Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-70/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 06 avqust 1983-cü il tarixdə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Qarazeynallı kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 15 fevral 2024cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 21 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talayaraq soyğunçuluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, özgə əmlakını açıq talamaq məqsədi ilə 17 iyul 2024-cü il tarixdə saat 13 radələrində ünvan 4 nömrəli binanın 6-cı girişinin birinci mərtəbəsində Zərərçəkmiş şəxs boynunda taxılı vəziyyətdə olan bir ədəd 250 manat qiymətində qızıl boyunbağını əli ilə dartıb qopararaq qaçmaqla açıq şəkildə talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 6,25 qram narkotik vasitə marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 17 iyul 2024-cü il tarixdə saat 13 radələrində törətdiyi soyğunçuluq cinayəti ilə bağlı onun yerinin müəyyən edilib təmin edilməsi üçün Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar 21 yul 2024-cü il tarixdə saat 21:20 radələrində Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,25 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 iyul 2024-cü il tarixdə onu Mətləb və Aqil adlı polis əməkdaşları saxlamışlar, sonra cibinə narkotik vasitə qoymuşlar. O, narkotik vasitə istifadə etmişdir, amma saxlanılan vaxt üzərində narkotik vasitə olmamışdır. Onu maşından sürüyə-sürüyə aparmışlar, sonra döyüb zorla boynuna qoymuşlar. Polis şöbəsində yazmasını demişlər, o da deyilən qaydada yazmışdır. Mətləb adlı polis əməkdaşı onu döyməmişdir, ona su alıb vermiş, amma sonra otaqda seyfdən ağ paket çıxartmış, cibinə qoymuş, rəisinə zəng vurub demişdir ki, “bu, ondan edən deyil”. Cibinə qoyulan narkotik vasitəni şəxsi axtarışda çıxarıb təqdim etmişdir. Videodan da görünür ki, onu döyüb üzünü qaraldıblar. Onlar əməliyyatçıdır, o isə adi təqsirləndirilən şəxs, onlara heç nə sübut edə bilməz. Yaza bilmədiyi üçün prokurorluğa şikayət etməmişdir. Üzərində narkotik vasitə olmadığına görə CM-nin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini, soyğunçuluq əməlini etiraf etdiyinə görə CM-nin 180.1-ci maddəsi ilə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadənin müvafiq hissəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 23 iyul 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə təqsirli bilir, ...qızıl boyunbağını sataraq əldə etdiyi pulun qalan son 60 manatına 21 iyul 2024-cü il tarixdə günorta saatlarında “Maklerlər Bağı” adlanan ərazidə üzdən tanıdığı, lakin haqqında başqa heç nə bilmədiyi şəxsdən öz istifadəsi üçün bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana almış və əynində olan şalvarın cibinə qoyub piyada yola düşmüşdür. Həmin gün saat 21 radələrində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və ona 17 iyul 2024-cü il tarixdə Nizami rayonu B.Nuriyev küçəsində qadının boynundan boyunbağı qaçırmaqda şübhəli bilindiyini bildirib onlarla birlikdə 24-cü polis şöbəsinə getməli olduğunu demişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğundan getməkdə bir qədər tərəddüd etmiş, lakin bunun mənasız olduğunu düşünüb onlarla birlikdə getməyə razılıq vermişdir. Düşünmüşdür ki, onsuz da soyğunçuluq cinayətinin üstü açılıb, heç olmasa fürsət tapıb marixuananı cibindən atar ki, məsulliyəti daha da ağır olmasın. Lakin yol boyu polislərin nəzəri üzərində olduğundan bunu edə bilməmişdir. O, marixuananı atnaq üçün əliylə tez-tez ciblərini şalvarın üstündən yoxlayanda bu hərəkət polislərin diqqətini çəkmişdir. Polislər ondan narkotik istifadə edib-etmədiyini soruşmuş, o da arada bir istifadə etdiyini demişdir. Bundan sonra onu təhqiqatçıya təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı polislərin və ona təyin edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirmişdir. Baxış bir polis əməkdaşı tərəfindən telefonla videoqeydə alınmışdır. Ona üzərində olan əşyaları təqdim etməyi bildirildikdə o, əynində olan şalvarın sağ yan cibində saxladığı içərisində marixuana olan kibrit qutusunu, bundan başqa üzərində olan özünə məxsus “Redmi” markalı mobil telefonu, pasportu təqdim etmiş, marixuana təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, həmin zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilən telefon və pasport da iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. Üzərindən başqa dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş əşya aşkar edilməmişdir. Soyğunçuluq əməlini törətməkdə ona heç bir formada kömək edən olmamışdır. Bu cinayət əməlini tək törətmişdir. Narkotik vasitə marixuananı əldə etdiyi şəxs hündür boy, seyrək saçlı, arıq bədən quruluşlu, 40-45 yaşında kişi cinsli biridir, onun haqqında başqa heç nə bilmir. Üzərindən aşkar edilmiş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir...Üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Polisə gətirilərkən, eləcə də araşdırmanın digər mərhələlərində ona qarşı hər hansı fiziki, psixi və ya digər növ təziqlər olmamışdır, ifadəsini öz iradəsi ilə sərbəst şəkildə vermişdir... Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra həmin ifadə ilə razı olmadığını, hazırda məhkəməyə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq isə, ona təzyiq göstərilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etmədiyini və ya məhkəmə nəzarəti qaydasında şikayət vermədiyini göstərmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, poçt vasitəsi ilə teleqram göndərərək ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını göstərmiş, istintaqda verdiyi ifadəsinin əsas götürülməsini, səhhəti ilə bağlı gələ bilmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin qeyd olunan ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 17 iyul 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı ünvanı tərk edib bazarlıq etmək üçün “8-ci km bazarı”na getmiş, lazım olan məhsulları aldıqdan sonra yenidən yaşadığı ünvan 4 ünvanına qayıtmışdır. Burada bir müddət pişikləri yemlədikdən sonra saat 13 radələrində yaşadığı binanın qarşısına doğru getməyə başlamışdır. Binanın 6-cı girişinin qapısını açıb binaya daxil olmuş, bu zaman kimsə anidən əlini boynuna atıb boynunda olan qızıl boyunbağını dartıb qoparıb qaçmışdır. O, arxaya dönənədək həmin şəxs binanın qapısından çıxıb qaçmışdır, həmin şəxsi görə bilməmişdir. Boynunda olan boyunbağı 3 qram çəkidə olan 585 əyyarlıq qızıl olmaqla qiyməti 250 manat olmuşdur. Həmin vaxt heç kimə bu barədə məlumat verməmiş, lakin oğlu işdən qayıtdıqdan sonra ona bu barədə demiş, oğlu da zəng edib DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, boynundan qızıl boyunbağını dartıb qoparan şəxsi görməmiş,həmin şəxs əlini boynuna atıb boyunbağını dartıb qoparmış və qaçıb getmişdir. Həmin şəxs boyunbağını dartarkən boyunbağı boynundan qırılıb çıxmışdır. Boyunbağı nazik olduğundan tez qırılmışdır, həmin şəxsin boyunbağını dartması nəticəsində xəsarət almamışdır. Aralarında heç bir çəkişmə və ya dartışma olmamış, həmin şəxs onu tutub saxlamamışdır. Həmin vaxt bazardan gəldiyi üçün əli dolu olmuş, buna görə ona müqavimət göstərmək imkanı olmamışdır. Həmin şəxs onu vurmamış, ona xəsarət yetirməmiş, arxadan yaxınlaşmış, aralarında çəkişmə olmamışdır. Həmin şəxs boyunbağını dartandan sonra o, bunu hiss edib onun dayanması və kömək üçün qışqırmışdır. Heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 iyul 2024-cü il tarixdə saat 13 radələrində baş vermiş ünvan 4 saylı binanın 6-cı girişində Zərərçəkmiş şəxs boynunda olan qızıl boyunbağını açıq talama cinayətinin açılması üçün şöbənin baş əməliyyat müvəkkili Şahid2 və Emil Əlimərdanlı ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Bu zaman onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus qızıl boyunbağını cinayət yolu ilə əldə edən şəxs həmin qızıl boyunbağını “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən lombard fəaliyyəti göstərən mağazalardan birinə satmışdır. Həmin gün bir-bir mağazlara yaxınlaşıb bununla bağlı soraqlaşma aparmış, lakin bir nəticə əldə edə bilməmişlər. Növbəti gün Şahid3 adlı vətəndaş 24-cü polis şöbəsinin əməliyyat müvəkkili Emil Əlimərdanlıya yaxınlaşaraq həmin qızılı talayan şəxsi tanıdığını, onun həmin qızılı ona satdığını bildirmişdir. Şahid3 bu barədə izahat verməsi ilə müəyyən etmişlər ki, həmin cinayəti törətməkdə 06 avqust 1983-cü il tarixdə Ağdam rayonunda doğulmuş, əvvəllər Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə məhkum olunmuş, Ağdam rayonunun Qarazeynallı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs şübhəlidir. Onun yerinin müəyyən edilməsi istiqamətində şöbənin əməkdaşı Şahid2 ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdə saat 21:20 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılmışdır. Ona özlərini təqdim edib 17 iyul 2024-cü il tarixdə baş vermiş soyğunçuluq cinayətində şübhəli olduğunu və onlarla birlikdə 24-cü polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman həmin şəxs həyəcana qapılıb sağa-sola baxaraq şübhəli davranışlar sərgiləmiş, əli ilə şalvarının üzərindən şalvarının ciblərini yoxlamağa başlamışdır. Onlar cibində nə olduğunu soruşduqda həmin şəxs cavab verməkdən yayınaraq söhbətin mövzusunu dəyişmişdir. Bu hal onlarda şübhə yaratmış və ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşduqda o, arada bir narkotik vasitə olan marixuana istifadə etdiyini bildirmişdir. Beləliklə onun üzərində narkotik vasitə olması ilə bağlı onlarda əsaslı şübhə formalaşmışdır. Polis şöbəsinə gəldikdə bu barədə rəhbərliyə raportla məruzə etmiş və onu şöbənin təhqiqatçısına təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı onun, Şahid2 və dəvət olunmuş vəkilin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış istintaq hərəkəti 24-cü polis şöbəsinin əməkdaşı Pünhan Qəribli tərəfindən videoqeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən içində narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlə olan 01 ədəd kibrit qutusunu, 01 ədəd özünə məxsus mobil telefonu və pasportu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində olan kütləyə təhqiqatçı tərəfindən baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonda şəxsi axtarış barədə protokol tərtib edilmiş ucadan oxunmuş, doğru olduğu üçün bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə marixuananı həmin gün, yəni 21 iyul 2024-cü oil tarixdə günorta saatlarında “Neftçilər” ərazisində “Maklerlər bağı” adlanan parkda üzdən tanıdığı, lakin haqqında başqa bir şey bilmədiyi şəxsdən 60 manat pul qarşılığında alıb üzərində daşıdığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə saat 15 radələrində ünvan 4 saylı binanın 6-cı girişində Zərərçəkmiş şəxs boynunda olan qızıl boyunbağını açıq talama cinayəti ilə bağlı ona verilən suallara cavab olaraq bildirmişdir ki, ərazidə qarşıdan yaşlı bir qadının gəldiyini görmüş, həmin an qadın onun yanından onun əks istiqamətində keçdikdən sonra o, geri dönərək binanın sonuncu girişində arxadan əlini atıb qadının boynundakı boyunbağını tutmuş, dartıb qoparmış və qaçaraq uzaqlaşmışdır. Bundan təxminən yarım saat sonra həmin boyunbağını “Neftçilər” metrosunun yaxınlığında bir mağazaya pasportunu təqdim edərək 200 manat qiymətinə satmışdır. Zərərçəkmiş şəxs məxsus bir ədəd qızıl boyunbağı onu almış Şahid3 tərəfindən naməlum şəraitdə itirilmiş, bu səbəbdən boyunbağının istintaqa təqdim edilməsi mümkün olmamışdır. Əlavə sualları cavablandırarkən həmin şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmiş, o, əməlini özü səmimi olaraq etiraf etmiş, narkotik vasitəni qeyd etdiyi qaydada cibindən çıxarıb təqdim etmişdir. Qeyd olunan proseslər aparılan video çəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1la eyni məmzunlu ifadə vermiş, əlavə sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində onun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə göstərdikləri yalandır, onun özü tərəfindən və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq olmamış, incidilməmiş, onun özü üzərində olan narkotik vasitəni şəxsi axtarış zamanı cibindən çıxarıb təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakının təmin edilməsi mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləməsə də “Neftçilər” metrostansiyasının yaxınlığında telefon mağazası və lombard kimi fəaliyyət göstərən mağazada köməkçi kimi işləyir. 17 iyul 2024-cü il tarixdə saat 16 radələrində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs həmin ərazidə ona yaxınlaşıb özünə məxsus qızıl boyunbağını girov qoymaq istədiyini bildirmiş, o, lombardda işləyən şəxs yerində olmadığını bildirdiyindən həmin boyunbağını satmaq istədiyini bildirmişdir. O, həmin boyunbağıya baxıb onun həqiqətən də qızıl olduğunu müəyyən etmişdir. Həmin qızıl boyunbağını elektron tərəzi vasitəsi ilə çəkərək 3 qram olduğunu müəyyən etmiş və bunun üçün Təqsirləndirilən şəxs 200 manat təklif etmişdir. Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşdıqdan sonra ondan şəxsiyyətini təsciq edəcək sənəd tələb etmiş, bu zaman o, cibindən özünə məxsus olan ümumi vətəndaş pasportunu təqdim etmiş, o, həmin pasportun şəxs haqqında məlumatlar hissəsinə baxıb onun Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişdir. Daha sonra onun pasportunun şəxsiyyəti haqqında məlumatları olan hissəsinin surətini çıxarıb özündə saxlamışdır. Sonra qızıl boyunbağını Təqsirləndirilən şəxs alıb ona 200 manat ödəniş etmişdir. Daha sonra həmin boyunbağının fotosunu çəkib Təqsirləndirilən şəxs pasportunun surətinin yanına qoymuşdur. Boyunbağının bir hissəsi qırıq olmuşdur. Həmin gün boyunbağını əynində olan şalvarın arxa cibinə qoyub evə getmiş, növbəti gün cibinə baxdıqda boyunbağını lapa bilməmişdir və onu naməlum şəraitdə itirdiyini başa düşmüşdür. 18 iyul 2024-cü il tarixdə polis əməkdaşları lombarda yaxınlaşaraq bir nəfər şəxsin bir qadının boynundan boyunbağı oğurladığını və onlarda olan məlumata görə boyunbağını bu ətrafda satdığını bildirmişlər. O, həmin vaxt qorxduğu üçün səsini çıxarmamışdır. Polislər getdikdən bir neçə saat sonra ona qızıl boyunbağını satan Təqsirləndirilən şəxs “Neftçilər” metrostansiyasının yaxınlığında görmüş və dərhal ona yaxınlaşaraq ona oğurluq qızıl satdığı ilə bağlı iradını bildirmiş və onun barəsində polisə şikayət edəcəyini demiş, bu zaman Təqsirləndirilən şəxs ondan aldığı 200 manat pulu ona təqdim edərək pulu qaytararaq şikayət etməməyini xahiş etmişdir. O, 200 manatı Adildən almış və ondan şikayət edəcəyini dedikdə qaçacağını düşünüb ona şikayət etməyəcəyini bildirmişdir. 19 iyul 2024-cü il tarixdə ərazidə gördüyü oğurlanmış qızıl ilə bağlı mağazaya yaxınlaşan polis əməkdaşına yaxınlaşaraq ona axtardıqları şəxsi tanıdığını, həmin şəxsin qızılı ona satdığını bildirmiş və izahat vermək üçün 24-cü polis şöbəsinə getmişdir, o, polis şöbəsində izahat verdikdən sonra Təqsirləndirilən şəxs aid ümumi vətəndaş pasportunun onda olan surətini və ondan aldığı qızıl boyunbağının fotosunu təqdim etmişdir. Qızıl boyunbağını itiridiyi üçün istintaqa təqdim etməsi mümkün olmamışdır. Boyunbağını alarkən onun cinayət yolu ilə əldə edildiyini bilməmiş, bunu ilk dəfə öyrəndikdən sonra qorxmuş və polis əməkdaşlarına heç nə deməmişdir. Lakin daha sonra bu barədə polisə məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 17 iyul 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə soyğunçuluq hadisəsinin baş verdiyi ünvan 4 ünvanına baxış keçirilmişdir. (i.v. 16-18) - 19 iyul 2024-cü il tarixli protokoldan və ona əlavələrdən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 Natik oğlunun təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən ona təqdim edilmiş sonuncuya məxsus ümumvətəndaş pasportunun şəxs haqqında məlumatlar olan səhifəsinin surəti və qızıl boyunbağının fotoşəkili ondan götürülmüşdür. (i.v. 24-26) - 21 iyul 2024-cü il və 22 iyul 2024-cü il tarixli protokollardan görünür ki, şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində, müdafiəçinin iştirakı və videoçəkilişlə qeydə alınmaqla, şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol arxa cibindən 01 ədəd özünə məxsus pasportu, sol yan cibindən 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Kibrit qutusunun içərisinə təhqiqatçı tərəfindən keçirilən baxış zamanı içərisində açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə olduğu məlum olmuşdur. Kibrit qutusu zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefon və pasport iş üzrə əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə marixuananı həmin gün, yəni 21 iyul 2024-cü il tarixdə günorta saatlarında “Neftçilər” ərazisində “Maklerlər bağı” adlanan parkda üzdən tanıdığı, lakin haqqında başqa bir şey bilmədiyi şəxsdən 60 manat pul qarşılığında alıb üzərində daşımışdır. Təhqiqatçı və müdafiəçi tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik maddəni şəxsi istifadəsi üçün alıb, ona qarşı zor tətbiq edən olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə saat 15 radələrində ünvan 4 saylı binanın 6-cı girişində Zərərçəkmiş şəxs boynunda olan qızıl boyunbağını açıq talama cinayəti ilə bağlı ona verilən suallara cavab olaraq bildirmişdir ki, ərazidə qarşıdan yaşlı bir qadının gəldiyini görmüş, həmin an qadın onun yanından onun əks istiqmətində keçdikdən sonra o, geri dönərək binanın sonuncu girişində arxadan əlini atıb qadının boynundakı boyunbağını tutmuş, dartıb qoparmış və qaçaraq uzaqlaşmışdır. Bundan təxminən yarım saat sonra həmin boyunbağını “Neftçilər” metrosunun yaxınlığında bir mağazaya pasportunu təqdim edərək 200 manat qiymətinə satmışdır. Protokolun tərtibi zamanı iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd CD diskə hal şahidlərinin iştirakları ilə 22 iyul 2024-cü il tarixdə baxış keçirilərkən 21 iyul 2024-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 48-49, 91) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 22 iyul 2024-cü il tarixli 7/1185 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs...Təqsirləndirilən şəxs” Yazılar və imzalar olan zərfdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,25 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 6,25 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 6,23 qram qalığı qalmışdır. (i.v. 58-59) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 22 iyul 2024-cü il tarixli 4940 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 61-62) - 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 180.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 82) - 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 181.1 və 234.2-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Şahid3 Natik oğlu barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibi rədd edilmiş, şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,25 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və 0,02 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 6,23 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində verilmiş əməliyyat tapşırığı ilə müsbət nəticə əldə etmək mümkün olmadığından cinayət işindən material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 24-cü PŞ-yə göndərilmişdir. (i.v. 129-136) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə onun özünün və müdafiəçisinin irəli sürdükləri dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini bildirmişdir, hansı ki, bu, qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır, eləcə də, istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra həmin statusda verdiyi ifadələrində özünü təqsirli bilmiş və işin halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri zamanı ona təzyiq göstərildiyi qeyd etsə də, ibtidai istintaq mərhələsində belə təzyiqlər olması, onların davam etməsi barədə bildirməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; həmin əməldə cinayət tərkibi vardır; bu cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 39) - 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 21 iyul 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 100-102) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 15 fevral 2024-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 120-122) Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzadan 15 fevral 2024-cü il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra, məhkumluğu ödənilmədən, 17 iyul 2024-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzalarının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən narkotik vasitənin ekspertiza tədqiqatından sonrakı qalıq hissəsi məhv edilməli, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,23 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 31 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 186 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-70/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-70/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver