Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-68/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, X9 yataqxanasında məskunlaşmış, hal-hazırda cəza çəkən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əsədov X2 Xidmətin Müalicə Müəssisəsində Müalicə alan zaman «Cəzaçəkmə müəssisələrinin X11» ilə qadağan edilmiş əşya sayılan 1 ədəd “Samsung” markalı «GT-İ9082İ» modelli, «**********30069, **********30067» İMEİ kodlu mobil telefonu onunla eyni korpusda müalicə alan məhkum X1 əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş ********** №-li danışıq kartları vasitəsi ilə 21.11 2020-ci il tarixdən 21.01.2021-ci il tarixədək qardaşı Şahid6 istifadəsində olan ********** saylı, qeyri-rəsmi nikahda olduğu Şahid7 istifadəsində olan ********** saylı və Şahid5 istifadəsində olan ********** saylı mobil telefon nömrələrinə zənglər etməklə istifadə etmiş və 21 yanvar 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində müəssisə əməkdaşları tərəfindən müalicə aldığı korpusda keçirilmiş axtarış-baxış zamanı həmin qadağan edilmiş əşya daxilində danışıq kartı ilə birlikdə onunla eyni korpusda müalicə alan məhkum X3 yatdığı çarpayıda olan balışın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Saxlandığı Gəncə şəhər 2 saylı istintaq təcridxanasından 24.10.2020-ci il tarixdə müalicə olunmaq üçün PX-nin Müalicə Müəssisəsinə gətirilmişdir. 21 yanvar 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində müəssisə əməkdaşları hal şahidlərin iştirakı ilə müalicə aldığı korpusda axtarış keçirilərkən, müəssisədə müalicə olunan məhkum yoldaşı X3 yatdğı çarpayıda olan balışın üzlüyünün içərisindən bir ədəd “Samsunq Duos” markalı ağ rəngli mobil telefon aşkar edilərək götürülmüşdür. Telefon aşkar edildikdən sonra V.Allahverdiyev cəzasının az qaldığını, işinin məhkəmədə olduğunu, mobil telefonla bağlı cinayət məsuliyyətinə cəlb edildikdə cəzasının ağırlaşacağını bildirərək, mobil telefonu üzərinə götürməyi ondan xahiş etmişdir. V.Allahverdiyevlə razılaşaraq mobil telefonun ona məxsus olduğunu və qardaşı Şahid6 yoxlamadan gizlədərək ona keçirməsi barədə ilkin izahat vermişdir. Əslində qardaşı Şahid6 mobil telefondan xəbəri yoxdur. 2 saylı istintaq təcridxanasında və Müalicə müəssisəsində qardaşı Şahid6la görüşərkən pandemiya ilə əlaqədar şüşə arxasında görüşmüşlər və heç bir yaxın təması olmamışdır. V.Allahverdiyevin onu aldatdığını sonradan başa düşərək həqiqəti danışmaq qərarına gəlmişdir. Həmin mobil telefon aparatı V.Allahverdiyevə məxsus olmuşdur. Həmin mobil telefondan istifadə edərək qardaşı Şahid6 istifadəsində olan ********** saylı, qeyri-rəsmi həyat yoldaşı olan Şahid7 istifadəsində olan ********** saylı və Şahid5 istifadəsində olan ********** saylı nömrələrlə əlaqə saxlayaraq sonuncularla danışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadəsini dinləyib, cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin təkliflərini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsinə baxmayaraq onun törətmiş olduğu cinayət əməli iş üzrə toplanmış sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 yanvar 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində hal şahidlərinin iştirakı ilə müəssisənin inzibati bölməsində müalicə olunan X3 yatdığı çarpayıda olan balışın içərisindən daxilindən bir ədəd danışıq kartı olan mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. X10 ilikin izahatında həmin mobil telefon aparatının məhkum Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin mobil telefondan istifadə etməklə ailə üzvüləri ilə əlaqə saxladığını bildirmişdir. İzahatı alınmış məhkum Təqsirləndirilən şəxs həmin mobil telefon aparatının ona məxsus olduğunu və qardaşı Şahid6 tərəfindən gizli yolla axtarışdan yayınaraq müəssisəyə keçirildiyini bildirmişdir. Mobil telefon V.Allahverdiyevin, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə xüsusi zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahidlər - Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6 və Şahid7 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 21.01.2021-ci il tarixli protokolundan görünür ki, 21 yanvar 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində, 9 saylı cəzaçəkmə müəssisəsindən X5 bölməsinə “Sol tərəfli böyrək sancısı” diaqnozu ilə daxil olmuş, Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.4, 310, 32.4, 312.2, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum X3 yatdığı çarpayıda olan balışın içərisindən daxilində bir ədəd danışıq kartı olan mobil telefon aparatı aşkar edilərək götürülmüş, qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar əməkdaşların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək götürülmüş mobil telefon qablaşdırılaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan kompyuter-texniki ekspertizasının 08 fevral 2021-ci il tarixli "5/89” nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş daxilində bır ədəd SİM tipli danışıq kartı olan həssas təzyiqlə (touchscreen) çalışan bir ədəd “Samsung" markalı, «GT-İ9082İ» modelli, «**********30069. **********30067» İMEİ kodlu mobil telefon halhazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Həmçinin SMS mesajlar, zənglər, kontaklar, məlumat ilə fayıllar (foto, video, audio), WhatsApp proqram tədbiqi ilə aparılmış yazışmalar müəyyən edilmiş və həmin məlumatlar DVD diskə köçürülərək rəyə əlavə edilmişdir. İş materiallarında olan və "xxxx" MMC-dən alınmış 09 mart 2021-ci il tarixli “İ7- 4718'" nömrəli, həmçinin "xxxx" MMC-dən alınmış 17 fevral 2021-ci il tarixli “BKC/LGL- 3769/21" nömrəli və 17 fevral 2021-ci il tarixli “BKC/LGL-3772/21" nömrəli məktublardan və disklərdən edilmiş çıxarışlardan görünür ki, məhkum Təqsirləndirilən şəxs müalicə alması üçün gətirildiyi müəssisədə onunla eyni korpusda müalicə alan məhkum X1 əldə etdiyi bir ədəd “Samsung” markalı, «GT-İ9082İ» modelli, «**********30069, **********30067» İMEİ kodlu mobil telefon aparatında ********** saylı GSM danışıq kartından istifadə edərək 21.11.2020-ci il tarixdən 21.01.2021-ci il tarixədək müxtəlif vaxtlarda ********** saylı, ********** saylı və ********** saylı mobil telefon nömrələrinə zənglər etməsi barədə məlumatlar vardır. İş materiallarında olan 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, “Samsung” markalı «GT-İ9082İ» modelli «**********30069, **********30067» İMEİ kodlu mobil telefon aparatı və daxilində olan bir ədəd "xxxx" GSM kartı maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X8 təsdiq edilməsi barədə 29.12.2011-ci il tarixli 7 N №-li Kollegiya qərarının 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və Penitensiar Xidmətin Müalicə Müəssisəsindən verilmiş xasiyyətnamədə, məhkum Təqsirləndirilən şəxs müsbət tərəfdən xarakterizə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 09 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda hökmdən görünür ki, iş üzrə maddi sübut “Samsung” markalı «GT- İ9082İ» modelli «**********30069, **********30067» İMEİ kodlu mobil telefon və 01 ədəd "xxxx" GSM kartı dövlət nəfinə müsadirə edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir (CM-nin 15-ci maddəsi). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yeni hökm üzrə təyin ediləcək cəzaya Ağcabədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli qərarı nəzərə alınmaqla qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü üzə çəkilməmiş cəzası, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli qərarı nəzərə alınmaqla 1 il 21 gün təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “Samsung” markalı «GT-İ9082İ» modelli «**********30069, **********30067» İMEİ kodlu mobil telefonun və 01 ədəd "xxxx" GSM kartın Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə dövlət nəfinə müsadirə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – ekpertiza rəyinə əlavə edilmiş bir ədəd disk, “Azercell Telekom" MMC-dən alınmış 01 fevral 2021-ci il tarixli “2088” nömrəli və 09 mart 2021-ci il tarixli “İ7-4718" nömrəli, "xxxx" MMC-dən alınmış 09 fevral 2021-ci il tarixli “BKC/LGL-3113/21" nömrəli, 17 fevral 2021-ci il tarixli '‘BKC/LGL-3769/21” nömrəli və 17 fevral 2021-ci il tarixli “BKC/LGL-3772/21” nömrəli məktublara əlavə edilmiş 06 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən etmir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi 30 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X6 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, yeni hökm üzrə təyin olunmuş cəzaya Ağcabədi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut “Samsung” markalı «GT-İ9082İ» modelli «**********30069, **********30067» İMEİ kodlu mobil telefonun və 01 ədəd "xxxx" GSM kartın Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar - 06 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X6 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 (yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-68/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-68/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver