Məhkəmə qərarları › İş №1(007)-674/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-674/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-674/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Nizami rayon İHB aparatı yanında X1 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Qanuni nümayəndə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): Təqsirləndirilən şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin (təqsirləndirilən şəxsin) müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1988-ci ünvan 1 kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs2 ona demədən evinin yaxınlığındakı marketə getməsi səbəbindən aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı qəsdən bir neçə dəfə yumruqla, daha sonra isə mətbəxdə tapdığı nar çubuğu ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazunun arxa səthinin hematoması, sol kürək və kürəkaltı nahiyələrin, sağ kürək nahiyəsinin, sol bazunun, sol budun, sol baldırın bayır səthlərinin qançırları, alnın sol yarısının sıyrığından ibarət bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuş, daha sonra qanunsuz hərəkətlərini davam etdirərək anasını ondan ayırmağa çalışmış qızı Zərərçəkmiş şəxs1 da bədəninin müxtəlif nahiyələrinə nar çubuğu ilə bir neçə dəfə qəsdən zərbələr vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol saidin arxa səthinin dərialtı hematoması, sağ çanaq sümüyü proyeksiyasının və sağ budun ön səthinin sıyırıqlarından ibarət bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində Gədəbəy rayonundan yaşadığı ünvan 2vanında yerləşən mənzilə gəlmiş, bu zaman arvadı Xanımın evdə olmadığını görmüş, bir müddət evdə onu gözləmiş, xeyli müddət keçdikdən sonra arvadı Zərərçəkmiş şəxs2 evə qayıtmış, o sonuncudan haradan gəldiyini, niyə ona heç bir şey söyləmədən harasa getdiyini soruşmuşduqda arvadı ona yaxınlıqda yerləşən marketə getdiyini, bunun üçün ondan icazə almalı olmadığını bildirmiş və bu zaman aralarında mübahisə yaranmışdır. O, evdə əsəbləşərək arvadının bədənin müxtəlif yerlərinə bir neçə dəfə yumruqla, daha sonra isə mətbəxdə tapdığı nar çubuğu ilə qəsdən zərbələr vuraraq xəsarətlər yetirmiş, həmin vaxt evdə o, arvadı və 14 yaşlı qızı Zərərçəkmiş şəxs1 olmuş, Xədicə anasını ondan uzaqlaşdırmaq istədikdə, o, əsəbiləşərək əlindəki nar çubuğu ilə qızının da bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurmuşdur. Hadisə baş verən zaman digər uşaqları həyətdə olmuşdur. Hadisə təxminən 4-5 dəqiqə davam etmiş, hadisənin başqa şahidi olmamışdır. Hazırda törətdiyi əməldən peşman olmasını qeyd edərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində bildrimişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildən çıxıb yaxınlıqda yerləşən marketə evə alış-veriş etmək üçün tək başına getmiş, saat 16:30 radələrində evə qayıdarkən yaşadığı binanın blokunda əri Təqsirləndirilən şəxs ilə qarşılaşmış, Talıb onun hardan gəldiyini, nə üçün icacəsiz çölə çıxdığını irad bildirərək mübahisə etməyə başlamış, o isə evə alış-veriş etmək üçün çıxdığını söyləmişdir. Daha sonra onlar birlikdə yaşadığı mənzilə daxil olduqda Talıb mübahisəsini davam etdirərək bir neçə dəfə yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonra isə evdə olan nar çubuğu ilə onu döyərək bədən xəsarətləri yetirmişdir. Həmin vaxt evdə olan 14 yaşlı qızı onu Talıbın əlindən qurtarmaq istədikdə Talıb nar çubuğu ilə qızının bədənin müxtəlif nahiyələrinə vuraraq bədən xəsarətləri yetirmiş, o, xx.xx.2023-cü il tarixdə atası X7 zəng vuraraq hadisə barədə məlumat vermiş, sonuncu isə həmin tarixdə 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Hadisə baş verən zaman evdə o, əri və 14 yaşlı qızı Zərərçəkmiş şəxs1 olmuş, digər 2 azyaşlı övladı isə həyətdə olmuşlar. Hadisə təxminən 4-5 dəqiqə davam etmiş, hadisə yerində o, əri və 14 yaşlı qızı Zərərçəkmiş şəxs1 başqa hadisənin şahidi olan kənar şəxs olmamışdır. Hazırda azyaşlı övladları və əri ilə yuxarıda qeyd olunan ünvanda birlikdə yaşamalarına baxmayaraq onunla barışmamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində bildrimişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs2 isə anasıdır. Həmçinin onun 2 azyaşlı bacı və qardaşı var. xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində yaşadığı ünvan 3 ünvanında olan zaman anası onu evdə qoyub yaxınlıqda yerləşən marketə evə alış-veriş etmək üçün tək başına getmiş, 16:30 radələrində atası anası ilə birlikdə mübahisə edə-edə evə daxil olmuş, atası bir neçə dəfə yumruqla anasının bədəninin müxtəlif nahiyələrinə qəsdən vurmuş, sonra isə evdə olan nar çubuğu ilə sonuncunu döyərək bədən xəsarətləri yetirmişdir. Həmin vaxt o, anasını atasının əlindən qurtarmaq istədikdə atası nar çubuğu ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq bədən xəsarətləri yetirmişdir. Hadisə baş verən zaman evdə o, atası və anası Zərərçəkmiş şəxs2 olmuş, digər 2 azyaşlı bacı və qardaşı isə həyətdə olmuşlar. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir, evdı o, atası və anası Zərərçəkmiş şəxs2 başqa heç kəs olmamışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli, 1113 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs2 aşkar olunmuş xəsarətlər sol bazunun arxa səthinin hematoması, sol kürək və kürəkaltı nahiyələrin, sağ kürək nahiyəsinin, sol bazunun, sol budun, sol baldırın bayır səthlərinin qançırları, alnın sol yarısının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə hematoma sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. X5 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli, 1114 №-li rəyinə əsasən X4 aşkar olunmuş xəsarətlər sol saidin arxa səthinin dərialtı hematoması, sağ çanaq sümüyü proyeksiyasının və sağ budun ön səthinin sıyırıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə hematoma sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələri və ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin törədilməsi Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ********* saylı cinayət işinə xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İş üzrə qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün faktiki icraya başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 114 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar