Məhkəmə qərarları › İş №1(007)-8/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-8/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-8/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1999-cu il tarixdə Kürdəmir rayonunun Sovla kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonunun Sovla kəndində qeydiyyatda olan, Zərdab Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, icra məmurunun təqdimatına əsasən Kürdəmir Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay hissəsi 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 05 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırkı işlə bağlı 25 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi müəyyən edilmiş, həmin cəzanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində çəkməklə hazırkı işlə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci il tarixdə Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşamış, 27 oktyabr 2021-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozduğundan və məhkəmədən gizləndiyindən 15 aprel 2022-ci il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, bu qərar əsasında 29 aprel 2022-ci il tarixdə həbs edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində qətimkan tədbiri seçilmədiyindən hökm qanuni qüvvəyə minənədək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, onun Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 70-ci maddəsi tətbiq edilməklə barəsində tətbiq olunan cəza şərti hesab edilməklə 01 il 06 ay sınaq müddətinin təyin olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmünün müstəqil icra olunması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin olunması qaydası və müddəti dəyişdirilərək yenidən müəyyən olunmuş, hökmlə ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzaları üzrə CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl şəhəri, Nizami küçəsi, ev 6-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 22-də yaşamış, hazırkı işlə bağlı 27 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq həbsdən azad edilmiş, eyni tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozduğundan və məhkəmədən gizləndiyindən 21 sentyabr 2022-ci il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, bu qərar əsasında 27 fevral 2023-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu il tarixdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üçüncü qrup əlil, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində qeydiyyatda olan, Şəmkir rayonu, Kıraz yolu ərazisində fərdi yaşayış evində yaşamış, hazırkı işlə bağlı 27 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozduğundan və məhkəmədən gizləndiyindən 15 aprel 2022-ci il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, bu qərar əsasında 23 may 2022-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanda yerləşən “X1”nin ofisinin qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs3 məqsədlərinə maneəsiz nail olmaq niyyəti ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün ofisin yerləşdiyi həyətyanı sahədən kənarda dayanmış, o isə Təqsirləndirilən şəxs4 ilə birlikdə ofisin həyətinə daxil olaraq özləri ilə gətirdikləri vintaçan vasitəsi ilə ofisin plastik pəncərəsinə mexaniki təsir göstərərək açdıqdan sonra o, ofisin qarşısında dayanmış, Təqsirləndirilən şəxs4 isə qanunsuz olaraq binaya daxil olub oradan 01 ədəd 80 manat dəyərində “Mİ” markalı internet modem, 01 ədəd 1200 manat dəyərində “Acer” markalı noutbuk, 01 ədəd 1500 manat dəyərində “Fujifilm” markalı fotoaparat və 01 ədəd 500 manat dəyərində “Fujifılm A 600” markalı fotoaparatı gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 3280 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa “Ayxan” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi ünvan 2 ünvanında yerləşən “N- Studio” adlı qadın gözəllik salonunun qarşısına gələrək qapının qıfılını əli ilə mexaniki təsir etməklə sındırıb açmaqla birlikdə qanunsuz salona daxil olub oradan 15 manat nağd pul, 01 ədəd 100 manat dəyərində “Meqavat” markalı fen aparatı, 01 ədəd 100 manat dəyərində “Eti” markalı fen aparatı, 01 ədəd 140 manat dəyərində markasız saç ütüsü, 01 ədəd 120 manat dəyərində markasız saç dalğa aparatı, 01 ədəd 100 manat dəyərində markasız saç buran aparat, 01 ədəd 130 manat dəyərində markasız üç barmaq saç dalğa aparatı, 01 ədəd 15 manat dəyərində markasız qaynaq aparatı, 01 ədəd 15 manat dəyərində markasız tük təmizləyən aparat, 01 ədəd 15 manat dəyərində markasız üz qırxan aparat, 01 ədəd 130 manat dəyərində markasız ütü, 01 ədəd 50 manat dəyərində markasız saç buran aparat və 01 ədəd 70 manat dəyərində markasız saç qırxan aparatını gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 24 oktyabr 2021-ci il tarixdə saat 05:45 radələrində Zərərçəkmiş şəxs3 icarəyə götürüb işlətdiyi ünvan 3 ünvanında yerləşən “Ziyalı” məktəb və ofis ləvazimatları mağazasının qarşısına gələrək özləri ilə gətirdikləri vintaçanla mağazanın qapısını açaraq birlikdə qanunsuz binaya daxil olub oradan 500 manat nağd pul və 01 ədəd 800 manat dəyərində “Toshiba” markalı noutbuku gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs3 1300 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa “Ayxan” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi ünvan 2 ünvanında yerləşən “N-Studio” adlı qadın gözəllik salonunun qarşısına gələrək qapının qıfılını əli ilə mexaniki təsir etməklə sındırıb açmaqla birlikdə qanunsuz salona daxil olub oradan 15 manat nağd pul, 01 ədəd 100 manat dəyərində “Meqavat” markalı fen aparatı, 01 ədəd 100 manat dəyərində “Eti” markalı fen aparatı, 01 ədəd 140 manat dəyərində markasız saç ütüsü, 01 ədəd 120 manat dəyərində markasız saç dalğa aparatı, 01 ədəd 100 manat dəyərində markasız saç buran aparat, 01 ədəd 130 manat dəyərində markasız üç barmaq saç dalğa aparatı, 01 ədəd 15 manat dəyərində markasız qaynaq aparatı, 01 ədəd 15 manat dəyərində markasız tük təmizləyən aparat, 01 ədəd 15 manat dəyərində markasız üz qırxan aparat, 01 ədəd 130 manat dəyərində markasız ütü, 01 ədəd 50 manat dəyərində markasız saç buran aparat və 01 ədəd 70 manat dəyərində markasız saç qırxan aparatını gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 24 oktyabr 2021-ci il tarixdə saat 05:45 radələrində Zərərçəkmiş şəxs3 icarəyə götürüb işlətdiyi ünvan 3 ünvanında yerləşən “Ziyalı” məktəb və ofis ləvazimatları mağazasının qarşısına gələrək özləri ilə gətirdikləri vintaçanla mağazanın qapısını açaraq birlikdə qanunsuz binaya daxil olub oradan 500 manat nağd pul və 01 ədəd 800 manat dəyərində “Toshiba” markalı noutbuku gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs3 1300 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11 ünvanında yerləşən “X1”nin ofisinin qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs3 məqsədlərinə maneəsiz nail olmaq niyyəti ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün ofisin yerləşdiyi həyətyanı sahədən kənarda dayanmış, o isə Təqsirləndirilən şəxs1 ilə birlikdə ofisin həyətinə daxil olaraq özləri ilə gətirdikləri vintaçan vasitəsi ilə ofisin plastik pəncərəsinə mexaniki təsir göstərərək açdıqdan sonra Təqsirləndirilən şəxs1 ofisin qarşısında dayanmış, o isə qanunsuz olaraq binaya daxil olub oradan 01 ədəd 80 manat dəyərində “Mİ” markalı internet modem, 01 ədəd 1200 manat dəyərində “Acer” markalı noutbuk, 01 ədəd 1500 manat dəyərində “Fujifilm” markalı fotoaparat və 01 ədəd 500 manat dəyərində “Fujifılm A 600” markalı fotoaparatı gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 3280 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11 ünvanında yerləşən “X1”nin ofisinin qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən o, məqsədlərinə maneəsiz nail olmaq niyyəti ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün ofisin yerləşdiyi həyətyanı sahədən kənarda dayanmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 birlikdə ofisin həyətinə daxil olaraq özləri ilə gətirdikləri vintaçan vasitəsi ilə ofisin plastik pəncərəsinə mexaniki təsir göstərərək açdıqdan sonra Təqsirləndirilən şəxs1 ofisin qarşısında dayanmış, Təqsirləndirilən şəxs4 isə qanunsuz olaraq binaya daxil olub oradan 01 ədəd 80 manat dəyərində “Mİ” markalı internet modem, 01 ədəd 1200 manat dəyərində “Acer” markalı noutbuk, 01 ədəd 1500 manat dəyərində “Fujifilm” markalı fotoaparat və 01 ədəd 500 manat dəyərində “Fujifılm A 600” markalı fotoaparatı gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 3280 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə yaşadığı Kürdəmir rayonunda dolanışıq imkanları zəif olduğundan Bakı şəhərinin müxtəlif yerlərində ünvansız məkanlarda gecələyib küçələrdən yığdığı əşyaları satıb pul əldə edərək evlərinin dolanışığına köməklik etmişdir. Çox vaxt isə küçələrdə salfetka və digər əşyalar satmışdır. Kirayədə qaldığı ünvanda Təqsirləndirilən şəxs3 ilə aralarında yaxın münasibət yaranmışdır. Onların qaldığı evi kirayə verən Minayə adlı qadının hamıdan işlənmiş texniki avandalıqları alıb sonradan üzərinə pul qoyub satdığını bilmişdir. Minayə Rəşada demişdir ki, qızı üçün bir ədəd kompyuter lazımdır və xahiş etmişdir ki, əgər onda kompyuter olarsa ona satsın. 05 oktyabr 2021-ci il tarixdə Rəşad onunla söhbət zamanı Minayənin belə bir təklif etdiyini və tanışı Təqsirləndirilən şəxs4 ilə oğurluq edə biləcəyini, texniki avadanlıqları oğurlayıb onları Minayəyə satıb gəlir əldə edə biləcəyini söyləmişdir. O, ilkin olaraq oğurluq etmək istəmədiyini söyləsə də sonradan onunla razılaşmışdır. Həmin gün Rəşad mobil telefonu ilə tanışı Qüdrətlə əlaqə saxlamış, Qüdrət onları yaşadığı “Xətai” metrostansiyasının yaxınlığına çağırmışdır. Gecə saatları olduğundan Rəşadla taksi vasitəsi ilə “Xətai” metrostansiyasının yaxınlığına getmiş, onları metronun yaxınlığında gözləyən Qüdrətlə görüşmüşlər. Orada Qüdrət ofislərin birində çox sayda avadanlıqların olduğunu söyləmiş və oradan oğurluq etmələrini təklif etmişdir. Qüdrətin göstərməsinə əsasən “Xətai” metrostansiyasınin arxasında olan küçədə ofisin qarşısına getmişlər. Artıq 06 oktyabr saat 02 radələri olmuşdur, onların üçü də ofisin qabaq tərəfində olan plastik pəncərənin yanına keçmişlər. O, bir neçə dəfə pəncərədən içəri baxmış və orada bir neçə avadanlıq olduğunu görmüşdür. Pəncərənin yanında Qüdrət ondan plastik pəncərəni aça bilib-bilməməsini soruşmuşdur. O, aça bilmədiyini dedikdə Qüdrət iradını bildirib Rəşaddan nəyə görə onu gətirdiyini soruşmuşdur. Sonra Qüdrət özü ilə gətirdiyi vintaçan vasitəsi ilə plastik pəncərəni aralayıb açmışdır. Həmin vaxt o, pəncərəni tutmuş, Qüdrət təkbaşına ofisə pəncərədən daxıl olmuşdir. Onunla Rəşad isə içəri girmədən çöldə dayanaraq ətrafa baxırmışlar ki, heç kim oraya yaxınlaşmasın. Qüdrət təxminən 10 dəqiqə içəridə qalmış, sonra əlində bir ədəd kompyuter üçün nəzərdə tutulan qara rəngli çanta ilə daxil olduğu pəncərədən çölə çıxmışdır. Qüdrət çantanın içihdə olan avadanlıqları onlara göstərdikdə orada 1 ədəd kompyuter, 2 ədəd fotoaparat və 1 ədəd internet modemi olmuşdur. Bundan sonra onlar küçəyə tərəf çıxaraq yolda gördükləri taksi vasitəsi ilə Nəsimi rayonunda yerləşən kirayə yaşadıqları evə getmişlər. Həmin gecə onlar Minayə adlı qadının yanına gedib ümumilikdə 100 manat müqabilində pula əldə etdikləri malları ona satmışlar. Qüdrət həmin 100 manat puldan 30 manatı ona vermişdir. Bundan sonra o və Rəşad yaşadığı ünvana getmişlər, Qüdrət isə onlarla sağollaşaraq evlərinə getmişdir. 30 manat pulu o, həmin günün səhəri şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 19 oktyabr 2021-ci il tarixdə səhər saat təxminən 10 radələrində “Neftçilər” metrosunun yaxınlığında əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Həmin vaxt onun yanında dəqiq şəxsi məlumatlarını bilmədiyi, amma əvvəllər küçələrdə birlikdə alver etdikləri Ayxan da olmuşdur. ünvan 5 ünvanda yerləşən “N-Studio” gözəllik salonuna sataşmış və oradan oğurluq etmək fikrinə düşmüşlər. Salonun qapısını itələməklə qırıb açaraq oraya daxil olmuşlar və oranı yoxladıqda 15 manat pul, 1 ədəd “Meqavat” markalı fen aparatı, 1 ədəd “Eti” markalı fen aparatı, 1 ədəd markasız saç ütüsü, 1 ədəd markasız saç dalğa aparatı, 1 ədəd markasız saç buran aparat, 1 ədəd markasız üç barmaq saç dalğa aparatı, 1 ədəd markasız qaynaq aparatı, 1 ədəd markasız tük təmizləyən aparat, 1 ədəd markasız üz qırxan aparat, 1 ədəd markasız ütü, 1 ədəd markasız saç buran aparat və 1 ədəd markasız saç qırxan aparatını götürüb oradan çıxmışlar. Sonra qalmaq üçün Minayənin evinə getmişlər. Evdə Minayəyə qadın gözəllik salonuna aid əşyaları olduğunu və onları satmaq istədiklərini demişlər. Minayə həmin əşyalara baxıb onları ümumilikdə 200 manata almışdır. Həmin 200 manat pulu və salondan götürdükləri 15 manat pulu öz ehtiyaclarına xərcləmişlər. Bundan sonra, 24 oktyabr 2021-ci il tarixdə gecə saat təxminən 05:45 radələrində Cavidlə birlikdə ünvan 6 ünvanında yerləşən “Ziyalı” adlı məktəb və ofis ləvazimatları dükanına sataşmış və orada pul olmasını ehtimal edib dükana daxil olmaq fikrinə düşmüşlər. O, özündə olan vintaçanla qapını sıxıb açmış və içəriyə daxil olmuşlar. Daxil olduqdan sonra yoxladıqda dolabın gözündə 460 manat pul olduğunu görüb götürmüşlər. Sonra isə xırda pulları və “Toshiba” markalı noutbuku da götürüb ordan çıxaraq yenə Minayənin evinə getmiş və pul ödəmişlər ki, bir gün orada qalacaqlar. Evdə saydıqda xırda pulların 40 manat olduğunu bilmişlər. Minayəyə demişlər ki, küçədən tapdıqları noutbuk var, onu satırlar. Minayə noutbuku onlardan 50 manata almışdır. Əldə etdikləri həmin pulları bütün gün ərzində öz ehtiyaclarına xərcləmişlər. Tanışlıqları vaxtı Cavid özünü 20 yaşında kimi təqdim edərək hansısa texnikumun 2-ci kursunda oxuduğunu demiş, onun yetkinlik yaşına çatmadığını bilməmişdir. Ayxan isə 26 yaşı olduğunu demişdir. Oğurladıqları əşyaları Minayəyə satanda onları ya tapdıqlarını, ya özlərinə məxsus olduğunu və ya alıb-satdıqlarını demişlər. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq törətdiyi əməllərdən səmimi peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində anası və qardaşı ilə birlikdə yaşamış, dolanışıq imkanları zəif olduğundan Bakı şəhərinin müxtəlif yerlərində ünvansız məkanlarda gecələyib küçələrdən yığdığı əşyaları satıb pul əldə edərək evlərinin dolanışığına köməklik etmişdir. Çox vaxt isə küçələrdə salfetka və digər əşyalar satmışdır. Sonradan küçədə onun kimi işləyən Təqsirləndirilən şəxs1 ilə rastlaşmış və birlikdə işləməyə başlamışlar. Bu müddətdə fikirləşmişlər ki, bununla pul qazana bilmirlər, ona görə oğurluq edib çoxlu pul qazanmaq fikrinə düşmüşlər. 19 oktyabr 2021-ci il tarixdə səhər saat təxminən 10 radələrində “Neftçilər” metrosunun yaxınlığında Muradla rastlaşmışdır. Həmin vaxt Muradın yanında küçələrdə alver etdiyi Ayxan adlı şəxs də olmuşdur. Nəsimi küçəsi ilə gedən zaman gözləri həmin küçədəki 15 ünvanında yerləşən “N-Studio” gözəllik salonuna sataşmış və oradan oğurluq etmək fikrinə düşmüşlər. Salonun qapısını itələməklə qırıb açaraq oraya daxil olmuşlar. İçərini yoxladıqda 15 manat pul, 1 ədəd “Meqavat” markalı fen aparatı, 1 ədəd “Eti” markalı fen aparatı, 1 ədəd markasız saç ütüsü, 1 ədəd markasız saç dalğa aparatı, 1 ədəd markasız saç buran aparat, 1 ədəd markasız üç barmaq saç dalğa aparatı, 1 ədəd markasız qaynaq aparatı, 1 ədəd markasız tük təmizləyən aparat, 1 ədəd markasız üz qırxan aparat, 1 ədəd markasız ütü, 1 ədəd markasız saç buran aparat və 1 ədəd markasız saç qırxan aparatını götürüb oradan çıxmışlar. Sonra “28 May” metrosunun yaxınlığında əvvəldən tanıdıqları və gündəlik evində hər adamın qalması üçün 3 manata kirayəyə verən Minayə adlı qadıngilə gedərək pullarını ödəmişlər ki, orada qalsınlar. Sonra Minayəyə demişlər ki, qadın gözəllik salonuna aid əşyaları var və satırlar. Minayə həmin əşyaları onlardan 200 manata almışdır. Onlar həmin 200 manat pulu və salondan götürdükləri 15 manatı öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa, 24 oktyabr 2021-ci il tarixdə gecə saat təxminən 05:45 radələrində Muradla birlikdə ünvan 7 ünvanında yerləşən “Ziyalı” məktəb və ofis ləvazimatları dükanına sataşmış, dükanda pul olmasını ehtimal edib oraya daxil olmaq fikrinə düşmüşlər. Murad özündə olan vintaçanla qapını sıxıb açmış və içəriyə daxil olmuşlar. Daxil olduqdan sonra yoxladıqda dolabın gözündə 460 manat pul olduğunu görüb götürmüşlər. Sonra isə xırda pulları və “Toshiba” markalı noutbuku da götürüb ordan çıxaraq Minayənin evinə getmiş, bir gün orada qalmaq üçün pul ödəmişlər. Evdə saydıqda xırda pulların 40 manat olduğunu bilmişlər. Minayəyə demişlər ki, küçədən tapdıqları noutbuk var, onu satırlar. Minayə 50 manat verib noutbuku onlardan almış, əldə etdikləri həmin pulları öz ehtiyaclarına xərcləmişlər. O, özünü 20 yaşlı kimi təqdim edərək hansısa texnikumun 2-ci kursunda oxuduğunu demişdir. Ona görə Murad və Ayxan onun yaşının az olduğunu bilməmişlər. Minayə isə əşyaların oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə olaraq törətdiyi əməllərdən səmimi peşman olduğunu göstərmiş, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını, anasının xəstə olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə bir-birilərini bir neçə ildir ki, tanıyırlar. 2021-ci ilin təxminən oktyabr ayının əvvəllərində söhbətləri zamanı Rəşad pula ehtiyacı olduğunu, Murad adlı tanışının pəncərələri sökə bildiyini, onun köməyi ilə oğurluq edib pul qazana biləcəklərini bildirmişdir. O, Rəşadla razılaşmış və tez bir zamanda bir yer seçib oradan oğurluq etməyini təklif etmiş, öz mobil nömrəsini kağıza yazıb ona vermişdir. Rəşad həmin vaxt mobil telefon işlətmədiyi üçün onun nömrəsini bu şəkildə götürmüşdür. 05 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Rəşad ona zəng etmiş, saat təxminən 23:30 radələrində Babək prospektində yerləşən “Bravo” marketin yaxınlığında görüşmüşlər. Oradan onlar piyada “28 May” metrostansiyasının yaxınlığına getmişlər, orada Rəşadın dediyi Muradla, yəni Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Rəşad Xətai rayonunda yerləşən “Bakı Əyləncə Mərkəzinin” yanında olan kiçik bir marketdən oğurluq etməyi təklif etmişdir. Onlar piyada “Xətai” metrostansiyasının yaxınlığına getmişlər. Rəşadın söylədiyi yerə getdikdə həmin marketin 24 saat ərzində işlədiyini görmüşlər. Buna görə də həmin yerdən oğurluq etməkdən çəkinmişlər. Bundan sonra yollarını davam etdirərək oğurluq etmək üçün digər bir yer axtarmışlar. Bir az gəzdikdən sonra “Xətai” metrosunun arxa hissəsində olan “Ucuzluq Univermağı”na arxa tərəfdən daxil olmaq istəmişlər. Lakin arxa tərəfə keçdikdə orada mühafizəçinin olduğunu görmüşlər. Buna görə oradan da uzaqlaşmışlar. Həmin yerin ətrafında gəzərkən kiçik bir ofisə rast gəlmişlər. Həmin vaxt Rəşad onlardan nisbətən aralıda dayanmışdır. Rəşad küçədə olan dəmir hasarın arxa tərəfində dayanıb ofisə tərəf getməyəcəyini, orada gözləyib ətrafdan kənar şəxslərin oraya yaxınlaşmamasına nəzarət edəcəyini bildirmişdir. O və Murad həmin dəmir hasarın barmaqlıqlarını nisbətən aralayıb oradan keçərək ofisə tərəfə getmişlər. Artıq 05 oktyabrdan 06 oktyabr tarixinə keçən gecə saat təxminən 02 radələri olmuşdur. Murad ofisin pəncərələrindən içəri baxıb içəridə bir neçə avadanlıq olduğunu görmüş, həmçinin ətrafa baxıb heç kimin olmadığına əmin olmuşlar. Bundan sonra Murad özü ilə gətirdiyi vintaçan vasitəsi ilə pəncərəni açmaq istəmiş, bu vaxt pəncərənin alt hissəsi nisbətən yerindən çıxaraq aralanmışdır. Bundan sonra o, pəncərəni bərk itələyib açmış və tək içəri daxil olmuşdur. Murad isə ofisin yanında onu gözləmişdir. Ofisə daxil olan kimi masalarda bir neçə kompyuterin olduğunu görmüşdür. Həmin kompüterlər nisbətən böyük olduğuna görə onları götürməmişdir. Həmçinin çöldə gözləyən Murad onu tələsdirmişdir. Bundan sonra o, şkafın içində olan “Acer” markalı noutbuku və eyni şkafda olan 2 ədəd fotoaparatı götürmüş, noutbuku və fotoaparatları noutbuk üçün nəzərdə tutulan qara çantaya qoymuşdur. Oradan çıxmaq istədiyi vaxt qıraqda rəfin üzərində bir ədəd internet modemi görmüş və həmin modemin bahalı olduğunu zənn edib onun naqillərini öz üzərində olan kiçik bir bıçaq vasitəsi ilə kəsib onu da götürərək pəncərədən çıxmışdır. Onu ofisin yanında gözləyən Muradla birlikdə qaçaraq hasarın yanında dayanıb onları gözləyən Rəşadın yanına getmiçlər, orada taksiyə oturub “28 May” metrosunun yaxınlığına getmişlər. Orada taksidən düşüb piyada Rəşadın yaşadığı evə gedərək oğurladıqları əşyaları həmin evə aparmış, onları Minayə adlı qadına 100 manata satmışlar. Murad ona 40 manat vermiş, Rəşada isə 20 manat vermişlər. Bundan sonra ayrılmışlar. Təqsirləndirilən şəxs4 ifadəsinə əlavə olaraq törətdiyi əməllərdən səmimi peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində müxtəlif günlük evlərdə yaşamış, heç bir yerdə iş tapa bilmədiyi üçün maddi cəhətdən çətinlik çəkmiş və günlük kirayə pulunu verə bilməmişdir. Bir neçə ildir tanıdığı Təqsirləndirilən şəxs4 ilə aralarında olan söhbət zamanı maddi cəhətdən çətinlik çəkdiyini, Murad adlı tanışının pəncərələri sökə bildiyini, onun köməyi ilə oğurluq edib pul qazana biləcəklərini demişdir. Qüdrət onunla razılaşmış və tez bir zamanda bir yer seçib oradan oğurluq etməyi təklif etmişdir. Bu söhbətdən sonra Qüdrət öz mobil nömrəsini kağıza yazıb vermişdir, belə ki, həmin vaxt mobil telefon işlətmədiyi üçün nömrəni bu şəkildə götürmüşdür. 05 oktyabr 2021-ci il tarixdə gecə saatlarında o, Qüdrətə zəng etmiş və saat təxminən 23:30 radələrində Babək prospektində yerləşən “Bravo” marketin yaxınlığında görüşmüşlər. Sonra Muradla görüşərək onunla Qüdrəti tanış etmişdir. Bundan sonra onlara Xətai rayonunda yerləşən “Bakı Əyləncə Mərkəzi”nin yanında olan kiçik bir marketdən oğurluq etməyi təklif etmişdir. Lakin həmin marketin 24 saat ərzində işlədiyini görüb oradan oğurluq etməkdən çəkinmişlər. Bundan sonra yollarını davam etdirərək oğurluq etmək üçün digər bir yer axtarmışlar, “Xətai” metrosunun arxa hissəsində olan “Ucuzluq Univermağı”na arxa tərəfdən daxil olmaq üçün arxa tərəfə keçdikdə orada mühafizəçinin olduğunu görmüşlər. Buna görə oradan da uzaqlaşmışlar. Həmin yerin ətrafında gəzərkən kiçik bir ofisə rast gəlmişlər. Həmin vaxt o, Qüdrət və Muraddan nisbətən aralıda dayanmışdır. Ayağında anadangəlmə problem olduğu üçün ofisdən oğurluq etməkdə çətinlik çəkəcəyini başa düşmüşdür. O küçədə olan dəmir hasarın arxa tərəfində dayanıb ofisə tərəf getməyəcəyini, orada onları gözləyib ətrafdan kənar şəxslərin oraya yaxınlaşmamasına nəzarət edəcəyini demişdir. Qüdrət və Murad dəmir hasarın barmaqlıqlarını nisbətən aralayıb oradan keçərək ofisə tərəf getmişlər, o isə dayandığı yerdən onları görə bilmişdir. Saat təxminən 02 radələri olmuşdur. Təxminən 15-20 dəqiqə ərzində onları həmin gözləmiş, bir neçə müddət sonra Qüdrət və Murad onun yanına gəlmişlər. Qüdrətin əlində bir ədəd qara rəngli çanta olmuş, bildirmişdir ki, ofisdən 1 ədəd noutbuk, 2 ədəd fotoaparat və 1 ədəd internet modemi oğurlayıblar. Bundan sonra birlikdə qaçaraq yaxınlıqda olan “Bazarstore” mağazasının yanına getmişlər. Orada taksiyə əyləşib “28 May” metrosunun yaxınlığına, günlük kirayə qaldıqları Minayə adlı qadının evinə getmişlər. Qüdrət onlarla birlikdə həmin evə qalxmış və oğurladıqları əşyaları Minayə adlı xanıma satmışlar. Qüdrət ona 20 manat pul vermişdir. Təqsirləndirilən şəxs3 ifadəsinə əlavə olaraq törətdiyi əməldən səmimi peşman olduğunu, özünün üçüncü qrup əlil, atasının Qarabağ müharibəsinin iştirakçısı olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “N-Studio” adlı qadın gözəllik salonunu icarəyə götürüb işlədir. 19 oktyabr 2021-ci il tarixdə saat 10:30 radələrində iş yerinə gəldikdə görmüşdür ki, salonun giriş qapısı sındırılıb, qapı açıq vəziyyətdədir. İçəri daxil olub yoxladıqda məlum olmuşdur ki, salondan 15 manat nağd pul, 1 ədəd 100 manat dəyərində “Meqavat” markalı fen aparatı, 1 ədəd 100 manat dəyərində “Eti” markalı fen aparatı, 1 ədəd 140 manat dəyərində markasız saç ütüsü, 1 ədəd 120 manat dəyərində markasız saç dalğa aparatı, 1 ədəd 100 manat dəyərində markasız saç buran aparat, 1 ədəd 130 manat dəyərində markasız üç barmaq saç dalğa aparatı, 1 ədəd 15 manat dəyərində markasız qaynaq aparatı, 1 ədəd 15 manat dəyərində markasız tük təmizləyən aparat, 1 ədəd 15 manat dəyərində markasız üz qırxan aparat, 1 ədəd 130 manat dəyərində markasız ütü, 1 ədəd 50 manat dəyərində markasız saç buran aparat və 1 ədəd 70 manat dəyərində markasız saç qırxan aparatı oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 1000 manat ziyan dəymişdir. Şikayəti əsasında polisdə aparılan araşdırma zamanı oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və “Ayxan” adlı şəxsin olduğu müəyyən edilmişdir. Ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır, o, 26 aprel 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 qarşı şikayəti olmadığını, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə bağlı şikayətinin qüvvədə olduğunu göstərmişdir. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Adıçəkilən zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, “X1”nin baş redaktoru işləyir. 2021-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11 ünvanında olan ofisi icarəyə götürmüşdür. Həmin ofisə o, müxtəlif avadanlıqlar (kompyuter, fotoaparatlar, internet və s.) yerləşdirmişdir. 05 oktyabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində işini yekunlaşdırdığından ofisi bağlayaraq oradan getmişdir. 06 oktyabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində ofisə gəldikdə ofisin qabaq tərəfində olan plastik pəncərənin açıq olduğunu, içəri daxil olduqda ilkin olaraq internet modeminin naqillərinin kəsildiyini, bundan sonra modemin yerləşdiyi rəfin üzərinə baxdıqda isə orada olmadığını görmüşdür. Bundan sonra diqqətlə ofisi yoxladıqda 01 ədəd “Acer” markalı noutbuk, 01 ədəd “Fujifilm” və 01 ədəd “Fujifılm A 600” markalı fotoaparatlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal hadisə barədə ərazi aidiyyəti üzrə Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinə məlumat vermişdir. Məlumat verdikdən sonra polis əməkdaşları ofisə gələrək oraya baxış keçirmişlər. Oğurlanan 01 ədəd “Mİ” markalı modemin qiyməti 80 manat, 01 ədəd “Acer” markalı noutbukun qiyməti 1200 manat, 01 ədəd Fujifilm” markalı fotoaparatın qiyməti 1500 manat, digər 01 ədəd “Fujifılm A 600” markalı fotoaparatın qiyməti 500 manat təşkil etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır, o, 26 aprel 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlardan heç bir şikayət və tələbinin olmadığını göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Adıçəkilən zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, ünvan 3-də yerləşən “Ziyalı” məktəb və ofis ləvazimatları dükanını icarəyə götürüb işlədir. 24 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində iş yerinə gəldikdə görmüşdür ki, dükanın giriş qapısının qıfılı güclü zərbə nəticəsində itələnib açılmışdır. Dükana daxil olub yoxladıqda ona məlum olmuşdur ki, dükandan 500 manat nağd pul və 01 ədəd 800 manat dəyərində “Toshiba” markalı noutbuk oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1300 manat ziyan dəymişdir. Bundan sonra hadisə barədə DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan onu Nizami RPİ-nin 24-cü polis şöbəsinə dəvət etmişlər. 26 oktyabr 2021-ci il tarixdə isə ona məlum olmuşdur ki, həmin cinayəti Təqsirləndirilən şəxs2 Murad adlı şəxslə birlikdə törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, yaşadığı evin böyük otaqlarından birini təmir etdirib onun üçün sanitar qovşağı düzəltməklə həmin yeri bir neçə nəfərin gündəlik qalması üçün düzəltmişdir. Hər gecə bir şəxsin qalması üçün 5 manatdan alır və şəxslər bir gecə qalıb gedirlər. Həmçinin o, müxtəlif əşyalar alıb satır və bununla da ailəsinin dolanışığına köməklik edir. 2021-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bir neçə gün onlarda qalmışlar. 2021-ci ilin oktyabr ayının səhv etmirsə 6-da həmin şəxslər qalmağa gələndə ona bildirmişlər ki, özlərinə məxsus modem aparatı, noutbuk və fotoaparatlar var, onları satırlar. O, fikrində qalmayan məbləğdə pul müqabilində həmin şəxslərlə razılaşıb satdıqları əşyaları almış, sonra isə fikrində qalmayan şəxslərə satmışdır. Bundan sonrakı müddətdə Qüdrətlə Rəşad onlara gəlməmişlər. Lakin 2021-ci ilin ortalarından Murad, Təqsirləndirilən şəxs2 və Ayxan adlı şəxslə onlara gəlib qalmağa başlamışlar. 2021-ci ilin oktyabr ayının təxminən 19-da Murad, Cavid və Ayxan onlara gələndə özlərinə məxsus olduğunu dedikləri qadın gözəllik salonuna aid əşyalar satmaq istədiklərini demişlər. O, fikrində qalmayan məbləğə razılaşıb həmin əşyaları onlardan almış, sonra xatırlamadığı şəxsə satmışdır. Bundan sonra Ayxan bir daha onlara gəlməmiş, onun barəsində heç bir məlumatı da olmamışdır. 2021-ci ilin oktyabr ayının 24-də Muradla Cavid onlara gəlmişlər və özlərinə aid olduqlarını bildirdikləri noutbuku satmaq istədiklərini bildirmişlər. Yenə də fikrində qalmayan məbləğdə pul qarşılığında razılaşıb noutbuku almış, sonra isə fikrində qalmayan şəxsə satmışdır. Qeyd etdiyi əşyaların cinayət yolu ilə əldə olunmasını bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 24 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3, ekspert-kriminalistin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 3-8) - 26 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və “Ayxan” adlı şəxslə birlikdə 19 oktyabr 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs1 ilə birlikdə 24 oktyabr 2021-ci il tarixdə oğurluqları hansı qaydada həyata keçirdiklərini, hadisə yerlərini, habelə oğurladıqları əşyaları satdıqları Minayə adlı şəxsin ünvanını yerində əyani olaraq göstərmiş və ifadəsində qeyd edilənləri bir daha izah etmişdir. (İ cild i.v. 24-27) - 19 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 37-41) - 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 59) - 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 102) - 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İ cild i.v. 97- 98) - 06 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 112-116) - 27 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 06 oktyabr 2021-ci il tarixdə oğurluğu hansı qaydada həyata keçirdiklərini, hadisə yerini, habelə oğurladıqları əşyaları satdıqları Minayə adlı şəxsin ünvanını yerində əyani olaraq göstərmiş və ifadəsində qeyd edilənləri bir daha izah etmişdir. (İ cild i.v. 142-145) - 29 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 06 oktyabr 2021-ci il tarixdə oğurluğu hansı qaydada həyata keçirdiklərini, hadisə yerini əyani olaraq göstərmiş və ifadəsində qeyd edilənləri bir daha izah etmişdir. (İ cild i.v. 219- 222) - 29 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə 06 oktyabr 2021-ci il tarixdə oğurluğu hansı qaydada həyata keçirdiklərini, hadisə yerini, habelə oğurladıqları əşyaları satdıqları Minayə adlı şəxsin ünvanını yerində əyani olaraq göstərmiş və ifadəsində qeyd edilənləri bir daha izah etmişdir. (İ cild i.v. 236-238) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-daktiloskopik ekspertizasının 20 noyabr 2021-ci il tarixli 21/662R nömrəli rəyin nəticə hissəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 8 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs1 məxsus “X1”nin ofisində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri və 02 ədəd daktilopluyonka üzərində olan 07 ədəd əl-barmaq və 08 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1999-cu ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət, adsız digər əl izlərindən 10 ədədi isə xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs4 sağ əlinin ovuc (06 ədəd), şəhadət (03 ədəd) və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 01 ədəd əl-barmaq və 02 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. (İİ cild i.v. 29-39) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-daktiloskopik ekspertizasının 14 dekabr 2021-ci il tarixli 21/699R nömrəli rəyin nəticə hissəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 46B ünvanında vət. Zərərçəkmiş şəxs3 işlətdiyi “Ziyalı” məktəb və ofis ləvazimatları mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 10 ədəd kağız parçasının üzərinə yapışdırılmış 10 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 06 ədəd əl-barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1999-cu ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin orta, digər əl izlərindən 02 ədədi isə xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 03 ədəd əl-barmaq və 03 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. (İİ cild i.v. 40-49) - 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə cinayət işinin başlanılması rədd olunmuş, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11 ünvanında yerləşən “X1”nin ofisindən, ünvan 10 ünvanında yerləşən “Ziyalı” məktəb və ofis ləvazimatları dükanından götürülmüş və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əl-barmaq və ovuc izləri sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, cinayət işindən Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 15-də yerləşən “N- Studio” adlı qadın gözəllik salonundan baş vermiş oğurluq faktında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə iştirak etmiş “Ayxan” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (İİ cild i.v. 80-90) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən həmin şəxslərin barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2005-ci il tarixdə doğulmuşdur. (İ cild i.v. 14) - 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 83-84) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli tələbnamədən, hökmlərin və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş həmin azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 il 06 ay sınaq müddəti təyin olunmuş, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmış; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmünün müstəqil icra olunması qərara alınmış; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.5ci maddələrinə əsasən həmin cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmuş və üzərində qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmünün müstəqil icra olunması qərara alınmış; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində qətimkan tədbiri seçilmədiyindən hökm qanuni qüvvəyə minənədək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, onun Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 70-ci maddəsi tətbiq edilməklə barəsində tətbiq olunan cəza şərti hesab edilməklə 01 il 06 ay sınaq müddətinin təyin olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmünün müstəqil icra olunması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin olunması qaydası və müddəti dəyişdirilərək yenidən müəyyən olunmuş, hökmlə ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzaları üzrə CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilməmişdir. (İ cild i.v. 91-92) - 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 142) - 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 156-158) - 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 168) - 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 192) - 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 239-241) - 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatətinin və onunla bağlı prokurorun təqdimatının təmin olunmasından imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal azad olunmuşdur. (İ cild i.v. 281-283) - 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 284-286) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, icra məmurunun təqdimatına əsasən Kürdəmir Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay hissəsi 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 05 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi müəyyən edilmişdir. (İİ cild i.v. 3-4, 70-71) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 6) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 8) - 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, onların barələrində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduqları, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndikləri üçün, habelə, məcburi gətirilmələrinə dair qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onların haqqında axtarış elan edilmiş, barələrində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; - 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 23 may 2022-ci il tarixli ***-**** nömrəli və 3 saylı istintaq təcridxanasının 25 may 2022-ci il tarixli xx/xx-2406 nömrəli məktublarından görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs3 23 may 2022-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. - 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün, habelə, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 28 fevral 2023-cü il tarixli 3/Ə- 1742/23 nömrəli məktubundan və ona əlavə edilən 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs4 27 fevral 2023-cü il tarixdə tutulmuşdur. -Məhkəməyə təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının tibbi müayinəyə dair elektron portaldan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs3 ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü qrup əlillik dərəcəsi verilmişdir. -Məhkəməyə təqdim edilmiş MN Mərkəzi Hərbi Həkim Komissiyasının 05 aprel 2022-ci il tarixli 098 nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almış, yaralanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 ilə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Belə olan halda, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığına dair tələblər baxımından, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Kürdəmir Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması ilə bağlı məhkumluğu residiv yaratmır, ona görə həmin təqsirləndirilən şəxsə cəza təyini zamanı bu hal nəzərə alınmamalı, müstəntiqin qeyd olunan halı cinayətlərin residivi hesab edərək təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olmasına dair gəldiyi nəticə nəzərə alınmamaqla həmin müddəa ittiham aktından xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onunla barışmalarını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə yekun məhkəmə aktı çıxarılanadək 4 dəfə - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmləri ilə məhkum olunmasına münasibətdə məhkəmə qeyd edir ki, o, baxılan iş üzrə cinayət əməllərini həmin hökmlərin çıxarılmasından əvvəl törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 qarşı şikayətinin olmamasını, özünün üçüncü qrup əlil olmasını, atasının isə birinci Qarabağ müharibəsinin iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, həmin cinayətlərin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, həmin cinayətlərin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, yeni hökmlə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğuna dair qənaətə gəlindiyindən, ona Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş (baxılan iş üzrə istintaq təcridxanasında həbsdə saxlanıldığından həmin cəzanı çəkməmişdir) 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmalı, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 baxılan iş üzrə şübhəli şəxs qismində tutulmamışdır, ona görə cəza müddətlərinin hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının ona münasibətdə tətbiqi üçün əsaslar yoxdur. Lakin Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddələrinin tələbinə uyğun olaraq, həmin təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı axtarışda olan şəxs kimi tutulduğu 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən isə hesab edir ki, həmin təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir. Şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini sınaq müddətində törətmədiyindən, ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 70-ci maddəsi tətbiq edilməklə barəsində tətbiq olunan cəzanın şərti hesab edilməklə 01 il 06 ay sınaq müddətinin təyin olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü müstəqil icra edilməlidir, şərti məhkumetmə ləğv oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, həmin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, işin faktiki hallarını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 hazırkı işlə bağlı 27 oktyabr 2021-ci il tarixdən 29 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində 02 gün müddətinə tutulmuş, 27 fevral 2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulduqdan sonra hazırkı 18 may 2023-cü il tarixinədək 02 ay 21 gündür ki, həbsdə saxlanılır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 02 ay 23 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs4 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, həmin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, işin faktiki hallarını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırkı işlə bağlı 27 oktyabr 2021-ci il tarixdən 29 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində 02 gün müddətinə tutulmuş, 23 may 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulduqdan sonra hazırkı 18 may 2023-cü il tarixinədək 11 ay 25 gündür ki, həbsdə saxlanılır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 11 ay 27 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1.1, 52-1.2, Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, dəymiş ziyan ödənilməmiş və şikayətçi olan zərərçəkmiş şəxslər tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda hər hansı zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış əl-barmaq və ovuc izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə baxılan hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından, vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdiyi müddətlər üçün, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 70-ci maddəsi tətbiq edilməklə barəsində tətbiq olunan cəzanın şərti hesab edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddətinin təyin olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü müstəqil icra edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 hazırkı iş üzrə 27 oktyabr 2021-ci il tarixdən 29 oktyabr 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 27 fevral 2023-cü il tarixdən 18 may 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 21 (iyirmi bir) gün, cəmi 02 (iki) ay 23 (iyirmi üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 05 (beş) ay 16 (on altı) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə 27 oktyabr 2021-ci il tarixdən 29 oktyabr 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 23 may 2022-ci il tarixdən 18 may 2023-cü il tarixədək həbsdə olduğu 11 (on bir) ay 25 (iyirmi beş) gün, cəmi 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11 ünvanında yerləşən “X1”nin ofisindən, ünvan 10 ünvanında yerləşən “Ziyalı” məktəb və ofis ləvazimatları dükanından götürülmüş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əl-barmaq və ovuc izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 100 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 600 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 100 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 600 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs4 məhkəmə icraatı zamanı 100 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 600 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs3 məhkəmə icraatının müvafiq mərhələsində 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 120 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb edən zərərçəkmiş şəxslərin mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar