Məhkəmə qərarları › İş №1(007)-675/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-675/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-675/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxx 2005-ci ildə Astara rayonunun Ərçivan kəndində (hazırda Ərçivan qəsəbəsi) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olan və Zəngilan rayonu Cahangirbəyli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 iyun 2025-ci il tarixdə saat 01 radələrində kirayədə yaşadığı ünvan 1 ünvanına gəlib digər kirayəşinlərin mənzildə olmamasından istifadə edərək, yataq otağındakı masanın üzərindən onunla birlikdə kirayədə yaşayan Zərərçəkmiş şəxs məxsus, üzərində hər hansı aksessuarı, içərisində danışıq dəqiqələri və mobil nömrəsi olmayan 1200 manat dəyərində “iPhone 14 Pro” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. ünvan 1 ünvanında Zərərçəkmiş şəxs və qardaşının dostu olan İmran adlı şəxslə birlikdə kirayədə yaşamışdır. 28 iyun 2025-ci il tarixdə saat 01 radələrində şəhərdən evə qayıtmış, mənzilə girdikdən sonra evdə heç kimin olmadığını, İbrahimə məxsus “iPhone 14 Pro” markalı mobil telefonun yataq otağındakı masanın üzərində olduğunu görmüşdür. Bir neçə dəfə İbrahimə məxsus həmin mobil telefondan istifadə etmişdir. O, telefonu götürüb dərhal evdən çıxaraq tanışı Şahid1 yanına getmişdir. Telefonu Amosa 120 manata satmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Əməlindən peşmandır. Hal-hazırda işğaldan azad olunmuş Zəngilan rayonunda fəhlə işləyir. Bir daha cinayət əməli törətməyəcəyinə söz verir. Məhkəmədən barəsində nisbətən yüngül cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər Serbiyada fəhlə işləyərək yaşamışdır. Yenidən Serbiyaya getmək üçün viza sənədlərini hazırlamaq üçün təxminən 2 ay ünvan 2 ünvanında Təqsirləndirilən şəxs və İmran adlı tanışları ilə müvəqqəti kirayədə yaşamışdır. İmran onun uzun illərdir ki, dostudur. İltifatı isə yaxından tanımamışdır. İltifat İmranın tanışı olduğu üçün həmin evdə yaşamışdır. 28 iyun 2025-ci il tarixdə saat 01 radələrində özünə məxsus 1200 manat dəyərində “iPhone 14 Pro” markalı mobil telefonu yaşadığı mənzildə masanın üzərinə qoyaraq marketə getmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Təxminən 30 dəqiqə sonra evə qayıtdıqda telefonunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra İmran da evə gəlmişdir. Onlar birlikdə bütün evi axtarsalar da telefonu tapa bilməmişlər. Qapıbir qonşularının öz mənzilinin qapısına quraşdırdığı kamera görüntülərinə baxdıqda o, evdən çıxdıqdan sonra İltifatın evə gəlib girməsini, təxminən 5 dəqiqə sonra isə evdən çıxmasını müəyyən etmişdir. Daha sonra o, yenidən evə qayıtmışdır. Bundan başqa mənzilə heç kim daxil olmamış, qapı və ya pəncərələrə heç bir müdaxilə olmamışdır. Buna görə də telefonunun İltifat tərəfindən götürüldüyünə əmin olmuşdur. Bundan sonra baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Təhqiqat araşdırması zamanı qapı qonşusundan əldə etdiyi kamera görüntülərini təqdim etmişdir. Hadisə nəticəsində ona 1200 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2025-ci ilin iyun ayının 20-də İltifatla tanış olmuşdur. Amosla isə uşaq vaxtından dost olmuşlar. Amosla bir yerdə olan zaman İltifat Amosa “iPhone 14 Pro” markalı telefonu olduğunu və satmaq istədiyini bildirmişdir. Amosla İltifat aralarında razılaşdıqdan sonra Amos İltifata pul verib mobil telefonu almışdır. 01 iyul 2025-ci il tarixdə Amos İltifatdan aldığı telefonu o və Ömərlə birlikdə metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən telefon mağazasına satmışdır. Həmin vaxt Amosun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün telefonu onun şəxsiyyət vəsiqəsi ilə satmışlar. Amosun telefonu neçəyə satmağı barədə məlumatı yoxdur. Telefonun pulunu Amos özü götürmüş, telefonun satışından əldə etdiyi puldan ona heç nə verməmişdir. Telefonun oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, metronun “Neftçilər” stansiyasının yaxınlığında, R.Rüstəmov küçəsi 27 ünvanında yerləşən telefon alqı-satqısı mağazasını icarə əsasında işlədir. 01 iyul 2025-ci il tarixdə işlətdiyi mağazada olarkən 3 nəfər oğlan mağazaya yaxınlaşıb “iPhone” markalı mobil telefon göstərərək ehtiyat hissəsi kimi satmaq istədiklərini bildirmişlər. O, mobil telefona baxış keçirtmiş və telefonun açılmadığını görüb yalnız ehtiyat hissələrinin istifadə oluna biləcəyini demişdir. Telefona 400 manat pul verə biləcəyini bildirmiş, onunla razılaşmışlar. Bir nəfər adını bilmədiyi oğlan özünün şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demiş, yanında olan Elvin adlı şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Şahid2 şəxsiyyət vəsiqəsinin surətini çıxarıb mağazada olan qeydiyyat kitabında həmin telefonu almağı barədə qeydiyyat apardıqdan sonra oğlana 400 manat pul verib telefonu almışdır. Həmin oğlan şəxsiyyət vəsiqəsinin surətini çıxardığı vərəqdə telefonun oğurluq və girov olmadığı barədə qeydlər etmiş və imzalamışdır. Telefonu ehtiyat hissələrinə ayıraraq satmışdır. Təxminən 2-3 gün sonra polis əməkdaşları mağazaya gələrək həmin mobil telefonun cinayət yolu ilə əldə edildiyini bildirmişlər, o da telefonu aldığı şəxsin şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, təxminən 2025-ci ilin iyun ayının əvvəllərində Nizami rayonunda yerləşən “Bakcell” arena stadionunun yaxınlığında İltifat adlı şəxslə tanış olmuşdur. İltifat dostu Fəridin tanışı olmuşdur. O bir dəfə iyun ayının sonlarında İltifatla görüşən zaman iltifat ona “iPhone 14 Pro” markalı telefonunun olduğunu, ucuz qiymətə ona sata biləcəyini bildirmişdir. O, həmin telefona 280 manat pul verə biləcəyini bildirdikdə İltifat onunla razılaşmışdır. 28 iyun 2025-ci il tarixdə İltifata 230 manat pul verərək “iPhone 14 Pro” markalı telefonu almışdır. Təxminən 2 həftə ərzində yerdə qalan 50 manatı da İltifata ödəyəcəyinə söz vermişdir. 01 iyul 2025-ci il tarixdə Ömər və Elvin adlı dostları ilə birlikdə Nizami rayonunda metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən telefon alqısatqısı mağazasına getmişlər. Bu zaman onun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün telefonu dostu Elvinin şəxsiyyət vəsiqəsi ilə 390 manata satmışdır. Telefonun oğurluq olması barədə məlumatı olmamışdır. İltifat telefonun özünə məxsus olduğunu bildirmiş, kodsuz, yəni açıq vəziyyətdə ona satmışdır. Telefonun satışından əldə etdiyi puldan dostları Şahid2 və Şahid3 hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, yaşadığı ünvanın yaxınlığında İltifat adlı şəxslə tanış olmuşdur. İltifatla aralarında yaxın dostluq münasibəti olmamış, sadəcə yaxınlıqda yaşadıqları üçün əlaqələri olmuşdur. 28 iyun 2025-ci il tarixdə İltifat “iPhone 14 Pro” markalı mobil telefonu dostu Amosa satmışdır. 01 iyul 2025-ci il tarixdə dostu Amos və digər dostu Elvinlə birlikdə həmin telefonu Nizami rayonunda yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında telefon mağazasına satmışlar. Bu zaman Amosun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün telefonu Elvinin şəxsiyyət vəsiqəsini təqdim etməklə 390 manata satmışlar. Telefonun pulunu Amosun özü götürmüşdür. Telefonun oğurluq olması barədə məlumatı olmamışdır. İltifat telefonun özünə məxsus olduğunu bildirmiş, kodsuz, yəni açıq vəziyyətdə satmışdir. Amos telefonun satışından əldə etdiyi puldan dostu Şahid2 və ona hər hansı məbləğdə pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nə ünvanlanmış 28 iyun 2025-ci il tarixli ərizədən görünür ki, 28 iyun 2025-ci il tarixdə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanında masanın üzərinə qoyduğu “iPhone 14 Pro” markalı mobil telefon onunla birlikdə yaşayan İltifat adlı şəxs tərəfindən oğurlanmış və həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. - sübutların qiymətləndirilməsi haqqında 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd “DVD” formatlı disk sübut növü hesab edilmiş və cinayət işinə əlavə edilmişdir. - 01 ədəd diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanına daxil olmuş və təxminən 5 dəqiqə sonra mənzildən çıxmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 92.0.2-ci maddəsinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10 iyul 2025-ci il tarixli tələbnamədən, Astara Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 1(018)-9/2023 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli 1(106)-325/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 62 və 67.1-ci maddələrinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarı ilə Astara Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 62 və 66.5ci maddələrinə əsasən üzərində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 01 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və onunla barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 07 iyul 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Zəngilan rayonu Cahangirbəyli kəndini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zəngilan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cinayət işi üzrə sübut növü olan 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 220 manat (20x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyul 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Zəngilan rayonu Cahangirbəyli kəndində yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zəngilan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə sübut növü olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 220 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar