Məhkəmə qərarları › İş №1(007)-66/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-66/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-66/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5, zərərçəkmiş hüquqi şəxs-Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nərimanov rayonu, T.H.Məmmədov küçəsi ev 9-da qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)- 39/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 1(011)-139/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxx 2002-ci il tarixdə Yardımlı rayonunun Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ev 52-də qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 1(103)-1495/2021 nömrəli qərarı ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, yetkinlik yaşına çatmadığı dövrdə tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 14 fevral 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65B ünvanında X1 adına bağlanmış icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs1 işlətdiyi, sonuncuya məxsus “Korea ehtiyat hissələri” mağazasının şüşəli metal materialından olan giriş qapısının qıfılını qrup üzvi Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub, mağazanın vitrinində olan hər biri 110 manat dəyərində 03 ədəd “zəncir”, hər biri 550 manat dəyərində 02 ədəd “turbosensor”, 01 ədəd 510 manat dəyərində “turbo rele”, hər biri 350 manat dəyərində 04 ədəd “həlqə-27960”, hər biri 240 manat dəyərində 03 ədəd “həlqə-28600”, hər biri 350 manat dəyərində 03 ədəd “həlqə-27950”, hər biri 180 manat dəyərində 04 ədəd “şatun”, hər biri 350 manat dəyərində 02 ədəd “elektrik sükan sensoru”, bir ədəd 230 manat dəyərində “şkif”, bir ədəd 280 manat dəyərində “yağ radiatoru”, hər biri 60 manat dəyərində 05 ədəd “dartıcı”, hər biri 16 manat dəyərində 10 ədəd “sensor-3K000” və hər biri 550 manat dəyərində 02 ədəd “klapan-2E000” ehtiyat hissələrini, kassadan 1723 manat nağd pul, 350 manat dəyərində mağazada ***-***-**-** və ***-***-**-** nömrələri ilə istifadə edilən “Samsung A5” markalı mobil telefonu və 50 manat dəyərində “Smart” markalı qol saatını gizli olaraq talayaraq öz aralarında bölüb Zərərçəkmiş şəxs1 cəmi 10.723 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 15 fevral 2020-ci il tarixdə saat 07 radələrində ünvan 1 ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs2 icarə müqaviləsi əsasında işlədiyi, sonuncuya məxsus “Səma” gözəllik salonunun şüşəli metal materialından olan giriş qapısının qıfılını qrup üzvü Hüseyn Dadaşzadə özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz salona daxil olub, salonda bərbər masasının siyirməsində olan pul kisəsindən 480 manat nağd pul vəsaitini gizli olaraq talayaraq öz aralarında bölüb Zərərçəkmiş şəxs2 480 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 17 fevral 2020-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Elnur Avto” avtomobil ehtiyyat hissələri satışı mağazasının şüşəli metal materialından olan giriş qapısının qıfılını qrup üzvü Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub, kassadan 300 manat nağd pul və hər biri 400 manat dəyərində “Xiaomi Mİ9” və “Xiaomi Mİ2” markalı mobil telefonları gizli olaraq talayıb öz aralarında bölərək Zərərçəkmiş şəxs3 cəmi 1100 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03 mart 2020-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2221 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Lassa” avtomobil akkumlyator və şinlərin satışı mağazasının şüşəli metal materialından olan giriş qapısının qıfılını qrup üzvü Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub, mağazadakı ofis stolunun siyirməsindən 300 manat nağd pul vəsaitini gizli olaraq talayıb öz aralarında bölərək Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03 mart 2020-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2360 ünvanında yerləşən “Gomos Avto” avtomobil ehtiyat hissələrinin satışı mağazasının şüşəli metal materialından olan giriş qapısının qıfılını qrup üzvü Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub, həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs4 məxsus mağazadakı ofis stolunun siyirməsindən 530 manat nağd pulu, ***-***-**-** nömrə ilə istifadə edilən 950 manat dəyərində “Vertu” markalı mobil telefonu və 300 manat dəyərində “Pioner” markalı maqnitafonu gizli olaraq talayıb öz aralarında bölərək Zərərçəkmiş şəxs4 ümumilikdə 1780 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 24 aprel 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 MMC-yə məxsus “Komfort 87” adlanan aptekin şüşəli metal materialından olan giriş qapısının qıfılını qrup üzvü Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz aptekə daxil olub, Zərərçəkmiş şəxs6 MMC-yə məxsus ümumi dəyəri 258 manat olan 10 qutu “Silaimperator10” və 6 ədəd “Silaimperator10” həbbi, ümumi dəyəri 328 manat olan 8 qutu “Afrika Şiri-10” və 2 ədəd “Afrika Şiri10” həbbi, 55,8 manat dəyərində hər birinin qiyməti 0,60 manat olan 93 qutu “Orbit10” saqqızı, 17 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 34 ədəd “Qematogen” şokoladı, 11 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 22 ədəd “Raunatin 10” həbbi, 63,70 manat dəyərində 01 qutu “Delta” kişi üçün məcun, 0,50 manat dəyərində 01 qutu “Stik10” saqqızı, 8 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 16 qutu “Dirol10” saqqızı, 58 manat dəyərində 01 qutu “İnfert” kişi məcunu, 495 manat dəyərində hər birinin qiyməti 55 manat olan 9 qutu “Ero Aktiv” kişi məcunu, 60 manat dəyərində hər birinin qiyməti 30 manat olan 2 qutu “Epidemium” kişi məcunu, 35 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 70 ədəd “Naftizin” burun üçün damcı, 24,48 manat dəyərində hər birinin qiyməti 3,06 manat olan 8 qutu “Aksen Fort” həbbi, 8 manat dəyərində hər birinin qiyməti 16 manat olan 0,50 qutu “Etodin Fort”, ümumi dəyəri 21,44 manat olan 2 qutu “İmodium № 20” və 12 ədəd “İmodium № 20” həbbi, ümumi dəyəri 9,50 manat olan 3 qutu “Qofen” və 8 ədəd “Qofen” həbbi, ümumi dəyəri 10,60 manat olan 2 qutu “Noşpa 40 mq 24” və 10 ədəd “Noşpa 40 mq 24” həbbi, ümumi dəyəri 10,70 manat olan 1 qutu “Noşpa 80 mq 24” və 12 ədəd “Noşpa 80 mq 24” həbbi, ümumi dəyəri 23,32 manat olan 8 qutu “Fenadol15” və 3 ədəd “Fenadol15” həbbi, ümumi dəyəri 32,82 manat olan 3 qutu “Piralgin20” və 14 ədəd “Piralgin20” həbbi, ümumi dəyəri 8,72 manat olan 3 qutu “Majezik15” və 1 ədəd “Majezik15” həbbini və kassada olan 180 manat nağd pul vəsaitini gizli talayıb Zərərçəkmiş şəxs6 MMC-yə cəmi 1719,58 manat, həmin aptekdə optika məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs5 məxsus, içərisində danışıq konturu olmayan, 10 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən 200 manat dəyərində “Samsung Galaxy S2” və içərisində danışıq konturu olmayan, 10 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən 350 manat dəyərində “İphone 6S” markalı mobil telefonları gizli olaraq talayıb öz aralarında bölərək Zərərçəkmiş şəxs5 cəmi 570 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, yetkinlik yaşına çatmadığı dövrdə tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 14 fevral 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65B ünvanında X1 adına bağlanmış icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs1 işlətdiyi, sonuncuya məxsus “Korea ehtiyat hissələri” mağazasının şüşəli metal materialından olan giriş qapısının qıfılını özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub, mağazanın vitrinində olan hər biri 110 manat dəyərində 03 ədəd “zəncir”, hər biri 550 manat dəyərində 02 ədəd “turbo sensor”, 01 ədəd 510 manat dəyərində “turbo rele”, hər biri 350 manat dəyərində 04 ədəd “həlqə-27960”, hər biri 240 manat dəyərində 03 ədəd “həlqə-28600”, hər biri 350 manat dəyərində 03 ədəd “həlqə- 27950”, hər biri 180 manat dəyərində 04 ədəd “şatun”, hər biri 350 manat dəyərində 02 ədəd “elektrik sükan sensoru”, bir ədəd 230 manat dəyərində “şkif”, bir ədəd 280 manat dəyərində “yağ radiatoru”, hər biri 60 manat dəyərində 05 ədəd “dartıcı”, hər biri 16 manat dəyərində 10 ədəd “sensor-3K000” və hər biri 550 manat dəyərində 02 ədəd “klapan- 2E000” ehtiyat hissələrini, kassadan 1723 manat nağd pul, 350 manat dəyərində mağazada ***-***-**-** və ***-***-**-** nömrələri ilə istifadə edilən “Samsung A5” markalı mobil telefonu və 50 manat dəyərində “Smart” markalı qol saatını gizli olaraq talayaraq öz aralarında bölüb Zərərçəkmiş şəxs1 cəmi 10.723 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 17 fevral 2020-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Elnur Avto” avtomobil ehtiyyat hissələri satışı mağazasının şüşəli metal materialından olan giriş qapısının qıfılını özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub, kassadan 300 manat nağd pul və hər biri 400 manat dəyərində “Xiaomi Mİ9” və “Xiaomi Mİ2” markalı mobil telefonları gizli olaraq talayıb öz aralarında bölüb Zərərçəkmiş şəxs3 cəmi 1100 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03 mart 2020-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2221 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Lassa” avtomobil akkumlyator və şinlərin satışı mağazasının şüşəli metal materialından olan giriş qapısının qıfılını özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub, mağazadakı ofis stolunun siyirməsindən 300 manat nağd pul vəsaitini gizli olaraq talayıb öz aralarında bölərək Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03 mart 2020-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2360 ünvanında yerləşən “Gomos Avto” avtomobil ehtiyat hissələrinin satışı mağazasının şüşəli metal materialından olan giriş qapısının qıfılını özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub, həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs4 məxsus mağazadakı ofis stolunun siyirməsindən 530 manat nağd pulu, ***-***-**-** nömrə ilə istifadə edilən 950 manat dəyərində “Vertu” markalı mobil telefonu və 300 manat dəyərində “Pioner” markalı maqnitofonu gizli olaraq talayıb öz aralarında bölərək Zərərçəkmiş şəxs4 ümumilikdə 1780 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 24 aprel 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 MMC-yə məxsus “Komfort 87” adlanan aptekin şüşəli metal materialından olan giriş qapısının qıfılını özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz aptekə daxil olub, Zərərçəkmiş şəxs6 MMC-yə məxsus ümumi dəyəri 258 manat olan 10 qutu “Silaimperator10” və 6 ədəd “Silaimperator10” həbbi, ümumi dəyəri 328 manat olan 8 qutu “Afrika Şiri-10” və 2 ədəd “Afrika Şiri10” həbbi, 55,8 manat dəyərində hər birinin qiyməti 0,60 manat olan 93 qutu “Orbit10” saqqızı, 17 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 34 ədəd “Qematogen” şokoladı, 11 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 22 ədəd “Raunatin 10” həbbi, 63,70 manat dəyərində 01 qutu “Delta” kişi üçün məcun, 0,50 manat dəyərində 01 qutu “Stik10” saqqızı, 8 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 16 qutu “Dirol10” saqqızı, 58 manat dəyərində 01 qutu “İnfert” kişi məcunu, 495 manat dəyərində hər birinin qiyməti 55 manat olan 9 qutu “Ero Aktiv” kişi məcunu, 60 manat dəyərində hər birinin qiyməti 30 manat olan 2 qutu “Epidemium” kişi məcunu, 35 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 70 ədəd “Naftizin” burun üçün damcı, 24,48 manat dəyərində hər birinin qiyməti 3,06 manat olan 8 qutu “Aksen Fort” həbbi, 8 manat dəyərində hər birinin qiyməti 16 manat olan 0,50 qutu “Etodin Fort”, ümumi dəyəri 21,44 manat olan 2 qutu “İmodium № 20” və 12 ədəd “İmodium № 20” həbbi, ümumi dəyəri 9,50 manat olan 3 qutu “Qofen” və 8 ədəd “Qofen” həbbi, ümumi dəyəri 10,60 manat olan 2 qutu “Noşpa 40 mq 24” və 10 ədəd “Noşpa 40 mq 24” həbbi, ümumi dəyəri 10,70 manat olan 1 qutu “Noşpa 80 mq 24” və 12 ədəd “Noşpa 80 mq 24” həbbi, ümumi dəyəri 23,32 manat olan 8 qutu “Fenadol15” və 3 ədəd “Fenadol15” həbbi, ümumi dəyəri 32,82 manat olan 3 qutu “Piralgin20” və 14 ədəd "Piralgin20” həbbi, ümumi dəyəri 8,72 manat olan 3 qutu “Majezik15” və 1 ədəd “Majezik15” həbbini və kassada olan 180 manat nağd pul vəsaitini gizli talayıb Zərərçəkmiş şəxs6 MMC-yə cəmi 1719,58 manat, həmin aptekdə optika məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs5 məxsus, içərisində danışıq konturu olmayan, 10 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 200 manat dəyərində “Samsung Galaxy S2” və içərisində danışıq konturu olmayan, 10 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən 350 manat dəyərində “İphone 6S” markalı mobil telefonları gizli olaraq talayıb öz aralarında bölərək Zərərçəkmiş şəxs5 cəmi 570 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uşaq evində böyümüş və erkən yaşlarından oğurluq cinayətləri ilə məşğul olmuşdur. 2015-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda tək, yaxud da onunla əvvəllər uşaq evində bir yerdə tərbiyə alan tanışları Təqsirləndirilən şəxs1 və X4 ilə ayrı-ayrı vaxtlarda oğurluq cinayətləri etmişdir. Belə ki, 14 fevral 2020-ci il tarixdə Rəhmanla bir yerdə olarkən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən avtomobillərin ehtiyat hissələrinin satışı mağazalarından oğurluq etmək barədə razılığa gəlmişlər. Həmin gün təxminən saat 02 radələrində o, taksi ilə Babək prospekt ilə gedərkən oğurluq üçün münasib olan mağaza seçmək qərarına gəlmişdir. Rəhmanla yaşadığı evin qarşısında sifariş verdiyi, nömrəsini xatırlamadığı boz rəngli bir taksiyə əyləşmişlər. Sifariş etmişdir ki, onları Nizami rayonu, Babək prospektində, avtomobil bazarı yaxınlığında körpünün altına aparsın. Orada sürücüyə tapşırmışlar ki, prospektlə həmin dairədən üzü şəhər mərkəzi istiqamətində sürsün. Babək prospekti 65B ünvanında yerləşən “Korea ehtiyat hissələri” mağazasının qarşısından keçərkən obyektin qapısının şüşəli metal materialdan olmasını görüb Rəhmanla ora girmək qərarına gəlmişlər. Taksi sürücüsü onların planını hiss etməsin deyə sürücüyə taksini bir qədər irəlidə saxlayıb onları gözləməsini tapşırmışlar. O, Rəhmanla taksidən düşüb həmin mağazaya yaxınlaşmışdır. Rəhman üzərində olan vintaçanı mağazanın qapısının arasına salıb güc tətbiq etməklə qapını açmışdır. Üzərində olan alışqanla işıq salıb Rəhmanla bir yerdə mağazada vitrinlərin altındakı kassa aparatına yaxınlaşmışlar. Kassada olan təxminən 745 manat nağd pulu, bir qədər kənarda olan “Samsung A5” markalı mobil telefonu götürmüşlər. Həmin vaxt o, ofis stolunun üzərində olan qara rəngli qol saatını da götürmüşdür. Tələsik mağazadan çıxarkən Rəhmanla vitrində olan bəzi avtomobillərin ehtiyat hissələrindən götürüb kisələrə yığmışlar. Mağazadan oğurladıqları əşyaları özləri ilə gətirdikləri selofan paketlərə doldurub oradan da onları gözləyən taksiyə minmişlər. Taksiyə sifariş vermişlər ki, onları birbaşa yaşadıqları məhəlləyə aparsın. Taksinin pulunu verib ondan ayrılmışlar. Növbəti taksi sifariş verib istirahət etmək üçün şəhər mərkəzinə getmişlər. Səhər açılanda Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə gedib oğurladıqları “Samsung A5” markalı mobil telefonu tanımadıqları bir nəfərə 350 manata satmışlar. Pulu aralarında bölmüşlər, ehtiyat hissələri isə onda qalmışdır. Sonradan ehtiyat hissələrini sata bilmədiyi üçün xatırlamadığı yerə tullamışdır. Bundan başqa 15 fevral 2020-ci il tarixdə saat 07 radələrində X4 ilə bir yerdə ünvan 6 ünvanında yerləşən yeni tikilinin 1-ci mərtəbəsindəki “Səma” gözəllik salonunun qarşısından keçərkən oranın mühafizə olunmadığını və qapısının şüşəli metal materialından olduğunu görüb qərara gəlmişlər ki, həmin salona daxil olsunlar. Hüseyn üzərində olan vintaçanla həmin salonun qapısını açmışdır. Salona hər ikisi daxil omuş, salonda təxminən 4-5 bərbər masası olmuşdur. Onlar salondakı masaların siyirmələrini yoxlamışlar, həmin siyirmələrdən birində işərisində təxminən 400 manata yaxın nağd pul olan pul kisəsini aşkar edib pulu götürmüşlər. Obyektdə olan dolabları və siyirmələri yoxlamışlar, lakin həmin puldan başqa qiymətli bir şey tapa bilməmişlər. Ona görə salonu tərk edib yola çıxmışlar. Orada bir taksiyə əyləşib yaşadıqları məhəlləyə getmişlər. Ələ keçirdikləri 400 manat pulu aralarında bölmüşlər. Bundan başqa 17 fevral 2020-ci il tarixdə saat 03 radələrində Rəhmanla bir yerdə ünvan 2 ünvanında yerləşən “Elnur Avto” avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının qarşısından keçərkən oranın mühafizə olunmadığını və qapısının şüşəli metal materialından olduğunu görüb qərara gəlmişlər ki, həmin salona daxil olsunlar. Rəhman üzərində olan vintaçanla həmin mağazanın qapısını açmışdır. Mağazaya hər ikisi daxil olmuş və mağazada kassadan 300 manat pulu, kassanın üzərində olan iki ədəd “Xiaomi” markalı mobil telefonları götürüb mağazadan çıxmışlar. Orada bir taksiyə əyləşib şəhər mərkəzinə gedərək həmin gün oğurladıqları pulu öz ehtiyaclarına xərcləmişlər. Mobil telefonları tanımadıqları şəxslərə satmışdır. Bundan başqa 03 mart 2020-ci il tarixdə Rəhmanla bir yerdə olan zaman yenə oğurluq etmək qərarına gəlmişlər. Məqsədləri Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül prospektində olan tikinti materiallarının satışı mağazalarından oğurluq etmək üçün münasib mağaza seçmək olmuşdur. Taksi sifariş edib bir qədər həmin taksi ilə gəzmiş, lakin münasib mağaza tapa bilməmişlər. Odur ki, taksini Nizami rayonu, Babək prospektinə sürdürmüşlər. Həmin gün təxminən saat 06 radələrində Nizami rayonu, Babək prospekti 2221 ünvanında yerləşən “Lassa” mağazasının qarşısından keçən zaman ora girmək qərarına gəlmişlər. Taksi sürcüsü onların məqsədini bilməsin deyə taksini bir qədər irəlidə saxladıb onları gözləməsini tapşırmışlar. O, Rəhmanla taksidən düşüb həmin mağazaya yaxınlaşmış, Rəhman üzərində olan vintaçanı qapının arasına salıb güc tətbiq etməklə qapını açmış və bir yerdə mağazaya daxil olmuşlar. Mağazada yalnız avtomobil şinləri olmuşdur. Obyektin ortasındakı kiçik, bağlı bir ofisin olduğunu görüb ora yaxınlaşmışlar. Qapısından daxil olub orada stolun siyirməsindən təxminən 300 manat pulu götürmüşlər. Stolun üzərində açar, yanında seyfi gördükdə seyfi həmin açarlarla açmağa çalışmışlar, lakin buna nail olmayıb tələsik mağazadan çıxıb yenidən taksiyə minərək irəli sürməsini tapşırmışlar. Ələ keçirdikləri 300 manat onları qane etmədiyi üçün yenə oğurluq etmək qərarına gəlmişlər. Bundan başqa həmin gün saat 07 radələrində Nizami rayonu, Babək prospekti, 2360 ünvanında yerləşən “Gomos Avto” mağazasının qarşısından keçən zaman ora girmək qərarına gəlmişlər. Taksi sürücüsü onların məqsədini bilməsin deyə taksini bir qədər irəlidə saxladıb onları gözləməsini tapşırmışlar. O, Rəhmanla taksidən düşüb həmin mağazaya yaxınlaşmış, Rəhman üzərində olan vintaçanı qapının arasına salıb güc təqbit etməklə qapını açmış və bir yerdə mağazaya daxil olmuşlar. Mağazada ofis stolunun siyirməsindən 530 manat nağd pul, boz rəngli “Vertu” markal mobil telefon və “Pioner” markalı maqnitafonu götürmüşlər. Təcili mağazadan çıxaraq taksiyə əyləşib onları “Fəhlə” prospektinə aparmasını tapşırmışlar. Sonra isə başqa bir taksi sifariş edib şəhər mərkəzinə yollanmışlar. Ələ keçirdikləri pulu Rəhmanla aralarında bölmüş, telefon ilə maqnitofonu isə "20 Yanvar” dairəsi deyilən yerdə tanımadığı şəxslərə satmışdır. Bundan başqa 24 aprel 2020-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi motosikletlə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən üzərində “Tural Optika” və “Komfort Aptek” yazılan aptekin qarşısından keçən zaman həmin aptekdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə o, motosikleti kənarda saxladıqdan sonra onlar tanınmamaq üçün başlarındakı qoruyucu kaskalarla aptekə yaxınlaşmışlar. Aptekin şüşəli metal materialından olan giriş qapısının iki dəmir tutacağını, alt hissədə olan kilidini və həmin kilidin üzərində olan şüşəni sındırıb aptekə daxil olmuşlar. Aptekdən “Samsung Galaxy S2” markalı və “İphone 6S” markalı mobil telefonları, həmçinin aptekin vitrinində olan müxtəlif kişi potensiyasını artıran və digər təyinatlı tibbi dərmanları, kassadan 180 manat nağd pul vəsaitini oğurlayaraq aptekdən çıxıb motosikletə əyləşərək oradan uzaqlaşmışlar. Birbaşa Rəhmanın yaşadığı binanın qarşısına gedərək oğurladıqları 180 manat nağd pulu və dərman həbblərini bölüşdürmüşlər, “Samsung Galaxy S2” markalı mobil telefonu Rəhman özünə götürmüş, “İphone 6S” markalı mobil telefonu isə o, özündə saxlamışdır. Səhəri gün “20 Yanvar dairəsi” adlanan yerə gedib həmin mobil telefonu tanımadığı şəxsə 50 manata satmışdır. Ona çatan dərman həblərini özü qəbul etmiş, pulu isə öz ehtiyacına xərcləmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra göstərmişdir ki, əməllərindən səmimi peşmandır, yetkinlik yaşına çatmadığına görə bu əməllərə yol vermişdir. Barəsində aşağı həddə, yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideyn himayəsindən məhrum olduğu üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacaq mərkəzində böyümüşdür. 2015-ci ildən mərkəzdən çıxıb Bakı şəhərinin mərkəzində küçələrdə yaşamağa başlamışdır. Həmin vaxtdan başlayaraq maddi ehtiyacını ödəmək üçün tək, yaxud da tanışı və həmyaşıdı Təqsirləndirilən şəxs2 ilə oğurluqla məşğul olmuşdur. Bir dəfə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən avtomobillərin ehtiyat hissələrinin satışı mağazalarına girmək barədə razılığa gəlmişlər. 14 fevral 2020-ci il tarixdə təxminən saat 02 radələrində taksi ilə Babək prospekt ilə gedərkən oğurluq üçün münasib olan mağaza seçmək qərarına gəlmişlər. Aydınla sifariş verdiyi, nömrəsini xatırlamadığı boz rəngli bir taksiyə əyləşib sifariş etmişlər ki, onları Nizami rayonu, Babək prospektində, avtomobil bazarı yaxınlığında körpünün altına aparsın. Orada sürücüyə tapşırmışlar ki, prospektlə həmin dairədən üzü şəhər mərkəzi istiqamətində sürsün. Babək prospekti 65B ünvanında yerləşən “Korea ehtiyat hissələri” mağazasının qarşısından keçən zaman qapısının şüşəli metal materialdan olmasını görəndə Aydınla qərara gəlmişlər ki, ora girmək mümkündür. Taksi sürücüsü hiss etməsin deyə sürücüyə taksini bir qədər irəlidə saxlayıb onları gözləməsini tapşırmışlar. O, Aydınla taksidən düşüb həmin mağazaya yaxınlaşmış, üzərində olan vintaçanı mağazanın qapısının arasına salıb güc tətbiq etməklə qapını açmışdır. Aydın alışqanla işıq salmış, onunla bir yerdə mağazada vitrinlərin altındakı kassa aparatına yaxınlaşmışlar. Kassada olan təxminən 745 manat nağd pulu, bir qədər kənarda olan “Samsung A5” markalı mobil telefonu götürmüşlər. Həmin vaxt o, ofis stolunun üzərində olan qara rəngli qol saatını götürmüşdür. Tələsik mağazadan çıxarkən Rəhmanla vitrində olan bəzi avtomobillərin ehtiyat hissələrindən götürüb paketlərə yığmışlar. Mağazadan oğurladıqları əşyaları özləri ilə gətirdikləri selofan paketlərə doldurub oradan da onları gözləyən taksiyə minmişlər. Taksiyə sifariş vermişlər ki, onları birbaşa yaşadıqları məhəlləyə aparsın. Taksinin pulunu verib ondan ayrılmışlar. Növbəti taksi sifariş verib istirahət etmək üçün şəhər mərkəzinə getmişlər. Səhər açılanda Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə gedib oğurladıqları “Samsung A5” markalı mobil telefonu tanımadıqları bir nəfərə 350 manata satmışlar. Pulu yarı bölmüşlər, ehtiyat hissələri isə Aydında qalmışdır. Sonradan eşitmişdir ki, Aydın ehtiyat hissələrini sata bilmədiyi üçün xatırlamadığı yerə tullamışdır. Bundan başqa 17 fevral 2020-ci il tarixdə saat 03 radələrində Aydınla bir yerdə ünvan 2 ünvanında yerləşən “Elnur Avto” avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının qarşısından keçərkən oranın mühafizə olunmadığını və qapısının şüşəli metal materialından olduğunu görüb qərara gəlmişlər ki, həmin mağazaya daxil olsunlar. O, üzərində olan vintaçanla həmin mağazanın qapısını açmışdır. Mağazaya hər ikisi daxil olmuş və mağazada kassadan 300 manat pulu, kassanın üzərində olan iki ədəd “Xiaomi” markalı mobil telefonları götürüb mağazadan çıxmışlar. Orada bir taksiyə əyləşib şəhər mərkəzinə gedərək oğurladıqları pulu öz ehtiyaclarına xərcləmişlər. Mobil telefonları Aydın “20 yanvar dairəsi” deyilən yerdə tanımadığı şəxslərə satıb pulunu aralarında bölmüşlər. Bundan başqa 03 mart 2020-ci il tarixdə Aydınla bir yerdə olan zaman yenə oğurluq etmək qərarına gəlmişlər. Məqsədləri Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül prospektində olan tikinti materiallarının satışı mağazalarından oğurluq etmək üçün münasib mağaza seçmək olmuşdur. Taksi sifariş edib bir qədər həmin taksi ilə gəzmiş, lakin münasib mağaza tapa bilməmişlər. Odur ki, taksini Nizami rayonu, Babək prospektinə sürdürmüşlər. Həmin gün təxminən saat 06 radələrində Nizami rayonu, Babək prospekti, 2221 ünvanında yerləşən “Lassa” mağazasının qarşısından keçən zaman ora girmək qərarına gəlmişlər. Taksi sürcüsü onların məqsədini bilməsin deyə taksini bir qədər irəlidə saxladıb onları gözləməsini tapşırmışlar. Aydınla taksidən düşüb həmin mağazaya yaxınlaşmışlar, o, üzərində olan vintaçanı qapının arasına salıb güc təqbit etməklə qapını açmış və bir yerdə mağazaya daxil olmuşlar. Mağazada yalnız avtomobil şinləri olmuşdur, obyektin ortasındakı kiçik, bağlı bir ofisin olduğunu görüb ora yaxınlaşmışlar. Qapısından daxil olub orada stolun siyirməsindən təxminən 300 manat pulu götürmüşlər. Stolun üzərində açar, yanında seyfi gördükdə seyfi həmin açarlarla açmağa çalışmışlar, lakin buna nail olmayıb tələsik mağazadan çıxıb yenidən taksiyə minərək irəli sürməsini tapşırmışlar. Ələ keçirdikləri 300 manat onları qane etmədiyi üçün yenə oğurluq etmək qərarına gəlmişlər. Bundan başqa həmin gün saat 07 radələrində Nizami rayonu, Babək prospekti 2360 ünvanında yerləşən “Gomos Avto” mağazasının qarşısından keçən zaman ora girmək qərarına gəlmişlər. Taksi sürücüsü onların məqsədini bilməsin deyə taksini bir qədər irəlidə saxladıb onları gözləməsini tapşırmışlar. Aydınla taksidən düşüb həmin mağazaya yaxınlaşmışlar, o, üzərində olan vintaçanı qapının arasına salıb güc təqbit etməklə qapını açmış və bir yerdə mağazaya daxil olmuşlar. Mağazada ofis stolunun siyirməsindən 530 manat nağd pul, boz rəngli “Vertu” markalı mobil telefon və “Pioner” markalı maqnitafonu götürmüşlər. Təcili mağazadan çıxaraq taksiyə əyləşib onları “Fəhlə” prospektinə aparmasını tapşırmışlar. Sonra isə başqa bir taksi sifariş edib şəhər mərkəzinə yollanmışlar. Ələ keçirdikləri pulu Aydınla öz aralarında bölmüşlər, telefonla maqnitofonu isə Aydın “20 yanvar dairəsi” deyilən yerdə tanımadığı şəxslərə satıb pulunu aralarında bölmüşlər. Bundan başqa 24 aprel 2020-ci il tarixdə saat 04 radələrində Aydının idarə etdiyi motosikletlə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən üzərində “Tural Optika” və “Komfort Aptek” yazılan aptekin qarşısından keçən zaman həmin aptekdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Aydın motosikleti kənarda saxladıqdan sonra onlar tanınmamaq üçün başlarındakı qoruyucu kaskalarla aptekə yaxınlaşmışlar. Aptekin şüşəli metal materialından olan giriş qapısının iki dəmir tutacağını, alt hissədə olan kilidini və həmin kilidin üzərində olan şüşəni sındırıb aptekə daxil olmuşlar. Aptekdən “Samsung Galaxy S2” və “İphone 6S” markalı mobil telefonları, həmçinin aptekin vitrinində olan müxtəlif kişi impotensiyasını artıran və digər təyinatlı tibbi dərmanları, kassadan 180 manat nağd pulu oğurlayaraq aptekdən çıxıb motosikletə əyləşərək oradan uzaqlaşmışlar. Onun yaşadığı binanın qarşısında oğurladıqları 180 manat nağd pulu və dərman həbblərini bölüşdürmüşlər, “Samsung Galaxy S2” markalı mobil telefonu o, özünə götürmüş, “İphone 6S” markalı mobil telefonu isə Aydın özündə saxlamışdır. Səhəri gün “20 yanvar dairəsi” adlanan yerə gedib həmin mobil telefonu tanımadığı şəxsə 40 manata satmışdır. Ona çatan dərman həblərini özü qəbul etmiş, pulu isə öz ehtiyacına xərcləmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, əməllərindən səmimi peşmandır, qeyd olunan oğurluqları yetkinlik yaşına çatmadığı vaxt etmişdir, hazırda azadlığa çıxaraq həyatını yenidən başlamaq istəyir. Barəsində yüngül cəza təyin olunaraq azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2015-ci ildən avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olur, 2019-cu ilin may ayından isə Bakı şəhəri, Nizami rayonu, Babək perospekti, 65B ünvanında yerləşən birmərtəbəli, 200 kv.m ölçüdə obyekti icarə müqaviləsi ilə həyat yoldaşı X1 adına sənədləşdirib baş etibarnamə ilə həmin obyektdə “Korea ehtiyat hissələri” adı altında mağazanı işlədir. Öz vəsaiti hesabına xarici dövlətlərdən avtomobillərin ehtiyat hissələrini gətirib satışını təşkil edir. 13 fevral 2020-ci il tarixdə rayona gedən zaman mobil telefonunu söndürmüşdür. 14 fevral 2020-ci il tarixdə rayondan qayıdıb mobil telefonu açan zaman obyektində satıcı işləyən Şahid2 ona zəng vuraraq 14 fevral 2020-ci il tarixdə səhər saatlarında işə gələrkən obyektin qapısının açıq olduğunu, daxil olduqda isə kassadan 1723 manat nağd pulun, mağazada ***-***-**-** və ***-***-**-** nömrələri ilə istifadə edilən “Samsung-A5” markalı mobil telefonun və “Smart” markalı qol saatının naməlum şəraitdə oğurlandığını, hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdiyini, polis əməkdaşlarının gəlib hadisə yerində sənədləşdirmə apardıqlarını, onlar getdikdən sonra mağazanın vitrinində olan bəzi ehiyat hissələrinin də oğurlandığını aşkar etdiyini bildirmişdir. O, təcili mağazaya getmiş və aşkar etmişdir ki, oğurluq zamanı kassadakı pul, mobil telefon və qol saatından başqa mağazada vitrində olan ehtiyat hissələri, o cümlədən hər biri 110 manat dəyərində 03 ədəd “zəncir”, hər biri 550 manat dəyərində 02 ədəd “turbo sensor”, 01 ədəd 510 manat dəyərində “turbo rele”, hər biri 350 manat dəyərində 04 ədəd “həlqə-27960”, hər biri 240 manat dəyərində 03 ədəd “həlqə-28600”, hər biri 350 manat dəyərində 03 ədəd “həlqə-27950”, hər biri 180 manat dəyərində 04 ədəd “şatun”, hər biri 350 manat dəyərində 02 ədəd “elektrik sükan sensoru”, bir ədəd 230 manat dəyərində “şkif”, bir ədəd 280 manat dəyərində “yağ radiatoru”, hər biri 60 manat dəyərində 05 ədəd “dartıcı”, hər biri 16 manat dəyərində 10 ədəd “sensor-3K000” və hər biri 550 manat dəyərində 02 ədəd “klapan-2E000” ehtiyat hissələri oğurlanmışdır. Hadisə nəticəsində ümumilikdə ona 10.723 manat miqdarında maddi ziyan dəymişdir. Maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, bina 68A-nın 1-ci mərtəbəsində 30 kv.m ölçüdə olan 2 otaqlı obyekti icarə müqaviləsi əsasında götürüb qanuni əsaslarla gözəllik salonu kimi işlədir. 15 fevral 2019cu il tarixdə saat 08 radələrində salona gələn zaman salonun qapısının açıq olduğunu aşkar etmişdir. Dərhal salona daxil olmuş və aşkar etmişdir ki, salonda olan bütün bərbər masalarının siyirmələri açıqdır. Xatrlamışdır ki, bir gün əvvəl salondan çıxan zaman özünə məxsus içərisində 480 manat nağd pul vəsaiti olan pul kisəsini özünün işlədiyi bərbər masasının siyirməsində saxlamışdır. Həmin pul kisəsini boş vəziyyətdə salondakı divanın üzərində aşkar etmişdir. Odur ki, DİN-nin 102 xidmətinə zəng vuraraq işlədiyi salonda oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Hadisə nəticəsində ona cəmi 480 manat miqdarında maddi ziyan dəymişdir. Maddi ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2 ildən artıqdır ki, “Elnur Avto” mağazasında avtomobillərin ehtiyyat hissələrinin satışını təşkil edir və oranın sahibidir. 17 fevral 2020-ci il tarixdə saat 06 radələrində Babək prospektində bir neçə mağazanın mühafizəçisi işləyən X18 telefonla ona zəng edib “Elnur Avto” mağazasının bayır qapısının açıq olması barədə məlumat vermişdir. Az müddət sonra o mağazaya gəlib qapısının açıq olduğunu, mağazaya daxil olduqda isə virtinlərə aid siyirmələrin açıq olduğunu, siyirmələrin birində olan 300 manat nağd pulun, “Xiaomi Mİ9” markalı və “Xiaomi Mİ2” markalı mobil telefonların oğurlandığını aşkar etmişdir. Ona görə dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq hadisəsi barədə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 1100 manat miqdarında maddi ziyan dəymiş, lakin ziyanın əvəzi ödənilməmişdir. Ona görə təqsirləndirilən şəxslərə qarşı şikayətçidir. Qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2013-cü ildən avtomobil şinlərinin və akkumlyatorlarının satışı ilə məşğul olur. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2221 ünvanında yerləşən “Lassa” adlanan obyekti hüquqi şəxs “Kaan” şirkətindən icarə müqaviləsi əsasında götürüb orada avtomobil şinlərinin və akkumlyatorlarının satışı ilə məşğul olur. 03 mart 2020-ci il tarixdə saat 09 radələrində işə gəldikdə obyektin bayır qapısının açıq olduğunu aşkar etmişdir. Obyekdə daxil olub orada yerləşən ofisə daxil olmuşdur. Görmüşdür ki, naməlum şəxs(şəxslər) ofisdəki seyfi açmağa çalışmışlar, lakin buna nail ola bilməmiş, ofisdəki stolun siyirməsində saxladığı 300 manat pulu oğurlamışlar. Həmin ofisdə quraşdırılmış kamera görüntüsünə baxan zaman tanımadığı iki nəfərin 03 mart 2020-ci il tarixdə saat 06:10 radələrində bayır qapısına zor tətbiq etməklə obyektə daxil olduqdan sonra obyektin içərisindəki ofisdə olan seyfi açmağa çalışdıqlarını, lakin buna nail olmadıqda stolun siyirməsində saxladığı 300 manat pulu özləri ilə götürüb getdiklərini müşahidə etmişdir. Dərhal telefonla hadisə barədə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PBnə məlumat vermişdir. Hadisə nəticəsində ona cəmi 300 manat maddi ziyan dəymişdir. Maddi ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxslərə qarşı şikayətçidir. Qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 MMC-yə məxsus “Komfort 87” adlanan aptekin daxilində optika məhsullarının satışı ilə məşğul olur. 23 aprel 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində aptekdən çıxıb evinə getmişdir. Həmin aptekin satıcısı Şahid1 isə təxminən saat 23 radələrində apteki bağlayaraq getmişdir. 24 aprel 2020-ci il tarixdə səhər saat 09:00 radələrində Şahid1 aptekə gəlib qapısını açmaq istəyərkən aptekin şüşədən olan giriş qapısının dəmir tutacağının, kilidinin və şüşəsinin sındırıldığını aşkar etmişdir. Tezliklə o da aptekə gəlmiş və görmüşdür ki, aptek dağınıq vəziyyətdədir. Ona görə kənar şəxsin(şəxslərin) aptekə qanunsuz daxil olması barədə mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Tezliklə polis əməkdaşları gəlib sənədləşmə aparmışlar. Həmin vaxt aşkar etmişdir ki, hadisə zamanı ona məxsus 10 manat dəryərində, içərisində danışıq konturu olmayan, ***-***-**-** nömrəsi ilə işləyən 200 manat dəyərində “Samsung Galaxy S2” və 10 manat dəyərində, içərisində danışıq konturu olmayan, ***-***-**-** nömrəsi ilə işləyən 350 manat dəyərində “İphone 6S” markalı mobil telefonlar oğurlanmışdır. Oğurluq nəticəsində ona dəymiş maddi ziyan ümumilikdə 570 manat məbləğində olmuşdur. Maddi ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxslərə qarşı şikayətçidir. Qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Zərərçəkmiş şəxs6 MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən “Komfort 87” aptekində satıcı işləyən Şahid1 23 aprel 2020-ci il tarixdə saat 23:30 radələrində işin sonu ilə əlaqədar aptekin giriş qapısını açarla bağlayıb getmiş, 24 aprel 2020-ci il tarixdə səhər saat 09 radələrində aptekə gəlib giriş qapısını açmaq istəyərkən görmüşdür ki, aptekin şüşədən olan giriş qapısının dəmir tutacağı, alt hissədə olan iki ədəd kilidlərin biri və həmin kilidin üzərində olan şüşə sındırılmışdır. Aptekə daxil olduqda isə aptekin dağınıq vəziyyətdə olduğunu görüb aptekdə optika satışı ilə məşğul olan Zərərçəkmiş şəxs5 zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs5 da aptekə gəlib hadisə barədə DİN-nin 102 xidmətinə və Zərərçəkmiş şəxs6 MMC-nin rəhbərliyinə məlumat vermişdir. Aptekə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirilərək müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 məxsus 02 ədəd mobil telefon və Zərərçəkmiş şəxs6 MMC-yə məxsus ümumi dəyəri 1719,58 manat, o cümlədən ümumi dəyəri 258 manat olan 10 qutu “Silaimperator10” və 6 ədəd “Silaimperator10” həbbi, ümumi dəyəri 328 manat olan 8 qutu “Afrika Şiri-10” və 2 ədəd “Afrika Şiri10” həbbi, 55,8 manat dəyərində hər birinin qiyməti 0,60 manat olan 93 qutu “Orbit10” saqqızı, 17 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 34 ədəd “Qematogen” şokoladı, 11 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 22 ədəd “Raunatin 10” həbbi, 63,70 manat dəyərində 01 qutu “Delta” kişi üçün məcun, 0,50 manat dəyərində 01 qutu “Stik10” saqqızı, 8 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 16 qutu “Dirol10” saqqızı, 58 manat dəyərində 01 qutu “İnfert” kişi məcunu, 495 manat dəyərində hər birinin qiyməti 55 manat olan 9 qutu “Ero Aktiv” kişi məcunu, 60 manat dəyərində hər birinin qiyməti 30 manat olan 2 qutu “Epidemium” kişi məcunu, 35 manat dəyərində hər birinin qiyməti 0,50 manat olan 70 ədəd “Naftizin” burun üçün damcı, 24,48 manat dəyərində hər birinin qiyməti dəyəri 3,06 manat olan 8 qutu “Aksen Fort” həbbi, 8 manat dəyərində hər birinin qiyməti 16 manat olan 0,50 qutu “Etodin Fort”, ümumi dəyəri 21,44 manat olan 2 qutu “İmodium № 20” və 12 ədəd “İmodium № 20” həbbi, ümumi dəyəri 9,50 manat olan 3 qutu “Qofen” və 8 ədəd “Qofen” həbbi, ümumi dəyəri 10,60 manat olan 2 qutu “Noşpa 40 mq 24” və 10 ədəd “Noşpa 40 mq 24” həbbi, ümumi dəyəri 10,70 manat olan 1 qutu “Noşpa 80 mq 24” və 12 ədəd “Noşpa 80 mq 24” həbbi, ümumi dəyəri 23,32 manat olan 8 qutu “Fenadol15” və 3 ədəd “Fenadol15” həbbi, ümumi dəyəri 32,82 manat olan 3 qutu “Piralgin20” və 14 ədəd “Piralgin20” həbbi, ümumi dəyəri 8,72 manat olan 3 qutu “Majezik15” və 1 ədəd “Majezik15” həbbi oğurlanmışdır. Bundan başqa aptekin kassasından 180 manat nağd pul vəsaitinin oğurlandığı məlum olmuşdur. Oğurluq nəticəsində Zərərçəkmiş şəxs6 MMC-yə ümumilikdə 1719,58 manat maddi ziyan dəymiş, lakin həmin ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayətçidirlər, pulun ödənilməsini tələb edirlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş maddi ziyanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tələb etdiyini göstərmişdir. Bununla əlaqədar Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 2015-ci ildən avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olur. Hazırda isə Bakı şəhəri, Nizani rayonu, Babək prospekti, 2360 ünvanında yerləşən “Gomos Avto” şirkətinin avtomobil ehtiyat hissələrinin satışı mağazasında satıcı işləyir. 03 mart 2020-ci il tarixdə saat 09 radələrində onun kimi satıcı işləyən Şahid3 ona mobil telefonla zəng vurub obyektə gələn zaman qapısının açıq olduğunu, naməlum şəxslərin obyektə daxil olub oradakı ofis stolunun siyirməsindən nağd pulu, mobil telefonu və maqnitafonu oğurlanması barədə məlumat vermişdir. Az müddət sonra obyekdə gəlmiş və ilkin araşdırma zamanı müəyyən etmişdir ki, obyektdəki ofis stolunun siyirməsindən ona məxsus olan 530 manat nağd pul, obyektdə ***-***-**-** nömrəsi ilə istifadə etdiyi 950 manat dəyərində “Vertu” markalı mobil telefon və 300 manat dəyərində “Pioner” markalı maqnitafon oğurlanmışdır. Dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Nizami RPİ-dən polis əməkdaşları gəlib müvafiq sənədləşdirmə aparmışlar. Hadisə nəticəsində ona cəmi 1780 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 MMC-yə məxsus “Komfort 87” adlanan aptekdə satıcı işləyir. 23 aprel 2020-ci il tarixdə saat 23:30 radələrində apteki bağlayıb evinə getmiş, səhəri gün, yəni 24 aprel 2020-ci il tarixdə saat 09 radələrində işə gələn zaman aptekin qapısının dəmir tutacağının, kilidinin və şüşəsinin sındırıldığını aşkar etmiş, aptekə daxil olduqda aptekin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal Zərərçəkmiş şəxs6 MMC-nin rəhbərliyinə, aptekdə onunla yanaşı optika satışı ilə məşğul olan Zərərçəkmiş şəxs5 və DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından onların istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayından Nizami rayonu, Babək prospekti 65B ünvanında yerləşən “Koreya ehtiyat hissələri” mağazasında satıcı işləyir. 14 fevral 2020-ci il tarixdə səhər işə gələn zaman mağazanın giriş qapısına müdaxilə olunduğunu, lakin mağazanın o biri qapısını sındıraraq kənar şəxslərin daxil olduqlarını aşkar etmişdir. Mağazaya daxil olduqda kassanın açıq olduğunu görüb axşamdan kassada saxladığı 1723 manat nağd pulun, masanın üzərində mağazada ***-***-**-** və ***-***-**-** nömrələri ilə istifadə edilən “Samsung-A5” markalı mobil telefonun və mağazanın sahibi Zərərçəkmiş şəxs1 məxsus “Smart” markalı qol saatının oğurlandığını aşkar etmişdir. Hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzinə mobil telefonla zəng vurub məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə ilə bağlı sənədləşmə aparıb getmişlər. Az sonra o, vitrində olan bəzi ehtiyat hissələrinin də oğurlandığını aşkar etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir müddətdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2360-cı məhəllədə yerləşən “Gomos Avto” ehtiyat hissəslərinin satışı mağazasında satıcı işləyir. 03 mart 2020-ci il tarixdə saat 09 radələrində işlədiyi mağazaya gələn zaman mağazanın giriş qapısının açıq olduğunu aşkar etmiş, mağazaya kənar şəxslərin daxil olduğunu başa düşmüşdür. Mağazaya daxil olanda ofisdəki masanın siyirməsindən nağd pulun, mobil telefonun və maqnitafonun oğurlandığını aşkar etmişdir. Odur ki, təcili baş vermiş hadisə barədə əvvəl mağazanın əsas satıcısı Zərərçəkmiş şəxs4, sonra isə DİN-nin 102 xidməti zəng mərkəzinə mobil telefonla zəng vurub məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 may 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən aptekdən oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) - 24 aprel 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs5, Şahid1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 4- 10) - 08 may 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi, oğurluq hadisəsinin təsvir olunduğu bir ədəd disk götürülmüşdür. (İ cild i.v. 29) -Zərərçəkmiş şəxs6 MMC-nin 13 may 2020-ci il tarixli 80 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Q.Qarayev prospekti, 61 ünvaanında yerləşən həmin MMC-yə məxsus aptekdən oğurluq edilməsi nəticəsində MMC-yə 1719,58 manat maddi ziyan vurulmuşdur. (İ cild i.v. 36) - 08 may 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən hadisə yerini əyani olaraq göstərib, Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (İ cild i.v. 64-68) - 08 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 69-70) - 03 mart 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2221 ünvanında yerləşən “Lassa” avtomobil şinlərinin satışı mağazasından oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 140) - 03 iyun 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin materialları ********* nömrəli cinayət işinin materialları ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İ cild i.v. 138-139) - 03 mart 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs7 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 142-144) - 16 fevral 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65B ünvanında yerləşən “Korea” avtomobillərinin ehtiyat hissələrinin satışı mağazasından oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 177) - 11 mart 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin materialları 200080063, ********* və ********* nömrəli cinayət işlərinin materialları ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İ cild i.v. 175-176) - 14 fevral 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid2, ekspert-kriminalisitin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 179-181) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 15 fevral 2020-ci il tarixli 011-1708-1220 nömrəli məktubundan görünür ki, 14 fevral 2020-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65B ünvanında yerləşən Koreya avtomobillərinin ehtiyat hissələri satışı mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və 02 ədəd daktiloskopik xəritə 14 fevral 2020-ci il tarixdə KTİ-ə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən X6 və X2 əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədinin (Xətai RPİ, Nərimanov RPİ, Yasamal RPİ və Gəncə ŞBPİ-dən ADİS məlumat bankına daxil olan) xx.xx.2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs2 sağ orta barmağı ilə eynilik müəyyən edilmişdir. (İ cild i.v. 199-202) - 03 mart 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43C ünvanında yerləşən “Gomas” avtomobillərinin ehtiyat hissələrinin satışı mağazasından oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 212) - 03 mart 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 214-217) - 07 mart 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2223 ünvanında yerləşən “Elnur Avto” avtomobillərinin ehtiyat hissələrinin satışı mağazasından oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 238) - 17 fevral 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 243-244) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 25 fevral 2020-ci il tarixli 011-2222-1220 nömrəli məktubundan görünür ki, 17 fevral 2020-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43C ünvanında yerləşən Elnur avto ehtiyat hissələri mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 18 fevral 2020-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədinin (Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Gəncə ŞBPİ, Xətai RPİ, Nəsimi RPİ, Yasamal RPİ və BƏSİİ-dən daxil olmuş) xx.xx.2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin şəhadət və sol əlinin orta barmağının əksləri ilə, 02 ədədi isə (Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Nərimanov RPİ, Nəsimi RPİ, Binəqədi RPİ, Xətai RPİ-dən daxil olmuş) xx.xx.2002 (24.07.1992)-ci ildə Lerik (Naxçıvan MR, Yardımlı) rayonunda anadan olmuş X9 (X19, X16) oğlunun sağ əlinin ovuc və sol əlinin ovuc əksləri ilə eynilik təşkil etmişdir. (İ cild i.v. 247-251) - 11 mart 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs1 əməli həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (İİ cild i.v. 2-3) - 11 mart 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65B ünvanında, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2221 ünvanında və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43C ünvanında yerləşən hadisə yerlərini qanuni nümayəndəsinin və müqafiəçisinin iştirakları ilə əyani olaraq göstərib, tanışı Aydın adlı şəxslə birlikdə oğurluq əməlini hansı qaydada törətdiklərini ifadəsində göstərilən qaydada izah etmişdir. (İİ cild i.v. 29-31) - 11 mart 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 təqdim etdiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2221 ünvanında yerləşən “Lassa” avtomobillərin akkumlyator və şinlərinin satışı mağazasında quraşdırılan kamera ilə qeydiyyata alınmış görüntülər olan 01 ədəd CD-yə Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı mağazanın daxilindəki ofisdə iki nəfərin ofisdəki masanın üzərindəki, siyirməsində olan əşyaları yoxlamaları, o cümlədən həmin ofisdəki seyfi açmağa cəhd etmələri müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdəki şəxslərin onunla tanışı Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. (İİ cild i.v. 32) - 11 mart 2020-ci il tarixli qərardan görünür ki, “Lassa” avtomobillərin akkumlyator və şinlərinin satışı mağazasında quraşdırılan kamera ilə qeydiyyata alınmış görüntülər olan 01 ədəd CD disk maddi sübut qismində tanınmışdır. (İİ cild i.v. 33) - 16 fevral 2020-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən “Səma” gözəllik salonundan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İİ cild i.v. 47) - 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 təqdim etdiyi Bakı şəhəri, Nizami rayonu, Babək perospekti, 2221 ünvanında yerləşən “Lassa” avtomobillərin akkumlyator və şinlərinin satışı mağazasında quraşdırılan kamera ilə qeydiyyata alınmış görüntülər olan 1 ədəd CD-yə Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı mağazanın daxilindəki ofisdə iki nəfərin ofisdəki masanın üzərindəki, siyirməsində olan əşyaları yoxlamaları, o cümlədən həmin ofisdəki seyfi açmağa cəhd etmələri müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 görüntüdəki şəxslərin onunla tanışı Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. (İİ cild i.v. 44) - 18 mart 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin materialları ********* nömrəli cinayət işlərinin materialları ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İİ cild i.v. 45-46) - 15 fevral 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 53-54) - 18 mart 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi ünvan 1 ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Səma” salonunda quraşdırılmış kamera ilə qeydiyyata alınmış görüntülər olan 01 ədəd CD-yə Təqsirləndirilən şəxs2 və qanuni nümayəndəsinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı “Səma” gözəllik salonunun bayır qapısının iki nəfər tərəfindən zor tətbiq edilməklə açılması, sonra isə onların salona daxil olmaları, həmin iki nəfərin salona daxil olduqdan sonra bərbər masalarının siyirmələrini yoxlamaları, tapdıqları pul kisəsinin içərisində pulu tapıb götürmələri müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin görüntülərdə olan şəxslərin onunla X3 olduğunu bildirmişdir. (İİ cild i.v. 76) - 18 mart 2020-ci il tarixli qərardan görünür ki, “Səma” gözəllik salonunda quraşdırılan kamera ilə qeydiyyata alınmış görüntülər olan 01 ədəd CD disk maddi sübut qismində tanınmışdır. (İİ cild i.v. 77) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 16 mart 2020-ci il tarixli 011-2915-1220 nömrəli məktubundan görünür ki, 03 mart 2020-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43C ünvanında yerləşən Gomas avto ehtiyat hissələri mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 04 mart 2020-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədinin (AİDS-in məlumat bankına Yasamal RPİ-dən daxil olmuş) xx.xx.2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir. (İİ cild i.v. 102- 103) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 13 may 2020-ci il tarixli 3/290 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin orta barmağından qalmışdır. (İİ cild i.v. 116-123) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 13 may 2020-ci il tarixli 3/291 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs2 sol əlinin ovuc hissəsindən qalmışdır. (İİ cild i.v. 124-132) - 24 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 MMC-yə məxsus “Komfort 87” adlanan aptekdə quraşdırılmış kamera ilə qeydiyyata alınan görüntülərin olduğu 01 ədəd CD diskə Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı başlarında motosiklet qoruyucu kaskası olan iki nəfər şəxsin aptekin qapısını zor təbiq etməklə açıb daxil olmaları, aptekin anbarında, vitrinlərində olan tibbi dərmanları götürmələri, eyni zamanda aptekin kassasının saxlanc yerində yoxlama apardıqları müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdəki şəxslərin onunla tanışı Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. (İİ cild i.v. 154) - 24 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 MMC-yə məxsus “Komfort 87” adlanan aptekdə quraşdırılmış kamera ilə qeydiyyata alınan görüntülərin olduğu 01 ədəd CD diskə Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı başlarında motosiklet qoruyucu kaskası olan iki nəfər şəxsin aptekin qapısını zor təbiq etməklə açıb daxil olmaları, aptekin anbarında, vitrinlərində olan tibbi dərmanları götürmələri, eyni zamanda aptekin kassasının saxlanc yerində yoxlama apardıqları müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 görüntüdəki şəxslərin onunla tanışı Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. (İİ cild i.v. 155) - 24 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 MMC-yə məxsus “Komfort 87” aptekdə quraşdırılan kamera ilə qeydiyyata alınmış görüntülər olan 01 ədəd CD disk maddi sübut qismində tanınmışdır. (İİ cild i.v. 156) - 24 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 iş üzrə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan olunması qərara alınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, X3 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək 15 fevral 2020-ci il tarixdə ünvan 15 ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Səma” gözəllik salonuna qanunsuz daxil olub 480 manat nağd pul vəsaitini oğurlaması faktına görə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul olunmuş, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 25.02.2020-ci il tarixli 011- 2222-1220 nömrəli məktubunda BƏSİİ-nin avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankında Təqsirləndirilən şəxs1 barəsində ilkin məlumatların səhv yerləşdirildiyi nəzərə alınmışdır. (İİ cild i.v. 157-172) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerlərinə baxış, ifadələrin yerində yoxlanılması protokolları və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 98-99) - 03 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 131-132) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli tələbnamədən, hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 1(012)-472/2020 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 7(011)-56/2021 nömrəli qərarı ilə probasiya idarəsinin icra məmurunun təqdimatına əsasən Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 1(012)-472/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 06 ay 08 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 09 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 1(011)- 142/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 1(012)-472/2020 nömrəli hökmü ilə təyin edilmiş və həmin məhkəmənin 09 mart 2021-ci il tarixli 7(011)-56/2021 nömrəli qərarı ilə əvəz edilmiş 09 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 ay 05 gün müddəti yeni hökmlə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablanmışdır; Bakı Apelyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 1(103)-1495/2021 nömrəli qərarı ilə apelyasiya protestinə əsasən hökm dəyişdirilmiş, Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 1(012)-472/2020 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həmin məhkəmənin 09 mart 2021-ci il tarixli 7(011)-56/2021 nömrəli qərarı ilə azadlıqdan məhrum etmə ilə əvəz edilməklə həmin qərarla təyin edilmiş 09 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 1(103)-1495/2021 nömrəli qərarı ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmışdır; -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 1(011)-139/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilmiş və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədk dəyişdirilməmiş, eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 yanvar 2021ci il tarixli 4(007)-4/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 1(011)-139/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmışdır; - 11 yanvar 2021-ci il tarixli 4(007)-4/2021 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatətinə və prokurorun təqdimatına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir; - 28 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan hazırkı 1(007)-66/2021 nömrəli cinayət işi üzrə hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri ləğv edilmiş, digər işlərlə bağlı onların barələrində həbs qətimkan tədbirinin seçilməsi və həmin qərarların qüvvədə olması nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayət əməllərini törətdikdən sonra, hazırkı hökm çıxarılmazdan əvvəl, digər cinayət əməllərinə görə müvafiq məhkəmə hökmləri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 4 nömrəli Qərarının 11-ci bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərərçəkmiş şəxslərin bəzilərinin ona qarşı şikayət və maddi tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərərçəkmiş şəxslərin bəzilərinin ona qarşı şikayət və maddi tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və onun azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2021-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 1(007)-235/2021 nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, digər hökmlərlə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və onun azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2021-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, digər hökmlərlə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərdən bəzilərinə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 03 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı müxtəlif epizodlar üzrə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsi üçün dövlət hesabına vəkillər dəvət edilmişlər, iş materiallarına əsasən Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri X7 və X11 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə müddət hər biri üçün müvafiq olaraq 40 saat olmuşdur. Məhkəmə icraatı zamanı dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir, təqdim edilmiş hesabat arayışına və iş materiallarına əsasən həmin müddət 100 saat təşkil edir. Bundan başqa məhkəməyədək icraat zamanı digər təqsirləndirilən şəxsin hüquqlarının təmin edilməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir, iş materiallarına əsasən Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 sözügedən dövr üçün göstərilmiş hüquqi yardıma görə müddət 80 saat olmuşdur. Bununla yanaşı, həmin vəkil məhkəmə icraatı zamanı da iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir, təqdim edilmiş hesabat arayışına və iş materiallarına əsasən həmin müddət 100 saat təşkil edir. Məhkəmə hesab edir ki, vəkillərin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddətlərə görə Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 1(007)-235/2021 nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış 03 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 694,9 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə hər biri 40 saat göstərdikləri pulsuz hüquqi yardıma görə müdafiəçilər X7 və X5 hər birinə 240 manat, məhkəmə icraatı dövründə 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 600 manat "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə icraatı dövründə ümumilikdə 180 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 1080 manat "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar