Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-79/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X7 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Güləsər oğlunun, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azerbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Güləsər oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Güləsər oğlu polis baş serjantı rütbəsində olmaqla, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru vəzifəsində işləyərkən, 10 sentyabr 2021-ci il tarixdə saat 15:55 radələrində xidmətdə olduğu ərazidə 07 dekabr 2020-ci il tarixli 0246-046-20 nömrəli əmrlə ona təhkim olunmuş texniki cəhətdən saz vəziyyətdə olan, sürücülük vəsiqəsi əsasında idarə etdiyi «BMW» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xüsusi xidməti avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində «Koroğlu» metrostansiyası istiqamətində əsas yolda soldan birinci zolaqla 87 km/saat sürətlə hərəkətdə olarkən Heydər Əliyev prospekti 119 ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yol hərəkətinin iştirakçısı kimi hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsini sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beynin toxumasına, qişalarına və mədəciklərinə (sağ alın-gicgah və sol təpə hissəsinə, sağ yan mədəciyə) travmatik qansızına, sağ alıngicgah və sol təpə nahiyələrinin əzilmiş yaraları, sol alın nahiyəsinin hematoması, qarnın ön divarında sağ, orta və sol nahiyələrin, sol qabırğaaltı nahiyəsinin, sol saidin yuxarı 1/3nin arxa-bayır səthinin, sağ budun vuxarı-orta 1/3-nin bayır səthinin, hər iki diz nahiyəsinin sıyrıqları, qarnın sol aşağı nahiyəsinin və sağ əlin arxa səthinin qançırları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirmiş və nəticədə Zərərçəkmiş şəxs həmin tarixdə saat 19:25 radələrində müalicə aldığı 3 saylı şəhər kliniki xəstəxanasında aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Güləsər oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidmətində inspektor vəzifəsində polis baş serjantı rütbəsində xidmət etmiş, «BMW 328» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xüsusi xidməti avtomobil 2020-ci ilin dekabr ayından etibarən ona təhkim olunmuş və xidməti ərazisi Bakı şəhərinin bütün dislokasiyası olmuşdur. 10 sentyabr 2021-ci il tarixdə saat təxminən 15:55 radələrində xidmətdə olarkən idarə etdiyi «BMW 328» markalı **-YP- *** xüsusi xidməti avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində əsas yolun soldan sağa birinci hərəkət zolağı ilə «Koroğlu» metroslansiyası istiqamətində saatda təxminən 90 km/saat sürətlə hərəkətdə olarkən, Heydər Əliyev prospekti 119 ünvanda yerləşən «Milli Gimnastika Arenası»nın qarşısında, sağ ayırıcı zolağın üzərində dayanmış və sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs yolu sola doğru qəfildən qaçaraq keçməyə başlamış, sonuncunu gördüyü anda tormoz əyləcini sıxsa da hadisədən yayına bilməmiş və piyada Zərərçəkmiş şəxs avtomobilin sağ künc hissəsi ilə vurmuşdur. Zərərçəkmiş şəxs əvvəlcə avtomobilin qabaq sağ farasına dəymiş, sonra kapotun üzərinə çırpılmışdır. Dərhal avtomobili saxlayıb düşmüş, Zərərçəkmiş şəxs yerdən qaldırıb avtomobilə mindirərək 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Həmin gün saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Hadisə zamanı spirtli içki, narkotik vasitə qəbul etməmiş, avtomobildə tək olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam ödəmiş və barışıq əldə etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini dinləyib, cinayət işinin materiallarını əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısının çıxışını və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsiri özünün səmimi etirafından başqa iş üzrə toplanmış sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı heç vaxt ailə həyatı qurmamış, onunla birlikdə Neftçala şəhərində yaşamış, ayaqlarında olan xəstəliklə əlaqədar təxminən on il mütəmadi olaraq yay fəslində Bakı şəhərinə gəlmiş və Mərdəkan qəsəbəsində yerləşən xəstəxanada müalicə almışdır. Sonuncu dəfə 30 avqust 2021-ci il larixdə müalicə almaq üçün Bakı şəhərinə gəlmiş, Bakı şəhərində olduğu zaman sonuncu ilə mobil telefonla əlaqə saxlamışdır. 08 sentyabr 2021-ci il tarixdə müalicəsini bitirib Ramana qəsəbəsində yerləşən qohumlarının evinə getmişdir. 09 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə mobil telefonla danışan zaman sonuncu Neftçala şəhərinə qayıdacağını demişdir. 10 sentyabr 2021-ci il tarixdə axşam saatlarında onun mobil telefonuna zəng gəlmiş və bacısı Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü bildirilmişdir. Bacısı Zərərçəkmiş şəxs zob xəstəliyindən əziyyət çəkdiyinə görə Bakı şəhərinə gələn zaman xəstəliyinə görə müayinə olunmaq istədiyini demişdir. Buna görə 10 sentyabr 2021-ci il tarixdə səhər saatlarında «Xətai» metrostansiyasının yaxınlığında yerləşən xəstəxanaya getmək üçün evdən çıxmış, Bakı şəhərini yaxşı tanımamış, geri qayıdan zaman «Koroğlu» metrostansiyasının hava limanı istiqamətində olan çıxışının qarşısında düşüb yolu səhv salaraq Ramana qəsəbəsinə getmək üçün yolu keçmək istəmiş, avtomobillər üçün nəzərdə tutulan yoldan keçməyə başlamışdır. Hava limanı istiqamətində hərəkətdə olan Yol-Patrul Xidməti Alayının əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi «BMW 328» markalı **-YP-*** xüsusi xidməti avtomobili ilə bacısı Zərərçəkmiş şəxsm ehtiyatsızlıqdan vurmuş, Təqsirləndirilən şəxs dərhal bacısını xəstəxanaya aparmış, lakin bacısı Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən müalicə aldığı 3 saylı şəhər kliniki xəstəxanasında ölmüşdür. Hadisə ehtiyatsızlıqdan baş vermiş, hadisə nəticəsində dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 nömrəli binanın qarşısındakı əsas yolda baş vermişdir. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Giiləsəf oğlunun idarə etdiyi «BMW 328» markalı **-YP-*** xüsusi xidməti avtomobilin qabaq kapot, qabaq sağ qanad, alın şüşəsi və qabaq sağ farası əzik və sınıq vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 131 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində baş beyin toxumasına, qişalarına və mədəciklərinə (sağ alın-gicgah və sol təpə hissəsinə, sağ yan mədəciyə) travmatik qansızma, sağ alın-gicgah və sol təpə nahiyələrinin əzilmiş yaraları, sol alın nahiyəsinin hematoması, qarnın ön divarında sağ, orta, sol nahiyələrinin, sol qabırğaaltı nahiyənin, sol saidin yuxarı 1/3-nin arxa-bayır səthinin, sağ budun yuxarı-orta 1/3-nin bayır səthinin, hər iki diz nahiyəsinin sıyrıqları, qarnın sol aşağı nahiyəsinin və sağ əlin arxa səthinin qançırları xəsarətləri aşkar olunmuş, qeyd edilən xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 10 sentyabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır, baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş hər iki dirsək çuxurunda nöqtəşəkilli yaraları - tibbi yardım (inyeksiya) yerləri hesab oluna bilər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Ölüm 3 saylı şəhər klinik xəstəxanasında 10 sentyabr 2021-ci il tarixdə saat 19:25-də baş vermiş, hansı ki, aparılmış məhkəmə-tibbi müayinə ilə inkar olunmur. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-avtotexniki ekspertizasının 23 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, «BMW 328» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən 22 sentyabr 2021-ci il tarixli 003-12980-1221 nömrəli məktubla daxil olmuş, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanın qarşısında quraşdırılmış TŞ kameralarının 10 sentyabr 2021-ci il tarixdə saat 15:45-dən saat 16:05-dək olan müddət ərzində qeydə aldığı «DVD» diskə baxış keçirilməsi haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, TŞ 4-138 nömrəli kameranın ikinci hissəsində olan videogörüntülər nümayiş etdirildikdə görüntünün 10:13-cü saniyəsində, yəni real vaxt ilə saat 15:55-də zərər çəkmiş Zərərçəkmiş şəxs Heydər Əliyev prospekti 108 ünvanında yerləşən Milli Gimnastika Arenasının qarşısında, Mərkəz istiqamətindən «Koroğlu» metrostansiyası istiqamətində olan köməkçi yolun hərəkət hissəsi ilə yolun digər tərəfinə, yəni Heydər Əliyev prospekti 119 ünvanına tərəf keçməyə başlaması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs 10:42-ci saniyədə köməkçi yoldan keçib, köməkçi yol ilə əsas yolu ayıran ayırıcı zolağa çatıb üzərində dayanır, 10:46-cı saniyədə əsas yolun hərəkət hissəsinə daxil olur, qaçaraq dayandığı tərəfdən əsas yolun ilk iki hərəkət zolağını keçir, 10:51-ci saniyədə soldan birinci hərəkət zolağının üzərində sürətlə ona yaxınlaşan Təqsirləndirilən şəxs idarə etdiyi «BMW 328» markalı **-YP-*** xüsusi xidməti avtomobilinin qabaq sağ hissəsi ilə vurularaq, zərbənin təsirindən havada fırlanıb ikinci zolağın üzərində yerə çırpılır. Bundan sonra sürücü Təqsirləndirilən şəxs dərhal avtomobildən düşərək yerdə uzanıqlı vəziyyətdə hərəkətsiz halda olan Zərərçəkmiş şəxs yaxınlaşıb, hadisə yerinə gəlmiş digər şəxslərin köməyi sonuncunu avtomobilə mindirib hadisə yerindən uzaqlaşır. Müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hərəkətinə təhlükə yarandığı an piyada Zərərçəkmiş şəxs ayırıcı zolaqdan hadisənin baş verdiyi yolun hərəkət hissəsinə daxil olduğu andan yaranmış, piyada Zərərçəkmiş şəxs vurulduğu yerə qədər 5 saniyə məsafə qət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsindən 12 oktyabr 2021-ci il tarixli 046-46527 nömrəli məktubla daxil olmuş, «BMW 328» markalı **-YP-*** xüsusi xidməti avtomobilinin ön hissəsində quraşdırılmış müşahidə kamerası vasitəsi ilə hadisə anının qeydə alındığı görüntülərin yazıldığı bir ədəd «CD» diskə baxış keçirilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «BMW 328» markalı **-YP-*** avtomobil ilə 11 sentyabr 2021-ci il tarixdə saat 15:55:00 saniyədə Heydər Əliyev prospektinin əsas yolu ilə «Koroğlu» metrostansiyası istiqamətində 119 km/saat sürətlə hərəkət edir. Saat 15:55:40-da avtomobil Heydər Əliyev prospekti 172 ünvanda yerləşən «Bravo» hipermarketin qarşısından 105 km/saat sürətlə keçir, saat 15:55:48-də avtomobil Heydər Əliyev prospekti 119 ünvanın qarşısında 87 km/saat sürətlə hərəkətdə olarkən yolun hərəkət hissəsinin soldan 1-ci zolağının üzərində zərərçəkmiş Zərərçəkmiş şəxs çırpılır. İş materiallarında olan «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə «Sərxoşluq vəziyyəti»nin 10 sentyabr 2021-ci il tarixli 2/25809 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AC 040986 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, 04 noyabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs «B» kateqoriyası üzrə 10 il müddətinə nəqliyyat vasitəsini idarəetmək hüququ verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsindən daxil olmuş 21 sentyabr 2021-ci il tarixli 016-111466-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsindən daxil olmuş 12 oktyabr 2021-ci il tarixli 046-46527 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2010-cu il tarixdən X6, 01 dekabr 2020-ci il tarixdən isə tutduğu vəzifədə xidmət edir. 10 sentyabr 2021-ci il tarixdə polis baş serjantı Təqsirləndirilən şəxs ona təhkim edilmiş «BMW» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində ərazi üzrə xidmətdə olmuşdur. «BMW» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi rəisinin 07 dekabr 2020-ci il tarixli Ə246-046-20 nömrəli əmri ilə Yol- Patrul Xidməti Alayının yol-patrul xidməti inspcktoru Təqsirləndirilən şəxs təhkim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsindən daxil olmuş 02 dekabr 2021-ci il tarixli 046-56428 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər BPİ DYP-nin 30 noyabr 2021-ci il tarixli əmri ilə X6 xidmətdən xaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X1 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmaqla onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Мəhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətəbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Güləsər oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Güləsər oğluna təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs Güləsər oğlunun davranışına nəzarət etmək Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Güləsər oğlunun üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Güləsər oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs Güləsər oğlundan tutularaq dövlət nəfinə ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-79/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-79/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver