Məhkəmə qərarları › İş №1(007)-8/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-8/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-8/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclası katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı - “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs, mülki cavabdeh - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1991-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Çinarlı qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 79, mənzil 88-də yaşamış, xx xxxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3- 2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2018-ci il tarixdə saat 21:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “GBBK5041” saylı mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı Bakı şəhəri, Qaradağ rayonu, Muşfiqabad qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan “BSB” markalı 150 amper gücündə olan 12 ədəd qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 13:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən məişət texnikası mağazasının üzərində quraşdırılmış saxlanc qutusunun qapısının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 4 ədəd “Loc 150” markalı qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 05:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “BBK 5709” nömrəli mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu şossesi, Naximov küçəsi, 15 ünvanında yerləşən “xxxxxxxx” MMC-nin həyətyanı sahəsində olan saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 8 ədəd 100 amper gücündə BSB markalı qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 15:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “GBBK 5813” nömrəli mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 4 ədəd “Pover safe” markalı 155 amper gücündə qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 21:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “ABS 2369” nömrəli mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 8 ədəd “Leoc” markalı 150 amper gücündə qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 05:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “BBK6069” saylı mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı ünvan 3 ünvanında yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx’’ MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 100 amper gücündə 4 ədəd qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla gizli olaraq talayıb özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 05:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 50 ünvanında bina evinin qarşısında yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan “Leoc” markalı 150 amper gücündə olan 4 ədəd qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 23:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “BBK5815” saylı mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı ünvan 5 ünvanında yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan “Leos” markalı 100 amper gücündə 4 ədəd qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 23:30 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı Bakı şəhəri, Xətai rayonu, Rüstəmov küçəsi ilə Şirvani küçəsinin kəsişməsində yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 4 ədəd 100 amper gücündə “Costlight” markalı qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “BBK4101” saylı mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı ünvan 11 ünavnında yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan “Sacred sun” markalı 135 amper gücündə 4 ədəd qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “BBK 4113” nömrəli mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi 29 saylı yaşayış binasının qarşısında olan avtomobil qarajının üstündə yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 4 ədəd “Leoc” markalı 150 amper gücündə qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə saat 05:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “BBK0235” saylı mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı ünvan 6 ünvanda yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan “Leoc” markalı 100 amper gücündə olan 04 ədəd akkumlyatoru özündə olan açarla şəbəkədən ayırmaqla gizli olaraq talayıb özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə saat 15:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı ünvan 10 ünavnında yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 4 ədəd qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə saat 16:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı ünvan 13 ünavnında yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 4 ədəd qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış; təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə saat 05:00 radələrində saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus “BBK0665” saylı mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı ünvan 7 ünvanda yerləşən saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan “BSB” markalı 155 amper gücündə olan 4 ədəd qidalandırıcı elementi, həmin gün eyni üsulla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 9 ünvanda yerləşən “GBBBK 6009” saylı mobil stansiyasının saxlanc qutusuna qanunsuz daxil olub oradan “BSB” markalı 100 amper gücündə 4 ədəd və Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən “BBK3781” mobil baza stansiyasının saxlanc qutularına qanunsuz daxil olub “BSB” markalı 155 amper gücündə olan 4 ədəd qidalandırıcı elementi özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış, zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxx” MMC-yə ümumilikdə 1185,50 manat miqdarında maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı “xxxxxxxxxxx” MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmiş, Təqsirləndirilən şəxs tərəfindən təkrarən özgə əmlakı olan, “xxxxxxxxxxx” MMC-yə məxsus rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə oğurlanmış akkumlyatorların geri qaytarılmadığı, həmçinin onların dəyərinin ödənilmədiyi göstərilmiş, törədilmiş cinayət nəticəsində “xxxxxxxxxxx” MMC-yə vurulmuş 18.403 manat məbləğində maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qərar qəbul olunması xahiş edilmiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək və mülki iddianı qismən qəbul edərək ifadəsində göstərmişdir ki, Bakı Rabitə və Nəqliyyat Kollecinin məzunu olmaqla ixtisasca montajçıdır. Onun işi rabitə qovşaqlarında montaj işlərini görməkdən ibarətdir. Mobil telefon şirkətlərində “GSM” anten qüllələrini, onlara aid elektrik avandanlıqlarını quraşdırır. “GSM” anten qüllələrində Xaliq, Hüseyn və Seymurla birlikdə işləmişdir. Xaliq, Hüseyn və Seymur ondan əvvəl “xxxxx” MMC-də işləmişlər. Onun özü isə həmin şirkətə 2011-ci ildə düzəlmiş və montajçı işləməyə başlamışdır. “xxxxxxx” və “Narmobile” birləşərək birlikdə “xxxxxxxxxxx” MMC adı ilə fəaliyyət göstərir. “xxxxx” MMC isə “xxxxxxxxxxx” MMC-nin sifarişindən sonra həmin şirkətə aid quraşdırma işlərini görmüşdür. Hazırda “xxxxx” MMC fəaliyyət göstərmir və fəaliyyəti uzun müddətdir ki, dayadırılmışdır. 2011-ci ildən “xxxxxxxxxxx” MMC-nin sifarişinə əsasən Bakı şəhərinin müxtəlif rayonlarında anten qüllələri və onun avadanlıqlarını quraşdırmışdır. Həmin vaxtdan Respublikanın bölgələrində və şəhərlərində “xxxxxxxxxxx” MMC-yə məxsus qüllələrin ehtiyyat akkumlyatorlarının quraşdırılaraq saxlandığı qutularının açarları hər bir işçiyə verilmişdir və həmin açarlardan biri də onda olmuşdur. Qutularda və anten qüllələrində texniki nasazlıq yarandığı barədə məlumat aldıqdan sonra həmin qutularda o, texniki təmir işləri görmüşdür. Daha sonra şirkət Ukraynadan sifariş aldığına görə o, montaj işləri görmək üçün Ukraynaya getmiş, şirkət tərəfindən qəbul edilmiş sifarişləri orada da görmüşdür. O, bir il üç aya yaxın Ukraynada yaşamış, 2018-ci ilin yayında Ukraynadan Azərbaycana qayıtmışdır. Qayıtdıqdan sonra fərdi qaydada sifariş olduğu halda montaj işləri görməyə başlamışdır. Maddi vəziyyəti pis olduğuna görə akkumlyator oğurlayıb akkumlyatorun qurğuşundan olan hissəsini satmaq qərarına gəlmişdir. Əvvəllər tanıdığı, “Qazel” markalı ** ZG *** nömrəli yük maşını olan Xəyal adlı oğlanın istifadəsindəki 055 *** ** ** mobil nömrəsinə özünün istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən zəng edib ondan “xxxxxxxxxxx” MMC-yə aid qüllələrdən nasaz vəziyyətdə olan akkumlyatorları yığıb aparmaqda ona köməklik etməsini xahiş etmişdir. Lakin Xəyalın həmin akkumlyatorları onun oğurlayacağından xəbəri olmamışdır, o, Xəyala bu barədə heç nə deməmişdir. Daha sonra Xəyaldan yükü “Ulduz” metrosunun yaxınlığında olan metal bazasına neçəyə aparacağını soruşduqda Xəyal bütün yükə görə ondan 80 manat gediş haqqı alacağını demişdir. 2018-ci ilin oktyabr ayının əvvəlində Xəyalla “Neftçilər” metrosunun yanında görüşmüş, Rüstəmov küçəsində stansiyadan 4 ədəd akkumlyator oğurlayıb maşına yükləmiş və “Ulduz” metrosunun yanına gətirib orada satmışdır. xx xxxxxxx 2018-ci il tarixdə saat 04:00 radələrində Xəyal “Qazel” markalı **-ZG-*** nömrəli maşını ilə metronun “Neftçilər” stansiyasının yanına gəlmiş və o, maşına oturub gedəcəyi yerin istiqamətini Xəyala göstərərək maşını Nəsimi küçəsinə sürdürmüşdür. Xəyal maşını binanın həyətində saxlamış və maşında oturub onu gözləmişdir. O, akkumlyatorları götürdüyü yeri Xəyalın görməməsini istəmişdir. Nəsimi küçəsində yerləşən “xxxxxxxxxxx” MMC-yə aid qüllənin qutusundan 48 gücləndirici elektrik avadanlığından dörd ədəd akkumlyatora sol və sağ tərəfdən qoşulan iki ədəd elektrik naqilini açarla ayırmış və bununla da akkumlyatorların işini dayandırıb dörd ədəd “BCB” markalı dörd akkumlyatoru bir-bir qutudan çıxarıb Xəyalın maşınına aparıb tək özü yükləmiş, Xəyalı maşından düşməyə qoymamışdır. Bundan sonra saat 04:15 dəqiqədə Xəyalın maşını ilə Əliağa Kürçaylı küçəsinə gedib eyni qaydada qülləyə aid saxlanc qutusundan özündə olan “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş açarla qutunun qıflını açmış, dörd ədəd akkumlyatoru çıxarıb maşına yükləmişdir. Xəyal maşını həyətdə qarajın arxasında saxlamış, onu görməmişdir. Bundan sonra Xəyalla “Ruslan” marketə tərəf getmiş, Qara Qarayev prospektində olan qüllənin qutusundan açarla qutunun qıfılını açmış, dörd ədəd akkumlyatoru çıxarıb maşına yükləmişdir. Xəyal yenə də maşında oturub onu gözləmişdir. Onun akkumlyatorları oğurlamasından Xəyalın xəbəri olmamışdır. O, maşını “Ulduz” metrosunun yaxınlığına sürməyi Xəyaldan xahiş etmişdir. Metal alqı-satqı məntəqəsi işləmədiyinə görə maşında oturub məntəqənin açılmasını gözləmişdir. Bütün akkumlyatorları məntəqədə işləyən Şükürə satmışdır. Akkumlyatorlar şəbəkənin əsas xəttinə quraşdırlmış vəziyyətdə olmuşdur. O, işlədiyi dövrdə qutulara ona verilmiş açarla daxil olmuşdur. “xxxxxxxxxxx” MMC-nin rəsmi işçisi olmasa da montaj işlərinə sonralar onu dəvət etdiklərinə görə qutuların açarı onda qalmışdır. Həmin açar demək olar ki, bütün qutuların qıfıllarını açır. Xəyal onu “xxxxxxx” şirkətinin işçisi kimi tanımışdır. Akkumyatorları o, tək oğurlamışdır, oğurluq etməyə görə Xəyal və Şükür ona köməklik etməmişlər. O, maşın sürüdüyü üçün Xəyala yol pulu verib akkumlyatorları aparıb Şükürə təhvil vermiş, akkumlyatorların lazımsız olduğu üçün şirkət tərəfindən tullandığını Şükürə deyib ona satmışdır. Həmin şəxslərin bu cinayətin törədilməsində heç bir iştirakları və xəbərləri olmamışdır. O, qeyd etdiyi əməllərə yol versə də, Qaradağ, Xətai, Yasamal və Suraxanı rayonu ərazilərində yerləşən mobil baza stansiyalarından akkumlyator oğurlamamışdır. Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki, oğurladığı akkumlyatorlar şəbəkənin əsas xəttinə quraşdırılmış vəziyyətdə olmuşdur, o, işlədiyi dövrdə ona verilmiş açarla qutulara daxil olmuşdur. “xxxxxxxxxxx” MMC-nin rəsmi işçisi olmasa da, sonralar montaj işlərinə onu dəvət etdiklərinə görə qutuların açarı onda qalmışdır. Həmin açar demək olar ki, bütün qutuların qıfıllarını açır. Xəyal onu “xxxxxxx” şirkətinin işçisi kimi tanımışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini və mülki iddiaçıya dəymiş maddi ziyanın ödənildiyini, mülki iddiaçının ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X5 və X6 “xxxxxxxxxxx” MMC-nin texniki ərazilərdə xidmət göstərən mühəndisləridir. MMC-nin rəhbərliyi tərəfindən həmin şəxslərə ərazidə quraşdırılmış mobil stansiyalara baxış keçirilərkən oğurluq faktı aşkar edildiyi halda bu barədə DİN-nin 102 xidmətinə və əraizi polis orqanlarına dərhal məlumat verilməsi tapşırığı verilmişdir. Mühəndislər tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Müdafiəçi küçəsi 76B ünvanında yerləşən binanın yaxınlığında quraşdırılmış “BBK0235” saylı mobil baza stansiyasından 4 ədəd “LEOC” markalı, 150 amper gücündə dəyəri 1445 manat olan akumlyatorun oğurlandığı aşkar olunmuşdur. Bundan başqa ünvan 7 ünvanda yerləşən binanın yaxınlığında quraşdırılmış “BBK3781” saylı mobil baza stansiyasından 4 ədəd “BSB” markalı, 155 amper gücündə ümumi dəyəri 1244 manat dəyərində, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən “BBK3781” mobil baza stansiyasından 4 ədəd “BSB” markalı, 155 amper gücündə ümumi dəyəri 1244 manat dəyərində, həmin əraziyə yaxın “CBBK 6009” “VİP ÇAY” evi adlı mobil baza stansiyasından 4 ədəd “BSB” markalı 100 amper gücündə ümumi dəyəri 740 manat olan akumlyatorların oğurlanması faktı xx xxxxxxx 2018-ci il tarixdə səhər saatlarında Ruslan Bağırov və Eldar Mehdiyev tərəfindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər podratçı şirkət olan “xxxxx” şirkətinin fəaliyyət etdiyi dövrdə “xxxxxxxxxxx” MMC-nin sifariş etdiyi halda mobil baza stansiyalarına anten qurğuların və akumlyatorların quraşdırılmasında işləmişdir. Təqsirləndirilən şəxs “xxxxx” şirkətinin işçisi olduğuna görə həmin işləri görmüşdür. Təqsirləndirilən şəxs mobil baza stansiyalarına və akumlyatorların saxlandığı saxlanc qutularına yalnız sifariş olduğu hallarda daxil olmağa hüququ olmuşdur. “xxxxxxxxxxx” MMC ilə “xxxxx” şirkəti arasında olan müqavilə 2016-cı il tarixdə başa çatdığına görə cinayət hadisələrinin baş verdiyi dövrlərdə həmin işlərin görülməsi məqsədi ilə MMC tərəfindən həmin şirkətə hər hansı sifariş verilməmişdir. Bununla Təqsirləndirilən şəxs mobil bazalarının stansiyalarına aid saxlanc qutularına qanunsuz daxil olmuşdur. xx xxxxxxxx 2018-ci il tarixdə saat 16 radələrində “xxxxxxxxxxx” MMC-yə məxsus “GBBK5041” saylı mobil baza stansiyasından 155 amper gücündə olan akkumlyatorun saxlandığı Bakı şəhəri, Qaradağ rayonu, Muşfiqabad qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən saxlanc qutusundan şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 2222,88 manat dəyərində “BSB” markalı 150 amper gücündə olan 12 ədəd akkumlyator oğurlanmışdır. xx xxxxxxx 2018-ci il tarixdə səhər saat 10:30 radələrində mobil baza stansiyalarından biri olan ünvan 10 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC-yə məxsus 740 manat dəyərində 4 ədəd akumlyatorun oğurlandığını mühəndis Ruslan Bağırov aşkar etmişdir. Həmin akkumlyatorlar “xxxxxxxxxx” MMC-yə məxsus olmuşdur. Akkumlyator komplekt olduğuna görə onun 4 ədədi bir komplekti təşkil edir və dördü birlikdə işləyir. Akkumlyatorları oğurlayan şəxs baza stansiyasına qanunsuz daxil olmuşdur. xx xxxxxxx 2018-ci il tarixdə şirkət rəhbərliyi tərəfindən “xxxxxxxxxxx” MMC-yə məxsus ünvan 3-da olan “BBK 6069” nömrəli baza stasiyasından ümumi dəyəri 740,96 manat olan 100 amper gücündə 4 ədəd BSB markalı, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 15-də, Naxçıvanski dairəsi yaxınlığında yerləşən “BBK 5709” nömrəli baza stansiyasından isə ümumi dəyəri 1853 manat olan 100 amper gücündə 8 ədəd BSB markalı akkumlyatorun oğurlanması barədə məlumat verilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə ərazi mühəndisləri tərəfindən əraziyə baxış keçirilən zaman ünvan 11 ünvanında quraşdırılmış “BBK4101” saylı baza stansiyasından qutunun içərisindəki ümumi dəyəri 1091,35 manat olan 4 ədəd “Sacred sun” markalı 135 amper gücündə akkumlyatorun yerində olmaması barədə məlumat vermişlər. Bundan sonra hadisə yerinə gedilmiş və qeyd edilən ünvanda stansiyadan akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. Oğurlanmış həmin akkumlyatorlar “xxxxxxxxxx” MMC-yə məxsus olmaqla dəyəri 1091,35 manat təşkil edir. Akkumlyatorlar kiçik baza stansiyalarına, böyük hacmli baza stansiyalarına isə generatorlar quraşdırılır. Həmin akkumlyatorlar işıqlar sönən zaman stansiyaların işini davam etdirir və eyni zamanda anten vasitəsi ilə məlumat ötürücülərinin işinin dayanmamasına xidmət edir. Həmin stansiyadan oğurluq olmasını MMC-nin mühəndisi Mürsəl Əhmədov aşkar etmiş və bundan sonra Mürsəl Əhmədov ünvan 11 ünvanında quraşdırılmış “BBK4101” saylı baza stansiyasından oğurluq edilməsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan başqa əməkdaşlar tərəfindən ünvan 12 ünvanda yerləşən “BBK 5815” nömrəli mobil baza stansiyasından ümumi dəyəri 926 manat olan 4 ədəd 100 amper gücündə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 50 ünvanda yerləşən mobil baza stansiyasından 150 amper gücündə ümumi dəyəri 1480 manat olan 4 ədəd “Leos” markalı akkumlyatorun oğurlandığı aşkar edilmişdir. Bundan başqa ünvan 13 ünvanında “xxxxxxxxxxx” MMC-yə məxsus stansiyadan ümumi dəyəri 740 manat təşkil edən 4 ədəd akkumlyatorun oğrulanmasını Ramil İbrahimov və Zaur İsmayılov aşkar etmişlər. Onlar bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişlər. xx xxxxxxx 2018-ci il tarixdə saat 18:00 “xxxxxxxxxxx” MMC-yə məxsus “ABS 2369” nömrəli mobil baza stansiyasının akkumlyatorlarının saxlandığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 2890 manat təşkil edən 8 ədəd “Leoc” markalı 150 amper gücündə akkumlyator, xx xxxxxxx 2018-ci il tarixdə saat 08:00 radələrində “xxxxxxxxxxx” MMC-yə məxsus “GBBK 5813” nömrəli mobil baza stansiyasının akkumlyatorlarının saxlandığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən baza stansiyasından 740 manat təşkil edən 4 ədəd “Pover safe” markalı 155 amper gücündə akkumlyator və xx xxxxxxx 2018-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi 29 saylı yaşayış binasının qarşısında olan avtomobil qarajının üstündə yerləşən “xxxxxxxxxxx” MMC-yə məxsus “BBK 4113” nömrəli mobil baza stansiyasından şəbəkəyə quraşdırılmış vəziyyətdə olan 1445 manat təşkil edən 4 ədəd “Leoc” markalı 150 amper gücündə olan akkumlyator oğurlanmışdır. 2018-ci ilin avqust ayının əvvəllərində “xxxxxxxxxxx” MMC-yə məxsus mobil baza stansiyasının akkumlyatorlarının saxlandığı Bakı şəhəri, Xətai rayonu, Rüstəmov küçəsi ilə Şirvani küçəsinin kəsişməsində yerləşən saxlanc qutusundan qutunun qapısının qıfılı açılmış və baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan ümumi dəyəri 750 manat təşkil edən 4 ədəd 100 amper gücündə “Costlight” markalı akkumlyator oğurlanmışdır. 2018-ci ilin sentyabr ayında saat 06:00 radələrində “xxxxxxxxxxx” MMC-yə məxsus mobil baza stansiyasının akkumlyatorlarının saxlandığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən məişət texnikası mağazasının üzərində quraşdırılmış bazadan isə 1445 manat təşkil edən 4 ədəd “Loc 150” markalı akkumlyator oğurlanmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi əlavə olaraq göstərmişdir ki, ünvan 7 ünvanda yerləşən binanın yaxınlığında “BBK3781” saylı mobil baza stansiyasından oğurlanmış 4 ədəd “BSB” markalı, 155 amper gücündə akkumlyatorun ümumi dəyəri 1244 manat, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən “BBK3781” mobil baza stansiyasından oğurlanmış 4 ədəd “BSB” markalı, 155 amper gücündə akkumlyatorun ümumi dəyəri 1244 manat, “CBBK 6009” “VİP ÇAY” evi adlı mobil baza stansiyasından oğurlanmış 4 ədəd “BSB” markalı 100 amper gücündə olan akkumlyatorun ümumi dəyəri 740 manatdır. 13 ədəd akkumlyatorlardan biri isə M.Rüstəmov küçəsi 22 ünvanda yerləşən “BBK 5815” nömrəli mobil baza stansiyasından oğrulanmış 4 ədəd 100 amper gücündə olan akkumlyatorlardan biridir. İbtidai istintaq zamanı götürülmüş akkumlyatorlar ünvan 7 ünvanda yerləşən “BBK3781” saylı mobil baza stansiyasından oğurlanmış 155 amper gücündə 4 ədəd “BSB” markalı, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən “BBK3781” mobil baza stansiyasından oğurlanmış 155 amper gücündə 4 ədəd “BSB” markalı, “CBBK 6009” baza stansiyasından oğurlanmış 100 amper gücündə olan 4 ədəd “BSB” markalı və ünvan 12 ünvanda yerləşən “BBK 5815" nömrəli mobil baza stansiyasından oğurlanmış 100 amper gücündə olan 4 ədəd akkumlyatorlardan biridir. Mobil stansiyalarda baş vermiş oğurluq cinayətləri bəzən stansiyada akkumlyatorların saxlandığı dəmir qutuların qapıları açıldığı zaman siqnalizasiya vasitəsilə, bəzi hallarda isə şirkətin texniki nəzarət işçiləri tərəfindən stansiyalara baxış edilən zaman aşkar edilmişdir. Müəyyən günlərdə siqnalizasiya işləmədiyinə görə baş vermiş oğurluq hadisələri vaxtında aşkar edilməmişdir. Törədilmiş cinayət nəticəsində “xxxxxxxxxxx” MMC-yə vurulmuş 18.403 manat məbləğində maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq həmin məbləğin MMC-nin xeyrinə tutulmasını xahiş etmişlər. Məhkəmə iclasının gedişində təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi verildikdən sonra zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs atası Rasim Hüseynovun “xxxxxxxxxxx” MMC-yə dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələbləri olmadığını, mülki iddiadan imtina etdiklərini, təqsirləndirilən şəxsə cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmiş, növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçının iştirakı olmadan məhkəmə iclasının yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus “QAZ 3302- 18” markalı **-ZG-*** nömrəli avtomobillə yük daşıyıb pul qazanır. Təqsirləndirilən şəxs üç ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs “xxxxxxxxxxx” şirkətində montajçı işlədiyini ilk dəfə Rasifin iş yeri olan “xxxxxxx” şirkətinin anbarına elektrik naqilləri, antena və akkumlyator daşıyanda bilmişdir. Yük daşınmaq lazım olduqda Rasif həmişə onun maşınından istifadə etmişdir. Rasifi o, “xxxxxxx” şirkətinin texniki işçisi kimi tanımışdır. Rasifə maşını ilə yük daşıdıqdan sonra Rasifdən o, xidmət haqqını almışdır. 2018-ci ilin oktyabr ayının əvvəllərində Rasif mobil telefon nömrəsindən onun istifadə etdiyi 055 *** ** ** nömrəsinə zəng edib ondan harada olduğunu soruşmuş, o, evdə olduğunu dedikdə, Rasif şirkətə məxsus lazımsız yükün tullanmalı olduğunu bildirib, həmin yükü şəhərdə tıxac olduğuna görə səhər tezdən gəlib aparmağı ondan xahiş etmişdir. O, Rasifdən nə yük olduğunu soruşmuş, Rasif də ağır yük olmadığını və onun maşınına yerləşəcəyini demişdir. Rasiflə razılaşmış və səhər tezdən “Neftçilər” metrosunun yanında Rasiflə görüşmüşdür. Rasif onu Nizami rayonunda Nəsimi, Qara Qarayev və Əliğa Kürçaylı, həmçinin Rüstəm Rüstəmov küçələrinə aparmışdır. Rasiflə Rüstəmov küçəsinə getmiş, Rasif ondan maşını həyətdə saxlamasını xahiş etmiş, özü tək maşından düşüb binanın tinində olan qutudan dörd ədəd akkumlyatoru bir-bir maşına gətirib yükləmişdir. Onun özü isə maşında oturub Rasifi gözləmişdir. Akkumlyatorları maşına yüklədikdən sonra Rasif maşını “Ulduz” metrosu ilə Dərnəgül yoluna yaxın, Müzəffər Nərimanov küçəsinə sürməsini ondan xahiş etmişdir. Rasiflə maşında söhbət edən zaman Rasif “Bakcel” şirkətinə aid qüllələrdə bəzi akkumlyatorların istifadə müddətinin başa çatdığını, şirkət rəhbərliyi tərəfindən həmin akkumlyatorların yenisi ilə əvəz edilməsi və köhnə, istifadəyə yararsız olan akkumlyatorların dəmir qəbul edilən yerlərə satılması barədə göstəriş verildiyini ona bildirmişdir. Həmin gün o, Rasifin yükünü maşını ilə metalloma gətirmişdir. Rasif kiminləsə telefonla danışmış, danışdığı adam Rasifə işə gəldiyini demişdir. Bir azdan orta yaşlarda bir nəfər gəlmiş, o da maşını metallomun həyətinə sürmüşdür. Metallomda olan fəhlə və Rasif akkumlyatorları həyətə boşaltmış, xidmət haqqı üçün ödəniləcək 30 manatını o, Rasifdən alıb çıxıb getmişdir. Rasif özü metallomun həyətində qalmışdır. xx xxxxxxx 2018-ci il tarixdə eyni vaxtda Rasiflə o, “Neftçilər” metrosunun yanında görüşmüş, Rasif ona Yeni və Köhnə Günəşli qəsəbələrində quraşdırılmış qüllələrdə olan akkumlyatorların yenisi ilə əvəz olunduğuna görə lazımsız olan akkumlyatorları götürməli olduğunu ona demişdir. Rasifdən nəyə görə bunu səhər tezdən daşıdığını soruşduqda Rasif ona saat 08:00-dan sonra şəhərdə tıxac olduğunu, məhz bu səbəbdən də tıxaca düşməmək üçün və işi rahat görməkdən ötrü akkumlyatorları səhər tezdən yığdığını, gün ərzində olan montaj işlərini görəcəyini demişdir. O, Rasifiin dediklərinə inanmışdır. Günün istənilən vaxtlarında, yəni gecə də olsa müştərilər maşın üçün zəng etdikdə o, sifarişə gedir. Həmin gün Yeni və Köhnə Günəşli qəsəbələrindən akkumlyatorları yığıb Dərnəgül yolunun yanında olan metalloma təhvil vermişlər. O, yükü həyətə boşaltdıqdan sonra çıxıb getmiş, Rasif isə orada qalmışdır. xx xxxxxxx 2018-ci il tarixdə yenidən Rasiflə “Neftçilər” metrosunun yanında görüşmüşlər. Həmin gün Rasif maşını Nizami rayonunda adları həmin gün ona məlum olan küçələrə sürdürmüşdür. Rasif bu dəfə maşınına 12 ədəd akkumlyator yükləmiş və onlar yenə Dərnəgül yolunun yanında olan metalloma getmişlər. Həmin yükü aparmasına görə Rasif ona pul ödəməmiş, 80 manatı sonra ödəyəcəyini demişdir. Rasif gün ərzində zəng edib onu metallomda gözlədiklərini və gedib oradan 80 manat yol pulunu götürməsini demişdir. O, bundan sonra həmin yerə gedib Şükür adlı bir kişidən 80 manatını almışdır. Rasifin boynunda hansısa şirkətə məxsus asılan kartın olduğunu görmüşdür və yolda polis saxladıqda həmin kartı Rasif göstərib getmişdir. Amma bu akkumlyatorları aparan zaman onları polis saxlamamışdır. Həmin akkumlyatorların Rasif tərəfindən oğurlandığını o, bilsəydi, heç ona yük daşımaqda köməklik etməzdi. Birlikdə oğurluq etməyi Rasif ona təklif etməmişdir. Polis əməkdaşları tərəfindən maşını saxlandıqdan sonra o, daşıdığı akkumlyatorların Rasif tərəfindən oğurlandığını və Rasifin onu aldatdığını bilmiş, buna qədər Rasifin oğurluq etməsindən onun xəbəri olmamışdır. xx xxxxxxxx 2018-ci il tarixdə saat 15:00 radələrində o, Rasiflə “Ulduz” metrosunun yaxınlığında görüşmüş, Rasif ona şirkətin Müşfiqabad qəsəbəsində yerləşən xxxxxxx şirkətinə məxsus qüllədə yararsız akkumlyatorların olduğunu və həmin akkumlyatorları metalloma təhvil verməli olduğunu demişdir. O, Rasifi tanıdığı üçün onunla razılaşmış və idarə etdiyi yük avtomobili ilə Rasiflə birlikdə Müşfiqabad qəsəbəsinə getmişlər. Rasif maşından düşsə də, o, maşından düşməmişdir. Rasif xxxxxxx şirkətinin ötürücü stansiyasının yanına getmişdir. 20-25 dəqiqədən sonra Rasif akkumlyatorları gətirib maşına yükləmişdir. Bundan sonra onlar avtomobillə Dərnəgül qəsəbəsində yerləşən metalloma gəlmişlər. Həmin vaxt Rasifin üzərində Bakcelə aid vəsiqə olmuşdur. Dərnəgül qəsəbəsində yerləşən metalloma çatdıqdan sonra fəhlələr maşında olan akkumlyatorları boşaltmışlar. Bu yükün daşınmasına görə Rasif ona 40 manat vermişdir. Həmin akkumlyatorların oğurluq olmasını o, polisdə olan zaman bilmişdir. 2018-ci ilin oktyabr ayının əvvəllərində Rasif ona zəng etdikdən sonra o, Rasiflə görüşmüşdür. Həmin vaxt o, Dərnəgül qəsəbəsi, Ziya Bünyadov prospektində yerləşən iş yeri olan Dərnəgül bazarının qarşısında olmuşdur. Səhər saat 08:00 radələrində Rasif ona zəng edərək onu Neftçilər metrosunun yanına çağırmışdır. Rasifin yükünü aparmaq üçün o, avtomobili ilə Neftçilər metrosunun yanına getmiş və Rasiflə görüşmüşdür. Rasif ona iş yerində istifadə müddəti başa çatmış akkumlyatorların olduğunu bildiriib akkumlyatorları götürməli olduğunu və onları yeniləri ilə əvəz edəcəyini ona demişdir. Rasif onun avtomobilinə oturuduqdan sonra ona avtomobili Xətai rayonu, General Mehmandarov küçəsinə sürməsini demişdir. Həmin ünvanda doqquz mərtəbəli yaşayış binasını keçdikdən sonra Rasif avtomobili “Azəristiliktəchizat”a aid qazanxananın yanında saxlatdırmışdır. Rasif avtomobildən düşüb asfaltın kənarında divarın yanına qoyulmuş 4 ədəd akkumlyatoru götürüb avtomobilin yük yerinə qoymuşdur. Həmin yerdə mobil operatora aid antena vardır. Rasifin boynunda xxxxxxx şirkətinə aid kart olduğuna görə o, Rasifdən şübhələnməmişdir. Rasif akkumlyatorları avtomobilə tək daşımışdır. Daha sonra Rasif avtomobili Ziya Bünyadov prospektində yerləşən metal qəbulu məntəqəsinə sürdürmüşdür. Akkumlyatorlar avtomobildən boşaldıldıqdan sonra o, Rasifdən yol pulunu alıb çıxıb getmişdir. Rasifin həmin akkumlyatorları oğurlamasından onun xəbəri olmamışdır. 2018-ci ilin sentyabr ayının sonunda günorta saatlarından keçmiş Rasif ona zəng edərək aparamağa yükü olduğunu, həmin yükün işlədiyi xxxxxxx şirkətinə məxsus akkumlyatorların olduğunu ona demişdir. Buna görə o, Rasifə razılıq vermişdir. Həmin vaxt o, Rasiflə görüşmək üçün avtomobili ilə saat 11 radələrində Əhmədli metrosunun yanına gedib Rasiflə görüşmüşdür. Həmin yerə gəlməsini Rasif ona demişdir. Rasif onun maşınına oturduqdan sonra avtomobili Xətai rayonu, Gəncə prospekti 50 nömrəli yaşayış binasının yanına sürdürmüşdür. Orada Rasif stansiyadan akkumlyatorları götürüb onun avtomobilinə yükləmişdir. Rasif həmin akkumlyatorların xarab olduğunu ona bildirmiş və akkumlyatorları Rasif metal məntəqəsinə təhvil vermişdir. Bundan bir neçə gün sonra Rasif səhər saatlarında sifariş edib onu “Neftçilər” metorsunun yanına çağırmışdır. Rasiflə Xətai rayonunun ərazisinə gəldikdən sonra Rasif Zığ şossesində Naxçıvanski dairəsi yaxınlığında “xxxxxxxx” MMC-nin həyətində yerləşən stansiyadan, bundan sonra Nəsrəddin Tusi küçəsi 2 ünvanında yerləşən stansiyadan, Nəsrəddin Tusi küçəsi 11 üvandan yerləşən stansiyadan, Xətai rayonu, General Mehmandarov küçəsi 35 ünvanında yerləşən stansiyadan, Məzahir Rüstəmov küçəsi 21 və sonuncu olaraq Neapol küçəsi 129 ünvanda yerləşən stansiyadan akkumlyatorları yığıb onun avtomobilinə yükləmişdir. Həmin akkumlyatorların hamısını Rasif metal qəbulu məntəqəsinə təhvil vermişdir. Bu akkumlyatorların oğurluq olmasını o, bilməmişdir və yükün daşınmasına görə Rasif olan 50 manat vermişdir. Nizami rayon Polis İdarəsində olan zaman Rasifin oğurluq etdiyi ona məlum olmuşdur. Rasif onun avtomobili ilə Suraxanı rayonu ərazisindən də mal aparmışdır. Təxminən xx xxxxxxx 2018-ci il tarixdə axşam saat 18 radələrində Rasif onu Hövsan qəsəbəsinə aparmış və Türkan qəsəbəsində yolun sağına dönüb avtomobili saxlamasını ona demişdir. 20 dəqiqə sonra Rasif onu çağırmış və həyətin qapısının qarşısına qoyduğu 7-8 ədəd akkumlyatoru avtomobilinin yük yerinə qoyub ona həmin akkumlytatorların hesabdan silinən akkumlytorlar olduğunu və metalloma verəcəyini demişdir. Bundan 7-8 gün sonra Rasif onun idarə etdiyi avtomobili “Neftçilər” metrosundan Yeni Günəşli qəsəbəsində Qartal heykəlinin yanında olan avtoqarajların qarşısına sürdürmüş və Rasif onu orada gözləməsini xahiş etmişdir. Rasif avtomobilə 3-4 ədəd akkumlyatoru yükləmiş, daha sonra həmin yerdən 150-200 metr aralıdan 3-4 ədəd akkumlyatoru Rasif onun maşınına yükləmişdir. 2018-ci ilin avqust ayının əvvəllərində Rasif ona zəng edərək şirkətə aid olan bir neçə yükün daşınmalı olduğunu bildirmiş və onunla “Neftçilər” metrosunun yanında görüş təyin etmişdir. O, avtomobili ilə həmin ünvana gəlmiş və Rasifi götürüb avtomobili ilə “Əhmədli” metrosunun yanına gəlmişlər. Rasif söhbət zamanı ona istifadə müddəti başa çatmış akkumlyatorları satansiyadan götürəcəyini və yeniləri ilə əvəz ediləcəyini demişdir. Rasiflə Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ilə S.Ə.Şirvani küçəsinin kəsişməsində yerləşən şirniyyat hazırlanan qeyri-yaşayış sahəsinin qarşısına gəlmişdir. Rasif həmin şirniyyat sahəsinin damına qalxıb stansiyadan 4 ədəd akkumlyatoru açıb 2 dəfəyə onun maşınına yükləmişdir. Rasif həmin akkulyatorları da metal məntəqəsinə satmışdır. Sonradan Rasifin həmin akkumlyatorları oğruladığını bilmişdir. 2018-ci ilin sentyabr ayında axşam saatlarında Rasif onun istifdəsində olan 055 *** ** ** mobil telefon nömrəsinə zəng edərək səhər saat 05:00 radələrində onu götürməsini və birlikdə Yasamal rayonu ərazisinə gedəcəyini demişdir. Səhər saat 05:30 radələrində o, avtomobili ilə “Neftçilər” metrosunun yaxınlığındakı körpünün altına getmiş və Rasifi oradan götürüb Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Asan” xidmətin yanına gələrək məişət texnikası mağazasının qarşısında avtomobili saxlamışdır. Rasif avtomobildən düşüb mağazanın arxa tərəfinə getmiş və 4 ədəd akkumlyatoru avtomobilin yük yerinə yükləmişdir. Həmin akkumlyatorları Dərnəgül qəsəbəsində metal qəbulu məntəqəsinə satmış və ona 30 manat xidmət haqqı vermişdir. Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən stansiyaya birinci dəfə xx xxxxxx 2018-ci il tarixdə saat 21:00 radələrində getmiş və oradan götürdüyü akkumlyatorları xx xxxxxx 2018-ci il tarixdə səhər tezdən Şükürün işlədiyi metal məntəqəsinə aparmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə saat 13:00 radələrində isə Təqsirləndirilən şəxs Yasamal rayonunda olan stansiyadan akkumlyatorları onun maşını ilə aparıb Şükürə təhvil vermişdir. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə səhər saat 05 radələrində Xətai rayonu, Zığ yolu şossesində yerləşən Naxçıvanski adına hərbi məktəbin yanındakı stansiyadan 4-5 ədəd akkumlyator, xx xxxxxxxx 2018-ci il tarixdə saat təxminən 15 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, həmin gün saat 21 radələrində Hövsan qəsəbəsində, xx xxxxxxxx 2018-ci il tarixdə saat 05 radələrində Xətai rayonu Neapol dairəsində, xx xxxxxxxx 2018-ci il tarixdə saat 05 radələrində Xətai rayonu, Gəncə prospektində, xx xxxxxxxx 2018-ci il tarixdə saat 23 radələrində Xətai rayonu, M.Rüstəmov küçəsində, təxminən yarım saat sonra bu küçəyə yaxın olan küçədə, xx xxxxxxx 2018-ci il tarixdə saat 18 radələrində Xətai rayonu, General Mehmandarov küçəsində, həmin gün saat 18 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən stansiyalardan akkumlyatorları onun avtomobili ilə daşımış, xx xxxxxxx 2018-ci il tarixdə saat 15 və 16 radələrində isə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən iki stansiyadan akkumlyator götürmüşdür. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Dərnəgül qəsəbəsində Müzəffər Nərimanoğlu küçəsində yerləşən əlvan metalların alqı-satqı məntəqəsində işləyir. Məntəqədə köhnə olan əlvan metal və dəmir müştərilərdən alınmaqla zavodlara satılır. O, iki ildən artıqdır ki, Rasifi tanıyır və Rasifdən arabir köhnə elektrik naqilləri almışdır. Elə həmin vaxtlardan Rasiflə münasibətləri yaranmışdır. 2018-ci ilin oktyabr ayının əvvəllərində səhər saat 08 radələrində Rasif “Qazel” markalı avtomobillə məntəqəyə gəlmiş, köhnə və lazımsız akkumlyatorların olduğunu, satmaq istədiyini ona demişdir. O, çəkisi və sayı dəqiq yadında qalmasa da, Rasifin gətirdiyi akkumlyatorları ondan almış və buna görə Rasifə 604 manat pul vermişdir. Akkumlyatorun kiloqramını 70 qəpikdən hesablamaqla Rasifin pulunu ödəmişdir. Rasifin akkumlyatorları haradan gətirməsindən onun xəbəri olmamışdır. Rasif ona akkumlyatorların köhnə olduğu üçün şirkət tərəfindən satıldığını demişdir. Rasifin satdığı akkumlyatorları o, çəkisi 1,10 manatdan Yusif adlı bir nəfərə satmışdır. Akkumlyatorların içində qurğuşun olduğuna görə onları almışdır. xx xxxxxxx 2018-ci il tarixdə Rasif onun istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuş və köhnə akkumlyatorların olduğunu demişdir. O, Rasifə işə getdiyini demişdir. Həmin gün təxminən saat 08:00-da o, işə gələndə Rasifin “Qazel” markalı avtomobildə məntəqənin qarşısında dayandığını görmüşdür. Bu dəfə Rasif 12 ədəd akkumlyatoru ona 410 manata satmışdır. 2018-ci ilin oktyabr ayının əvvəllərində Rasifdən aldığı akkumlyatorlardan birini o, məntəqənin anbarında saxlamışdır. Həmin gün Rasifin xahişi ilə “Qazel” markalı avtomobilin sürücüsünə 90 manat vermişdir. Həmin gün 25-ci PŞ-dən onun işlədiyi məntəqəyə gəlmişlər və ondan Rasifdən akkumlyator alıb-almadığını soruşmuşlar. O, Rasifdən aldığı akkumlyatorlardan yalnız 13 ədədini polisə təqdim etmişdir. Rasifin ona satdığı akkumlyatorların oğurluq olmasından onun xəbəri olmamışdır. Rasif akkumlyatorların öz işlədiyi şirkətə məxsus olduğunu və lazımsız olduğuna görə satdığını ona demişdir. 2018ci ilin sentyabr ayında Rasif “Qazel” markalı avtomobillə onun yanına gəlmiş və işlədiyi şirkətə məxsus yararsız olan 12 ədəd akkumlyatoru satmaq istədiyini demişdir. Ona görə o, 12 ədəd akkumlyatoru 411 manata Rasifdən almışdır. Həmin akkumlyatorları o da əritmə zavoduna satmışdır. Akkumlyatorların oğurluq olmasından özünün xəbəri olmamışdır. Bundan başqa Rasif 2018-ci ilin avqust və sentyabr aylarında da ona akkumlyator satmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Müzəffər Nərimanov küçəsində yerləşən əlvan metalların alqı-satqı məntəqəsində işləyir. Onun işlədiyi məntəqənin yaxınlığında ondan başqa Şahid2 da əlvan metalların qəbulu ilə məşğul olur. 2018-ci ilin oktyabr ayının əvvəlində Şükür onunla əlaqə saxlayaraq onda satılıq akkumlyatorların olduğunu deyib ondan almaq istəyibistəmədiyini soruşmuşdur. O, razılaşaraq həmin akkumlyatorları Şükürdən bir kiloqramı 1,10 manata almışdır. Həmin akkumlyatorların oğurluq olmasını o, bilməmişdir. Sonradan akkumlyatorları Şükürə, Şükür isə polisə təhvil vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nin 332-ci maddəsinin tələblərinə uyğun olaraq dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti X3 göstərmişdir ki, “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş müvafiq məlumatlara əsasən konteynerlərin daxilində olan 22 C0 temperaturda saxlanılmış akkumlyatorların 2013-2018-ci illərdə istifadədə olması, həmin tarixlərdə onların istismarına təxminən 40% aşınma tətbiq edilməsi nəzərə alınmaqla hadisə baş verən tarixə orta bazar qiyməti ilə maddi ziyanın ümumi dəyəri təxminən 12.578 manat müəyyən olunmuşdur. Qeyd etdiyi kimi rəyin verilməsi zamanı “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli məktubda olan məlumatlar əsas götürülmüşdür. Məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nin 332-ci maddəsinin tələblərinə uyğun olaraq dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti X1 göstərmişdir ki, təkrar məhkəməəmtəəşünaslıq ekspertizası keçirilərkən, “xxxxxxxxxxx MMC-nin hüquqşünasının və mütəxəssisin iştirakı ilə akkumlyatorlara (nümunələrə) baxış keçirilmiş, baxış zamanı bir ünvanda binanın damında quraşdırılmış akkumlyatorların açıq (çöl) tipli olduğu müəyyən edilmişdir. Cəlb edilmiş mütəxəssis temperaturun yüksək olduğu təqdirdə açıq (çöl) tipli akkumlyatorların istismarının təxminən 4 il olduğunu qeyd etmişdir. İkinci ünvana baxış keçirilən zaman akkumlyatorların qapalı tipli olduğu, həmçinin qapalı mühitdə kondisionerin (ağ rəngli GREE markalı) işlədiyi müəyyən edilmişdir. Cəlb edilmiş mütəxəssis temperaturun 20-25 C° olduğu təqdirdə qapalı (çöl) tipli akkumlyatorların istismarının təxminən 10 il olduğunu qeyd etmişdir. Həmin xüsusatlara uyğun aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə iş materiallarında olan məlumatlara əsasən nümunələri ekspert baxışına təqdim edilmiş 12 adda çöl tipli akkumlyatorlar istismar müddəti bitdiyi üçün qiymətsiz, digər 2 adda (150 amper BBK 5783 qapalı tipli 4 ədəd, qiyməti 722,5 manat; 100 amper BBK 0235 qapalı tipli 4 ədəd, qiyməti 463 manat) qapalı tipli akkumlyatorların 2013-2018-ci illərdə istifadədə olması və 50% aşınma nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1185,50 manat müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə cinayət işi başlanmış və ibtiadi istintaq aparılması üçün icraata qəbul edilmişdir. (İ cild i.v. 1) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 25ci PŞ-nin təhqiqatçısı tərəfindən ünvan 7 ünvanında “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutuya baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İ cild i.v. 7-9) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 25ci PŞ-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 9 ünvanında və Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyalarına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İ cild i.v. 14-16) -Götürmə haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Şahid2 təhvil verdiyi, Rasif adlı şəxsdən xx xxxxxxx 2018-ci il tarixdə aldığı 13 ədəd akkumlyator (8 ədədi 155 amper, 5 ədədi 100 amper) iş üçün əhəmiyyət kəsb etdiyindən 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən ondan götürülmüş və 25-ci PŞ-də saxlanılmışdır. (İ cild i.v. 31-33) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılmış, o, Təqsirləndirilən şəxs akkumlyatorları onun idarə etdiyi avtomobillərə yüklədiyi yerləri əyani olaraq göstərmişdir. (İ cild i.v 44-45) -Götürmə haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “xxxxx” MMC-yə məxsus iki ədəd açarı, “xxxxxxxx” MMC-yə məxsus, üzərində onun fotoşəkli olan bir ədəd vəsiqəni təqdim edərək bildirmişdir ki, mobil baza stansiyalarından oğurluq edən zaman həmin açarlardan istifadə etməklə dəmir qutuların qapısını açıb akkumlyatorları oğurlamış, oğurluq zamanı isə vəsiqəni boynundan asmışdır. (İ cild i.v. 55-56) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək cinayəti hansı qaydada törətdiyini əyani olaraq göstərib təsvir etmişdir. Bu zaman fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur. (İ cild i.v. 154-160) -İstintaq eksperimentinin keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi akkumlyatorları avomobilə onun tək, heç kimin köməkliyi olmadan müəyyən məsafə qət etməklə avtomobilin dayandığı yerə aparıb yükləyə bilməsi, bunun onun fiziki gücü hesabına mümkün olması müəyyən edilmişdir. (İ cild i.v. 172-174) -Baxış keçirilməsi haqqında xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 10cu PB-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivində yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İ cild i.v. 221-222) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 35ci PB-nin təhqiqatçısı tərəfindən ünvan 16 ünvanında yerləşən, “xxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İİ cild i.v. 102) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 34cü PB-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən, “xxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İİ cild i.v. 123-124) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 35ci PB-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Naxçıvanski dairəsinin yaxınlığında çəpərə alınmış sahədə yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İİ cild i.v. 144) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 34cü PB-nin təhqiqatçısı tərəfindən ünvan 3 ünvanında yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İİ cild i.v. 184) -Baxış keçirilməsi haqqında xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 36cı PB-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Gəncə prospekti 50 ünvanında yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İİ cild i.v. 223) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 35ci PB-nin təhqiqatçısı tərəfindən ünvan 18 ünvanında yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İİİ cild i.v. 13) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 35ci PB-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsində yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İİİ cild i.v. 51) -Baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, “xxxxxxx” MMC-dən daxil olmuş və texniki məlumatları özündə əks etdirən bir ədəd diskə müstəntiq tərəfindən baxış keçirilərək bu barədə protokol tərtib edilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ, Yasamal, Suraxanı, Xətai və Nizami rayonlarının inzibati ərazisində yerləşən “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyalarından oğurluq edilən zaman Xəyal Zeylanov və Şahid2 Təqsirləndirilən şəxsla 2018-ci ilin avqust ayından başlayaraq 2018-cu ilin oktyabr ayınadək olan müddət ərzində müxtəlif saatlarda mobil telefon vasitəsilə danışmaqla əlaqələri olmuşdur, buna səbəb baza stansiyalarından qidalandırıcı elementlərin daşınması və satılması ilə bağlı Təqsirləndirilən şəxs onlarla mobil telefon vasitəsilə əlaqə saxlaması olmuşdur. (İİİ cild i.v 178-206) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 24cü PŞ-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən, “xxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İİİ cild i.v. 219) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 30cu PŞ-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İV cild i.v. 11) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 32ci PB-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən, “xxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İV cild i.v. 44) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 34cü PŞ-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ilə S.Ə.Şirvani küçələrinin kəsişməsində yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İV cild i.v. 138) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, 28ci PB-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasına aid qutulara baxış keçirilərkən akkumlyatorların oğurlandığı müəyyən edilmişdir. (İV cild i.v. 207) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 27722 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların (qidalandırıcı elementlərin) 2018-ci ilin oktyabr ayına ümumi qiyməti 1850 manat müəyyən olunur. (V cild i.v. 13-15) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişilikliklərin edilməsi zərurəti yarandığına görə o, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 179.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığına görə barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 və Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194-cü maddələrinin tərkib əlamətləri olmadığına görə barələrində cinayət təqibinin başlanması rədd edilmiş, “xxxxxxxxxxx” MMC-nin baza stansiyalarına aid olan və ünvan 7 ünvanda yerləşən “BBK0665” saylı mobil baza stansiyasından oğurlanmış 155 amper gücündə 4 ədəd “BSB” markalı, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən “BBK3781” mobil baza stansiyasından oğurlanmış 155 amper gücündə 4 ədəd “BSB” markalı, “CBBK 6009” baza stansiyasından oğurlanmış 100 amper gücündə olan 4 ədəd “BSB” markalı və Xətai rayonu, M.Rüstəmov küçəsi 22 ünvanda yerləşən “BBK 5815” nömrəli mobil baza stansiyasından oğurlanmış 100 amper gücündə olan 1 ədəd qidalandırıcı element, “xxxxxxxxxxx” MMC-nin mobil baza stansiyalarının saxlanc qutularına aid 02 ədəd açar, “xxxxx” MMC və “xxxxxxxx” MMC tərəfindən Təqsirləndirilən şəxs verilmiş vəsiqələr iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (V cild i.v. 65-90) -Məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 24268 nömrəli rəyin nəticə hissəsindən görünür ki, iş materiallarında olan, “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli məktubda qeyd edilən məlumatlara əsasən konteynerlərin daxilində olan 22 C0 temperaturda saxlanılmış akkumlyatorların 2013-2018-ci illərdə istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12.578 manat müəyyən olunur. Respublika ərazisində olan mağazalarda, ticarət şəbəkələrində qeyd olunan akkumulyatorların təzə vəziyyətdə qiyməti barədə məlumat olmadığından 2ci sual üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. (V cild i.v. 110-116) -Məhkəmə baxışı zamanı keçirilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 4128 nömrəli rəyin nəticə hissəsindən görünür ki, iş materiallarında olan məlumatlara əsasən nümunələri ekspert baxışına təqdim edilmiş 12 adda çöl tipli akkumlyatorlar istismar müddəti bitdiyi üçün qiymətsiz, digər 2 adda qapalı tipli akkumulyatorların 2013-2018-ci illərdə istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1185,50 manat müəyyən olunur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxx” MMC-yə müvafiq olaraq 2222,88 manat; 1445 manat; 1853 manat; 740 manat; 2890 manat; 877 manat; 1480 manat; 926 manat; 740 manat; 1091,35 manat; 1445 manat; 1445 manat; 740 manat; 740 manat; 3228 manat məbləğlərində maddi ziyan vurulmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi verdiyi vəsatətində, ibtidai istintaq zamanı keçirilmiş ekspetiza zamanı oğurlanmış bütün alkumlyatorlar konteynerlərin daxilində olduğu və konteynerlərdə işləyən kondisionerlər vasitəsi ilə daim temperatur 22 dərəcə temperaturda saxlandığı üçün həmin akumlyatorların oğurlanan zaman normal işlək vəziyyətdə olmasına istinad edilərək və bütün akkumlyatorların konteynerlərin daxilində olduğu kimi qəbul edilərək qiymət müəyyən edildiyini, lakin ekspert tərəfindən elan olunmuş ittihamda göstərilən ünvanlarda edilmiş oğurluq hadisəsi zamanı həmin akkumlyatorların yerləşdiyi saxlanc yerlərinin açıq hava şəraitində olubolmaması məsələsinə aydınlıq gətirilmədiyini göstərmiş, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı zamanı məhkəmə-əmtəəşünaslıq və təkrar məhkəməəmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Məhkəmə hesab etmişdir ki, akumlyatorların istismar müddətinin, buna müvafiq olaraq da dəyərinin müəyyən edilməsi üçün onların hansı şəraitdə (açıq hava şəraitində və ya konteynerlərin daxilində) saxlanılmasının yoxlanılması xüsusi əhəmiyyət kəsb edir, bununla əlaqədar mobil baza stansiyalarına baxış keçirilməli, yalnız bundan sonra həmin akkumlyatorların dəyəri müəyyən edilməlidir. Təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilərkən, zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxx MMC-nin hüquqşünasının və mütəxəssis əməliyyatları üzrə bölmə müdirinin iştirakı ilə akkumlyatorlara (nümunələrə) baxış keçirilmiş, baxış zamanı bir ünvanda binanın damında quraşdırılmış akkumlyatorların açıq (çöl) tipli olduğu müəyyən edilmişdir. Cəlb edilmiş mütəxəssis temperaturun yüksək olduğu təqdirdə açıq (çöl) tipli akkumlyatorların istismarının təxminən 4 il olduğunu qeyd etmişdir. İkinci ünvana baxış keçirilən zaman akkumlyatorların qapalı tipli olduğu, həmçinin qapalı mühitdə kondisionerin (ağ rəngli GREE markalı) işlədiyi müəyyən edilmişdir. Cəlb edilmiş mütəxəssis temperaturun 20-25 C° olduğu təqdirdə qapalı (çöl) tipli akkumlyatorların istismarının təxminən 10 il olduğunu qeyd etmişdir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə iş materiallarında olan məlumatlara əsasən nümunələri ekspert baxışına təqdim edilmiş 12 adda çöl tipli akkumlyatorlar istismar müddəti bitdiyi üçün qiymətsiz, digər 2 adda (150 amper BBK 5783 qapalı tipli 4 ədəd, qiyməti 722,5 manat; 100 amper BBK 0235 qapalı tipli 4 ədəd, qiyməti 463 manat) qapalı tipli akkumlyatorların 2013-2018-ci illərdə istismarına təxminən 50% aşınma tətbiq edilməklə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1185,50 manat müəyyən olunmuşdur. Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən həmin ekspertiza rəyi və maddi ziyanın rəylə müəyyən edilmiş 1185,50 manat məbləği qəbul edilmiş və mübahisələndirilməmiş, dəymiş maddi ziyanın məbləğinin ödənilməsi nəzərə alınaraq mülki iddiadan da imtina edilmişdir. Məhkəmə işin faktiki hallarını və yuxarıda qeyd edilənləri nəzərə alaraq, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut qismində qəbul edərək Təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət işi üzrə törədilmiş cinayət əməli nəticəsində dəymiş maddi ziyanın məbləğini 1185,50 manat məbləğində müəyyən edilməsi ilə razılaşır. Burada nəzərə alınmalıdır ki, maddi ziyanın həmin məbləğdə müəyyən edilməsi cinayət əməlinin tövsifinə hər hansı təsir göstərmir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə saxlanc yeri hesab edilən “xxxxxxxxxxx” MMC-yə məxsus mobil baza stansiyasının qidalandırıcı elementlərinin saxlandığı ünvanlardakı saxlanc qutusuna qapının qıfılını “xxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş açarla açaraq saxlanc qutusuna qanunsuz daxil olub oradan dövlət və ictimai əhəmiyyətli hesab edilən rabitə xəttlərinə qanunsuz müdaxilə etməklə “xxxxxxxxxxx” MMC-yə məxsus baza stansiyasında şəbəkəyə quraşdırılmış vəziyyətdə olan qidalandırıcı elementləri özündə olan açarla şəbəkədən ayırmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlaması nəticəsində zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxx” MMC-yə ümumilikdə 1185,50 manat miqdarında maddi ziyan vurması (150 amper BBK 5783 qapalı tipli 4 ədəd, 100 amper BBK 0235 qapalı tipli 4 ədəd akkumlyator istisna olmaqla digər akkumlyatorların 2013- 2018-ci illərdə istismarına təxminən 50% aşınma tətbiq edilməklə və istismar müddətləri bitdiyi üçün qiymətsiz olmaları nəzərə alınmaqla) müəyyən edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Bakı şəhərinin Qaradağ, Xətai, Yasamal və Suraxanı rayonları ərazilərində yerləşən mobil baza stansiyalarından akkumlyator oğurlamadını göstərsə də, həmin hal məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutlarla təkzib edilmişdir, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama dair bütün epizodlar üzrə əməllərin onun tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşaraq, onun belə ifadə verməsinin məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığını hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə həmin maddələrdə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə saat 18:30-da tutulmuşdur. (İ cild i.v. 67-68) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2018ci il tarixdən hesablanmışdır (İ cild i.v. 126-128) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İ cild i.v. 190) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3- 2-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törədərək məsuliyyətə cəlb olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, dəymiş maddi ziyanın ödənilməsini və zərərçəkmiş şəxslə razılıq, barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normasının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş “xxxxxxxxxxx” MMC-nin baza stansiyalarına aid olan 155 amper gücündə 8 ədəd “BSB” markalı, 100 amper gücündə olan 4 ədəd “BSB” markalı və 100 amper gücündə olan 1 ədəd qidalandırıcı elementlər, mobil baza stansiyalarının saxlanc qutularına aid 02 ədəd açar “xxxxxxxxxxx” MMC-yə qaytarılmalı, “xxxxx” MMC və “xxxxxxxx” MMC tərəfindən Təqsirləndirilən şəxs verilmiş vəsiqələr, o, həmin MMC-lərdə işləmədiyindən artıq xüsusi əhəmiyyət kəsb etmədiyi və hər hansı dəyəri olmadığı üçün məhv edilməli, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan cəmi 290 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məlum olduğu kimi, məhkəmə baxışı zamanı “xxxxxxxxxxx” MMC tərəfindən (nümayəndə Zərərçəkmiş şəxs) Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmiş, vurulmuş 18.403 manat məbləğində maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməsi xahiş edilmişdir. Məhkəmə iclasının gedişində təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi verildikdən sonra zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək “xxxxxxxxxxx” MMC-yə dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələbləri olmadığını, mülki iddiadan imtina etdiklərini göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, mülki iddia vermiş “xxxxxxxxxxx” MMC tərəfindən (nümayəndə Zərərçəkmiş şəxs) məhkəmənin hökm çıxarmaq üçün müşavirə otağına gedənədək mülki iddiadan imtina etməsi digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur, ona görə mülki iddiadan imtina qəbul edilərək həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili məhkəmə iclasına buraxılmışdır, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3- 2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı “xxxxxxxxxxx” MMC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiadan imtina etməsi qəbul edilərək həmin hissədə iş üzrə icraata xitam verilsin. Məhkəmə məsrəfi hesab olunan cəmi 290 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Maddi sübut qismində tanınmış əşyalarla bağlı hissədə hökm qanuni qüvvəyə mindikdən sonra icra edilsin, saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş “xxxxxxxxxxx” MMC-nin baza stansiyalarına aid olan 155 amper gücündə 8 ədəd “BSB” markalı, 100 amper gücündə olan 4 ədəd “BSB” markalı və 100 amper gücündə olan 1 ədəd qidalandırıcı elementlər, mobil baza stansiyalarının saxlanc qutularına aid 02 ədəd açar “xxxxxxxxxxx” MMC-yə qaytarılsın, “xxxxx” MMC və “xxxxxxxx” MMC tərəfindən Təqsirləndirilən şəxs verilmiş vəsiqələr məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar