Məhkəmə qərarları › İş №1(007)-661/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-661/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-661/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 qızının, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 7A ünvanında qeydiyyatda olan və ünvan 2əsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda sonuncuya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə yalan məlumat verib inandıraraq, etibarını qazandıqdan sonra sonuncunun arvadı Aidə Eminovanı yaşadıqları ünvanın yaxınlığında yerləşən məktəblərdən birində coğrafiya müəllimi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla onun tələbi əsasında Zərərçəkmiş şəxs1 23 may 2024-cü il tarixdə saat 23:16-da ünvan 5 “Megastore" mağazasında “MilliÖn” aparatı vasitəsilə arvadı Aidə Eminovanın rəqfiqəsi, onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs6 məxsus olan "xxxx" ASC-də açılmış **********476566 nömrəli kart hesabına köçürərək sonuncunun vasitəsi ilə ona göndərdiyi 5000 (beş min) manat məbləğində pul vəsaitini qeyd edilən gün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında Zərərçəkmiş şəxs6 alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə X4 əmlakını ələ keçirmək məqsədilə guya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə Pərvin Ağayevaya yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncunu Abşeron rayonu Xızı Regional Təhsil İdarəsi 1 nömrəli X17 X5 üzrə direktor müavini vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla onun tələbi əsasında hissə-hissə olmaqla X10 rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən “Araz” marketdə “Mpay” ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 17:10-da ona məxsus son 4 rəqəmi 3183 olan "xxxx" ASC-də açılmış kart hesabına göndərdiyi 2000 manat, xx.xx.2024-cü il tarixdə saat 17:13-də eyni ünvanda eyni kart hesabına göndərdiyi 2000 manat, xx.xx.2024-cü il tarixdə saat 17:14-də eyni ünvanda eyni kart hesabına göndərdiyi 1000 manat, xx.xx.2024-cü il tarixdə saat 17:15-də eyni ünvanda eyni kart hesabına göndərdiyi 1000 manat, ümumilikdə isə Pərvin Ağayevanın 6000 (alt min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmək məqsədilə guya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə Zərərçəkmiş şəxs3 yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncunun bacısı Şəfa Əliyevanı müəllim kimi işlədiyi məktəbdə ştatın ləğv olunmasına görə işdən çıxarıldığından yenidən həmin işə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 25 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 26 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs3 6000 (altı min) manat məbləğində pul vəsaitini alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirmək məqsədilə guya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə Zərərçəkmiş şəxs4 yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncunun arvadı Yeganə Qasımovanı Sumqayıt şəhəri ərazisində yerləşən uşaq bağçalarından birində müəllim kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2024-cü ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, 13cü mikrorayon, 29 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs4 6000 (altı min) manat məbləğində pul vəsaitini alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Malik Dzhumaevin əmlakını ələ keçirmək məqsədilə sonuncuya guya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra Malik Dzhumaevin övladı X8 Gəncə şəhərində yerləşən kolleclərdən birinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla onun tələbi əsasında Malik Dzhumaevin 2024-cü ilin iyul ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində Zəfər parkının yaxınlığında tanışı, onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid3 vasitəsi ilə ona göndərdiyi 3500 (üç min beş yüz) manat pul vəsaitinin ona çatdırılması üçün sonuncu anası Zərərçəkmiş şəxs6 verdikdən sonra 2024-cü ilin avqust ayının əvvəlində dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında həmin 3500 manat məbləğində pul vəsaitini onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs6 alıb, ələ keçirərək Malik Dzhumaevə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs6 əmlakını ələ keçirmək məqsədilə guya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tanışı olması barədə Zərərçəkmiş şəxs6 yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncunu Azərbaycan Respublikası Tibb Universitetinin Cərrahiyyə şöbəsinin təsərrüfat bölmə müdiri kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla 2024-cü ilin avqust ayının əvvəlində dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında Zərərçəkmiş şəxs6 11000 (on bir min) manat məbləğində pul vəsaitini alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödəmişdir, imkanı olmadığına görə digər zərərçəkmiş şəxslərin ziyanını ödəyə bilməmişdiir. Əməlindən peşmandır, cəza çəkməyə hazırdır. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayında Bəhruz adlı tanışı ona zəng edərək, dostunun qızının ali təhsilli olmasını və Abşeron rayonunda yerləşən təhsil müəssisələrinin birində işə düzəlmək istəməsini bildirərək kömək etməyini xahiş etmişdir. Həmin vaxt ona pul lazım olduğu üçün Bəhruza əlaqə nömrəsini verməsini və görüşüb söhbət edəcəyini bildirmişdir. Sonra Pərviz adlı şəxs ona zəng edərək Bəhruzun tanışı olmasını və qızının işi ilə bağlı onunla görüşmək istəməsini bildirmişdir. O, Pərvizə qızına məxsus şəxsiyyət vəsiqəsinin, diplomun surətini götürməsini və görüşüb söhbət etməyi bildirmişdir. Təxminən 1-2 gün sonra o, Xırdalan şəhərində Pərviz və qızı Pərvin ilə görüşmüş və söhbət əsnasında onlara Xırdalan şəhəri, 1 nömrəli X17 X5 üzrə direktor müavini vəzifəsi yerinin boş olmasını və həmin mərkəzə işə düzəldə biləcəyini bildirmişdir. O, Təhsil Nazirliyində bu işlərə baxan şəxslə danışıb onlara məlumat verəcəyini və həmin işə qəbul üçün təxminən 10000 manat pul lazım olacağını bildirmişdir. Lakin Pərviz və Pərvin həmin məbləğin çox olmasını və gücləri çatmayacağını bildirmişlər. O isə danışıb onlara məlumat verəcəyini bildirmişdir. 21 iyun 2024-cü il tarixdə Pərvizə zəng edərək, qızının işi üçün danışmağını və 6000 manata razılaşdıqlarını, həmçinin pulu çatdırmasını bildirmişdir. O, özünə məxsus bank kartının hesab nömrəsini Pərvizə demiş, sonra həmin kart hesabına 6.000 manat pul göndərilmiş, həmçinin pula dair qəbzlər də göndərilmişdir. Pərvizə telefon nömrəsinə imtahan barədə bildiriş gələcəyini bildirmişdir. Bundan sonra Pərvini inandırmaq üçün 09 iyul 2024-cü il tarixdə digər nömrəsi ilə Pərvinin mobil nömrəsinə müraciətinə baxılması və imtahanın tarixi barədə əlavə məlumat verilməsi barədə mesaj göndərmişdir. Bir neçə gün sonra Pərvin ona zəng edərək, imtahanın vaxtı barədə maraqlandıqda narahat olmamağı, özünün qaydasına qoyacaqlarını, sentyabr ayında işə çıxacağını bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Pərvindən aldığı 6000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra onunla əlaqə saxlaya bilməmələri üçün telefonunu söndürmüşdür. Zərərçəkmiş şəxs3 arvadı Nuranənin xalası oğludur. 2024-cü ilin iyun ayının ortalarında Azər ilə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 26 nömrəli binanın həyətində arvadı Nuranənin dayısının yas mərasimində görüşmüşlər. Söhbət əsnasında Azər bacısı Şəfa Əliyevanın müəllimə kimi işlədiyi məktəbdə ştatların ləğv edildiyini və onun işsiz qaldığını bildirmişdir. Bu zaman maddi durumu yaxşı olmadığından Azərdən pul almaq qərarına gəlmişdir. O, Azərin bacısı Şəfanı işinə bərpa etdirə biləcəyini bunun üçün 12000 manat pul lazım olduğunu bildirmişdir. Həmin puldan 6000 manatını əvvəlcədən, qalan 6000 manatı isə Şəfa işi düzələn zaman verməli olduğunu demişdir. O, adam olduğunu onunla danışıb xəbər edəcəyini demişdir. Ertəsi gün Azərə zəng edib adamla danışdığını demişdir. 25 iyul 2024-cü il tarixdə Azər ilə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 26 saylı binanın qarşısında görüşüb 6000 manat məbləğində pulu əlbəəl şəkildə ondan almışdır. Pulu götürən zaman Azərin bacısı Şəfanı iki həftə müddətində işinə bərpa etdirəcəyinə söz vermişdir. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Azər dostu Vasifin də arvadı Yeganəni işə düzəltmək istədiklərini və onun işə düzəlməsində köməklik etməyini xahiş etmişdir. O, Vasif və Azərlə Sumqayıt şəhəri ərazisində xatırlamadığı ünvanda görüşmüşlər. Onlarla görüş zamanı heç bir problem olmadığını, Vasifin arvadı Yeganəni Sumqayıt şəhəri ərazisində yerləşən bağçaların birinə müəllimə kimi işə düzəldə biləcəyini və bunun üçün 6000 manat pul lazım olduğunu demişdir. 2024-cü ilin iyul ayının ortalarında Vasif və Azər ilə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 29 saylı binanın qarşısında görüşmüşlər. Orada Vasifdən 6000 manat məbləğində pul almışdır. Pulu götürdükdən sonra Yeganəni 10 gün müddətinə Sumqayıt şəhəri ərazisində yerləşən bağçaların birinə müəllimə kimi işə düzəldəcəyini demişdir. Orada ona olan inamı artırmaq məqsədilə Vasifin arvadı Yeganəyə məxsus şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomun surətlərini də götürmüşdür. Vasifdən aldığı pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Təhsil Nazirliyində heç bir tanışı, eləcə də vəd etdiyi işi düzəldə biləcək tanıdığı şəxs yoxdur. Pula ehtiyacı olduğu üçün yalan vəd verib həmin pulu ələ keçirərək, şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs6 ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Sonradan onunla aralarında dostluq münasibəti yaranmışdır. Vəfa ilə söhbət zamanı ona iş yerini dəyişmək istədiyini, əvvəlki iş yeri olan X14 təsərrüfat bacısı olaraq qayıtmaq istədiyini demişdir. O, Vəfaya “Təbib”də tanışı olduğunu tanışı vasitəsilə iş yerinin dəyişilməsində köməklik edə biləcəyini demişdir. X18 Tibb Mərkəzində tanışı ola biləcəyindən ehtiyat edərək oraya işə düzəltməyin mümkün olmadığını bildirmişdir. X21 Universitetində cərrahiyyə şöbəsində təsərrüfat bölmə müdiri vəzifəsində işləyən şəxsin təqaüdə çıxacağını Vəfanı həmin şəxsin yerinə işə düzəldə biləcəyini demişdir. 2024-cü ilin iyul ayının sonlarında Vəfaya “Təbib”də olan tanışı ilə danışdığını 15000 manat qarşılığında Vəfanı həmin vəzifəyə işə düzəldə biləcəyini demişdir. Vəfa maddi imkanının aşağı olmasını bildirdikdə o, 11000 manata onu Tibb Universitetində Cərrahiyyə şöbəsində təsərrüfat bölmə müdiri vəzifəsinə işə düzəldəcəyini demişdir. Vəfa onunla razılaşmışdır. Lakin Vəfa pulu avqust ayında verəcəyini demişdir. 2024-cü ilin may ayında Vəfa ona Aidə adlı rəfiqəsinin olmasını onun müəllim olaraq işə düzəlmək istədiyini demişdir. O, maddi imkanı aşağı olduğundan Vəfaya Təhsil Nazirliyində tanışı olmasını, rəfiqəsini müəllim olaraq yaşadığı ünvana yaxın ərazidə işə düzəltdirə biləcəyini demişdir. Bunun qarşılığında 5000 manat pul verməli olduğunu bildirmişdir. 2024-cü ilin may ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında Vəfayla görüşən zaman 5000 manat pulu Vəfadan almışdır. Vəfaya Aidəni 1 ay müddətində MİQ imtahanından sonra işə düzəldəcəyini bildirmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 2024-cü ilin iyul ayının sonlarında Vəfa oğlu Bəhruzun dostu olan Malikin oğlunun 11-ci sinfi bitirdiyini kollecə qəbul olmasını istədiyini bildirmişdir. Vəfaya guya Təhsil Nazirliyində olan tanışı vasitəsilə Malikin oğlunu kollecə düzəldə biləcəyini demişdir. Daha sonra yenidən söhbət zamanı Vəfanı inandırmaq üçün Malikin oğlunu Bakı şəhərinə kollecə düzəlməsinin alınmadığını, 3500 manat qarşılığında Gəncə şəhərində kollecə düzəldə biləcəyini demişdir. 2024-cü ilin avqust ayının əvvəlində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında Vəfa ilə görüşmüşlər. Orada zərfin içərisinə qoyulmuş halda Vəfanın Tibb Universitetində cərrahiyyə şöbəsində təsərrüfat bölmə müdiri vəzifəsinə işə düzəlməsiylə əlaqədar olan 11000 manat pulu, digər zərfdə isə Malikin oğlunun kollecə tələbə kimi düzəlməsi ilə əlaqədar 3500 manat pulu Vəfadan almışdır. O, həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun işə düzəltməklə əlaqədar heç bir səlahiyyəti yoxdur. Nə “Təbib”də, nə də Təhsil Nazirliyində hər hansı tanışı yoxdur. Pul aldığı şəxsləri aldatmaq üçün tanışı olduğunu demiş, aldığı pullardan heç kimə pul verməmişdir. Aidə adlı şəxsi müəllim olaraq və Malikin oğlunu isə tələbə olaraq düzəltməklə əlaqədar pulları Vəfa ona versə də aldığı pullardan Vəfaya pul verməmişdir. Zərərçəkmiş şəxs6 söhbət əsnasında tanışı olan Gülarə və bacısı qızı Bənövşənin işə düzəlmək istədiklərini bildirsə də o, şəxslərin çox olmasından ehtiyat edərək, həmçinin onların qohum olması səbəbindən ondan pul tələb edəcəklərindən ehtiyat edərək həmin şəxslərin işə düzəlməsi ilə əlaqədar məsələnin baş tutmayacağını bildirmişdir. Vəfadan 13000 manat pul almamış, həmin məsələ ilə əlaqədar Ucar rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Onun həmin məsələ ilə heç bir əlaqəsi yoxdur. O, zərərçəkmiş şəxsləri inandırmaq məqsədilə onlardan diplom və şəxsiyyət vəsiqələrinin surətlərini alsa da həmin sənədlərlə heç bir qanunsuz hərəkətlər etməmiş, həmin sənəd surətlərini aldıqdan sonra cırıb atmışdır. Dələduzluq yolu ilə əldə etdiyi pullardan zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurduğu maddi ziyanlardan bir qismini ödəmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ali təhsilli olduğundan Abşeron rayonu ərazisində yerləşən təhsil müəssisələrində iş axtarmışdır. Atasının dostu Bəhruza da bu barədə söhbət edəndə Bəhruz Sumqayıt şəhərində məktəb direktoru işləmiş Ramil adlı tanışının onun işə düzəlməyinə kömək edə bilməsini bildirmişdir. Bəhruz Ramillə telefon əlaqəsi saxlayıb onun işə düzəlməyi ilə bağlı maraqlanmışdır. Ramil onun işə düzəlməyə köməklik göstərə bilməsini dediyi üçün atası Ramilin mobil nömrəsini alıb saxlamış və Ramili Xırdalan şəhərinə dəvət etmişdir. Təqsirləndirilən şəxslə Xırdalan şəhərində Heydər Əliyev adına parkın yaxınlığında çay evində görüşmüşlər. O, həmin vaxt özünə aid sənədləri və ali təhsil haqqında diplomunun surətini götürmüşdür. Ramil özü haqqında onlara məlumat vermiş və əvvəllər məktəb direktoru işlədiyini, hazırda isə hansısa vəzifəyə təyin olunacağını və Təhsil Nazirliyində tanışlarının olduğunu bildirmişdir. Ramil onu Xırdalan şəhərində X17 X5 üzrə direktor müavini vəzifəsinə işə düzəldə biləcəyini, ilk öncə sənədlərini Nazirliyə verəcəyini və imtahanda iştirak edəcəyini, imtahanda iştirak etsə də cavab blankını boş saxlayacağını, həmin şəxslərin özlərinin ona köməklik göstərəcəklərini bildirmişdir. Ramil işə qəbul üçün 10000 manat pul lazım olacağını bildirdikdə onlar həmin məbləğə güclərinin çatmadığını demişlər. Ramil danışıb onlara xəbər edəcəyini bildirmişdir. 21 iyun 2024-cü il tarixdə Ramil onun atası ilə əlaqə saxlayıb onun işini danışıdığını və 6000 manata razılaşdığını bildirmişdir. Ramil özünə məxsus bank kartının hesab nömrəsini göndərmişdir. Həmin gün o Xırdalan şəhəri “AAAF” park yaşayış kompleksində yerləşən Araz marketdə olan terminalla 6000 manat pulu Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Qəbzlərin şəklini isə Ramilə göndərmişdir. Təqsirləndirilən şəxs imtahanın vaxtı barədə ona bildiriş göndəriləcəyini bildirmişdir. 09 iyul 2024-cü iİ tarixdə onun istifadəsində olan mobil nömrəyə Xırdalan 1 nömrəli X17 X5 üzrə direktor müavini vəzifəsinə işə düzəlməklə bağlı müraciətinə baxılması və imtahanın vaxtı barədə məlumat veriləcəyi barədə mesaj göndərilmişdir. Lakin imtahanın vaxtı barədə ona heç bir məlumat verilmədiyi üçün Ramillə əlaqə saxlamışlar. Ramil narahat olmamasını sentyabr ayında işə çıxacağağını demişdir. Sentyabr ayında Ramillə əlaqə saxlamaq istədikdə Ramilin mobil nömrəsinə zəng çatmamışdır. Dəfələrlə əlaqə saxlamaq istəsə də əlaqə yarada bilməmişdir. Bundan sonra o Ramilin onu aldatdığını başa düşüb Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, o, 2022-ci ildən “1 saylı X11 Xəstəxanasında” təsərrüfat bacısı olaraq işləmişdir. 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşlar. Belə ki, Ramil özünü ona Sumqayıt şəhərində yerləşən 40 nömrəli orta məktəbin direktoru kimi təqdim etmişdir. Ramillə söhbət zamanı iş yerini dəyişmək istədiyini, əvvəlki iş yeri olan X14 təsərrüfat bacısı olaraq qayıtmaq istədiyini demişdir. Ramil ona “Təbib”də olan tanışı vasitəsilə iş yerinin dəyişilməsində köməklik edə biləcəyini demişdir. Lakin daha sonra Ramil ona Tibb Universitetində cərrahiyyə şöbəsində təsərrüfat bölmə müdiri vəzifəsində işləyən şəxsin təqaüdə çıxacağını onun yerinə işə düzəldə biləcəyini demiş və gözləməyini, həmçinin ona “Təbib”də və Təhsil Nazirliyində tanışları olmasını lazım olacağı halda istənilən şəxsin işə düzəlməsində köməklik edə biləcəyini bildirmişdir. 2024cü ilin may ayının sonunda Aidə adlı rəfiqəsi ilə söhbət əsnasında müəllimlik ixtisası üzrə universitet bitirsə də işə düzələ bilmədiyini demişdir. O, Aidəyə Ramili nəzərdə tutaraq tanışı olmasını və tanışı vasitəsilə onu işə düzəldə biləcəyini bildirmişdir. O, Ramillə əlaqə saxlayaraq məsələ barədə məlumat vermişdir. Ramil ona 5000 manata Aidəni müəllim kimi işə düzəldəcəyini bildirmişdir. O, bu barədə Aidəyə məlumat vermişdir. Aidə həyat yoldaşı Emillə danışdıqdan sonra razı olduğunu bildirmişdir. Daha sonra Aidənin həyat yoldaşı Emil onun adına "xxxx" ASC-də açılmış kart hesabına 5000 manat pul göndərmişdir. O, həmin pulu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında Ramilə vermişdir. Ramil Aidənin sertifikasiya imtahanından sonra müəllim kimi işə düzəldəcəyini demişdir. 2024-cü ilin iyul ayının sonlarında Ramil ona Tibb Universitetində cərrahiyyə şöbəsində təsərrüfat bölmə müdiri vəzifəsində işə düzəlməyi ilə əlaqədar tanışı ilə danışdığını 15000 manat qarşılığında onu həmin vəzifəyə işə düzəldə biləcəyini demişdir. Ramilə həmin məbləğin çox olduğunu, imkanı olmadığını, pulu aşağı endirməsini demişdir. Ramil danışıb xəbər edəcəyini bildirmişdir. Təxminən 3-4 saat sonra ona zəng edərək tanışı ilə danışdığını və 11000 manata məsələni həll edəcəyini demişdir. O, 10000 təklif etsə də Ramil ona 10000 manatı işə götürəcək şəxsə 1000 manatı isə işi düzüb-qoşan tanışına verəcəyini demişdir. 2024cü ilin iyul ayının sonlarında oğlu vasitəsilə tanıdığı Malik adlı şəxslə söhbət əsnasında Malik oğlunun 11-ci sinfi bitirdiyini kollecdə tələbə kimi oxumasını istədiyini bildirmişdir. Ramillə danışan zaman ona Malikin oğlunu Bakı şəhərinə kollecə düzəlməsinin alınmadığını, Gəncə şəhərində kollecə düzəldə biləcəyini demişdir. Daha sonra Ramil 3500 manata Malikin oğlunu Gəncə şəhərində yerləşən kollecə tələbə olaraq düzəldəcəyini demişdir. Malik ona 3500 manat pul vermiş və o 2024-cü ilin avqust ayının əvvəlində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında Ramillə görüşmüşdür. Orada zərfin içərisinə qoyulmuş halda onun işə düzəlməyi ilə əlaqədar olan 11000 manat pulu, digər zərfə qoyduğu Malikin oğlunun kollecə tələbə kimi düzəlməsi ilə əlaqədar ona verilən 3500 manat pulu Ramilə vermişdir. Ramil ona 2024-cü ilin sentyabr ayında işinin düzələcəyini bildirmişdir. Daha sonra dəfələrlə pulu tələb etməyinə baxmayaraq Ramil verilmiş pulları qaytarmamışdır. O, DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Malik Dzhumaev bildirmişdir ki, 2024-cü ilin iyul ayında kafedə tanışı Bəhruzla söhbət edən zaman oğlunun az bal toplamasını, kollecə daxil olmasını istədiyini, lakin alınmadığını bildirmişdir. Bəhruz ona anası Vəfanın tanışı olmasını və anasının tanışı vasitəsilə oğlunun kollecdə təhsil almasını təmin edə biləcəyini demişdir. Səhəri gün yenidən kafedə görüşən zaman ona anasının tanışı ilə danışdığını və həmin şəxsin Təhsil Nazirliyində tanışı olmasını, həmin şəxs vasitəsilə 3500 manata oğlunu Gəncə şəhərində yerləşən kollecə düzəldəcəyini demişdir. 2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində Zəfər parkının yaxınlığında nağd şəkildə pulu Bəhruza vermişdir. Sonra Bəhruzla əlaqə saxlayan zaman pulu anasına verməsini və anasının həmin pulu sonradan adının Ramil olduğunu bildiyi şəxsə verməsini demişdir. 2024-cü ilin avqust ayında nəticələr açıqlanan zaman oğlunun kollecə daxil olmaması ona məlum olmuşdur. Daha sonra Bəhruzla əlaqə saxlayan zaman Ramillə əlaqə saxlaya bilmədiklərini və Ramilin onları da aldatmasını demişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs6 onun həyat yoldaşının rəfiqəsidir. 2024-cü ilin may ayının sonlarında həyat yoldaşı ona Vəfanın tanışının Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olmasını və 5000 manata onu yaşadıqları ünvanın yaxınlığında yerləşən məktəblərdən birində coğrafiya müəllimi olaraq işə düzəldə biləcəyini demişdir. O, 23 may 2024-cü il tarixdə yaşadıqları ünvanın yaxınlığında ünvan 5 “Megastore” mağazasında “MilliÖn" aparatı vasitəsilə Zərərçəkmiş şəxs6 məxsus olan "xxxx" ASC-də açılmış kart hesabına 5000 manat pul göndərmişdir. Təxminən 1 ay sonra Vəfayla əlaqə saxlayan zaman məsələnin alınmadığını pulu verdiyi şəxsin onu aldatmasını, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini və araşdırma aparıldığını bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun uşaqlıq dostudur. Təqsirləndirilən şəxs isə xalası qızı Nuranənin əridir. 2024-cü ilin iyun ayının ortalarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 26 nömrəli binanın həyətində yas mərasimində Ramil ilə görüşmüşlər. Söhbət əsnasında bacısı Şəfa Əliyevanın müəllimə kimi işlədiyi məktəbdə ştatların ləğv edildiyini və onun işsiz qaldığını bildirmişdir. Həmin vaxtı Ramil, bacısı Şəfanı işinə bərpa etdirə biləcəyini və bunun üçün 12.000 manat pul lazım olmasını bildirmişdir. Həmçinin həmin pulun 6000 manatını əvvəldən verəcəyini, qalıq 6000 manatı isə Şəfanın işi düzələn zaman verəcəyini bildirmişdir. Ramil bu işə görə bir nəfər adını ona bildirmədiyi şəxslə danışıb ona xəbər edəcəyini bildirmişdir. Ertəsi gün Ramil ona zəng edərək, həmin şəxs ilə danışmasını və pulu gətirməsini bildirmişdir. Həmin danışıq zamanı Ramil ona “WhatsApp” proqramı ilə səs göndərmişdir. O, Ramilə inanmışdır. 25 iyul 2024-cü il tarixdə bacısı Şəfanın adına "xxxx"dan 6000 manat kredit götürmüş və Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 26 nömrəli binanın qarşısında Ramil ilə görüşüb 6000 manat nağd pulu ona bacısının müəllimə kimi işə bərpa olunması üçün vermişdir. Ramil pulu götürən vaxtı bacısı Şəfanı iki həftə müddətində işinə bərpa etdirəcəyinə söz vermişdir. Bundan sonra dostu Vasif ilə görüşləri zamanı bu barədə ona bildirmişdir. Vasif də arvadı Yeganəni işə düzəltmək istədiyini bildirərək, bu barədə Ramilə xahiş etməyini və Ramil ilə görüşməyi təklif etmişdir. O, Vasifi Ramil ilə Sumqayıt şəhəri ərazisində xatırlamadığı ünvanda görüşdürmüş və Ramil heç bir problem olmamasını, Vasifin arvadı Yeganəni Sumqayıt şəhəri ərazisində yerləşən bağçaların birinə müəllimə kimi işə düzəldə biləcəyini və bunun üçün 6000 manat pul lazım olmasını bildirmişdir. Onlar Ramilin danışıqlarına inanmışlar. 2024-cü ilin iyul ayının ortalarında o, Vasif ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 29 nömrəli binanın qarşısında Ramil ilə görüşmüşlər. Vasif 6000 manat nağd pulu onun yanında Ramilə vermişdir. Ramil pulu götürdükdən sonra Yeganəni 10 gün müddətinə Sumqayıt şəhəri ərazisində yerləşən bağçaların birinə müəllimə kimi işə düzəldəcəyini bildirmişdir. Həmçinin Ramil orada əvvəlcədən Vasifin arvadı Yeganəyə məxsus şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomun surətlərini də götürmüşdür. Bundan bir neçə gün sonra Ramil ilə əlaqə saxladıqda hər dəfə məsələnin həll olunacağını bildirsə də aylar keçdiyini və Ramilin mobil telefonlara cavab verməyib görüşdən yayındığını görüb Vasif ilə birlikdə Ramilin yaşadığı evə getmişlər. Həmin vaxt Ramilin yaşadığı evə getməməsi məlum olmuşdur. Buna görə də aldadıldıqlarını başa düşmüşlər. O Ramildən xalası qızının əri olduğu üçün şikayət etməmişdir. Lakin Ramilin onun zənglərinə cavab vermədiyindən banka olan kreditini ödəməkdə çətinlik çəkdiyini görüb şikayət etmək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs 6000 manat pul vermiş və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə göndərdiyi notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, arvadı X2 işsiz olduğuna görə arvadını bağçaların birinə müəllimə kimi işə düzəltmək istəmişdir. 2024-cü ilin yay aylarında dostu Zərərçəkmiş şəxs3 ilə birlikdə olarkən söhbət əsnasında Azər bacısını müəllimə kimi işə düzəltmək üçün qohumu Təqsirləndirilən şəxs 6000 manat pul verdiyini, bir neçə günə Ramilin onun bacısını işə düzəldəcəyini bildirmişdir. Həmin vaxt o Azərə Ramildən arvadı Yeganəni də işə düzəltməyini xahiş etməsini, birlikdə Ramil ilə görüşməyi təklif etmişdir. Azər onu qohumu Ramil ilə Sumqayıt şəhəri ərazisində xatırlamadığı ünvanda görüşdürmüşdür. Ramil ilə görüşləri zamanı ona heç bir problem olmamasını, arvadı Yeganəni Sumqayıt şəhəri ərazisində yerləşən bağçaların birinə müəllimə kimi işə düzəldə biləcəyini və bunun üçün 6000 manat pul lazım olmasını bildirmişdir. O, Ramilin danışıqlarına inanmışdır. 2024-cü ilin iyul ayının ortalarında Ramil ilə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 29 nömrəli binanın qarşısında görüşmüşdür. Həmin yerə Azər ilə birlikdə getmişdir. X20 iştirakı ilə 6000 manat məbləğində pul vermişdir. Ramil pulu götürüb onun arvadı Yeganəni 10 gün müddətinə Sumqayıt şəhəri ərazisində yerləşən bağçaların birinə müəllimə kimi işə düzəldəcəyini bildirmişdir. Ramil ondan əvvəlcədən arvadı Yeganəyə məxsus şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomun surətlərini də götürmüşdür. Bundan bir neçə gün sonra Ramil ilə əlaqə saxladıqda hər dəfə məsələnin həllini tapacağını bildirsə də ayların keçdiyini və Ramilin mobil telefonlara cavab vermədiyi, görüşdən yayındığını görüb Azər ilə birlikdə onun yaşadığı evə getmişlər. Həmin vaxtı Ramilin yaşadığı evə gəlməməsi məlum olmuşdur. Buna görə də o Ramilin onu aldatmasını və pulu mənimsəməsini başa düşüb şikayət etmək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs 6000 manat pul vermiş və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 istintaqda verdiyi və məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid1 istintaqda zərərçəkmiş şəxs X9 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə şahid X12 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş şahid X12 istintaqda Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayından anası vasitəsilə tanımışdır. Anası ilə söhbət əsnasında anası ona Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmasını, onun Təhsil Nazirliyində yaxşı münasibətləri olmasını və anasını Tibb Universitetində cərrahiyyə şöbəsində təsərrüfat bölmə müdiri vəzifəsinə işə düzəldəcəyini demişdir. Həmçinin Ramilin məktəb direktoru işlədiyini bildirmişdir. Şahid1 əsgərlik yoldaşının qohumu olduğundan tanımışdır. Pərvizlə söhbət əsnasında qızı Pərvin Ağayevanın işə düzəlmək istədiyini bildirmişdir. O, Pərvizə tanışı Ramil adlı şəxsin olmasını və köməklik edə biləcəyini bildirmiş, Ramilin mobil nömrəsini Pərvizə vermişdir. Ramilin əlaqəsinin geniş olmasını və qızının işə düzəlməsində köməklik edəcəyini demişdir. Daha sonra o, hadisələrin nə yerdə olmasını bilməmişdir. X6 Ağ şəhərdə dəniz kənarında olan zaman təsadüfən tanımışdır. Maliklə kafedə söhbət əsnasında ona oğlunun universitetə qəbul imtahanından az bal toplamasını və oğlunun kollecə daxil olmasını istədiyini, lakin alınmadığını demişdir. O, Malikə Təqsirləndirilən şəxs nəzərdə tutaraq anası Zərərçəkmiş şəxs6 tanışı olmasını və Ramil vasitəsilə oğlunu kollecdə təhsil almasını təmin edə biləcəyini demişdir. O, bu barədə anasına məlumat vermişdir. Daha sonra anası Ramillə əlaqə saxlamış və 3500 manata Malikin oğlunu Gəncə şəhərində yeləşən kollecə qəbul etdirə biləcəyini demişdir. Yenidən Maliklə kafedə görüşdükləri zaman bu barədə Malikə məlumat vermiş və onunla razılaşmışdır. Bir neçə gün sonra 2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində Zəfər parkının yaxınlığında Maliklə görüşmüşlər. Malik nağd şəkildə 3500 manat pulu ona vermişdir. O da həmin gün pulu anasına vermişdir. Anası da pulu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında Ramilə vermişdir. Ramil 2024-cü ilin sentyabr ayının əvvəllərində Malikin oğlunun kollecə qəbul olunacağını demişdir. Daha sonra Ramilin onun vasitəsi ilə Maliki aldadaraq həmin pulu ələ keçirməsindən məlumatı olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. - qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur - şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə xx.xx.2025-ci il tarixdə saat 18:35-də tutulmuşdur. - əməlin tövsif edilməsi haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - Zərərçəkmiş şəxs6 təqdim etdiyi “DVD” diskə baxış keçirilməsi xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs düzəldəcəyi işə görə inandırmaq niyyəti ilə, həmçinin imtahanın keçiriləcəyi tarix, vakant yerlər, ballar barədə, işini düzəldəcəyi digər şəxslərin mobil telefonlarına “SMS” gələcəyi, pulun imtahandan əvvəl veriləcəyi, “əgər istəmirlərsə bank kart nömrəsi göndərilməsi və pulun qaytarılacağı”, “müəllimə kimi birinci mərhələdən keçib, ikinci mərhələyə ehtiyat olmayacağı və bir-başa işə çıxacağı” barədə “WhatsApp” proqramı vasitəsi ilə səs yazısı, həmçinin 5000 manat pulun göndərilməsinə dair qəbzin fotoşəkli müəyyən edilmişdir. - Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında olan səs yazısının köçürüldüyü diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 düzəldəcəyi işə görə inandırmaq niyyəti ilə, həmçinin sənədlərin və əmanətin hansısa başqa bir şəxsə veriləcəyi barədə “WhatsApp” proqramı vasitəsi ilə səs yazısı müəyyən edilmişdir. - təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. - “DVD” diskə baxış keçirilməsi xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən “AUD-20240907-WA0000 adlı səs yazısında - Salam qardaş necəsiz?, nə var nə yox? sənə zəhmət əlaqə saxlaya bilərsiz mənlə? AUD-20240907- WA0001 adlı səs yazısında - Ay xalaoğlu qurban olaram sənə orda vəziyyət bir az kritikdi, bunun üçün də bunlar bilirsən işlərindən falan qorxurlar, amma yenə də nəsə köməklik eliyərlər ее prosta deyir ora baxan adam var agentlikdə da onunla gedib konkret söhbət etmək lazımdır, söhbət də eliyərik, bunlar da biz dediyimizi verməz, yəni siz də sonra biz biabır olarıq. Sən həmin adamla danış gör ciddi maraqlanır bu işlə yoxsa yox. AUD-20240907- WA0002 adlı səs yazısında - Ehtiyac yoxdu ее gəldi öpürəm AUD-20240907-WA0004 adlı səs yazısında - Qohum necəsən? Nə var nə yox? vəziyyət zad nətərdi? zəng elədim, zəng çatmadı 077-yə bir dənə vaxtın olanda mənlə əlaqə saxla zəhmət olmasa AUD-20240907- WA0005 adlı səs yazısında - Salam qardaş nətərsən? Nə var nə yox qadan alım. Vaxt eləsən mənimlə əlaqə saxla da o məsələyə görə mənə bir-iki şey deyiblər onu deyəcəydim e sənə, sənə zəhmət mənimlə əlaqə saxla vaxtın olanda AUD-20240907-WA0008 adlı səs yazısında -müəlliməyə denən sayta baxsın, bu günə səhərə imtahanları olacaq, indi müəllimlərin, peşə məktəbinə müəllimlərin imtahanı başlayır, ondan sonra da müavinlərin imtahanı olacaq denən sayta baxsın haa 100 faiz AUD-20240907-WA0009 adlı səs yazısında - Xalaoğlu elə bilmə yadımdan çıxıb, demişəm dedi bu gün axşama kimi sənə xəbər edəcəm, ora bir dənə də onların özündən namizəd var, onu da əwədən söz veriblər, ona görə axşama mənə bir söz desin mənə sənə xəbər edəcəm. AUD-20240907-WA0005 adlı səs yazısında - Deyir oranı orda bir psixoloq var oranı ona çoxdandı söz verilib, imenni oranı dedi yalan deyərəm, başa düşürsən? Amma başqa yəni Sumqayıt ərazisində vakansiya açılacaq Sumqayıt ərazisində bir yerə verəcəm. Amma sən imenni konkret oranı istəyirsənsə sənədlər ayın 20-nə kimi gəlsin mənin əlimə qalan şeydən arxayın olun. Bax indi bax da sənin sözündən belə çıxır ki, sən məni yalançı çıxarma, mən də səni yalançı çıxarmıyım da belə ona görə 20-nə kimi dəqiq şeyləsən problem yoxdur. İmenni oranı yoluna qoyarıq. Bir dənə də söz verdim ki, uzağı sənə bir babat qonaqlıq verəcəm. Dedi hə problem yoxdur”. məzmunda danışığın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göndərilmiş səsin ona məxsus olmasını və xalası oğlu Zərərçəkmiş şəxs3 bacısı Şəfa Əliyevanın işə düzəlməsi ilə əlaqədar onu inandırmaq üçün göndərdiyi səs yazıları olduğunu bildirmişdir. - zərərçəkmiş şəxs X4 Abşeron rayon Polis İdarəsinə təqdim etdiyi mesaj mətnlərindən görünür ki, ona X16 Təhsil İdarəsi 1 nömrəli X1 Təsərrüfat İşləri üzrə direktor müavini vəzifəsinə müraciətinə baxılması ilkin mesajda uğur qazana bilmədiyi, ikinci mesajda isə imtahan vaxtı barədə məlumat veriləcəyi öz əksini tapmış, həmçinin təqdim edilmiş fotoşəkildə olan çeklərdə Təqsirləndirilən şəxs məxsus bank kartına “Mpay” ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 17:10-da 2000 manat, xx.xx.2024-cü il tarixdə saat 17:14-də 1000 manat, xx.xx.2024-cü il tarixdə saat 17:13-də 2000 manat, xx.xx.2024-cü il tarixdə saat 17:15-də 1000 manat pul göndərilmişdir. - Zərərçəkmiş şəxs1 təqdim etdiyi çekdən görünür ki, pulun ünvan 6 ünvanında “Megastore” mağazasından 5000 manat miqdarında xx.xx.2024-cü il tarixdə saat 23:16-da göndərilməsi öz əksini tapmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 təqdim etdiyi səs yazıları olan disklər, zərərçəkmiş şəxs X4 təqdim etdiyi sms və qəbzlərin fotoşəkilləri, Zərərçəkmiş şəxs6 təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş əməliyyat cədvəli, Zərərçəkmiş şəxs1 təqdim etdiyi çek maddi sübut qismində tanınmış və saxlanılması cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü, xx.xx.2009-cu il təvəllüdlü, xx.xx.2014-cü il təvəllüdlü üç övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 6 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödəməsini, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək- 3 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2026-cı il tarixdən hesablanmalı; cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 təqdim etdiyi səs yazıları olan disklər, zərərçəkmiş şəxs X4 təqdim etdiyi sms və qəbzlərin fotoşəkilləri, Zərərçəkmiş şəxs6 təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş əməliyyat cədvəli, Zərərçəkmiş şəxs1 təqdim etdiyi çek cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı hər iş saatı üçün 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 253 (iki yüz əlli üç) manat (23x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3(üç) il 7(yeddi) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin, şəxsin həbs yerinə aparılması həmin xidmətin konvoy taboruna həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 təqdim etdiyi səs yazıları olan disklər, zərərçəkmiş şəxs X4 təqdim etdiyi sms və qəbzlərin fotoşəkilləri, Zərərçəkmiş şəxs6 təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş əməliyyat cədvəli, Zərərçəkmiş şəxs1 təqdim etdiyi çek cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 253 (iki yüz əlli üç) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar