Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-69/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X16 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – X1 iştirakları ilə, təqsirləndirilən şəxs- 15 avqust 1975-ci ildə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 04 ilə endirilmiş, 11 noyabr 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, İmişli rayonu Hacıalmuradlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, 14 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 sentyabr 2023cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs4 özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs4 övladı Şahid9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs4 25 dekabr 2021-ci il tarixdə Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən “Fədək” ailəvi istirahət mərkəzində 11000 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs4 bacısı X4 vasitəsilə göndərdiyi 600 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs4 ünvan 2 ünvanda yerləşən “Araz” Supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" ASC-yə aid 4169 7413 3155 0325 nömrəli kart hesabına göndərdiyi və ünvan 3 ünvanda yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığında quraşdırılmış bankomatlardan birindən çıxartdığı 400 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs4 məxsus 12000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X3 təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə elmə yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətində əvvəlki iş yerinə, yəni təsərrüfat şöbəsində briqadir vəzifəsinə işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla sonuncudan 2022-ci ilin may ayının sonlarından ünvan 4 ünvanda yerləşən “Maklerlər” adı ilə tanınan parkda 1500 manat, bundan başqa Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirməklə sonuncunun əri Şahid1 dövlət tərəfindən verilmiş pensiyanın bərpa edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 2022-ci ilin iyun ayının ortalarında ünvan 4 ünvanda yerləşən “Maklerlər” adı ilə tanınan parkda 2500 manat, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X3 təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs2 əlilliklə bağlı pensiya düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla sonuncudan 24 noyabr 2022-ci il tarixdə, günorta saatlarında ünvan 5 ünvanda yerləşən 6 saylı Vəkil Bürosunun qarşısında 2000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X3 təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs3 özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs3 müddəti bitmiş əlilliyin müddətini bərpa etdirib ona pensiya düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs3 18 dekabr 2022-ci il tarixdə, səhər saatlarında ünvan 3 ünvanda yerləşən metronun “Qara Qarayev” stansiyasının çıxışında 1500 manat, 21 dekabr 2022-ci il tarixdə, səhər saatlarında ünvan 6 ünvanda yerləşən metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışında 1000 manat, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 2500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə təqsirləndirilən şəxs X2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs4 oğlu Şahid9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyi adı ilə ondan müxtəlif vaxtlarda 11000 manat, 600 manat və 400 manat olmaqla, ümumilikdə 12000 manat məbləğində pul almışdır. X6 işə düzəltməyə köməklik etmək səlahiyyəti olmamışdır. Zenfiradan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 onu "xxxx" Qapalı Səhmdar Cəmiyyətində əvvəlki iş yerinə, yəni təsərrüfat şöbəsində briqadir vəzifəsinə işə bərpa etdirəcəyi adı ilə 1500 manat və onun əri Şahid1 dövlət tərəfindən verilmiş pensiyaü bərpa etdirəcəyi adı ilə 2500 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində pul almışdır. Verdiyi vədinə əməl etməmiş, aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 əlilliklə bağlı pensiya düzəldəcəyi adı ilə ondan 3500 manat pul istəmiş, Cəbrail isə ona 2000 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 aldığı pulları xərcləmiş və maddi imkanı olmadığından qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 müddəti bitmiş əlilliyin müddətini bərpa etdirib ona pensiya düzəldəcəyi adı ilə müxtəlif vaxtlarda 1500 manat və 1000 manat olmaqla, ümumilikdə 2500 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs3 aldığı pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Azadlığa çıxıb ziyanı ödəməsi üçün ona vaxt verilməsini xahiş edir. X1 qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Sahib Rüstəmovu təxminən 2021-ci ilin dekabr ayından tanıyır. Oğlu Şahid9 işə düzəltmək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Saatlı rayon X5 işləyən Şahid6 müraciət etmişdir. Fəridlə danışdıqdan sonra oğlunun sənədlərini və 7500 manat pul hazırlayıb Fəridlə əlaqə saxlamışdır. Təxminən 2021-ci ilin dekabr ayında 7500 manat pulu Fəridə vermişdir. Bir müddət sonra Sahib onlarla əlaqə saxlamış, oğlu Murtuzun işi barədə danışmış və ona Saatlı şəhər sakini Şahid7 şəxsiyyət vəsiqəsinin kserosurətini göndərmişdir. O da Elvinin şəxsiyyət vəsiqəsinin kserosurətini gördükdən sonra Fəridə zəng edərək verdiyi 7500 manat pulu geri tələb etmiş, Fərid 7500 manat pulu gətirib ona qaytarmışdır. Bundan sonra Sahiblə mütəmadi olaraq əlaqə saxlayaraq Murtuzun işlərini düzəltmək barədə danışmağa başlamışdır. Sahiblə mobil telefon vasitəsilə əlaqə saxlayarkən 10000 manat pulu Murtuzun işini düzəltmək üçün alacağını və müəyyən şəxslərə verəcəyini, 1000 manat pulu isə özünə zəhmət haqqı kimi götürəcəyini demişdir. O, Sahibin dediyi ilə razılaşmışdır. 25 dekabr 2021-ci il tarixdə oğlu Murtuz, kürəkəni Orxan və kürəkəninin atası Umudla birlikdə “Fədək” ailəvi istirahət mərkəzinə getmiş, orada Sahiblə görüşüb 11000 manat pulu ona vermişdir. Sahib ona 6 ay ərzində oğlu Murtuzun işlərini düzəldəcəyini demişdir. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Sahib onun mobil telefon nömrəsinə zəng edərək sənədləri hazırladığını və sənədlərin təsdiqlənməsi üçün əlavə olaraq 1000 manat pulun lazım olduğunu demişdir. O, Sahibə əlavə pulunun olmadığını desə də sonra məcbur qalıb bacısı Rəfiqənin mobil telefon nömrəsinə zəng edərək Sahibə 600 manat pul verməsini xahiş etmişdir. Bacısı Rəfiqə ona zəng edərək metronun “Neftçilər” stansiyasının yaxınlığında Sahibə 600 manat pul verdiyini demişdir. Sahib yenidən onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq yerdə qalan 400 manat pulu da göndərməsini demişdir. O, səhərisi gün “Milliön” ödəmə terminalı vasitəsilə Sahibin plastik hesab kartına 400 manat pul göndərmişdir. Sahib oğlu Murtuzun işlərini düzəldəcəyini və bir neçə ay müddətində X9 Nazirliyində işə çıxacağını demişdir. Bir müddət sonra Sahibin onun oğlunu işə düzəltmədiyini görüb aldadıldığını başa düşmüş, ondan pulunu geri tələb etdikdə Sahib hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Sahib Rüstəmova qarşı şikayətçidir və onun ciddi cəzalanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2006-cı ildən 2017-ci ilədək “Azərbaycan X15” QSC-nin təsərrüfat şöbəsində briqadir vəzifəsində işləmişdir. 2017-ci ildə “X15” QSC-nin təsərrüfat şöbəsində onun briqadir vəzifəsində əmək fəaliyyətinə xitam verildiyindən, həmin ildən “Xəzər” Universitetində xadiməçi olaraq işə başlamışdır. Şahid2ı həmin universitetdə işlədiyi müddətdə tanımışdır. Baharla söhbət edən zaman ona “X15” QSCnin təsərrüfat şöbəsində briqadir vəzifəsində işlədiyini və sonradan oradan işdən çıxarıldığını bildirmişdir. Həmçinin Bahara əri Şahid1 səhhəti ilə əlaqədar pensiyasının da kəsildiyini dedikdə Bahar ona tanışı olduğunu, Rəcəbin pensiyasını bərpa etdirə biləcəyini demişdir. O isə buna ehtiyacının olmadığını demişdir. Aralarında olan söhbətdən 1-2 gün keçdikdən sonra evdə olan zaman istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı 1 nəfər şəxs zəng etmişdir. Telefona cavab verdikdə həmin şəxs özünü Baharın tanışı kimi təqdim edərək ərinin kəsilmiş pensiyasını bərpa etdirməyə köməklik edə biləcəyini demişdir. O həmin şəxsə narazılığını bildirmiş, ona zəng etməməsini tapşırmışdır. Həmin şəxs isə bundan sonra bir neçə dəfə ona zəng etmiş, o hər dəfə onu narahat etməməsini bildirmişdir. 2022-ci ilin fevral ayının xatırlamadığı günündə bir nəfər şəxs ona zəng etmiş, “Xəzər” Universitetinin qarşısında olduğunu demiş və onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. O ilk əvvəl həmin şəxsin səsini qadın səsinə bənzətdiyi üçün bayıra çıxmış, bu zaman Rüstəmov Sahib yaxınlaşaraq ona zəng edən şəxs olduğunu bildirmişdir. Rüstəm ona əri Rəcəbin dayandırılmış pensiyasını bərpa edə biləcəyini demişdir. O həmin şəxsə baxaraq demişdir ki, “sənin dişlərin belə yoxdur, sən nə iş düzəldə bilərsən axı?!”. Rüstəm onu inandırıb razı salmışdır. Sonra Rüstəm onu “X15” QSC-də işinə bərpa edə biləcəyini bildirmişdir. Rüstəmlə razılaşmışdır. Sahib ərinə və özünə məxsus sənədlərini hazırlayıb ona verməsini bildirmişdir. O da bir neçə gün sonra sənədlərin surətlərini hazırlamış və Sahiblə “Xəzər” Universitetinin qarşısında görüşüb ona vermişdir. Sahibə ondan 4000 manat pul istəmişdir. 2022-ci ilin may ayının sonlarında Nizami rayonu ərazisində yerləşən “Maklerlər” parkında Sahiblə görüşərək onu işə bərpa etmək üçün 1500 manat pul vermişdir. Daha sonra 2022-ci ilin iyun ayının ortalarında yenidən həmin ünvanda Sahiblə görüşmüş və ona ərinin kəsilmiş pensiyasının bərpa edilməsi üçün 2500 manat pul vermişdir. Sahib ondan pulu alaraq təxminən 2 ay ərzində işləri həll edəcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, Sahibi görə bilməmiş, hər dəfə Sahibə zəng edib işin nə yerdə olduğunu soruşanda ona müxtəlif bəhanələr gətirərək yaxın zamanlarda işin həll olunacağını bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Sahib Rüstəmova qarşı şikayətçidir və onun ciddi cəzalanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ Müharibəsi iştirakçısıdır, müharibədə yaralansa da ona əlillik dərəcəsi verilmədiyindən pensiya ala bilməmişdir. Söhbət əsnasında bu barədə yeznəsi Şahid3 demişdir. Şahin ona Sahib adlı tanışı olduğunu, Sahibin onun işlərini düzəldə biləcəyini bildirmişdir. Şahin mobil telefon nömrəsi ilə Sahiblə danışaraq ona köməklik etməsini xahiş etmiş, sonra Şahin Sahibin mobil telefon nömrəsini ona vermişdir. Təxminən 3-4 gün keçəndən sonra Sahibə zəng vurub danışmışdır. 24 noyabr 2022-ci il tarixdə Sahiblə 6 saylı Vəkil Bürosunun qarşısında görüşmüşdür. Sahibdən onun üçün əlillik dərəcəsi almağında köməklik etməsini xahiş etmiş, Sahib həmin işin həll olunması ilə bağlı ondan 3500 manat pul istəmiş və işin 72 gün ərzində həll olunacağını bildirmişdir. Ona üstündə 2000 manat pulunun olduğunu, pulun qalan hissəsini isə iş həll olunduqdan sonra verə biləcəyini demişdir. Sahib onunla razılaşmış, həmin vaxt ona 2000 manat pul vermişdir. Sahib Rüstəmovun ona söz verdiyi 72 gün vaxt keçəndən sonra Sahiblə telefon əlaqəsi saxlayarkən müxtəlif bəhanələrlə onu aldatmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Sahib Rüstəmova qarşı şikayətçidir və ona layiqli cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ Müharibəsi iştirakçısıdır və həmin müharibədə yaralandığı üçün ona 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş və hər ay dövlətdən 520 manat pensiya almışdır. 2022-ci ilin avqust ayında onun 5 il əlillik müddəti bitmiş və əlillik müddətinin artırılması üçün o yenidən gedib həkim komissiyasından keçmişdir. Oradan ona əlillik müddətinin artırılması üçün 6 ay xəstəxanada yatmalı olduğunu bildirmişlər. O da bu barədə tanışı Zərərçəkmiş şəxs2 danışdıqda, Cəbrail ona Rüstəmov Sahib adlı tanışının olduğunu, pensiya məsələsinin həll edilməsində köməklik göstərə biləcəyini demişdir. Cəbrail Sahibin mobil telefon nömrəsini ona vermişdir. O, 18 dekabr 2022-ci il tarixdə Sahib Rüstəmova zəng edib danışmış, Sahibə əlilliyə görə dayandırılmış pensiyasının bərpa edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Sahib isə ona köməklik edəcəyinə söz vermiş və bu işin həll edilməsi üçün 3500 manat pulun lazım olduğunu demişdir. O, Sahiblə razılaşmışdır. Həmin gün metronun “Qara Qarayev” stansiyasının çıxışında Sahiblə görüşmüş və əvvəlcədən danışdıqları kimi sənədlərinin kserosurətlərini və 1500 manat pulu ona vermişdir. Təxminən bir neçə gün sonra Sahib ona zəng edib sənədlərini və pulu verdiyini, işinin düzəldiyini, təcili 1000 manat pulu çatdırmasını bildirmişdir. O, 1000 manat pul düzəldib metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında Sahiblə görüşüb pulu ona vermişdir. Bir neçə gün sonra Sahibə ona zəng edib işin nə yerdə olduğunu soruşduqda Sahib 72 gün tamam olan kimi hər şeyin hazır olacağını bildirmişdir. 72 gün keçəndən sonra o, Sahibə zəng etmiş, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Sahib Rüstəmova qarşı şikayəti vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sahib Rüstəmovla 2022-ci ilin sentyabr ayında Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olan zaman tanış olmuşdur. Sahib Rüstəmov yaxın qohumunun X8 işlədiyini deyib mobil telefon nömrəsini ona verərək, çətinliyi olacağı təqdirdə ona köməklik göstərəcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayında qaynı Zərərçəkmiş şəxs2la söhbət edərkən Cəbrail pensiya almaq üçün əlillik dərəcəsini ala bilmədiyini demişdir. O, qaynı X14 adlı tanışının olduğunu, onunla danışıb maraqlanmağını məsləhət bilmiş və Sahibin mobil telefon nömrəsini ona vermişdir. Təxminən 15 gün keçəndən sonra Cəbrail ona zəng edib metronun “20 Yanvar” stansiyasının yaxınlığında Sahiblə bir yerdə olduğunu bildirərək onu həmin yerə dəvət etmiş, o da onların olduqları yerə getmişdir. Sahiblə Cəbrail öz aralarında danışıb razılığa gəlmişlər. Cəbrailin Sahibə nə qədər pul verdiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid9 Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəllərində bacısı Zenfıra Hüseynova zəng edərək Sahib adlı şəxsin onunla əlaqə saxlayacağını və onun əvəzinə Sahibə 600 manat pul verməsini xahiş etmiş, o da razılaşmışdır. Sahiblə metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşüb 600 manat pulu ona vermişdir. Sahib Rüstəmov bacısı oğlu Şahid9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə yalan vəd verib bacısı Zenfıra Hüseynovanı aldadaraq onun ümumilikdə 12000 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xəzər Universitetində xadimə işləyir. Orada işlədiyi müddətdə Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Söhbət zamanı Rəna ona “X15” QSC-nin təsərrüfat şöbəsində briqadir vəzifəsində işlədiyini, sonradan oradan işdən çıxarıldığını, əri Şahid1 səhhəti ilə əlaqədar pensiyasının da kəsildiyini demişdir. O, vəfat edən əri İlhamın tanışı X1 pensiya və işə düzəltmə işi ilə məşğul olduğunu, ona köməklik edə biləcəyini demişdir. O, Sahibin mobil telefon nömrəsini Rənaya vermişdir. X11 görüşdüyünü, "xxxx" QSC-yə işə bərpa edilməsi və əri Şahid1 səhhəti ilə əlaqədar dayandırılmış pensiyasının bərpa olunması üçün Sahibə 4000 manat pul verdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 oğlu Şahid9 rəsmi olaraq heç bir yerdə işləmədiyindən Zenfira onu dövlət orqanlarında işə düzəltmək istəmişdir. Zenfira oğlunu işə düzəltməklə bağlı ona müraciət edəndə o, tanışı ilə danışacağını və bundan sonra konkret olaraq bir söz deyəcəyini bildirmişdir. O, iş yoldaşı Şahid7 müraciət etmiş və Zenfiranın oğlu Murtuzu işə düzəltməsində köməklik etməsini xahiş etmişdir. Elvin ona tanışının olduğunu, həmin şəxslə maraqlanacağını və bundan sonra ona konkret bir söz deyəcəyini bildirmişdir. Elvin bir müddət sonra ona tanışı ilə əlaqə saxlayaraq danışdığını, Murtuzu 15000 manat pul müqabilində işə düzəldə biləcəyini və həmin şəxsin sənədlərini hazır etməsini demişdir. Təxminən 2021-ci ilin dekabr ayında Zenfira onunla əlaqə saxlayaraq anası Şərəf Hüseynovanın yaşadığı evə getməsini xahiş etmişdir. O, Zenfiranın dediyi ünvana getmiş, Zenfira orada ona 7500 manat pul və oğlu Murtuzun sənədlərini təqdim etmişdir. Zenfiradan aldığı 7500 manat pulu və Murtuzun sənədlərinin kserosurətlərini Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Xan bağı” restoranının yaxınlığında Elvinə vermişdir. Təxminən 1-2 gün keçəndən sonra Zenfira onun mobil telefon nömrəsinə zəng edərək işin düzəlmədiyini demiş və verdiyi 7500 manat pulu geri istəmişdir. O, Elvinlə əlaqə saxlayaraq sənədləri və verdiyi 7500 manat pulu geri tələb etmişdir. Elvin 7500 manat pulu və Murtuzun sənədlərini ona vermiş, o da həmin pulu və sənədləri Zenfiraya qaytarmışdır. X10 Rüstəmovla əlaqə saxlayaraq danışdığını, ona 12000 manat pul verdiyini, Sahibin Zenfiranı aldatdığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayında iş yoldaşı Şahid6 ona müraciət edərək tanışı olduğunu, oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini və kömək etməsini xahiş etmişdir. O, Fəridə tanışı ilə maraqlanacağını və bundan sonra ona konkret olaraq bir söz deyəcəyini bildirmişdir. Tanışı Mirkazıma bu barədə dedikdə o, Sahib adlı şəxsin olduğunu və onun həmin şəxsi işə düzəldə biləcəyini demişdir. Ondan Sahibin mobil telefon nömrəsini almış və Sahiblə danışmışdır. Sahib həmin şəxsi 15000 manat pul müqabilində işə düzəldə biləcəyini deyib sənədlərin kserosurətlərini toplamağını, həmçinin ilk olaraq 7500 manat pul və sənədlərin kserosurətlərini ona verməsini demişdir. O da Fəridlə əlaqə saxlayaraq Sahibin dediklərini ona danışmışdır. Təxminən 2021-ci ilin dekabr ayında Fərid Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Xan bağı” restoranının yaxınlığında onunla görüşərək 7500 manat pulu və Şahid9 sənədlərinin kserosurətlərini ona vermişdir. O da həmin gün Bakı şəhərinə getmiş və metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Sahib Rüstəmovla görüşmüşdür. Sahib onunla Murtuzun işi barədə danışaraq sənədlərin kserosurətlərini və pulu istəmişdir. O, Murtuzun sənədlərinin kserosurətlərini Sahibə versə də, 7500 manat pulu ona verməmişdir. Sahib ondan pulu istəyərkən ondan şübhələndiyindən, pulu notarial qaydada verəcəyini demişdir. Sahib israrla ondan həmin pulu istəsə də o, pulu Sahibə verməyərək Saatlı şəhərinə qayıtmışdır. İşdə olarkən Fərid zəng edərək Zenfiranın oğlu Murtuzun sənədlərini və verdiyi 7500 manat pulu geri istədiyini bildirmişdir. O, Fəridlə görüşərək 7500 manat pulu və Murtuzun sənədlərini ona qaytarmışdır. Sonradan eşitmişdir ki, X12 aldadaraq 12000 manat pulunu almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanlanmış 17 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, əvvəllər briqadir vəzifəsində işlədiyi "xxxx" QSC-də işə bərpa etməsi məqsədi ilə, eyni zamanda həyat yoldaşı Şahid1 dövlət tərəfindən kəsilmiş pensiyasını bərpa etmək məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında Rüstəmov Sahib kimi tanıdığı şəxsə Nizami rayonu ərazisində yerləşən “Makler parkı” adlanan ərazidə ümumilikdə 4000 manat pul versə də, həmin şəxs vədinə əməl etməyərək onu aldatmışdır. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs4 tərəfindən Saatlı RPŞ-yə ünvanlanmış 04 aprel 2023-cü il tarixli ərizədən görünür ki, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında X3 onun oğlu Şahid9 FHN-də işə düzəldəcəyi adı ilə 12000 manat pulunu alaraq aldadıb ona qarşı dələduzluq etmişdir. Sahib Rüstəmovun cinayət məsuliyyətinə cəlb olunmasını və pulunun ondan alınaraq qaytarılmasına kömək göstərilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə ünvanlanmış 29 aprel 2023-cü il tarixli ərizədən görünür ki, 24 noyabr 2022-ci ildə günorta radələrində yeznəsi Şahinin vasitəsi ilə tanış olduğu Sahib adlı şəxsə əlillik ilə bağlı pensiya düzəlməsi üçün 2000 manat verdikdən sonra bir daha həmin şəxslə əlaqə saxlaya bilməmişdir. - Zərərçəkmiş şəxs3 tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanlanmış 17 may 2023-cü il tarixli ərizədən görünür ki, 2022-ci ilin dekabr ayının 18də X3 onun üçün əlillik sənədlərini düzəldəcəyini vəd edərək ondan 2500 manat pul almış, lakin vədinə əməl etməyərək onu aldatmışdır. X1 cinayət məsuliyyətinə cəlb olunmasını və pulunun ondan alınaraq qaytarılmasına kömək göstərilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. X1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxs X2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən X1 törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 07 oktyabr 2023-cü il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 may 2017-ci il tarixli 1(101)-640/2017 saylı hökmündən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarından görünür ki, X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə əməli CMnin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 04 ilə endirilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli 3-16-17/43/2-242/2023 saylı məktubdan görünür ki, X3 24 sentyabr 2019-cu il tarixdə 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qəbul edilmiş və 11 noyabr 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün cəzadan azad olunaraq müəssisənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi X1 cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə, X1 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X1 məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə X1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən X1 12 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək 1 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs X3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, X1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 14 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış fiziki şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 44 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 264 manat (44x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 12 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək 1 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X3 təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs X2 44 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 264 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-69/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-69/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver