Məhkəmə qərarları › İş №1(007)-7/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-7/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-7/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli qəsəbəsi, Müdafiəçi küçəsi, ev 105, mənzil 16 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, ünvan 1 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) xx.xx.2013-cü il tarixli 140.1/K nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 2016-cı ilin fevral ayının 25-dən iyun ayının 20-nə kimi olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 44.429 manat 71 qəpik məbləğində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 25 fevral 2016-cı il tarixədək 3.552 manat 93 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 40.043 manat 29 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, ona təhkim edilmiş 1389 saylı mal anbarında olan 3.952 manat 31 qəpik dəyərində mallardan 3.406 manat 98 qəpik dəyərində mallar MMC-nin anbarına təhvil verilmiş, öhdəsində olan ümumilikdə 7.939 manat 35 qəpik dəyərində mallardan 1.544 manat 19 qəpik dəyərində mallar ticarət obyektlərində qalıq qalmış, həmin malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 6.940 manat 49 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, göstərdi ki, Zərərçəkmiş şəxsndə satış təmsilçisi vəzifəsinə rəsmi qaydada təyin olunmuş, onunla rəsmi qaydada əmək və tam maddi məsuliyyət barədə müqavilələr bağlanılmışdır. MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirilən və özlərinin istehsal etdiyi qida məhsullarının ölkə ərazisində satışını həyata keçirmək olmuşdur. Satış təmsilçisi kimi vəzifəsi özü tapdığı və MMC." tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini ona təhkim olunan terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişləri MMC-nin anbarından qəbul edib ticarət obyektlərinə çatdırmaq, bundan sonra isə həmin ticarət obyektlərində məhsullar satıldıqca pullarını toplayıb, gətirib MMC-nin xəzinəsinə ödəmək olmuşdur. Sifarişi ona təhkim edilmiş terminal vasitəsilə "xxxx" MMC-nin anbarına vermiş, bundan sonra həmin məhsulları özü gedib qaimələr əsasında MMC-nin Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci Eninə küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən anbarından qəbul edib ona təhkim olunmuş ticarət obyektlərinə aparıb çatdırmışdır. Ticarət obyektlərinə məhsulları təhvil verərkən tərəfindən hər hansı qeydiyyat aparılmamışdır. Məhsulları təhvil verdikdən sonra satış pullarını mağazalardan toplayaraq aparıb MMC-nin xəzinəsinə təhvil vermişdir. Zərərçəkmiş şəxs MMC-də keçirilmiş 08 iyun 2017-ci il tarixli audit aktı və iş materiallarda olan mühasibatlıq sənədləri ona təqdim edildikdə xx.xx.2016-cı il tarixə öhdəsində 6.940 manat 16 qəpik məbləğində çatışmazlığın qalması ilə vo audit aktının nəticəsi ilə tam razıdır. O, öhdəsində olan çatışmazlığı inkar etmir. Öhdəsində olan məhsulların satışından topladığı ümumilikdə 6.940 manat 16 qəpik məbləğində satış pulları o, hissə-hissə özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Həmin dövrdə onun anasının ayağında çürümə prosesi getmiş, əməliyyata ehtiyacı olmuş və o satış pullarından hissə-hissə həmin məbləği götürmüş, anasının əməliyyatı ilə bağlı xərclərə ödəmişdir. Bundan sonra, MMC-nin rəhbərliyi öhdəsində çatışmazlığın olmasını əsas gətirib, onu işdən kənarlaşdırmışlar. O, 6.940 manat 16 qəpik məbləğində satış pulunu götürüb anasının xəstəliyi ilə bağlı xərclərə ödədiyini MMC-nin rəhbərliyinə bildirmişdir. 01 oktyabr 2019-cu il tarixdə öhdəsində olan çatışmazlıqdan 1.000 manat məbləğində pulu MMC-nin kassasına ödəmiş, qısa zaman ərzində qalan məbləği ödəyəcək və etdiyi hərəkələ görə əməlindən peşimandır. Hər hansı bir ticarət obyektində satılmamış mal və ya toplamadığı satış pulları qalmamışdır. Ona təqdim olunmuş cinayət işi materiallarında olan anbardan malların qəbuluna dair qaimələrdə “qəbul etdi“' qrafasında olan imzalar ona məxsusdur. Həmçinin 26 mart 2016-cı il tarixli ********* nömrəli və 26 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxil orderləri ona məxsus olmaqla orderin aşağı hissəsində imza yazılan hissədə əks olunan imzaları o icra etmiş, həmin vaxt imzaları tələsik imza etdiyi üçün o həmin imzaları düzgün formada icra edə bilməmiş, həmin mədaxil orderləri və imzalar ona məxsus olmuşdur. Sonda Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi İ.O.Aslanovu, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X2 göstərmişdir ki, Təqsirləndirilən şəxs, ünvan 1 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) xx.xx.2013-cü il tarixli 140.1/K nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 2016-cı ilin fevral ayının 25-dən iyun ayının 20-nə kimi olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 44.429 manat 71 qəpik məbləğində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 25 fevral 2016-cı il tarixədək 3.552 manat 93 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 40.043 manat 29 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, ona təhkim edilmiş 1389 saylı mal anbarında olan 3.952 manat 31 qəpik dəyərində mallardan 3.406 manat 98 qəpik dəyərində mallar MMC-nin anbarına təhvil verilmiş, öhdəsində olan ümumilikdə 7.939 manat 35 qəpik dəyərində mallardan 1.544 manat 19 qəpik dəyərində mallar ticarət obyektlərində qalıq qalmış, həmin malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 6.940 manat 49 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan əlavə, MMC məhkəmə baxışı zamanı mülki iddiaçı kimi tanınmış və mülki iddia qaldırmışdır. Hazırda təqsirləndirilən şəxsin MMC-yə ödənilməmiş 2525.77 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs barəsində MMC-nin hər hansı bir şikayəti yoxdur, sadəcə mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, MMCnin fəaliyyəti xarici ölkələrdən alınmış müxtəlif növ hazır qida və qeyri-qida məhsullarının ölkə ərazisində satışını aparmaqdan ibarət olmuş, mallar ticarət obyektlərinə maddi məsul şəxslər, yəni sürücü-ekspeditorlar və satış təmsilçiləri vasitəsi ilə çatdırılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs (MMC) xx.xx.2013-cü il tarixli 140.1/K nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Orxan işə qəbul olunduqda maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımış, lakin 2016-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq olması məlum olmuş, məlumat əsasında, əvvəlcə MMC-nin əməkdaşları tərəfindən daxili təftiş aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 6940 manat 49 qəpik məbləğində çatışmazlıq aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs MMC-nin İnsan Resusları departamentinin direktoru İqbal Ağayevin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X3 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 18 yanvar 2017-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 fevral 2016-ci il tarixdən 20 iyun 2016-cı il tarixədək olan dövr ərzində öz disbkasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında qaimələrlə 44.429 manat 71 qəpik dəyərində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 25 fevral 2016-ci il tarixədək 3552 manat 93 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 40043 manat 29 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, ona təhkim edilmiş mal anbarında olan 3952 manat 31 qəpik dəyərində olan mallardan 3406 manat 98 qəpik dəyərində mallar anbara təhvil verilmiş, öhdəsində olan ümumilikdə 7939 manat 75 qəpik dəyərində mallardan 1544 manat 19 qəpik dəyərində mallar ticarət obyektlərində qalıq qalmış, nəticədə Təqsirləndirilən şəxs öhdəsində 6940 manat 49 qəpik məbləğində çatışmazlığın qalması tam təsdiq edilmişdir. Heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti daxil olmamışdır. Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın yaranmasına səbəb onun ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməməsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 25 noyabr tarixli 4/1639-9/8203 nömrəli rəyindən görünür ki, 20 iyun 2016-cı il tarixli aktının aşağı hissəsində “Təhvil verən” qrafa-sında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 20 iyun 2016-cı il tarixli aktının aşağı hissəsində “Təhvil verən” qrafasında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 20 iyun 2016-cı il tarixli aktının aşağı hissəsində “Təhvil verən” qrafasında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 20 iyun 2016-cı il tarixli aktının aşağı hissəsində “Təhvil verən” qrafasında «Təqsirləndirilən şəxs» adının qarşısında olan imza, 20 iyun 2016-cı il tarixli aktının aşağı hissəsində “Təhvil verən” qrafasında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 20 iyun 2016-cı il tarixli aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi, maddi məsul şəxs - Təqsirləndirilən şəxs» qrafasında olan imza, 11 iyun 2016-cı il tarixli inventarizasiyanın aparılması barədə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 11 iyun 2016-cı il tarixli inventarizasiyanın və təhvil-təslim işlərinin aparılması barədə aktının aşağı hissəsində “Təhvil verən” qrafasında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 11 iyun 2016-cı il tarixli inventarizasiyanın və təhvil-təslim işlərinin aparılması barədə aktının aşağı hissəsində “Təhvil verən” qrafasında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 11 iyun 2016-cı il tarixli inventarizasiyanın və təhvil-təslim işlərinin aparılması barədə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazılarından aşağıdakı imza, 11 iyun 2016-cı il tarixli inventarizasi-yanın və təhvil-təslim işlərinin aparılması barədə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 11 may 2016-cı il tarixli inventarizasiyanın aparılması barədə aktının aşağı hissəsində «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 11 may 2016-cı il tarixli inventarizasiyanın aparılması barədə aktının aşağı hissəsində «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 11 may 2016-cı il tarixli inventarizasiyanın aparılması barədə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi, maddi məsul şəxs» qrafasında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 11 iyun 2016-cı il tarixli iltizamnamənin aşağı hissəsində “Maddi məsul şəxsin imzası” qrafasında «Təqsirləndirilən şəxs» yazılarından aşağıdakı imza, 05 may 2016-cı il tarixli **********173 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasından aşağıdakı imza, 12 may 2016-cı il tarixli **********334 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasında soldan sağa istiqamətdə 2-ci imza, 07 aprel 2016-cı il tarixli **********297 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasından aşağıdakı imza, 28 aprel 2016cı il tarixli **********305 nömrəli satış fakturasının aşağı hissəsində “Faktura cəmi” qrafasında olan imza, 21 aprel 2016-cı il tarixli **********800 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasında soldan sağa istiqamətdə 2-ci imza, 14 aprel 2016-cı il tarixli **********420 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasından aşağıdakı imza, 07 aprel 2016-cı il tarixli **********262 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil verdim» qrafasında soldan sağa istiqamətdə 1-ci imza, 09 iyun 2016-cı il tarixli 127393 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları qarşısında olan imza, 07 mart 2016-cı il tarixli 117365 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 10 iyun 2016-cı il tarixli 127141 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 03 iyun 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 27 may 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 20 may 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 15 aprel 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 06 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 07 aprel 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 26 fevral 2016-cı il tarixli 114627 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127160 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 15 iyun 2016-cı il tarixli 127669 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 27 fevral 2016-cı il tarixli 114658 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 04 iyun 2016-cı il tarixli **********109 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasında soldan sağa istiqamətdə 2-ci imza, 05 mart 2016-cı il tarixli **********588 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasından aşağıdakı imza, 28 may 2016-cı il tarixli **********505 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasında soldan sağa istiqamətdə 2-ci imza, 07 may 2016-cı il tarixli **********162 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasında soldan sağa istiqamətdə 1-ci imza, 30 aprel 2016-cı il tarixli **********794 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasında olan imza, 03 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 08 may 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 14 may 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 21 may 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 09 aprel 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 09 iyun 2016-cı il tarixli 127158 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 10 iyun 2016-cı il tarixli 127175 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 10 iyun 2016-cı il tarixli 127172 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127155 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127382 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127344 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127381 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 26 fevral 2016-cı il tarixli 114646 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127389 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 26 fevral 2016-cı il tarixli 114671 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 27 fevral 2016-cı il tarixli 114665 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127370 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 10 iyun 2016-cı il tarixli 127147 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127164 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127380 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 26 fevral 2016-cı il tarixli 114650 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127163 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 02 may 2016-cı il tarixli **********337 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasından aşağıdakı imza, 04 aprel 2016-cı il tarixli **********479 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil verdim» qrafasında olan imza, 09 iyun 2016-cı il tarixli 127396 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 24 mart 2016-cı il tarixli **********207 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasından aşağıdakı imza, 04 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 17 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 03 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 05 may 2016cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 05 may 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 25 fevral 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 21 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 10 iyun 2016-cı il tarixli 127173 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazəlarə önündəki imza, 10 iyun 2016-cı il tarixli 127148 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 26 fevral 2016-cı il tarixli 114566 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 26 fevral 2016-cı il tarixli 114621 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 11 iyun 2016-cı il tarixli 127406 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 22 aprel 2016-cı il tarixli **********117 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasında soldan sağa istiqamətdə 1-ci imza, 15 aprel 2016-cı il tarixli **********362 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasından aşağıdakı imza, 08 aprel 2016-cı il tarixli **********349 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasında olan imza, 28 mart 2016-cı il tarixli **********178 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil verdim» qrafasında olan imza, 18 aprel 2016-cı il tarixli **********869 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasından aşğıdakı imza, 04 aprel 2016-cı il tarixli **********581 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil verdim» qrafasında olan imza, 19 may 2016-cı il tarixli **********717 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil verdim» qrafasında olan imza, 12 may 2016-cı il tarixli **********242 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil verdim» qrafasında olan imza, 02 iyun 2016-cı il tarixli **********898 nömrəli satış fakturasının aşağı hissəsində «Təhvil aldım» qrafasında soldan sağa istiqamətdə 2-ci imza, 09 iyun 2016-cı il tarixli 127328 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127408 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündək imza, 09 iyun 2016-cı il tarixli 127179 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündə olan imza, 26 fevral 2016-cı il tarixli 114622 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 11 iyun 2016-cı il tarixli 127401 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 iyun 2016-cı il tarixli 127332 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 26 fevral 2016-cı il tarixli 114626 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 27 fevral 2016-cı il tarixli 114653 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 27 fevral 2016-cı il tarixli 114659 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 26 fevral 2016-cı il tarixli 114619 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza, 09 aprel 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 14 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza, 05 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “Aldım” qrafasında olan imza, 12 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 26 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan, 26 mart 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində olan imzaların Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 6.940.49 manat məbləğində müəyyən edilir. - Zərərçəkmiş şəxs MMC-nin 04 iyun 2013-cü il tarixli 1401/K nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin 04 iyun 2013-cü il tarixli əmək və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs MMC-dən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil vermək və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. - Zərərçəkmiş şəxs MMC-nin 30 iyun 2016-cı il tarixli 183.1K nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin 08 iyun 2016-cı il tarixli 42 saylı əmrindən görünür ki, satış təmsilçisi Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi vəsaitlərin müəyyən edilməsi, həmin maddi vəsaitləri üzrə hesabatın hazırlanması və təhvil-təslim işlərinin aparılması məqsədilə MMC-nin əməkdaşlarından ibarət Təftiş komissiyası yaradılmaqla yoxlama aparılmışdır. - Zərərçəkmiş şəxs MMC-nin 20 iyun 2016-cı il tarixli aktlarından görünür ki, təftiş komissiyası tərəfindən Təqsirləndirilən şəxs təhkim edilmiş müştəri borc qalıqlarının 26 fevral 2016-cı il tarixdən 20 iyun 2016-cı il tarixədək dövr ərzində təftişi aparıldıqda sonuncunun öhdəsində 6.940 manat 49 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. - 18 yanvar 2017-ci il tarixli audit prosedurlarının aparılmasına dair akt və həmin tarixli rəydən görünür ki, sərbəst auditor tərəfindən aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs 25 fevral 2016-cı il tarixdən 20 iyun 2016-cı il tarixədək olan dövr ərzində öhdəsində 6.940 manat 49 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. - Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş 23 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs öhdəsində olan 6940 manat 49 qəpik məbləğində çatışmazlıqdan 3.066 manat 47 qəpik məbləğində MMC-yə ödəniş etmiş və hal-hazırda MMC-yə vurduğu maddi ziyandan 3.874 manat 02 qəpik borcu qalmışdır. - Sübutların qiymətləndirilməsi haqqında 27 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim və üzləşdirmə aktları və ödəniş qəbzləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, vurulmuş zərəri qismən ödəyərək zərərçəkmiş şəxs və mülki iddiaçı ilə razılıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bundan başqa, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası qismən təmin edilməli və vurulmuş ziyanın ödənilməmiş hissəsi 2525.77 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs MMC-nin hesabına köçürülməlidir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Sənan Hüseynov vurulmuş zərərin əvəzi qismində 3174.02 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxsdən tutularaq Zərərçəkmiş şəxs MMC-nə ödənilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə mühasibatlıq və məhkəməxətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim və üzləşdirmə aktları və ödəniş qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 108 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 648 manat (108x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Abşeron rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. İş üzrə vurulmuş zərərin əvəzi qismində Təqsirləndirilən şəxs tərəfindən 2525.77 (iki min beş yüz iyirmi beş manat, yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs hesabına köçürülsün. İş üzrə məhkəmə mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Təqsirləndirilən şəxs sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim və üzləşdirmə aktları və ödəniş qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 108 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 648 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar