Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-67/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X1, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü X4, müdafiəçi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2003-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Ağcabədi rayonu, Aşağı Afşar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 11:50 radələrində yaşadığı ünvan 2 ünvanında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”na əsasən ov tüfəngini əldə edib, saxlamağa hüququ olmadan, “Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma Qaydaları”na əsasən ov tüfəngləri doldurulmamış halda gəzdirilməli, atəş açılması başa çatdıqdan sonra atəş yerindən uzaqlaşmamış boşaldılmalı, bilavasitə atəş açılmadığı müddətdə, habelə başqa şəxsə yaxınlaşarkən tüfəngin çaxmaqları endirilməli və qoruyucuya keçirilməli, lüləsi havaya yönəldilməli olduğu halda bu tələbləri pozaraq atası Zərərçəkmiş şəxs tapşırığı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 30 №-li şəhadətnaməyə əsasən sonuncunun qanuni istifadəsində olmuş 12 kalibrli, “ESCORT MAGNUM” modelli, “416781” №-li xarici çaxmaqlı, təklüləli, yivsiz odlu ov tüfəngini mənzilin mətbəxində yerləşən divanın üzərindən götürdükdən sonra eyvanda oturacaqda oturub siqaret çəkən Zərərçəkmiş şəxs bilavasitə arxasında təxminən 75 sm ara məsafəsində dayanıb əvvəlcə tüfəngin lüləsini döşəmə səmtinə tuşlayaraq həmin tüfəngin döyüş sursatı hesab edilən “Qlavpatron” markalı, 70 mm ölçülü, 12 kalibrli patronlarını boşaldan zaman silahın sürgüsünü geri dartmağa çalışarkən diqqətini silahın sürgüsünə yönəltməklə tüfəngin lüləsinin atası Zərərçəkmiş şəxs tuşlanmasının sonuncu üçün ictimai təhlükəli nəticə verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş və əlinin sürüşüb sürgüdən aralanaraq barmağının tətiyə ilişdiyü üçün tüfəngdən açılan bir atəşlə patronun qırmalarının təxminən 40 sm məsafədən atası Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinə dəyməsi nəticəsində sonuncunun döş boşluğuna nüfuz edən döş aortasının travmatik cırılması, hər iki ağciyərin, ürək kisəsinin və ürəyin zədələnməsi, Vİ-Vİİ döş fəqərələrinin çoxqəlpəli sınıqları və sağ döş əzələsinin qansızması ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin onurğa sütunu xətti boyunca Vİ-Vİİ döş fəqərələri səviyyəsində yerləşən bir ədəd sağlamlığa ağır zərər vurmaya aid edilən kor odlu silah xəsarəti almasına səbəb olub ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs öldürmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma atasıdır. Zərərçəkmiş şəxs ilə anası Ruhiyyə Süleymanova 2001-ci ildə ailə qurmuşlar, həmin nigahdan o, bacısı Rəvanə, Rəvan və Pərvan doğulmuşdur. Zərərçəkmiş şəxs televiziya kanallarında gitarist kimi fəaliyyət göstərmişdir. O, 2014-cü ildən güləş idman növü ilə məşğul olub, bir dəfə Azərbaycan birincisi, bir dəfə üçüncüsü olmuş, dəfələrlə xarici turnirlərdə iştirak etmişdir. Zərərçəkmiş şəxs 2014-cü ildə xatırlamadığı yerdən və məbləğə 12 kalibrli, “Escort” markalı, el arasında “vincester” kimi adlandırılan ov tüfəngi almış, hər dəfə Ağcabədi rayonuna gedərkən onunla birlikdə kimsəsiz sahələri gəzərək həmin tüfəngdən atəş açırmış, hətta 2015-ci ildən ona da həmin tüfənglə davranmağı, patronları tüfəngin sandıqçasına yerləşdirməyi, tüfəngdən atəş açmağı, həmçinin tüfəngin içində olan patronları boşaltmağı öyrətmişdir. Ümumiyyətlə, Zərərçəkmiş şəxsla onun arasında çox yaxın münasibət olmuş, o, Nofəlin böyük övladı olduğuna görə onunla daha çox vaxt keçirib, hər şeyi ona öyrətməyə çalışmış, hətta ona növbəti Avropa güləş turnirində birinciliyə nail olmaq müqabilində avtomobil alacağını vəd vermişdir. Onun atası Zərərçəkmiş şəxs qarşı heç bir narazılığı, mübahisəsi olmamış, Nofəl həmişə onun qayğısına qalmışdır. O, Zərərçəkmiş şəxs yanında dəfələrlə həmin tüfəngdən atəş də açmış, silahı doldurub boşaltmışdır. Sonuncu dəfə həmin tüfəngdən Zərərçəkmiş şəxs ilə birlikdə 2019-cu ilin yay ayında dəqiq xatırlamadığı tarixdə Ağcabədi rayonuna gedərkən yolda atəş açmışlar. O, əvvəllər də tüfəngin içindəki patronları boşaltmaq üçün “sürgü”nu (zatvoru) dartanda bir neçə dəfə sürgünün ilişməsinin şahidi olmuş və Nofəldən soruşanda ona sürgünü ani olaraq çəkməli olduğunu tövsiyə etmişdir. Zərərçəkmiş şəxs tüfəngi həmişə yaşadıqları ünvan 2 ünvanında özünün yataq otağında mebelin üstündə saxlamış və həmişə də tüfəngin içində beş ədəd patron olmuşdur, yəni silah həmişə dolu olmuşdur. Nofəl Bakı şəhərində oğru, quldur adamlardan qorunmaq üçün həmişə silahı dolu saxlamaq olduğunu demiş və ona görə öz tüfəngini dolu saxlamışdır. Nofəl tüfəng üçün bir neçə qutu patron alıb yaşadıqları ünvanda qonaq otağında divanın altında saxlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində yuxudan oyanıb səhər yeməyinə hazırlaşmış, həmin vaxt qardaşları Rəvan və Pərvan öz otaqlarında yatmışlar, anası qonaq otağını tozsoranla təmizləyirmiş, Nofəl isə mətbəx otağından açılan eyvanda qara rəngli dairəvi stulda əyləşmiş və ona “qaqa, 3-4 günə ola bilsin getdik kəndə, gəl kömək elə silahı təmizləyək” demişdir. O, mətbəx otağına gələnə qədər artıq Nofəl özü yataq otağından mebelin üstündə saxlanılan tüfəngi mətbəx otağına gətirmiş, o da mətbəx otağındakı divanın üzərindən tüfəngi götürmüş, həmin vaxt həmişə olduğu kimi tüfəngin patronla dolu olduğunu bilmişdir. Bundan sonra o, mətbəx otağı qaranlıq olduğuna görə işıq düşməsi üçün eyvanın açıq vəziyyətdə olan giriş qapısında, üzü çölə tərəf dayanmış, həmin vaxt atası Nofəl eyvanda stulda əyləşib siqaret çəkirmiş, arxası ona tərəf olmuş və həyətə baxırmış, aralarında təxminən bir metr məsafə olmuş, lakin aralarında söhbət olmamışdır. O, ayaqüstə dayanıb tüfəngi sol əlində tutub bədəninin sol tərəfinə dayaq etmiş, sağ əli ilə isə tüfəngin sürgüsünü özünə tərəf dartmış və dizini qatlayıb nisbətən döşəməyə tərəf əyilmişdir ki patron çıxanda hündürdən yerə düşməsin, əvvəlcə tüfəngin lüləsini aşağı tuşlamış, lakin patronu çıxarmaq üçün sürgünü dartanda nədənsə sürgü ilişmiş, onun diqqəti sürgüyə tərəf yayınmış və həmin vaxt sanki özünə qapanaraq sürgünü geriyə dartıb patronu çıxarmağa nail olmaq istəmiş, ona görə də diqqətsizlik edib tüfəngin lüləsinin döşəmə istiqamətindən yuxarı qalxıb atasına tuşlandığına fikir verməmiş, sürgünü sağ əli ilə var gücüylə geriyə dartanda necə olduğunu başa düşmədən əli sürüşüb sürgüdən aralanaraq geri dartılmış və üç yaxud dördüncü barmağı tətiyə ilişdiyü üçün tüfəngdən bir dəfə atəş açılmışdır. O, baxanda patronun atasının kürəyinə dəydiyini və atasının əvvəlcə eyvanın tutacağına tərəf önə doğru əyildiyini, sonra isə geriyə doğru səndələyərək eyvanın döşəməsi üzərinə yıxıldığını görmüş və özünü itirdiyinə görə tüfəngi eyvanın giriş qapısı önündə mətbəxin döşəməsi üzərinə atıb dəhliz vasitəsilə birbaşa blok qapısını açaraq bloka çıxıb həyəcandan qışqırmış, lakin nə dediyini xatırlamır. Daha sonra o, divarlara dəyə-dəyə yenə də mətbəx otağına qayıtmış, qapıdan baxanda bacısı Rəvanənin Nofəlin meyiti üzərinə mələfə sərdiyini görmüş, tüfəngi bacısı yaxud anası artıq götürüb divanın üzərinə qoymuşdur. O, həmin an birdən tüfəngdən yenə atəş açıla biləcəyi ağlına gəldiyinə görə çox qorxub tüfəngə toxunmadan üzərindəki qoruyucu düyməsini sıxıb bağlamış, çünki əvvəllər Nofəlin ona deməsinə əsasən həmin düyməni sıxandan sonra tüfəngdən atəş açıla bilməyəcəyini bilmişdir. Sonra o, evdəki ağlaşmadan özünü ələ ala bilməyib qışqıra-qışqıra atasıgilin yataq otağına qaçaraq çarpayıda üzüaşağı uzanıb ağlamağa başlamış, həmin vaxt anasının yaxud bacısının da qışqırıq səslərini eşitmiş və yataq otağından dəhlizə çıxanda qonşu Səbuhi, Aydın və binada mühafizəçi işləyən Hüseynağanın mənzilə gəldiklərini görmüşdür. Bundan sonra nələr baş verdiyini stress keçirdiyinə görə xatırlamır. O, əməlindən peşimandır, atasına atəş açmaq istəməzdi, hadisə onun diqqətsizliyindən baş vermişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ilə 2001-ci ildə könüllü razılıqları əsasında rəsmi nigaha daxil olub ailə qurmuşlar, həmin nigahdan 2002-ci ildə Şahid1, 2003-cü ildə Təqsirləndirilən şəxs, 2009-cu ildə Rəvan Süleymanlı və 2012-ci ildə Pərvan Süleymanov doğulmuşdur. Nofəl övladlarından daha çox Şövqüyə bağlanmış, demək olar ki “ata-bala” kimi yox “dost” kimi olmuş, Şövqünü əsl kişi kimi böyütmək istəyib buna görə idmana yazdırmış, özündən sonra ailə başçısı kimi münasibət göstərmiş, hər dəfə Şövqü idman turnirləri, xüsusilə də xarici turnirlərdə milliyyətcə erməni idmançılara qalib gələndə Nofəl Şövqü ilə fəxr edib hər yerdə ağız dolusu danışmışdır. Zərərçəkmiş şəxs ona, Şövqü və digər övladlarına qarşı çox qayğıkeş olmuş, aralarında heç vaxt narazılıq, mübahisə olmamışdır. Zərərçəkmiş şəxs uzun müddətdir müsiqiçi kimi televiziya kanallarında gitarist kimi fəaliyyət göstərmiş, buna görə də o, Nofəlin yanında həmişə qadın müsiqiçilərin olmasını qəbul etmiş və aralarında qısqanclıq zəminində heç vaxt mübahisə olmamış, Nofəlin ailəsinə bağlılığını bildiyi üçün heç vaxt belə bir şübhəyə düşməmişdir. Cinayətin törədilmə aləti olan 12 kalibrli, “Escort” markalı ov tüfəngini əri Zərərçəkmiş şəxs 2014-cü ildə təxminən 1500 manat müqabilində almış, həmin tüfəngin rəsmi sənədi də olmuş, hər dəfə Ağcabədi rayonuna gedəndə Nofəl oğulları Şövqü ilə birlikdə kimsəsiz sahələri gəzərək həmin tüfəngdən atəş açırmış, həmçinin Nofəl Şövqüyə də həmin tüfənglə davranmağı, patronları tüfəngin sandıqçasına yerləşdirməyi, tüfəngdən atəş açmağı, həmçinin tüfəngin içində olan patronları boşaltmağı öyrətmiş, lakin Şövqü tüfəngi yağlamağı bilməmişdir. O, qızı Rəvanə və digər azyaşlı övladları isə tüfənglə davranmağı, boşaltmağı, doldurmağı bilməmişlər. Həmin tüfəngi sonuncu dəfə nə zaman əlinə götürdüyünü xatırlamır. O və övladları Nofəlin tüfəngi mənzilin yataq otağındakı mebelin üzərində həmişə dolu vəziyyətdə saxladığını bilmişlər. O, Nofələ həmişə Şövqünü tüfəngdən uzaq tutmağı, tüfəngi uşağın əlinə verməməyi desə də Nofəl Şövqüyə “yekə kişi” kimi davranmışdır. Nofəl musiqiçilərin şənliklərdən pul ilə çıxdığını başqa şəxslərin bildiyi üçün qorunmaq məqsədilə həmişə silahı dolu saxlamaq lazım olduğunu demiş və ona görə özü ilə şənliklərə gedəndə dəfələrlə tüfəngi də özü ilə aparmış və ya mənzildə dolu vəziyyətdə saxlamışdır. Zərərçəkmiş şəxs tüfəng üçün bir neçə qutu patron alıb qonaq otağında divanın altında saxlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yuxudan oyananda Nofəlin də çarpayıda yataqda yanında yuxudan durub mobil telefon ilə məşğul olduğunu görmüş, Nofələ səhər yeməyi hazırlamaq üçün yataqdan durub hamam otağına girəndə Nofəl də onun ardınca dəhlizə çıxıb marketə düşəcəyini bildirərək getmiş, gecə namazını qıldıqdan sonra həmişə olduğu kimi qonaq otağında divanda uzanıb yatmış qızı Rəvanə Nofəli dəhlizdə görən kimi atasına çay və yemək hazırlamaq üçün mətbəx otağına keçmiş, o da qonaq otağına keçib təmizlik işləri görməyə başlamış, həmin vaxt Şövqü və qardaşları öz yataq otaqlarında yatmışlar. Nofəl qayıtdıqdan sonra o, qonaq otağının dəhlizə açıq qapısından Rəvanənin hamam otağına keçdiyini, Nofəlin isə yenidən yataq otağına qayıtdığını görmüş, Nofəlin ardınca o da yataq otağına keçib dəsmalları qatlayanda Nofəlin mebelin üzərindən tüfəngi götürdüyünü görmüş, yenidən qonaq otağına qayıtdıqdan az sonra Nofəlin dəhlizdə “Şövqü, durursanmı?” dediyini eşitmiş, sonra Nofəl mətbəx otağına keçmiş, həmin vaxt tüfəngin Nofəlin əlində olub-olmadığına fikir verməmişdir. Nofəl gecə danışanda Ağcəbədi rayonunda sonuncu dəfə toyda “beşaçılan” adı ilə atəş açanda tüfəngin ilişib bir-bir atdığını, buna görə də “biabır” olduğunu və bir neçə gün ərzində yenidən rayona gedəcəklərini, buna görə tüfəngi yağlayacağını dediyinə görə o, həmin vaxt Nofəlin Şövqünün köməyi ilə tüfəngi boşaldacağını bilmişdir. Daha sonra Şövqünün də dəhlizdə mətbəx otağına keçdiyini görmüş, qonaq otağında iş görərkən eyvana açılan qapı yarıaçıq vəziyyətdə olmuş, Şövqü ilə Nofəlin mətbəx otağında danışıqlarını hiss etsə də yavaş danışdıqları üçün eşitməmiş, təxminən saat 12 radələrində qonaq otağında divanın tozunu alarkən mətbəx otağında bir dəfə guppultu səsi eşidib tüfəngdən atəş açıldığını başa düşmüş, ürəyində narahatçılıqla eyvana açılan qapıya qaçıb baxanda Nofəlin eyvanda oturduğu qara tumbadan arxaya doğru yerə yıxılıb üzüyuxarı vəziyyətdə qaldığını, ətrafında qan olduğunu görüb Şövqünün əlindəki tüfəngdən atəş açıldığını və Nofələ dəydiyini başa düşmüşdür. O, mətbəx otağına qaçanda Rəvanənin orada şokda olduğunu görmüş, həmin vaxt Şövqü yataq otağına gedərək Nofəlin yatağında uzanıb ağlamağa başlamış, o, Nofələ kömək üçün liftin qabağındakı binanın önünə baxan eyvana çıxıb çığırıb qonşuları çağırmış, ardınca yenidən mətbəx otağına qayıdanda Rəvanənin Nofəlin üzərinə mələfə saldığını görmüşdür. Həmin anda Şövqü mətbəx otağının qapısından içəri baxıb yenidən yataq otağına qayıtmış və otağın eyvanına qaçdığını görüb özünə nəsə edəcəyindən ehtiyat etdiyi üçün tutub Şövqünü saxlamışdır. O, dəfələrlə soruşsa da Şövqü “mama, bilmirəm, baxın görün ölmüyüb ki, bir şey eliyin, mama, necə oldu bilmədim” deyib ağlayır, saçlarını dartır, əsirmiş, ardınca mənzilə ilkin olaraq binanın mühafizəçisi Hüseynağa, Aydın adlı aşağı mərtəbədə yaşayan qonşu və başqa tanımadığı qonşu gəlmişdir. Sonda R.C.Süleymanova, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və sonuncu barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində qonaq otağında divanda yatarkən dəhlizdə atası Zərərçəkmiş şəxsla anası Ruhiyyə Süleymanovanın səsinə durmuş, anası hamam otağına girmiş, atası isə marketə gedib təxminən 3-4 dəqiqə sonra geri qayıtmış, həmin vaxt ərzində Şövqü və qardaşları öz yataq otaqlarında yatmışlar. O, çay və yeməy hazırlamaq üçün mətbəx otağına keçmiş, anası isə qonaq otağına keçib təmizlik işləri görməyə başlamış, ardınca atası Nofəl gəlib yeməyini yemək üçün divanda əyləşmiş, saat 12 radələrində o, dəstəmaz almaq üçün hamam otağına keçəndə Nofəlin yataq otağına getdiyini, az sonra yataq otağından çıxıb əlində tüfəngin qabı ilə Şövqügilin yataq otağının qapısında dayanıb “Şövqü, durursanmı?” dediyini eşitmiş, sonra Nofəl mətbəx otağına keçmiş, lakin ardınca Şövqünün otaqdan çıxıb-çıxmadığına fikir verməsə də yataq otağına keçəndə Şövqü artıq orada olmamışdır. Təxminən 3-5 dəqiqə ərzində mətbəx otağında bir dəfə guppultu səsi eşidib tüfəngdən atəş açıldığını başa düşüb ürəyində narahatçılıq mətbəx otağına tərəf gedəndə Şövqü ilə dəhlizdə rastlaşmış və Şövqü blok qapısını açıb bloka çıxmış, o, mətbəx otağına girəndə Nofəlin eyvanda oturduğu qara tumbadan arxaya doğru yerə yıxılıb üzüyuxarı vəziyyətdə qaldığını, ətrafında qan olduğunu görəndə Şövqünün əlindəki tüfəngdən atəş açıldığını və Nofələ dəydiyini başa düşmüşdür. Həmin vaxt tüfəng də eyvanın qapısının girişində döşəmə üzərində olmuş və o, tüfəngi götürüb divanın üzərinə qoymuşdur. Ardınca anası da mətbəx otağına gəlib vəziyyəti görəndən sonra qışqıra-qışqıra liftin qabağındakı binanın önünə baxan eyvana çıxmışdır. O, atasının üzərinə mələfə salandan sonra bloka çıxmaq istəyəndə dizləri boşaldığı üçün yıxılıb yerdə qalmış, Şövqüdən soruşanda “bilmirəm, baxın görün ölmüyüb ki, bir şey eliyin, necə oldu bilmədim, buralarına dəydi (öz belini göstərərək)” deyib ağlamış, saçlarını dartmış, əsmişdir. Daha sonra mənzilə ilkin olaraq binanın mühafizəçisi Hüseynağa, Aydın adlı aşağı mərtəbədə yaşayan qonşu və başqa tanımadığı qonşu da gəlmişlər. Bundan sonra stresə düşdüyünə görə baş verənləri xatırlamır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə münasibətləri həmişə çox yaxşı olmuş, aralarında bütün ailələrdə olan xırda söz-söhbətlər istisna olmaqla ciddi mübahisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs çox ünsiyyətcil, mehriban, hamıya qaynayıb-qarışan, mədəni insan olmuş, hər hansı şəxs ilə ədavəti, düşmənçiliyi, hətta mübahisəsi olmamış, Təqsirləndirilən şəxs isə binada hamının hörmətini saxlayan, bütün yaşlı, qoca kişi və qadın qonşulara diqqət göstərən oğlan olmuş, atası Nofəl ilə münasibətləri elə sıx və yaxın olmuşdur ki, hətta kənardan ata-oğul kimi yox daha çox iki qardaş kimi görünmüşlər. Şövqü idmanın güləş növü ilə məşğul olub hər dəfə turnirlərdə qalib olanda Nofəl Şövqünün barəsində danışıb kövrəlmiş, həmişə Şövqü ilə fəxr etdiyini demişdir. Şövqü də son günə qədər Nofəlin avtomobili dayanan kimi qaçıb qapısını açıb gitaranı atasının əlindən alıb daşımış və atasını evə qədər müşayiət etmişdir. Şövqü başqa sakinlərin də əlində zibil görəndə qaçıb götürər və özü aparıb tullamışdır. O, Nofəlin arvadını çox az sayda, hər dəfə də Nofəlin yanında harasa gedəndə və ya gələndə görmüşdür. xx xxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində binanın qarşısında bina sakinləri Səbuhi və Aydın ilə birlikdə oturub söhbətləşərkən Nofəl yaşadığı blokdan çıxaraq sağdakı marketə girib siqaret almış və uzaqdan onlara salam verib 1-2 dəqiqə sonra yenidən bloka girmişdir. Təxminən yarım saat sonra Nofəlin arvadı Ruhiyyənin binanın önünə baxan blok eyvanına çıxaraq qışqırdığını, lakin nə dediyini başa düşmədən ardınca qızının da qışqırıb “ay əmilər, ay əmilər, gəlin də tez” dediyini eşitmişlər. O, polis orqanlarından təqaüdə çıxmış, Səbuhi xüsusi təyinatlı hərbi xidmətdən təqaüdə çıxmış, Aydın isə hazırda DTX-nin əməliyyat xidmətində işləyən şəxs olaraq ilkin yardım göstərmək məqsədilə dərhal birlikdə liftə minib Nofəlin mənzili yerləşən altıncı mərtəbəyə qalxmışlar, həmin vaxt Nofəlin kiçik övladının sudrqa tutduğunu hesab etmişlər, çünki əvvəllər də uşağın sudrqa tutması barədə eşitmişlər. Mənzilin girişinə yaxınlaşanda qapı açıq olmuş, dəhlizdə Nofəlin qızı və arvadı Ruhiyyə onlara sağdakı mətbəx otağını göstərək Nofəlin orada yıxıldığını demişlər. Həmin vaxt Ruhiyyə ilə qızı, digər otaqda azyaşlı övladları ağlayıb qışqırmışlar, Şövqü isə sol tərəfdə yataq otağının qarşısında ayaqüstə dayanıb ağlayaraq sanki şokda olmuş və həyəcandan əsərək danışmamışdır. Onlar mətbəx otağının açıq qapısında içəri daxil olanda mətbəx otağı boş olmuş, mətbəxin eyvana açılan qapısı açıq olmuş və eyvanda Nofəlin döşəmə üzərində üzüyuxarı vəziyyətdə olan meyitini görmüşlər, meyitin üzərinə mələfə sərilmiş, başı eyvanın qapısına, ayaqları isə eyvanın çöl divarına tərəf olmuş, mətbəx otağında sol tərəfdə yerləşən divan üzərində bir ədəd qara rəngli birlüləli ov tüfəngi olmuş, lüləsi eyvana tərəf yönəlmiş, otaqda patron və ya giliz, həmçinin mətbəx otağında qan ləkəsi görməmiş, otaqda dağınıqlıq, dava-dalaş əlamətləri də olmamış, hətta əvvəlcə Nofəlin öldüyünü deyil, halının pisləşdiyini zənn edərək üzərindəki mələfəni götürüb baxanda artıq öldüyünü və bədəninin kənarlarında, döşəmə üzərində qan ləkələrinin olduğunu görmüşlər. Bundan sonra mətbəx otağının dəhlizə açılan qapısını örtüb polisə və təcili tibbi yardım briqadasına xəbər vermişlər. Həmin vaxt Ruhiyyə, qızı və Şövqü, Nofəlin öldüyünü bilməmişlər, çünki onların durumu o qədər gərgin olmuşdur ki həmin vaxt Nofəlin öldüyünü demək daha ağır nəticəyə səbəb ola bilərdi. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında Şahid2 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs və oğlu Təqsirləndirilən şəxs qonşu kimi tanımış, Şövqünün atası Nofəl ilə münasibətləri çox sıx və yaxın olmuşdur. Nofəli daha əvvəl musiqiçi kimi tanısa da qonşu olduqları dövrdə Nofəlin çox ünsiyyətcil, mehriban, hamıya qaynayıb-qarışan, mədəni insan olması səbəbilə münasibətləri yaxınlaşmış, Nofəl tez-tez həyətə düşüb qonşularla stolüstü oyun oynayıb, deyib-gülüb vaxt keçirmiş, Nofəlin hər hansı şəxs ilə ədavəti, düşmənçiliyi, hətta mübahəsi olmasının da şahidi olmamışdır. Şövqü isə binada demək olar ki hamının hörmətini saxlayan, bütün yaşlı, qoca kişi və qadın qonşulara diqqət göstərən oğlandır. Şövqünün atası Nofəl ilə münasibətləri elə sıx və yaxın olmuş, hətta ata-oğul kimi yox daha sonra iki qardaş kimi olmuşlar. Şövqü idmanın güləş növü ilə məşğul olmuş və hər dəfə turnirlərdə qalib olanda Nofəl Şövqünün barəsində danışıb kövrəlmiş, həmişə Şövqü ilə fəxr etdiyini demişdir. Şövqü də son günə qədər Nofəlin avtomobili dayanan kimi qaçıb qapısını açır, gitaranı atasının əlindən alıb daşıyır və atasını evə müşayiət etmişdir. O, sonuncu dəfə Nofəl ilə xx xxxxxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində həyətdə görüşüb bir qədər söhbətləşmiş, Nofəl ona həmin gün və ümumiyyətlə heç vaxt ailəsində və ya hər hansı şəxs ilə mübahisə, düşmənçilik etməsi barədə bildirməmişdr. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində eyvanda siqaret çəkərkən anidən yuxarı mərtəbədən bir dəfə uca səslə yayılan guppultu səsi eşidib hansısa mənzildə qaz cihazının partladığını fikirləşmiş, lakin az sonra çöldə səs-küy eşidib həyət düşəndə Şövqünün mənzildə tüfəng boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən atəş açılıb Nofələ dəyməsi və Nofəlin ölməsi barədə eşitmişdir. O, Nofəlgilin mənzilində baxış aparılması ilə əlaqədar hal şahidi kimi dəvət ediləndə orada polis və prokurorluq əməkdaşları olmuş, Nofəlin arvadı Ruhiyyə, qızı Rəvanə, oğlu Şövqü hərəsi bir kənarda əlləri ilə başına vurub fəryad etmişlər, hətta psixi vəziyyətlərinə görə onlara Nofəlin ölmədiyini deyib buna inandırmaqla bir qədər sakitləşdirməyə çalışmışlar. Məhkəmə iclasında Şahid5 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun yeznəsidir. Nofəl çox mehriban, istiqanlı, mərd, qeyrətli, qohumlara mənəvi dəstək olan, ailəsinə bağlı insan olmuş, demək olar ki övladları üçün yaşamış, Nofəlin ailəsi ilə bağlı, öz aralarında hər hansı münaqişə, mübahisə və problemin, o cümlədən hər hansı şəxs ilə ədavəti, düşmənçiliyinin, habelə borc, mülki problemlərinin şahidi olmamışdır. Onun Nofəl və ailəsi ilə çox yaxın münasibəti olmuşdur. Nofəl övladlarından Şövqüyə çox bağlanmış, demək olar ki Şövqüyə qarşı “ata-bala” kimi yox “dost” kimi olmuş, Şövqünü idmana yazdırmış, özündən sonra ailə başçısı kimi münasibət göstərmişdir. Nofəl təxminən 2014-2015-ci illərdə bilmədiyi yerdən, lakin qanuni şəkildə, rəsmi sənədlərlə ov tüfəngi almış, həmin tüfəngi görməsə də eşitmişdir. Həmçinin, Nofəl özü evdə olmayanda kimsə evə daxil olmaq istəyəcəyi ehtimalına qarşı həmin silahı evdə yaxud avtomobildə dolu vəziyyətdə saxladığını demiş, irad tutulanda isə “oğru gələndə deyəcəm dayan doldurum?” deyə cavab vermişdir. O, sonuncu dəfə hadisə yeri olan ünvanda hadisədən təxminən iyirmi gün əvvəl olaraq bacısının ailəsinə baş çəkmiş, sonrakı tarixlərdə isə bacısının istifadəsində olan mobil nömrə ilə mütəmadi əlaqə saxlayıb hal-əhval etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Ağcəbədi rayonunda olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Ruhiyyəyə zəng edərək həmin gün günorta sonra Bakı şəhərinə işi ilə əlaqədar gələcəyini və gələrkən onlara da ərzaq məhsulları gətirəcəyini bildirmiş, həmin vaxt həmişə olduğu kimi ailə üzvlərinin halı ilə maraqlandıqda Ruhiyyə ona ailə üzvlərinin da yaxşı olduğunu bildirmiş və o, hər hansı qeyri-adi hal, vəziyyət hiss etməmiş, habelə Ruhiyyə də ona bu barədə bildirməmişdir. Təxminən beş dəqiqə sonra Ruhiyyə ona zəng edib ağlayaraq, həyəcanlı səs tonu ilə, özünü itirmiş vəziyyətdə və qeyri-dəqiq cümlələr quraraq Şövqünün əlində tüfəngin açıldığını və Nofələ dəydiyini bildirmiş və ondan dərhal yanlarına gəlməyini istəmişdir. O, hadisə barədə soruşsa da Ruhiyyə həyəcandan ona cavab verə bilməmiş və o, dərhal Bakı şəhərinə gəlmiş, gələndə artıq Nofəlin meyiti ekspertiza tədqiqatında olmuş, hadisə barədə Şövqüdən soruşanda isə Nofəlin tüfəngi boşaltmaq üçün onu yuxudan oyatdığını, eyvanın qapısı qarşısında dayanıb patronları boşaldanda “dəmir” ilişdiyinə görə dartanda anidən atəş açılıb eyvanda, arxası ona tərəf əyləşmiş Nofələ dəydiyini bildirmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Nofəl 2001-ci ildə Ruhiyyə Süleymanlı ilə rəsmi nigaha daxil olub ailə qurmuş, həmin nigahdan Rəvanə, Şövqü, Rəvan və Pərvan doğulmuşdur. Nofəl çox mehriban, istiqanlı, mərd, qeyrətli, qohumlara mənəvi dəstək olan, ailəsinə bağlı insan olmuş, demək olar ki övladları üçün yaşamış, Nofəlin ailəsi ilə bağlı, öz aralarında hər hansı münaqişə, mübahisə və problemin, o cümlədən hər hansı şəxs ilə ədavəti, düşmənçiliyinin, habelə borc, mülki problemlərinin şahidi olmamış, onun da Nofəl ilə və ailəsi, arvadı və övladları ilə çox yaxın münasibəti olmuşdur. Nofəl övladlarından Şövqüyə çox bağlanmış, Şövqü ilə “ata-bala” kimi yox “dost” kimi olmuş, Şövqünü idmana yazdırmış və özündən sonra ailə başçısı kimi münasibət göstərmişdir. Nofəl təxminən 2014-2015-ci illərdə bilmədiyim yerdən, lakin qanuni şəkildə, rəsmi sənədlərlə yivsiz odlu ov tüfəngi almış, Nofəlin özünün göstərməsi əsasında avtomobilində saxladığı qara rəngli odlu ov tüfəngini görmüş, Nofəlin deməsinə görə həmin silahı dolu vəziyyətdə yaşadığı mənzilində saxlayırmış, o, iradını bildirdikdə Nofəl “uşağa bir kəlmə demişəm əl vurmaq olmaz deməli olmaz” deyə cavab vermişdir. Sonuncu dəfə hadisə yeri olan Nofəlgilin yaşadığı ünvanda pandemiya ilə əlaqədar hadisədən təxminən 3-4 ay əvvəl olub ümumi hal-əhval tutmuş, bundan sonra da tez-tez Nofəl ilə telefon əlaqəsi saxlayıb hal-əhval etmişlər. Hadisədən bir həftə əvvəl yaşadığı ünvanın yaxınlığına Nofəli çağırıb kabab yemişlər, hətta görüşə Şövqü ilə gəldiyini görüb araq məclisi olacağına görə Şövqünü nə üçün özü ilə gətirdiyini soruşmuş, Nofəl “mənim bir dənə dostum var o da Şövqüdü də bə” deyə cavab vermiş və məslic boyu da Nofəl Şövqü ilə zarafatlaşmışdır. Sonuncu dəfə Nofəl ilə hadisədən bir gün əvvəl, xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında telefon əlaqəsi saxlayanda bacısı Kəmalənin qızının nişanlısı ilə qoşulub evdən getməsi barədə danışmışlar və Nofəl ona birlikdə Kəmaləgilə getməyi, oradan da Kəmalənin qızının aparıldığı “qapı”ya çay içməyə gedəcəyini demişdir. Nofəlin arvadı Ruhiyyə ilə demək olar ki münasibəti yaxşı olsa da telefon əlaqələri olmamış, çünki Nofəl ailəsini daim qapalı şəraitdə nəzarətdə saxlamış və sözü olan da birbaşa Nofəlin özü ilə əlaqə saxlamışdır. Bundan sonra onun Nofəl və ailə üzvləri ilə əlaqəsi olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində 8-ci kilometr bazarı yaxınlığında taksi fəaliyyəti ilə məşğul olarkən xatırlamadığı qohumlar ona zəng edərək Nofəlin avariyaya düşdüyünü və xəsarət aldığını bildirmişlər, dərhal Nofəlgilin evinə gedib avtomobilini həyətdə və qapılarında polis əməkdaşlarını görəndə artıq başqa hadisə olduğunu hiss etmiş, hadisə yerində Şövqü, Ruhiyyə və Rəvanənin psixi durumunun ağır olduğunu, ağladıqlarını görüb söz soruşa bilməmiş, lakin orada olan danışıqlardan Nofəlin tüfəngi boşaltmaq üçün Şövqüyə verdiyini, Şövqünün isə tüfəngi boşaldarkən patronun açılıb ehtiyatsızlıqdan Nofələ dəydiyini və Nofəlin öldüyünü eşitmişdir. İş materiallarında olan hadisə yerinə baxış aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 116-118, mənzil 98 ünvanıdır. Mənzildə bütövlükdə səliqə-sahman var, dava-dalaş, mübahisə əlamətlərinə işarə edən, əşyaların xaotik düzülüşü, habelə diqqət çəkən dağınıqlıq, iş üçün əhəmiyyət kəsb edəcək neqativ bir hal aşkar edilməmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs cinayətin törədilmə aləti olan tüfəngdən atəş açmaq üçün atasının iki qutu patron alıb qonaq otağındakı divanın oturacağı altında saxladığını bildirərək əyani olaraq divanın oturacağını yuxarı qaldırıb həmin iki qutu patronu təqdim etmiş, qutuların üzərində «Qlavpatron», «sdelano v Rossii», «12 kalibr», «drobc», «70 mm», «25 şt» sözləri qeyd olunmuş, qutularda hadisə yerindən aşkar edilmiş gilizlə eynilik təşkil edən 37 ədəd qızmızı rəngli, 70 mm uzunluğu olan, 12 kalibrli, “Qlavpatron” markalı, 01 ədəd göy və 02 ədəd yaşıl rəngli olmaqla, cəmi 03 ədəd, 70 mm uzunluğu olan, 12 kalibrli, “Fetter” markalı patron aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs atası Nofəl Süleymanlının cinayətin törədilmə aləti olan tüfəngi yataq otağında mebelin üzərində - döşəmə səthindən iki metr hündürlükdə saxladığını bildirib əyani olaraq həmin yeri göstərmişdir. Mətbəx otağından eyvana ağ rəngli plastik materialdan qapı açılır, qapı içəriyə doğru açıq vəziyyətdədir, qapının sağında plastik materialdan pəncərə yerləşir, pəncərə önlüyündə bir ədəd qızmızı rəngli, 70 mm uzunluğu olan, 12 kalibrli, “Qlavpatron” markalı, içində ümumi çəkisi 34 qram olan, “0” nömrəli, 4.25 mm ölçülü qırmalar olan patron gilizi aşkar edilmiş, arxasına baxdıqda mərkəzdən alışan patrondur və mərkəzi hissədə iynənin zərbəsindən yaranmış deformasiya zədəsi olmuşdur. Mərhumun meyiti eyvanda, üzüyuxarı vəziyyətdə, başı eyvana açılan qapı çərçivəsi üzərində, ayaqları eyvanın çöl divarına tərəf aralanmış vəziyyətdə aşkar edilmiş, meyitin bədəninin gövdəsi ətrafında və başından mətbəx otağına doğru 90 sm məsafəyə qədər uzanan sahədə qanabənzər sıçrantılar aşkar edilmiş və bunlardan başqa hadisə yerində, xüsusilə də meyitin aşkar olunduğu yerdə eyvanın divarları, mətbəxin plastik materialdan olan qapısı, pəncərəsi və pərdəsi üzərində qanabənzər ləkə aşkar olunmamışdır. Məhkəmə-bioloji eksperti hadisə yerində aşkar olunan qanabənzər izlərin forma, ölçü və yayılma sahəsinə əsasən meyitin stulda əyləşdiyi vəziyyətdə silahdan açılan atəş nəticəsində xəsarət almasının mümkün olduğunu bildirmişdir. Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit sol çiyni üstə yana doğru çevirdikdə hərəkət nəticəsində meyitin kürək nahiyyəsində onurğa xətti boyunca onurğa sütünunun Vİ-Vİİ döş fəqərəsi səviyyəsində yerləşən 01 ədəd 3.6 sm x 3.5 sm ölçülü, bir qədər ovalvari formalı yaradan qan laxtasının axdığı, döş qəfəsinin isə ön səthində arxa səthində aşkar edilmiş yaraya uyğun səviyyədə yerləşən şişkinlik və hematoma aşkar edilmişdir. Meyitin bədən səthində başqa gözlə görünən xəsarət aşkar edilməmişdir. Mətbəx otağındakı divanın üzərində 01 ədəd, korpusu qara rəngli, “Escort” markalı, 12 kalibrli, bir lüləli, yivsiz odlu ov tüfəngi və qutusu aşkar edilmişdir. Tüfəngin qoruyucusu bağlıdır, tətik səviyyəsindən yuxarıda, korpusun hər iki üzündə “Escort Magnum” sözləri, tətiyin önündə korpusun alt tərəfində yerləşən çaxmaq çərçivəsi ilə lülə yatağı arasında “416781 Made in Turkey by X7” sözləri həkk olunmuşdur. Məhkəmə-ballistik ekspert silahın korpusunun sağ yan üzündə yerləşən 1.8 sm uzunluğu olan sürgünü 12.5 sm uzunluğu olan sürgü yatağı boyunca ardıcıl bir neçə dəfə arxaya çəkib buraxdıqda patronluqdan və sandıqçadan hərəsindən 01 ədəd olmaqla cəmi 02 ədəd qızmızı rəngli, 70 mm uzunluğu olan, 12 kalibrli, “Qlavpatron” markalı, içində ümumi çəkisi 34 qram olan, “0” nömrəli, 4.25 mm ölçülü qırmalar olan patron çaxmaq çərçivəsindən kənara çıxmışdır. Hər iki patron doludur, arxasında iynə zədəsi aşkar edilmədi. Silah boş vəziyyətdə bir neçə dəfə atəş üçün hazır vəziyyətə gətirilib tətiyi çəkildikdə atəş əməliyyatının uğurla tamamlandığı müəyyən edilmişdir. Silahın qutusunun içində həmin silahın qeydiyyat şəhadətnaməsi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs mətbəx otağından eyvana açılan qapının qarşısında dayanıb, xəyali olaraq hadisə vaxtı cinayətin törədilmə aləti olan tüfəngi sol qolu ilə bədəninə bərkidib saxladığını, sağ əli ilə silahın sürgüsünü arxaya tərəf çəkib buraxmaqla tüfəngin içində olan iki ədəd patronu çölə çıxardığını, hər dəfə patron çıxan ərəfədə dizlərini qatlayıb döşəməyə tərəf yaxınlaşmaqla patronun döşəmə üzərinə düşmə hündürlüyünü azaltdığını, üçüncü patronu çıxarmaq istəyərkən sürgünün ilişdiyini, sağ əli ilə sürgünü var-gücü ilə arxaya dartmağa çalışarkən diqqətinin yayındığını və anidən atəş açıldığını, həmin vaxt atası Nofəl Süleymanlının da eyvanda, stul üzərində əyləşib siqaret çəkdiyini, arxası ona tərəf olduğunu, atəş nəticəsində Zərərçəkmiş şəxs xəsarət aldığını görən kimi silahı döşəmə üzərinə atıb qışqıraraq anasının olduğu otağa qaçdığını bildirərək əyani olaraq silahın necə tutduğunu, sürgünü necə dartdığını, patronu necə boşaltdığını, sürgü ilişərkən diqqəti yayınıb var-gücü ilə sürgünü geriyə dartan zaman tüfəngin lüləsinin hərəkət istiqamətlərini, atasının dayandığı və atəş nəticəsində xəsarət aldıqdan sonra yıxılıb qaldığı yerləri göstərmişdir. Baxışda iştirak edən məhkəmə-ballistik eksperti Təqsirləndirilən şəxs göstərdiyi özünün və atasının dayandıqları yerləri, Şövqü Süleymanovun tüfəngi tutduğu hündürlüyü, lülənin hərəkət istiqaməti, Zərərçəkmiş şəxs aldığı xəsarətin yeri, gilizin aşkar edildiyi yerləri, meyitin aşkar edildiyi vəziyyəti nəzərə alaraq Təqsirləndirilən şəxs göstərdiyi şəraitidə hadisənin sonuncun göstərdiyi şəraitdə baş verməsinin mümkün olduğunu təsdiqləmişdir. İş materiallarında olan meyitə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı döş qəfəsinin arxa səthində onurğa xətti boyunca onurğa sütünunun Vİ-Vİİ döş fəqərəsi səviyyəsində bədəni üzərində bir ədəd odlu silah yarası və həmin yaraya uyğun səviyyədə yerləşən döş qəfəsinin ön səthinin şişkinlik fonunda göyümtül rəngdə hematoma aşkar edilmiş, qeyd olunan xəsarətlərdən başqa xəsarət aşkar edilməmişdir. Yaranın mənfəzində xırdaqəlpəli sümük fraqmentləri, həmçinin hərəkət etdirilmə nəticəsində dairəvi formalı və deformasiyaya uğramış 02 ədəd metal qırmalar aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Ağcabədi rayon Polis Şöbəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs 12 kalibrli, “ESCORT” modelli, 416781 №li yivsiz lüləli ov silahının saxlanmasına və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İş materiallarında olan hadisə yeri olan binada quraşdırılmış kamera cihazlarının qeydə aldıqları görüntülərə baxış protokolundan görünür ki, binanın müxtəlif istiqamətlərində quraşdırılmış doqquz ədəd kamera qurğularından “CH06” saylı kamera hadisə yeri olan ikinci blokun birinci mərtəbəsində içəridə quraşdırılıb blokun girişi və liftin qabağını, “CH04” saylı kamera isə həmin blokun çöl tərəfində quraşdırılıb blokun çıxışı və həyəti görüntüləyir. Digər kameraların binanın digər blokundan, yan tərəflərində, qarajın girişində və çıxışında quraşdırılmaqla iş üçün əhəmiyyət kəsb edəcək görüntülər əks etdirmədiyi müəyyən edilmişdir. “CH04” və “CH06” saylı kameraların xx.xx.2020-ci il tarixdə saat 09:00-dan saat 13:30-dək olan görüntülərinə baxış keçirilərkən hadisə günü saat 11:16-da liftin qapısının açıldığı, Zərərçəkmiş şəxs liftdən təkcə aramla çıxaraq blokun qapısından çölə çıxdığı, həmin vaxt əynində hadisə vaxtı əynindəki paltarların olduğu, blokda kənar şəxsin olmadığı, blokun kənarındakı marketə daxil olub yenidən blokun qarşısında dayanaraq siqaret çəkdiyi, saat 11:20-də yenidən bloka girib liftə daxil olduğu, saat 11:51-də binanın qarşısında əyləşib söhbət edən üç nəfər kişi cinsli şəxsin qəfildən binanın yuxarı mərtəbələrinə tərəf baxaraq “nə baş verdiyini soruşmaq” mənası daşıyan əl hərəkətləri etdikləri və dərhal qaçaraq bloka girib liftə daxil olduqları, saat 12:19 isə təcili tibbi yardım avtomaşının hadisə yerinə gəlib blokun qarşısında dayandığı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 3/1124, 1125 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah - zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “ESCORT MAGNUM” modelli, “416781” №-li xarici çaxmaqlı, təklüləli, yivsiz odlu ov tüfəngidir. Silahın üzərindəki zavod işarələrində hər hansı bir dəyişiklik, eyni zamanda hissə və mexanizmlərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Həmin silah saz vəziyyətdədir, atəşə yararlıdır. Tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır və çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 4.5-5 kq qüvvə ilə təsir etmək tələb olunur. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsfədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Texniki məlumatlara əsasən, “ESCORT MAGNUM” modelli ov silahlarından atılmış gilizlər sağa - geri 1-2 metr məsafəyə atılır. Tədqiqata təqdim edilmiş qırx iki ədəd predmet 12 mm kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Patronların üzərində onların hansı ildə və hansı zavodda istehsal olunmalarına dair hər hansı bir məlumat olmadığından onların hansı zavodda istehsal olunduğunu və istehsal tarixini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş bir ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronun atəşlə ayrılmış hissəsidir - gilizidir və döyüş sursatı hesab edilmir. Gilizin üzərində istehsal edildiyi tarixə dair məlumat olmadığından onun istehsal ilini müəyyən etmək mümkün olmadı. Həmin giliz tədqiqata təqdim edilmiş “ESCORT MAGNUM” modelli, “416781” №-li ov tüfəngindən atılmışdır. Tədqiqat təqdim edilmiş on beş ədəd qırmalar müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir, 4.25 mm qırmalardır, döyüş sursatı hesab edilmirlər. Təyinatlarına uyğun olaraq həmin qırmaların digər atəş komponentləri ilə birlikdə müvafiq kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə təqdim edilmiş 12 kalibrli, “ESCORT MAGNUM” modelli, “416781” №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə eyniləşmə tədqiqatı üçün yararsızdırlar və onların təqdim edilmiş 12 kalibrli, “ESCORT MAGNUM” modelli, “416781” №-li ov tüfəngindən atılıb-atılmadıqlarını, eləcədə atəşdən əvvəl təqdim edilmiş gilizlə vahid bütövlük təşkil edib-etmədiyini müəyyən etmək müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, ondan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından atəşin sonuncu təmizləmədən əvvəl və ya sonra açılmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim bir ədəd qısaqol köynək və bir ədəd qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında yanıq, his izlərinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və zəif halda qurğuşun metal izinin aşkar edilməsinə əsasən, köynəyin üzərində olan zədələr giriş zədələri olmaqla odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 15 smdən 2 metrə qədər olan məsafə daxilində, arxadan önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Lakin zədələrə əsasən, onların konkret olaraq hansı kalibrli silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmasını müəyyən etmək mümkün olmadı. Həmin zədələr təqdim edilmiş 12 kalibrli, “Escort” markalı ov tüfəngindən açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən də yarana bilər. Silahdan atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı yerləşmə vəziyyəti arxadan önə doğru olmuşdur. Tədqiqata təqdim edilmiş bir ədəd mavi rəngli şalvar, bir ədəd idman pencəyi və bir ədəd qara rəngli idman şalvarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş bir ədəd mavi rəngli şalvar, bir ədəd idman pencəyi və bir ədəd qara rəngli idman şalvarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş patron atılmış vəziyyətdədir, bu səbəbdən onun tərkibində atəşin əlavə faktoru olan barıt qalmamışdır. Buna görə də barıtın tədqiqatını aparmaq, bu patronun hansı növ mərmi və barıt ilə doldurulduğunu müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 122 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı onun bədənində döş boşluğuna nüfuz edən döş aortasının travmatik cırılması, hər iki ağciyərin, ürək kisəsinin və ürəyin zədələnməsi, Vİ-Vİİ döş fəqərələrinin çoxqəlpəli sınıqları və sağ döş əzələsinin qansızması ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin Vİ-Vİİ döş fəqərələri səviyyəsində 1 ədəd kor odlu silah yaralanması aşkar edilmişdir. Qeyd olunan xəsarət həyatidir, ölümündən bilavasitə əvvəl odlu silahdan açılmış bir atəş nəticəsində qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə canlı şəxslərdə həyat ücün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi vardır. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş odlu silah yaralanması patronu mərmilərlə (qırmalarla) təchiz olunmuş odlu silahdan, o cümlədən qərarın təsviri hissəsində göstərilən ov tüfəngindən atəşin mərmilərin (qırmaların) kompakt (yığcam) təsir etdiyi yaxın məsafədən (ola bilsin 30-50 sm məsafədən) açılmış bir atəş nəticəsində əmələ gələ bilərdi. Atəşin istiqaməti arxadan-önə, bir qədər soldan-sağa və azaçıq yuxarıdan-aşağıya doğru ola bilərdi. Zərərçəkmiş şəxs ölümü almış olduğu odlu silah yaralanması nəticəsində daxili massiv qanitirmədən olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2,0-4,0 saat əvvəl baş verə bilərdi. Odlu silah yaralanmasının lokalizasiyası və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin yaralanmanın şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin lokalizasiya və xüsusiyyətlərinə görə demək olar ki, xəsarət alan zaman o, müxtəlif duruş vəziyyətlərində olmaqla odlu silahın lüləsinin en kəsiyi onun bədəninin arxa səthinə yönəlmiş olmuşdur. Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində aşkar edilmiş bir ədəd odlu silah yaralanması onun əynində olan paltarların (köynək, mayka) arxa səthində olan bir ədəd zədə ilə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 746 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 745 saylı rəyindən görünür ki, X1 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 710 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və xəsarətin izləri aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-lifli ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2094 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar üzərində Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarların tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar üzərində mərhum Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarların tərkib liflərindən yoxdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 880/2020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa,beta / İ /-dir. "Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa,beta / İ /-dir. Ekspertizaya təqdim edilmiş 03 ədəd pambıqlı çubuq topası, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, şalvar, qısaqol mayka üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. ”H” antigeni 0 alfa, beta / İ / qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, beta / İ / qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və ya eyni qrupu Zərərçəkmiş şəxs məxsus ola bilər. (əgər sonuncuda qanaxma müşayiət olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və gödəkçə üzərində qana şübhəli ləkə aşkar olunmadı. İş materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 563 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa hissəsinin orta nahiyəsində olan bir ədəd zədə odlu silah zədələnməsinin giriş dəliyi olub, qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa hissəsinin orta nahiyəsində aşkar edilmiş odlu silah zədələnməsi odlu silahdan, atəşin əlavə faktorlarının (his, barıt və metal hissəcikləri) təsir etdiyi yaxın məsafədən (ola bilsin ki, 30 sm-dən 2 metrə qədər məsafədən) açılmış atəş nəticəsində törənə bilərdi. Atəşin istiqaməti arxadan-önə, bir qədər soldan-sağa və bir qədər yuxarıdan-aşağıya doğrudur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa hissəsinin orta nahiyəsində aşkar edilmiş odlu silah zədələnməsi 12 kalibrli, “Escort” markalı, yivsiz odlu ov tüfəngindən açılmış atəşlə 12 kalibrli patronun dəyməsi nəticəsində törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa hissəsinin orta nahiyəsində aşkar edilmiş odlu silah zədələnməsinin giriş dəliyi onun bədəninin döş qəfəsinin arxa səthinin Vİ-Vİİ döş fəqərələri səviyyəsində olan bir ədəd kor odlu silah yaralanması ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini belə qiymətləndirmək olar: köynəyin və maykanın üzərində fasilələrlə yerləşən, şalvarın arxa hissəsinin bel nahiyəsində geniş sahəli qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Şalvarın üzərində fasilələrlə yerləşən qan ləkələrindən bir hissəsi yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Digərləri nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalıdır, bəzi ləkələrdən əsasən şaquli istiqamətli uzunsov formalı, getdikçə bir gədər nazikləşən şahələr ayrılır. Bu qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarı və gödəkçə üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. İş materiallarında olan məhkəmə-komputer texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 5/733 saylı rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş “Samsung” markalı “SM-A100F/DS” modelli “**********13573”, “**********13571” İMEİ nömrəli, “RZ8M32KRQSK” seriya nömrəli həssas təzyiqlə (sensorlu) çalışan “Android” əməliyyat sistermi ilə təchiz olunmuş mobil smartfon halhazırda işlək vəziyyətdədir. “Samsung” markalı mobil smartfonda istifadəçi tərəfindən tətbiq edilmiş mühafizə “PİN” kodunu ləğv etmək və onun düzgün təsvirini müəyyən etmək mümkün olmadığına görə mobil cihazın yaddaşında mövcud olan və silinmiş faylların axtarışı, yaddaşda olan proqramların adlarını, təyinatını, məlumatların məzmununun mətnini müəyyən edilməsi üzrə tədqiqat işləri aparılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 3.1.4-cü maddəsinə əsasən vətəndaşlar mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında həmin silahı saxlaya bilərlər. Həmin qaydaların 2.4-cü maddəsinə əsasən, ov tüfəngləri doldurulmamış halda gəzdirilməli, yalnız bilavasitə atəş açılmamışdan qabaq doldurula bilər. Atəş açılması başa çatdıqdan sonra tüfəng atəş yerindən uzaqlaşmamış boşaldılmalıdır. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən, bilavasitə atəş açılmadığı müddətdə, habelə başqa ovçuya və ya digər şəxsə yaxınlaşarkən, avtomaşından çıxarkən, qayıqdan düşərkən tüfəngin çaxmaqlarını endirməli və ya qoruyucuya keçirməli, lülələri havaya yönəltməlidir. İş materiallarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Escort Magnum” modelli 416781 №-li yivsiz odlu ov tüfəngi, 01 ədəd giliz, 15 ədəd qırma, 01 ədəd güllə tıxacı, 34 ədəd patron Bakı şəhəri Nizami RPİ-yə təhvil verilmiş, hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd mayka, 01 ədəd köynək və Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar Nizami rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş və “xxxx” MMC-dən daxil olmuş 01 ədəd DVD disk cinayət işində saxlanılır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 124.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edilirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İşdə olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2003-cü il tarixdə anadan olmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası cinayət və cinayətprosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə həmin Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin odlu silahdan istifadə etməklə törədilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” xx xxxx 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd mayka, 01 ədəd köynək məhv edilməli, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkçə və 01 ədəd şalvar qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, 01 ədəd “Escort Magnum” modelli 416781 №-li yivsiz odlu ov tüfəngi, 01 ədəd giliz, 15 ədəd qırma, 01 ədəd güllə tıxacı və 34 ədəd patron törədilmiş cinayətin aləti olduğuna görə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 297 (iki yüz doxsan yeddi) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 50 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347 - 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, 01 ədəd “Escort Magnum” modelli 416781 №-li yivsiz odlu ov tüfəngi, 01 ədəd giliz, 15 ədəd qırma, 01 ədəd güllə tıxacı və 34 ədəd patron törədilmiş cinayətin aləti olduğuna görə dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd mayka, 01 ədəd köynək məhv edilsin, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkçə və 01 ədəd şalvar qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 297 (iki yüz doxsan yeddi) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-67/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-67/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver