Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-78/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami Rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 İsmayıl qızının və Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 15 avqust 1996-cı ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx xxxxxxxx 1991-ci ildə Tər-Tər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmuş, Tər-Tər rayonu, E.Süleymanov küçəsi, ev 53 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxxx 1994-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 3 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 06 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu 2381-ci məhəllə B.Nuriyev küçəsinin şərq hissəsində yerləşən torpaq sahəsinin kənarının daş hasarı üzərində quraşdırılmış 1 ədəd 400 manat dəyərində dəmir barmaqlığı birlikdə mexaniki təsir göstərməklə yerindən çıxarıb gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 400 manat dəyərində maddi ziyan vurmaqla, ünvan 4 ünvanda yerləşən metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölməklə oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən Təqsirləndirilən şəxs3 ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 08 avqust 2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, 2381-ci məhəllə, B.Nuriyev küçəsinin şərq hissəsində yerləşən torpaq sahəsinin kənarının daş hasarı üzərində quraşdırılmış, hər birinin dəyəri 400 manat olmaqla, ümumilikdə 2 ədəd 800 manat dəyərində dəmir barmaqlığı birlikdə mexaniki təsir göstərməklə yerindən çıxarıb gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs cəmi 800 manat dəyərində maddi ziyan vurmaqla ünvan 5 ünvanda yerləşən metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölməklə oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin avqust ayının 9-dan 29-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu 2381-ci məhəllə B.Nuriyev küçəsinin şərq hissəsində yerləşən torpaq sahəsinin kənarının daş hasarı üzərində quraşdırılmış, hər birinin dəyəri 400 manat olmaqla, ümumilikdə 18 ədəd 7200 manat dəyərində dəmir barmaqlığı vahid niyyətlə əhatə olunan qəsdlə mexaniki təsir göstərməklə yerindən çıxarıb gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs cəmi 7200 manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla metal qəbulu ilə məşğul olan şəxslərə satmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 06 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu 2381-ci məhəllə B.Nuriyev küçəsinin şərq hissəsində yerləşən torpaq sahəsinin kənarının daş hasarı üzərində quraşdırılmış 1 ədəd 400 manat dəyərində dəmir barmaqlığı birlikdə mexaniki təsir göstərməklə yerindən çıxarıb gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 400 manat dəyərində maddi ziyan vurmaqla, ünvan 6 ünvanda yerləşən metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölməklə oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin avqust ayının 10-dan 30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu 2381-ci məhəllə, B.Nuriyev küçəsinin şərq hissəsində yerləşən torpaq sahəsinin kənarının daş hasarı üzərində quraşdırılmış, hər birinin dəyəri 400 manat olmaqla, ümumilikdə 16 ədəd 6400 manat dəyərində dəmir barmaqlığı vahid niyyətlə əhatə olunan qəsdlə mexaniki təsir göstərməklə yerindən çıxarıb gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs cəmi 6400 manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla, ünvan 6 ünvanda yerləşən metal qəbulu məntəqəsinə sataraq oğurluq elmişdir. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 06 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu 2381-ci məhəllə B.Nuriyev küçəsinin şərq hissəsində yerləşən torpaq sahəsinin kənarının daş hasarı üzərində quraşdırılmış 1 ədəd 400 manat dəyərində dəmir barmaqlığı birlikdə mexaniki təsir göstərməklə yerindən çıxarıb gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 400 manat dəyərində maddi ziyan vurmaqla, ünvan 6 ünvanda yerləşən metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölməklə oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin avqust ayının 11-dən 31-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu 2381-ci məhəllə B.Nuriyev küçəsinin şərq hissəsində yerləşən torpaq sahəsinin kənarının daş hasarı üzərində quraşdırılmış, hər birinin qiyməti 400 manat olmaqla, ümumilikdə 5 ədəd 2000 manat dəyərində dəmir barmaqlığı vahid niyyətlə əhatə olunan qəsdlə mexaniki təsir göstərməklə yerindən çıxarıb gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 2000 manat dəyərində maddi ziyan vurmaqla, ünvan 6 ünvanda yerləşən metal qəbulu məntəqəsinə sataraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 08 avqust 2021-ci il tarixdə, saat 14 radələrində X8 məxsus Bakı şəhəri, Nizami rayonu, 2381-ci məhəllə, B.Nuriyev küçəsinin şərq hissəsində yerləşən torpaq sahəsinin kənarının daş hasarı üzərində quraşdırılmış, hər birinin dəyəri 400 manat olmaqla, ümumilikdə 2 ədəd 800 manat dəyərində dəmir barmaqlığı birlikdə mexaniki təsir göstərməklə yerindən çıxarıb gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs cəmi 800 manat dəyərində maddi ziyan vurmaqla, ünvan 6 ürvanda yerləşən metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölməklə oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, müvəqqəti olaraq Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində «Bizim market»in yaxınlığında yerləşən boş vaqonda yaşamışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə əvvəllər zibilliklərdən metal yığaraq metal qəbulu məntəqələrinə satıb pul qazanmışlar. 2021-ci ilin avqust ayının əvvəllərində yaşadığı yerə yaxın boş torpaq sahəsinin dəmir barmaqlıqlarını çıxarıb satmaq qərarına gəlmiş və 6 avqust 2021-ci ildə, saat təxminən 12 radələrində Ceyhun və İsmayılla qarşılıqlı razılaşma əsasında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus boş torpaq sahəsinin 1 ədəd dəmir barmaqlığını yerindən çıxarıb, birlikdə əllərində Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb özlərininki kimi təqdim edib 12 manata satıb pulunu aralarında bölmüşlər. 8 avqust 2021-ci ildə, saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə 2 ədəd dəmir barmaqlığı yerindən çıxarıb birlikdə 2 dəfəyə əllərində Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb özlərininki kimi təqdim edib 24 manata satıb pulunu aralarında bölmüşlər. 2021-ci ilin avqust ayının 9dan 29-dək olan müddətdə tək bir neçə dəfəyə 18 ədəd dəmir barmaqlığı, hər dəfə 2-3 ədəd olmaqla yerindən çıxarıb kənara yığmış, metal və digər avadanlıqlar alan tanımadığı ayrı-ayrı Qazel markalı avtomobilin sürücülərinə özününki kimi tədim edərək hər birini 8-9 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, müvəqqəti olaraq Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində «Bizim market»in yaxınlığında yerləşən boş vaqonda yaşamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə əvvəllər zibilliklərdən metal yığaraq metal qəbulu məntəqələrinə satıb pul qazanmışlar. 2021-ci ilin avqust ayının əvvəllərində yaşadığı yerə yaxın boş torpaq sahəsinin dəmir barmaqlıqlarını çıxarıb satmaq qərarına gəlmiş və 6 avqust 2021-ci ildə, saat təxminən 12 radələrində İlham və İsmayılla qarşılıqlı razılaşma əsasında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus boş torpaq sahəsinin 1 ədəd dəmir barmaqlığını yerindən çıxarıb, birlikdə əllərində Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb özlərininki kimi təqdim edib 12 manata satıb pulunu aralarında bölmüşlər. Daha sonra 2021-ci ilin avqust ayının 10-dan 30-dək olan müddətdə bir neçə dəfəyə 16 ədəd dəmir barmaqlığı, hər dəfə 1-2 ədəd olmaqla yerindən çıxarıb Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tər-Tər rayonundan Bakı şəhərinə gəlmiş və Nizami rayonu ərazisində yerləşən 8-ci KM bazarında araba sürməklə, həmçinin küçələrdən istifadəsiz metal qırıntılarını yığıb metal qəbulu məntəqələrinə verməklə pul qazanmışdır. Həmin vaxtlar onun kimi eyni işlə məşğul olan Təqsirləndirilən şəxs1 və Dövlət ittihamçısı ilə tanış olmuşdur. Qalmağa yeri olmadığı üçün bazarın arxa hissəsində «Bizim» market dükanının yaxınlığındakı sahibsiz köhnə vaqonda qalmışdır. Vaqonda əsasən Ceyhun qalmış, onun olmadığı vaxtlarda İlhamın da orada bir neçə dəfə qalmışdır. Ceyhun və İlhamla əvvəllər zibilliklərdən metal yığıb metal qəbulu məntəqələrinə verib pul qazanmışlar. Şahin adlı tanışları da arada onlarla birlikdə metal qəbulu məntəqələrinə metal vermişdir. 2021-ci ilin avqust ayının əvvəllərində yaşadığı yerə yaxın boş torpaq sahəsinin dəmir barmaqlıqlarını çıxarıb satmaq qərarına gəlmiş və 6 avqust 2021-ci ildə, saat təxminən 12 radələrində İlham və Ceyhunla qarşılıqlı razılaşma əsasında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus boş torpaq sahəsinin 1 ədəd dəmir barmaqlığını yerindən çıxarıb, birlikdə əllərində Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb özlərininki kimi təqdim edib 12 manata satıb pulunu aralarında bölmüşlər. Bundan sonra 2021-ci ilin avqust ayının 11-dən 31-dək olan müddətdə oradan bir neçə dəfəyə 5 ədəd dəmir barmaqlığı, hər dəfə 1 ədəd olmaqla yerindən çıxarıb, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq özününki kimi təqdim edib hər birini 8-9 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə dostluq münasibətlərində olmuşdur. 8 avqust 2021-ci ildə, saat təxminən 14 radələrində İlhamın təklifi ilə sonuncunun qaldığı vaqonun yaxınlığında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus boş torpaq sahəsinin çöl tərəfindən 2 ədəd dəmir barmaqlığı yerindən çıxarıb Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən metal qəbulu məntəqəsinə özlərininki kimi təqdim edib 24 manata sataraq pulunu aralarında bölmüşlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış mümkün sübutlarla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, K.Nuriyev küçəsi, 2381-ci məhəllənin şərq hissəsində «Bizim» market dükanının yaxınlığında olan 1,2 hektar torpaq sahəsi ona məxsusdur. Həmin ərazini uzun müddət əvvəl daşla və dəmir barmaqlıqlarla əhatəyə aldırmış və girişə dəmir qapı qoydurmuşdur. 24 avqust 2021-ci ildə hasarın çoxsaylı dəmir barmaqlıqlarının oğurlandığını müəyyən etmiş və bu barədə Nizami RPİ-nin 24-cü PŞ-nə məlumat vermişdir. 02 sentyabr 2021-ci il tarixdə yenidən həmin əraziyə baxış keçirərkən daha çox sayda 42 ədəd barmaqlığın oğurlandığını müəyyən etmiş və Nizami RPİ-nin 24-cü PŞ-nə gedərək bu barədə bir daha məlumat vermişdir. Həmin dəmir barmaqlıqların hər birinin qiyməti təxminən 400 manat təşkil etmiş, buna görə ümumilikdə ona 16800 manat məbləğində maddi ziyan dəymişdir. 03 sentyabr 2021-ci ildə 24-cü PŞ-də olarkən dəmir barmaqlıqları İlham, Ceyhun, Şahin və İsmayıl adlı şəxslərin oğurladığı ona məlum olmuşdur. Həmin şəxslər barmaqlıqların çox hissəsini ünvan 7 ünvanda yerləşən metal qəbulu məntəqəsinə satdıqlarını və bir hissəsini dəmir yığan avtomobillərə verdiklərini etiraf etmişlər. Məhkəmə isttintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2381 saylı məhəllədə yerləşən «Bizim market» dükanında gözətçi işləmişdir. Həmin marketin yaxınlığında marketin rəhbərliyinə aid torpaq sahəsinin daş hasarının üzərində dəmir barmaqlıqlar olmuşdur. 2021-ci ilin avqust ayının sonlarında, həmin hasarın çoxsaylı dəmir barmaqlıqlarının oğurlandığını eşitmiş, lakin kimlərin oğurluq hadisəsini törətməsindən məlumatı olmamışdır. 1 sentyabr 2021-ci il tarixdə axşam saatlarında bir neçə azyaşlı uşağın həmin ərazidən bir neçə dəmir barmaqlıq götürərək yaxınlıqda oyun yeri qurmalarını görüb, uşaqlara bir daha belə hərəkət etməməyi bildirərək dəmir barmaqlıqları marketin yanına yığmışdır. Sonradan, İlham, Ceyhun, Şahin və İsmayıl adlı şəxslərin 2021-ci ilin avqust ayı ərzində həmin ərazidən 42 ədəd dəmir barmaqlıq oğurlayıb satdıqlarını eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda yerləşən metal qəbulu məntəqəsini işlətmişdir. İlham, Ceyhun, İsmayıl və Şahin adlı şəxsləri 2021-ci ilin avqust ayında tanımış və sonuncular bir neçə dəfə ona dəmir barmaqlıqlar gətirib satmışlar. Sentyabr ayının əvvəllərində Nizami RPİ-nin 24-cü PŞ-nə çağırılarkən, həmin şəxslər tərəfindən ona satılmış barmaqlıqların oğurluq olduğunu bilmiş, lakin həmin barmaqlıqları alarkən oğurluq olduğunu bilməmiş, hər hansı predmet qəbul edərkən sənəd almamış, qəbul etdiyi əşyalar köhnə olmuş və həmin əşyaların küçələrdən yığılıb gətirildiyini zənn etmişdir. İşdə olan 03 sentyabr 2021-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsi, 2381-ci məhəllənin Şərq hissəsində yerləşir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən veilmiş tələbnamədən görünür ki, Mirzəyev X4 şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərrək, CM-nin 69.3-ci maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Tərtər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinəək 11 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 03 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağı vardır. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı hər hansı tələbi yoxdur və dəymiş ziyanın ödənilməsini tələb etmir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs təqsiləndirilən şəxslərə qarşı hər hansı tələbinin olmaması və dəymiş ziyanın ödənilməsini tələb etməməsi təqsirləndirilən şəxslərə münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, iş üzə zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, iş üzə zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs4 münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs4 barəsində olan Tərtər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə münasibətdə Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, iş üzrə zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs3 münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, iş üzrə zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, həmçinin himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı yüngülləşdirən halla qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 barəsində olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə xüsusi müsadirə müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 46 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X9-276 manat, məhkəmə istintaqı dövründə 66 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2-396 manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 50 saat, məhkəmə istintaqı dövründə 63 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2-cəmi 678 manat, Təqsirləndirilən şəxs4 ibtidai istintaq dövründə 22 saat, məhkəmə istintaqı dövründə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1-cəmi 552 manat və Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə 43 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5-258 manat, məhkəmə istintaqı dövründə 64 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X6-384 manat manat VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 21 saylı Vəkil Bürosu və Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 46 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X9-276 manat, məhkəmə istintaqı dövründə 66 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2-396 manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 50 saat, məhkəmə istintaqı dövründə 63 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2-cəmi 678 manat, Təqsirləndirilən şəxs4 ibtidai istintaq dövründə 22 saat, məhkəmə istintaqı dövründə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1-cəmi 552 manat və Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə 43 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5-258 manat, məhkəmə istintaqı dövründə 64 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X6-384 manat manat VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 21 saylı Vəkil Bürosu və Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-78/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-78/2022
24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver