Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-75/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ikinci qrup əlil, məhkumluğu olmayan, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni məhəllə, nömrəsiz evdə yaşayan, xx xxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində 42 nömrəli evin 30-cu mənzilində olarkən, bir neçə gün əvvəl mənzildə birgə yaşamaları ilə əlaqədar arvadı Gülnarə Soltanəliyevanın bacısı Şahid1 təhqir etdiyinə görə sonuncunun əri Zərərçəkmiş şəxs ana və bacısının ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında yaranmış mübahisə zamanı mənzilin mətbəxindən tava və mətbəx bıçağını götürüb, bıçaqla Zərərçəkmiş şəxs sol qolundan, tava ilə başından, kəllə nahiyyəsi ilə burun nahiyyəsindən vuraraq yerə yıxdıqdan sonra yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməklə sonuncuya qəsdən burun sümüyünün distal ucunun yerdəyişməsiz sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsi və burun kökünün şişkinlik halında əzilməsi, sol-bilək oynağının arxa səthinin səthi kəsilmiş yarası, sol tərəfli burun belinin və sol gözaltı nahiyəsinin qançırı, sol alın-gicgah nahiyəsi, sol bazu oynağının yuxarı səthi və hər iki baldırın ön səthinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə ümumilikdə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gülnarə Soltanəliyeva ilə rəsmi olaraq 4 il idir ki, ailəlidir. Arvadı Gülnarə anası Əsmər Soltanəliyeva ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 42 nömrəli evin 30 nömrəli mənzilində yaşamışdır. Əsmər Soltanəliyeva 2019-cu ilin may ayında vəfat etmişdir. Gülnarənin bacısı Zinyət iki azyaşlı uşağı ilə birlikdə həmin ünvanda əri Gündüzlə birlikdə yaşamışdır. O da əvvəllər Əsmər Soltanəliyevanın sağlığında təxminən 1 il həmin evdə yaşamışdır. O, həmin vaxt gözlərinin xəstəliyi ilə əlaqədar müalicə almışdır. Belə ki, “bexçet” xəstəliyi ilə bağlı ikinci qrup əlildir. Zinyət və Gündüzlə aralarında olan münasibət əvvəllər yaxşı olmuşdur. Qaynanası Əsmər sağ olanda münaqişə yaranmasına yol verməmişdir, lakin qaynanası Əsmər vəfat edəndən sonra onların aralarında evlə bağlı mübahisələr yaranmağa başlamışdır. Zinyət ona demişdir ki, bu evdə yaşamasınlar. Gülnarə ilə Zinyətin həmin evlə bağlı daim mübahisələri olmuşdur. Zinyət və əri Gündüz daim mübahisə etmişlər ki, onlar bezib evdən çıxıb getsinlər və ev Zinyət və Gündüzə qalsın. Gülnarə ilə rəsmi ər-arvad olsalar da, daim münaqişə olduğuna gorə evdə yaşamamışdır. xx xxxx 2019-cu il tarixdə qaynanası Əsmərin cümə axşamı olduğu üçün Gülnarənin evində hüzür olmuşdur. Gündüz hüzürdən sonra onunla evdə münaqişə salmış və demişdir ki, o, guya Zinyəti söymüşdür. O isə, demişdir ki, Zinyəti söyməmişdir. Lakin Gündüz evdə münaqişə, davadalaş salmışdır, həmin vaxt Gülnarə araya girərək dava olmasına yol verməmişdir. Bu münaqişə zamanı o, Gündüzü ümumiyyətlə, o cümlədən bıçaq və tava ilə vurmamış, xəsarət yetirməmişdir, əksinə, Gündüz onu vurub xəsarət yetirmiş, Gülnarənin isə qolunu qırmışdır. Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki, münaqişə zamanı evdə o, Gündüz, Gülnarə, Zinyət və uşaqlar olmuşlar. Həmin vaxt o, yalnız özünü müdafiə etmişdir. Gündüz onun boynunu tutanda başının arxası Gündüzün üzünə dəymişdir. Zinyət isə onun başında stul sındırmışdır. Qapını Gündüz təpiklə vurub sındırmışdır. Dava mülk üstündə baş vermişdir. Zərərçəkmiş şəxslə düşmənçiliyi olmasını istəmir. Lakin zərərçəkmiş şəxs onunla barışmamışdır. Qərar qəbul edilərkən qeyd etdiklərinin və xəstəliyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, 2005-ci ildə Şahid1 ilə ailə həyatı qurmuşdur. Zinyətlə evliliklərinin ilk ilində kirayədə yaşamışdır. Onun maddi cəhətdən imkan yaxşı olmadığından 2006-cı ildə qaynatası Dövlətin mənzilində ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Mənzildə qaynatası Dövlət, qaynanası Əsmər, baldızı Gülnarə və Sevda da yaşamışlar. 2006-ci ildə qaynatası Dövlət, 2019-cu ildə qaynanası Əsmər dünyalarını dəyişmişlər. Baldızı Sevda isə psixi xəstədir. Digər baldızı Gülnarə 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və ayrı evdə yaşamağa başlamışlar. Anar Gülnarə ilə 5 ay ayrı evdə yaşayandan sonra onların yaşadığı mənzilə köçmüşlər. Anar ev alqı-satqısı işi ilə məşğul olmuşdur. Anar onlarla birlikdə yaşamağa başlayandan sonra onun yoldaşı Zinyətə demişdir ki, anan Əsmər və bacıların səni evdə istəmirlər, evdən çıxıb gedin. Anar Zinyəti söyüb-təhqir etmişdir ki, onlar bezib evdən çıxsınlar. Zinyət Anarın onu təhqir etdiyini ona demişdir. xx xxxx 2019-cu il tarixdə 19 radələrində o, yaşadığı evə gəlmişdir. Həmin vaxt Anar evdə olmuşdur. O, Anarın yanında Zinyətdən Anarın onu təhqir edib-etmədiyini soruşmuşdur. Zinyət də demişdir ki. Anar onaəxlaqsız ifadələr işlətmişdir. O, Anara demişdir ki, Zinyətə nə əxlaqsız söz deyibsə, hamısı onun anasına, bacısına aiddir. Anar da həmin vaxt mətbəxdən bıçaq və tava götürüb onun üstünə hücum çəkmişdir. Anarın həyat yoldaşı Gülnarə isə onun qollarından tutmuşdur. Anar bıçaqla onun qarnından vuranda o, Anarın qolundan tutmuş, Anar tava ilə onun başına vurmuşdur. O, yerə yıxılarkən Anar kəllə ilə burnundan vurmuş, sonra bədəninin müxtəlif yerlərinə təpik-yumruqla xəsarət yetirmişdir. Anar hətta bıçaqla onun sol qoluna xəsarət yetirmiş, stəkanı isə başında qırmışdır. Həmin vaxt onun övladları Xədicə və Mehdi də orda olmuş, onlar hadisədən çox qorxmuşlar. Onun üzündən qan axmışdır. Zinyət qışqırmışdır ki, polisə məlumat verəcək, bundan sonra Anar və Gülnarə dərhal evdən çıxıb getmişlər. O, ailəsi ilə birlikdə Nizami RPi-nin 24-cü PŞ-nə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi vermiş, sonra təcili tibbi yardıma müraciət etmişlər. Bir həftə 1 saylı X2 stasionar müalicə olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə anasının cümə axşamı saat 18:30 radələrində əri Gündüz evə cümə axşamına gəlmişdir. Gündüz evdə onun bacısı Gülnarənin əri Anarı görüb, öz yanında ondan Anarın ona əxlaqsız söz deyib-demədiyini soruşmuşdur. O, Anarın üzünə demişdir ki, Anar ona əxlaqsız söz demişdir. Lakin Anar ona əxlaqsız söz demədiyini bildirmişdir. Gündüz isə Anara demişdir ki, “Zinyətə nə demisən, o söz anana və bacına getsin”. Bu vaxt Gündüzlə Anar arasında dava başlamış, Anar Gündüzü söyərək mətbəxdən mətbəx bıçağını və ağır tavanı götürüb qapıdan girən kimi solda birinci ümumi otaqda Gündüzlə dava etmişdir. Anar əvvəl bıçaqla Gündüzü vurmaq istəyəndə bıçaq Gündüzün sol qolunu azca kəsmişdir. Gündüz Anarın əlindən tutmuş, Anar isə digər əlində olan tava ilə Gündüzün başından vurmuşdur. Sonra Anar stolun üstündə olan stəkanı Gündüzün başına vurmuş, daha sonra Gündüzün burnuna kəllə ilə vuraraq burnunu sındırmışdır. Həmin vaxt Gündüzün burnundan bərk qan açılmışdır. O, qışqıraraq polis çağıracağını demiş, bundan sonra Anar sakitləşmiş, Anar Gülnarə ilə evdən çıxıb getmişdir. Gündüzlə o, birlikdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gedərək Anar barəsində şikayət etmişlər. Sonra o, təcili yardım çağırmış və Gündüz 1 saylı X2 7 gün stasionar müalicə almışdır. Məhkəmə iclasında Şahid2 qanuni nümayəndəsinin iştirakı ilə ifadə verərək göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə mərhum nənəsinin yaşadığı evə gəlmiş, həmin vaxt xalası Gülnarənin həyat yoldaşı Anar da evdə olmuşdur. Atası Gündüz onun anası Zinyətdən Anarın onu təhqir edib-etmədiyini soruşmuşdur. Anası demişdir ki, Anar ona əxlaqsız ifadələr işlətmişdir. Atası da Anara demişdir ki, “Zinyətə nə əxlaqsız söz demisənsə, hamısı sənin anana, bacına aiddir”. Bu zaman atası ilə Anar arasında dava başlamış, Anar atasını söyərək mətbəxdən mətbəx bıçağını və ağır tavanı götürüb qapıdan girən kimi solda birinci ümumi otaqda atası ilə dava edərək əvvəl bıçaqla atasını vurmaq istəmiş, həmin vaxt bıçaq azca atasının sol qolunu kəsmişdir. Atası Anarın əlindən tutmuş, lakin Anar digər əlində olan tava ilə atasının başından vurmuşdur. Sonra Anar stolun üstündə olan stəkanı atasının başına, burnuna isə kəllə ilə vuraraq onun burnunu sındırmış, atasının burnundan bərk qan açılmışdır. Anası qışqıraraq polis çağıracağını deyəndən sonra Anar sakitləşmiş və evdən getmişdir. Məhkəmə iclasında Şahid3 qanuni nümayəndəsinin iştirakı ilə Şahid2 göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid Soltanəliyeva Gülnarə Dövlət qızı ifadə verərək göstərmişdir ki, ünvan 1 ünvanında subay bacısı Sevda, ortancıl bacısı Zinyət, onun iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Əri Anar onunla nikahda olsa da, onu Zinyət evdən qovmuşdur. Zinyətin əri Gündüz gecələr hardasa gözətçi işləyir, gündüzlər isə evə gəlir. Anası rəhmətə getdikdən sonra əri Anarı evdə yaşamağa qoymamışlar, ona görə Anar evdə yaşamır. Bacısı Zinyət və əri Gündüz mütəmadi olaraq onlarla mübahisə etməyə başlamışlar ki, bezib evdən çıxsınlar, ev onlara qalsın. xx xxxx 2019-cu il tarixdə anasının cüməaxşamı olmuşdur, ona görə Anar xx xxxx 2019-cu il tarixdən evə gəlmişdir. Gündüz Anarı həyətə çıxarıb onunla mübahisə etmişdir ki, nə üçün bura gəlib burada qalır, dekabr ayından onu qovmuşlar. Anar demişdir ki, qaynı Əkbər ona evdə qalmağa icazə vermişdir. Gündüz isə Anarın evdə yaşamasına razılıq verməmişdir. Gündüz xx xxxx 2019-cu il tarixdə Anarı nalayiq sözlərlə söydüyü üçün mübahisə başlamış, Gündüz Anarı vurmağa başlamışdır. Gündüzün burnu əvvəldən sınıq olmuşdur. Anarın Gündüzü tava və başla vurmasını o, görməmişdir. Məhkəmə şahid Soltanəliyeva Gülnarə Dövlət qızının məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, o, təqsirləndirilən şəxsin yaxın ailə üzvü, həyat yoldaşı olduğundan, şahidin həmin ifadəsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına nail olmağa yönəlmiş ifadə kimi qiymətləndirilməklə məhkəmə tərəfindən nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə qohumu Anar adlı şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və X7 rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli 605 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs tənəffüs çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün distal ucunun yerdəyişməsiz sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsi və burun kökünün şişkinlik halında əzilməsi, sol mil-bilək oynağının arxa səthinin səthi kəsilmiş yarası, sol tərəfli burun belinin və sol gözaltı nahiyəsinin qançırı, sol alın-gicgah nahiyəsi, sol bazu oynağının yuxarı səthi və hər iki baldırın ön səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlərdən səthi yara kəsici səthə malik əşyanın, ola bilsin bıçağın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması inandırıcı deyil. (i.v. 12-13) -İfadənin yerində yoxlanması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərmiş, ifadəsində göstərilən qaydada izah vermişdir. (i.v. 94-95) -Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Soltanəliyeva Gülnarə Dövlət qızında sağ əlin V əl darağı sümüyünün çap, yerdəyişən, qapalı sınığı ilə nəticələnən xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması faktı üzrə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi ayrılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 148-149) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 500 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata tədqim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (i.v. 156-158) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə nəzərdə tutulan cinayət təqibi olmadığından həmin hissə üzrə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Soltanəliyeva Gülnarə Dövlət qızının əməlində Azərbaycan Respublikası CM-nin 128 və 221-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmiş, şahid Soltanəliyeva Gülnarə Dövlət qızı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini ifadəsində göstərsə də, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli iş üzrə toplanmış materiallarla və maddi sübutlarla tam sübuta yetirildiyindən Gülnarə Soltanəliyevanın həmin ifadəsi yaxın qohum kimi ərinin müdafiəsi üçün verilmiş ifadə kimi qiymətləndirilmiş və onun barəsində Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi üzrə cinayət təqibinə xitam verilmiş, bir ədəd qara rəngli tava və bir ədəd qara qulplu mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlnaılması üçün maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (i.v. 160-164) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edildi ki, CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Kazımov X5 Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2012-ci il tarixdən hesablanmışdır. (i.v. 36-37) -DSMF-nin Biləsuvar rayon şöbəsindən verilmiş 012530 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən ikinci qrup əlildir. (i.v. 44) -Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 118) -Abşeron rayon İHB-nın Aşağı Güzdək İƏD üzrə nümayəndəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, həmin qəsəbədə qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət daxil olmamışdır. (i.v. 155) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ona Hacıqabul Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə az ağır cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra müəyyən edilmiş müddət keçdiyindən, o, məhkumluğu olmayan şəxs hesab edilir, residivin müəyyən olunması və cəza təyin edilərkən nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ikinci qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd qara rəngli tava və bir ədəd qara qulplu mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 74 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı dəvət edilmiş vəkilin təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmədə dəvət edilmiş vəkilin təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, istinad edilən qərara əsasən, göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd qara rəngli tava və bir ədəd qara qulplu mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 74 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 “xxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi “xxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-75/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-75/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver