Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-67/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, 17 avqust 1992-ci ildə Ağdam rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Ağdam rayonu, Abdal kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, 13 iyul 2022-ci il tarixdə, saat 23:30 radələrində sosial şəbəkə vasitəsilə tanış olduğu, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən, sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 17 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Yasamal rayonu, “ASAN xidmət” mərkəzinin yaxınlığına qoyulmuş yerdən təmiz çəkisi 1,224 qram olan narkotik vasitə-heroin, təmiz çəkisi 0,228 qram olan psixotrop maddə metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz üzərində saxlamasında və daşımasında şübhəli olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-cı il tarixdə saat 16 radələrində ünvan 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilmiş, xidməti otaqda üzərinə keçirilmiş şəxsiaxtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,543 qram və 0,681 qram, ümumi təmiz çəkisi 1,224 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,228 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitələrdən heroin və ya metamfetamini vaxtaşırı istifadə edir. Ona narkotik vasitə ehtiyac olanda sosial şəbəkələr vasitəsi ilə satıcılar tapır və onların göndərdiklər kart hesablarına pul köçürdükdən sonra həmin şəxsin bildirdiyi yerə gedib, sifariş etdiyi narkotiki götürüb qəbul edir. Narkotik vasitələrdən, heroin və ya metamfetamini yandırıb, tüstüsünü nəfəs yolları vasitəsi ilə qəbul edir. Bu artıq onda asılılıq yaradıb və o, narkotik aludəçiliyindən əzab çəkir. Sonuncu dəfə yəni 13 iyul 2022-ci il tarixdə saat 23 radələrində əvvəlcədən internet vasitəsilə tanış olduğu, lakin şəxsi tanışlığı olmadığı, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin kart hesabına 17 manat pul göndərmiş və iki büküm (iki dəfə istifadə edilmək üçün) “kokos”, yəni heroin və bir büküm “şüşə” yəni metamfetamin (bir dəfə istifadə edilməli) sifariş etmişdir. Elə həmin gün təxminən saat 23:30 radələrində özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs xarici mobil nömrə ilə sifariş etdiyi narkotiklərin yerinin şəkillərini göndərib, Yasamal rayonu, “ASAN” xidmət mərkəzinin yaxınlığındakı narkotiklərin yerini səs göndərərək izah etmişdir. O da xatırlamadığı həmin yerə gedib, sifariş etdiyi narkotikləri götürmüş və əynindəki cins şalvarının sol cibinə qoymuşdur. Həmin gün gec olduğundan evə gəlib yatmış və əldə etdiyi narkotikləri cibində saxlamışdır ki, vaxt edib, gizlin yerdə onlardan istifadə etsin. xx.xx.2022-ci ıl tarixdə yaşadığı binanın yaxınlığında hərəkətdə olduğu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini ona göstərib narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiyini ona izah edib, onu 24-cü PŞ-nə dəvət etmişlər. PŞ-də olan zaman ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına vəkil təyin olunmuşdur. Bundan sonra üzərinə öz razılığı əsasında şəxsi axtarış və götürmə keçirilmiş və proses zamanı o, qara rəngli cins şalvarının cibində olan, iki gün əvvəl aldığı narkotik vasitə olan şüşə və kakosu təqdim etmişdir. Üzərindən götürülmüş ona məxsus narkotik vasitələr ekspertiza mərkəzinə göndərilməsindən ötrü boş zərfə qoyulmuş, qablaşdırılmış və möhürlənmişdir. Həmin zərfə o və prosesdə iştirak edən şəxslər imza çəkmiş və həmin proses videogöruntüyə alınmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 15 iyul 2022-ci il tarixdə ünvan 2 binanın yanında 25-30 yaşlı ‘‘Cehun” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat barədə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları ilə aidiyyatı üzrə 24-cü PŞnin rəisinə məruzə olunaraq, alınmış əməliyyat məlumatının yoxlanılmasına razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə həmin gün saat 16:00 radələrində ünvan 2 binanın yaxınlığına getdikdə, orada xarici əlamətləri “Cehun” adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, həmin şəxsə özünü təqdim etməsi təklif olunduqda o, özünü təqdim edərək xx.xx.1992-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, Ağdam rayonu Abdal kəndində qeydiyyatda olub, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 114, mənzil 51-də yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsə narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə izah verib onu 24-cü PŞ-nə dəvət etmişlər. Daha sonra PŞ-də xidməti otaqlardan birində videoçəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung J3” markalı mobil telefonu, sol yan cibindən üç ədəd şəffaf sellofana bükülü halda maddələri çıxararaq təqdim etmişdir. Həmin maddələrindən 2 bükümdəki, içərisində qəhvəyi rəngli, spesifik iyə malik, tozşəkilli maddənin “kakos” kimi tanıdığı, narkotik vasitə heroin olmasını, digər bir bükümdəkinin isə kristal şəkilli, ağ rəngli maddənin “şüşə” kimi tanıdığı metamfetamin olmasını, həmin maddələri bir müddət əvvəl internet sosial şəbəkə vasitəsi ilə tanıdığı, anket məlumatlarım bilmədiyi və tanımadığı şəxsin ona göndərdiyi, xatırlamadığı kart hesab nömrəsinə 17 manat pul göndərdikdən sonra, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisindən, dəqiq xatırlamadığı yerdən götürdüyünü, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini və buna görə də üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükülü olan kütlələr qablaşdırılmış, 164 saylı möhürlə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung J3” markalı mobil telefonu, sol yan cibindən üç ədəd şəffaf sellofana bükülü halda maddələri çıxararaq təqdim edir. Həmin maddələrdən 2 bükümdəki, içərisində qəhvəyi rəngli, spesifik iyə malik, tozşəkilli maddənin “kakos” kimi tanıdığı, narkotik vasitə heroin olmasını, digər bir bükümdəkinin isə, kristal şəkilli, ağ rəngli maddənin “şüşə” kimi tanıdığı metamfetamin olmasını, həmin maddələri bir müddət əvvəl internet sosial şəbəkə vasitəsi ilə tanıdığı, anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsin ona göndərdiyi, xatırlamadığı kart hesab nömrəsinə 17 manat pul göndərdikdən sonra, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisindən, dəqiq xatırlamadığı yerdən götürdüyünü, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini və buna görə də üzərində gəzdirdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofana bükülü olan kütlələ qablaşdırılır, 164 saylı möhürlə möhürlənir, üzərində müvafiq qeydlər aparılır, iştirakçılar tərəfindən imzalanır və götürülür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 16 iyul 2022-ci il tarixli, 6/3845 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” möhür əksi, “vət. Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan kağız zərfdəki 02 ədəd bükümdə bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,543 qram və 0,681 qram, ümumi təmiz çəkisi 1,224 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0.228 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına, Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Heroinin 0.1 qram hissəsi tədqiqata sərf edilmiş, 1.124 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. Metamfetaminin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 0.178 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan 18 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin təhqiqatçısı polis kapitanı Hüseyn Quliyev tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung J3” markalı mobil telefonu, sol yan cibindən üç ədəd şəffaf sellofana bükülü halda maddələri çıxararaq təqdim edir. Həmin maddələrindən 2 bükümdəki, içərisində qəhvəyi rəngli, spesifik iyə malik, tozşəkilli maddənin “kakos” kimi tanıdığı, narkotik vasitə heroin olmasını, digər bir bükümdəkinin isə, kristal şəkilli, ağ rəngli maddənin “şüşə” kimi tanıdığı metamfetamin olmasını, həmin maddələri bir müddət əvvəl internet sosial şəbəkə vasitəsi ilə tanıdığı, anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsin ona göndərdiyi, xatırlamadığı kart hesab nömrəsinə 17 manat pul göndərdikdən sonra, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisindən, dəqiq xatırlamadığı yerdən götürdüyünü, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini və buna görə də üzərində gəzdirdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofana bükülü olan kütlələ qablaşdırılır, 164 saylı mohurlə möhürlənir, üzərində müvafiq qeydlər aparılır, iştirakçılar tərəfindən imzalanır və götürülür. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 iyul 2022-ci il tarixli, 3997 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,543 qram və 0,681 qram, ümumi təmiz çəkisi 1,224 qram narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,228 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk maddi sübut hesab edilmiş, 01 ədəd CD disk cinayət işinə əlavə edilmiş və Təqsirləndirilən şəxs götürülmüş psixotrop madənin və narkotik vasitənin tədqiqatdan sonrakı qalığı 0,178 qramı və 1,124 qramı, bir ədəd “Samsung J3” markalı mobil telefon Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 17 dekabr 2022-ci il tarixli, xx/xx-6115 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 iyul 2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə, barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkiləri 1.124 qram olan narkotik vasitə heroin və 0.178 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Samsung J3” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk isə cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 33 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 manat (33x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 15 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkiləri 1.124 qram olan narkotik vasitə heroin və 0.178 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, 01 ədəd “Samsung J3” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 33 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 198 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-67/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-67/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver