Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-71/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxx 1991-ci il tarixdə Ağstafa rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olmaqlaünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs: xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 (inzibati bina) ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə 04 avqust 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanında yerləşən avtobus dayanacağında olan zaman özgənin əmlakını açıq talama məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 həmin dayanacaqda avtobusun gəlməsini gözləyən Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncuya guya əvvəllər tanış olduqlarını bildirərək söhbət etmək adı ilə Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanının yaxınlığında olan oturacağa gətirmiş, bundan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 həmin yerə yaxınlaşıb Zərərçəkmiş şəxs1 guya yaxınlıqdakı binada yaşadığını bildirərək sonuncunun həyətlərindəki oturacaqda oturmasına irad bildirib Zərərçəkmiş şəxs1lə mübahisə edən zaman qrup üzvü Təqsirləndirilən şəxs1 əlini Zərərçəkmiş şəxs1 əynindəki şalvarın arxa sol cibinə salaraq orada olan sonuncuya məxsus 707 manat və Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 məxsus 428 manat olmaqla, ümumilikdə 1135 manat pulu götürdükdən sonra Zərərçəkmiş şəxs1 itələyib yerə yıxdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 baş və sifət nahiyələrindən vurmaqla, sonuncuya ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sağ qaş üstü nahiyənin, alın mərkəzinin, sol qaşın bayır bucağının, sol əlin İ barmağının arxa səthində hər iki falanqanı əhatə edən sıyrıqlarından ibarət xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib Zərərçəkmiş şəxs1 məxsus 707 manat, Zərərçəkmiş şəxs2 məxsus 428 manat pulu ələ keçirib qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə hadisə yerindən qaçıb uzaqlaşmaqla əldə etdikləri gəliri öz aralarında bölüb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 707 manat, Zərərçəkmiş şəxs2 428 manat maddi ziyan vurmalqa soyğunçuluq etmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 177-ci maddəsi ilə təqsirli bilir. Belə ki, xx.xx.2023-cü il tarixdə “Lotos” ticarət mərkəzinin yaxınlığında yerləşən dayanacaqda zərərçəkmiş şəxslə qarşılaşmış, ondan siqaret istəmiş, bu zaman onun içkili olduğunu başa düşmüşdür. Zərərçəkmiş şəxs1 ona birlikdə pivə içməyə getməyi təklif etmiş, o da onunla razılaşmışdır. Hadisə baş verən yerə yaxınlaşdıqda Zərərçəkmiş şəxs1 ona qadın tapmasını istəmiş, o da yaxınlıqda belə bir qadının olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 qadına vermək üçün 15 manat pul ayırmış, onun özünə də 10 manat pul verəcəyini bildirmişdir. O, 15 manat pulu ayırarkən Zərərçəkmiş şəxs1 cibində olan digər pulları görmüşdür. Daha sonra biraz aralıda yerləşən binanın həyətinə daxil olmuş, bir az keçdikdən sonra geri qayıdaraq qadının evdə olmadığını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 ondan yenə də qadını tapmasını istəmiş, bu zaman onunla oturaraq söhbət etməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs2 onlara yaxınlaşmış və Zərərçəkmiş şəxs1lə aralarında mübahisə yaranmış, o, onları ayırmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs1 yenidən cibindən pulları çıxarıb saymağa başlamış, pulu yenidən cibinə qoymaq istəyəndə pullar yerə düşmüş və o, ayağı ilə pulların üstünü örtərək gizlətmiş, daha sonu pulu götürərək cibinə qoymuşdur. Lakin o, zərərçəkmiş şəxsi vurmamış, ona xəsarət yetirməmişdir. Əməlindən çox peşmandır. O, sadəcə pul yerə düşdükdə pulu götürmüş, oğurluq əməli törətmiş, soyğunçuluq etməmişdir. Törətdiyi əməl düzgün tövsif olunmamışdır. Bu səbəbdən əməlin Cinayət Məcəlləsinin 177-ci maddəsinə tövsif olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir və özünü həmin əməl üzrə təqsirli bilir. Belə ki, xx.xx.2023-cü il tarixdə Xalqlar Dostluğu adlanan ərazidə olan zaman Təqsirləndirilən şəxs1 ona zərərçəkmiş şəxsin üzərində xeyli məbləğdə pul vəsaitinin olduğunu və həmin pulu çıxarmağı ona bildirmişdir. Daha sonra “Lotos” Ticarət mərkəzinin yaxınlığında yerləşən avtobus dayanacağında o, kənarda dayanmış, Elşən isə həmin şəxsə yaxınlaşıb onunla birlikdə piyada söhbət edərək üzü aşağı hərəkət etmişdir. O da onların arxasınca getməyə başlamış, hadisənin baş verdiyi binanın qarşısına çatdıqda o, onlara yaxınlaşaraq orada niyə dayanmaqlarını soruşmuş, o, qardaşını gözlədiyini demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 pulu götürüb-götürməməsini bilməmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 guya zərərçəkmiş şəxsin üstünü təmizləməyə başlamış və onun cibindən pulu götürmüş, kişini isə onun üstünə itələmişdir. Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə artıq Elşənin pulu onun cibindən götürdükdən sonra baş vermişdir. Onun əməli CM-nin 221.1-ci maddəsinin təsiri altına düşür, cinayət işi üzrə əməl düzgün tövsif olunmamışdır. Bu səbəbdən törətdiyi əməlin Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən “Kapital Bank”a aid bankomatdan özünə məxsus əmək haqqı kartından 607 manat və həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus əmək haqqı kartından 428 manat pul vəsaitini çıxarıb əynində olan şalvarın cibində saxladığı 100 manat pula əlavə etmiş və ümumilikdə 1135 manat pulu şalvarının arxa sol cibinə qoyaraq yaşadığı ünvanın yaxınlığında yerləşən adını bilmədiyi kafedə əyləşib orada dörd bokal spirtli içki olan pivə içmişdir. Orada spirtli içki olan pivəni qəbul etdikdən sonra 50 saylı marşrut avtobusuna əyləşib “Krossvord” qəzeti almaq üçün metronun “Xalqlar Dostluğu” stansiyasının yanına getmiş, orada yerləşən köşkdən qəzetləri aldıqdan sonra piyada Qara Qarayev prospektində yerləşən 8-ci kilometr bazarının yanına getmişdir. Qara Qarayev prospekti 106 saylı ünvanda yerləşən avtobus dayanacağında 50 saylı marşrut avtobusunu gözləyən zaman bir nəfər şəxs ona yaxınlaşıb onu tanıdığını demiş, o, həmin şəxsi tanımadığını desə də, həmin şəxs onu tanıdığını bildirmiş və birlikdə piyada bir müddət üzü C.Naxçıvanski küçəsi, 41 istiqamətində gedərək orada olan oturacaqda əyləşmişlər. Təxminən orada 2-3 dəqiqə əyləşdikdən sonra başqa bir şəxs yanlarına yaxınlaşıb orada nə işləri olduğunu, həmin binada qaldığını, oradan durub getmələrini dedikdə anidən oturacaqda oturduğu yerdə əli ilə alın və baş nahiyəsinə vurmağa başlamışdır. Onunla birlikdə oturacaqda olan şəxs də sonradan gələn şəxsə qoşulub əlləri ilə alın və baş nahiyəsinə bir neçə dəfə vuraraq onu yerə yıxaraq cibindən 1135 manat pulunu götürüb oradan qaçıb uzaqlaşmışlar. Cibindən götürülmüş pullardan 707 manatı ona məxsusdur. Qalan 428 manat isə həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsusdur. Buna görə də, baş vermiş hadisə zamanı ona 707 manat, həyat yoldaşı Zərərçəkmiş şəxs2 428 manat maddi ziyan dəymişdir. Şalvarının arxa cibində olan 1135 manat pulu Elşən götürmüş, ancaq onu həm Elşən, həm Rasim vurmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs2 onu vurmağa başlamış, daha sonra Təqsirləndirilən şəxs1 da onu vurmuşdur. Dayanacaqda olarkən on yalnız Elşən yaxınlaşmış, ancaq sonradan pulu Elşən götürəndə Rasimlə birlikdə qaçmışlar. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən onlardan şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 Əliheydər qızı ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Kapital Bank” tərəfindən adına rəsmiləşdirilmiş 5103 0714 2053 4576 nömrəli əmək haqqı kartından 428 manat pul vəsaitini çıxarmaq üçün həyat yoldaşı Zərərçəkmiş şəxs1 vermişdir. Həmin gün axşam saatlarında evə gələn həyat yoldaşı Zərərçəkmiş şəxs1 Yeni Günəşli qəsəbəsində yerləşən “Ballı” adlı marketin yanında quraşdırılmılış “Kapital Bank”a aid bankomatdan özünə məxsus 5103 0714 3270 8069 nömrəli əmək haqqı kartından 607 manat və ona məxsus “Kapital Bank” tərəfindən rəsmiləşdirilmiş 5103 0714 2053 4576 nömrəli əmək haqqı kartından 428 manat pul vəsaitini çıxarıb cibində olan 100 manatı da üzərinə qoyub şalvarının arxa cibinə qoyduğunu, həmin gün əvvəllər tanımadığı iki nəfər şəxsin əl zərbələri ilə onu vurub yerə yıxdıqdan sonra cibində olan 1135 manat pulu götürüb qaçdıqlarını bildirmişdir. Sonradan həyat yoldaşı Mehman hadisə ilə əlaqdar DİNin 102 xidmətinə məlumat vermiş və 05 avqust 2023-cü il tarixdə ərizə ilə Nizami RPl-nin 24-cü PŞ-nə müraciət etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 cibindən götürülmüş 1135 manat puldan 428 manatı ona məxsusdur. İş materiallarında olan xx.xx.2023-cüil tarixli “Video görüntüyə baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Nizami RPl-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Hakim Mirzəzadə tərəfindən ünvan 7 ünvanlarda quraşdırılmış video müşahidə qurğularında qeydə alınmış video görüntülərin əks olunduğu DVD diskə baxış keçirilmiş, baxış zamanı xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə saat 21:14:03-də (real vaxt 21:17) Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 41 nömrəli binanın yaxınlığında əynində şortik, qısa qol köynək, başında papaq olan bir nəfər şəxsin əynində qara rəngli şalvar, ağ rəngli qısa qol köynək olan bir şəxs ilə yanaşı getməsi, onların arxası ilə bir nəfər əynində qara rəngli şalvar, ağ rəngli qısa qol köynək olan şəxsin getməsi, saat 21:16:16-da (real vaxt 21:18) ünvan 8 ünvanının yanında eyni ilə həmin şəxslərin birlikdə piyada hərəkət etmələri, əynində qara rəngli şalvar, ağ rəngli qısa qol köynək olan şəxsin onların arxası ilə getməsi və hər üçünün ünvan 9 ünvan istiqamətinə getmələri görünmüşdür. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 07 avqust 2023-cü il tarixli, 756 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sağ qaş üstü nahiyənin, alın mərkəzinin, sol qaşın bayır bucağının, sol əlin İ barmağının arxa səthində hər iki falanqanı əhatə edən sıyrıqlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiya və xarakterini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, digər şəxs və ya şəxslər tərəfindən vurulması nəticəsində, sol İ barmağında olan xəsarət isə yıxılması zamanı alınmaları istisna olunmur. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər onlara qarşı elan edilmiş ittihamda özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş qalan 03 ay 01 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 08 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin Təqsirləndirilən şəxs2 cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə çəkilməmiş 02 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 münasibətdə yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 münasibətdə yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış ünvan 7 ünvanlarda quraşdırılmış video müşahidə qurğularında qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə çəkilməmiş 02 (iki) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 il 01 ay (dörd il bir ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 09 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan ünvan 7 ünvanlarda quraşdırılmış video müşahidə qurğularında qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 156 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 144 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-71/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-71/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver