Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-74/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işsiz, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 96, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında təmir işləri yerinə yetirən ustalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özünü ev sahibinin tanışı kimi təqdim edərək sonuncuları aldatmaqla qanunsuz olaraq mənzilə daxil olub, ustaların diqqətlərinin təmir işinə cəlb olunmasından istifadə edərək mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən hamam otağında divardan taxtaya asılmış Zərərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 1000 manat, X3 məxsus şalvarın cibindən isə 150 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1000 manat, Zərərçəkmiş şəxs2 isə 150 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında "Q.Qarayev" metrostansiyası yaxınlığında gəzərkən Nizami rayonu, M.Abbasov küçəsində yerləşən yeni tikilən binanın 7-ci mərtəbəsində təmir işlərinin getdiyini görmüşdür. Oğurluq etmək niyyəti ilə bloka daxil olmuş, liflə 7-ci mərtəbəyə qalxmış və təmir gedən evin qapısının qarşısında dayanmışdır. Qapı açıq olmuş və görmüşdür ki, evdə iki usta işləyir və yerə taxta vururlar. Ustalar onu görəndə onlara ev sahibinin qohumu olduğunu və evdə gedən təmirə nəzarət etməyə gəldiyini demişdir. Bundan sonra evin otaqlarını gəzməyə başlamışdır. Evin hamam üçün nəzərdə :utulmuş otağına keçmiş və görmüşdür ki, otaqda taxtaların üstündəki mismardan iki şalvar asılmışdır. Arxasınca gələn ustaların birinə demişdir ki, 15-ci mərtəbədə divara boya vurmaq üçün rolik var və gedib o roliki gətirsin. O da getmişdir. Bundan sonra taxtaların üstündəki mismardan asılmış şalvarların cibinə baxmışdır. Birinci şalvarın cibinə baxmış və görmüşdür ki, şalvarın cibində ağ kağıza bükülmüş, hər biri 100 manatlıq əskinaslardan ibarət 1000 (bir min) manat pul və iki ədəd plastik kart vardır. Pulu cibinə, plastik kalları isə orada olan qırmızı rəngli dəmirin üstünə qoymuşdur. Bundan sonra mismardan asılmış ikinci şalvarın ciblərinə baxmış və görmüşdür ki, şalvarın cibində 1 ədəd 100 manatlıq əskinas və 5 ədəd 10 manatlıq əskinaslardan ibarət ümumilikdə 150 manat pul vardır. Həmin pulu da cibinə qoyaraq çıxıb getmişdir. Həmin pula özünə paltar almış və restoranda yeyib-içmişdir. Daha sonra Nərimanov rayonu ərazisində yerləşən muzeyin yanındakı kafedə olan zaman Nizami RPİ-nin əməkdaşları gəlmişlər və onu Nizami RPİ-yə gətirmişlər. hal-hazırda törətdiyi əməldən peşmandır və məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yeni tikilmiş binanın 7-ci mərtəbəsində olan mənzildə Zərərçəkmiş şəxs2 ilə birlikdə təmir işləri görmüşlər. Həmin tarixdə saat təxminən 11 radələrində mənzilə 50-55 yaşlarında bir şəxs daxil olmuşdur. Həmin şəxs ev sahibinin tanışı olduğunu və ev sahibinin 30 dəqiqə sonra mənzilə gələcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ona 12-ci mərtəbədə təmir-tikinti mallarının olduğunu və yeni olduqlarını bildirmişdir. Həmin malları götürmək üçün 12-ci mərtəbəyə qalxmış, lakin orada heç nə tapmayıb geri qayıdıb mənzilə daxil olduqda, həmin şəxsin mənzildə olmadığını görmüşdür. Bundan təxminən 1 saat sonra məzilin giriş hissəsində divardan asılmış şalvarının cibində olan 1000 manat pulunun oğurlandığını aşkar etmişdir. Burdan sonra Ramiz də həmin yerdə asdığı şalvarının cibinə baxdıqda 150 manat pulumun oğurlandığını aşkar etmişdir. Həmin şəxsin əynində qara rəngli şalvar, qara rəngli ayaqqabı və göy rəngli köynək olmuşdur. Bu hadisə ilə əlaqədar həmin şəxsdən şübhələnir. Oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini tələb etdiyini qeyd etdi. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yeni tikilmiş binanın 7-ci mərtəbəsində olan mənzildə Zərərçəkmiş şəxs1 ilə birlikdə təmir işləri görmüşlər. Həmin tarixdə saat təxminən 11 radələrində mənzilə 50-55 yaşlarında bir şəxs daxil olmuşdur. Həmin şəxs ev sahibinin tanışı olduğunu və ev sahibinin 30 dəqiqə sonra mənzilə gələcəyini bildirmişdir. Bundan sonra həmin şəxs Zərərçəkmiş şəxs1 12-ci mərtəbədə təmir-tikinti mallarının olduğunu və yeni olduqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin malları götürmək üçün 12-ci mərtəbəyə qalxmış, özü isə mənzildə qalıb təmir işləri ilə məşğul olmuşdur Zərərçəkmiş şəxs1 12-ci mərtəbədə heç nə tapmayıb geri qayıdıb mənzilə daxil olduqda, həmin şəxsin mənzildə olmadığını görmüşdür. Bundan təxminən 1 saat sonra Zərərçəkmiş şəxs1 məzilin giriş hissəsində divardan asılmış şalvarının cibində olan 1000 manat pulunun oğurlandığını aşkar etmişdir. Bundan sonra o da həmin yerdə asdığı şalvarının cibinə baxdıqda 150 manat pulumun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 150 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də CM-nin eyni maddəsi ilə məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin cəzadan şərti olaraq azad edildiyi müddətdə yenidən eyni cinayəti törətmişdir. Yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin islah olunmadığını, təyin olunmuş cəzadan nəticə çıxarmadığını sübut etmiş olur. Beləliklə, qeyd olunan hal təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istisna edir. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş olan 11 ay 04 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə çəkilməmiş 11 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi videogörüntülərin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR-sı CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 11 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-74/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-74/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver