Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-7/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X2 qızının, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 1 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 30-40 km sürətlə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə R.Rüstəmov küçəsi tərəfdən üzü Babək prospekti istiqamətində hərəkət edərkən həmin küçədə yerləşən “Meridian” şadlıq sarayının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda piyadanın yolun orta hissəsində dayanmasını nəzərə almalı və vaxtında tədbir görməklə piyada üçün təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələbləri pozub idarə etdiyi avtomobilin sol yan hissəsi ilə əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.3 üfüqi nişanlama xəttinin üzərində şaquli vəziyyətdə dayanmış piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurub sonuncunu əks hərəkət zolağına atmış, nəticədə Zərərçəkmiş şəxs baş beyinə, onun qişalarına və mədəciklərinə qansızmalar; alın sümüyünün kəllə əsasına keçən sınığı; sol bazu sümüyünün və sol bud sümüyünün qapalı yerinidəyişən sınıqları; alın-təpə nahiyəsinin skalpşəkilli cırılmış yarası və çoxsaylı xırdaölçülü cırılmış-didilmiş yaraları; sol yanağın və sol qulaq seyvanının, sol qulaq sırğalığının əzilmiş yaraları, sol qulaq arxası nahiyənin, sol təpə qabarının əzilmiş-cırılmış yaraları, sağ gözaltı nahiyənin və sol qulaq sırğalığın qançırları; sağ qaşüstü nahiyənin, sağ qaşın bayır bucağının, alnın, burun belinin, burnun sol yarısının, alnın ön səthinin, sol çiyin qurşağının bayır səthinin, boynun çiyin qurşağı ilə birləşən yerinin, sol çiyin qurşağının arxa səthinin, sol bazunun arxa səthinin, sol saidin arxa-yan səthinin, sol saidin arxa-bayır səthinin, sol əlin arxa səthinin, sol sağrının yuxarıbayır kvadratının, sol aşıq-baldır oynağının bayır topuq nahiyəsinin, sağ saidin bayır səthinin, sağ saidin arxa-bayır səthinin, sağ əlin arxa səthinin, sağ dizin ön səthinin, sağ baldırın ön səthinin, hər iki diz oynağının arxa səthinin, sağ aşıq-baldır oynağının iç və bayır topuq nahiyəsinin sıyrıqları ilə müşayiət olunan açıq kəllə-beyin travması ilə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, həmin xəsarətlərdən başın küt travması nəticəsində kəllə sümüklərinin çoxsaylı sınıqları, baş beyinə, qişalarına, mədəciklərinə qansızma Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Uber” taksi şirkətində **-HE-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili idarə edərək taksi sürücüsü işləmişdir. 04 oktyabr 2022-ci il saat 21:00 radələrində saatda 30-40 km sürətlə “maşın bazarı” istiqamətində qoşa xəttə yaxın zolaqla hərəkət etmişdir. “Neon” şadlıq sarayının qabağını keçmiş və 20-30 metr qarşıda qoşa zolaq üzərində bir nəfər kişi xeylağının dayandığını görmüşdür. Həmin şəxs üzü “Meridian” şadlıq sarayı tərəfə dayanmış və həmin istiqamətə yolu keçmək istəmişdir. Həmin şəxsə çatan zaman qarşı yolda hərəkət edən “CİP” markalı avtomobil həmin piyadanı vurmuş, həmin şəxs zərbədən onun avtomobilinə dəyib əks istiqamətli hərəkət zolağına düşmüşdür. O, bir az qabağa gedib icazə verilən yerdən geriyə hadisə yerinə qayıtmışdır. Hadisə yerinə gələndə piyadanın düşdüyü zolaqda hərəkət edən “Toyota Prius” markalı avtomobilin həmin piyadanın üzərindən keçməsini bilmişdir. Həmin vaxt polis əməkdaşları da hadisə yerinə gəlmişdirlər. O, hadisə yerindən “CİP” markalı avtomobilə aid hissəni tapıb müstəntiqə təqdim etmişdir. Qeyd olunan cinayət əməlini o, törətməmişdir və zərərçəkmiş şəxsin ölümünə o, səbəb olmamışdır. Bütün bunlara baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaqdan ötrü “Uber” taksi şirkətində taksi sürücüsü kimi işləyir. **-HE-*** dövlət nömrə nişanlı “Toyota Prıus” markalı avtomaşını idarə edir. 04 oktyabr 2022-ci il tarixdə saat 09.00-dan işə başlamışdır. Həmin gün saat 21:00 radələri olardı, Nizami rayonu “Gimnastika Arenası” istiqamətindən üzü “maşın bazarı” tərəfinə hərəkət etmişdir. O, Mikayıl Əliyev küçəsi ilə hərəkət etmişdir. Avtomaşınını təxminən saatda 30-40 km sürətlə qoşa xəttə yaxın zolaqla hərəkət etdirirmiş. “Ay işığı” və “Neon” şadlıq saraylarının arasında yerləşən dairəni keçmişdir. Hətta “Neon” şadlıq sarayının qabağını keçmişdir ki, 20-30 metr qarşıda qoşa zolaq üzərində bir nəfər kişi xeylağını görmüşdür. Həmin şəxs üzü “Meridian” şadlıq sarayı tərəfə dayanmışdır və həmin istiqamətə yolu keçmək istəyirdi. Həmin vaxtı saat təxminən 21:10 radələri olarmış. Həmin şəxsə çatan zaman onun idarə etdiyi avtomaşına həmin şəxsin dəydiyini və güzgünü sındırdığını görmüşdür. Zərbədən isə piyadanın əks zolaq tərəfə düşdüyünü və bir qara rəngli “Cip” markalı avtomaşının arxa təkərinin həmin şəxsin üzərindən keçdiyini görmüşdür. O, bir az qabağa gedib icazə verilən yerdən geriyə hadisə yerinə qayıtmışdır. Həmin vaxtı polis əməkdaşları da hadisə yerinə gəlmişdilər. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi X1 izahatında bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs ölməsi barədə məlumatı 05 oktyabr 2022-ci il tarixdə əldə etmişdir. Ona bildirilmişdir ki, oğlu Zərərçəkmiş şəxs ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsini törədən avtomobil oğlu Zərərçəkmiş şəxs ikitərəfli yolun ortasındakı qoşa zolağın üzərində vuraraq hərəkəti istiqamətində yolun asfalt səthinə atmış, bu zaman həmin istiqamətdə hərəkət edən avtomobil mərhumun bədəni üzərindən keçmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,“Uber” taksi şirkətində taksi sürücüsü işləyir. **-CA-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili idarə edir. 04 oktyabr 2022-ci il tarixdə Nizami rayonu, B.Nuriyev küçəsi 24A-dan sərnişin götürüb Abşeron rayonu, Masazır qəsəbəsi, Neftçi Qurbanov 8 ünvanına aparması barədə sifariş qəbul etmişdir. ünvan 3n 2 nəfər xanım onun avtomaşınına minərək arxada əyləşmişdilər. O, “maşın bazarı” tərəfdən gəlib Nizamı rayonu, M.Əliyev küçəsi ilə 40-50 km sürətlə qoşa xəttə yaxın zolaqla hərəkət etmişdir. “Meridian” şadlıq sarayının qarşısı ilə hərəkət edən zaman birdən anidən avtomobilinin qarşısına yuxarıdan üzü asfalta doğru istiqamətə nə isə düşmüşdür. O, avtomatik olaraq sükanı sağa tərəf çəkmişdir. Lakin onun avtomobilinin sol təkəri nəyinsə üstündən keçmişdir. Dərhal avtomobili saxlayıb düşmüş və onun hərəkət zolağında yerdə qan içində kişi meyiti görmüşdür. Dərhal hadisə yerinə polis əməkdaşları gəlmişdilər. Həmin vaxtı onun avtomobilində olan sərnişin Aygün xanım nə olduğunu soruşduqda o, piyadanın onun avtomobilinin qabağına düşdüyünü bildirmişdir. Həmin vaxtı Aygün xanım öz mobil telefonunun nömrəsini ona verib demişdir ki, birdən hadisənin şahidi lazım olsa nömrəsini versin O, da nömrəni götürmüş və müstəntiqə təqdim etmişdir. Bundan başqa da hadisə yerində bir nəfər adını sonradan bildiyi Naqib adlı şəxs yaxınlaşaraq hadisəni gördüyünü demiş və mobil telefonunun nömrəsini vermişdir. Şöbədə qarşı yolla hərəkət edən avtomobilin sürücüsü Orxan ona demişdir ki, “sənin qarşında hərəkət edən avtomobil piyadını vurmuş, zərbədən piyada mənim idarə etdiyim avtomobilə dəymiş və sonra sənin qarşına düşmüşdür.” Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində o, özünə məxsus “Toyota Corolla” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsi ilə üzü şəhərə tərəf hərəkət etmişdir. Həmin küçədə yerləşən “Meridian” şadlıq sarayının qarşısına çatanda ona elə gəlmişdir ki, onunla bir istiqamətdə qarşısında hərəkət edən avtomobilin qabağı elə bil qalxıb yenidən yerə düşmüşdür. O, öz avtomobilini sağa verib saxlamış və düşüb həmin avtomobilin sürücüsünə yaxınlaşmışdır. Avtomobilin sürücüsü həyəcanlı vəziyyətdə ona demişdir ki, “vallah mən vurmadım, qarşıdan gələn avtomobil vurub mənim qabağıma atdı”. O, görmüşdür ki, həmin sürücünün avtomobilinin qarşısında kişi meyiti vardır, avtomobilin içərisində 2 nəfər sərnişin qadın var və onlar da qorxublar. O, həmin qadınlara təklif etmişdir ki, düşüb onun avtomobilinə minsinlər və o, qadınları hara lazımdır, aparsın. Həmçinin o, öz mobil telefon nömrəsini sürücüyə vermişdir ki, lazım olsa onu çağırsınlar və o, gördüyünü deyər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ona məxsus olan "Toyota Prius" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 icarəyə vermişdir. O, Ceyhunun adına etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə Ceyhun ona məlumat vermişdir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edərkən "Meridian" şadlıq sarayının qarşısında əks istiqamətdə hərəkət edən "Toyota Prius" markalı avtomobil hərəkət istiqamətlərini ayıran xəttin üzərində dayanmış piyadanı vurub ona məxsus və Ceyhunun idarə etdiyi "Toyota Prius" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına atmışdır. O, hadisə yerinə və sonra Nizami RPl-yə getmişdir. Hadisə zamanı ona məxsus "Toyota Prius" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili dostu Şahid7 satmışdır. Elçin ona zəng edib demişdir ki, satdığı avtomobillə adam vurulub ifadə vermək lazımdır. Sonra müstəntiq gəlmiş, o da avtomobilə ziyan dəyməməsi və şikayətinin olmaması barədə ifadə vermişdir. Mayıİİı Orxan Akif oğlunu tanımamışdır. Şahid2 teleqramla məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 04 oktyabr 2022-cı ıl tarixdə o, qızı Aytacla bir yerdə Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi 24A-da yaşayan valideynlərigildə olmuşdur. Axşam saatlarında öz evinə getmək üçün taksi sifariş vermiş və taksi gəldikdən sonra qızı ilə taksiyə minib yaşadığı Masazır qəsəbəsinə yola düşmüşlər. Onlar M.Əliyev küçəsi ilə hərəkətdə olan zaman “Meridian” şadlıq sarayını keçərkən anidən avtomobilin qarşısına əks istiqamətli yoldan nə isə düşmüşdür. Sürücü tez avtomobili saxlamışdır. O, həyəcanlandığından heç avtomobilin qabağına nə düşməsinə baxmamışdır, çünki həyəcan vaxtı onun qan təzyiqi düşür. Həmin vaxt onların arxalarınca gələn avtomobillər dayanmışdır. Həmin avtomobillərin sürücüləri onların getdikləri taksinin sürücüsünə köməklik etmək üçün onların avtomobillərinin yanına toplaşmışdılar. Ona elə gəlir ki, onlar getdikləri taksi sürücüsü polisə zəng edib məlumat vermişdir. O, öz mobil telefonunun nömrəsini həmin taksi sürücüsünə vermişdir ki, lazım olsa zəng edib onu çağırsınlar və hadisəni görməyini söyləsin. Hal-hazırda istintaq orqanında ona məlum olmuşdur ki, onun sifariş verdiyi taksinin sürücüsünün adı Ceyhundur və onlar Ceyhunun idarə etdiyi avtomobildə gedərkən bu hadisə baş vermişdir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona zəng edib bildirmişdir ki, “Meridian” şadlıq sarayının qarşısında əks yolda hərəkət edən avtomobil piyadanı vurmuş, zərbənin təsirindən piyada onun idarə etdiyi avtomobilə dəymiş və yenidən əks istiqamətli hərəkət zolağına düşmüş və başı yerə dəymişdir. Orxandan harada olduğunu soruşduqda hadisə yerindən 20-30 metr aralıda olduğunu bildirmiş, o da ona geri qayıtmağını bildirmişdir. O, dərhal hadisə yerinə getmiş, orada ona məlum olmuşdur ki, piyada əks yola düşdükdən sonra həmin yolda hərəkət edən qırmızı rəngli “Prius” markalı avtomobil piyadanın üstündən keçmişdir. Sonra Şahid6 hadisə barədə məlumat vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti Şahid10 Cəsarət oğlu məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/127 nömrəli rəyini müdafiə edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, qərarda göstərilmişdir ki, piyada ilkin olaraq vurularkən “cip” tipli avtomobil “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni tuşda olmuşdur. Yolun ortasında dayanmış piyada “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq əks hərəkət zolağına düşənə kimi müəyyən vaxtın keçməsi nəzərə alınaraq naməlum “cip” tipli avtomobil “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni tuşda olarkən piyadanın “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq əks hərəkət zolağına düşənə kimi naməlum “cip” tipli avtomobil piyadanın “Toyota Prius” markalı 90HE869 dövlət qeydiyyat nişanlı avtomobillə vurulma yerindən keçib getməli idi. Bu isə onu izah edir ki, istintaq tərəfindən qərarda göstərilən naməlum “cip” tipli avtomobilin əks istiqamətdə hərəkətdə olarkən “Toyota Prius” markalı 90HE869 dövlət qeydiyyat nişanlı avtomobillə eyni tuşda olarkən piyadanın “Toyota Prius” markalı 90HE869 dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq əks hərəkət zolağına düşməsi və bundan sonra “cip” tipli avtomobilin həmin piyadanın üzərindən keçməsi real hadisə mexanizminə uyğun deyildir. Piyadanın “cip” tipli avtomobillə vurulması, sonra zərbənin təsirindən “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək əks istiqamətli hərəkət zolağına düşməsi barədə qərarda göstərilmədiyindən həmin hal üzrə araşdırma aparılmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Fiziki-kimyəvi ekspertizalar şöbəsinin böyük eksperti X8 materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6686 nömrəli rəyini müdafiə edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində boya mikrohissəcikləri və həmçinin avtonəqliyyat vasitələrinə məxsus lak-boya örtüyünün sürtünmə izləri və ya mikrohissəcikləri aşkar edilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 PHŞ-in Nizami rayon şöbəsinin rəisi məhkəmə tibbi-eksperti X9 meyitin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 166 saylı rəyi müdafiə edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, meyitin müayinəsi zamanı aşkar edilmiş xəsarətlərdən baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma ilə müşayiət olunan kəllə əsasına keçən alın sümüyünün sınığı, hər iki ağciyərin və dalağın travmatik cırılmaları ilə müşayiət olunan sol tərəfli körpücük sümüyünün, İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların, sağ tərəfli İİİ, İV,V,Vİ,Vİİ qabırğaların qapalı yerinidəyişən sınıqları dərəcəsinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobillərin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, bu zaman şəxs çox güman ki, şaquli vəziyyətdə olmuşdur və ilkin zərbə onun bədəninin sol-yan hissəsinə yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə başın və gövdənin küt travması nəticəsində skelet sümüklərinin çoxsaylı sınıqları, baş beyinə, qişalarına, mədəciklərinə qansızma və daxili orqanların travmatik cırılmaları səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 12-16 saat əvvəl baş verə bilərdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 PHŞ-in təkrar ekspertizalar şöbəsinin məhkəmə tibbi-eksperti Şahid9 iş materialları üzrə məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T551/2022 saylı rəyini müdafiə edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər həyati olub, bərk küt əşya (əşyaların) təsirindən, yolnəqliyyat hadisəsi zamanı şəxsin şaquli durmuş və ya ona yaxın vəziyyətində bədənin sol tərəfi ilə hərəkətdə olan avtomobilə doğru yönəlmiş vəziyyətdə olduğu anda hərəkətdə olan “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi (qanad və güzgüsü) ilə ilkin zərbə bədənin sol yarısına olmuşdur ki, bunun nəticəsində sol bud və bazu sümüklərində sınıq əmələ gəlməklə sonrakı etapda şəxs asfalt örtüyünə zərblə çırpılmış, bu zamanda alın-təpə nahiyəsində skalpşəkilli cırılmış yara və soxsaylı xırda ölçülü cırılmış-didilmiş yaralar, sol yanağın və sol qulaq seyvanının, sol qulaq sırğalığının əzilmiş yaraları, sol qulaq arxası nahiyənin, sol təpə qabarının əzilmiş-cırılmış yaraları, baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma, kəllə tağı və əsası sümüklərinin sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travması əmələ gəlmişdir. Digər avtomobilin təkərinin bədənin üzərindən keçməsi nəticəsində döş qəfəsinin və qanın geniş sahəli sıyrıqları, döş boşluğunda 1800 ml, qarın boşluğunda 600 ml qan, hər iki ağciyərin və dalağın travmatik cırılması, sol tərəfli körpücük sümüyünün, l-Vİİİ, sağ tərəfli lll-Vİİ qabırğaların sınıqları, döş sümüyünün sınığı, bədənin çoxsaylı sıyrıqları, qançırı və gövdənin küt travması əmələ gələ bilərdi. Hər iki avtomaşınların yetirdikləri xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində kəllə sümüklərinin çoxsaylı sınıqları, baş beyinə, qişalarına, mədəciklərinə qansızma şok olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - BA seriyalı 210736 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. - nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli, etibarnamənin surətindən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtomobilin mülkiyyətçisi X10 tərəfindən həmin avtomobili idarə etmək üçün Şahid1 etibarnamə verilmişdir. - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2022-ci il tarixli, 2/23882 saylı aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:30-da müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2022-ci il tarixli, 2/23881 saylı aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:24-də müayinə olunan Şahid1 ayıq olduğu müəyyən olunmuşdur. - diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Meridian” şadlıq sarayının qarşısında baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntülər və fotoşəkillər köçürülmüş və cinayət işinin materiallarına əlavə olunmuş 1 ədəd “DVD” diskə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş 1 ədəd disk “PRİNCO” markalıdır. Disk üzəri ağ rəngdədir, üzərində yazı yoxdur. Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “HP” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin diskdə cəmi 08 (səkkiz) ədəd faylın olması müəyyən olundu. Diskdə olan 8 ədəd fayllara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Meridian” şadlıq sarayının qarşısı ilə üzü Babək prospekti istiqamətində hərəkətdə olan boz rəngli “Toyota Prius” markalı avtomobil əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.3 üfüqi nişanlama xəttinin üzərində üzü “Meridian” şadlıq sarayı istiqamətində dayanmış piyadanı vurub əks istiqamətdə hərəkət edən qırmızı rəngli “Toyota Prius” markalı avtomobilin qarşısına atmışdır. Öz növbəsində qırmızı rəngli “Toyota Prius” markalı avtomobil həmin piyadanın üstündən keçmiş və sonra dayanmışdır. - BB seriyalı 107570 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid6 mülkiyyətindədir. - Azərbaycan Respublikası DİN X3 Xidmətinin xx.xx.2022-ci il tarixli, 003-2106S/222 nömrəli məktubundan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində TŞ 4-080 və TŞ 4-105 nömrəli kameralarının xx.xx.2022-ci il tarixli arxiv görüntülərinin saxlanılma müddəti bitmişdir (1 ay). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 PHŞ-in Nizami rayon şöbəsinin meyitin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 166 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyinə, onun qişalarına və mədəciklərinə qansızmalar, alın sümüyünün kəllə əsasına keçən sınığı; hər iki ağciyərin və dalağın travmatik cırılmaları; sol tərəfli körpücük sümüyünün, l-l l-l İ l-İV-V-Vİ-Vİl-Vİİİ qabırğaların, sağ tərəfli İİİ,İV,V,Vİ,Vİİ qabırğaların qapalı yerinidəyişən sınıqları, sol bazu sümüyünün və sol bud sümüyünün qapalı yerinidəyişən sınıqları; alın-təpə nahiyəsinin skalpşəkilli cırılmış yarası və çoxsaylı xırdaölçülü cırılmış-didilmiş yaraları; sol yanağın və sol qulaq seyvanının sol qulaq sırğalığının əzilmiş yaraları, sol qulaq arxası nahiyənin, sol təpə qabarının əzilmişcırılmış yaraları, döş qəfəsinin sol yarısının ön-bayır səthini və qarnın ön divarının sol yarısını əhatə edən genişsahəli sıyrıqları, döş qəfəsinin sağ yarısının bayır səthinin genişsahəli sıyrıqları; sağ gözaltı nahiyənin və sol qulaq sırğalığın qançırları; sağ qaşüstü nahiyənin, sağ qaşın bayır bucağının, alnın, burun belinin, burnun sol yarısının, alnın ön səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının, boynun yuxarı şöbəsinin sol bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin, sol çiyin qurşağının bayır səthinin, boynun çiyin qurşağı ilə birləşən yerinin, sol çiyin qurşağının arxa səthinin, sol bazunun arxa səthinin, döş qəfəsinin arxa səthinin sol yarısının, sol saidin arxa-yan səthinin, sol saidin arxa-bayır səthinin, sol əlin arxa səthinin, sol sağrının yuxarı-bayır kvadratının, sol aşıq-baldır oynağının bayır topuq nahiyəsinin, sağ saidin bayır səthinin, sağ saidin arxabayır səthinin, sağ əlin arxa səthinin, sağ dizin ön səthinin, sağ baldırın ön səthinin, hər iki diz oynağının arxa səthinin, sağ aşıq-baldır oynağının iç və bayır topuq nahiyəsinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür. Xəsarətlər dərəcələrinə görə şərti olaraq aşağıdakı qruplara bölünmüşlər: İ qrupda: baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma ilə müşayiət olunan kəllə əsasına keçən alın sümüyünün sınığı, hər iki ağciyərin və dalağın travmatik cırılmaları ilə müşayiət olunan sol tərəfli körpücük sümüyünün, İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların, sağ tərəfli İİİ, İV,V,Vİ,Vİİ qabırğaların qapalı yerinidəyişən sınıqları dərəcəsinə görə canlı şəxslərdə həm ayrıayrılıqda, həm də ki, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. İİ qrupda: sol bazu sümüyünün və sol bud sümüyünün qapalı yerinidəyişən sınıqları dərəcələrinə görə canlı şəxslərdə ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. İİİ qrupda: alın-təpə nahiyəsinin skalpşəkilli cırılmış yarası və çoxsaylı xırda ölçülü cırılmış-didilmiş yaraları; sol çanağın və sol qulaq seyvanının sol qulaq sırğalığının əzilmiş yaraları, sol qulaq arxası nahiyənin, sol təpə qabarının əzilmiş-cırılmış yaraları, döş qəfəsinin sol yarısının ön-bayır səthini və qarnın ön divarının sol yarısını əhatə edən genişsahəli sıyrıqları, döş qəfəsinin sağ yarısının bayır səthinin genişsahəli sıyrıqları dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. İV qrupda: sağ gözaltı nahiyənin və sol qulaq sırğalığın qançırları; sağ qaşüstü nahiyənin, sağ qaşın bayır bucağının, alının, burun belinin, burnun sol yarısının, alnın ön səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının, boynun yuxarı şöbəsinin sol bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin, sol çiyin qurşağının bayır səthinin, boynun çiyin qurşağı ilə birləşən yerinin, sol çiyin qurşağının arxa səthinin, sol bazunun arxa səthinin, döş qəfəsinin arxa səthinin sol yarısının, sol saidin arxa-yan səthinin, sol saidin arxa-bayır səthinin, sol əlin arxa səthinin, sol sağrının yuxarı-bayır kvadratının, sol aşıq-baldır oynağının bayır topuq nahiyəsinin, sağ saidin bayır səthinin, sağ saidin arxa-bayır səthinin, sağ əlin arxa səthinin, sağ dizin ön səthinin, sağ baldırın ön səthinin, hər iki diz oynağının arxa səthinin, sağ aşıqbaldır oynağının iç və bayır topuq nahiyəsinin sıyrıqları canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərini daşıyırlar. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobillərin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, bu zaman şəxs çox güman ki, şaquli vəziyyətdə olmuşdur və ilkin zərbə onun bədəninin solyan hissəsinə yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə başın və gövdənin küt travması nəticəsində skelet sümüklərinin çoxsaylı sınıqları, baş beyinə, qişalarına, mədəciklərinə qansızma və daxili orqanların travmatik cırılmaları səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 12-16 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar) aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1499 saylı rəyinin nəticə hissəsindən görünür ki,ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı “DVD” diskdə qeydə alınmış “Screen_Recording_20221013_114245_VLC” adlı videoyazıya görə piyada yolu NV1-in hərəkəti istiqamətində soldan sağa keçir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı “DVD” diskdə qeydə alınmış “Screen_Recording_20221013_114245_VLC” adlı videoyazıya görə piyadanın ilk olaraq hansı nəqliyyat vasitəsi ilə vurulmasını müəyyən etmək mümkün olmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6686 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 No-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində boya mikrohissəcikləri və həmçinin avtonəqliyyat vasitələrinə məxsus lak-boya örtüyünün sürtünmə izləri və ya mikrohissəcikləri yoxdur. Qərarda qeyd edilmiş “Toyota Prius” markalı **-HE-*** və “Toyota Prius” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin lak-boya örtükləri ilə müqayisəli tədqiqat aparılmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/127 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: -hərəkət üçün təhlükənin keçmə müddətinin 1,7-1,9 saniyədən kiçik olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, “Toyota Prius” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükənin keçmə müddətinin 1,7-1,9 saniyədən böyük olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, “Toyota Prius” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, naməlum cip tipli avtomobilin naməlum sürücüsünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 PHŞ-in təkrar ekspertizalar şöbəsinin iş materialları üzrə ekspertizasına dair xx.xx.2023-cü il tarixli, T551/2022 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: alın-təpə nahiyəsinin skalpşəkilli cırılmış yarası və çoxsaylı xırda ölçülü cırılmış-didilmiş yaraları; sol yanağın və sol qulaq seyvanının, sol qulaq sırğalığının əzilmiş yaraları, sol qulaq arxası nahiyənin, sol təpə qabarının əzilmiş- cırılmış yaraları, baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma kəllə tağı və əsası sümüklərinin sınığı, açıq kəllə-beyin travması, döş qəfəsinin sol yarısının ön-bayır səthinin və qarnın ön divarının sol yarısını əhatə edən geniş sahəli sıyrıqları, döş qəfəsinin sağ yarısının bayır səthinin geniş sahəli sıyrıqları, döş boşluğunda 1800 ml, qarın boluğunda 600 ml qan, hər iki ağciyərin və dalağın travmatik cırılmaları, sol tərəfli körpücük sümüyünün, l-ll-lll-İV-V-Vİ- Vİİ-Vİİİ qabırğaların, sağ tərəfli İİİ,İV,V,Vİ,Vİİ qabırğaların qapalı yerinidəyişən sınıqları, döş sümüyünün sınığı; sol bud və bazu sümüyünün sınığı, bədənin çoxsaylı sıyrıqları və qançırı. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşya (əşyaların) təsirindən, yolnəqliyyat hadisəsi zamanı şəxsin şaquli durmuş və ya ona yaxın vəziyyətində bədənin sol tərəfi ilə hərəkətdə olan avtomobilə doğru yönəlmiş vəziyyətdə olduğu anda hərəkətdə olan “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi (qanad və güzgüsü) ilə ilkin zərbə bədənin sol yarısına olmuşdur ki, bunun nəticəsində sol bud və bazu sümüklərində sınıq əmələ gəlməklə sonrakı etapda şəxs asfalt örtüyünə zərblə çırpılmış, bu zamanda alın-təpə nahiyəsində skalpşəkilli cırılmış yara və çoxsaylı xırda ölçülü cırılmış- didilmiş yaralar, sol yanağın və sol qulaq seyvanının, sol qulaq sırğalığının əzilmiş yaraları, sol qulaq arxası nahiyənin, sol təpə qabarının əzilmiş-cırılmış yaraları, baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma, kəllə tağı və əsası sümüklərinin sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travması əmələ gələ bilərdi. Digər avtomobilin təkərinin bədənin üzərindən keçməsi nəticəsində döş qəfəsinin və qanın geniş sahəli sıyrıqları, döş boşluğunda 1800 ml, qarın boşluğunda 600 ml qan, hər iki ağciyərin və dalağın travmatik cırılması, sol tərəfli körpücük sümüyünün, l-Vİİİ, sağ tərəfli lll-Vİİ qabırğaların sınıqları, döş sümüyünün sınığı, bədənin çoxsaylı sıyrıqları, qançırı və gövdənin küt travması əmələ gələ bilərdi. Hər iki avtomaşınların yetirdikləri xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində kəllə sümüklərinin çoxsaylı sınıqları, baş beyinə, qişalarına, mədəciklərinə qansızma şok olmuşdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüləri köçürülmüş 1 ədəd “PRİNCO” markalı “DVD” disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, iş üzrə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsini törətmiş Şahid6 məxsus “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut əhəmiyyəti kəsb etdiyindən həmin avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Şahid6 təhvil verilməsi nəzərə alınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, xx.xx.2020-ci il təvəllüdlü X11 adlı bir övladı vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər həyati olub, bərk küt əşya (əşyaların) təsirindən, yol-nəqliyyat hadisəsi zamanı şəxsin şaquli durmuş və ya ona yaxın vəziyyətində bədənin sol tərəfi ilə hərəkətdə olan avtomobilə doğru yönəlmiş vəziyyətdə olduğu anda hərəkətdə olan təqsirləndirilən şəxsin idarə etdiyi “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi (qanad və güzgüsü) ilə ilkin zərbə bədənin sol yarısına olmuşdur ki, bunun nəticəsində sol bud və bazu sümüklərində sınıq əmələ gəlməklə sonrakı etapda şəxs asfalt örtüyünə zərblə çırpılmış, bu zamanda alın-təpə nahiyəsində skalpşəkilli cırılmış yara və çoxsaylı xırda ölçülü cırılmış-didilmiş yaralar, sol yanağın və sol qulaq seyvanının, sol qulaq sırğalığının əzilmiş yaraları, sol qulaq arxası nahiyənin, sol təpə qabarının əzilmiş-cırılmış yaraları, baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma, kəllə tağı və əsası sümüklərinin sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travması əmələ gəlmişdir və mərhumun ölümünə səbəb həmin xəsarətlərdən başın küt travması nəticəsində kəllə sümüklərinin çoxsaylı sınıqları, baş beyinə, qişalarına, mədəciklərinə qansızma şok olmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmiş bədən xəsarətləri yetirməsi və zərərçəkmiş şəxsin aldığı xəsarətlərdən hadisə yerində ölməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir və Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına N ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(022)-144/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən tutulduğu 11 gün müddət nəzərə alınmaqla, üzərində qəti olaraq 1 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(022)-144/2024 saylı hökmü Probasiya İdarəsində qeydiyyata alınmamış və icra olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayətinin və tələbinin olmamasını, onunla barışmasını, evli olmasını, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam ödədiyindən və barışdığından ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 263.2 maddəsinin sanksiyasına əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmənin tətbiqinin məcburi olduğuna və törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli Biləsuvar Rayon Məhkəməsinin 1(022)- 144/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 1(022)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş əsas cəzanı qismən və əlavə cəzanı tam toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin icraatında olmuş 1(022)-144/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində 2 gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək axtarışla tutularaq saxlanıldığı 9 gün, cəmi 11 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli 2 nömrəli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid6 təhvil verilməsi nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 382 (üç yüz səksən iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 hüquqi yardımından imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəmədə iştirak etdiyi müddət 16 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 96 (doxsan altı) manat (16x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X6 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1(bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-144/2024 saylı hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş əsas cəza ilə qismən, əlavə cəza ilə isə tam toplayaraq Təqsirləndirilən şəxs 1(bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin icraatında olmuş 1(022)-144/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində 2 gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək axtarışla tutularaq saxlanıldığı 9 gün, cəmi 11 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində qəti olaraq 1(bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan- bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın, “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid6 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 382 (üç yüz səksən iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X6 96 (doxsan altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-7/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-7/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver