Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-77/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə, 01 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 113 ünvanında yerləşən «DOST» mərkəzinin yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Vaz 21150» markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin açıq qapısın açıb içərisinə daxil olub, oradan 1 ədəd 250 manat dəyərində «Pioneer» markalı maqnitafonu, 1 ədəd 150 manat dəyərində səs gücləndirici və 77 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 477 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə, 08 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 113 ünvanında yerləşən «DOST» mərkəzinin yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Vaz 21213» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin üzərində olan 2.550 manat dəyərində iki ədəd yan güzgülərini yerindən qopardaraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2.550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, hazırkı iş üzrə hər hansı oğurluq cinayəti törətməmişdir. Belə ki, o, polis şöbəsinə dəvət edilmiş və narkotik maddə istifadə etməsini boynuna alması bildirilmişdir, o isə bununla razılaşmamışdır və nəticədə, ona hazırkı oğurluqla bağlı ittiham verilmişdir. Buna görə də, təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, “Vaz 21015” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə saatlıq idarə etmək üçün 01 avqust 2022-ci il tarixdə qardaşı Şahid vermişdir. 01 avqust 2022-ci il tarixdə, saat 18 radələrində qardaşı Elməddin ona zəng edərək avtomobilin salonunda olan 250 manat dəyərində “Pioner” markalı maqnitafonun, avtomobilin yük hissəsində olan 150 manat dəyərində səs gücləndiricinin və avtomobilin saxlanc yerindən 77 manat nağd pulun oğurlandığını, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat verdiyini bildirmişdir. O, işdən çıxdıqdan sonra qardaşı Elməddinin yanına getmiş və həqiqətən də qeyd edilən əşyaların və pulun yerində olmadığını görmüşdür. Avtomobildən oğurlanmış əşyaların və pulun hamısı ona məxsusdur. Avtomobilindən oğurlanmış “Pioner 74-50” markalı maqnitafon əvəzinə ona Nizami rayon Polis İdarəsi tərəfindən “Pioner 71-50” markalı moqnitofon qaytarılmışdır. Səs gücləndirici əvəzinə də başqa səsgücləndirici təqsirləndirilən şəxsin qardaşı tərəfindən alınıb ona verilmişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. Buna görə də, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və ya tələbi yoxdur və sonuncunu bağışlamışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına (o cümlədən, istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms-bildiriş çatdırılmasına) baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmişdir. Bununla əlaqədar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-77/2023 saylı qərarı ilə, Zərərçəkmiş şəxs2 məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmış, lakin, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 08 avqust 2022-ci il tarixdə, saat 08:40-da o, özünə məxsus “Vaz 21213” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 113 ünvanda yerləşən, işlədiyi X1 və Rabitə İdarəsinin yanında saxlayaraq işə getmişdir. Həmin gün saat 13:30-da işdən çıxıb nahar fasiləsinə getdikdə avtomobilə nəzər yetirmiş, hər şeyin qaydasında olduğunu görmüşdür. İş vaxtı bitdikdən sonra saat 18:00-da işdən çıxıb avtomobilə yaxınlaşdıqda avtomobilin güzgülərinin yerində olmadığını görmüşdür. O, avtomobilin güzgülərinin oğurlandığını anlayaraq Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, ona hadisə nəticəsində 2.550 manat maddi ziyan dəymişdir. Belə ki, onun avtomobilinin markası “Niva” olsa da, oğurlanmış güzgülər “Mercedes” markalı avtomobilə aid güzgülər olmuşdur. O, həmin güzgüləri təxminən iki il əvvəl 1.500 ABŞ dollarına alaraq “Vaz 21213” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoymuşdur. Onun talanmış avtomaşının yan güzgülərinin dəyəri 2550 manat təşkil edir və o, ekspertizanın qərarı ilə razı deyildir. Şahid Müqabil oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Vaz 21015” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “DOST” xidmətinin yaxınlığında saxlayaraq “DOST” xidmətinə getmişdir. İşlərini bitirdikdən sonra, həmin gün saat 18 radələrində avtomobilinə yaxınlaşmış və avtomobilə əyləşdikdə salonda olan 250 manat dəyərində “Pioner” markalı maqnitafonun, avtomobilin yük hissəsində olan 150 manat dəyərində səsgücləndirici və avtomobilin saxlanc yerindən 77 manat nağd pulunun oğurlandığını aşkar etmişdir. O, dərhal hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, oğurlanmış əşyaların hamısı və pul avtomobilin sahibi olan qardaşı Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Qardaşı avtomobili ona bir neçə saatlıq idarə etmək üçün vermişdir. Hadisə nəticəsində qardaşına ümumilikdə 477 manat maddi ziyan dəymişdir. O, avtomobildən uzaqlaşdığı zaman avtomobilin qapılarını bağladığını xatırlamadığını, bunu zənn etdiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 08 avqust 2022-ci il tarixli baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 2 ünvandır və hadisə yerinin foto şəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədov tərəfindən tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 01 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “DOST” xidmətinin dayanacağıdır və hadisə yerinin foto şəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzli tərəfindən tərtib edilmiş könüllü təqdim edilmiş əşyanın götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs talamış olduğu və könüllü təqdim etdiyi, “Vaz 21213” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının yan güzgüləri və maqintafon götürülmüşdür. İş materiallarında olan əşyanın zərərçəkmiş şəxsə tanınmayaq təqdim edilməsi haqqında 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus talanmış avtomaşının yan güzgüləri tanınmaya təqdim edilməsi üçün 3 sayda digər avtomaşının yan güzgüləri arasında yerləşdirilmiş, digər yan güzgülər “1, 3, 4” rəqəmləri ilə işarələnmiş, sonuncuya məxsus yan güzgülər isə “2” rəqəmi ilə işarələnmişdir. Daha sonra isə tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 “2” rəqəmi ilə işarələnmiş yan güzgüləri göstərərək, ona məxsus olduğunu, həmin güzgüləri modelindən və rəngindən tanıdığını bildirmişdir. İş materiallarında olan əşyanın zərərçəkmiş şəxsə tanınmayaq təqdim edilməsi haqqında 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus talanmış avtomaşının maqnitafonu tanınmaya təqdim edilməsi üçün 3 sayda digər avtomaşının maqnitafonu arasında yerləşdirilmiş, digər yan güzgülər “1, 3, 4” rəqəmləri ilə işarələnmiş, sonuncuya məxsus maqnitafon isə “2” rəqəmi ilə işarələnmişdir. Daha sonra isə tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 “2” rəqəmi ilə işarələnmiş maqnitafonu göstərərək, ona məxsus olduğunu, həmin maqnitafonu modelindən və rəngindən tanıdığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılarkən, ibtidai istintaq zamanı verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir. İş materiallarında olan diskə və şəkillərə baxış keçirilməsi haqqında 12 avqust 2022ci il tarixli protokoldan görünür ki, 08 avqust 2022-ci il tarixli protokol əsasında hadisə yerindən götürülmüş video görüntülərə və şəkillərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı diskdə olan görüntülərdə bir nəfər şəxs əlində sellofan paketlə piyada keçidindən keçir. Təqsirləndirilən şəxs şəkildə və video görüntüdə olan şəxsin onun olduğunu və Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 113 ünvanında “DOST” mərkəzinin yanında olan keçiddən keçən zaman olan görüntülərdir və həmin vaxtı o, oğurluq hadisəsini törətmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 9/7813 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 460 manat müəyyən edilir. O cümlədən, “Niva” markalı avtomobilin üzərindən götürülmüş, markalanmasına dair üzərində heç bir məlumat olmayan 02 ədəd qırmızı rəngli yan güzgülər- 360 manat (2 ədəd x 180 manat), “Pioneer” markalı, “Mosfet 50wx4” model maqnitola- 100 manat müəyyən edilir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 05 noyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, iş üzrə 1 ədəd disk, 1 cüt avtomobilin yan güzgüləri, 1 ədəd pioner markal maqintafon sübut növü kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli tərtib edilmiş qəbzə əsasən 1 ədəd “Pioneer” markalı maqintafon Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli tərtib edilmiş qəbzə əsasən 2 ədəd avtomobilin yan güzgüləri Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilməklə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 25 yanvar 2023-cü il tarixli, 21/1-74 nömrəli məktubundan görünür ki, “Attenti” elektron monitorinq sistemindən göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-147/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 1 il 7 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:00-dan saat 14:35-dək yaşayış yerində, saat 14:36-da H.Əliyev prospekti istiqamətində hərəkət edərək saat 15:19-dan saat 16:20-dək həmin prospektdə yerləşən “X3” kompleksinin qarşısında və ətrafında, saat 16:21-dən yaşayış yeri istiqamətində hərəkət edərək saat 23:00-dək yaşayış yerinin ətrafında, vaxt məhdudiyyəti ərzində isə yaşayış yerində olduğu, xx.xx.2022-ci il tarixdə saat 00:00-dan saat 12:33-dək yaşayış yerində, saat 12:34-də H.Əliyev prospekti istiqamətində hərəkət edərək saat 13:43-dən saat 17:51-dək yenidən “X3” kompleksinin ətrafında, əsasən də 3 saylı Dost Agentliyinin qarşısında, saat 17:52-də yaşayış yeri istiqamətində hərəkət edərək saat 23:00-dək yaşayış yerinin ətrafında, vaxt məhdudiyyəti ərzində isə yaşayış yerində olduğu müşahidə olunur. Sorğuda göstərilən müddət ərzində məhkum Təqsirləndirilən şəxs coğrafi yerdəyişməsinə dair elektron monitorinq sistemindən çıxarışlar məktuba əlavə edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ümumiyyətlə oğurluq cinayəti törətməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs1 dəymiş ziyanın tam ödənilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 sentyabr 2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, həmin hökmlə, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 02 mart 2023-cü il tarixli, 148328-21-1/3-4883-18 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-147/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkuma təyin edilmiş 01 il 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 06 ay 23 gün hissəsi icra olunmamış qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-147/2022 saylı, 12 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın hazırkı tarixə çəkilməmiş 01 il 06 ay 23 gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 09 ay 11 gün müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 noyabr 2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 30 noyabr 2022ci il tarixədək uzadılmış, həmin məhkəmənin 29 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasında baxılanadək təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə məhkəmə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum növündə cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 40 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 il 06 ay 23 gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 09 (doqquz) ay 11 (on bir) gün müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-77/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-77/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver