifadə versə də, törətdiyi cinayət əməlinin vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi deyil, dələduzluq kimi qiymətləndirilməli olduğunu qeyd etmişdir. Cinayət qanunvericiliyinə görə, özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə, şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülməlidir. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasnın yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Göstərilənlər baxımından cinayət əməlinə hüquqi qiymət verən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur, təqsirləndirilən şəxsin verilmiş ittiham üzrə özünü təqsirli bilib-bilməməsi onun hüququdur. Təqsirləndirilən şəxs özünü, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bunlarla əlaqədar onun sərəncamına verilmiş torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak edən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsin - Mənzil X5 vəzifəli şəxsi, əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi zərərçəkmiş şəxsə təqdim edərək həmin hüquqi şəxsin, onun vəzifəli şəxsinin səlahiyyətlərini mənimsəmişdir. Onun eyni əməllə zərərçəkmiş şəxsə qarşı həmçinin dələduzluq əməlini törətməsi də öz təsdiqini tapmış və ibtidai istintaq orqanının qərarı ilə müvafiq əsasla həmin hissədə xitam verilmişdir. Ona görə məhkəmə təqsirləndirilən şəxsin qeyd olunanlarla bağlı irəli sürdüyü dəlilləri əsassız sayır. Bu zaman nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs həmin qaydada ifadə versə də, məhkəmədə son sözlə çıxışında müvafiq yüngülləşdirici halları nəzərə almaqla, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə təqsirləndirilən şəxsdən fərqli olaraq, müdafiəçisinin məhkəmə çıxışında, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə göstərdiklərinə münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 310-cu maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v. 100-101) -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 30 iyul 2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 145-146) -Zərərçəkmiş şəxs1 04 avqust 2023-cü il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ərizəsinin nəzərə alınmasını xahiş edir. (İİ cild i.v. 5-6) -Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı və həmin qərarın əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. (İİ cild i.v. 8-14) - 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 29-30) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 20 sentyabr 2023-cü il tarixli 11778 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-xx.xx.2017; xx.xx.2018-xx.xx.2018; xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə həmin xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müalicədə olmuşdur. Təkrar xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 168 nömrəli göndərişinə əsasən xəstəxanaya qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə həkim-psixiatr komissiyasına təqdim olunmuş və həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Diaqnoz: “Şəxsiyyətin isterik tipli pozuntusu. Anamnezində funksional tutmaları və kəllə-beyin travması.” (İİ cild i.v. 90) -Bakı şəhəri 83 saylı MKİS-nin rəisi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli 58 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild i.v. 113) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. -Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyin qiymətləndirilməsinə dair məlumatından görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlillik təyin olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310cu maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı ödəyərək onunla barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.3-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, üçüncü qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilən qaydada cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 30 iyul 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, həmin 10 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə islah işləri cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd mobil telefon təqsirləndirilən şəxsə qaytarılmalı, müvafiq sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini müqavilə əsasında vəkili həyata keçirmişdir, ona görə vəkilə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 iyul 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 10 (on) gün müddət müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanaraq, 40 (qırx) günə bərabər sayılmaqla təyin olunmuş islah işləri cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaqa təqdim edilmiş ödəniş qəbzləri, “Facebook” sosial şəbəkəsində onunla aparılmış yazışmaların ekran görüntüsünun çıxarışı və Şahid1 tərəfindən ibtidai istintaqa təqdim edilmiş bank çıxarışı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Baı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar