Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-67/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 6, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan, 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 avqust 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, Yataqxana, ev 1B-də qeydiyyatda olmaqla yaşayan, 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 avqust 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdardan artıq miqdarda psixotrop maddə əldə etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən o, 01 avqust 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində şəxsiyyəti istintaqa “Siqan” ləqəbi ilə məlum olan şəxsdən Təqsirləndirilən şəxs2 məxsus 10 manat və özünə məxsus 10 manat, ümumilikdə 20 manat pul vəsaiti müqabilində qanunsuz olaraq ümumi təmiz çəkisi 1,361 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib öz aralarında bölmüş, daşıyaraq saxlamış, 01 avqust 2023-cü il tarixdə saat 19:45 radələrində o və Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanının qarşısında dayandıqları zaman Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılıb ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilərək üzərlərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli şalvarın arxa, sağ cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,810 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,551 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdardan artıq miqdarda psixotrop maddə əldə etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 01 avqust 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində şəxsiyyəti istintaqa “Siqan” ləqəbi ilə məlum olan şəxsdən özünə məxsus 10 manat və ona məxsus 10 manat, ümumilikdə 20 manat pul vəsaiti müqabilində qanunsuz olaraq ümumi təmiz çəkisi 1,361 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib öz aralarında bölmüş, daşıyaraq saxlamış, 01 avqust 2023-cü il tarixdə saat 19:45 radələrində o və Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanının qarşısında dayandıqları zaman Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılıb ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilərək üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın arxa, sağ cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,810 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin, onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,551 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, camaat arasında “patı” kimi tanınan metamfetamindən istifadə edir. Zibilliklərdə və ya digər yerlərdə metal əşyaları yığıb satmaqla dolanışığını təmin etməyə çalışır. 01 avqust 2023-cü il tarixdə günorta saatlarında o və dostu Təqsirləndirilən şəxs2 “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən zibillikdən metal əşyalar yığmış və həmin əşyaları metrostansiyanın yaxınlığında metal qəbul edən şəxsə 20 manat müqabilində satmışlar. Həmin pulun 10 manatı onun, 10 manatı isə Eldarın olmuşdur. Hər ikisi metamfetamin istifadə etdikləri üçün həmin 20 manat pula metamfetamin almaq barədə razılığa gəlmişlər. Buna görə əvvəllər bir dəfə metamfetamin aldıqları “Siqan” ləqəbli şəxsin olduğu Sabunçu rayonuna getmişlər. Eldarla birlikdə həmin şəxsdən ümumilikdə 2 sellofan bükümdə metamfetamin almış və Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Ay İşığı” restoranının arxa hissəsində yerləşən Nizami rayonu, B.Çobanzadə küçəsindəki zibilliyin yaxınlığına getmişlər. Həmin bükümlərin biri onda, digəri Eldarda olmuşdur. Zibilliyin yaxınlığında adam çox olmadığı üçün orada rahat bir şəkildə psixotrop maddə istifadə etmək olmuşdur. Təxminən saat 19 radələrində B.Çobanzadə küçəsi 2 saylı ünvanın qarşısında o, cibindən istifadə edilməmiş, yəni içərisi boş halda olan şprisi və cibində gəzdirdiyi bıçağı çıxardıb metamfetamin qəbul etməyə hazırlaşmışdır. Həmin vaxt Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, əlində bıçaq və şpris olduğunu görüb onları polis şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 25-ci PŞ-nə getmişlər. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər, dövlət hesabına dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli şalvarının arxa sağ cibindən içərisində “patı” kimi tanıdığı metamfetamin olan 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmçinin, həmin vaxt şalvarının sol yan cibindən 01 ədəd bıçağı, gödəkçənin sol yan cibindən 01 ədəd şprisi çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilərkən üzərində olan gödəkçənin sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu aşkar edilmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş əşyalara baxış keçirilmişdir. Baxış zaman 1 ədəd selofan bağlamanın içərisində ağ rəngli maddə olan metamfetamin aşkar olunmuşdur. Aşkar edilmiş psixotrop maddə 01 ədəd zərfə, 01 ədəd bıçaq digər bir zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşı tərəfindən götürülmüşdür. Ondan metamfetamini haradan əldə etməyini soruşduqda o, həmin metamfetamini “Siqan” ləqəbli şəxsdən 10 manat müqabilində Sabunçu rayonunda aldığını demişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs daha sonra polislər tərəfindən incidilmədiyini, ona fiziki təzyiq olunmadığını göstərmiş, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, camaat arasında “patı” kimi tanınan metamfetamindən uzun müddətdir istifadə edir. Zibilliklərdə və ya digər yerlərdə metal əşyaları yığıb satmaqla dolanışığını təmin etməyə çalışır. 01 avqust 2023-cü il tarixdə günorta saatlarında o və dostu Təqsirləndirilən şəxs1 “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən zibillikdən metal əşyalar yığmış və həmin əşyaları metrostansiyanın yaxınlığında metal qəbul edən şəxsə 20 manat müqabilində satmışlar. Həmin pulun 10 manatı onun, 10 manatı isə Vüqarın olmuşdur. Onlar metamfetamin istifadəçisi olduqları üçün həmin 20 manat pula metamfetamin almaq barədə razılığa gəlmişlər. Buna görə əvvəllər bir dəfə metamfetamin aldıqları “Siqan” ləqəbli şəxsin Sabunçu rayonunda olduğu yerə getmişlər. Onlar həmin adamdan 2 sellofan bükümdə metamfetamin almış və Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Ay İşığı” restoranının arxa hissəsində yerləşən Nizami rayonu, B.Çobanzadə küçəsindəki zibbiliyin yaxınlığına getmişlər. Həmin bükümlərin biri onda, digəri Vüqarda qalmışdır. Zibilliyin yaxınlığında adam çox olmadığı üçün orada rahat bir şəkildə psixotrop maddə istifadə etmək olmuşdur. Təxminən saat 19 radələrində B.Çobanzadə küçəsi 2 saylı ünvanın qarşısında Vüqar cibindən istifadə edilməmiş, yəni içərisi boş halda olan şprisi və bıçağı çıxardıb metamfetamin qəbul etməyə hazırlaşmışdır. O da Vüqar istifadə edəndən sonra metamfetamin istifadə edəcəkdi. Həmin vaxt Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim etmiş, Vüqarın əlində bıçaq və şpris olduğunu görüb onları polis şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 25-cü PŞ-nə getmşlər. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər, daha sonra polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakları ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində “patı” kimi tanıdığı metamfetamin olan 01 ədəd sellofan bükümü təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş əşyalara baxış keçirilmişdir. Baxış zaman 1 ədəd selofan bağlama içərisində ağ rəngli maddə olan metamfetamin aşkar olunmuşdur. Aşkar edilmiş psixotrop maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşı tərəfindən götürülmüşdür. Ondan metamfetamini haradan əldə etdiyini soruşduqda o, həmin metamfetamini dostu Vüqarls birlikdə “Siqan” ləqəbli şəxsdən 10 manat müqabilində Sabunçu rayonunda aldığını demişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs daha sonra polislər tərəfindən incidilmədiyini, ona fiziki təzyiq edilmədiyini göstərmiş, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 01 avqust 2023-cü il tarixdə saat 19:45 radələində o, Nizami RPİ-nin PPXB-nün polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 1 ünvanının qarşısında iki nəfər şəxsdən birinin hasarın dibində əlində kəsici-deşici alət və şpris olduğunu görmüşlər, həmin şəxslərin narkotik vasitə istifadəçilərinə bənzəmələri və üzərlərində narkotik vasitə olması onlarda şübhə yaratdığı üçün həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin vaxt qeyd olunan şəxslərin anket məlumatları barədə şifahi sorğu-sual etdikdə həmin şəxslərin həqiqətən də narkotik vasitə istifadəçisinə bənzəmələri və üzərlərində narkotik vasitə olması onlarda şübhə yaratdığı üçün həmin şəxsləri Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxslər buna etiraz etməyib onlarla birlikdə 25-ci PŞ-nə getmişlər. Polis şöbəsində həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs1, digərinin Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 könüllü olaraq, həmin vaxt əynində olan qara rəngli şalvarının sağ arxa cibindən 1 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən bir ədəd üzərində “Stanless” sözləri yazılmış bıçağı və gödəkçəsinin sol yan cibindən 01 ədəd şprisi çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, özü istifadə etmək məqsədilə Sabunçu rayonu ərazisində aldığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi, içərisində psixotrop maddəyə bənzər, spesifik iyə malik olan maddə 01 ədəd büküm tərkibinin müəyyən edilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş və zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs1 və iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bıçaq və bir ədəd şpris sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair tərtib olunmuş protokol şübhəli şəxs Təqsirləndirilən şəxs1 və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. O, şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 həmin vaxt əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümün içərisində “patı” kimi tanığı psixotrop maddə metamfetamin olduğunu, özü istifadə etmək məqsədilə Sabunçu rayonu ərazisində aldığını və həmin psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi, içərisində psixotrop maddəyə bənzər, spesifik iyə malik olan maddə 01 ədəd büküm tərkibinin müəyyən edilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs2 və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair tərtib olunmuş protokol şübhəli şəxs Təqsirləndirilən şəxs2 və iştirakçılar tərəfindən imzalanmışdır. Tərəflərindən hər iki şübhəli şəxsə qarşı qanunsuz hərəkətlərə yol verilməmiş, təzyiq göstərilməmiş, həmin şəxslər özlərini səmimi apararaq əməllərini etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin postpatrul xidməti bölüyünün polis nəfərləri Şahid2 və Şahid3, Şahid1la eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 01 avqust 2023-cü il və 02 avqust 2023-cü il tarixli protokollardan görünür ki, 01 avqust 2023-cü il tarixdə saat 19:45-də Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılmış, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Şübhəli şəxsi bu haqda qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin vaxt əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 1 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən bir ədəd üzərində “Stainless” sözləri yazılmış bıçağı və gödəkçəsinin sol yan cibindən 01 ədəd şprisi çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu özü istifadə etmək məqsədilə Sabunçu rayonu ərazisində “Siqan” ləqəbli şəxsdən 10 manata aldığını, həmin maddədən istifadə etdiyini bildirmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi, içərisində psixotrop maddəyə bənzər, spesifik iyə malik olan maddəinin olduğu büküm tərkibinin müəyyən edilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri, həmçinin bu barədə tərtib olunmuş protokol şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınaraq diskə köçürülmüş videogörüntülərə 02 avqust 2023-cü il tarixdə çübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 24-25, 88) - 01 avqust 2023-cü il və 02 avqust 2023-cü il tarixli protokollardan görünür ki, 01 avqust 2023-cü il tarixdə saat 19:45-də Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılmış, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Şübhəli şəxsi bu haqda qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu özü istifadə etmək məqsədilə dostu Vüqarla bilrikdə Sabunçu rayonu ərazisində “Siqan” adlı şəxsdən 10 manata aldığını, həmin maddədən istifadə etdiyini bildirmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi, içərisində psixotrop maddəyə bənzər, spesifik iyə malik olan maddəinin olduğu büküm tərkibinin müəyyən edilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri, həmçinin bu barədə tərtib olunmuş protokol şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınaraq diskə köçürülmüş videogörüntülərə 02 avqust 2023-cü il tarixdə çübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 58-59, 93) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2023-cü il tarixli 3-16- 16/2-6/4108 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi, “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs1 - imza, iştirakçılar - dörd imza, Təhqiqatçı: B.Aslanov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,810 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,810 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,760 qram qalıq qalmışdır. (i.v. 66-69) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2023-cü il tarixli 3-16- 16/2-6/4109 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi, “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs2 - imza, iştirakçılar - iki imza, Təhqiqatçı: B.Aslanovimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,551 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,551 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,501 qram qalıq qalmışdır. (i.v. 71-74) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 17 avqust 2023-cü il tarixli 5275 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 171-172) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 17 avqust 2023-cü il tarixli 5277 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 173-174) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 02 avqust 2023-cü il tarixli 3-16- 16/2-3/1300 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir. (i.v. 175-178) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 3-16- 16/2-6/4393 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM “Tədqiqat Obyekti № 68” ştamp əksi “Ekspert rəyi N6/4108 Təqsirləndirilən şəxs1... yazısı və imza” yazı əlavəsi olan paketin içərisindəki 01 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və tərtkibindəki kimyəvi komponentlərinə görə üzərində “Ekspert rəyi N6/4109 Təqsirləndirilən şəxs2... yazısı və imza” yazı əlavəsi olan paketin içərisindəki 01 ədəd bükümdə olan metamfetaminlərlə eynidirlər. Qeyd: metamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 0,760 qram olmuş, tədqiqata 0,03 qram sərf edilmiş, 0,730 qram qalıq qalmışdır (Həsrətov), metamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 0,501 qram olmuş, tədqiqata 0,03 qram sərf edilmiş, 0,471 qram qalıq qalmışdır (Aslanov). (i.v. 179-182) - 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamlar dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərlərində olan psixotrop maddəni polis əməkdaşlarına təqdim etmələri Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddəni əldə etdikləri mənbənin müəyyən edilməsi mümkün olmadığından, cinayət işinin materiallarından həmin mənbəyə dair material ayrılmış və naməlum mənbənin müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan iki ədəd DVD disk sübut növü kimi tanınaraq iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 götürülmüş - təmiz çəkisi 0,810 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,730 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs2 götürülmüş - təmiz çəkisi 0,551 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,471 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 209-220) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19) - 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 53) - 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 126-128) - 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 129-131) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 132-135) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 135-136) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 85.3 və 69.4-cü maddələrinə əsasən qəti olaraq 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi hökmdən xaric edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 17 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 141-143) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 144) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir, o, məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Həsrətov X1 Eldar Abas oğlu onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onların barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış psixotrop maddələr məhv olunmalı, içərisində şəxsi axtarış və götürmələr zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; bundan başqa, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı aşkar edilib götürülmüş, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan üzərində “Stainless” yazısı həkk edilmiş 01 ədəd bıçaq və 01 ədəd boş tibbi şpris məhv edilməlidırlər; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalan 0,730 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalan 0,471 qram psixotrop maddə metamfetamin məhv edilsinlər, içərisində şəxsi axtarış və götürmələr zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı aşkar edilib götürülmüş, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan üzərində “Stainless” yazısı həkk edilmiş 01 ədəd bıçaq və 01 ədəd boş tibbi şpris məhv edilsinlər. Məhkəmə məsrəflərinə aid olan 202 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Məhkəmə məsrəflərinə aid olan 138 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı dövründə 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı dövründə 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-67/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-67/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver