Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-75/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Nizamı qızının, Zərərçəkmiş şəxs2 Yunus qızının, Zərərçəkmiş şəxs3 Nizamı qızının, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1986-cı ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-15/2020 nömrəli, 04 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirli bilinərək 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-6/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 yanvar 2021-ci ildə doğulmuş uşağı 14 yaşına çatanadək hökmün icrası təxirə salınmış, ali təhsilli, subay, dörd azyaşlı uşağı olan, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-6/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 15/2020 nömrəli, 04 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8 ay 27 gün müddət təşkil edən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün və həbsdə olduğu 20 gün müddət ona təyin edilmiş 4 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq qəti olaraq üzərində 3 il 11 ay 8 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesab edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşamış, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-239/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarına əsasən 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddiz ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünün X20 vəkil işləməsi barədə yalan məlumat verərək, inandırıb Zərərçəkmiş şəxs4 üçün güzəştli ipoteka şərtləri ilə mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 tərəfindən 26 fevral 2022-ci il tarixdə, saat 18:44-də Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 2381-ci məhəllədə yerləşən “Bizim market”də quraşdırılmış terminaldan onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan tanışı, şəxsiyyəti istintaqa “H.... A... D” kimi məlum olan şəxsə məxsus 416974........7480 nömrəli kart hesabına göndərilmiş 500 manat, 28 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 417 ünvanda yerləşən “Fədək” restoranında Zərərçəkmiş şəxs4 verdiyi 2500 manat, sonuncu tərəfindən 10 mart 2022-ci il tarixdə, saat 14:03-də Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 23/85-ci məhəllədə yerləşən “Bizim market”də quraşdırılmış terminaldan onun sərəncamında olan, qeyd edilən 416974 7480 nömrəli kart hesabına göndərilmiş 400 manat və həmin tarixdə saat 14:05-də Bakı şəhəri, Nizamı rayonu, Bəhruz Nuriyev küçəsi, 2381-ci məhəllədə yerləşən "Bizim market"də quraşdırılmış terminaldan eyni kart hesabına göndərilmiş 1100 manat, 11 mart 2022-ci il tarixdə, saat 18:55-də ünvan 5 ünvanında yerləşən “Nilay” marketdə quraşdırılmış terminaldan eyni kart hesabına göndərilmiş 1200 manat, 2022-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52 ünvanında yerləşən yem tikilən binanın 16-cı mərtəbəsində Zərərçəkmiş şəxs4 50 manat, sonuncu tərəfindən onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan tanışı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına ünvan 5 ünvanında yerləşən “Nilay” marketdə quraşdırılmış terminaldan 13 iyul 2022-ci il tarixdə, saat 21:17 də göndərilmiş 200 manat, 26 iyul 2022-ci il tarixdə saat 13:29-da eyni terminaldan onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan tanışı X9 məxsus son 8 rəqəmi 58699228 nömrəli “Leobank” kart hesabına göndərilmiş 800 manat, 14 sentyabr 2022-ci il tarixdə, saat 21:50-də eyni terminaldan onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan tanışı, şəxsiyyəti istintaqa “Z.......N......N.....” kimi məlum olan şəxsə məxsus 416973.......4543 nömrəli kart hesabına göndərilmiş 300 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs4 məxsus 7050 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 Yunus qızına dövlət orqanlarında əlaqələrinin olması barədə yalan məlumat verərək inandırıb Zərərçəkmiş şəxs2 müharibə veteranı olan əri Zeynalov Nəbi Rəhim oğluna sığorta ödənişi təyin etdirəcəyim və vaxtından əvvəl yaşa görə təqaüd verilməsini təşkil edəcəyinə dair yalan vədverib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 25 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 7 ünvanında 1050 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 Yunus qızına maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində əlaqələrinin olması barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs3 övladı X12 təhsil aldığı Qərb Universitetində olan imtahan kəsirlərini müsbət həll etdirəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla 29 noyabr 2022-ci il tarixdə, günorta saatlarında “Kapital” bankın ünvan 8 ünvanında yerləşən “Nizamı” filialının qarşısında Zərərçəkmiş şəxs3 bacısı Zərərçəkmiş şəxs1 vasitəsilə göndərdiyi 2000 manat, 12 dekabr 2022-ci il tarixdə, günorta saatlarında eyni ünvanda 200 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs3 məxsus 2200 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 3cü qrup əlillik təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 tərəfindən 31 oktyabr 2022-ci il tarixdə, saat 12:45-də Şırvan şəhərində mobil telefonundakı tətbiq vasitəsilə özünə məxsus«Kapital bank»ın «Umico» kartından onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan tanışı X13 adına olan «Kapital bank»ın 4169 7385 7787 1449 saylı «Umico» kart hesabına göndərilmiş 1600 manat, 15 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən «Laçın» ticarət mərkəzi ilə üzbəüz «Heydər Əliyev» parkının ərazisində olan «Akvarium» əyləncə mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 500 manat, 16 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində eyni ünvanda 100 manat, bundan başqa, Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirməyə yönəldilmiş qanunsuz hərəkətlərini davam etdirməklə sonuncuya guya özünün Bakı İstintaq Təcridxanasının rəisi ilə dostluq münasibətinin olması barədə yalan məlumat verərək, inandırıb Zərərçəkmiş şəxs1m həmin təcridxanaya nəzarətçi işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 18 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizamı rayonu, B.Nuriyev küçəsində yerləşən 5 saylı binanın qarşısında 3000 manat, işə düzəlməyi ilə əlaqədar müvafiq tibbi sənədin alınması adı ilə 21 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 26 saylı poliklinikanın həyətində 450 manat, xasiyyətnamə və sair sənədlərin alınması adı ilə 23 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti 23 ünvanında yerləşən «Amay» Ticarət Mərkəzinin qarşısında 400 manat, Narkoloji Dispanserdən sənəd alınması adı ilə 25 noyabr 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsində yerləşən 5 saylı binanın qarşısında 100 manat, təqaüdün bərpası ilə bağlı yeni təyin olunan həkimə verilməsi adı ilə 28 noyabr 2022-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 5 saylı binanın qarşısında olan besedkada 500 manat, işə düzəlməyi ilə əlaqədar ürək çatışmazlığı barədə müvafiq arayışın alınması adı ilə 27 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsindəki 5 saylı binanın qarşısında 500 manat, bundan başqa, Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirməyə yönəldilmiş qanunsuz hərəkətlərini davam etdirməklə sonuncunun həbs olunmuş qardaşı X16 işinin həlli ilə bağlı dövlət orqanlarına teleqramlar vurulması adı ilə etibarından sui-istifadə edərək 2022-ci il dekabr ayının sonuncu on günlüyündə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsində yerləşən 5 saylı binanın qarşısında 300 manat, bundan başqa, Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirməyə yönəldilmiş qanunsuz hərəkətlərini davam etdirməklə sonuncuya guya Bakı İstintaq Təcridxanasının rəis müavini təqaüdə getdiyim deyib Zərərçəkmiş şəxs1 həmin vəzifəyə təyin etdirəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla sonuncudan 07 yanvar 2023cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsində yerləşən 5 saylı binanın qarşısında 3000 manat, Zərərçəkmiş şəxs1 qardaşı Vaqif Əsədovun məhkumluğunun götürülməsi ilə bağlı arayışın alınması və məhkumluğunun portaldan çıxarılması adı ilə 09 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində eyni ünvanda 1080 manat və 13 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində eyni ünvanda 1500 manat, Zərərçəkmiş şəxs1 tərəfindən 13 yanvar 2023-cü il tarixdə, saat 21:52-də yaşadığı ünvan 10 ünvanında mobil telefonunda olan tətbiq vasitəsilə özünə məxsus «Kapital bank»ın «Umico» kartından onun törətdiyi cinayət əməlindən xəbərsiz olan tanışı Şahid2 əri Şahid1 adına olan «Kapital bank»ın 4169 7377 0425 6433 saylı kart hesabına göndərilmiş 400 manat pulu 14 yanvar 2023-cü il tarixdə saat 19-20 radələrində ünvan 11 ünvanında yerləşən «Şarm» gözəllik salonunda sonuncunun arvadı Şahid2 və Bakı İstintaq Təcridxanasının rəis müavini vəzifəsinə təyin etdirəcəyi ilə bağlı həkim komissiyasından keçmək adı ilə Zərərçəkmiş şəxs1 tərəfindən 24 yanvar 2023-cü il tarixdə, saat 01:44-də Şahid1 adına olan «Kapital bank»ın 4169 7377 0425 6433 saylı kart hesabına göndərilmiş 1500 manat pulu 24 yanvar 2023-cü il tarixdə günorta saatlarında ünvan 12 ünvanında yerləşən «Şarm» gözəllik salonunda sonuncunun arvadı Şahid2, Zərərçəkmiş şəxs1 qardaşının ruhi-əsəb dispanserində qeydiyyata alınması adı ilə 25 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində 26 saylı poliklinikanın həyətində həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları, Zərərçəkmiş şəxs1 qardaşının məhkumluğunun portaldan çıxarılması adı ilə əlavə olaraq 27 yanvar 2023-cü ıl tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsindəki 5 saylı binanın qarşısında 700 manat, Zərərçəkmiş şəxs1 işə düzəlməyi ilə bağlı əl-barmaq izlərinin çıxarılması adı ilə 31 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən Nərimanov rayon İcra Şöbəsinin qarşısında 1200 manat, işə düzəlməyi ilə əlaqədar tibbi komissiyadan keçmədən adına müvafiq arayış alınması adı ilə həmin tarixdə saat 15 radələrində ünvan 11 ünvanında yerləşən «Şarm» gözəllik salonunda 400 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs1 məxsus 18930 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2006-cı ildə X5 ilə rəsmi nikaha girmiş və həmin nikahdan 2007-ci il təvəllüdlü oğlu, 2009 və 2012-ci ıl təvəllüdlü 2 qızı, 2014, 2021 və 2023-cü il təvəllüdlü 2 oğlanları olmaqla cəmi 6 övladı vardır. Özü əvvəllər müxtəlif televiziyalarda işləmiş, iki ildən artıqdır ki, nəşriyyatda işləmiş, təxminən bir ilə yaxındır ki, işləmir. Zərərçəkmiş şəxs1 Nizamı qızı ilə 2022-ci ilin noyabr ayında təsadüfən bir ad günü məclisində tanış olmuş və münasibətləri yaranmışdır. Söhbət zamanı Elnarə əlillik təqaüdünün dayandırıldığını bildirdiyi üçün 26 saylı poliklinikada tanış həkimi vasitəsi ilə təqaüdünü 1600 manat pula bərpa etdirə biləcəyim demişdir. Həmin zaman o, Əhmədli qəsəbəsində Polad Həşimov küçəsində kirayədə yaşamışdır. Elnarə razılaşmış və 31 oktyabr 2022-cı il tarixdə 1600 manat pulu qonşuluqda yaşayan Şəbinənin əri Yusif Qasımovun adına olan və və müvəqqəti istifadə üçün ona verdiyi «Kapital bank»a aid Umico kartın köçürmüşdür. Şəbinə və əri Yusifin pulun həmin karta nə üçün köçürülməsindən məlumatlı olmamışdır. Pulu ehtiyaclarına xərcləmiş və işin həlli üçün hər hansı addım atmamışdır. Daha sonra Elnarədən iki dəfəyə tibbi komissiya adı ilə əlavə 600 manat pul almışdır. Bir müdət sonra X2 rəisi Elnur İsmayılovla dost olduğunu Elnarəyə bildirmiş və 3000 manat pulun müqabilində onu nəzarətçi işinə düzəldə biləcəyini demişdir. Elnarə 2022-ci ilin noyabr ayında həmin vaxt yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsindəki 5 saylı binanın həyətində ona 3000 manat pul vermişdir. 2022-ci ilin noyabr ayı ərzində müvafiq sənədlərin toplanması adı ilə Elnarədən bir neçə dəfəyə 950 manat pul almışdır. 2022-ci il noyabr ayının sonlarında təqaüdünün bərpası ilə bağlı əlavə olaraq yaşadığı evin qarşısında Elnarədən 500 manat pul almış, həmin ilin dekabr ayında əlavə olaraq eyni ünvanda 500 manat pul almışdır. 2022-ci il dekabr ayında Elnarənin narkotiklə görə həbs olunmuş qardaşının işini həll etmək üçün müxtəlif vaxtlarda 300 manat, 1080 manat və 1500 manat pul almışdır. Elnarə iki dəfə, 400 manat və 1500 manat pulu gözəllik salonunda tanış olduğu Könül adlı saç ustasının kartına göndərmiş və o, Könülə Elnarənin ona borclu olduğu pulu köçürdüyünü deyərək Könülün bankomatdan çıxardığı pulları götürmüşdür. Bundan başqa 2023-cü il yanvar ayının sonlarında Elnarədən qardaşının işi ilə bağlı 26 saylı Poliklinikanın həyətində 1000 ABŞ dolları, yaşadığı binanın qarşısında 700 manat pul, işə düzəlməsilə bağlı əl-barmaq izlərinin çıxarılması adı ilə Nərimanov rayon İcra şöbəsinin qarşısında 1200 manat, həmin gün tibbi komissiyadan arayış alınması adı ilə Nizami rayonu, B.Nuriyev küçəsindəki gözəllik salonunda 400 manat pulu almışdır. Həmin ərəfədə Elnarənin bacısı Zemfira oğlunun imtahan kəsirlərini bərpa etmək adı ilə 2022-ci ilin dekabr ayının əvvəllərində Elnarədən «Neftçilər» metrostansiyasının yaxınlığında 2200 manat pul almışdır. O, Elnarənin evinə gedib-gələrkən 2022-cı ilin noyabr ayının əvvəllərində onun tanışı Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Söhbət zamanı onun Elnarə üçün təqaüd düzəltdirəcəyini öyrəndiyindən Ziba İ Qarabağ müharibəsi veteranı olan həyat yoldaşı üçün təqaüd düzəltdirməyini xahiş etmiş və o, buna görə 1500 manat pul istəmişdir. Lakin Ziba ilə 1000 manata razılaşmışlar. Həmçinin 2-ci qrup əllik dərəcəsi təyin olunacağından ödəniləcək 5000-6000 manat sığorta ödənişinin 2500 manatını özünə götürəcəyini demişdir. 2022-ci il noyabr ayının sonlarında yaşadığı mənzildə Zibadan həyat yoldaşına sığorta ödənişi düzəltmək adı ilə əlavə 1050 manat pul almışdır. Sığorta ödənişinin 10-15 gün müddətində həll olunacağına söz versə də, sonradan müxtəlif bəhanələr gətirmişdir. Bundan başqa 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Xətai rayonunda kirayədə yaşadığı zamanı qonşuluqla yaşayan Aynur adlı qızın vasitəsilə Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. Aynur ona Təranənin özünə güzəştli ipoteka şərtləri ilə ev almaq istədiyini dediyindən özünün X20 işlədiyini bildirərək ona köməklik edəcəyinə söz vermişdir. Bu məqsədlə Təranə ilkin olaraq 2022-ci il fevral ayının sonlarında onun dediyi kart hesabına 500 manat pul göndərmişdir. Bir neçə gün sonra isə Xətai rayonu ərazisindəki «Ukrayna» dairəsi yaxınlığındakı «Fədək» restoranında Təranədən 2500 manat pul və oğlunun şəxsiyyət vəsiqəsinin surətini almış və evi Təranənin oğlu Hümbətin adına sənədləşdirəcəyini demişdir. Bir neçə gün sonra Təranədən 2022-ci ilin mart ayından sentyabr ayına kimi 6 dəfə hissə-hissə olmaqla cəmi 4000 manat pul almışdır. Onun öz bank kartı olmadığı üçün pullar iş yoldaşları Afət, Nuranə və Xanımın onda olan kartlarına köçürülmüşvə o, həmin pulları çıxarmışdır. Həmin şəxslərin onların kartlarına pul köçürülüb-köçürülməməsindən məlumatları olmamışdır. Həmin ərəfələrdə bir dəfə Təranəni Xətai rayonu, Gəncə prospekti, 52 ünvanında yerləşən yeni tikilən binalardan birinə apararaq 3 otaqlı mənzillərdən birini ona göstərib alacaqları mənzil olduğunu demiş və Təranədən şirinlik adı orada 50 manat pul almışdır. Pullarını ələ keçirtməkdə məqsədi xəstə olan azyaşlı oğlu Elnuru müalicə etdirmək olmuşdur. Aldığı pulların bir hissəsini oğlunun müalicə xərclərinə,qalan hissəsini evin və digər uşaqlarının şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda körpə uşağının doğulduğunu bildirərək bağışlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Nizamı qızı ifadəsində bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə Xətai rayonu ərazisindəki adını xatırlamadığı restoranlardan birində Təqsirləndirilən şəxs ilə tanış olmuş və dostluq münasibəti yaranmışdır. Ülkər söhbət zamanı işləmədiyini biləndən sonra ona təqaüd düzəldə biləcəyini bildirmişdir. Belə ki, o, əvvəllər 3-cü qrup əlillik dərəcəsinə görə təqaüd alsa da, sonradan təqaüdü dayandırılmışdır. Bir neçə gün sonra Ülkərlə Xətai rayonu ərazisindəki «Narzan» kafesindəki görüşmüş və o, 2500 manat pulun müqabilində təqaüdünü bərpa etdirəcəyini demişdir. 31 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərindəki evində olarkən mobil telefonundakı tətbiq vasitəsilə özünə məxsus «Kapital bank»ın «Umıco» kartından Ülkərin ona göndərdiyi Yusif Qasımovun adına olan «Kapital bank»ın «Umıco» kartının 4169 7385 7787 1449 saylı hesabına 1600 manat pul köçürmüşdür. Ülkər yeni ildən etibarən təqaüdünün bərpa olunacağını bildirmişdir. 2022-ci il noyabr ayının 13-də Ülkər zəng edərək təqaüdünün bərpası ilə bağlı ona göndərdiyi 1600 manat pulu epikrezini alması üçün Şəbinə adlı həkimə verdiyini, lakin epikrizin müddəti keçdiyindən əlilliyi ilə əlaqədar təkrarən tibbi komissiyadan keçməyi üçün əlavə 600 manat pul istəmişdir. 15 noyabr 2022-ci il tarixində Nizami rayonu ərazisindəki «Laçın» ticarət mərkəzi ilə üzbəüz Heydər Əliyevin parkının ərazisində olan «Akvarium» əyləncə mərkəzinin qarşısında 500 manat, 16 noyabr 2022-ci il tarixdə isə eyni yerdə 100 manat olmaqla cəmi 600 manat pulu Ülkərə vermişdir. Bir qədər sonra X19 Təcridxanasının rəisi Elnur İsmayılovla dostluq münasibətinin olmasını bildirərək onu həmin təcridxanada nəzarətçi işinə düzəltmək istədiyini demişdir. O, həmin vaxt Ülkərə qardaşının narkotik vasitələrin istifadəçisi kimi həbs olunduğunu demişdir. Bir müddət sonra Ülkər təcridxananın rəisi Elnur müəllimlə danışdığını və 3000 manat pulun müqabilində onu nəzarətçi işinə düzəldə biləcəyini demişdir. Bu məqsədlə də 18 noyabr 2022-ci il tarixdə Ülkərin yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsindəki 5 saylı binanın qarşısında onun avtomaşınında Ülkərə 3000 manat pul vermişdir. 21 noyabr 2022-ci il tarixdə Ülkərə 26 saylı Poliklinikanın həyətində işə düzəlməyi ilə əlaqədar müvafiq tibbi sənədin alınması üçün poliklınakada işləyən Hafiz adlı həkimə verməsi üçün 450 manat, 23 noyabr 2022-ci il tarixdə Xətai rayonu ərazisindəki «Amay» Ticarət Mərkəzinin qarşısında onun avtomaşınında eyni məqsədlə xasiyyətnamə və sair sənədlərin alınması üçün 400 manat, 25 noyabr 2022-ci il tarixdə isə sonuncunun yaşadığı binanın qarşısında onun avtomaşınında eyni məqsədlə Dispanserdən sənəd alınması üçün 100 manat pul vermişdir. 27 noyabr 2022-ci il tarixdə Ülkər ona Şəbinə xanımın iş yerini dəyişdiyindən təqaüdünün bərpası ilə bağlı əlavə 500 manat pul istəmiş və o, 28 noyabr 2022-ci il tarixdə Ülkərə yaşadığı binanın qarşısında 500 manat pul vermişdir. Ülkər 2022-ci il dekabr ayının ortalarında tibb müəssisəsində sistemdə dəyişiklik edərək ürək çatışmazlığı kimi qeyd etdirmək üçün əlavə 500 manat pul istəmişdir və o, həmin pulu 27 dekabr 2022-ci il tarixdə yaşadığı evin qarşısında Ülkərə vermişdir. 07 yanvar 2023-cü il tarixdə Ülkərə yaşadığı binanın qarşısında onun avtomaşınında rəis müavini işinə düzəlməyi ilə əlaqədar əlavə 3000 manat da pul vermişdir. Eyni zamanda qardaşı Vaqifin işi ilə bağlı dövlət orqanlarına teleqramlar vurması adı ilə 2022-ci il dekabr ayının son 10 günlüyündə Ülkərə yaşadığı binanın qarşısında 300 manat pul vermişdir. Sonradan qardaşının məhkumluğunun götürülməsi ilə bağlı arayışın alınması üçün 09 yanvar 2023-cü il tarixdə eyni ünvanda 1080 manat, qardaşının məhkumluğunun portaldan çıxarılması üçün 13 yanvar 2023-cü il tarixdə 1500 manat pul vermişdir. Həmçinin 13 yanvar 2023-cü ıl tarixdə mobil telefonundakı tətbiq vasitəsilə özünə məxsus «Kapital bank»ın «Umico» kartından Ülkərin ona göndərdiyi Şahid1 adına olan «Kapital bank»ın 4169 7377 0425 6433 saylı hesabına əlavə olaraq 400 manat pul köçürmüşdür. Bundan sonra işə düzəlməyi ilə bağlı həkim komissiyasından keçməyi üçün əlavə 1500 manat pul istədiyindən həmin pulu 24 yanvar 2023-cü il tarixdə mobil telefonundakı tətbiq vasitəsilə özünə məxsus «Kapital bank»ın «Umico» kartından Ülkərin ona göndərdiyi Şahid1 adına olan «Kapital bank»ın 4169 7377 0425 6433 saylı hesabına 1500 manat pul köçürmüşdür. Bundan başqa 25 yanvar 2023cü il tarixdə Nizamı rayonu ərazisindəki 26 saylı Poliklinikanın həyətində həbs olunan qardaşının ruhi-əsəb dispanserində qeydiyyata alınması adı ilə poliklinakada işləyən Hafiz adlı həkimə verməsi üçün 1000 ABŞ dolları pul vermişdir. Daha sonra qardaşı Vaqifin məhkumluğunun portaldan çıxarılması üçün 27 yanvar 2023-cü il tarixdə Ülkərə yaşadığı binanın qarşısında əlavə olaraq 700 manat pul vermişdir. Bundan sonra əl-barmaq izlərinin çıxarılması adı ilə 31 yanvar 2023-cü il tarixdə Nərimanov rayon İcra şöbəsnin qarşısında avtomaşınında Ülkərə 1200 manat pul vermişdir. Həmin günü əlavə olaraq Ülkərə işə düzəlməyi ilə əlaqədar tibbi komissiyadan keçməsi üçün yaşadığı binanın yaxınlığındakı «Şarm» adlı gözəllik salonunda 400 manat pul vermişdir. Ülkərə ümumilikdə 18930 manat pul vermişdir. Ülkər qeyd etdiyi işlərinin heç birini həll etməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Bundan başqa həmin vaxtlarda Ülkər yaşadığı mənzildə bacısı Zemfira İmanovanın X4 təhsil aldığı universitetdə olan imtahan kəsirlərini bərpa etmək üçün 2200 manat pulunu, Ziba adlı rəfiqəsinə sığorta düzəltmək adı ilə 1050 manat pulunu ələ keçirmişdir. Bacısı Zemfiraya məxsus 2200 manat pulu Ülkərə o, versə də, rəfiqəsi Ziba 1050 manat pulunu onun iştirakı ilə Ülkərə özü vermişdir. Lakin Ülkər onları aldadıb Elminin kəsir məsələsini həll etməmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Yunus qızı ifadəsində bildirmişdir ki, 2022-ci il noyabr ayının əvvəllərində qonşusu Zərərçəkmiş şəxs1 evinə gedəndə Elnarənin tanışı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Ülkərin Elnarə üçün təqaüd düzəltdirəcəyini öyrəndiyindən İ Qarabağ müharibəsi veteranı olan həyat yoldaşı Nəbi üçün yaşı ilə əlaqədar təqaüd düzəltdirmək istəmişdir. Ülkər sığorta ödənişi təyin etdirməsi üçün 1500 manat pul istəsə də, 1000 manata razılaşmışlar. Ülkər həyat yoldaşına 2-ci qrup əllik dərəcəsi təyin olunacağından 5000-6000 manat sığorta ödənişinin 2500 manatını özünə götürəcəyini demişdir. O, razılaşmış və 25 noyabr 2022-ci il tarixdə Ülkərin yaşadığı Nizami rayonu B.Nuriyev küçəsindəki, 5 evin 32 saylı mənzilində Elnarənin iştirakı ilə Ülkərə 1000 manat və əlavə olaraq yol pulu üçün 50 manat pul vermişdir. Ülkər sığorta ödənişinin 15 günə həll olunacağına söz versə də, müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Sonra isə ümumiyyətlə telefonlara cavab verməmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Nizamı qızı ifadəsində bildirmişdir ki, 2022-ci il noyabr ayında bacısı Zərərçəkmiş şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. X4 təhsil aldığı Qərb Universitetində imtahan kəsirləri olduğundan Ülkər söhbət zamanı ona təhsil nazirinin müavini vasitəsilə köməklik edə biləcəyini demişdir. Bu məqsədilə 29 noyabr 2022-ci il tarixdə Ülkərə verməsi üçün bacısı Elnarənin kartına 2000 manat pul köçürmüş, həmin tarixdə Elnarə də, həmin məbləği Ülkərə vermişdir. Bir neçə gün sonra Ülkər tibbi sənəd almaq məqsədilə əlavə 200 manat pul istədiyindən 12 dekabr 2022-ci il tarixdə həmin pulu ona verməsi üçün Elnarənin kartına köçürmüşdür. Elnarə də, həmin günü 200 manat pulu Ülkərə vermişdir. Ülkər həmin ərəfələrdə təqaüdünü bərpa etdirmək və X3 işə düzəltmək adı ilə müxtəlif məbləğlərdə Elnarənin özünün xeyli miqdarda pullarını almışdır. Ülkər hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatsa da, sonradan zənglərə cavab verməmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından ailəvi dostlarının gəlini Şahid3 vasitəsilə tanımışdır. Həmin ərəfələrdə özünə güzəştli ipoteka şərtləri ilə ev almaq istəmişdir. Bu zaman Aynur X20 işləyən Ülkər adlı vəkil tanışlarının olduğunu bildirmişdir. Aynur ona güzəştli şərtlərlə mənzil olduğunu və həmin mənzilin əldən çıxmaması üçün Ülkər adlı qadına 500 manat ödəmək lazım olduğunu bildirmişdir. Aynur telefon nömrəsini ona verdiyindən Ülkərlə danışmış və Ülkərin ona göndərdiyi kart hesabına xx.xx.2022-ci ıl tarixdə ünvan 14 ünvanında yerləşən «Bizim market»də olan «eManat» ödəniş terminalı vasitəsilə 500 manat pul göndərmişdir. 28 fevral 2022-cı il tarixdə isə Xətai rayonu ərazisindəki «Ukrayna» dairəsi yaxınlığındakı «Fədək» restoranında 2500 manat pulu və oğlu Şahid4 şəxsiyyət vəsiqəsinin surətini Ülkərə vermişdir. Razılaşmaya görə ev onun oğlu Hümbətin adına sənədləşdiriləcəkmış. Bir neçə gün sonra Ülkərlə maraqlanmışdıqda əlavə 10000 manat pul istəmişdir. Lakin onun o qədər pulu olduğundan 2022-ci il mart ayından sentyabr ayına kimi hissə-hissə olmaqla Ülkərə 4000 manat pul ödəmişdir. Ümumilikdə Ülkərə 7000 manat pul vermişdir. 2022-cı ilin may ayında Ülkər onu Xətai rayonu, Gəncə prospekti 52 ünvanında yerləşən yeni tikilən binaya aparmış, həmin binanın 16-cı mərtəbəsindəki 3 otaqlı mənzili ona göstərib ipoteka yolu ilə ona alacağı mənzil olduğunu bildirmiş və şirinlik adı ilə ondan 50 manat pul almışdır. Ülkərin dəvəti ilə ora gələn tanımadığı bir nəfər cavan oğlan açarla mənzilin qapısını açmışdır. Mənzilə baxarkən keçmiş həyat yoldaşı Elxan Həsənov və Aynur da, onlarla olmuşlar. Ülkər 10 günə onun ev məsələsim həll edəcəyini söz versə də, nə ev məsələsini həll etməmiş, nə də ki, pulunu geri qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Kapital bank”a aid 4169 7377 0425 6433 nömrəli “Umico'' kartı ona məxsusdur. 13 yanvar 2023-cü il tarixdə həyat yoldaşı Şahid2 ona zəng edib işlədiyi qadın salonunda olan bır nəfər müştərisinin onun kartına 400 manat pul köçürəcəyini və həmin pulu çıxardıb evdə ona verməsini demişdir. O, da, kartına köçmüş 400 manat pulu çıxarıb evdə evdə Könülə təqdim etmişdir. Bildiyinə görə Könül də, növbəti gün həmin pulu sahibinə təqdim etmişdir. Həmçinin 24 yanvar 2023-cü il tarixdə onun kart hesabına Könülün dediyi şəxs tərəfindən 1500 manat pul köçürülmüş, həmin pulu da, çıxarıb Könülə vermiş, Könül də, onu sahibinə çatdırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 5 ünvanında yerləşən “Şarm” gözəllik salonunda 9 ildir ki, saç ustası işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin payız aylarından onun müştərisi olmuş və bir neçə dəfə salona gəlib-getdiyindən aralarında münasibət yaranmışdır. Bir müddət sonra Ülkər Elnarə adlı qadını müştəri qismində salona gətirərək rəfiqəsi kimi təqdim etmişdir. 2023-cü ilin yanvar ayında Ülkər ona bildirmişdir ki, Elnarə ondan hansısa məbləğdə borc pul almış, lakin pulu qaytarmayıb gecikdirir, o, da Elnarədən pulu almaq üçün borca verdiyi başqa adamdangötürmüş və həmin adam da təcili pulunu istədiyini yalandan demişdir. Ona görə də, Ülkər Elnarənin tanımadığı bir nəfərin kart hesabını Elnarəyə göndərək borc məbləğini aldığı şəxsin kartı olmasını və pulu həmin karta göndərmək lazım olmasını deməsini xahiş etmişdir. O, da həyat yoldaşı Şahid1 “Kapital bank’a aid kart hesabını Ülkərə təqdim etmiş, Ülkər də bildiyinə görə kart hesabını Elnarəyə göndərmişdir. 13 yanvar 2023-cü il tarixdə Elnarə Nəsimin kartına 400 manat pul köçürmüş və əri həmin pulu evdə ona təqdim etmişdir. 14 yanvar 2023-cü il tarixdə o, həmin pulu işlədiyi salonda Ülkərə vermişdir. Bundan sonra eyni qaydada 24 yanvar 2023-cü il tarixə Elnarə Nəsiminin kartına 1500 manat pul köçürmüş və o, həmin günu pulu işlədiyi salonda vermişdir. Sonradan ona məlum olmuşdur ki, Ülkər Elnarəyə borc verməmiş, onu aldadaraq vədlər verərək Elnarədən müxtəlif məbləğlərdə pullar almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 onun anasıdır. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından ailəvi dostlarının gəlini Şahid3 vasitəsilə tanımışlar. Həmin müddətdə özlərinə güzəştli ipoteka şərtləri ilə ev almaq istədikləri üçün Aynur X20 işləyən Ülkər adlı vəkil tanışlarının olduğunu bildirmişdir. Aynur anasına güzəştli şərtlərlə mənzil olduğunu və həmin mənzilin əldən çıxmaması üçün Ülkər adlı qadına 500 manat ödəmək lazım olduğunu demişdir. Anası da, Aynurun verdiyi telefon nömrəsi ilə Ülkərlə danışmış və Ülkərin göndərdiyi kart hesabına xx.xx.2022-ci il tarixdə ödəniş terminalı vasitəsilə 500 manat pul göndərmişdir. 28 fevral 2022-ci il tarixdə isə anası Xətai rayonu ərazisindəki «Fədək» restoranında 2500 manat pulu və onun şəxsiyyət vəsiqəsinin surətini Ülkərə vermişdir. Həmin vaxt o və Aynur da, orada olmuşlar. Bir neçə gün sonra anası Ülkərlə əlaqə saxlayıb maraqlanan zaman Ülkər əlavə 10000 manat istəmişdir. Anası o qədər pulunun olmadığını dediyi üçün 4000 manata razılaşmışlar və anası 2022-ci il mart ayından sentyabr ayına kimi Ülkərə hissəhissə 4000 manat pulu ödəniş terminalı vasitəsilə Ülkərin göndərdiyi kart hesabına ödəmişdir. Ümumilikdə anası Ülkərə 7000 manat pul vermişdir. 2022-ci ilin may ayında Ülkər anası ilə görüşərək onu Xətai rayonu, Gəncə prospekti 52 ünvanında yerləşən yeni tikilən binaya aparıb 16-cı mərtəbədəki 3 otaqlı mənzili göstərib ipoteka yolu ilə alacaqları mənzil olduğunu bildirmiş və şirinlik adı ilə 50 manat pul almışdır. Mənzilə baxarkən atası Elxan Həsənov və Aynur da, orada olmuşlar. Ülkər 10 günə ev məsələsini həll edəcəyini söz versə də, neçə aylar keçməsinə baxmayaraq nə ev məsələsini həll etməmiş, nə də ki, ona verdikləri 7050 manat pullarını geri qaytarmamışdır. Buna görə də, anası Ülkərin barəsində şikayət etmişdir. İş materiallarında olan ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilərək materiala əlavə edilmiş bir ədəd DVD diskə baxış zamanı məlum olmuşdur ki, diskdə təmirli boş mənzilin foto və video görüntüləri vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, həmin foto və video görüntülər Təqsirləndirilən şəxs tərəfindən ona göndərilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, ipoteka yolu ilə ona verilməsini təşkil edəcəyini vəd etdiyi mənzilin foto və video görüntüləridir. İş materiallarında olan ibtidai araşdırma zamanı X1 Ülkər Mübariz qızına dediyi kart hesablarına 26 fevral 2022-ci ıl tarixdə, saat 18:44-də Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 2381-ci məhəllədə yerləşən “Bizim market’də olan terminaldan 500 manat, 10 mart 2022-ci ıl tarixdə, saat 14:03-də Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 23/85-ci məhəllədə yerləşən “Bizim market”də olan terminaldan 400 manat, 10 mart 2022-ci il tarixdə, saat 14:05-də Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 2381-ci məhəllədə yerləşən “Bizim market”də olan terminaldan 1100 manat, Nizami rayonu, B.Nuriyev küçəsi 75A ünvanında yerləşən “Nilay” marketdə olan terminaldan 11 mart 2022-ci il tarixdə, saat 18:55-də 1200 manat, 13 iyul 2022-ci il tarixdə, saat 21:17-də 200 manat, 26 iyul 2022-ci il tarixdə saat 13:29-da 800 manat və 14 sentyabr 2022-ci il tarixdə, saat 21:50-də 300 manat pul köçürməsinə dair 7 ədəd qəbzi könüllü olaraq təqdim etmiş, qəbzlər sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək materiala əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs təqdim etmək üçun bacısı Zərərçəkmiş şəxs3 və anası X17 onun “Kapital bank’a aid kart hesabına müvafiq olaraq 2000 manat və 200 manat, həmçinin 300 manat pul köçürmələrinə dair ödəniş kartı üzrə çıxarışları 03 vərəq və 200 manatla bağlı qəbz 01 vərəq, eləcə də Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajların köçürüldüyü bir ədəd DVD diskini könüllü olaraq təqdim etmiş, çıxarışlar, qəbz və DVD diski sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürülərək materiala əlavə edilmişdir. X14 "Kapital bank’a aid Bir kart Umico kartı üzrə çıxarışlardan və qəbzdən görünür ki, 24 noyabr 2022ci il tarixdə həmin karta köçürülmüş 300 manat pul 25 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Oba marketdə olan bankomat vasitəsilə, 29 noyabr 2022-ci il tarixdə köçürülmüş 2000 manat pul həmin günü və 12 dekabr 2022-ci il tarixdə köçürülmüş 200 manat pul həmin günü ünvan 16 ünvanda yerləşən “Kapital bank”ın Nizamı filialında olan bankomat vasitəsilə nağdlaşdırılmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, anası və bacısı tərəfindən onun kart hesabına köçürülmüş pulları o, nağdlaşdıraraq Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Nizamı qızının təqdim etdiyi Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajların köçürüldüyü bir ədəd DVD diskinə baxış zamanı məlum olmuşdur ki, həmin diskdə olan 61 ədəd səsli mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əlillik təqaüdü ilə bağlı işinin, Bakı İstintaq Təcridxanasına işə düzəlməsi, həbs olunmuş qardaşının işinin həlli, bacısı Zərərçəkmiş şəxs3 oğlunun imtahan kəsirlərinin həlli və Ziba adlı rəfiqəsinin həyat yoldaşının sığorta məsələsinin həlli ilə bağlı müxtəlif vədlər verir, işlərin gec alınması ilə bağlı müxtəlif bəhanələr gətirir, nəticədə də işlərin alınmadığını və aldığı pulları qaytarması ilə bağlı bir ay vaxt istəyir. İş materiallarına əlavə edilmiş «Azercell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, 050 721 20 və 050 *** ** ** saylı mobil nömrələrinə 01 yanvar 2021-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, göstərilən müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** saylı nömrə ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 istifadəsində olan 050 *** ** ** saylı nömrə və Zərərçəkmiş şəxs1 istifadəsində olan 070 549 36 saylı nömrə arasında çoxsaylı danışıqlar qeydə alınmışdır. İş materiallarında olan ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 təhqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan Zərərçəkmiş şəxs2 həyat yoldaşının sığorta məsələsi, Zərərçəkmiş şəxs3 oğlunun imtahan məsələsi ilə bağlı “Watsap” yazışmasının surəti 01 vərəq, Şahid1 bank kartının fotoşəkli, Şahid1 bank kart hesabına 13 yanvar 2023-cü ıl tarixdə, saat 21:52-də 400 manat və 24 yanvar 2023-cü ıl tarixdə, saat 01:44-də 1500 manat pul köçürməsinə dair 01 vərəqdə qəbzlərin surəti, Yusif Qasımovun bank kartının fotoşəkli və həmin kart hesabına 31 oktyabr 2022-ci il tarixdə, saat 12:45-də 1600 manat pul köçürməsinə dair qəbzin surəti götürülərək materiala əlavə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması növündə alternativ cəzalar nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzaların təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs əvvəllər də, eyni növ cinayət törətdiyinə görə məhkum olunduğundan və həmin cəzaya görə azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən məhkəmə ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da, nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə cinayət qanununda təqsirləndirilən şəxsin şəxsin əməli etiraf edib əməlindən səmimi peşman olmasını, 2012, 2014, 2021 və 2024-cü il təvəllüdlü dörd azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs - 1) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirli bilinərək 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 2) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, 01 yanvar 2021-ci ildə doğulmuş uşağı 14 yaşına çatanadək hökmün icrası təxirə salınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin müddəları xaric edilmişdir, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 15/2020 nömrəli, 04 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8 ay 27 gün müddət təşkil edən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən tutulduğu 2 gün və həbsdə olduğu 20 gün müddət ona təyin edilmiş 4 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq qəti olaraq üzərində 3 il 11 ay 8 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır, cəzasının əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı əməli Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli hökmü qanuni qüvvəsini aldıqdan sonra törətməsinə baxmayaraq əvvəlki cinayəti böyük ictimai təhlükə törətməyən cinayət olmaqla yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan onun hazırki əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlləri 2022-ci il ərzində törətmişdir. Beləliklə, o, hazırkı cinayəti əvvəlki hökm olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü qanun qüvvəsini almamışdan əvvəl törətdiyindən, ona CM-nin 66.5ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin sonuncu cümləsi ilə müəyyən edilmiş müddəaya uyğun oğlaraq onun həmin iş üzrə tutulduğu 2 gün və həbsdə olduğu 20 gün müddət, həmçinin hazırki iş üzrə 28 sentyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək tutulduğu 4 gün hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduqda Nizami RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü ıl tarixdə, saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi X11 qiymətləndirilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarının olması nəzərə alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-239/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, onun barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulduqdan sonra həbsdə saxlanması üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə tanış olmuşlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Bakı İstintaq təcridxanası tərəfindən 25 oktyabr 2023-cü il tarixdə daxil olmuş məktuba əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdən Bakı İstintaq təcridxanasında saxlanılır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesab olunmasına baxmayaraq o, hazırki cinayət işi üzrə 28 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra onun Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsi və onun barəsində axtarış elan edilməsi, tutulduqdan sonra həbsdə saxlanması üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. Bu səbəbdən barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilməmiş, Sübutların qiymətləndirilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli qərarında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarının olması nəzərə alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdə tutulmuş, 02 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı ilə 3 il 11 ay 8 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin hökm üzrə cəzasını cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmalıdır. İş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi X11 qiymətləndirilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ibtidai araşdırma zamanı götürülərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ipoteka yolu ilə ona verilməsini təşkil edəcəyini vəd etdiyi mənzilin foto və video görüntüləri olan 1 ədəd DVD diski, X18 Təqsirləndirilən şəxs dediyi kart hesablarına pul köçürmələrinə dair 7 ədəd qəbz, Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş kartı üzrə çıxarışlar 3 vərəq və ödəniş qəbzi 1 vərəq, Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajların köçürüldüyü 1 ədəd DVD diski, «Azercell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqlarına dair məlumatların əks olunduğu 1 ədəd DVD diski, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan “vatsap" yazışmasının surəti 01 vərəq, Şahid1 bank kartının fotoşəkli, Şahid1 bank kart hesabına pul köçürmələrinə dair 1 vərəqdə qəbzlərin surəti, Yusif Qasımovun bank kartının fotoşəkli və həmin kart hesabına pul köçürməsinə dair 1 vərəq qəbzin surəti cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ipoteka yolu ilə ona verilməsini təşkil edəcəyini vəd etdiyi mənzilin foto və video görüntüləri olan 1 ədəd DVD diski, X18 Təqsirləndirilən şəxs dediyi kart hesablarına pul köçürmələrinə dair 7 ədəd qəbz, Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş kartı üzrə çıxarışlar 3 vərəq və ödəniş qəbzi 1 vərəq, Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajların köçürüldüyü 1 ədəd DVD diski, «Azercell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqlarına dair məlumatların əks olunduğu 1 ədəd DVD diski, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan “vatsap" yazışmasının surəti 01 vərəq, Şahid1 bank kartının fotoşəkli, Şahid1 bank kart hesabına pul köçürmələrinə dair 1 vərəqdə qəbzlərin surəti, Yusif Qasımovun bank kartının fotoşəkli və həmin kart hesabına pul köçürməsinə dair 1 vərəq qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 65 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 330 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddəti, 20 (iyirmi) gün həbsdə olduğu müddət və hazırki iş üzrə 28 sentyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək 04 (iki) gün tutulma müddəti ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024cü il tarixli qərarı ilə müəyyən edilmiş 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-19/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş 3 il 11 ay 8 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin hökm üzrə cəzasını cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ipoteka yolu ilə ona verilməsini təşkil edəcəyini vəd etdiyi mənzilin foto və video görüntüləri olan 1 ədəd DVD diski, X18 Təqsirləndirilən şəxs dediyi kart hesablarına pul köçürmələrinə dair 7 ədəd qəbz, Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş kartı üzrə çıxarışlar 3 vərəq və ödəniş qəbzi 1 vərəq, Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajların köçürüldüyü 1 ədəd DVD diski, «Azercell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqlarına dair məlumatların əks olunduğu 1 ədəd DVD diski, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan “vatsap" yazışmasının surəti 01 vərəq, Şahid1 bank kartının fotoşəkli, Şahid1 bank kart hesabına pul köçürmələrinə dair 1 vərəqdə qəbzlərin surəti, Yusif Qasımovun bank kartının fotoşəkli və həmin kart hesabına pul köçürməsinə dair 1 vərəq qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin təqdim olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-75/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-75/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver