Məhkəmə qərarları › İş №1(007)-70/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-70/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-70/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X5 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2000-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Məlikli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ev 21, mənzil 24-də yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın icrası ilə bağlı 24 fevral 2023-cü il tarixdən Bakı probasiya idarəsinin qeydiyyatında olmaqla cəza çəkən, cəzasının sonu 19 avqust 2024cü il tarixə hesablanmış, hazırkı iş üzrə 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə edib özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid ******************** hesab nömrəli kartın üzərindəki hesab nömrəsini özündə əks etdirən 6762-6111-0255- 5736 rəqəmlərini istifadəsində olan “Samsung SM- A125F” modelli mobil telefonunda olan “Boltfood” proqramı vasitəsilə qeydiyyatdan keçirdikdən sonra yaşadığı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 1A-da yerləşən 221 saylı mənzildə olan zaman Zərərçəkmiş şəxs məxsus həmin bank hesabına müdaxilə edib elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən "xxxx" MMC vasitəsilə həmin kartla xx.xx.2022-ci il tarixdə saat 21:27:20-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39C ünvanında yerləşən “Shaurma N1” restoranından 23,79 manat, xx.xx.2022ci il tarixdə saat 21:38:56-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39C ünvanında yerləşən “Shaurma N1” restoranından 36,15 manat, xx.xx.2022-ci il tarixdə saat 22:05:07-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Osmanbey” restoranından 47,79 manat, xx.xx.2022-ci il tarixdə saat 22:06:57-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 54 ünvanında yerləşən “X8” restoranından 30,57 manat, xx.xx.2022-ci il tarixdə saat 22:16:47-də Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 63A ünvanında yerləşən “Gənclik” marketdən 42,23 manat, xx.xx.2022ci il tarixdə saat 10:54:48-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “AZ-Granata” mağazasından 214,85 manat, xx.xx.2022-ci il tarixdə saat 11:12:26-da Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 63A ünvanında yerləşən “Gənclik” marketdən 55,17 manat, xx.xx.2022-ci il tarixdə saat 11:40:03-də ünvan 6 ünvanında yerləşən “Azbuka Alcoholi” mağazasından 224,34 manat, xx.xx.2022-ci il tarixdə saat 11:46:23-də ünvan 7 ünvanında yerləşən “Laçın Qayası” restoranından 41,99 manat, xx.xx.2022-ci il tarixdə saat 11:49:43-də ünvan 7 ünvanında yerləşən “Laçın Qayası” restoranından 35,49 manat, xx.xx.2022-ci il tarixdə saat 12:11:27-də Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi ərazisində olan zaman Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 63A ünvanında yerləşən “Gənclik” marketdən 42,54 manat və xx.xx.2022-ci il tarixdə saat 20:40:19-da yaşadığı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 1A-da yerləşən 221 saylı mənzildə olan zaman ünvan 10 ünvanında yerləşən “E and M fruits” mağazasından 41,18 manat dəyərində içkilər, müxtəlif növ ərzaq və digər məhsullar sifariş verib qəbul etməklə ümumilikdə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nin kartından 836 manat 09 qəpik pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər “1 X-Bet” mərc oyunları oynayıb adına olan bank kartı vasitəsilə onlayn qaydada pul köçürmələrini həyata keçirmişdir. Mərc oyunlarına digər şəxslərin adına olan bank kartları vasitəsilə də pul köçürə biləcəyini düşünüb bu məqsədlə dostu Şahid2 onun üçün bank kartı tapmasını xahiş etmişdir. Təxminən 2021-ci ilin avqust və ya sentyabr aylarında Anar üzərində 6762-6111-0255- 5736 rəqəmləri, bitmə tarixi 02/26 yazılmış "xxxx"dan verilmiş plastik kartın fotoşəklini ona göndərmişdir. Həmin kart vasitəsilə “1 X-Bet” mərc oyunlarına onlayn qaydada pul köçürmək istəsə də, oyun saytında kartın kodu tələb olunduğundan, oyuna qoşulmaq üçün oyun saytına ödəniş edə bilməmişdir. Ona görə də, 2022-ci ilin yanvar ayının sonlarında həmin kartdan onlayn qaydada ödənişlər edib “Bolt-Food” vasitəsi ilə yemək, spirtli və sərinləşdirici içkilər sifariş vermişdir. Hesabın bloka düşməməsi üçün sifarişləri ayrı-ayrı şəxslərə məxsus mobil telefon nömrələrindən vermişdir. Sifariş verdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsus olmuş, ondan özü istifadə etmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi onun dayısı Eyvaz Əzizova, ***-***-**-** saylı mobil telefon nömrəsi tanışı Reyhan Haxıyevaya məxsus olmuş, ***-***-**-** saylı mobil nömrəsi qardaşı Riyadın istifadəsində olmuş, lakin atası Nəsimi Şirinovun adına qeydiyyata alınmışdır. ***-***-**-** saylı mobil telefon nömrəsinin kim tərəfindən istifadə edildiyini, kimə məxsus olduğunu xatırlamır. +**********7 saylı mobil telefon nömrəsini Rusiya Federasiyasının Novosibirsk şəhərində olarkən öz adına almış, ara-sıra ondan istifadə etmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi Səbinə adlı tanışının istifadəsində olmuşdur, lakin kimə məxsus olduğunu bilmir. mailto:eyvaz.azizov.1984@gmail.comElektron ünvan 1 “gmail”indən özü dayısı Eyvaz Əzizovun adına qeydiyyatdan keçib istifadə etmişdir, mailto:reyhanmmmdova%20116@gmail.comElektron ünvan 2 “gmail”i tanışı Reyhanın adına açılmış, Reyhan tərəfindən istifadə olunmuşdur. mailto:cinare@gmail.comElektron ünvan 3, mailto:dndjjzjjx@gmail.comElektron ünvan 4 və mailto:dbbshs@gmail.comElektron ünvan 5 “gmail”lərindən özü qeydiyyatdan keçib istifadə etmişdir, mailto:riyad.shirinov@gmail.comElektron ünvan 6 “gmail”indən qardaşı Riyad qeydiyyatdan keçsə də, onun tərəfindən istifadə edilmişdir. Sifarişləri ***-***-**-** saylı mobil telefon nömrəsindən, mailto:dndjjzjjx@gmail.comElektron ünvan 4 və mailto:dbbshs@gmail.comElektron ünvan 5 “gmail”lərindən verərək ödənişləri Şahid2 fotoşəklini ona göndərdiyi üzərində 6762-6111-0255-5736 rəqəmləri yazılan bank kartı vasitəsilə həyata keçirmişdir. Bununla da, sonradan adını bildiyi Zərərçəkmiş şəxs məxsus olmaqla "xxxx" ASC-dən həmin şəxsin adına verilmiş ******************** hesab nömrəli kartın fotoşəklini əldə etdikdən sonra onun üzərindəki hesab nömrəsini özündə əks etdirən 6762-6111-0255-5736 rəqəmlərini istifadəsində olan “Samsung SM-A125F” modelli mobil telefonundakı “Boltfood” proqramı vasitəsilə qeydiyyatdan keçirtmişdir. 23 və 24 yanvar 2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs məxsus bank kartından istifadə edərək onlayn qaydada “Bolt Food” Service vasitəsilə sifarişlər vermiş və sonuncunun kartından onlayn qaydada ümumilikdə 836 manat 09 qəpik ödəniş etmişdir. Zərərçəkmiş şəxs məxsus bank kartından istifadə edərək ödənişlər etməsi barədə kənar şəxs və ya şəxslərə heç nə deməmişdir. Qardaşı Riyad, dayısı Eyvaz, həmçinin qeyd etdiyi mobil telefon nömrələrinin və “gmail”lərin sahibləri və istifadəçiləri bu barədə məlumatları olmamışdır. Bundan başqa, müxtəlif tarixlərdə özü, qardaşı Riyad və adlarını qeyd etdiyi tanışları nəqd və ya özlərinə məxsus bank kartı vasitəsilə onlayn qaydada “Bolt Food” Service vasitəsilə sifariş vermişlər. Şahid2 "xxxx"dan Zərərçəkmiş şəxs adına verilmiş plastik kartı haradan və hansı qaydada əldə etməsi barədə məlumatı olmamışdır. Sonradan ona aydın olmuşdur ki, Anar həmin kartın fotoşəklini Tolik kimi tanıdığı X2, sonuncu isə tanımadığı və adını bilmədiyi şəxsdən əldə etmişdir. Zərərçəkmiş şəxs başqa digər hər hansı şəxsə və ya şəxslərə məxsus bank kartlarından oğurluq etməmişdir. Əlavə sualları cavablandırarkən təqsirləndirilən şəxs bildirmişdir ki, o, yaşadığı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 1 A-da yerləşən 221 saylı mənzildə olan zaman Zərərçəkmiş şəxs məxsus bank hesabından istifadə etməklə internet üzərindən "xxxx" MMC vasitəsilə həmin kartla xx.xx.2022-ci il tarixdə saat 21:27:20-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39C ünvanında yerləşən “Shaurma N1” restoranından 23,79 manat, xx.xx.2022ci il tarixdə saat 21:38:56-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39C ünvanında yerləşən “Shaurma N1” restoranından 36,15 manat, xx.xx.2022-ci il tarixdə saat 22:05:07-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Osmanbey” restoranından 47,79 manat, xx.xx.2022-ci il tarixdə saat 22:06:57-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 54 ünvanında yerləşən “X8” restoranından 30,57 manat, xx.xx.2022-ci il tarixdə saat 22:16:47-də Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 63A ünvanında yerləşən “Gənclik” marketdən 42,23 manat, xx.xx.2022ci il tarixdə saat 10:54:48-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “AZ-Granata” mağazasından 214,85 manat, xx.xx.2022-ci il tarixdə saat 11:12:26-da Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 63A ünvanında yerləşən “Gənclik” marketdən 55,17 manat, xx.xx.2022-ci il tarixdə saat 11:40:03-də ünvan 6 ünvanında yerləşən “Azbuka Alcoholi” mağazasından 224,34 manat, xx.xx.2022-ci il tarixdə saat 11:46:23-də ünvan 7 ünvanında yerləşən “Laçın Qayası” restoranından 41,99 manat, xx.xx.2022-ci il tarixdə saat 11:49:43-də ünvan 7 ünvanında yerləşən “Laçın Qayası” restoranından 35,49 manat, xx.xx.2022-ci il tarixdə saat 12:11:27-də Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi ərazisində olan zaman Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 63A ünvanında yerləşən “Gənclik” marketdən 42,54 manat və xx.xx.2022-ci il tarixdə saat 20:40:19-da yaşadığı Bakı şəhəri Nizami rayonu, A.Manafov küçəsi, ev 1A-da yerləşən 221 saylı mənzildə olan zaman ünvan 10 ünvanında yerləşən “E and M fruits” mağazasından 41,18 manat, ümumilikdə 836 manat 09 qəpik dəyərində içkilər, müxtəlif növ ərzaq və digər məhsullar sifariş verib qəbul etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş, həmin halları və ağır ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə qeyd olunanlara əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, təqaüdçü olduğu üçün hər ay 836 manat təqaüd aldığından, təqaüdü "xxxx"dan onun adına verilmiş plastik kartına köçürülür. Çox vaxt 2 aydan bir kartından təqaüd pulunu çıxardır. 09 mart 2022-ci il tarixdə adına olan plastik kartının hesabından pul çıxartmaq üçün Səbail rayonu ərazisində yerləşən "xxxx"ın Səbail filialına gedib orada xəzinədara yaxınlaşmış, ad və soyadını dedikdən sonra bankın əməkdaşı ona kartın hesabında 945 manat pulun olduğunu bildirmişdir. Hesab kartındakı pulun məbləğinin əskik olduğunu bildirdikdə bankın əməkdaşı kartına mədaxil olan və kartdan məxaric olunan pulun siyahısını ona göstərmişdir. Bundan sonra ona aydın olmuşdur ki, 23 və 24 yanvar 2022-ci il tarixlərdə naməlum şəxs və ya şəxslər elektron qaydada pulunu oğurlayıb “Bolt Food” vasitəsilə onun kartın hesabından 836 manat 09 qəpik dəyərində müxtəlif növ sifarişlər vermişdir. Ona görə də bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edib məlumat verəndən sonra banka müraciət edib gələcəkdə kartından pulun çıxarılmasının qarşısını almaq üçün kartın hesabını bağlatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Şirin mütəmadi olaraq “Bolt Food” Service vasitəsilə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 1A-da yerləşən 221 saylı mənzilə müxtəlif mağazalardan və iaşə obyektlərindən ərzaq məhsulları, meyvə, spirtli içkilər və s. məhsullar sifariş verimiş, ona məlum olmayan bank kartı vasitəsilə ödənişləri həyata keçirmişdir. Şirin müxtəlif şəxslərin, o cümlədən özünün və onun mobil telefonundan, həmçinin onun adına olan “gmail”dən sifarişlər vermişdir. 23 və 24 yanvar 2022-ci il tarixlərdə Şirin bir neçə dəfə ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən və onun adına olan mailto:rivad.shirinov@gmail.comElektron ünvan 7 “gmail”dən sifarişlər vermişdir. Şirinin konkret olaraq kimə məxsus bank kartından ödənişlər etməsi barədə məlumatı yoxdur. Sabunçu RPİ-in 42-ci PB-ə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Şirin 23 və 24 yanvar 2022-ci il tarixlərdə tanışı Şahid2 ona göndərdiyi "xxxx"dan Zərərçəkmiş şəxs adına verilmiş plastik kartından sonuncunun xəbəri olmadan onlayn qaydada hissə-hissə olmaqla ümumilikdə 836 manat ödəniş edib “Bolt Food” Service vasitəsilə müxtəlif məhsullar sifariş vermişdir. Şirin ona bu barədə heç bir məlumat verməmişdir. Əgər, bu barədə məlumatı olsaydı, dərhal hüquq mühafizə orqanlarına məlumat verərdi. Şahid2 nə vaxt, haradan və hansı qaydada Zərərçəkmiş şəxs məxsus plastik bank kartının fotoşəklini əldə etməsi barədə hər hansı məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək həmin dövrdə verdiyi ifadəsini təsdiq etdiyini, Mingəçevir şəhərində yaşadığına görə məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunanlara əsasən həmin şahidin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bununla bağlı müxtəlif taksi xidmətlərinə qoşulmuş və həmin xidmətlərin verdiyi sifarişlər əsasında müştərilərə taksi kimi xidmət göstərmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında xatırlamadığı taksi xidmətindən onun istifadəsində olmuş mobil telefona sifariş daxil olmuş və o, həmin sifarişi icra edərək əvvəllər tanımadığı, sonradan münasibəti yarandığı Zəkiyə İsmayılovanı Azərbaycan Tibb Universitetinin yaxınlığından götürüb Hökümət Evinin yanına aparmış, oradan isə Zəkiyə xanımın əri İlyas İsmayılovu da götürüb Sabunçu rayonu, Nardaran qəsəbəsinə aparmışdır. Beləliklə də, onun Zəkiyə və İlyas İsmayılovlarla münasibəti yaranmış və onların xahişi ilə bir neçə dəfə sürücü kimi avtomobili ilə onlara xidmət göstərmişdir. Münasibətləri yarandığı üçün Zəkiyə xanımın xahişi ilə onlara məxsus şəxsiyyət vəsiqələrinin və təqaüd kartının fotoşəkillərini telefonuna çəkib kserosurətlərini çıxararaq onlara təqdim etmişdir. Zəkiyə xanım özü ondan xahiş etmişdir ki, həmin sənədlərin fotoşəkillərini telefonundan silməsin, çünki ona lazım olanda kserosurətlərini çıxarıb təqdim edə bilsin. Bu səbəbdən də, o, həmin sənədlərin fotoşəkillərini telefonundan silməmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında dəqiq tarix yadında olmasa da, tanışı X3 rayonu ərazisində görüşdükdə Anatoli telefonu olmadığını, danışıb qaytaracağı adı ilə ondan istifadəsində olan “Redmi Note 8” markalı mobil telefonunu istəmiş, o, telefonunu Anatoliyə versə də, sonuncu telefonunu qaytarmamışdır. Bir neçə gündən sonra o, Anatoli ilə əlaqə saxlayanda sonuncu ona bildirmişdir ki, telefonu lombarda qoyub pul götürmüşdür. Telefonun içərisində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Həmin telefonda Zəkiyə İsmayılovaya aid sənədlərin fotoşəkilləri də olmuşdur. Sabunçu RPİ-nin 42-ci PB-ə dəvət olunduqdan sonra bilmişdir ki, Zəkiyə İsmayılovanın adına olan təqaüd kartından onlayn qaydada müəyyən məbləğlərdə pul çıxarılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Mixayloviçin iştirakları mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında dostluq münasibətləri vardır. Təxminən 2021-ci ilin avqust-sentyabr aylarında Şirin ona “1 X Bet” mərc oyunlarında oynamaq üçün onlayn qaydada ödənişləri həyata keçirməkdən ötrü hansısa şəxsin adına açılmış bank kartı lazım olduğunu demişdir. Həmin müddətdə “Tolik” kimi çağırdıqları tanışı Anatoli Zadorin ona pul borclu olduğundan pul əvəzinə öz istifadəsində olmuş 1 ədəd “Redmi Note 8” markalı mobil telefonunu vermişdir. Telefonun yaddaşına baxanda görmüşdür ki, “Qalereya” qovluğunda bir çox şəxslərə məxsus plastik bank kartlarının fotoşəkilləri vardır. Həmin kartlardan birinin, yəni "xxxx"dan verilmiş plastik kartın fotoşəklini “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə Təqsirləndirilən şəxs mobil telefonuna göndərmişdir. Sonradan həmin mobil telefonu “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı telefon alqı-satqısı mağazasında 90 manata satmışdır. Polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdən sonra ona məlum olmuşdur ki, Şirin həmin plastik bank kartının fotoşəklindən istifadə edib kartdan ümumilikdə 836 manat pul onlayn qaydada ödənişlər edərək “Bolt Food” Service vasitəsi ilə yemək, spirtli və digər içkilər sifariş vermişdir. Təqsirləndirilən şəxs hansı qaydada, hansı mobil telefon və ya “gmail” vasitəsilə sifarişlər verdiyini bilmir. Təqsirləndirilən şəxs fotoşəklini göndərdiyi "xxxx"dan verilmiş plastik kartın sahibi barədə heç bir məlumatı olmasa da, sonradan ona aydın olmuşdur ki, həmin plastik bank kartı Zərərçəkmiş şəxs məxsus olmuşdur. Şahid1 Mixayloviç həmin ifadəsində göstərmişdir ki, Şahid2 onun dostudur, 10 ildir ki, dostluq edirlər. 2021-ci ilin sentyabr ayında dostu Şahid4lə birlikdə oturub yemək yeyərək spirtli içki qəbul etmişlər. Həmin vaxt onun istifadə etdiyi “Delma 8” markalı mobil telefon Ceyhunda, Ceyhunun istifadə etdiyi “Redmi Note 8” markalı mobil telefon isə onda qalmışdır. O, Ceyhuna bu barədə bildirdikdə sonuncu ona mobil telefonunu itirdiyini bildirmişdir. O da, Ceyhuna mobil telefonunun onun mobil telefonundan baha və əvəzində ona əlavə pul verməli olduğunu demişdir. Ceyhun isə ona pulu olmadığını bildirmişdir. O, bir müddət gözlədikdən sonra isə Ceyhunun onda qalan “Redmi Note 8” markalı mobil telefonunu satmaq qərarına gəlmişdir. Bu barədə dostu Şahid2 demişdir. Sonuncuya mobil telefonun içərisində fotoşəkillər var, silib satarsan demiş və mobil telefonu Anara vermişdir. Anar mobil telefonu sataraq sabahısı gün ona 90 manat pul vermiş, həmin puldan 10 manatını ona qaytarmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İİ cild i.v. 58) -X1 adına "xxxx" ASC-də açılmış ******************** hesab nömrəsi ilə bağlı mədaxil və məxaric olunmuş vəsaitlərə dair məlumatlardan görünür ki, 23 və 24 yanvar 2022-ci il tarixlərdə hissə-hissə olmaqla cəmi 836 manat 09 qəpik pul “Bolt Food” vasitəsilə onlayn qaydada məxaric olunmuşdur. (İİ cild i.v. 65-68) -"xxxx" AZ MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Eyvaz Əzizovun adına olan ***-***-**-** saylı mobil telefon nömrəsindən, Reyhan Haxiyevanın adına olan ***-***- **-** saylı mobil telefon nömrəsindən, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, +**********7 və ***-***-**-** saylı mobil telefon nömrələrindən, mailto:evvaz.azizov._1984@gmail.comElektron ünvan 8, mailto:reyhanmmmdova116@gmail.comElektron ünvan 9, mailto:dndjjzjjx@gmail.comElektron ünvan 4, mailto:dbbshs@gmail.comElektron ünvan 5, mailto:cinare@gmail.comElektron ünvan 3, mailto:riyad.shirinov@gmail.comElektron ünvan 6 “e.mail”lərdən müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə "xxxx" AZ MMC vasitəsi ilə sifarişlər verilmişdir. (İİ cild i.v. 89-100) - 08 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılmışdır. (İİ cild i.v. 135-137) - 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə başlanılsa da, istintaq zamanı toplanmış mötəbər sübutlarla Təqsirləndirilən şəxs məlum cinayət əməlini bir qrup şəxs halında törətməsi müəyyən olunmadığından, eyni zamanda onun törətdiyi cinayət əməli göstərilən məcəllənin 177.2.3-1-ci maddəsi ilə tam əhatə olunduğundan, cinayət işi üzrə cinayət əməli qeyd olunan məcəllənin 177.2.3-1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə əlavə ittiham elan olunmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaqın gedişində toplanmış mötəbər dəlillərlə kifayət qədər sübuta yetirildiyindən, ona göstərilən maddə ilə yenidən ittiham elan edilmiş, istintaq zamanı "xxxx" ASC-dən və "xxxx" MMCdən götürülmüş sənədlər maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ********* nömrəli cinayət işinin ********* nömrəli cinayət işinin başlanılmasına səbəb olmuş eyni xarakterli şikayət əsasında olmaqla eyni fakt əsasında başlanılması nəzərə alınmış, istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 836 manat 09 qəpik maddi ziyanı tam şəkildə qaytarması nəzərə alınmış, 2020-ci ildə Zərərçəkmiş şəxs məxsus kartdan 2799 manat pulun oğurlanması ilə əlaqədar müvafiq material ayrılmaqla araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon polis idarəsinə göndərilmiş, cinayət işinin materiallarında istər şahid ifadələrində, istərsə də, digər sənədlərdə törədilmiş oğurluğun tarixləri səhvən 24 və 25 yanvar 2022-ci il göstərilsə də, həmin tarixlər 23 və 24 yanvar 2022-ci il kimi qəbul edilmişdir. (İİİ cild i.v. 34-53) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il və 27 noyabr 2023-cü il tarixli tələbnamələrdən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə, onun üzərinə digər vəzifələrlə yanaşı, yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00dək olan vaxt ərzində tərk etməmək vəzifəsi də qoyulmuşdur. (İİ cild i.v. 35-36, 45-50) -Bakı şəhər probasiya idarəsinin 27 dekabr 2023-cü il tarixli 21-1/3-30481-22 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə qeydiyyata alınmış, cəzasının sonu 19 avqust 2024-cü il tarixə hesablanmışdır. - 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild i.v. 142) - 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı yerdən azad olunması qərara alınmışdır. (i.v. 120-122) -Müstəntiqin 07 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 123-124) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməklə onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, həmin maddəyə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək müddətə azadlığın məhdudlaşdırılması ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin tələbinə uyğun olaraq onun həmin iş üzrə 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, hazırkı iş üzrə 05 iyul 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, cəmi 04 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 08 günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı, onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş vəzifələr nəzərə alınmaqla, müvafiq məhkəmə qərarı olmadan hər gün gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün həmçinin müqavilə əsasında vəkili iştirak etmişdir, həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, onun həmin iş üzrə 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, hazırkı iş üzrə 05 iyul 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 08 (səkkiz) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00dan səhər saat 06:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı, onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış "xxxx" ASC-dən və "xxxx" MMC-dən götürülən sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar