Məhkəmə qərarları › İş №1(007)-70/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-70/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-70/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 67-ci maddəsinə əsasən həmin cəza Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 2900 manat miqdarında cərimə cəzası ilə tamamilə birləşdirilərək üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 2900 manat məbləğində cərimə cəzaları saxlanılmış, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 03 aya, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 il 03 aya endirilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən həmin cəza Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 2900 manat miqdarında cərimə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və 2900 manat məbləğində cərimə cəzaları saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin qərar dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmündən təqsirli bilindiyi təkrarən zərərçəkmiş şəxsin cibindən 74 manat oğurlaması epizodu xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan hissəsi - 2900 manat qismən, 2700 manat Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş, üzərində qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzaları saxlanılmış, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, cərimə məbləğinin bir qismini ödəmiş, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olan, xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq, soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ərzaq mağazasında aldığı ərzaqların pulunu ödəyən zaman pul kisəsində pul olmasını görüb, Zərərçəkmiş şəxs yaşadığı ünvana qədər izləyib, həmin gün saat 10:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 19 nömrəli evin 1-ci girişində Zərərçəkmiş şəxs yaxınlaşaraq, onun əlində olan içərisində 310 manat nağd pul vəsaiti olan 5 manat dəyərində pul kisəsini dartmaqla ələ keçirib, Zərərçəkmiş şəxs 315 manat dəyərində əmlakını açıq talamaqla, soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 yaşına qədər Quba rayonunda valideyn himayəsindən məhrum olmuşlar üçün nəzərdə tutulan uşaq evində böyüyüb təhsil almışdır. Əvvəllər talama cinayətlərinə görə iki dəfə məhkum olunmuş, sonuncu dəfə xx xxxxxxx 2019-cu il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Bundan sonra anası ilə bir yerdə yaşamışdır. Həmin vaxtlar “xxxx” MMC-də 2 ay müddətin işləmiş, lakin pandemiya ilə əlaqədar iş yerləri bağlandığı üçün işsiz qalmışdır. Bundan sonra maddi ehtiyacları yaranmış, işsiz olduğu üçün tez-tez anası ilə aralarında narazılıq olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində növbəti dəfə evdə narazılıq olmuş və o, mübahisə edib evdən çıxmışdır. Bir qədər məhəllədə gəzdikdən sonra siqaret almaq üçün yaxınlıqda olan ərzaq mağazasına yollanmışdır. Mağazada olan zaman tanımadığı yaşlı bir qadının kassa qarşısında dayanıb aldığı ərzaqlara görə ödəniş edərkən onun pul kisəsində pulun olduğunu görmüşdür. Qərara gəlmişdir ki, həmin qadını izləsin və münasib bir yerdə qadının əlindən pul kisəsini alıb qaçsın. Fikirləşmişdir ki, qadın yaşlı olduğu üçün ona müqavimət göstərə bilməyəcəkdir. Həmin qadın, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs mağazadan çıxdıqdan sonra o, piyada qadının arxası ilə gedib onu izləmişdir. Zərərçəkmiş şəxs bir qədər yol getdikdən sonra ünvan 3 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının 1-ci blokuna daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs bir əlində ərzaqla dolu sellofan torba, digər əlində isə pul kisəsi olmuşdur. O, Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb həmin pul kisəsini onun əlindən dartaraq alıb tez blokdan çıxmış, oradan qaçaraq yaşadığı məhəlləyə getmişdir. Ələ keçirdiyi pul kisəsini yoxlayanda, orada 2 ədəd 100 manatlıq əskinaz aşkar etmişdir. Həmin gün axşam saatlarına qədər məhəlləsində gizlənmişdir. Sonra xatırlamışdır ki, o, həmin qadını izləyən zaman “Rent a Car” obyektinin qarşısından piyada keçmişdir və yəqin ki, həmin obyektin qarşısında quraşdırılmış kamera onu çəkmişdir, belə olanda polis əməkdaşları onun izinə düşəcəklər. Ona görə əynindəki qırmızı rəngli gödəkçəni çıxarıb qonşu məhəllədəki qarajlardan birinin arxasında gizlətmişdir. Zərərçəkmiş şəxs pul kisəsini isə Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 13A nömrəli binanın 2-ci blokunun zirzəmisində gizlətmişdir. Həmin gün saat 18 radələrində ələ keçirdiyi 200 manat pulla əvvəllər onunla məhkumluq həyatı yaşamış X3 yaşadığı Sumqayıt şəhərindəki mənzilinə yollanmışdır. Bir gün Raufun evində qalmış və həmin pulu yeyib-içməyə xərcləmişdir. Növbəti gün mənzildə olan zaman Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları gəlib onu yaxalamışlar. O, törətdiyi cinayət əməlini polis əməkdaşlarına etiraf etmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağdam rayonundan məcburi köçkündür, eyni zamanda təqaüdçüdür. O, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 19 nömrəli binanın 1-ci blokunun 2-ci mərtəbəsində, oğlunun ailəsi ilə birlikdə yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən bir qədər kənarda olan terminaldan kartının hesabında olan təqaüdünü çıxartmış və yaxınlıqdakı ərzaq mağazasına getmişdir ki, ev üçün bəzi ərzaqlar alsın. Mağazada ərzaq aldıqdan sonra piyada evə yollanmışdır. Bir əlində aldığı ərzaqlar olan sellofan kisəni, digər əlində isə pul kisəsini tutmuşdur. Binaya çatıb yaşadığı bloka daxil olmuş və pilləkənləri qalxmaq istəyərkən arxadan kimsə onun sol əlində tutduğu pul kisəsini əlindən dartaraq alıb qaçmışdır. O, arxaya dönüb görmüşdür ki, həmin şəxs əynində qırmızı rəngli gödəkçəsi olan cavan bir oğlandır. Həmin oğlan tələsik qaçaraq blokdan çıxdığı üçün onun sifətini görə bilməmişdir. O, qışqırıb kömək istəmiş və həmin oğlanın arxası ilə blokdan çıxmışdır. Lakin binanın qarşısında kimsə olmamışdır. Binanın qarşısında bir az dayanıb, adam axtarmışdır ki, bəlkə kimsə ona kömək edər. Həmin vaxt nəvəsi X1 qayıtdığını görmüş, baş vermiş hadisə barədə nəvəsinə danışmış və mobil telefonla DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişlər. Ona qarşı soyğunçuluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir, ona dəymiş maddi ziyanı tələb etmir, təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. (i.v. 4-6) -Baxış və götürmə barədə xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Rent a Car 211” adlanan, avtomobillərin icarə verilməsi obyektinin qarşısında quraşdırılmış kameranın xx xxxxxxx 2020-ci il tarixdə saat 10:19-da qeydiyyata aldığı videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs ünvan 4 ünvanının qarşısından keçən zaman cavan bir oğlanın onu izləməsi müəyyən edilmişdir. Həmin görüntü sübut əhəmiyyəti daşıdığı üçün CD-yə köçürülərək götürülmüşdür. (i.v. 36) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Rent a Car 211” adlanan, avtomobillərin icarə verilməsi obyektinin qarşısında quraşdırılmış kameranın xx xxxxxxx 2020-ci il tarixdə saat 10:19-da qeydiyyata aldığı videogörüntüyə baxış keçirilmişdir. Baxışda iştirak edən iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kamera görüntüsündə sözügedən ünvanda Zərərçəkmiş şəxs izləyən şəxsin onun özünün olduğunu bildirmişdir. (i.v. 37) -Maddi sübut kimi tanıma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisənin qeydiyyata alındığı görüntü olan bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 38) -İfadənin yerində yoxlanılması, baxış və götürmə haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə hadisə yerini əyani olaraq göstərmiş və soyğunçuluğu hansı qaydada törətdiyini izah etmiş, bundan sonra ünvan 5 ünvanında yerləşən yaşayış binasının qarşısındakı qarajın yanına gələrək hadisədən sonra polisin onu müəyyən edəcəyindən ehtiyat edib əynində olan qırmızı rəngli gödəkçəni həmin qarajın arxasında gizlətdiyini bildirmiş, gizlətdiyi yerdən gödəkçəsini götürərək təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs ünvan 6 ünvanına gəlib ələ keçirdiyi pul kisəsini içərisindəki nağd pulu götürdükdən sonra həmin yaşayış binasının 2-ci blokunun zirzəmisində gizlətdiyini bildirmiş, zirzəmidən həmin pul kisəsini götürərək təqdim etmişdir. Qeyd edilən qırmızı rəngli bəzəkli pul kisəsi iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün götürülmüşdür. (i.v. 51-53) -Əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi qırmızı rəngli bəzəkli pul kisəsi Zərərçəkmiş şəxs təqdim edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs ona təqdim olunmuş pul kisələrindən qırmızı rəngli bəzəkli pul kisəsini seçərək məhz həmin pul kisəsinin ona məxsus olduğunu bildirmişdir. (i.v. 60-61) -Maddi sübut kimi tanıma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd qırmızı rəngli bəzəkli pul kisəsi maddi sübut kimi tanınaraq məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına qəbzlə təhvil verilmişdir. (i.v. 61) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 81-84) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 31) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 28 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 57-58) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən, hökmün və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən həmin cəza Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 2900 manat miqdarında cərimə cəzası ilə tamamilə birləşdirilərək üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 2900 manat məbləğində cərimə cəzaları saxlanılmış, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 03 aya, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 il 03 aya endirilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 2900 manat miqdarında cərimə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və 2900 manat məbləğində cərimə cəzaları saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin qərar dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmündən təqsirli bilindiyi təkrarən zərərçəkmiş şəxsin cibindən 74 manat oğurlaması epizodu xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan hissəsi - 2900 manat qismən, 2700 manat Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş, üzərində qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzaları saxlanılmış, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 69-70, 72-79) -Bakı şəhər Probasiya şöbəsinin xx xxxx 2021-ci il tarixli 21-1-165822 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş 2700 manat cərimədən 1450 manat dövlət büdcəsinə ödəmiş, 1250 manat dövlət büdcəsinə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişlər, qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından məhkəmə hesab edir ki, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, xx xxxxxxx 2020-ci il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş hesab olunur, onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, habelə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını çəkib qurtardıqdan sonra, müstəqil qaydada icra olunan cərimə növündə cəzasını çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə təqsirləndirilən şəxsə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökm üzrə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsini tamamilə birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs kimi və əməlində cinayətlərin residivi olduğundan, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd qırmızı rəngli gödəkçə təqsirləndirilən şəxsin ailə üzvlərinə verilməli, bir ədəd tünd qırmızı rəngli bəzəkli pul kisəsi zərərçəkmiş şəxsə qaytarılmalıdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 2700 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 1250 manat məbləğində hissəsini tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 1250 (bir min iki yüz əlli) manat məbləğində cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd qırmızı rəngli gödəkçə Təqsirləndirilən şəxs ailə üzvlərinə verilsin, bir ədəd tünd qırmızı rəngli bəzəkli pul kisəsi Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar