Məhkəmə qərarları › İş №1(007)-73/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-73/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-73/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1995-ci il tarixdə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-394/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, nömrəsiz fərdi evdə kirayə yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 aprel 2024cü il tarixdə saat 21:45-də ünvan 1 ünvanında yerləşən "Əfsanə” gözəllik salonuna müştəri qismində daxil olaraq həmin vaxt salonda olan şəxslərin diqqətinin yayınmasından istifadə edərək masanın üzərində olan gözəllik salonunda saç ustası işləyən Zərərçəkmiş şəxs4 məxsus, içərisində 550 manat və həmin dövrün rəsmi milli valyuta məzənnəsi ilə 186 manat təşkil edən 10.000 Rus rublu nağd pul olan 100 manat dəyərində, qəhvəyi rəngli əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 836 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 may 2024-cü il tarixdə saat 17:50-də ünvan 2 ünvanında yerləşən “Ayla” gözəllik salonuna müştəri qismində daxil olaraq həmin vaxt salonda olan şəxslərin diqqətinin yayınmasından istifadə edərək masanın üzərində olan gözəllik salonunda kosmetoloq işləyən Zərərçəkmiş şəxs3 məxsus əl çantasından içərisində 120 manat nağd pul və dəyəri 500 manat olan 4 qram çəkidə 583 əyyarlı, hər birində 5 sot brilliant qaşı olan qızılgül formalı bir cüt qızıl sırğa olan 35 manat dəyərində qırmızı rəngli “Dolce & Gabbana” markalı pul qabını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 655 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 may 2024-cü il tarixdə saat 19:20-də ünvan 3 ünvanında yerləşən “Antep Lahmacun” restoranına müştəri qismində daxil olaraq, həmin vaxt restoranda olan şəxslərin diqqətinin yayınmasından istifadə edərək divanın üzərindən həmin divanda müştəri qismində əyləşərək yemək sifarişini gözləyən Zərərçəkmiş şəxs2 məxsus içərisində 2000 manat nağd pul, dəyəri 150 manat olan kosmetik ləvazimatları, ümumi dəyəri 100 manat olan qadın ətirləri və özünə məxsus üst geyimi olan 160 manat dəyərindəki çantanı gizli olaraq talayıb, zərərçəkmiş şəxs Aynurə Alıyevaya ümumilikdə 2410 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69A ünvanında fəaliyyət göstərən “RH” qadın geyimləri mağazasına müştəri qismində daxil olaraq mağazada olan şəxslərin diqqətinin yayınmasından istifadə edərək mağazada divanın üzərindən müştəri Zərərçəkmiş şəxs5 məxsus ümumi dəyəri 30 manat olan (077) ***-**-** və (051) ***-**-** mobil nömrələrlə işləyən 01 ədəd 2200 manat dəyərində 256 GB yaddaşlı “Samsung S22 ultra” markalı mobil telefonu, içərisində 25 manat dəyərində pul kisəsi olan 35 manat dəyərində çantanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 2290 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “LC Waikiki” mağazasına müştəri qismində daxil olaraq mağazada olan şəxslərin diqqətinin yayınmasından istifadə edərək uşaq arabasının üzərində olan müştəri Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 20 manat olan (051) ***-**-** və (055) ***-**-** mobil nömrələrlə işləyən 01 ədəd 3500 manat dəyərində “İphone 13 pro max” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3520 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, işsiz olduğundan onun maddi cəhətdən pula ehtiyacı olmuşdur. Buna görə də o, oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 30 aprel 2024-cü il tarixdə saat 21 radələrində oğurluq etmək məqsədilə ünvan 1 ünvanında yerləşən “Əfsanə” gözəllik salonuna müştəri kimi daxil olmuşdur. O, həmin gözəllik salonunda saç ustası işləyən tanımadığı qadının fikrinin yayınmasından istifadə edərək masanın üzərinə qoyduğu qəhvəyi rəngli əl çantasını gizli olaraq götürüb salonu tərk etmişdir. Sonra o, çantanı açıb baxarkən içərisində 140 manat nağd pul və 2000 Rus rublu olduğunu görmüşdür. Pulları götürəndən sonra əl çantasını xatırlamadığı yerdə zibilliyə tullamışdır. Bundan bir neçə gün sonra o, 09 may 2024-cü il tarixdə axşamüstü Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ilə hərəkət edərkən həmin küçədə yerləşən “Ayla” gözəllik salonuna guya müştəri kimi daxil olmuş həmin salonda işləyən xanımın başqa otağa keçdiyini görüb masanın üzərinə qoyduğu əl çantasından qırmızı rəngli pul qabını gizlin götürüb salonu tərk etmişdir. Oradan bir qədər uzaqlaşandan sonra o, pul qabını açıb baxarkən içərisində 30 manat məbləğində nağd pul, bir cüt sırğa, Zərərçəkmiş şəxs3 adına şəxsiyyət vəsiqəsi və bank kartı olduğunu görmüşdür. Çantada olan bir cüt sırğa qızıl deyil, bijuteriya olmuşdur. Pul qabındakı pulu götürüb içərisində olan bir cüt həmin sırğanı, şəxsiyyət vəsiqəsi və bank kartı olan pul kisəsini xatırlamadığı yerdə zibilliyə tullamışdır. O, bank kartından pul çıxarmamışdır. Bundan başqa, o 09 may 2024-cü il tarixdə axşam saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən “Antep Lahmacun” restoranına müştəri kimi daxil olmuşdur. Bir nəfər tanımadığı qadın həmin restoranda divanda oturaraq yemək gözləmişdir. Həmin qadın əl çantasını yanında divanın üzərinə qoyub kiminləsə telefonla danışmışdır. O, divana söykənib həmin qadını müşahidə etmişdir. O, qadının telefonla danışmasından istifadə edərək divanın üzərinə qoyduğu əl çantasını gizli götürərək restorandan çıxıb uzaqlaşmışdır. Həmin qadın və restoranda olan digər şəxslər onun çantanı oğurlamasını görməmişdir. Oradan uzaqlaşdıqdan sonra o, çantanı açıb baxanda içərisində 200 manat pul, kosmetika ləvazimatları, 2 ədəd 2 qramlıq şüşədə bir ədəd dolu və bir ədəd yarımçıq olan ətirlər, gödəkcə olduğunu görmüşdür Çantadan pulu, kosmetika ləvazimatlarını və ətirləri götürmüş, əl çantasını içərisində olan gödəkcə ilə birlikdə yerini xatırlamadığı zibilliyə tullamışdır. O, oğurladığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ətirləri və kosmetik ləvazimatları onun özü istifadə etmişdir. Həmin oğurluq hadisələrini törədərkən gözünə qara eynək taxmış, əyninə boz rəngli gödəkcə geyinmiş və saçlarını sifətinə dağıtmışdır ki, müşahidə kamerasının görüntülərinə düşsə də tanınmasın. O, oğurladığı əşyalardan heç nəyi saxlamamış, ona görə də istintaqa təqdim edə bilməmişdir. 13 iyul 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizamı rayonu, Q Qarayev prospektində yerləsən “RH” qadın geyimləri mağazasına müştəri qismində daxil olub, orada gəzib-dolaşmağa başlamışdır. Mağazada olduğu zaman o, oturacağın üzərində 01 ədəd qara rəngli dəri materialdan olan qadın əl çantasının olduğunu görüb, bir qədər mağazada dayanmış və ətrafına boylanmışdır. Sonra o, həmin çantanın sahibinin başının qarışmasından və yaxınlığında kənar şəxslərin olmamasından istifadə edib, çantanı götürərək mağazanı tərk edib getmişdir. Mağazadan çıxdıqdan sonra o, əl çantasını açaraq içərisində olan 01 ədəd “Samsung S 22 ultra” markalı mobil telefonu götürüb, həmin çantanı içərisindəki 01 ədəd pul kisəsi, şəxsiyyət vəsiqəsi və 02 ədəd bank kartı ilə birlikdə xatırlamadığı küçənin birində yolun kənarına tullayıb getmişdir. Həmin gün mobil telefonu “20 Yanvar” metrostansiyasının yaxınlığında telefon mağazalarından birində 160 manata satmışdır. O, əldə etdiyi qazancı maddi ehtiyaclarını ödəmək məqsədilə xərcləmişdir. Bundan başqa o, 18 iyul 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “LC Waikikı” mağazasına müştəri qismində daxil olub orada gəzərkən hansısa müştəriyə aid uşaq arabasının üzərində 01 ədəd mobil telefon olduğunu görüb, ətrafına boylanmış, yaxınlıqda kənar şəxslərdən kiminsə onun oğurluq edəcəyini görməyəcəyinə əmin olduqdan sonra o, müştəriyə məxsus 01 ədəd “İphone 13 pro max” mobil telefonu əl atıb uşaq arabasının üzərindən götürüb tez bir zamanda mağazanı tərk edib ərazidən uzaqlaşmışdır. Həmin mobil telefonu o, səhəri gün, yəni 10 iyul 2024-cü il tarixdə təxminən saat 16 radələrində "20 Yanvar” metrostansiyasının ətrafında tanımadığı şəxsə 200 manata satmışdır. Əldə etdiyi həmin qazancı şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs5 dəymiş ziyanı ödəmişdir. Məhkəmədən himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 13 iyul 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65 ünvanında yerləşən “RH” adlı qadın geyimləri mağazasına alış-veriş etmək məqsədilə gəlmiş və qara rəngli dəri materialdan tikilmiş əl çantasını oturacaq stulunun üzərinə qoymuşdur. O, aldığı ayaqqabının pulunu ödəmək istədikdə çantasının yerində olmadığını aşkar etmişdir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt onun çantasının içərisində 01 ədəd tünd göy rəngli, 256 GB yaddaşlı, üzərində GSM kartı olan mobil telefon, pul kisəsi olmuşdur. Sonra onun özü Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yaxınlaşıb bununla bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurlanan ona məxsus əl çantasının dəyəri 35 manat, üzəri güllü dəri materialdan hazırlanmış pul kisəsinin dəyəri 25 manat olmuşdur. Mobil telefonu isə bir il əvvəl 2200 manata almışdır. Üzərində də 30 manatlıq 02 ədəd GSM kartları olmuşdur. Ona ümumilikdə 2290 manat məbləğində maddi ziyan vurulmuşdur. Onun pul kisəsində nağd pul olmamışdır. Ona məxsus “Kapital Bank”a aid 02 ədəd kart, özünün şəxsiyyət vəsiqəsi olmuşdur. Halhazırda bank kartlarını bərpa etdirmişdir. Hər iki kartdan heç bir məbləğdə pul çıxarılmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 iyul 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanında yerləşən “LC Waikiki” mağazasında alış-veriş edərkən özünə məxsus 01 ədəd qızılı rəngli “İphone 13 pro max” markalı mobil telefonu uşaq arabasının üzərinə qoymuşdur. O, alış-veriş edib uşaq arabasını götürüb, mağazadan çıxıb üzü Bakı şəhəri, Nizamı rayonu ərazisində "Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Doneretto”nun qarşısına gəlmişdir. Orada görmüşdür ki, mobil telefonu uşaq arabasında yoxdur. O, mobil telefonunun “LC Waikiki” mağazasında alış-veriş edərkən başının qarışmasından istifadə edərək oğurlandığını hesab etmişdir. Buna görə də o, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102,: xidmətinə məlumat vermiş, sonra da Bakı şəhəri Nizamİ RPİ-nin 25-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 01 ədəd qızılı rəngli “İphone 13 pro max” markalı mobil telefondan başqa onun heç bir əşyası və ya nağd pulu oğurlanmamışdır. Həmin mobil telefonu da o, 2022-ci ilin dekabr ayının sonlarında 3500 manata almışdır. Üzərində isə bir ədədinin dəyəri 10 manat olmaqla 02 ədəd telefon nömrələri olmuşdur. Ona ümumilikdə 3520 manat dəyərində maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyandan 1300 manat ödənilmişdir, qalan məbləği istəmir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, ona qarşı şikayətçi olduğunu bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Əfsanə” gözəllik salonunda 6 ildir ki, saç ustası işləyir. 30 aprel 2024-cü il tarixdə saat 21:45-də ünvan 1 ünvanında yerləşən “Əfsanə” gözəllik salonunda işdə olmuşdur. Bu zaman onlar salonun mətbəx hissəsində olarkən gözündə qara eynək, əynində boz gödəkcə olan, 25-30 yaşlarında əvvəllər tanımadığı bir nəfər qadın salona daxil olub, sonra da çıxmışdır. O, mətbəx hissədən salona keçən zaman həmin tanımadığı qadın salondan çıxdıqdan sonra özünə aid iş masasının üzərinə baxanda əl çantasının yerində olmadığını görüb dərhal salonda olan videomüşahidə kamerasına baxanda görmüşdür ki, həmin qadın onun diqqətinin yayınmasından istifadə edərək masanın üzərinə qoyduğu bir ədəd içərisində 550 manat və 10.000 Rus rublu olan qəhvəyi rəngli dəri materialdan hazırlanmış əl çantasını gizli yolla oğurlayaraq salonu tərk edib getmişdir. Əl çantası qəhvəyi rəngli dəri materialdan hazırlanmışdır. O, həmin çantanı oğurluq hadisəsi baş verməmişdən 3-4 ay əvvəl Türkiyə Respublikasından milli pulla 100 manata almışdır. Çantanın içərisində isə 550 manat və 10000 Rus rublu pul olmuşdur. Ümumilikdə ona 836 manat məbləğində maddi ziyan dəymişdir. O, həmin qadını birinci dəfə elə həmin gün salondan girib-çıxdığını görmüşdür. Onun həmin qadınla əvvəllərdən tanışlığı olmadığından, heç bır ədavət, düşmənçiliyi və ziddiyyətli münasibətləri də olmamışdır. Sonradan ona məlum olmuşdur ki, işlədiyi salondan ona məxsus çantanı və içərisində olan nağd pulları oğurlayan həmin qadın Ağcabədi rayonu, Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxsdır. O, Təqsirləndirilən şəxs yalan danışdığını, onun oğurlanan həmin əl çantasının içərisində 550 manat və 186 manat civarında 10.000 Rus rublu nağd pul olmuşdur. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Ayla” gözəllik salonunda kosmetoloq işləyir. Belə ki, o, 09 may 2024-cü il tarixdə saat 17:50 radələrində iş yerində olarkən salona müştəri qismində 30-35 yaşlarında əvvəllər tanımadığı bir nəfər qadının daxil olduğunu görmüşdür. Lakin o, həmin qadının müştəri olduğunu hesab etdiyi üçün qadına çox da nəzər yetirməmişdir. O, özünə məxsus əl çantasını işlədiyi masanın üzərinə qoymuşdur. Onun əl çantasında qırmızı rəngli “Dolce & Gabbana” markalı 35 manat dəyərində pul qabının içərisində 120 manat pul, 500 manat dəyərində 4 qram çəkidə 583 əyarlı hər birində 5 sot brilliant qaşı olan qızılgül formalı bir cüt qızıl sırğa, özünə məxsus şəxsiyyət vəsiqəsi və “Leobank” kartı olmuşdur. O, pul xırdalamaq məqsədilə digər otağa keçib qayıdarkən həmin qadının salondan çıxdığını görmüşdür. Bir qədər sonra o, əl çantasından pul götürmək istəyərkən görmüşdür ki, əl çantasında içərisində 120 manat pulun, 500 manat dəyərində 4 qram çəkidə 583 əyarlı hər birində 5 sot brilliant qaşı olan qızılgül formalı bir cüt qızıl sırğası, özünə məxsus şəxsiyyət vəsiqəsi və “Leobank” kartı olan pul qabı yerində yoxdur. O, salonda quraşdırılmış müşahidə kamerasına baxarkən əl çantasından pul qabının həmin qadın tərəfindən oğurlandığını müəyyən etmiş və bu barədə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsindən sonra bank kart hesabını dərhal blok etdiyi üçün kartından pul çıxarılmamışdır. Kart ona bank tərəfindən pulsuz verilmişdir. O, həmin qadını birinci dəfə idi ki, elə həmin gun işlədiyi gözəllik salonunda görmüşdür. Sonradan ona məlum olmuşdur ki, içərisində pul, şəxsiyyət vəsiqəsi, bank kartı, bir cüt qızıl sırğa olan pul qabını oğurlayaraq ona maddi ziyan vuran həmin qadın Ağcabədi rayonu, Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxsdır. Onun Təqsirləndirilən şəxs ilə əvvəllərdən tanışlığı olmadığından heç bir ədavət, düşmənçiliyi və ziddiyyətli münasibətləri də olmamışdır. Dəymiş maddi ziyanla bağlı ona həmin qadın tərəfindən heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs göstərdikləri tamamilə yalandır. Ona məxsus qırmızı rəngli “Dolce & Gabbana” markalı 35 manat dəyərində pul qabının içərisində 120 manat məbləğində nağd pul, 500 manat dəyərində 4 qram çəkidə 583 əyarlı hər birində 5 sot brilliant qaşı olan qızılgül formalı bir cüt qızıl sırğa, özünə məxsus şəxsiyyət vəsiqəsi və “Leobank” kartı olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 655 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında “Elna Studio” qadın gözəllik salonunu işlədir. 09 may 2024-cü il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olan kosmetika dükanlarından işlətdiyi özünə məxsus qadın gözəllik salonuna ləvazimatlar almaq üçün getmişdir. Həmin gun saat 19:20 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən “Antep” restoranına yemək üçün yaxınlaşaraq yemək sifariş verib, divanda əyləşmişdir. O, sifarişi gözləyən zaman 30-35 yaşlarında olan bir nəfər qadın onun başının üzərində yüksək səslə telefonla danışmışdır. O, həmin qadının üzünü görsə də, lakin o qədər də diqqət etməmişdir. Restoranda divanda əyləşən zaman o, çantasını yanına qoymuşdur. Onun çantası ilə həmin qadının ara məsafəsi çox az idi, həmin qadın divanın qoltuq hissəsinə söykənib telefonla danışmışdır. Onun yadında qalmışdır ki, qadının gözündə eynək, əynində krem rəngli gödəkcə, göy rəngli cins şalvar, çiynində krem rəngli çanta, əlində bir sellofan torba lobya olmuşdur. O, çantası tərəfə dönüb baxanda çantasının yerində olmadığını, həm də qadının orada olmadığını görmüşdür. Onun çantasının içərisində 2000 manat pul, dəyəri 150 manat təşkil edən qadın kosmetika ləvazimatları və ümumilikdə dəyəri 100 manat təşkil edən qadın ətirləri, özünə məxsus boz-qəhvəyi qarışıq rəngli gödəkcə olmuşdur. Çantasının dəyəri isə 150 manat olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2410 manat məbləğində maddi ziyan dəymişdir. O, həmin qadını birinci dəfə idi ki, elə həmin gün sözügedən restoranda görmüşdür. Sonradan ona məlum olmuşdur ki, yemək sifariş verib gözlədiyi restoranda ona məxsus çantanı və içərisində olan nağd pulları, kosmetik ləvazimatları, ətirləri və gödəkcəsini oğurlayaraq ona maddi ziyan vuran həmin qadın Ağcabədi rayonu, Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxsdır. Onun Təqsirləndirilən şəxs ilə əvvəllərdən tanışlığı olmadığından, heç bir ədavət, düşmənçiliyi və ziddiyyətli münasibətləri də olmamışdır. Təqsirləndirilən şəxs yalan danışır. Oğurlanan vaxt onun çantasının içərisində qeyd olunan əşyalarla yanaşı 2000 manat nağd pul olmuşdur. Güldanə adlı həmin qadın tərəfindən ona vurulmuş maddi ziyanla bağlı ödəniş edilməmişdir. Həmin vaxt onun yanında heç kim olmamışdır. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yaşamaqla, 10 ilə yaxındır ki, “20 Yanvar” metrostansıyasının yaxınlığında yerləşən “Velotrek” ticarət mərkəzində yerləşən telefon mağazasında satıcı işləyir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında bir nəfər tanımadığı qadın mağazaya yaxınlaşaraq istifadəsində olan “Samsung S22” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, telefona baxdıqdan sonra həmin şəxsə mobil telefonu 270 manata ala biləcəyini demişdir. Şəxs də onunla razılaşmışdır. O, həmin qadından mobil telefonun kimə məxsus olduğuna dair sənəd tələb etmişdir. Bu zaman həmin qadın mobil telefonun özünə məxsus olduğunu bildirib üzərində şəxsiyyətini təsdiq edən sənədin surətini göstərmişdir. O, onda bilmişdir ki, həmin qadın Təqsirləndirilən şəxsdır və sonuncu ona göstərdiyi sənədin üzərində öz xətti ilə mobil telefonun markasını, İMEİ kodunu, mobil telefonun oğurluq və girovluqda olmaması barədə qeydlər edərək soyadını və adını yazıb, imzalayaraq ona təqdim etmişdir. O, Təqsirləndirilən şəxs mobil telefonu təhvil götürüb razılaşdıqları 270 manat pulu Güldanəyə vermişdir. Həmin vaxt o, həmin telefonun oğurluq olmasını bilməmişdir. 05 avqust 2024-cü il tarixdə polis əməkdaşları mağazaya gələrək ona yaxınlaşdıqda bilmişdir ki, telefon oğurluqdur. Həmin polis əməkdaşları ondan telefonu tələb etdikdə artıq o, mobil telefonu başqa müştəriyə satmışdır. Ona görə də mobil telefonu polis orqanlarına təqdim edə bilməmişdir. Müştərinin anket məlumatları ona məlum deyildir. Ona görə də o, şəxsin kimliyi barədə konkret heç nə deyə bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - təqdim etmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid tərəfindən üzərində “xx.xx.2024-cü il tarix. **********38549 İMEİ kod, Təqsirləndirilən şəxs, S 22 Ultra, telefon özümə məxsusdur, girov və oğurluq deyil" sözləri qeyd edilmiş və imzalanmış əlyazma olan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs aid sənədin surətini təqdim etmiş, həmin sənəd əsasında Təqsirləndirilən şəxs “Samsung S22 ultra” markalı mobil telefon aldığını bildirmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - xx.xx.2024-cü iİ tarixli kompakt diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “LC Waikiki” mağazasında olan müşahidə kamerasından götürülərək 01 ədəd üzərində heç bir yazı olmayan ağ rəngli diskə köçürülmüş videogörüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, 01 nəfər saçları çiyninə tökülmüş, əynində çəhrayı rəngli papaqlı poluver, göy rəngli cins şalvar, arıq bədən quruluşlu qadın ayaqüstə dayanmışdır. Qadın paltarlarının satıldığı dükanların birində bir nəfər saçları çiyninə tökülmüş, qara rəngli qısaqol köynək, göy rəngli cins şalvar olan arıq bədən quruluşlu qadın iti yerişlə dükanı tərk edir. Kompakt diskə baxışın keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogöruntüdə özünün olduğunu, 18 07.2024-cü iİ tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “LC Waikiki” mağazasında uşaq arabasının üzərindən sonradan ona Zərərçəkmiş şəxs1 kimi məlum olan qadına məxsus 01 ədəd “İphone 13 pro max” markalı mobil telefonun sahibinin başının qarışmasından istifadə edərək götürüb iti yerişlə dükandan çıxıb uzaqlaşdığını qeyd etmişdir. - xx.xx.2024-cü iİ tarixli kompakt diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “Əfsanə” gözəllik salonunda olan muşahidə kamerasından götürülmüş 01 ədəd kompakt diskə köçürülmüş videogörüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, görüntüdə bir nəfər əynində ağımtıl rəngli gödəkcə, göy rəngli cins şalvar, gödəkcənin papağı baş nahiyəsində arıq bədən quruluşlu qadın bir müddət qadın gözəllik salonunun içərisində ayaqüstə dayanaraq ətrafı müşahidə etdikdən sonra salonda olan şəxslərin başının qarışmasından istifadə edib videogörüntünün 00:04cü saniyəsində ağ rəngli masanın üzərində olan 01 ədəd qəhvəyi rəngli əl çantasını götürüb iti yerişlə salonu tərk edir. Kompakt diskə baxışın keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə özü olduğunu, 30 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Əfsanə” gözəllik salonunda ağ rəngli masanın üzərindəki sonradan şəxsiyyəti ona Zərərçəkmiş şəxs4 kimi məlum olan qadına məxsus bir ədəd qəhvəyi rəngli çantanı sahibinin başının qarışmasından istifadə edərək götürüb getməsini qeyd etmişdir. - xx.xx.2024-cü iİ tarixli kompakt diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Bak şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən “Ayla” gözəllik salonunda və ünvan 3 ünvanında yerləşən “Antep Lahmacun” restoranında olan müşahidə kameralarından götürülərək 01 ədəd kompakt diskə köçürülmüş videogörüntülərə baxış keçirildikdə müəyyən edilmişdir ki, görüntüdə 01 nəfər saçları çiyin nahiyəsinə tökülmüş, gözündə qara rəngli eynək, qucağında ağımtıl rəngli gödəkcə, əynində göy rəngli cins şalvar, ağ-qara rəngli zolaqlı sviter olan qadın bir müddət qadın gözəllik salonunun içərisində ayaq üstə dayanaraq, sonra da stulların birində ağ rəngli masanın qarşısında əyləşərək ətrafı müşahidə edib orada olan qadınların başının işə qarışmasından istifadə edərək videogörüntünun 00:13-cü saniyəsində ağ rəngli masanın üzərində olan 01 ədəd boz rəngli əl çantasının içərisindən qırmızı rəngli pul kisəsini götürüb salonu tərk edir. 2-ci fayl açıldıqda görünür ki, görüntüdə 01 nəfər saçları çiyin nahiyəsinə tökülmüş, gözündə qara rəngli eynək, əynində ağımtıl rəngli gödəkcə, göy rəngli cins şalvar, sağ əlində içərisində tərəvəz olan sellofan torba, sağ çiynində ağımtıl rəngli çanta olan qadın çöl tərəfindən giriş qapıdan restorana daxil olur. Həmin qadın sağ əlində mobil telefonu qulağına tutaraq telefonla danışan bir nəfər qadın görüntünün 00:56cı saniyəsində sahibinin başının qarışmasından istifadə edərək içərisində əşyalar olan 01 ədəd qadın əl çantasını götürərək restorandan uzaqlaşır. Kompakt diskə baxışın keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs hər üç videogörüntüdə özu olduğunu, ilk videogörüntüdə 09 may 2024-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsı 40 ünvanında yerləşən “Ayla” gözəllik salonuna daxil olub, masanın üzərindəki sonradan şəxsiyyəti ona Zərərçəkmiş şəxs3 kimi məlum olan qadına məxsus boz rəngli çantadan qırmızı rəngli pul kisəsini, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev kuçəsı 4 ünvanında yerləşən “Antep Lahmacun” restoranında isə divanın üzərindən sonradan ona Zərərçəkmiş şəxs2 kimi məlum olan qadına məxsus 01 ədəd ağzı açıq ağ rəngli çantanı sahibinin başının qarışmasından istifadə edərək götürüb getməsini qeyd etmişdir. - maddi sübut qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Ayla” gözəllik salonunda, “Antep Lahmacun” restoranında, “Əfsanə” gözəllik salonunda və “LC Waikiki” mağazasında törətdiyi oğurluq hadisələrinin müşahidə kameraları vasitəsi ilə qeydə alınmış videogörüntülərin köçürüldüyü 04 ədəd kompakt disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxslərin əmlakını gizli talayaraq oğurlaması tamamilə təsdiq olunur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 məxsus əl çantasının içərisində 550 manat və 10000 Rus rublu deyil, 140 manat və 2000 Rus rublu olduğuna, Zərərçəkmiş şəxs3 məxsus qırmızı rəngli pul qabında 120 manat deyil, 30 manat nağd pulun, 4 qram çəkidə 583 əyyarlı hər birində 5 sot brilliant qaşı olan qızılgül formalı bir cüt sırğanın qızıl deyil, bijuteriya olduğuna, Zərərçəkmiş şəxs2 məxsus çantanın içərisində 2000 manat deyil, 200 manat nağd pulun olduğuna dair ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-394/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 1(007)-394/2024 saylı, xx.xx.2024-cü il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Probasiya İdarəsinə göndərilmişdir. Göründüyü kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs hazırda icraatda olan cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə həbs olunduqdan sonra icra olunması üçün göndərilmişdir. Bu da onu göstərir ki, xx.xx.2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası icra olunmamışdır və məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı bir övladının olmasını, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda icraatda olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilindiyi əməlləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-394/2024 saylı hökmü qanuni qüvvəyə minənədək törətdiyi üçün ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1- 66.4-cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-394/2024 saylı hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19- 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 04 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 (iki yüz yetmiş) manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-394/2024 saylı hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 4 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 270 (iki yüz yetmiş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar