Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-7/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxx 1984-cü il tarixdə Cəlilabad rayonu, Məmmədrzalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, vəzifəli şəxsi vahid şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 noyabr 2012-ci il tarixli, 1010 saylı əmrlə təyin edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (1 yanvar 2020-ci il tarixdən isə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə X19 şəxsin tabeliyində Cəlilabad Rayon X9 hüquqi şəxsin) poliklinika şöbəsində 1 noyabr 2012-ci il tarixdən həkim-travmatoloq vəzifəsində işləyən Azərbaycan Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarfna əsasən, vəzifəli şəxs olan X7 1 mart 2022-ci il tarixdə xəstəliyi ilə bağlı müraciət edərək xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq sonuncu tərəfindən müayinə edildikdən sonra özündə “sol əlin İV barmağın sınığı” diaqnozu müəyyən edilərək həmin tarixdə adına ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin üz tərəfində “işdən azad edilir” qrafasına müvafiq olaraq “01.03.22 üç mart 22” və “04.03.22 - altı mart 22” sözlərini diyircəkli qələmlə Fərəc Bayramov yazaraq imzası ilə təsdiq etdikdən sonra 7 mart 2022-ci il tarixdə X8 Rayon X9 hüquqi şəxsin ünvan 2 ünvanında yerləşən inzibati binasında olan sonuncunun xidməti otağında görüşləri zamanı ona yenidən müayinə olunmadan əmək qabiliyyətinin itirilməsi müddətinin uzadılmasına dair məlumatların əmək qabiliyyətinin olmaması vərəqəsinə daxil edilməklə verilməsinə dair müraciəti ilə əlaqədar onunla razılaşmaqla sövdələşib, təhriki ilə Fərəc Bayramov onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə onu əmək qabiliyyətinin itirilməsi müddətini uzatmaq səlahiyyətində olan Cəlilabad rayon X9 X22 Məsləhət Komissiyasına təqdim etmədən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında işdən azad olma hüququ verən rəsmi sənəd olan əmək qabiliyyətinin olmaması vərəqəsinin üz tərəfində bilə-bilə yalan, yəni “işdən azad edilir” qrafasına “07.03.22 - on altı mart” sözlərini diyircəkli qələmlə yazaraq imzası ilə təsdiq edib, “xəstəlik vərəqəsinin uzadılması” barədə Cəlilabad Rayon X9 hüquqi şəxsin poliklinika şöbəsinin ştampı və tibbi sənədlər üçün nəzərdə tutulmuş möhürlə təsdiq etdirməsinə nail olmaqla, eyni niyyətlə, 17 mart 2022-ci il tarixdə X10 Rayon X9 hüquqi şəxsin inzibati binasında olan sonuncunun xidməti otağında görüşləri zamanı müayinə olunmadan əmək qabiliyyətinin itirilməsi müddətinin uzadılmasına dair məlumatların əmək qabiliyyətinin olmaması vərəqəsinə daxil edilməklə verilməsinə dair müraciəti ilə əlaqədar, habelə, 24 mart 2022-ci il tarixdən 1 may 2022-ci il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasına baxmayaraq, Fərəc Bayramovla razılaşmaqla sövdələşib, təhriki ilə Fərəc Bayramov onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə onu əmək qabiliyyətinin itirilməsi müddətini uzatmaq səlahiyyətində olan Cəlilabad rayon X9 X22 Məsləhət Komissiyasına təqdim etmədən ünvan 2 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında işdən azad olma hüququ verən rəsmi sənəd olan əmək qabiliyyətinin olmaması vərəqəsinin üz tərəfində bilə-bilə yalan, yəni “işdən azad edilir” qrafasına “17.03.22 - iyirmi altı 22” və “27.03.22 - otuz bir mart 22” sözlərini diyircəkli qələmlə yazaraq imzası ilə təsdiq edib, “xəstəlik vərəqəsinin uzadılması” barədə Cəlilabad Rayon X9 hüquqi şəxsin poliklinika şöbəsinin ştampı və tibbi sənədlər üçün nəzərdə tutulmuş möhürlə təsdiq etdirməsinə nail olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad olma hüququ verən saxta rəsmi sənəd olan ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsini 2022-ci ilin mart ayının 17-də həmin inzibati binada Fərəc Bayramovdan alıb, bilə-bilə hüquq verən həmin saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə həmin tarixdə istintaqa məlum olmayan taksi sürücüsünə verib, 2022-ci ilin aprel ayının əvvəllərində sonuncu vasitəsilə işdən müvafiq müddət ərzində azad olmaq üçün həmin sənədi rəsmi olaraq işlədiyi ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə təqdim etməklə istifadə edərək, vəzifəli şəxs olan Fərəc Bayramovu rəsmi sənədlərə vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası CM-nin 309.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,313 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(007)-59/2023 saylı cinayət işindən (ibtidai istintaqdakı nömrəsi ********* olan), Cinayət Məcəlləsinin 32.4,313 və 320.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət təqibi ayrıca icraata ayrılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)- 59/2023 nömrəli hökmü ilə X11 Azərbaycan Respublikası CM-nin 309.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 309.1-ci maddəsi ilə 2500 manat, CM-nin 313-cü maddəsi ilə isə 2000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 3500 manat cərimə cəzası saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən 3 gün müddətinə Cəlilabad Rayon Mərləzi xəstəxanasının həkimi Fərəc Bayramovdan əmək qabiliyyətinin olmaması vərəqini almış, daha sonra, müddəti xx.xx.2022-ci il tarixədək uzatmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həkim müayinəsində olarkən, əmək qabiliyyətinin olmaması vərəqinin müddətini, xx.xx.2022-ci il tarixdən etibarən, onun iştirakı olmadan uzatmasını, həkim X4 xahiş etmişdir. Törətdiyi əməlin cinayət olduğunu bilmədiyini, səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 3 uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1994-cü ildən etibarən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim kimi fəaliyyət göstərir. İlk öncə həkimcərrah, sonra isə həkim-travmatoloq vəzifəsində çalışmışdır. Öz çıxışında bildirdi ki, onun xəstələri müayinə etməkdən başqa, əmək qabiliyyətinin olmaması vərəqəsi vermək kimi vəzifəsi də mövcuddur. Həmin vərəqəni işlədiyi xəstəxanada qeydiyyatdan keçmiş və ona müraciət edən xəstələrə verir. İlkin olaraq o, müariət etmiş xəstəni müayinə edir, müalicələr yazır, əgər xəstə rəsmi olaraq hər hansı qurumda işləyirsə və işə çıxma qabiliyyəti olmursa, həmin xəstəni qeydiyyat şöbəsinə yönləndirir ki, adına əmək qabiliyyətinin olmaması vərəqəsi açılsın. Həmçinin bildirdi ki, ən çox 6 gün müddətinə xəstəliklə bağlı müddət onun tərəfindən uzadıla bilər. Lakin 6 gündən çox əmək qabiliyyətinin olmaması müəyyən edildikdə, xəstəni yenidən müayinə edib, xəstəliyinin davam etməsi barədə göndəriş yazaraq, baş həkim tərəfindən yaradılan Həkim Məsləhət Komissiyasına göndərir. Təqsirləndirilən şəxs ilk dəfə ona müraciət edərkən, ona 6 gün müddətinə əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etdiyini bildirsə də, ikinci dəfə Təqsirləndirilən şəxs nə vaxt müraciət etdiyini, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində, sonuncunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əmək qabiliyyətinin olmaması qeydinin hansı formada yazıldığını həqiqətən də xatırlamadığını qeyd etdi. Bildirdi ki, həkim kimi fəaliyyət göstərdiyi 30 il ərzində qüsursuz işləmiş, heç vaxt heç kimdən pul və sair nemət almamış, tələb etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Cəlilabad Rayon X9 hüquqi şəxsin direktoru Elnur Azadxanov məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs X4 hər hansısa şikayət və tələblərinin olmadığını, ona yüngül cəza verilməsinə etiraz etmədiklərini, həmçinin Fərəc Bayramovun xəstəxananın yeganə həkim-travmatoloqu olduğunu, qonşu rayonlarda belə travmatoloq ixtisaslı həkimin olmadığını və xəstəxanada Fərəc Bayramova böyük ehtiyac olduğunu bildirərək, ona veriləcək cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad Rayon X9 hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsində işləyir və 2020-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixədək həmin publik hüquqi şəxsdə fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləmişdir. X11, müavini olduğu publik hüquqi şəxsin poliklinika şöbəsində həkimtravmatoloq vəzifəsində çalışır, Cəlilabad rayon X9 hüquqi şəxsdə tək həkim-travmatoloq olduğuna görə rayonun bütün travmatoloji xəstələri ona müraciət edir və o da işinin öhdəsindən bu günə qədər layiqincə gəlmişdir. Təqsirləndirilən şəxs adına tərtib edilmiş vərəqənin surəti ona təqdim olunmuş, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində həkim Fərəc Bayramovun imzası olduğundan, onun tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsinə ştamp vurulmuşdur. Həmçinin öz ifadəsində X5, xəstəxananın yeganə həkim travmatoloqu olmasını, ona Cəlilabad və digər qonşu rayonlarda ehtiyac olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon X9 hüquqi şəxsdə həkim-terapevt, həmçinin terapiya şöbəsinin müdiri vəzifəsində işləyir. Fərəc Bayramov, Cəlilabad rayon X9 hüquqi şəxsdə yeganə həkim-travmatoloq olduğuna görə rayonun bütün travmatoloji xəstələri ona müraciət etmiş, o da öz işinin öhdəsindən layiqincə gəlmişdir. Fərəc Bayramov, müayinə etdiyi şəxs rəsmi iş yerində işləyirsə, həmin xəstəyə əmək qabiliyyətinin olmaması vərəqəsini vermə hüququna malikdir. HMK-nın tərkibində ixtisasa uyğun həkimtravmatoloq olmadığından, xəstəni ixtisasları uyğun gəlmədiyindən müayinə etmək mümkün olmamış, qeyd olunan səbəbdən sonuncuya etibar edib, əmək qabiliyyətinin olmaması barədə vərəqəyə ştamp vurulmuşdur. X1 xəstəxananın yeganə həkim travmatoloqu olmasını, ona böyük ehtiyac olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 mart 2014-cü il tarixdən hazıradək Zərərçəkmiş şəxs MMC-də İnsan Resursları şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs son iki il ərzində ilin müxtəlif vaxtlarında tez-tez xəstələnməsi ilə bağlı işə çıxmamış və yaşadığı Cəlilabad Rayon X9 hüquqi şəxsdən işə “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni təqdim etmişdir. Sonuncu dəfə 2022-ci ilin aprel ayının əvvəllərində işlədiyi MMC-yə Təqsirləndirilən şəxs barəsində “əmək qabiliyyətinin olmaması vərəqəsi” tanımadığı şəxs tərəfindən təqdim edilmişdir. Təqsirləndirilən şəxs adına olan “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndə işdən azad edilmə müddəti xx.xx.2022- xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022-ci il tarixədək göstərilmişdir. Həmin ilin aprel ayında Təqsirləndirilən şəxs işə gəlmədiyi üçün onunla əlaqə saxlamaq istəsələr də, bu mümkün olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs işə gələrək, işə davam etmək istədiyini bildirsə də, ona bir ay müddətində üzürlü səbəb olmadan işə gəlmədiyi üçün barəsində araşdırma aparıldığı bildirilmişdir. Həmçinin qeyd etdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də "xxxx" vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdə MMC-nın baş direktorunun əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 iyul 2020-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək Cəlilabad Rayon X9 hüquqi şəxsin direktorunun müalicə işləri üzrə müavini, baş həkim vəzifəsində işləmişdir. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Baş Tibb İdarəsində həkim-cərrah vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adına tərtib edilən vərəqənin əsli ona təqdim olunmuş, həmin vərəqədə baş həkim qrafasında o imza etmiş, tibbi sənədlər üçün olan möhürlə təsdiq etmişdir. Əlavə olaraq qeyd etdi ki, xəstəxanada işlədiyi müddət ərzində Fərəc Bayramov rayonda yeganə həkim travmatoloq kimi fəaliyyət göstərmiş, işinin öhdəsindən daim layiqincə gəlmişdir. İş materiallarında olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 01 noyabr 2012-ci il tarixli, 1010 saylı əmrinin təsdiq olunmuş surətinə əsasən X11 xx.xx.2012-ci il tarixdən həmin xəstəxananın poliklinika şöbəsinə həkim travmatoloq vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarına 2 nömrəli əlavə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimata əsasən, həkimlərin hüquqlarına sığorta haqları ödəyən şəxs xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələrini həmin gündən verməli, həmçinin hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək və sair aiddir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 Heyətinin xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Həkim Məsləhət Komissiyası haqqında” Əsasnaməyə əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinə müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasının aparılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti (müalicə həkiminin 6 günlük nəzarətindən sonra) və xarakterini müəyyən etmək Həkim Məsləhət Komissiyasının səlahiyyətinə aiddir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 13 iyun 2014-cü il tarixli, 014/189 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən həmin MMC-də "xxxx" vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 06 iyun 2022-ci il tarixli, 022/137 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs heç bir üzürlü səbəb olmadan işə gəlməməsi səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən "xxxx" vəzifəsindən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cəlilabad Rayon X9 hüquqi şəxsdə 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 01 mart 2022-ci il tarixdə həkim-travmatoloq Fərəc Bayramov tərəfindən Təqsirləndirilən şəxs sağ əlin İV barmağın sınığı diaqnozu qoyulmuş, Fərəc Bayramov həmin vərəqənin “işdən azad edilir qrafasında" əmək qabiliyyətinin olmaması müddətləri “01.03.22-üç mart 22”, “04.03.22-altı mart 22”, “xx.xx.2022-on altı mart 22”, “17.03.22-iyirmi altı mart 22' və “27.03.22-otuz bir mart 22” sözlərini, “işə başlamalı” qrafasında “bir aprel 2022 sözlərini yazaraq qarşısından imza edib soyadını yazmışdır. Həmin vərəqədə 3 ədəd “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi* “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs” Tibbi sənədlər üçün” məzmunlu möhür və 3 ədəd “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Poliklinika şöbəsi Xəstəlik vərəqəsi uzadılır:HMK” məzmunlu ştamp əksləri vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 4/1334-5/1081 nömrəli rəyinə əsasən Cəlilabad Rayon X9 hüquqi şəxsdə 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin 1-ci səhifəsinin mətni və “Bayramov” yazıları qarşısındakı imzalar - X11 tərəfindən icra olunmuşdur. Cəlilabad Rayon X9 hüquqi şəxsdə 01 mart 2022- ci il tarixdə Təqsirləndirilən şəxs adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin 1-ci səhifəsində “Baş həkimin imzası” qrafasındakı imza - X11 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin üzərində olan möhür və ştamp əksləri relyef klişe vasitəsi ilə sənədin üzərinə birbaşa vurulmuşdur. 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin üzərində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi* “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəx* Tibbi sənədlər üçün” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin üzərində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Poliklinika şöbəsi Xəstəlik vərəqəsi uzadılır:HMK” məzmunlu ştamp əksləri təqdim edilmiş eyni məzmunlu ştampın sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. İş materiallarında olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindəki məlumatına əsasən Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasından Qətər Respublikasına getmiş, 01 may 2022-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs X5 ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 32.4,313 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxsə cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Belə ki, cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarda qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə cəzası növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 5-41/2-33-364/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X13 adında uşaqları var. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Cəlilabad RİHB-nın Uzuntəpə kənd İƏDÜ nümayəndəliyindən verilmiş 05 mart 2024-cü il tarixli, 5-41/2-33-363/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində biri azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı cəzani ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-223/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmişdir. Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-71/2-5764/2024 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saxlanılaraq Cəlilabad RPŞ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə, o, xx.xx.2024-cü il tarixdə hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Cəlilabad Rayon X9 hüquqi şəxsdə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc müştərək qaydada təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılsın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 125 (yüz iyrmi beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Cəlilabad Rayon X9 hüquqi şəxsdə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin sürəti cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 396 (üç yüz doxsan altı manat) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-7/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-7/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver