Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-76/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 15-də qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 1(007)-306/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablanmış, hazırkı iş üzrə 08 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə X5 və şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddət ərzində qonşusu Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15B nömrəli iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşən pəncərənin qarşısında olan dəmir barmaqlığı metal alətlə qaynaq edilən yerdən sındırıb plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq birlikdə qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq mənzildən 10 manat dəyərində bir ədəd qırmızı rəngli qolu qısa qadın üçün köynəyi, 15 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu uzun qadın üçün köynəyi, 10 manat dəyərində bir ədəd tünd qəhvəyi rəngli qolu uzun üzərində “LOVE YOU SO” sözləri yazılmış papaqlı qadın üçün toxunma köynəyi, 15 manat dəyərində bir ədəd ağ rəngli qara zolaqlı qolu uzun qadın üçün köynəyi, 100 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün dəri gödəkcəni, 10 manat dəyərində bir ədəd qara rəngli qolu qısa qadın üçün köynəyi, 150 manat dəyərində bir ədəd qara rəngli qolu uzun papaqlı qadın üçün dəri gödəkcə və bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, hər biri 5 manat ümumilikdə 10 manat dəyərində iki ədəd qara rəngli qadın üçün maykanı, 5 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün maykanı, 5 manat dəyərində bir ədəd yaşımtıl rəngli qolu uzun qadın üçün köynəyi, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun üzərində qız şəkili olan qadın üçün köynəyi, 10 manat dəyərində bir ədəd tünd qırmızı rəngli qolu uzun üzərində “BLUE WHEAT” sözləri olan qadın üçün köynəyi, 15 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün şalvarı, 70 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün toxunma şalvar və bir ədəd ağ rəngli qolu uzun qadın üçün toxunma köynəyi, 50 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün donu, 20 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu qısa qadın üçün toxunma köynəyi, 25 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qadın üçün şalvarı, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün cins şalvarı, 10 manat dəyərində bir ədəd açıq çəhrayı rəngli qadın üçün alt paltarını, 25 manat dəyərində bir ədəd açıq göy rəngli üzərində “THE END” sözü yazılmış qadın üçün şalvarı, 100 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün şalvarı, 5 manat dəyərində bir ədəd çəhrayı rəngli qadın üçün toxunma papağı, 25 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri papağı, 4 manat dəyərində bir ədəd ağ və boz rəngli toxunma papağı, 5 manat dəyərində bir ədəd qırmızı rəngli qırmızı qotazlı toxunma papağı, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün köynəyi, 10 manat dəyərində bir cüt qara rəngli qadın üçün əlcəyi, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün şərfi, 15 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün şortu, 20 manat dəyərində bir ədəd qara rəngli üzəri yaşıl və mavi rəngli qadın üçün ətəyi, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün alt paltarını, 3 manat dəyərində bir ədəd qara rəngli kisəni, 1 manat dəyərində bir ədəd albalı rəngli kəsik parçanı, 10 manat dəyərində bir ədəd açıq mavi rəngli 4 düyməli qolu qısa qadın üçün köynəyi, 2 manat dəyərində bir ədəd rəngli tibbi maskanı, 5 manat dəyərində bir ədəd qəhvəyi rəngli toxunma kəməri, 5 manat dəyərində bir ədəd qara rəngli toxunma qadın üçün əlcəyi, 2 manat dəyərində bir ədəd qara rəngli qadın üçün corabı, 3 manat dəyərində bir cüt qara rəngli kişi üçün corabı, 10 manat dəyərində bir ədəd tünd göy rəngli kənarında iki ağ zolaq olan qadın idman şalvarını, 10 manat dəyərində bir ədəd ağ rəngli üzəri qara zolaqlarla olan parçadan əl çantanı, 25 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq yonanı, 5 manat dəyərində bir ədəd qara rəngli darağı, 5 manat dəyərində bir ədəd qızılı rəngli dəri əl çantanı, 25 manat dəyərində bir ədəd qara rəngli metal qutu və onun içində olan 13 ədəd qırmızı bağlamada üzərində “CHİNA TEA” sözləri yazılmış çay paketləri, hər biri 3 manat ümumilikdə 9 manat dəyərində 3 ədəd pudranı, hər biri 5 manat ümumilikdə 20 manat dəyərində dörd ədəd şüşə qabda kosmetik kremi, 15 manat dəyərində bir ədəd şüşə qabda ətiri, 5 manat dəyərində bir ədəd pomadanı, hər biri 3 manat ümumilikdə 6 manat dəyərində iki ədəd metal qolbağı, 10 manat dəyərində bir ədəd kəndir və üzərində yumru qaşlardan olan qolbağı, 10 manat dəyərində bir ədəd qaş tuşunu, 3 manat dəyərində bir ədəd kosmetik karandaşı, 3 manat dəyərində bir ədəd pilkanı, 2 manat dəyərində bir ədəd “Bakı kart”ı, 1 manat dəyərində bir ədəd qəhvəyi rəngli sap topasını, 10 manat dəyərində bir ədəd qutu və içində olan 192 ədəd dırnaq üzərinə qoyulan plastik materialı, 15 manat dəyərində bir ədəd qəhvəyi rəngli parça yük çantasını, 500 manat dəyərində bir ədəd qaz peçi və bir ədəd aspiratoru (hava soranı), 70 manat dəyərində bir ədəd elektriklə işləyən sobanı, 210 manat dəyərində bir ədəd elektriklə işləyən mikrodalğalı sobanı, 70 manat dəyərində bir ədəd elektriklə işləyən ütünü, 400 manat dəyərində bir ədəd segvayı, 50 manat dəyərində bir ədəd göy rəngli, hər biri 25 manat ümumilikdə 50 manat dəyərində iki ədəd sarı rəngli üzərində tünd albalı rəngli naxışları olan yataq örtüyünü, 400 manat dəyərində bir ədəd xalçanı, 30 manat dəyərində elektriklə işləyən bir ədəd mikseri, 100 manat dəyərində elektriklə işləyən bir ədəd blenderi, 130 manat dəyərində elektriklə işləyən bir ədəd tozsoranı, 45 manat dəyrində bir ədəd modem aparatını, 150 manat dəyərində elektriklə işləyən bir ədəd ətçəkən aparatı, 130 manat dəyərində elektriklə işləyən bir ədəd şirəçəkən aparatı, 180 manat dəyərində elektriklə işləyən samovar dəstini, 3000 manat dəyərində bir ədəd Samsung markalı televizoru, 30 manat dəyərində elektriklə işləyən bir ədəd kofe bişirən aparatı, 50 manat dəyərində bir ədəd elektriklə işləyən kofe üyüdən aparatı, 55 manat dəyərində elektriklə işləyən bir ədəd direli, 70 manat dəyərində elektriklə işləyən laqondanı, 110 manat dəyərində bir ədəd açar dəstini, 180 manat dəyərində qazan dəstini, 120 manat dəyərində tava dəstini, 50 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatını, 30 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatını, 70 manat dəyərində bir ədəd elektriklə işləyən hava fenini, 80 manat dəyərində bir ədəd elektriklə işləyən daraqlı feni, 1500 manat dəyərində Toshiba markalı bir ədəd notbuku, 550 manat dəyərində Asus markalı bir ədəd planşeti, 100 manat dəyərində bir ədəd planşeti, 50 manat dəyərində bir ədəd Samsung markalı mobil telefon aparatını, hər biri 100 manat ümumilikdə 1700 manat dəyətində 17 ədəd yataq dəstini, 350 manat dəyərində bir ədəd qızıl boyunbağı və üzərində bir ədəd qızıl klonu, 1200 manat dəyərində bir ədəd Pandora markalı qolbağı, 130 manat dəyərində Samsung markalı bir ədəd DVD aparatını, 60 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq aparatını, 50 manat dəyərində bir dəst xrustal bakalı, 30 manat dəyərində bir dəst xrustal stəkanı, 25 manat dəyərində bir dəst xrustal nəlbəkini, hər biri 25 manat ümumilikdə 100 manat dəyərində 4 ədəd süfrə dəstini, hər biri 50 manat ümumilikdə 250 manat dəyərində 5 ədəd dəsmal dəstini, 50 manat dəyərində kül rəngində olan bir ədəd qadın pencəyini, 70 manat dəyərində qadın üçün bir ədəd dəri jileti, hamamda olan 25 manat dəyərində duşun bir ədəd krantını, 15 manat dəyərində bir ədəd balaca duşun bir ədəd krantını, qonaq otağında olan kondisonerin 4 manat dəyərində 4 metr elektrik naqilini, iki ədəd tozsoran aparatının 6 manat dəyərində 12 metr elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13664 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,951 qram psixotrop maddə metamfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, 08 avqust 2022-ci ildə saat 18:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus evdən oğurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən 23-cü polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,951 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, ev 15-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, Səidə Maşallayeva ilə birgə nikahından üç uşağıl vardır. 2019-cu ildə X6 ilə tanış olmuş, 2020-ci ildə aralarında yaxın münasibətləri yaranmış, Xəyalə ilə Keşlə və NZS qəsəbələrində kirayə yaşamışlar. 2021-ci ildən o, psixotrop maddə metamfetamini falqada yandırıb çəkmə yolu ilə qəbul edir. 2022-ci ilin iyun ayında Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsində yaşayan Reyhanın oğlu Faiqin tanışı Əlini tanımış, Əli ilə normal münasibəti olmuşdur. Əli Faiqin yaşadığı evə gedib-gəlmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində arvadı Səidə uşaqları ilə birlikdə atasıgilin yaşadığı Tərtər rayonunun Cəmilli kəndinə getmiş və müvəqqəti olaraq orada qalmışdır. Bakı Metropolitenində xadimə işləyən anası Ədilə hər gün saat 06:30-da evdən çıxmış və saat 18 radələrində evə gəlmişdir. 30 iyul 2022-ci il tarixdə saat 06:30-da anası işə getmək üçün evdən çıxmış, bundan sonra o, Xəyaləyə zəng vurub demişdir ki, evə gəlsin, təkdir. Xəyalə onun yaşadığı evə gəlmiş, birlikdə səhər yeməyi yemiş və çay içmişlər. Həmin gün saat 08 radələrində Əli onun yaşadığı evə gəlmiş və onlarla birlikdə çay içmişdir. Onun yaşadığı ev iki mərtəbəlidir, birinci mərtəbədə olan bir yataq otağında anası, bir yataq otağında o, digər yataq otağında arvadı Səidə uşaqları ilə birlikdə yaşamışlar. Evin ikinci mərtəbəsi isə yarıtikilidir və həmin ikinci mərtəbədə yaşayış yoxdur. Yaşadıqları evlə qonşu Gülveranın yaşadığı evin, evin pəncərəsinin arasında 1 metr ara məsafəsi vardır. O, bilmişdir ki, Gülvera ailəsi ilə birlikdə 2022-ci ilin iyun ayının axırları Türkiyə Respublikasına getmişdir, evdə heç kim yaşamır. Həmin vaxt Əli ilə razılaşmışlar ki, qonşu Gülvarının evinin ikinci mərtəbəsində olan pəncərəni açıb evə girsinlər. Həmin gün saat 12 radələrində o, Xəyalə və Əli yaşadığı evin ikinci mərtəbəsində olan yarıtikiliyə qalxmışlar, Əli əlində olan metal alətlə Gülveranın evinin ikinci mərtəbəsinin pəncərəsinin qarşısında olan metal barmaqlığı, sonra plastik pəncərəni açmış, bundan sonra o, Xəyalə və Əli Gülveranın evinin ikinci mərtəbəsinin pəncərəsindən yataq otağına daxil olmuşlar. O və Əli evin qonaq otağına keçmişlər, qonaq otağında divara bərkidilmiş bir ədəd Samsung markalı televizoru yerindən çıxarmışlar. Həmin vaxt Xəyalə yataq otağında olan paltarları və yataq dəstini bir ədyala bükmüşdür. Bundan sonra onlar birlikdə yataq otağının pəncərəsindən bir ədəd Samsung markalı televizoru və bir ədəd ədyala bükülmüş paltar və yataq dəstini yaşadığı evin ikinci mərtəbəsində olan yartikiliyə aparmışlar. O, qonşuluqda yaşayan taksi sürücüsü Elnura zəng vurub demişdir ki, evin televizorunu metronun “Neftçilər” stansiyasının yaxınlığına aparacaqdır. Elnur idarə etdiyi “Mersedes” markalı avtomobillə yaşadığı evin qarşısına gəlmiş, o və Əli bir ədəd Samsung markalı televizoru avtomobilin arxa oturacağına qoymuşlar. O, avtomobilin sol qabaq oturacağında, Xəyalə və Əli isə avtomobilin arxa oturacağında əyləşmişlər. Elnur idarə etdiyi avtomobillə onları metronun “Neftçilər” stansiyasının yaxınlığına gətirmişdir. O, avtomobildən düşüb stansiyanın yaxınlığında olan lombarda girmiş və alıcıya demişdir ki, evə məxsus televizoru girov qoyub pul götürmək istəyir. Alıcı razılıq vermiş və o, Xəyaləyə zəng vurub demişdir ki, Əliyə desin, televizoru gətirsin. Bundan sonra Əli və Xəyalə bir ədəd Samsung markalı televizoru gətirmişlər. O, televizoru göstərib alıcıdan həmin televizoru girov qoyub neçə manat götürə biləcəyini soruşmuş, alıcı televizorun kimin olduğunu soruşmuş, Xəyalə isə evin olduğunu demişdir. Alıcı demişdir ki, bu televizora görə 350 manat verə bilər. O, razılıq vermiş, girov Xəyalənin adına sənədləşdirilmiş və televizoru təhvil verib 350 manatı götürərək lombarddan çıxmışlar. Bundan sonra o, Xəyalə və Əli ilə birlikdə Elnurun idarə etdiyi avtomobilə əyləşmişlər, Elnur avtomobillə onları Kamran Əfkari küçəsinə aparmış, o, avtomobildən düşmüş və 100 manat Xəyaləyə verib demişdir ki, pulu xırdalayıb 10 manat Elnura versin, sonra evə gəlsinlər. Özü evə getmiş, həmin vaxt evdə heç kim olmamışdır. Təxminən 15-20 dəqiqə sonra Əli və Xəyalə yaşadığı evə gəlmişlər. Xəyalə demişdir ki, 10 manat Elnura vermiş, 50 manatı onun ”Leo” kartına, 20 manatı öz kartına yükləmişdir, 20 manat isə ondadır. Bundan sonra Əli çıxıb getmiş, Xəyalənin çantası evdə qalmış, Xəyalə isə Gülveranın evində yatmışdır. Həmin gün o, Xəyalənin çantasını açmış və 20 manat pulu götürmüşdür. Bundan sonra anası evə gəlmiş və o, Xəyalə barəsində ona heç bir söz deməmişdir. Səhəri gün saat 06:30 radələrində anası evdən çıxıb işə getmiş və Xəyalə onun yaşadığı evə gəlmişdir. Xəyalə çantasına baxmış və 20 manatı niyə çantasından götürdüyünü soruşmuş, o da lazım olduğu üçün götürdüyünü demişdir. Həmin vaxt Xəyalə ilə söz mübahisələri olmuş və Xəyalə çıxıb getmişdir. Bundan sonra Xəyalə yenə onunla əlaqə saxlamış və onun evinə gəlib-getmişdir. 01 avqust 2022-ci il tarixdə saat 06:30-da anası işə getmək üçün evdən çıxmışdır. Həmin gün Əli onun yaşadığı evin qonaq otağında yatmışdır. Anası evdən getdikdən sonra Xəyalə hasardan aşıb evə gəlmiş, onu və Əlini yuxudan oyatmışdır. Onlar birlikdə səhər yeməyi yemişlər, həmin vaxt qərara gəlmişlər ki, Gülveranın evinə girib oğurluq etsinlər və oğurlanmış malları satıb pul əldə etsinlər. Əli və Xəyalə onun razılığına görə həmin gün saat 10-11 radələrində birinci Əli, sonra Xəyalə Gülveranın evinin ikinci mərtəbəsinin pəncərəsindən yataq otağına daxil olmuşlar. Bundan sonra Xəyalə və Əli onu Gülveranın evinə çağırmışlar. O, Gülveranın evinin ikinci mərtəbəsində olan yataq otağına pəncərədən girmiş və evdə olan qaz sobasını, aspiratoru, uşaq oyuncağını, mikrovalnovkanı və elektriklə işləyən peçi götürmüşlər, yarıtikilidən keçib evin birinci mərtəbəsinə yığmışlar. Taksi tapa bilmədikləri üçün oğurladıqları əşyalar onun yaşadığı evin birinci mərtəbəsində qalmış, bundan sonra Əli çıxıb getmişdir. Təxminən 3-4 gün sonra Xəyalə onun yaşadığı evə gəlmiş və ədyalın arasında olan qadın paltarlarını götürmüş, Xətai rayonu, NZS qəsəbəsində yaşayan taksi sürücüsü Vüsalı çağırmış və Əli kömək edib ədyalın arasında olan qadın paltarlarını Vüsalın idarə etdiyi avtomobilin arxa baqajına qoymuş, Xəyalə Vüsala demişdir ki, sonra onu gəlib metronun “Gənclik” stansiyasının yaxınlığına aparsın. Bundan sonra Vüsal idarə etdiyi avtomobillə getmiş, Xəyalə onun yaaşdığı evə gəlmiş və anası gəlməmiş çıxıb getmişdir. 06 avqust 2022-ci il tarixdə saat 11-12 radələrində Keşlə qəsəbəsində yaşayan Elnur adlı şəxsdən öz istifadəsi üçün 20 manata bir büküm psixotrop maddə metamfetamin almış və əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 07 avqust 2022-ci il tarixdə o və Xəyalə Nizami rayonu, Babək prospektində olan “Otel” mehmanxanasına getmiş və gecəni orada qalmışlar. 08 avqust 2022-ci il tarixdə saat 18 radələrində Xəyalə ilə mehmanxanadan çıxmış və Keşlə qəsəbəsinə getmişlər. O, Kamran Əfkari küçəsi ilə piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs özlərini Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları kimi təqdim etmiş və ondan şübhələndikləri üçün polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polislərlə birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan, vəkil dəvət edildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı öz istəyi ilə vəkil iştirak etməmiş, ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu halda təqdim etsin. Həmin vaxt o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə psixotrop maddə metamfetamindir, həmin metamfetamini 06 avqust 2022-ci il tarixdə Keşlə qəsəbəsində yaşayan Elnur adlı şəxsdən 20 manat almışdır, Elnur məscid tərəfdə yaşayır, lakin onun anket məlumatlarını bilmir. Həmin büküm polis əməkdaşları tərəfindən açılmış və onun içərisində ağ rəngli maddə aşkarlanmışdır. Bundan sonra bir ədəd büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda polislər ondan qonşu Gülveranın evində baş vermiş oğurluq hadisəsi haqqında soruşmuşlar, o, həmin oğurluq hadisəsini səmimi olaraq etiraf etmiş və bu barədə izahat yazmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq olunmadığını, törətdiyi əməllərdən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənildiyini göstərmiş, həmin halları, himayəsində üç azyaşlı uşağı olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, ev 15B-də ailəsi ilə birlikdə yaşayır. Xəyalı Sadıxovanı orada yaşadığı müddətdə tanımış və normal münasibəti olmuşdur. Həmçinin, qonşuluqda yaşayan Şahid4, sonradan onun oğlu Təqsirləndirilən şəxs tanımışdır. Sonradan görmüşdür ki, Xəyalə tufeyli həyat tərzi keçirir və qonşu Əliağa ilə Xəyalənin yaxın münasibətləri vardır, anası Ədilə buna etiraz etsə də, Əliağa arvadı evdə olmayan zaman Xəyaləni evə gətirmişdir. Onların evi ilə Şahid4 evinin arasında təxminən 50 sm məsafə var, həmin evin ikinci mərtəbəsi yarı tikilidir və yaşayış yoxdur. X16 Respublikasında yaşayır və arada Bakı şəhərinə gəlibgedir. 2022-ci ilin mart ayında əri Bakı şəhərinə gəlmiş və aprel ayında qayıdıb getmişdir. 20 iyun 2022-ci il tarixdə o, uşaqları ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, gedərkən bütün qapıları və pəncərələri bağlamışdır. O, evdən çıxanda qonşu Ədiləyə və Əliağanın arvadı Səidəyə tapşırmışdır ki, evi onlara əmanətdir. 06 avqust 2022ci il tarixdə o, İstanbul şəhərində olan zaman bacısı Ellada ona zəng vurub bildirmişdir ki, evinə oğru girmişdir. O, bunu haradan bildiyini soruşanda Ellada demişdir ki, ona məxsus ədyalı Xəyalə Sadıxova qonşu Reyhana satmışdır. 07 avqust 2022-ci il tarixdə o, İstanbul şəhərindən təyyarə ilə Bakı şəhərinə gəlmiş və yaşadığı evin qapısını açıb mənzilə daxil olmuşdur. Evin birinci mərtəbəsinin qonaq otağında olan Samsung markalı televizorun, bir ədəd seqvayın, bir ədəd nootbukun, iki ədəd planşetin, mətbəxdə olan qaz sobası və aspiratorun, elektriklə işləyən qırmızı və ağ rəngli sobaların, elektriklə işləyən samovar dəstinin, elektriklə işləyən mikserin, elektriklə işləyən blenderin, qazan dəstinin, bir ədəd elektriklə işləyən laqondanın, elektriklə işləyən direlin, açar dəstinin, ikinci mərtəbədə yataq otağında elektriklə işləyən fenlərin, kosmetik əşyaların, paltarların və evə məxsus digər əşyaların oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona məxsus evdən 10 manat dəyərində bir ədəd qırmızı rəngli qolu qısa qadın üçün köynək, 15 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu uzun qadın üçün köynək, 10 manat dəyərində bir ədəd tünd qəhvəyi rəngli qolu uzun üzərində “LOVE YOU SO” sözləri yazılmış papaqlı qadın üçün toxunma köynək, 15 manat dəyərində bir ədəd ağ rəngli qara zolaqlı qolu uzun qadın üçün köynək, 100 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün dəri gödəkcə, 10 manat dəyərində bir ədəd qara rəngli qolu qısa qadın üçün köynək, 150 manat dəyərində bir ədəd qara rəngli qolu uzun papaqlı qadın üçün dəri gödəkcə və bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, hər biri 5 manat ümumilikdə 10 manat dəyərində iki ədəd qara rəgli qadın üçün mayka, 5 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün mayka, 5 manat dəyərində bir ədəd yaşımtıl rəngli qolu uzun qadın üçün köynək, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun üzərində qız şəkili olan qadın üçün köynək, 10 manat dəyərində bir ədəd tünd qırmızı rəngli qolu uzun üzərində “BLUE WHEAT” sözləri olan qadın üçün köynək, 15 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün şalvar, 70 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün toxunma şalvar və bir ədəd ağ rəngli qolu uzun qadın üçün toxunma köynək, 50 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün don, 20 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu qısa qadın üçün toxunma köynək, 25 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qadın üçün şalvar, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün cins şalvar, 10 manat dəyərində bir ədəd açıq çəhrayı rəngli qadın üçün alt paltarı, 25 manat dəyərində bir ədəd açıq göy rəngli üzərində “THE END” sözü yazılmış qadın üçün şalvar, 100 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri şalvar, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün şalvar, 5 manat dəyərində bir ədəd çəhrayı rəngli qadın üçün toxunma papaq, 25 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri papaq, 4 manat dəyərində bir ədəd ağ və boz rəngli toxunma papaq, 5 manat dəyərində bir ədəd qırmızı rəngli qırmızı qotazlı toxunma papaq, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün köynək, 10 manat dəyərində bir cüt qara rəngli qadın üçün əlcək, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün şərf, 15 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün şort, 20 manat dəyərində bir ədəd qara rəngli üzəri yaşıl və mavi rəngli qadın üçün ətək, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün alt paltarı, 3 manat dəyərində bir ədəd qara rəngli kisə, 1 manat dəyərində bir ədəd albalı rəngli kəsik parça, 10 manat dəyərində bir ədəd açıq mavi rəngli 4 düyməli qolu qısa qadın üçün köynək, 2 manat dəyərində bir ədəd rəngli tibbi maska, 5 manat dəyərində bir ədəd qəhvəyi rəngli toxunma kəmər, 5 manat dəyərində bir ədəd qara rəngli toxunma qadın üçün əlcək, 2 manat dəyərində bir ədəd qara rəngli qadın üçün corab, 3 manat dəyərində bir cüt qara rəngli kişi üçün corab, 10 manat dəyərində bir ədəd tünd göy rəngli kənarında iki ağ zolaq olan qadın idman şalvarı, 10 manat dəyərində bir ədəd ağ rəngli üzəri qara zolaqlarla olan parçadan əl çantası, 25 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq yonan, 5 manat dəyərində bir ədəd qara rəngli daraq, 5 manat dəyərində bir ədəd qızılı rəngli dəri əl çantası, 25 manat dəyərində bir ədəd qara rəngli metal qutu və onun içində olan 13 ədəd qırmızı bağlamada üzərində “CHİNA TEA” sözləri yazılmış çay paketləri, hər biri 3 manat ümumilikdə 9 manat dəyərində 3 ədəd pudra, hər biri 5 manat ümumilikdə 20 manat dəyərində dörd ədəd şüşə qabda kosmetik krem, 15 manat dəyərində bir ədəd şüşə qabda ətir, 5 manat dəyərində bir ədəd pomada, hər biri 3 manat ümumilikdə 6 manat dəyərində iki ədəd metal qolbaq, 10 manat dəyərində bir ədəd kəndir və üzərində yumru qaşlardan olan qolbaq, 10 manat dəyərində bir ədəd qaş tuşu, 3 manat dəyərində bir ədəd kosmetik karandaş, 3 manat dəyərində bir ədəd pilka, 2 manat dəyərində bir ədəd “Bakı kart”, 1 manat dəyərində bir ədəd qəhvəyi rəngli sap topası, 10 manat dəyərində bir ədəd qutu və içində olan 192 ədəd dırnaq üzərinə qoyulan plastik material, 15 manat dəyərində bir ədəd qəhvəyi rəngli parça yük çantası, 500 manat dəyərində bir ədəd qaz peçi və bir ədəd aspiratoru (hava soranı), 70 manat dəyərində bir ədəd elektriklə işləyən soba, 210 manat dəyərində bir ədəd elektriklə işləyən mikrodalğalı soba, 70 manat dəyərində bir ədəd elektriklə işləyən ütü, 400 manat dəyərində bir ədəd segvay, 50 manat dəyərində bir ədəd göy rəngli, hər biri 25 manat ümumilikdə 50 manat dəyərində iki ədəd sarı rəngli üzərində tünd albalı rəngli naxışları olan yataq örtüyü, 400 manat dəyərində bir ədəd xalça, 30 manat dəyərində elektriklə işləyən bir ədəd mikser, 100 manat dəyərində elektriklə işləyən bir ədəd blender, 130 manat dəyərində elektriklə işləyən bir ədəd tozsoran, 45 manat dəyərində bir ədəd modem aparatı, 150 manat dəyərində elektriklə işləyən bir ədəd ətçəkən aparat, 130 manat dəyərində elektriklə işləyən bir ədəd şirəçəkən aparat, 180 manat dəyərində elektriklə işləyən samovar dəsti, 3000 manat dəyərində bir ədəd Samsung markalı televizor, 30 manat dəyərində elektriklə işləyən bir ədəd kofe bişirən aparat, 50 manat dəyərində bir ədəd elektriklə işləyən kofe üyüdən aparat, 55 manat dəyərində elektriklə işləyən bir ədəd direl, 70 manat dəyərində elektriklə işləyən laqonda, 110 manat dəyərində bir ədəd açar dəsti, 180 manat dəyərində qazan dəsti, 120 manat dəyərində tava dəsti, 50 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatı, 30 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatı, 70 manat dəyərində bir ədəd elektriklə işləyən hava feni, 80 manat dəyərində bir ədəd elektriklə işləyən daraqlı fen, 1500 manat dəyərində Toshiba markalı bir ədəd nootbuk, 550 manat dəyərində Asus markalı bir ədəd planşet, 100 manat dəyərində bir ədəd planşet, 50 manat dəyərində bir ədəd Samsung markalı mobil telefon aparatı (həmin mobil telefonun üzərində nömrə olmamışdır), hər biri 100 manat ümumilikdə 1700 manat dəyərində 17 ədəd yataq dəsti, 350 manat dəyərində bir ədəd qızıl boyunbağı və üzərində bir ədəd qızıl klon, 1200 manat dəyərində bir ədəd Pandora markalı qolbağı, 130 manat dəyərində Samsung markalı bir ədəd DVD aparatı, 60 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq aparatı, 50 manat dəyərində bir dəst xrustal bakal, 30 manat dəyərində bir dəst xrustal stəkan, 25 manat dəyərində bir dəst xrustal nəlbəki, hər biri 25 manat ümumilikdə 100 manat dəyərində 4 ədəd süfrə dəsti, hər biri 50 manat ümumilikdə 250 manat dəyərində 5 ədəd dəsmal dəsti, 50 manat dəyərində kül rəngində olan bir ədəd qadın pencəyi və 70 manat dəyərində qadın üçün bir ədəd dəri jilet, hamamda olan 25 manat dəyərində duşun bir ədəd krantı, 15 manat dəyərində bir ədəd balaca duşun bir ədəd krantı və evdə olan kondisonerin 4 manat dəyərində 4 metr elektrik naqili, iki ədəd tozsoran aparatının 6 manat dəyərində 12 metr elektrik naqili kəsilib oğurlanmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2022-ci il və 02 noyabr 2022-ci il tarixli rəyləri ilə razı deyil, rəylərdə qeyd olunan qiymətlər real həyatda olan qiymətlərdən həddindən artıq aşağı göstərilmişdir, ona məxsus əmlakların oğurlanması nəticəsində ona ümumilikdə 13664 manat məbləğində maddi ziyan dəymişdir. Polislərin operativ araşdırması nəticəsində oğurluğun Əliağa, Xəyalə və Əli adlı şəxslər tərəfindən edildiyi müəyyən olunmuşdur. Ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin evin qonşuluğunda Kamran Əfkari küçəsi, ev 15-də Şahid4, oğlu Təqsirləndirilən şəxs və Əliağanın ailəsi yaşayır. Şahid4 ilə onların münasibətləri yaxşıdır və bir-birlərinin evinə gedib-gəlirlər. Təqsirləndirilən şəxs Səidə Maşallayeva ilə ailə həyatı qurmuş və onların üç azyaşlı övladları vardır. Buna baxmayaraq Təqsirləndirilən şəxs özündən 12 yaş böyük olan Xəyalə Sadıxova ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. X13 ilə münasibəti yoxdur. 2017-ci ildə qızı Zeynəbin əri Sərxan Bakı şəhəri, Xətai rayonu. NZS qəsəbəsində yaşayan Əli adlı şəxslə birlikdə dəmir qırıntıları yığıb satmışlar. Həmin vaxtdan Əli onun yaşadığı evə gedib-gəlmişdir. Əli adlı şəxsin qonşuluqda yaşayan Əliağa Maşllayevlə münasibəti olmuşdur. 05 avqust 2022-ci il tarixdə saat 17 radələrində evdə olan zaman evinin giriş qapısı döyülmüş və qapını açanda görmüşdür ki, Xəyalə Sadıxovadır. O, Xəyalədən soruşmuşdur ki, xeyir ola, Xəyalə demişdir ki, qardaşı Türkiyə Respublikasından satdıq dəsmal, yataq dəstləri gətirib, o da satır. Xəyalənin satdığı 130 manata 02 ədəd yataq dəstinin qiyməti münasib olduğu üçün ona razılıq vermişdir. O, Xəyalədən 02 ədəd yataq dəstini almış, 100 manat verib demişdir ki, 3-4 günə 30 manatı verəcəkdir. Xəyalə razılaşmış və ondan 100 manat pulu alıb getmişdir. 06 avqust 2022-ci il tarixdə saat 16 radələrində evdə olan zaman Xəyalə əlində bir ədəd qara rəngli içərisində müxtəlif geyim əşyaları olan çantanı onun yaşadığı evin həyət qapısının qarşısına qoymuş və demişdir ki, gedir, gələndə götürəcəkdir. O, Xəyalənin qoyduğu çantanı götürüb həyət qapısının çöl tərəfdən qarşısına qoymuşdur. Bu zaman qonşuluqda yaşayan Ellada adlı qadın həmin çantaya baxıb demişdir ki, bu, onun bacısı Gülveraya məxsus əşyalardır. Gülvera evini ona tapşırıb, özü ailəsi ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Gülveranın yaşadığı evlə onun yaşadığı ev üzbəüzdür. Ellada Gülveranın yaşadığı evin qapısını açmış və görmüşdür ki, evin birinci mərtəbəsi dağınıq vəziyyətdədir, soyuducu və paltar yuyan aparat yerindən çəkilmişdir. Ellada demişdir ki, bacısı Gülvarının evinə oğru girmiş və evdə olan əşyaların çoxu oğurlanmışdır. Bundan sonra Ellada mobil telefonla DİN-nin 102 Xidməti-zəng mərkəzinə zəng vurub Gülvarının evindən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra 23-cü polis bölməsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. 08 avqust 2022-ci il tarixdə onu 23-cü polis bölməsinə dəvət etmişlər. O, Xəyalədən aldığı 02 ədəd yataq dəstini götürüb 23-cü polis bölməsinə getmiş, olan hadisə barədə məlumat vermiş və yataq dəstlərini polis əməkdaşlarına təqdim etmişdir. Xəyalə Sadıxovadan aldğı 02 ədəd yataq dəstinin oğurluq olmasını bilməmişdir, əgər bilsəydi ki, həmin yataq dəstələri oğurluqdur, heç vaxt almazdı. Onun yaşadığı evə gedib-gələn Əli adlı şəxsin soyadını və atasının adını bilmir, Əli adlı şəxsin dediyinə görə 21 yaşı var, NZS qəsəbəsində yaşayır, ancaq hansı ünvanda yaşadığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanda oğlu Təqsirləndirilən şəxs və onun ailəsi ilə birlikdə yaşayır. Oğlu Əliağa taksi fəaliyyəti ilə məşğul olub çörək pulu qazanmışdır, X4 ilə birgə nikahlarından 2013-cü ildə İbrahim, 2015-ci ildə Ramiz, 2016-cı ildə Seymur adlı nəvələri anadan olmuşdur. Özü Bakı Metropolitenində təmizlik işçisi işləyir və bazar günü istisna olmaqla hər gün saat 08-də işdə olur, saat 17-də işdən çıxıb evə gəlir. X9 qəsəbəsində yaşayan Xəyalə Sadıxova ilə münasibəti yaranmış və onlar görüşmüşlər. O, həmişə oğlu Əliağaya buna görə irad tutmuşdur. 06 may 2022-ci il tarixdə əri İbrahim ürək çatışmamızlığından ölmüşdür. Qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə normal münasibəti vardır. Gülveranın iki mərtəbəli evi ilə onun evinin arasında təxminən 50-60 sm məsafə var, onun evinin ikinci mərtəbəsi yarı tikilidir və həmin ikinci mərtəbədə yaşayış yoxdur. 2022-ci ilin yay aylarında ona məlum olmuşdur ki, Əliağa narkotik vasitə qəbul edir. O, Əliağaya demişdir ki, müalicə olunmalıdır. Əliağa narkotik vasitə qəbul etdiyini inkar etmişdir. 2022-ci ilin iyun ayında Gülvera uşaqları ilə birlikdə Türkiyə Respublikasına getmiş və getməmişdən qabaq ona demişdir ki, onun evinə nəzarət edər. 2022-ci ilin iyul ayında gəlini Səidə nəvələrini götürüb Tərtər rayonuna getmişdir. Həmin vaxtlar ona qonşudan kimsə demişdir ki, o, işə gedəndə oğlu X10 evə gətirir. O, Əliağaya buna görə irad tutmuşdur. 06 avqust 2022-ci il tarixdə saat 18 radələrində işdən evə gələn zaman qonşulardan eşitmişdir ki, Gülveranın evinə oğru girib və əşyalarını oğurlamışlar. Həmin günün axşamı məlum olmuşdur ki, bu oğurluğu Xəyalə Sadıxova etmişdir. 08 avqust 2022ci il tarixdə Əliağanın 23-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Xəyalə ilə Əliağa qonşu Zərərçəkmiş şəxs evindən oğurluq etmişlər. O, evdə olan video kameralara baxan zaman görmüşdür ki, 01 avqust 2022-ci il tarixdə saat 11:20-də Xəyalə Sadıxova və qonşuda yaşayan Şahid1 evinə gedibgələn Əli adlı şəxs onun yaşadığı evin həyətində olan pulləkanlarla ikinci mərtəbədə olan yarı tikiliyə çıxırlar, qayıdanda əllərində məişət əşyaları və geyim əşyaları gətirirlər. 23-cü polis bölməsinə gedən zaman ona məlum olmuşdur ki, oğlu Əliağa tanışı Xəyalə ilə qonşu Gülveranın evindən oğurladıqları bir ədəd televizoru Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında olan lombarda girov qoyub pul götürmüşdür. O, evdə sənəd axtaran zaman lombard kağızını görmüş, həmin lombard kağızının üzərində Xəyalə Sadıxovanın adını və girov qoyulan bir ədəd Samsung markalı televizor sözünü oxumuşdur. Lombard kağızının üzərində olan telefon nömrəsinə zəng vurub lombardın yerini öyrənmiş və lombarda gedib televizorla maraqlanmışdır. Ona məlum olmuşdur ki, Xəyalənin adına qoyulmuş televizor 30 iyul 2022-ci il tarixdə girov qoyulmuş və 350 manat götürülmüşdür. Lombardda işləyən oğlan demişdir ki, 30 sentyabr 2022-ci il tarixdə pul verilməsə televizor satışa qoyulacaqdır. O, həmin oğlandan xahiş etmişdir ki, oğlu Əliağa tutulmuşdur, televizor qonşunundur, oğlu oğurlayıbdır, satışa çıxarmasın, pulu dıizəldib verəcəkdir. 18 sentyabr 2022-ci il tarixdə 400 manat düzəldib lombardda işləyən oğlana verərək televizoru götürmüş və qonşuya qaytarmaq üçün polisə aparmışdır. 08 avqust 2022-ci il tarixdə Əliağa 23-cü polis bölməsinin əməkdaşları ilə yaşadığı evə gələn zaman Əliağa evin zirzəmisindən elektrik peçini, mikrodalğalı peçi, skuteri və digər əşyaları polis əməkdaşlarına təhvil verəndə həmin əşyaları evində görmüşdür. Həmin vaxta qədər evində oğurluq əşyaların olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 06 avqust 2022-ci il tarixdə DİN-nin 102 Xidməti-zəng mərkəzindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15B nömrəli evdən naməlum şəxsin məişət, yataq və geyim əşyalarını oğurlaması barədə daxil olmuş məlumatla əlaqədar 23cü polis bölməsinin təhqiqatçısı Şəbnəm Ələkbərova tərəfindən araşdırma aparılmışdır. Bölmənin əməliyyat müvəkilli Şahid6la keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 08 avqust 2022-ci il tarixdə saat 18:30-da ünvan 5 ünvanın yaxınlığında həmin oğurluq cinayətini törətməkdə şübhəli bilinən və xarici görkəmindən narkotik vasitə aludəçisinə bənzəyən Təqsirləndirilən şəxs saxlayaraq 23-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Xidməti otaqların birində bölmənin baş təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmış, bu zaman ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümün içərisində ağ rəngli kristal şəkilli maddədən ibarət olan psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin psxitrop maddə metamfetamin olduğunu, 06 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində Elnur adlı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərlə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15B nömrəli evdən oğurluq olması ilə əlaqədar soruşulduqda, Təqsirləndirilən şəxs səmimi olaraq bildirmişdir ki, qonşusu Zərərçəkmiş şəxs yaşadığı həmin evin ikinci mərtəbəsinin pəncərəsindən yaşadığı evin ikinci mərtəbəsində olan yarımtikilidən tanışı Əli və Xəyalə Sadıxova ilə birlikdə girib məişət, geyim, yataq və digər əşyaları oğurlamışlar. Həmin əşyaların bir qismi yaşadığı evin zirzəmisindədir, bir ədəd Samsung markalı televizor metronun “Neftçilər” stansiyasının yaxınlığında lombarda girov qoyub 350 manat pul götürmüş, qalan əşyaların bir qismini Xəyalə Sadıxova satmış, bir qismini isə Vüsal adlı taksi sürücüsünün avtomobilinə qoymuşdur. Bu barədə raportla 23-cü polis bölməsinin rəhbərliyinə müraciət etmişlər, həmin oğurluq hadisəsini araşdıran təhqiqatçı Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evə gedib oğurlanmış məişət əşyalarını götürmüşdür. Tərəflərindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməllərini etiraf etmiş, həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid6, Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və X7 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından onların həmin döbvrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamran Əfkari küçəsi, ev 13-də ailəsi ilə birlikdə kirayə yaşayır, yaşadığı evlə bacısı Zərərçəkmiş şəxs yaşadığı evin arasında təxminən 100-150 metr ara məsafəsi vardır. 20 iyun 2022-ci il tarixdə bacısı Gülvera uşaqları ilə birlikdə Türkiyə Respublikasına getmiş və evinə nəzarət etməyi ona tapşırmışdır. 06 avqust 2022-ci il tarixdə saat 16:30-da radələrində o, evdə olan zaman qonşuluqda yaşayan Şahid1 nəvəsi Təranə və onların evinə gedib-gələn Əli adlı şəxs onun yaşadığı evə gəlib demişlər ki, bacısı Zərərçəkmiş şəxs evindən gecə səslər gəlirmiş. O, Təranə və Əliyə demişdir ki, ola bilməz, çünki bacısı Gülvera evdə yoxdur. Bundan sonra Təranə ona demişdir ki, Xəyalə onların həyətinə bir ədəd çanta gətmişdir, həmin çanta bacısı Gülveranın çantasına oxşayırmış. O, Təranə və Əli ilə birlikdə onların həyətinə getmiş və görmüşdür ki, həqiqətən də Gülveraya məxsus çantadır. O, həmin çantanı açıb içinə baxmış və görmüşdür ki, Gülveraya məxsus istifadə olunmuş və istifadə olunmamış geyim əşyalarıdır. Bundan sonra o, Gülveraya zəng vurub vəziyyəti ona danışmışdır. Gülvera ona demişdir ki, evə girməsin, polis çağırsın, o da bilet alıb Türkiyədən təyyarə ilə Bakıya gəlir. Həmin vaxt Şahid1 ona demişdir ki, bu çantanı Xəyalə Sadıxova qoymuş və demişdir ki, bir taksi gəlib aparacaqdır, Xəyalə ona iki ədəd yataq dəsti satmış və demişdir ki, qardaşı Türkiyə Respublikasından gətirmişdir. Həmin vaxt o, qardaşı İlqara bu barədə məlumat vermiş, bundan sonra istifadəsində olan ***-***- **-** nömrəsindən DİN-nin 102 Xidməti-zəng mərkəzinə zəng vurub bacısı Zərərçəkmiş şəxs evindən oğurluq olması ilə əlaqədar məlumat vermişdir. Daha sonra dayısı Bəxtiyar Nəsirovdan bacısı Gülveranın evinin açarını götürüb evə getmişdir. Bir müddət sonra hadisə yerinə Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları gəlmişlər. Həmin vaxt qardaşı İlqar da hadisə yerinə gəlmişdir. O, açarı orada olan polisə əməkdaşlarına vermişdir ki, bacısı Zərərçəkmiş şəxs evinin giriş qapısını açsınlar. Polis əməkdaşları onun verdiyi açarla qapını açmaq istəsələr də qapını aça bilməmişlər, çünki qapı arxadan bağlanmışdır. Polis əməkdaşlarından biri qardaşı İlqara demişdir ki, evin ikinci mərtəbəsindən içəri düşsün və qapını arxadan açsın. Bundan sonra İlqar Gülveranın evinin ikinci mərtəbəsindən içəri düşüb giriş qapını arxadan açmışdır. O, evin birinci mərtbəsinə baxan zaman görmüşdür ki, hər şey dağınıqdır, mətbəxdə paltaryuyan aparatı və soyuducu qabaq tərəfə çəkilmişdir. Bundan sonra polis əməkdaşları evə baxış keçirmiş və evin giriş qapısını bağlayıb açarlarını ona vermişlər. 07 avqust 2022-ci il tarixdə Gülvera Türkiyədən təyyarə ilə Bakı şəhərinə gəldiyinə görə evin açarını ona vermişdir. Gülvera evinə baxmaq üçün getmiş və baxıb gələndən sonra demişdir ki, evindən demək olar ki, çox şey oğurlanmışdır. 08 avqust 2022-ci il tarixdə Gülvera evindən oğurluq olması ilə əlaqədar 23-cü polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Şahid X1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayından Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 1529 ünvanında yerləşən 10 kv.m qeyri-yaşayış sahəsini icarəyə götürmüş və həmin yerdə lombard fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs onun işlədiyi lombarda Redmi Not 8 markalı mobil telefonu girov qoyub pul götürmüş və bir ay ərzində pulu qaytarıb mobil telefonu geri almışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə gündən sonra yenə lombarda gəlib Redmi Not 8 markalı mobil telefonu girov qoyub pul götürmüş və bir ay ərzində pulu qaytarıb mobil telefonu geri almışdır. Təqsirləndirilən şəxs lombarda Xəyalə Sadıxova ilə gəlibgetmişdir. O. Təqsirləndirilən şəxs bir müştəri kimi tanımışdır. 30 iyul 2022-ci il tarixdə saat 12-13 radələrində lombardda olan zaman Təqsirləndirilən şəxs gəlib ona təklif etmişir ki, evinə məxsus bir ədəd Samsung markalı televizoru girov qoyub 450 manat pul götürmək istəyir. O, Təqsirləndirilən şəxs demişdir ki, televizoru gətirsin, baxıb ondan sonra deyəcək ki, nə qədər pul verir. Bundan sonra Təqsirləndirilən şəxs getmiş və 3-4 dəqiqədə sonra tanımadığı bir oğlan və Xəyalə Sadıxova ilə birlikdə bir ədəd oval formalı, 120 düyümlük Samsung markalı televizor gətirmişdir. O, televizora baxmışdır ki, televizor işlənmişdir. O, soruşmuşdur ki, bu televizor birdən oğurluq olar, onda Təqsirləndirilən şəxs ona demişdir ki, evindir, pul lazım olduğu üçün girov qoyur. O, Təqsirləndirilən şəxs demişdir ki, bu televizoru girov götürsə 350 manat verə bilər. Təqsirləndirilən şəxs onunla razılaşmış və demişdir ki, şəxsiyyət vəsiqəsi üzərində yoxdur, Xəyalə Sadıxova şəxsiyyət vəsiqəsini versə, onun adına sənədləşdirə bilərmi, o da razılıq vermişdir. Xəyalə Sadıxova özünə məxsus şəxsiyyət vəsiqəsini vermiş, o, girovu həmin şəxsin adına sənədləşdirmiş, 350 manat pulu Təqsirləndirilən şəxs vermiş və onlar pulu alıb getmişlər. 30 avqust 2022-ci il tarixdə o, Xəyalə Sadıxovanın mobil telefonuna zəng vursa da, telefon sönmüşdür. O, Xəyalə Sadıxovanın verdiyi mobil telefon nömrəsinə sms yazmışdır ki, “hörmətli müştəri, sizin qoyduğunuz Samsung markalı televizor ödəniş etmədiyiniz təqdirdə satışa çıxarılacaq, xahiş olunur aylıq ödənişi edin”. 13 sentyabr 2022-ci il tarixdə onu Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə dəvət etmişlər və ondan Təqsirləndirilən şəxs Samsung markalı televizoru girov qoyub-qoymamasını soruşmuşlar. O, polis əməkdaşlarına demişdir ki, Təqsirləndirilən şəxs bir ədəd Samsung markalı televizor gətirib girov qoymuş, ancaq sənədi üzərində olmadığı üçün tanışı Xəyalı Sadıxovanın adına sənədləşdirilmişdir. Polis bölməsində ona məlum olmuşdur ki, lombarda Təqsirləndirilən şəxs tərəfindən girov qoyulmuş bir ədəd Samsung markalı televizor oğurluqdur. 18 sentyabr 2022-ci il tarixdə o, lombardda olan zaman bir nəfər qadın gəlmiş və demişdir ki, o, Təqsirləndirilən şəxs anasıdır, gəlib televizoru girovdan çıxarsın. O, həmin qadının şəxsiyyət vəsiqəsinə baxmış və görmüşdür ki. həmin qadın Şahid4dır. Şahid4 400 manatı ona vermiş və qəbz yazıb vermişdir ki, girov qoyulmuş bir ədəd Samsung markalı televizoru oğlu Təqsirləndirilən şəxs oğurladığı üçün polis orqanına aparıb verəcəkdir. O da həmin Samsung markalı televizoru Şahid4 vermişdir. Təqsirləndirilən şəxs girov qoyduğu Samsung markalı televizorun oğurluq olduğunu bilməmişdir, əgər oğurluq olduğunu bilsəydi girov götürməzdi. Təqsirləndirilən şəxs, Xəyalə Sadıxova və Əli adlı şəxs həmin Samsung markalı televizordan başqa lombarda girov qoymamışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 08 avqust 2022-ci il və 13 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərinə 08 avqust 2022-ci il tarixdə şəxsi axtarış aparılan zaman paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə narkotik maddə olduğunu, onu 06 avqust 2022-ci il tarixdə Nizami rayonu, Babək prospektində Elnur adlı şəxsdən 20 manat pul müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən digər qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş maddə bir ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü diskə 13 sentyabr 2022-ci il tarixdə keçirilən baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 169) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 avqust 2022-ci il tarixli 6/4246 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,951 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,951 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,901 qram qalıq qalmışdır. (İ cild i.v. 32-35) - 06 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 Xəyalə Sadıxovanın onun yaşadığı evin həyətinə qoyduğu bir ədəd idman çantasında olan bir ədəd qırmızı rəngli qolu qısa qadın üçün köynəyi, bir ədəd açıq qəhvəyi rəngli qolu uzun qadın üçün köynəyi, bir ədəd tünd qəhvəyi rəngli qolu uzun üzərində “LOVE YOU SO” sözləri yazılmış papaqlı qadın üçün toxunma köynəyi, bir ədəd ağ rəngli qara zolaqlı qolu uzun qadın üçün köynəyi, bir ədəd qara rəngli qolu uzun qadın üçün dəri gödəkcəni, bir ədəd qara rəngli qolu qısa qadın üçün köynəyi, bir ədəd qara rəngli qolu uzun papaqlı qadın üçün dəri gödəkcə və bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, iki ədəd qara rəgli qadın üçün maykanı, bir ədəd mavi rəngli qadın üçün maykanı, bir ədəd yaşımtıl rəngli qolu uzun qadın üçün köynəyi, bir ədəd qara rəngli qolu uzun üzərində qız şəkili olan qadın üçün köynəyi, bir ədəd tünd qırmızı rəngli qolu uzun üzərində “BLUE WHEAT” sözləri olan qadın üçün köynəyi, bir ədəd ağ rəngli qadın üçün şalvarı, bir ədəd ağ rəngli qadın üçün toxunma şalvarı, bir ədəd ağ rəngli qolu uzun qadın üçün toxunma köynəyi, bir ədəd qara rəngli qolu uzun qadın üçün donu, bir ədəd açıq qəhvəyi rəngli qolu qısa qadın üçün toxunma köynəyi, bir ədəd açıq qəhvəyi rəngli qadın üçün şalvarı, bir ədəd göy rəngli qadın üçün cins şalvarı, bir ədəd açıq çəhrayı rəngli qadın üçün alt paltarını, bir ədəd açıq göy rəngli üzərində “THE END” sözü yazılmış qadın üçün şalvarı, bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, bir ədəd göy rəngli qadın üçün şalvarı, bir ədəd çəhrayı rəngli qadın üçün toxunma papağı, bir ədəd qara rəngli qadın üçün dəri papağı, bir ədəd ağ və boz rəngli toxunma papağı, bir ədəd qırmızı rəngli qırmızı qotazlı toxunma papağı, bir ədəd qara rəngli qolu uzun qadın üçün köynəyi, bir cüt qara rəngli qadın üçün əlcəyi, bir ədəd qara rəngli qadın üçün şərfi, bir ədəd mavi rəngli qadın üçün şortu, bir ədəd qara rəngli üzəri yaşıl və mavi rəngli qadın üçün ətəyi, bir ədəd qara rəngli qadın üçün alt paltarını, bir ədəd qara rəngli kisəni, bir ədəd albalı rəngli kəsik parçanı, bir ədəd açıq mavi rəngli 4 düyməli qolu qısa qadın üçün köynəyi, bir ədəd rəngli tibbi maska, bir ədəd qəhvəyi rəngli toxunma kəməri, bir ədəd qara rəngli toxunma qadın üçün əlcəyi, bir ədəd qara rəngli qadın üçün corabı, bir cüt qara rəngli kişi üçün corabı, bir ədəd tünd göy rəngli kənarında iki ağ zolaq olan qadın idman şalvarını, bir ədəd ağ rəngli üzəri qara zolaqlarla olan parça əl çantasını, bir ədəd elektriklə işləyən dırnaq yonanı, bir ədəd qara rəngli darağı, bir ədəd qızılı rəngli dəri əl çantasını, bir ədəd qara rəngli metal qutu və onun içində olan on üç ədəd qırmızı bağlamada üzərində “CHİNA TEA” sözləri yazılmış çay paketlərini, üç ədəd pudranı, dörd ədəd şüşə qabda kosmetik kremi, bir ədəd şüşə qabda ətiri, bir ədəd pomadanı, iki ədəd metal qolbağı, bir ədəd kəndir və üzərində yumru qaşlardan olan qolbağı, bir ədəd qaş tuşu, bir ədəd kosmetik karandaşı, bir ədəd pilkanı, bir ədəd “Bakı kart”ı, bir ədəd qəhvəyi rəngli sap topasını, bir ədəd qutu və içində olan 192 ədəd dırnaq üzərinə qoyulan plastik materialı götürərək 23-cü polis bölməsinə təqdim etmiş, həmin əşyalar CA üzrə əməliyyat müvəkkilinin iştirakı ilə təhqiqatçı tərəfindən ondan götürülmüşdür. (İ cild i.v. 45-47) - 08 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 49-57) - 08 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurlayaraq yaşadığı evin zirzəmisində gizlətdiyi bir ədəd qaz peçini, bir ədəd aspiratoru, bir ədəd elektriklə işləyən sobanı, bir ədəd elektriklə işləyən mikrodalğalı sobanı və bir ədəd segwayı hal şahidlərinin iştirakı ilə təqdim etmiş və həmin əşyalar ondan götürülmüşdür. (İ cild i.v. 67-71) - 08 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid1 Xəyalə Sadıxovadan aldığı bir ədəd çantada olan iki ədəd yataq dəstini hal şahidlərinin iştirakı ilə təqdim etmiş və həmin əşyalar ondan götürülmüşdür. (İ cild i.v. 74-75) - 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,951 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq 0,901 qram hissəsi Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. (İ cild i.v. 158) - 18 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi oğurluq hadisəsinin törədildiyini təsdiq edən 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs evindən oğurlanaraq lombarda qoyulmuş 01 ədəd Samsung markalı televizor ondan götürülmüşdür. Diskə baxış zamanı 01 avqust 2022-ci il tarixdə saat 11:20-də Əli adlı şəxsin və Xəyalə Sadıxovanın evin həyətində olan pilləkanla ikinci mərtəbəyə qalxdıqları, əllərində məişət əşyaları və geyim əşyaları qayıdıb gəlmələri müşahidə olunmuşdur. (İ cild i.v. 176) - 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X7 təqdim etdiyi girov müqaviləsinin, Xəyalə Sadıxovanın və Şahid4 şəxsiyyət vəsiqələrinin surətləri ondan götürülmüşdür. 30 iyul 2022-ci il tarixli 000229 nömrəli girov müqaviləsində X3 həmin tarixdə 01 ədəd Samsung markalı televizoru girov qoyaraq 350 manat pul götürdüyü, Şahid4 isə oğlu Təqsirləndirilən şəxs lombarda girov qoyduğu Samsung markalı televizor üçün 400 manat ödəməklə televizoru 23-cü polis bölməsinə təqdim etmək üçün götürdüyü qeyd edilmiş və tərəflərindən imzalanmışdır. (İ cild i.v. 183-184) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 23 avqust 2022-ci il tarixli 4683 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 185-186) - 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilməklə həmin maddələrlə ittiham elan edilmiş, cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 9/6796 nömrəli və 02 noyabr 2022-ci il tarixli 9/7276 nömrəli rəyləri cinayət prosesində sübut hesab edilməmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş bir ədəd qaz peçi, bir ədəd aspiratoru, bir ədəd elektriklə işləyən soba, bir ədəd elektriklə işləyən mikrodalğalı soba və bir ədəd segwayı, Şahid1 təqdim etdiyi bir ədəd idman çantasında olan bir ədəd qırmızı rəngli qolu qısa qadın üçün köynəyi, bir ədəd açıq qəhvəyi rəngli qolu uzun qadın üçün köynəyi, bir ədəd tünd qəhvəyi rəngli qolu uzun üzərində “LOVE YOU SO” sözləri yazılmış papaqlı qadın üçün toxunma köynəyi, bir ədəd ağ rəngli qara zolaqlı qolu uzun qadın üçün köynəyi, bir ədəd qara rəngli qolu uzun qadın üçün dəri gödəkcə, bir ədəd qara rəngli qolu qısa qadın üçün köynək, bir ədəd qara rəngli qolu uzun papaqlı qadın üçün dəri gödəkcə və bir ədəd qara rəngli qadın üçün dəri şalvar, iki ədəd qara rəgli qadın üçün mayka, bir ədəd mavi rəngli qadın üçün mayka, bir ədəd yaşımtıl rəngli qolu uzun qadın üçün köynək, bir ədəd qara rəngli qolu uzun üzərində qız şəkili olan qadın üçün köynək, bir ədəd tünd qırmızı rəngli qolu uzun üzərində “BLUE WHEAT” sözləri olan qadın üçün köynək, bir ədəd ağ rəngli qadın üçün şalvar, bir ədəd ağ rəngli qadın üçün toxunma şalvar, bir ədəd ağ rəngli qolu uzun qadın üçün toxunma köynək, bir ədəd qara rəngli qolu uzun qadın üçün don, bir ədəd açıq qəhvəyi rəngli qolu qısa qadın üçün toxunma köynək, bir ədəd açıq qəhvəyi rəngli qadın üçün şalvar, bir ədəd göy rəngli qadın üçün cins şalvar, bir ədəd açıq çəhrayı rəngli qadın üçün alt paltarı, bir ədəd açıq göy rəngli üzərində “THE END” sözü yazılmış qadın üçün şalvar, bir ədəd qara rəngli qadın üçün dəri şalvar, bir ədəd göy rəngli qadın üçün şalvar, bir ədəd çəhrayı rəngli qadın üçün toxunma papaq, bir ədəd qara rəngli qadın üçün dəri papaq, bir ədəd ağ və boz rəngli toxunma papaq, bir ədəd qırmızı rəngli qırmızı qotazlı toxunma papaq, bir ədəd qara rəngli qolu uzun qadın üçün köynək, bir cüt qara rəngli qadın üçün əlcək, bir ədəd qara rəngli qadın üçün şərf, bir ədəd mavi rəngli qadın üçün şort, bir ədəd qara rəngli üzəri yaşıl və mavi rəngli qadın üçün ətək, bir ədəd qara rəngli qadın üçün alt patarı, bir ədəd qara rəngli kisə, bir ədəd albalı rəngli kəsik parça, bir ədəd açıq mavi rəngli 4 düyməli qolu qısa qadın üçün köynək, bir ədəd rəngli tibbi maska, bir ədəd qəhvəyi rəngli toxunma kəmər, bir ədəd qara rəngli toxunma qadın üçün əlcək, bir ədəd qara rəngli qadın üçün corab, bir cüt qara rəngli kişi üçün corab, bir ədəd tünd göy rəngli kənarında iki ağ zolaq olan qadın idman şalvarı, bir ədəd ağ rəngli üzəri qara zolaqlarla olan parça əl çantası, bir ədəd elektriklə işləyən dırnaq yonan, bir ədəd qara rəngli daraq, bir ədəd qızılı rəngli dəri əl çantası, bir ədəd qara rəngli metal qutu və onun içində olan on üç ədəd qırmızı bağlamada üzərində “CHİNA TEA” sözləri yazılmış çay paketləri, üç ədəd pudra, dörd ədəd şüşə qabda kosmetik krem, bir ədəd şüşə qabda ətir, bir ədəd pomada, iki ədəd metal qolbaq, bir ədəd kəndir və üzərində yumru qaşlardan olan qolbaq, bir ədəd qaş tuşu, bir ədəd kosmetik karandaş, bir ədəd pilka, bir ədəd Bakı kart, bir ədəd qəhvəyi rəngli sap topası, bir ədəd qutu və içində olan 192 ədəd dırnaq üzərinə qoyulan plastik material, bir ədəd çantada olan iki ədəd yataq örtüyü, Şahid4 təqdim etdiyi bir ədəd Samsung markalı televizor maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs qaytarılması qərara alınmış, 08 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bir ədəd bükümdə 0,951 qram psixotrop maddə metamfetaminin götürülməsi zamanı video çəkiliş zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin istintaq materiallarında saxlanması nəzərə alınmış, 01 avqust 2022-ci il tarixdə saat 11:20-də Xəyalə Sadıxova və Əli adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15 nömrəli evin həyətində olan pilləkanla ikinci mərtəbəyə qalxaraq əllərində məişət və geyim əşyaları gətirmələrinə dair videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin istintaq materiallarında saxlanması nəzərə alınmış, 30 iyul 2022-ci il tarixdə tərtib edilmiş 000229 nömrəli girov müqaviləsinə əsasən həmin tarixdə X3 01 ədəd Samsung markalı televizoru girov qoyaraq 350 manat pul götürməsinə dair girov müqaviləsi maddi sübut qismində tanınaraq cinayət işinin istintaq materiallarında saxlanması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman psixotrop maddəyə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində 23-cü polis bölməsinin polis əməkdaşının təklifi ilə narkotik vasitəni könüllü surətdə təhvil verməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə məqsədəmüvafiq hesab edilməmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 və X7 əməllərində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxs Xəyalə Sadıxova istintaq orqanının çağırışlarına gəlmədiyi və şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmadığı üçün Xəyalə Sadıxovanın yerinin və şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması, cinayət işi üzrə taksi sürücüləri Elnur və Vüsal adlı şəxslərin, Təranə Məmmədova ilə zəruri istintaq hərəkətlərinin və cinayət işi üzrə tam və hərtərəfli araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslərin əməllərinə ayrılan cinayət işində hüquqi qiymət verilməsi qərara alınmış, Təqsirləndirilən şəxs götürülmüş 0,951 qram psixotrop maddə metamfetaminin qanunsuz əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə material ayrılaraq əməliyyat tədbirlərinin davam etdirilməsindən ötrü Bakı şəhəri Nizami RPİ-nin 23cü polis bölməsində göndərilmişdir. (İ cild i.v. 237-259) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 16) - 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 avqust 2022-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 141-144) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 1(007)-306/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2022ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 165-166) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 21 oktyabr 2022-ci il tarixli 1(007)-306/2022 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. -Nikah və doğum şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından 05 avqust 2013-cü il tarixdə İbrahim, 23 iyun 2015-ci il tarixdə Ramiz, 05 dekabr 2016-cı il tarixdə Seymur adlı uşaqları doğulmuşdur. (İ cild i.v. 220-223) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, habelə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməklə onunla barışıq əldə edilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq hissəsi məhv olunmalı, 02 ədəd disk və X3 01 ədəd Samsung markalı televizoru girov qoyaraq 350 manat pul götürməsinə dair girov müqaviləsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, aşkar olunmuş müvafiq əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 1(007)-306/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,901 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd DVD disk və X3 01 ədəd Samsung markalı televizoru girov qoyaraq 350 manat pul götürməsinə dair 30 iyul 2022-ci il tarixli 000229 nömrəli girov müqaviləsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, aşkar olunmuş müvafiq əşyaların məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi2 180 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-76/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-76/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver