Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-8/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx xxxx 1979-cu ildə Ucar rayonunun Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il müddətinə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 1 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs4 9800 manat pulun müqabilində sonuncu və 2 nəfər ailə üzvü üçün içərisinə Qətər dövləti üzərindən gediş və qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 2022-ci ilin sentyabr ayının 7-dən 13-nə qədər olan müddətdə Maldiv Respublikasında yerləşən "X69 Fushi” hotelində “X62” da istirahət turu təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 05 iyul 2022-ci il tarixdə, saat 16:18-də "xxxx" X46 Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən filialından Zərərçəkmiş şəxs4 əri X25 tərəfindən həmin zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş 4089 0944 **** 0316 nömrəli bank kartına göndərilmiş 2000 manat, 05 iyul 2022-ci il tarixdə, saat 18:09-da Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında Zərərçəkmiş şəxs4 tərəfindən “Bank of Baku" ASC-nin “Dost Bank” mobil tətbiqindən 4089 0944 **** 0316 nömrəli bank kartına iki dəfəyə göndərilmiş müvafiq olaraq 1001 manat və 931 manat 86 qəpik, 08 iyul 2022-ci il tarixdə, saat 15:04-də Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanında Zərərçəkmiş şəxs4 tərəfindən "xxxx" ASC-nin “Dost Bank” mobil tətbiqindən 4089 0944 **** 0316 nömrəli bank kartına iki dəfə 1998 manat olmaqla 3996 manat, həmin günü saat 15:07-də eyni qaydada göndərilmiş 280 manat məbləğində pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs4, ümumilikdə 9209 manat 86 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs8 Vidadi qızına 3270 manat pulun müqabilində sonuncu və əri X26 üçün içərisinə 17 avqust 2022-ci il tarixdə ‘'Buta” Hava Yolları ilə “Heydər Əliyev" X2 Respublikasının İstanbul şəhərində yerləşən “Sabiha Gökçen" Beynəlxalq Aeroportuna, 21 avqust 2022-ci il tarixdə "X65” ilə İstanbul şəhərində yerləşən "İstanbul” X2 Respublikasının Bodrum şəhərində yerləşən "Bodrum” Aeroportuna gediş və 26 avqust 2022-ci il tarixdə “Bodrum” Aeroportundan “Azərbaycan Hava Yolları” ilə “Heydər Əliyev” Beynəlxalq Aeroportuna qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 17 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək İstanbul şəhərində yerləşən “X34” hoteldə, 21 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək isə Bodrum şəhərində yerləşən “Duja Bodrum” hotelində istirahət turu təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 2022-ci ilin iyul ayının ortalarında ünvan 5 ünvanında olan yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən “X51” MMC-nin ofisində 1000 manat, 26 iyul 2022-ci il tarixdə həmin ofisdə 2270 mənat məbləğində pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək zərərçəkmış şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 3270 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə "X51” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs1 3270 manat pulun müqabilində sonuncu və əri X13 üçün içərisinə 17 avqust 2022-ci il tarixdə “Buta” Hava Yolları ilə “Heydər Əliyev” X2 Respublikasının İstanbul şəhərində yerləşən “Sabiha Gökçen” Beynəlxalq Aeroportuna, 21 avqust 2022-ci il tarixdə “X65” ilə İstanbul şəhərində yerləşən “İstanbul" X2 Respublikasının Bodrum şəhərində yerləşən “Bodrum” Aeroportuna gediş və 26 avqust 2022-ci il tarixdə "Bodrum" Aeroportundan “Azərbaycan Hava Yolları” ilə “Heydər Əliyev" Beynəlxalq Aeroportuna qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 17 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək İstanbul şəhərində yerləşən "X34” adlanan hoteldə, 21 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək isə Bodrum şəhərində yerləşən “Duja Bodrum" hotelində istirahət turu təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 2022-ci ilin iyul ayının ortalarında ünvan 6 ünvanında olan yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən “X51" MMC-nin ofisində 1000 manat, 26 iyul 2022-ci il tarixdə həmin ofisdə 2270 manat məbləğində pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə öz qulluq mövqeyindən istfadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3270 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs5 4000 manat pulun müqabilində sonuncu və 2 nəfər ailə üzvü üçün içərisinə Türkiyə Respublikasının İstanbul şəhərində gediş və qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 2022-ci ilin avqust ayının 29-dan sentyabr ayının 5-nə qədər olan müddətdə İstanbul şəhərində yerləşən “Rast" otelində istirahət turu təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 17 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "Seabreeza” otelində "milli ön" ödəmə terminalından Təqsirləndirilən şəxs istifadəsində olmuş 5442 9055 ****6328 nömrəli bank kartına göndərilmiş 2500 manat, 18 avqust 2022-ci il tarixdə saat 12:50-da Bakı şəhəri Binəqədi rayonu Mehmandarov və Axundov küçələrinin kəsişməsində yerləşən “24 saat” marketdə olan "e-manat” ödəmə terminalından Təqsirləndirilən şəxs istifadəsində olmuş 5442 9055 ****6328 nömrəli bank kartına göndərilmiş 1500 manat məbləğində pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs7 3000 manat pulun müqabilində sonuncu və 2 nəfər ailə üzvü üçün X16 Dubay şəhərində gediş və qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 2023-cü ilin fevral ayının 9-dan 14-nə qədər olan müddətdə Dubay “X54 Hotel and Tower” otelində istirahət turu təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 03 sentyabr 2022-ci il tarixdə ünvan 7 ünvanında “Rabitə Bank" mobil bank tətbiqindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 5442 9055 ****6328 nömrəli bank kartına göndərilmiş 2600 manat, 05 sentyabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Yasəmən" marketdə olan “e-manat” ödəmə terminalından 5442 9055 * * * ' 6328 nömrəli bank kartına göndərilmiş 400 manat məbləğində pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs7 850 manat pulun müqabilində sonuncunun əri Şahid6 Müharib oğlu üçün X16 Dubay şəhərinə gediş və qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 2023-ci ilin fevral ayının 9-dan 14-nə qədər olan müddətdə Dubay şəhərində yerləşən “Land Mark" otelində istirahət turu təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 06 sentyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “Həmidli” marketdə olan “e-manat” ödəmə terminalından 5442 9055 ****6328 nömrəli bank kartına göndərilmiş 800 manat, 07 sentyabr 2022-ci il tarixdə ünvan 7 ünvanında “Rabitə Bank” mobil bank tətbiqindən 5442 9055 **** 6328 nömrəli bank kartına göndərilmiş 50 manat məbləğində pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 850 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs6 1877 manat pulun müqabilində sonuncu və 3 nəfər ailə üzvü, həmçinin ailəvi dostu Uğur Yıldırım və onun 2 nəfər ailə üzvü üçün içərisinə Bakı-Tbilisi gediş və qayıdış aviabiletləri, 28 dekabr 2022-ci il tarixdən 04 yanvar 2023-cü il tarixə kimi olan müddət ərzində Gürcüstanın Tbilisi şəhərində yerləşən “Roze Garden" otelində bir gün, 29 dekabr 2022-ci il tarixdə Tbilisidən Batumi şəhərinə gediş və geri dönüş avtobus transferi və 29 dekabr 2022-ci il tarixdən 04 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Batumi şəhəri, Bakuriani bölgəsində “Crystal Resort" otelində istirahət, gediş və qayıdış aviabiletləri daxil olan turu təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 26 sentyabr 2022-ci il tarixdə, saat 20:22-də istifadəsində olan 5442 9055 **** 6328 nömrəli bank kartına göndərilmiş 970 manat, həmin günü saat 20:33-də həmin bank kartına 690 manat, 2022-ci ilin sentyabr ayının sonlarında ünvan 10 ünvanda "Avrasiya” klinikasının qarşısında cinayətə aidiyyəti olmayan Şahid6 Müharib oğlunun vasitəsilə 217 manat məbləğində pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 1877 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs7 1090 manat pulun müqabilində sonuncu və 3 nəfər ailə üzvü üçün içərisinə 28 dekabr 2022-ci il tarixdən 04 yanvar 2023-cü il tarixə kimi olan müddət ərzində Gürcüstanın Tbilisi şəhərində yerləşən “Roze Garden” otelində bir gün, 29 dekabr 2022-ci il tarixdə Tbilisidən Batumi şəhərinə gediş və geri dönüş avtobus transferi və 29 dekabr 2022-ci il tarixdən 04 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Batumi şəhəri Bakuriani bölgəsində “Crystal Resort” otelində istirahət daxil olan turu təşkil edəcəyinə və həmin oteldə yeni il gecəsi təşkil olunacaq əyləncə proqramına bilet alacağına dair qabaqcadan yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının ortalarında ünvan 11 ünvanında yerləşən "Həmidli” marketin qarşısında cinayətə aidiyyəti olmayan Şahid6 Müharib oğlunun vasitəsilə 613 manat, 2022-ci ilin sentyabr ayının sonlarında ünvan 10 ünvanda "Avrasiya” klinikasının qarşısında Şahid6 vasitəsilə 477 manat, 06 oktyabr 2022-ci il tarixdə ünvan 7 ünvanında Şahid6 istifadəsində olan 5505 78 ****** 4499 nömrəli bank kartından Aynurə Quliyevanın istifadəsində olan 5442 9055 ****6328 nömrəli bank kartına göndərilmiş 460 manat məbləğində pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 1550 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs2 760 manat pulun qarşılığında əri Həmid Məhdəvi və oğlu X59 İslam Respublikasından Azərbaycan Respublikasına gəliş aviabiletlərini təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 13 oktyabr 2022-ci il tarixdə ünvan 12 ünvanında 760 manat məbləğində pulu alıb öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs2 760 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs3 1500 manat pulun müqabilində sonuncu və dostu Şahid2 üçün içərisinə X16 Dubay şəhərində gediş və qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 2022-ci ilin noyabr ayının 8-dən 12-nə qədər olan müddətdə Dubay şəhərində yerləşən “Land Mark” otelində istirahət turu təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 16 oktyabr 2022-ci il tarixdə ünvan 13 ünvanında yerləşən “Army” marketdə olan “e-manat” ödəmə terminalından Təqsirləndirilən şəxs istifadəsində olmuş 5243 7544 **** 4220 nömrəli bank kartına göndərilmiş 1000 manat, həmin günü Zərərçəkmiş şəxs3 xahişi əsasında dostu cinayətə aidiyyəti olmayan Şahid2 "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin 5103 0714 **** 7390 nömrəli bank kartından həmin 5243 7544 **** 4220 nömrəli bank kartına göndərilmiş 500 manat məbləğində pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə “X51” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu müddətdə öz qulluq mövqeyindən istifadə edərək müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs3 700 manat pulun müqabilində dostu Şahid3 üçün içərisinə X16 Dubay şəhərinə gediş və qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 2022-ci ilin noyabr ayının 8-dən 12-nə qədər olan müddətdə Dubay şəhərində yerləşən "Land Mark”: otelində istirahət turu təşkil edəcəyinə dair qabaqcadan yalan vəd verib aldadaraq 17 oktyabr 2022-ci il tarixdə ünvan 14 ünvanında cinayətə aidiyyəti olmayan şəxsin 4169 73** **** 6784 nömrəli bank kartından Təqsirləndirilən şəxs istifadəsində olmuş 5243 7544 **** 4220 nömrəli bank kartına göndərilmiş 700 manat məbləğində pulu alıb öz qulluq mövqeyindən istifadə edib qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs3 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Zərərçəkmiş şəxslər o, 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən şikayət vermişlər. Həbsdə olduğuna görə onların işini başa çatdıra bilməmişdir. Azadlıqda olarsa, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilər. Əməlindən peşmandır. Məhkəmədən cəza təyin edilərkən himayəsində yetkinlik yaşına çatmayan övladının olmasının, övladını tək böyütməsinin, valideynlərinin olmamasının, ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, dindirildiyi cinayət işi üzrə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilmişdir. Həmin cinayət işi üzrə ondan şikayət etmiş zərərçəkmiş şəxslərin şikayətləri ilə tanış olmuşdur. Himayəsində xəstə 13 yaşlı övladı var, özü 2019cu ildən “X51” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və direktorudur, şirkətinin yeganə işçisi özü olmuş, əvvəllər həmin turizm şirkətini normal işlədə bilsə də, sonradan maddi ehtiyaclarını ödəyə bilməmiş və məcbur müştərilərə sifariş verdiyi turları onların xəbəri olmadan geri sifariş verərək pullarını etibarlarından sui-istifadə edərək ələ keçirmişdir. Bu əməlindən peşmandır, artıq islah olunduğunu düşünür, bir daha insanları aldatmayacaqdır. O, ***-***-**-**, ***-***-**-** mobil nömrələrini istifadə etmişdir və turizm ilə bağlı tur sifariş vermək istəyən şəxslər həmin mobil nömrə vasitəsi ilə onunla əlaqə saxlamışlar. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs3 şikayəti ilə razıdır. 2022-ci ilin oktyabr ayının ortalarında Röyyal zəng edib iki nəfər üçün 2022-ci ilin noyabr ayına 5 günlük X16 Dubay şəhərində istirahətin təşkili ilə bağlı müraciət etmiş, o da hər bir adama 750 manat olmaqla ümumilikdə 1500 manat pulun müqabilində Röyyal və qohumu olan adı hazırda yadında qalmayan digər şəxsə noyabr ayının əvvəllərində olan tarixlərə gediş və qayıdış aviabiletləri, viza, sığorta daxil X16 Dubay şəhərində yerləşən üç ulduzlu “Land Mark” hotelində beş gün müddətinə düşən istirahət paketi təşkil edə biləcəyini bildirmişdir. Röyyal onunla razılaşmışdır. Röyyal ona 1000 manat pulunun olduğunu bildirib, “WhatsApp" ani mesajlaşma proqramı vasitəsi ilə üzərində öz "xxxx" Kommersiya Bankına aid olan bank kartının fotosunu Röyyala göndərmişdir ki, pulu həmin karta göndərsin və Röyyaldan ona inanması üçün ümumvətəndaş pasportlarının şəkillərini istəmişdir. Bu hadisə günü və yaxud bir neçə gün sonra Röyyal ona göndərdiyi bank kartına 1000 manat pulu göndərmişdir. Röyyalın 1000 manat pulu ona göndərdiyi gün yenidən 500 manatı da göndərməsini bildirmiş, Röyyal da, onun dediyi kimi həmin bank kartına əlavə 500 manat pul göndərmişdir. Bu hadisədən qısa müddət keçmiş, Röyyal onunla yenidən əlaqə saxlayaraq başqa bir hazırda adı yadında qalmayan dostunun da getmək istədiyini və həmin şəxsə də eyni qiymətə istirahət turu təşkil edib-etməyəcəyini soruşmuşdur. O, Röyyala vəd vermişdir ki, heç bir problem yoxdur, 700 manat əlavə ödəniş edərsə həmin şəxs üçün də, yəni Röyyalla bərabər getmək üçün qeyd etdiyi şəxsə tur təşkil edə biləcəyini və Röyyaldan həmin şəxsin də pasportunun şəklini və 700 manat pulu ona göndərməsini bildirmişdir. Bu hadisədən 1 və ya 2 gün sonra Röyyal ona birlikdə getmək istədiyi digər şəxsin pasportunun şəklini və bank kartına 700 manat pul göndərmişdir. Ümumilikdə Röyyal ona özü və iki nəfər digər şəxs üçün 2200 manat pulu tur paket üçün vermiş olmuşdur. Röyyal ona pulu verdikdən sonra söz vermişdir ki, guya 2-3 gün ərzində ona vizaları, aviabiletlərin elektron versiyasını və qalacaqları otelin rezerv və qabaqcadan ödəniş edilməsi barədə olan sənədləri ona göndərəcəkdir. Lakin Röyyalın pulunu öz şəxsi ehtiyaclarına sərf etmiş, Röyyal ona nə qədər zəng etsədə zənglərinə cavab verməmiş, yayınmışdır. Röyyaldan 2200 manat pul alsa da heç bir aviabilet və ya otel sifarişi verməmiş, viza üçün müraciət hazırlamamış, etdiyi hərəkətdən peşmandır. Zərərçəkmiş şəxs4 şikayəti ilə bağlı bildirmişdir ki, turizm fəaliyyətini, həm də reklamı genişləndirmək məqsədilə, “instagram” sosial şəbəkəsində “aviareys.az" adlı səhifəsində istirahət turlarını reklam etmişdir. Dəqiq tarixi yadında qalmamışdır, 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs4 sosial şəbəkədən ona yazaraq Maldiv adalarında istirahət turları ilə maraqlanmış, daha sonra söhbəti mobil telefon və “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə davam etdirmişlər. Gültac ondan Maldiv adalarındakı “X69 Fushi" hotelində dincəlmək istədiyini və həmin hotelin qiymətini deməyini xahiş etmişdir. Ümumilikdə 9800 manat pulun müqabilində Gültac və ailə üzvləri olan daha iki nəfərə Qətər dövləti üzərindən gediş və qayıdış aviabiletləri, sığorta, transfer daxil Maldiv Respublikasında yerləşən “X69 Fushi” hotelində istirahət etmələri üçün tur paket təşkil edə biləcəyini bildirib, razı olduğu halda qabaqcadan pulun yarı məbləği olan 4900 manatı istəmişdir. Həmin zaman Gültac onunla razılaşmış və ona tanışı Şahid4 bank kartının şəklini göndərmişdir ki, Gültac pulu ora göndərsin. Bir və ya iki günün içərisində Gültac Ceyranın kartına onun istədiyi məbləği göndərmişdir. Yadında qaldığı qədər pul 4900 manatdan bir az artıq olmuşdur. Bundan sonra o, Gültacdan tura gedəcək ailə üzvlərinin pasportlarının şəkillərini çəkib ona göndərməsini bildirmişdir. Növbəti günlərdə isə Gültacda qalan məbləği göndərməsini, artıq göndərdiyi pul məbləğinin aviabilet, otel rezervi üçün sərf edildiyini və qalan ödənişlərin tamamlanması üçün məbləği tam göndərməsini demişdir. Gültac bundan sonra o, deyən kimi etmiş və ümumilikdə ona 9209 manat 86 qəpik pulu dediyi karta göndərmişdir. Gültac ondan daima tur paketinə aid sənədləri istəmiş, lakin o, zamanı uzatmış və daima vaxt qazanmaq üçün müxtəlif bəhanələr gətirmişdir. Daha sonra həqiqətə uyğun olmayan xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə “X69 Fushi” hotelində “X62”da istirahətin təşkili ilə bağlı hotel reservasiyası ilə əlaqədar bir vərəqədən ibarət servis vauçerindən çıxarışın fotoşəklini Gültaca göndərmişdir. Gültac sonra ona zəng edərək onu aldatdığını bildirib pulunu geri tələb etmişdir. O, yenə Gültaca yalan vəd verib söz verdiyi turu təşkil edəcəyini bildirmişdir. Lakin həmin pulu ehtiyaclarına sərf etdiyi üçün vədlərini yerinə yetirə bilməmişdir. 22 avqust 2022-ci il tarixdə Gültac onunla əlaqə saxlayaraq ofisinin qarşısında olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. O, səliqəsiz vəziyyətdə olduğu üçün görüşə bilməyəcəyini, Aminə adlı rəfiqəsindən biletləri, rezervasiya sənədini və sığorta sənədlərini göndərəcəyini demişdir. Şahid1 zəng edərək ondan bəzi sənədləri müştəriyə çatdırmağı xahiş etmişdir. Aminə də taksi ilə Ayna Sultanovanın heykəlinin yaxınlığına aparacağı halda xahişi yerinə yetirəcəyini demişdir. 15-20 dəqiqə sonra Aminədən aviabiletləri, rezervasiya sənədini və sığorta sənədlərini Gültaca göndərmişdir. Aminə “Bravo” supermarketin yaxınlığında Gültacla görüşüb sənədləri ona verdikdən sonra geri qayıtmış və birlikdə taksi ilə Ayna Sultanovanın heykəli tərəfə yola düşmüşlər. Həmin ünvanda Aminə düşüb getdikdən sonra Gültac ona yaxınlaşıb öz avtomobilinə dəvət etmişdir. Avtomobildə söhbət edərkən bilet almadığını, oteldə yer rezervasiya etdirmədiyini etiraf etmiş və ona vədini yaxın zamanda yerinə yetirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs7 şikayət ərizəsi ilə bağlı ifadəsində bildirmişdir ki, Günelin dedikləri həqiqətdir. Belə ki, Güneli Araz adlı başqa müştərinin vasitəsilə tanımışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində Günel zəng edərək 2023-cü ilin fevral ayına Dubayda “X54 Hotel və Towers” hotelinə bir həftəlik 3 nəfərin qalacağı otel otağı, gediş-qayıdış aviabiletləri, sığorta ilə birlikdə tur paketi təşkil etməsini xahiş etmişdir. Güneldən bunun üçün 3000 manat pul istəmişdir. Günelə vəd vermişdir ki, 3000 manat qarşılığında 09 fevral 2023-cü il tarixə gediş və 14 fevral 2023-cü il tarixinə qayıdış aviabiletləri, sığorta, transfer daxil X16 Dubay şəhərində yerləşən beş ulduzlu “X54 Hotel və Towers” hotelində bir həftəlik istirahət turunu təşkil etmək vədi əsasında Günelə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi bank kartına ümumilikdə 3000 manat pul göndərmişdir. Həmçinin Güneldən özü və iki övladının pasportlarının fotolarını çəkib ona göndərməsini xahiş etmişdir. Günel pulu ona 2022-ci ilin sentyabr ayının əvvəllərində iki dəfəyə olmaqla yəni 2600 manat və 400 manat olmaqla göndərmişdir. Bu hadisədən 3-4 gün sonra Günel ona zəng edərək planının dəyişdiyini, özü ilə birlikdə ərinin də gələcəyini və onun üçün də eyni qaydada Dubaya getməsi və qalması üçün eyni turu təşkil etməsini bildirmiş, o, bunun üçün əlavə 850 manat pul istəmişdir. Günel heç bir problem olmadığını bildirib ona əlavə olaraq 850 manat pulu əri üçün də göndərəcəyini demiş, bu hadisədən 2-3 gün sonra isə Günel iki dəfəyə olmaqla bank kartına 850 manat pulu göndərmişdir. Bu hadisədən bir müddət sonra Günel ona zəng edərək özünün ailə üzvləri daxil olmaqla ümumilikdə 5 ailədən ibarət olan 16 nəfər üçün 28 dekabr 2022-ci il tarixdən 04 yanvar 2023-cü il tarixədək aviabilet daxil olmaqla Gürcüstan Respublikasında hotellərin birində istirahət təşkil etməsini xahiş etmişdir. Burada isə Günel öz ailə üzvləri üçün aviabilet istəmədiyini, biletləri özünün aldığını demişdir. O, Günel ilə danışıq zamanı özü və dediyi digər şəxslərə Bakıdan Tbilisi şəhərinə gediş və qayıdış aviabiletləri, sığorta, Tbilisi şəhərində yerləşən dörd ulduzlu “Roze Garden” hotelində bir gün qalmaq, 29 dekabr 2022-ci il tarixdə Tbilisidən Batumi şəhərinə gediş və istirahətdən sonra Tbilisiyə geri dönüş avtobus transferi daxil olan müddət ərzində Batumi şəhərində Bakurianı bölgəsində yerləşən “Cristal Resort” dörd ulduzlu hotelində istirahət təşkil edə biləcəyini bildirmişdir. Günelin tanışları, ailə dostları olan şəxslərin hər biri üçün qiymət müəyyən etmiş, X27 və onun ailə üzvləri üçün 1877 manat, X7 ailə üzvləri üçün 783 manat, X10 təklikdə 430 manata, Günelin ailə üzvləri üçün isə 1090 manat pulun müqabilində söz verdiyi Gürcüstan istirahət turunu təşkil edəcəyinə vəd vermişdir. Yenə də, həmişə istifadə etdiyi metoddan istifadə edərək Güneli tez tələsdirmişdir ki, təcili pulları ödəmək lazımdır, yoxsa qiymətlər qısa müddətdən sonra bu qiymətə olmayacaqdır. Guya görünüş yaratmışdır ki, kompüter qarşısında hansısa qiymətlərə baxır, adətən isə qiymətləri bazar qiymətindən aşağı deyirmiş ki, pulu əldə edə bilsin. Ümumilikdə bu qeyd etdiyi tur paket üçün Güneldən 4180 manat pul istəyib, əvvəl pul göndərdiyi bank kartına pulları göndərməsini bildirmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında Günelin əri ünvan 11 ünvanının qarşısında, “Həmidli’’ marketinin yaxınlığında onunla görüşmüş və ona Gürcüstan turu üçün ilkin olaraq 613 manat pul vermişdir. 2022ci ilin sentyabr ayının sonlarında yenə Günelin yoldaşı onunla ünvan 15 ünvanda yerləşən “Avrasiya” klinikasının qarşısında görüşüb Kəmalənin ailəsi üçün nəzərdə tutulmuş 783 manat, Sevinc üçün 430 manat, öz ailəsi üçün istirahət pulunun qalığı olan 477 manat pul olmaqla ümumilikdə 1690 manat pulu əlbəəl vermişdir. Həmin zaman o, Günelin ərinə “xx.xx.2022 X35 Crystal Resort 5 otaq : 29-02 Ry. ödəndi səhər yeməyi 1693 970 690.” söz və rəqəmlərini yazdığı ******* nömrəli qaimə fakturasını təqdim etmişdir. Həmin qaimənin üzərində onun imzası olmuşdur. O, qaiməni ona görə Günelin ərinə vermişdir ki, ona qarşı inam yaransın və Rafizin qalan pulunu da ona verməsi üçün heç bir şübhə qalmasın. 2022-ci ilin oktyabr ayının əvvəllərində Günelə zəng edib bildirmişdir ki, Gürcüstanda olan və qalacaqları “Cristal Resort” hotelində yeni il gecəsində möhtəşəm şou olacaqdır, həmin şou ilə bağlı əlavə olaraq ümumilikdə 460 manat ödəniş etməli olduğunu demişdir. Günel əlavə olaraq onun bank kartına 460 manat pul göndərmişdir. Güneldən onun ailə üzvləri üçün Gürcüstan turu adı ilə nəticə etibarı ilə 1550 manat pul almışdır. Bir müddətdən sonra o, hazırda cəza çəkdiyi işlə bağlı həbs olunmuşdur. Zərərçəkmiş şəxs6 şikayət ərizəsi ilə tanış olaraq Rafisin dediklərinin həqiqət olduğunu bildirmişdir. Belə ki, Günel və digər onun tanışları olan şəxslər üçün Gürcüstana tur təşkil etməyi vəd vermişdir. Günelin tanışlarından biri də Rafis olmuşdur. Günelin digər ailə dostları olan Kəmalə və Sevincin pulunu Günelin özündən almışdır. Zərərçəkmiş şəxs6 və onunla birlikdə gedəcək ailə üzvləri və ailəvi dostları olan şəxslər üçün 28 dekabr 2022-ci il tarixdən 04 yanvar 2023-cü il tarixədək aviabilet daxil olan Bakıdan Tbilisi şəhərinə gediş və qayıdış aviabiletləri, sığorta, Tbilisi şəhərində yerləşən dörd ulduzlu “Roze Garden” hotelində bir gün qalmaq, 29 dekabr 2022-ci il tarixdə Tbilisidən Batumi şəhərinə gediş və istirahətdən sonra Tbilisiyə geri dönüş avtobus transferi daxil olan müddət ərzində Batumi şəhərində Bakurianı bölgəsində yerləşən “Crystal Resort” dörd ulduzlu otelində istirahət paketi təşkil etmək üçün Rafisdən 1877 manat pul istəmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında Rafis "WhatsApp”ına birlikdə gedəcəyi şəxslərin pasportlarını göndərmişdir. O, Rafisə özünə məxsus olan və digər zərərçəkmiş şəxslərə göndərdiyi 5482 9055 5507 6328 nömrəli bank kartına pulu göndərməsini bildirmişdir. Həmin zaman Rafis bir neçə dəfəyə ona qeyd etdiyi kart hesabına 1660 manat pul göndərmişdir. Bundan sonra o, Günelin əri ilə görüşən zaman qeyd etdiyi tur paketə daxil olan, əslində isə həqiqətə uyğun olmayan sənədləri vermişdir. Bundan sonra Rafis də, qalan 217 manat pulu yenə onun bank kartı hesabına göndərmişdir. Rafisdən ailəsi və ailəvi dost olduğu şəxsləri Gürcüstana istirahət turu təşkil etmək adı ilə 1877 manat pul əldə etmişdir. Zərərçəkmiş şəxs5 barəsində etdiyi şikayət ilə tanış olaraq onun dedikləri ilə razı olduğunu bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs5 2018-ci ildən tanıyır, normal qaydada işləyən zamanlar daimi müştərisi olmuşdur. O, da daima müştərilərinə endirimlər olduğu zaman “sms" xəbərdarlıqlar göndərmişdir. 2022-ci ilin avqust ayının ortalarında Vasifə göndərdiyi reklam xarakterli sms ilə bağlı olaraq onunla əlaqə saxlayıb Türkiyənin İstanbul şəhərinə getmək istədiyini bildirmişdir. Bundan sonra Vasifə içərisinə gediş-qayıdış aviabiletləri, sığorta daxil Türkiyənin İstanbul şəhərində yerləşən 4 ulduzlu “Rast” adlanan hoteldə bir həftəlik (7 gecə, 8 gün) istirahəti ümumilikdə 4000 manat pulun qarşılığında özü və ailə üzvləri üçün təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra Vasif onun bank kartı olan 5482 XXXX XXXX 6328 nömrəli karta 17 avqust və 18 avqust 2022-ci il tarixlərdə bir neçə dəfəyə olmaqla ümumilikdə 4000 manat pul göndərmişdir. O, Vasif üçün tura daxil olan aviabilet və oteli rezerv etsə də, pulunu ödəməmiş və həmin pul məbləğini şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddətdən sonra Vasifə rezerv üçün olan çıxarışları göndərmiş, Vasif ona inanmışdır. Uçuş günü Vasifə etiraf etmişdir ki, biletləri yoxdur, getməsinlər, pullarını qaytaracaqdır. Aldığı pulun 2500 manatı aviabilet, 1500 manatı isə oteldə qalmaq adı ilə olmuşdur. Zərərçəkmiş şəxs8 Vidadi qızının şikayət ərizəsi ilə tanış olaraq onun dedikləri ilə razı olduğunu bildirmişdir. 2022-ci ilin iyul ayında Aysel onunla "aviareys.az" adlı “instagram” sosial şəbəkəsində olan səhifəsi vasitəsilə əlaqə yaradıb ondan Türkiyədə özü daxil olmaqla İstanbul və Bodrum şəhərlərində istirahət turları ilə maraqlanmışdır. O da Ayselə 2022-ci ilin avqust ayının ikinci yarısında 4 gün İstanbul şəhərində, daha sonra 5 gün də Bodrum şəhərində hoteldə istirahət üçün aviabilet, sığorta, transfer və digər xidmətlər daxil olmaqla ümumilikdə 6540 manat pul verməli olduğunu demişdir. Aysel hazırda pulunun az olduğunu dedikdə ilkin olaraq heç olmasa pulun üçdə birini ona göndərməsini xahiş etmişdir. Nəticədə Aysel özü, əri və rəfiqəsi Ülkər, Ülkərin əri daxil olmaqla ümumilikdə 4 nəfər üçün 17 avqust 2022-ci il tarixə “Buta" Hava Yolları ilə Bakı şəhərində yerləşən "Heydər Əliyev" X1 Respublikasının İstanbul şəhərində yerləşən “Sabiha Gökçen” Beynəlxalq Aeroportuna, 21 avqust 2022-ci il tarixdə də “X65” ilə “İstanbul” Beynəlxalq Aeroportundan “Bodrum” Aeroportuna gediş və 26 avqust 2022-cı il tarixdə isə oradan “Heydər Əliyev” Beynəlxalq Aeroportuna qayıdış aviabiletləri, sığorta, daxili transfer daxil, İstanbul şəhərində yerləşən 3 ulduzlu, “X34” adlanan hoteldə, 21 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək isə Bodrum şəhərində yerləşən 5 ulduzlu “Duja Bodrum” hotelində qalmaq daxil olan istirahət turunu seçmişdir. Bundan sonra o, Ayseldən pasportların şəklini istəmişdir. 2022-ci ilin iyul ayında həmin zamanlar turizm şirkətinin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, "Azadlıq" metrostansiyasının yaxınlığında olan ofisə Aysel və Ülkər gəlmişdir, qeyd etdiyi tur paketi üçün ilkin olaraq hər biri 1000 manat olmaqla ümumilikdə 2000 manat pul vermişlər. Bundan təxminən bir həftə sonra Aysel onunla əlaqə saxlayıb qalan pul məbləğini də, Ülkər ilə birlikdə gəlib ödəmək istədiklərini bildirmişdir. Həmin zaman o, ofisini ünvan 16 ünvanına köçürmüşdür. Həmin ofisdə Aysel və Ülkər hər biri 2270 manat olmaqla ümumilikdə 4540 manat pulu ona vermişlər. O, Aysel və Ülkəri arxayın etmişdir ki, bütün sənədlər qaydasındadır, yalnız rezervasiya edilmiş çek və aviabilet sənədlərini vermiş, halbuki, həmin sənədlərlə bağlı heç bir pulu ödəməmişdir. Artıq vəd verdiyi tur paketi üçün 6540 manat pulu Aysel və Ülkərdən almış, 2022-ci ilin avqust ayının əvvəllərində Ülkərə zəng edərək yadında qalmayan bir bəhanə gətirib 3000 manat borca pul istəmiş və pulunu bir həftə ərzində üzərində 300 manat əlavə olmaqla qaytaracağını bildirmişdir. Bu hadisədən bir gün sonra Aysel Ülkər ilə ofisə gəlmiş, orada Aysel 3000 manat pulu sayıb vermişdir. Bundan bir neçə gün sonra yenə Ayseldən uşağının xəstə olması və müalicəsinə pul lazım olmasını bildirib əlavə 2000 manat borca istəmiş, Ayselin yaşadığı Xırdalan qəsəbəsində yerləşən ünvana gedib ondan 2000 manat borca pulu almışdır. Növbəti günlərdə Ayseldən borca götürdüyü 5000 manat pulu tamamilə özünə qaytarmışdır. X23 və Bodrum şəhərlərinə istirahət turu təşkil etmək adı ilə Aysel və Ülkərdən hər birindən 3270 manat olmaqla ümumilikdə 6540 manat puldan heç nə qaytarmamışdır. Ayselə turun zamanı gəldiyi zaman müxtəlif bəhanələr gətirmiş, nəticədə Aysel onu aldatdığını anlamışdır. Zərərçəkmiş şəxs1 barəsində etdiyi müraciətlə bağlı Ülkərin pulunu ələ keçirməyi ilə bağlı hadisəni Zərərçəkmiş şəxs8 epizodu üzrə verdiyi ifadəsində bildirmişdir. Zərərçəkmiş şəxs2 ərizəsi ilə tanış olaraq dediklərinin həqiqət olduğunu bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 onu sosial şəbəkə vasitəsi ilə tanımışdır. 2022-ci ilin oktyabr ayının ortalarında Sevinc ondan İran İslam Respublikasından iki nəfər üçün bilet sifarişi vermişdir. Sevincdən bunun üçün həmin zaman Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində görüşüb 760 manat pul almışdır. Yadında qaldığı qədər Zərərçəkmiş şəxs2 oğlu və əri üçün İrandan Bakıya aviabilet sifariş vermişdir. O, biletləri rezerv (bron) etmiş, lakin sonradan biletin qiyməti bahalaşmış və o, bir neçə gün sonra həbs olunmuşdur. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, Afiq adlı şəxs onun müştərisi olmuşdur, hadisədə heç bir rolu olmamışdır, bütün hadisələri tək törətmişdir, Şahid4 və ya qeyrisinin cinayət hadisələrini törədərkən köməkliyi olmamışdır. Ceyran elə bilmişdir ki, bütün işləri qaydasındadır. O, Ceyranın kartından ona görə istifadə etmişdir ki, vergi tutulması olmasın. “Vector Travel” onun işlədiyi partnyor şirkət olmuşdur. Şahid1 ofisində təmizlik işlərinə baxmışdır, kasıb adamdır, heç bir günahı olmamışdır, etdiyi əməllərdə heç biri rolu olmamışdır. Ola bilsin xahiş etmişdir ki, filan sənədi apar ver, o, heç mahiyyətini bilməmişdir ki, nə edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində ailəvi olaraq qərara gəlmişdir ki, həmin ilin sentyabr ayında bir həftəlik Maldiv adalarında istirahətə getsin. Ona görə həmin istirahətin təşkili ilə bağlı turistik şirkətlərlə maraqlanmağa başlamışdır. Həmin vaxtı sosial şəbəkələrdə blogerlik edən X19 adlı qohumu Aynuru ona məsləhət etmişdir. Həmin Aynur başqa turizm şirkətlərindən ucuz qiymətə turistik istirahət paketləri təklif edirdi. O, bundan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərində Maldiv adalarında turistik istirahətin təşkili ilə bağlı müraciət etmişdir. Təqsirləndirilən şəxs 9800 manat pulun müqabilində ona və 2 nəfər ailə üzvü üçün içərisinə Qətər dövləti üzərindən gediş və qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 2022-ci ilin sentyabr ayının 7-dən 13-nə qədər olan müddətdə Maldiv Respublikasında yerləşən "X69 Fushi” hotelində “X62” da istirahət turu təşkil edəcəyinə dair vəd vermişdir. 05 iyul 2022-ci il tarixdə, saat 16:18-də "xxxx" X46 Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən filialından həyat yoldaşı X25 tərəfindən həmin zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş bank kartına 2000 manat göndərilmiş, 05 iyul 2022-ci il tarixdə, saat 18:09-da Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında onun tərəfindən “Bank of Baku" ASC-nin “Dost Bank” mobil tətbiqindən bank kartına iki dəfəyə müvafiq olaraq 1001 manat və 931 manat 86 qəpik göndərilmiş, 08 iyul 2022-ci il tarixdə, saat 15:04-də Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında onun tərəfindən "xxxx" ASC-nin “Dost Bank” mobil tətbiqindən bank kartına iki dəfə 1998 manat olmaqla, 3996 manat, həmin günü saat 15:07-də eyni qaydada 280 manat məbləğində pul göndərilmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 9209 manat 86 qəpik məbləğində maddi ziyan vurmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Vidadi qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 rəfiqəsidir bundan əlavə Ülkər qonşuluqda yaşayır. 2022-ci ilin iyul ayının ortalarında o, əri, rəfiqəsi Zərərçəkmiş şəxs1 və sonuncunun əri qərara gəlmişlər ki, həmin ilin avqust ayının ikinci yarısında X4 və Bodrum şəhərlərində istirahətə yollasınlar. Buna görə internetdə turizm işləri ilə məşğul olan şirkətlərlə maraqlandıqda diqqətini “AVİARESY.AZ” şirkətinin elanı cəlb etmişdir. Bir neçə turizm şirkətinə, o cümlədən həmin “AVİARESYAZ” şirkətinə müraciət etmişdir. Belə ki, 2022- ci ilin iyul ayının ortalarında “İnstagram” sosial şəbəkəsində “AVİAREYS.AZ” səhifəsində turistik istirahətlərin, aviabiletlərin təşkili ilə bağlı reklam yerləşdirmiş, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs telefon nömrəsinə zəng etməklə Türkiyədə 4 nəfərin istirahəti ilə bağlı müraciət etmişdir. Təqsirləndirilən şəxs 3270 manat pulun müqabilində o və əri X26 üçün içərisinə 17 avqust 2022-ci il tarixdə ‘'Buta” Hava Yolları ilə “Heydər Əliyev" X2 Respublikasının İstanbul şəhərində yerləşən “Sabiha Gökçen" Beynəlxalq Aeroportuna, 21 avqust 2022-ci il tarixdə "X65” ilə İstanbul şəhərində yerləşən "İstanbul” X2 Respublikasının Bodrum şəhərində yerləşən "Bodrum” Aeroportuna gediş və 26 avqust 2022-ci il tarixdə “Bodrum” Aeroportundan “Azərbaycan Hava Yolları” ilə “Heydər Əliyev” Beynəlxalq Aeroportuna qayıdış aviabiletləri, sığorta, transfer daxil olan 17 avqust 2022- ci il tarixdən 21 avqust 2022-ci il tarixədək İstanbul şəhərində yerləşən “X34” hoteldə, 21 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək isə Bodrum şəhərində yerləşən “Duja Bodrum” hotelində istirahət turu təşkil edəcəyinə dair vəd vermişdir. 2022-ci ilin iyul ayının ortalarında ünvan 5 ünvanında olan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “X51” MMC-nin ofisində 1000 manat, 26 iyul 2022-ci il tarixdə həmin ofisdə 2270 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 3270 manat məbləğində maddi ziyan vurmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs8 Vidadi qızı ilə eyni məzmunlu ifadə vermiş, Təqsirləndirilən şəxs ona 3270 manat maddi ziyan vurduğunu, dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə sosial şəbəkədə Təqsirləndirilən şəxs ilə tanış olmuş, onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq oğlu və əri, X60 və X66 üçün İran İslam Respublikasından Bakı şəhərinə aviabilet sifariş vermişdir. O, Aynura müvafiq olaraq sənədlərin surətini göndərmiş və Aynur ona biletlərin hazır olduğunu bildirmişdir. Onlar Bakı şəhəri, S.S.Axundov küçəsində görüşmüşlər. Orada Aynura biletlər üçün əvvəlcədən danışdıqları 760 manat pulu əlbəəl vermişdir. Elektron biletlərin çıxarışlarını Aynurdan alıb yaşadığı ünvana getmişdir. Evdə biletlərin yazıları onda şübhə yaratdığından biletləri yoxlatdıran zaman məlum olmuşdur ki, ümumiyyətlə Aynurun verdiyi biletlər mövcud deyil. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsdən 4000 manat dəymiş ziyanı ala bilmədiyini, şikayətçi olduğunu, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx xxxxxxx 1978-ci ildə Gəncə şəhərində doğulmuşdur, hazırda ailə üzvləri ilə bərabər ünvan 17 ünvanında yaşayır. Təqsirləndirilən şəxs təxminən 2018ci ildən tanıyır, ondan əvvəllər, yəni 2022-ci ilin avqust ayına qədər Türkiyə istiqamətində bir neçə dəfə aviabilet almışdır. Aynur ona həmişə reklam xarakterli “SMS”-lər göndərirmiş. Əsasən qiymətləri başqa turizm şirkətlərindən aşağı olmuşdur. 2022-ci ilin avqust ayının əvvəllərində, yəni birinci yarısında ailə üzləri ilə bərabər İstanbula getmək istəmişdir. Həmin ərəfədə, yəni 13 avqust 2022-ci il tarixdə 077 *** ** ** saylı telefon nömrəsinə Təqsirləndirilən şəxs 055 *** ** ** saylı mobil telefon nömrəsindən “SMS" yazaraq içərisinə gediş-qayıdış aviabiletlər, sığorta daxil Türkiyənin İstanbul şəhərində yerləşən 4 ulduzlu “Rast” adlanan hoteldə bir həftəlik (7 gecə, 8 gün) istirahəti ümumilikdə 4000 manat pula təklif etmişdir. 2500 manat aviabiletlər, 1500 manat isə hoteldə qalmaq puludur. O, Aynur ilə danışmış və Aynur ona 29 avqust 2022-ci il tarixinə Bakıdan İstanbul şəhərinə gediş və 06 sentyabr 2022-ci il tarixinə qayıdış aviabiletləri, sığorta daxıl 29 avqust 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində (bir həftəlik) Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən "4 ulduzlu” "Rast" adlanan hoteldə istirahəti 4000 (dörd min) manata təşkil edəcəyini bildirmişdir. Aynur onu ödəniş etməyə tələsdirmişdir. Aynura 25 dekabr 2014-cü il təvəllüdlü övladı X28, arvadı 06 mart 1982-ci il təvəllüdlü X20 şəxsiyyətlərini təsdiq edən sənədlərin fotoşəkilləri “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Təqsirləndirilən şəxs cna "xxxx" Kommersiya Bankı ASC-nin 5482 9055 5507 6328 nömrəli bank kartının fotoşəkilini göndərmişdir ki, pulu həmin karta göndərsin. 17 avqust 2022-ci il tarixdə saat 15:03-da Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" Kommersiya Bankı ASC-nin son 8 rəqəmi 55076328 olan bank kartındakı hesaba Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ‘'Seabreeza" Hotelində quraşdırılmış “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə 2500 manat pul göndərmişdir.Bundan sonra 18 avqust 2022-ci il tarixdə saat 12:59-da həmin hesaba Bakı şəhəri, Binəqədi rayonu, Mehmandarov-Axundov küçələrinin kəsişməsində yerləşən “24 saat market" adlanan mağazanın içərisində quraşdırılmış “eManat" ödəmə terminalından 1000 manat, həmin günü saat 13:00-da eyni qaydada daha 500 manat olmaqla ümumilikdə 1500 (min beş yüz) manat da pul köçürmüşdür. İşləri çox olduğundan Aynurdan vauçer, aviabiletlərdən çıxarışları, sığortaları almağı dayısı qızı Şahid5 həvalə etmişdir. 2022-ci ilin avqust ayının sonlarına yaxın, yəni uçuşa bir neçə gün qalmış Günel dəfələrlə Aynura zəng edib ondan vauçer, aviabiletlərdən çıxarışlar, sığortaları verməsini istədiyini və Aynurun vauçer, aviabiletlərdən çıxarışlar, sığortaları verməyi uzatdığını ona bildirmişdir. O, Aynur ilə danışmış sonuncu cavabında sənədləri göndərəcəyini bildirib, “WhatsApp” proqramı vasitəsi ilə Günelin telefon nömrəsinə 29 avqust 2022-ci il tarixə TK 337 nömrəli aviareyslə Bakı şəhərində yerləşən Heydər Əliyev X2 Respublikasının İstanbul şəhərində yerləşən X5 gediş və 06 sentyabr 2022-ci il tarixə TK 338 nömrəli aviareyslə qayıdış aviamarşrutları üzrə “X65” şirkətinin 29 avqust 2022-ci il tarixli, ETKT 235 ********** nömrəli, arvadı Lalə Əliyevanın adına olan- 29 avqust 2022-ci il tarixə TK 337 nömrəli aviareyslə Bakı şəhərində yerləşən Heydər Əliyev X2 Respublikasının İstanbul şəhərində yerləşən X5 gediş və 06 sentyabr 2022-ci il tarixə TK 338 nömrəli aviareyslə qayıdış aviamarşrutları üzrə “X65" şirkətinin 29 avqust 2022-ci il tarixli ETKT 235 ********** nömrəli, övladı Nərgiz Əliyevanın adına olan- 29 avqust 2022-ci il tarixə TK 337 nömrəli aviareyslə Bakı şəhərində yerləşən Heydər Əliyev X2 Respublikasının İstanbul şəhərində yerləşən X5 gediş və 06 sentyabr 2022-ci il tarixə TK 337 nömrəli aviareyslə qayıdış aviamarşrutları üzrə “X65" şirkətinin 29 avqust 2022-ci il tarixli, ETKT 235 ********** nömrəli elektron aviabiletlərdən çıxarışların fotoşəkillərini göndərmişdir. Lakin uçuşa təxminən 5-6 saat qalmış Aynur qəflətən ona səsli "SMS” göndərib bildirmişdir ki, guya aviareys təxirə salınmışdır, uçuşları iki gün sonraya nəzərdə tutulmuşdur. O, şübhələnib çıxarışlarını göndərdiyi aviabiletlərdəki reysi yoxlatdırdıqda məlum oldu ki, aviareyslər ləğv olunmayıb, sadəcə adlarına heç bir aviabilet sifariş və təşkil olunmamışdır. Aynurun onu aldatdığını görüb başqa turizm şirkətinə yeni ödəniş edib eyni tarix və istiqamətdə “X65” şirkətinin başqa TK 333 nömrəli aviareysi ilə gediş aviamarşrutu üzrə aviabiletlərini almışdır. 29 avqust 2022-ci il tarixdə bir saat fərqlə İstanbula yollanmışlar. Aynurun bildirdiyi “Rast” adlanan hotelə gedəndə adlarına hoteldə 3 günlük nömrə sifariş olunmuş, lakin sifariş edən şəxs heç bir ödəniş etmədən xəstə olduğunu bildirərək həmin sifarişi ləğv etdirmişdir. Aynur onu aldatmış, hotellə bağlı vəd verib 1500 manat pul alsa da, hotelə heç bir ödəniş etməmiş, bir həftəlik deyil 3 günlük adi rezerv etmiş və sonra da həmin rezervi ləğv etdirmişdir. Artıq ailəsi ilə İstanbula gəldiyindən məcbur olub ailə üzvləri pis olmasın deyə həmin “Rast” hotelinə yeni ödəniş edib başqa nömrə almışdır. Aynur ümumilikdə onu aldadıb 4000 (dörd min) manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs7 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 1981-ci ildə Bakı şəhərində doğulmuşdur, hazırda ünvan 7 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Özü ünvan 18 şöbəsində və Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Yaşam” klinikasında fizioterapiya bölümündə həkim işləyir. Ailəlidir, Şahid6 Müharib oğlu ilə nigahdan 2007 və 2011-ci il təvəllüdlü iki övladı var. Həyat yoldaşı işləmir. 2022-ci ilin avqust ayında qərara gəlmişdir ki, ailəvi olaraq həyat yoldaşının əmisi oğlu Araz Rəhimovun ailəsi ilə birlikdə həmin ilin fevral ayında bir həftəlik X16 Dubay şəhərində istirahətə yollansınlar. Belə ki, 2023-cü ilin fevral ayında Dubay şəhərində tibbi avadanlıqlarla əlaqədar yarmarka keçirilməli idi. Həmin yarmarkada tibbi avadanlıqları ucuz qiymətə almaq olur. O, həm istirahət etmək, həm də yarmarkada iştirak edib münasib qiymətə avadanlıq almaq istəmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində qohumu Araz zəng edərək demişdir ki, Aynur adlı turizm işi ilə məşğul olan şəxslə danışmışdır, həmin Aynur “Viktor Travel” şirkətində işləyir, artıq ailəvi olaraq 2023-cü ilin fevral ayına həmin Aynurdan turistik istirahət paketi də almışlar. Əvvəllər hətta Aynur Arazı bir dəfə İstanbula da göndərmişdir. Aynur digər turistik şirkətlərindən ucuz qiymətə aviabiletlər təşkil edir, istəsə Aynura müraciət edə bilər. Arazın zəngindən sonra Aynurun 055 *** ** ** saylı mobil telefon nömrəsini götürüb onu telefonunda “Aynur Tur” adı ilə qeydiyyatdan keçirib həmin ayın 3-də, yəni 03 sentyabr 2022-ci il tarixdə Aynurun 055 *** ** ** saylı telefon nömrəsinə 070 *** ** ** saylı mobil telefon nömrəsindən zəng edərək özünü təqdim edib 2023-cü ilin fevral ayına ona və iki uşağına qohumu Arazgilin ailəvi getdiyi “X54 Hotel və Towers” hotelinə bir həftəlik standart nömrə təşkil etməsini bildirmişdir. Arazgillə bərabər yollanıb qayıtmağı üçün eyni vaxta bilet istəmişdir. Aynur ona ümumilikdə 3000 manat pulun müqabilində özü, övladları 30 avqust 2007-ci il təvəllüdlü X45 və 04 iyun 2011-ci il təvəllüdü X8 içərisinə 09 fevral 2023cü il tarixə gediş və 14 fevral 2023-cü il tarixinə qayıdış aviabibiletləri, sığorta, transfer daxil X16 Duday şəhərində yerləşən beş ulduzlu “X54 Hotel və Towers” hotelində bir həftəlik, yəni 09 fevral 2023-cü il tarixdən 14 fevral 2023-cü il tarixinə turistik istirahət paketi təşkil edəcəyini bildirmişdir. Həmin vaxtı Aynur ondan kartında nə qədər pulu olmasını soruşduqda cəmi 2600 manat pulu olduğunu demiş. Aynur cna hazırda həmin pulu göndərməsini qalan pulu isə daha sonra verə biləcəyini bildirmişdir. Aynurun “WhatsApp” proqramı vasitəsi ilə fotoşəklini göndərdiyi "xxxx" Kommersiya Bankı ASC-nin Təqsirləndirilən şəxs məxsus 5482 9055 5507 6328 nömrəli bank kartındakı hesaba 03 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanda son rəqəmləri 18026 olan şəxsi “Rabitə Bank” Kommersiya Bankının kartındakı hesabdan 2600 manat pulu köçürmə yolu ilə göndərib ödəmişdir. Bundan əlavə Aynura “WhatsApp” proqramı vasitəsi ilə özü və ailə üzvlərinin sənədlərinin fotoşəkillərini də göndərmişdir. 05 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin hesabına ünvan 19 ünvanda yerləşən "Yasəmən” marketin içərisində olan "eManat” ödəmə terminalından 400 manat məbləğində pul göndərmişdir. Beləliklə Dubaydakı istirahətin təşkili ilə bağlı Aynura istədiyi 3000 manat pulu tam olaraq ödəmişdir. 06 sentyabr 2022-ci il tarixdə həyat yoldaşı Ramil də onunla gəlmək istədiyini bildirdikdən sonra Aynura müraciət etmiş, sonuncu əlavə olaraq Ramilə görə 850 manat ödəniş istəmiş, eyni vaxta aviabilet, sığorta daxil “X54 Hotel və Towers” hotelində istirahət təşkil edə biləcəyini demişdir. Aynur onlar üçün “sweet room” təşkil edəcəyini bildirmişdir. Şahid6 da onunla Dubay şəhərindəki “X54 Hotel və Towers” hotelində istirahət etməsini təşkil etməsindən ötrü həmin "xxxx" Kommersiya Bankı ASCnin Təqsirləndirilən şəxs məxsus 5482 9055 5507 6328 nömrəli bank kartındakı hesaba 800 və bir gün sonra 50 manat olmaqla ümumilikdə 850 manat da pul göndərmişdir. Həmin puldan 800 manatı 06 sentyabr 2022-ci il tarixdə ünvan 20 ünvanında yerləşən “Həmidli" marketin içərisində quraşdırılmış "eManat'' ödəmə terminalından, 50 manatı isə 07 sentyabr 2022-ci il tarixdə “Rabitə Bank" Kommersiya Bankının kartındakı hesabdan onun həmin bank kartındakı hesabına yollayaraq ödəmişdir. Beləliklə o, 2022-ci ilin fevral ayında Dubay şəhərində istirahətin təşkili ilə bağlı qeyd etdiyi qaydada Təqsirləndirilən şəxs ümumilikdə 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul ödəmişdir. Bu pulu ödədikdən bir neçə gün sonra; yəni 2022-ci ilin sentyabr ayının ortalarında ailəvi dostları Rafizgil, Kəmala xanım, Sevinc xanım və Rafizgilin ailəvi dostu olan Türkiyə vətəndaşı olan Uğurla birlikdə qərara gəlmişlər ki, yeni ili Gürcüstanda keçirsinlər. Ümumilikdə 16 nəfər 2022-ci ilin dekabr ayının 28-də Gürcüstanın Batumi şəhərinə yollanıb orada yeni ili keçirib 2023-cü ilin yanvar ayının 4-də geri Azərbaycana qayıtmağı planlaşdırmışlar. O, bu barədə Aynur adlı şəxsi yeni tanıdığını, ondan yeni tur aldığını, qiymətinin münasib olduğunu bildirdikdə, sadaladığı yaxınları razılıq verəndən sonra Aynura zəng edib 5 ailəyə, cəmi 16 nəfərə 28 dekabr 2022-ci il tarixdən 04 yanvar 2023-cü il tarixədək aviabilet daxil Gürcüstan Respublikasının Batumi şəhərində hotellərin birində istirahət təşkil etməsini xahiş etmişdir. Aynurdan yalnız öz ailəsi üçün hotel biletlərini sifariş etmişdir. Sadaladığı 16 nəfər üçün 28 dekabr 2022-ci il tarixinə Bakıdan Tbilisi şəhərinə gediş və 04 yanvar 2023-cü il tarixinə qayıdış aviabiletləri, sığorta, Tbilisi şəhərində yerləşən dörd ulduzlu “Roze Garden” hotelində bir gün qalmaq, 29 dekabr 2022-ci il tarixdə Tbilisidən Batumi şəhərinə gediş və istirahətdən sonra geri Tbilisiyə geri dönüş avtobus transferi daxil 29 dekabr 2022-ci il tarixdən 04 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Batumi şəhərində Bakurianı bölgəsində yerləşən “Cristal Resort” dörd ulduzlu hotelində istirahəti Rafizgilin ailəsinə, yəni X27, onun həyat yoldaşı X14, xx.xx.2014-cü il təvəllüdlü övladı X21 və xx.xx.2015-ci il təvəllüdlü övladı X11 və X31 Respublikasının vətəndaşı olan dostu Yıldırım Uğur, onun həyat yoldaşı X15 və 09 may 2015-ci il təvəllüdlü övladı X29 ümumilikdə 1377 manata, X7 ailəsinə, yəni Kəmalə Ramiz qızı, onun övladları X6 və X3 783 manata, X10 təklikdə 430 manata, ona, həyat yoldaşı Şahid6 Müharib oğluna, xx.xx.2007-ci il təvəllüdlü övladı X33 və xx.xx.2011-ci il təvəllüdlü övladı X8 aviabiletlər istisna olmaqla 1090 manata təşkil edə biləcəyini Aynur vəd vermişdir. Aynurun tələbi ilə istirahətə yollanacaq şəxslərin hamısının sənədlərinin fotoşəkillərini “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Həmin danışıqlar zamanı Aynur ödənişləri tez etməyi və bank kartına pulları göndərməyi bildirmişdir. Bundan sonra o, Aynurun ona “WhatsApp” proqramı vasitəsi ilə yolladığı bank kartının fotoşəklini həmin qaydada Rafizə, Kəmalə və Sevincə göndərmiş və bildirmişdir ki, ödənişləri istəsələr birbaşa Aynurun bank kartına, istəsələr də onun bank kartına göndərərlər ki, öz kartı ilə Aynura ödəniş etsin. Ümumilikdə 16 nəfər üçün Aynur onlardan vəd verdiyi Gürcüstanda istirahətin təşkili ilə bağlı cəmi 4180 manat məbləğində pul istəmişdir. Rafizgil, Uğurgil, Kəmaləgil və Sevinc Aynuru tanımadıqlarından qərara gəlmişlər ki, onlar pulu ona versinlər, o və əri Ramil aparıb pulu Aynura verərlər. Belə ki, o, Gürcüstan istirahəti ilə bağlı Aynura öz ailəsi, Kəmalə və Sevincin ödənişlərini etmişdir. Rafiz Məmmədov da öz ailəsi və tanışı Uğurun ailəsinin istirahəti ilə bağlı ödənişləri özü Aynurun bank kartına ödəmişdir. Aynurun onda olan bank kartının fotoşəklini və Aynurun mobil telefon nömrəsini “WhatsApp” proqramı vasitəsi ilə Rafizin mobil telefon nömrəsinə göndərmiş, sonuncu da, həmin nömrə ilə Aynurla əlaqə saxlayıb bank kartındakı hesaba ödəniş etmişdir. Beləliklə, Gürcüstandakı istirahətin təşkili ilə bağlı ilk dəfə 2022-ci ilin sentyabr ayının ortalarında əri ilə birlikdə Aynurla evlərinə yaxın yerdə ünvan 21 ünvanının qarşısında, yəni “Həmidli” marketinin yaxınlığında görüşüb 613 manat pul vermişdir. Həmin pulu Ramil Aynura vermiş, o, avtomobildə əyləşmişdir. Bu pulu verəndən bir neçə gün sonra, 2022-ci ilin sentyabr ayının sonuncu on günlüyündə Aynur təcili pulu tam verməli olduqlarını bildirmiş, bundan sonra Kəmalə və Sevinc öz evində Aynura vermək üçün öz istirahətlərinin pulunu, yəni Kəmalə xanım 783 manat, Sevinc xanım da 430 manat pul təqdim etmişlər, o da də həmin 783 və 430 manat, yəni cəmi 1213 manatın üstünə öz ailəsinin istirahət pulunun qalığını, yəni 477 manat pulu əlavə edib cəmi 1690 manat pulu 26 sentyabr 2022-ci il tarixdə evdə əri Ramilə vermiş, Ramil də həmin 1690 manat pulu həmin günü götürüb ünvan 15 ünvanda yerləşən “Avrasiya” klinikasının qarşısında Aynura vermişdir. Beləliklə, Aynur onun, habelə Kəmalə xanımın ailəsinə və Sevincə vəd verdiyi Gürcüstandakı istirahətin təşkil edilməsindən ötrü əri Ramilin vasitəsi ilə ümumilikdə 2303 manat məbləğində pul almışdır. Həmin 2303 manat məbləğində pulun 783 manatı Kəmalə xanımın, 430 manatı Sevinc xanımın, qalan 1090 manat onun pulu olmuşdur. Bundan əlavə Aynurun özü Rafizdən 1877 manat da ödəniş almışdır. Aynur 26 sentyabr 2022-ci il tarixdə əri Ramildən 1690 manat pulu aldıqda həmin günü Ramilə üzərində öz xətti ilə qələmlə “xx.xx.2022 X35 Cristal Resort 5 otaq : 29-02 Ry. ödəndi səhər yeməyi 1690 970 690.” söz və rəqəmlərini yazdığı ******* nömrəli qaimə fakturasını təqdim etmişdir. Həmin qəbzdə qeyd etmişdir ki, Ramildən Gürcüstanda, yəni Bakurianı bölgəsində istirahətin təşkili ilə bağlı 1690 manat, habelə 970 və 690 manat pul almışdır. 970 və 690 manat pul Aynurun Rafizin özündən aldığı pulların bir qismi ilə bağlı olan qeyddir. Aynur həmin mətni yazarkən özü imzalayıb təsdiq etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, qısa müddət ərzində Dubaydakı istirahətlə bağlı vauçer və aviabiletlərdən çıxarışları verəcəkdir. Lakin o vauçer və aviabiletlərdən çıxarışların verilməsini uzatmışdır. Aynur 2022-ci ilin oktyabr ayının əvvəllərində, yəni birinci on günlüyündə əri Ramilə zəng edib ona vəd verdiyi 2022ci ilin fevral ayında onların ailəsinin Dubaydakı, habelə ümumilikdə 16 nəfərin Gürcüstandakı istirahəti ilə bağlı hotellərlə əlaqədar məlumat xarakterli çıxarışları, yəni üzərində ingilis dilində kompüterdə- Xavidan Rahimli, Elnara Rahimli, Adnan Quluzade, Araz Rahimov, Okuma Hüseynova, Ali Rahimli, Muhammad Rahimli, Şahid6, Zərərçəkmiş şəxs7 adları qeyd edilmiş “7 Adults, 2 child X57 Hotel & Towers 09 Feb 23 14 Feb 23” və digər söz, rəqəmləri yazılmış hotellə bağlı məlumat xarakterli çıxarışı, üzərində ingilis dilində kompüterdə- “X18 Shahzadə 3 yaş Zərərçəkmiş şəxs7 Rəhimli X58 11 let X37 X38 Mammadova Mehin 3 yaş X44 X50 (8 let) X9 X32 2022/832 xx.xx.2022 15:00 xx.xx.2023 12:00 Bakurianı 1204 Crystal Hotel & Spa” və digər söz, rəqəmləri yazılmış, “Vector Travel” LLC-nin dairəvi möhürü və direktor Marika Tskitishvilinin imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli hotellə əlaqədar məlumat xarakterli çıxarışı, onun, Ramilin iki övladının adına 09 fevral 2022-ci il tarixinə Bakıdan Dubay şəhərinə gediş və 14 fevral 2022-ci il tarixinə qayıdış aviamarşrutları üzrə elektron aviabiletlərdən çıxarışları, üzərində ingilis dilində kompüterdə- Bayramlı Sevinjin (Mammadova Shahzada) adları, xx.xx.2022 xx.xx.2022-ci il tarixləri və digər qeydlər edilmiş “Brosse Garden" hotelində istirahətin təşkili ilə bağlı ingilis dilində hotellə əlaqədar məlumat xarakterli çıxarışı, üzərində ingilis dilində kompüterdə- Yıldırım Uğur, Yıldırım Natalya, Yıldırım Emirin adları, xx.xx.2022 xx.xx.2022-ci il tarixləri və digər qeydlər edilmiş “Brosse Garden" hotelində istirahətin təşkili ilə bağlı ingilis dilində hotellə əlaqədar məlumat xarakterli çıxarışı, üzərində ingilis dilində kompüterdə- Mammadova Rafis, Mammadova Fidan, Mammadova Mehinin adları, xx.xx.2022 xx.xx.2022-ci il tarixləri və digər qeydlər edilmiş “Brosse Garden” hotelində istirahətin təşkili ilə bağlı ingilis dilində hotellə əlaqədar məlumat xarakterli çıxarışı, üzərində ingilis dilində kompüterdə- Mohammad Huseynovanın adı, xx.xx.2023 xx.xx.2023-cü il tarixləri və digər qeydlər edilmiş “Brosse Garden” hotelində istirahətin təşkili ilə bağlı ingilis dilində hotellə əlaqədar məlumat xarakterli çıxarışı, habelə ilkin olaraq Dubaydakı istirahətin təşkili ilə bağlı ondan aldığı ümumilikdə 3850 manat pulla bağlı üzərində- “Rahimov Ramil 9+14 fevral Dubay Turu 3 böyük 1 uşaq X57 Hote Viza. 3850 X68 yemeyi Transete ödənildi" söz və rəqəmlərini yazıb imza edərək “X51" LLC şirkətinin möhürü ilə təsdiq etdiyi ******* nömrəli qaimə fakturasını, “aviareys.az" şirkətinin braşurasının üzlüyünü təqdim etmişdir. Belə ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində ona zəng edib demişdir ki, Gürcüstan Respublikası, Batumi şəhəri, Bakurianı bölgəsində yerləşən “Cristal Resort” hotelində yeni il gecəsində möhtəşəm şou olacaqdır, həmin şou ilə bağlı əlavə olaraq ümumilikdə 460 manat da ödəniş etməlidir. 06 oktyabr 2022-ci il tarixdə evdə Ramilə 460 manat pul vermiş, o da həmin günü 550578******4499 nömrəli bank kartındakı hesabdan Aynurun 5482 9055 5507 6328 nömrəli bank kartındakı hesaba 460 manat pul da köçürərək göndərmişdir. Beləliklə, Aynur Gürcüstandakı istirahətin təşkili ilə bağlı ondan əlavə olaraq 460 manat olmaqla ümumilikdə 1550 manat məbləğində pul almışdır. 2022-ci ilin noyabr ayını əvvəllərində Araz Rəhimov onlara bildirmişdir ki; “instagram” sosial şəbəkəsində Aynurun saxlanılması ilə bağlı məlumat görmüşdür. Bundan sonra Aynura zəng etdikdə telefona cavab verən bir qadın bildirmişdir ki, Aynurun vəkilidir. Aynur xeyli sayda insanları turistik istirahət təşkil etmək vədi ilə aldadıb pullarını ələ keçirdiyinə görə polis tərəfindən saxlanılmışdır. Ona bəlli olmuşdur ki, Aynur ondan başqa xeyli insanları aldatmış və eyni qaydada pullarını alıb ələ keçirmişdir. Sonra özü aerokassa ilə maraqlananda məlum olmuşdur ki, Dubaya aviabiletlər sifariş olunsa da, yəni rezerv olunsa da, ödənişlər olunmadığından ləğv olunmuşdur. Bundan sonra özü “booking”lə sifariş edib 2022-ci ilin dekabr ayının 28-də Bakurianidə başqa oteldə istirahət etmiş, həmçinin başqa turizm şirkətindən sifariş etdiyi biletlərlə Dubayda başqa, yəni “25 hours” oteldə istirahətə yollanmışdır. Həmin istirahətlərin Aynurun vəd verdiyi istirahətlərə heç bir aidiyəti olmamışdır. Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və təqsirləndirilən şəxsin barəsində ağır cəza təyin edilməsini, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 22 ünvanında yaşayır, "xxxx" MMC-nin direktorudur. Gürcüstanda Günel və digər tanışlarının ailəsi birlikdə istirahət etmək məqsədi ilə, Günel ona “WhatsApp” proqramı vasitəsi ilə adı, soyadı, ata adı sonradan tam məlum olan tur paketi təşkil etməli olan Təqsirləndirilən şəxs telefon nömrəsini və Aynurun istifadəsində olan "xxxx" Kommersiya Bankı ASC-nin 5482 9055 5507 6328 nömrəli bank kartının fotoşəklini göndərmişdir. O, birlikdə gedəcəyi dostu Uğurla danışmış və Aynura pulu özü ödəməyi qərara gəlmişdir. Bu istirahəti Uğurun ailəsinə hədiyyə etmək istəmişdir. Kəmalə ilə Sevinc Aynura çatdırmaq üçün ödənişi Günelə vermək qərarına gəlmişlər. O, "xxxx" ASC-nin özünə aid bank kartındakı hesabından "xxxx" Kommersiya Bankı ASC-nin Aynura aid 5482 9055 5507 6328 nömrəli bank kartındakı hesaba 26 sentyabr 2022-ci il tarixdə, saat 20:22 radələrində əvvəlcə 970 manat, daha sonra həmin günü saat 20:33 radələrində daha 690 manat pul göndərmişdir. Beləliklə o, 26 sentyabr 2022-ci il tarixdə Aynurun bank kartındakı hesaba ümumikdə 1660 manat pul göndərib ödəniş etmişdir. Həmin günü Günel bildirmişdir ki, Aynur 26 sentyabr 2022-ci il tarixdə əri Ramildən ödəniş aldıqda həmin günü Aynur Ramilə üzərində öz xətti ilə qələmlə qaimə fakturası yazıb vermişdir, həmin qaimə fakturasında öz xətti ilə ondan aldığı pulları da qeyd etnişdir. 28 sentyabr 2022-ci il tarixdə də, Günel vasitəsi ilə 217 manat olmaqla özünün və tanışı Uğurun ailəsinə Batumidəki istirahətin təşkili ilə bağlı Aynura ümumilikdə 1877 manat ödəniş etmişdir. Belə ki, sonra Günel bildirdi ki, Aynura əlavə olaraq özü yeni il gecəsi ilə bağlı şou proqramla bağlı ödəniş də etmişdir. Nəticədə Aynurun onları aldadaraq verdiyi sənədlərin həqiqətə uyğun olmadığı və həbs olunduğu məlum olmuşdur. Aynur ona 1877 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur, ünvan 23 ünvanında yerləşən “Aliminium” zavodunun yataqxanasında qeydiyyatdadır, ünvan 24 ünvanında yaşayır. Ailəlidir, 13 avqust 2020-ci il təvəllüdlü bir azyaşlı övladı var, "xxxx" MMC-nin insan resursları əməliyyatlar şöbəsində əmək haqqı üzrə mütəxəssis işləyir. 2022-ci ilin oktyabr aynda qərara gəlmişdir ki, həmin ilin noyabr ayında X16 Dubay şəhərində istirahətə yollansın. Mən Dubay şəhərində hotellərdən birində istirahətin təşkili ilə bağlı tanışları ilə maraqlandıqda “Afiq” adlı dostu Aynur adında turizm işi ilə məşğul olan şəxsi tanıdığını və ucuz qiymətə tur satdığını demişdir. O, Dubaya istirahətə xalası oğlu Şahid2 ilə yollanmaq qərarına gəlmişdir. Afiqdən Aynurun 050 *** ** ** saylı telefon nömrəsini götürüb 2022-ci ilin oktyabr ayının ortalarında həmin nömrəyə zəng edib telefona cavab verən Aynur adlı şəxsə iki nəfər üçün 2022-ci ilin noyabr ayına 5 günlük ( istirahət günlərində) X16 Dubay şəhərində istirahətin təşkili ilə bağlı müraciət etdikdə Aynur onu dinləyib bildirdi ki, turizm şirkətində işləyir, bu işlərin içindədir, bir adama 750 manat olmaqla ümumilikdə 1500 manat pulun müqabilində ona və xalası oğlu Şahid2 08 noyabr 2022-ci il tarixə gediş və 12 noyabr 2022-ci il tarixinə qayıdış aviabiletləri, viza, sığorta daxil X16 Duday şəhərində yerləşən üç ulduzlu “Land Mark” hotelində beş gün müddətinə düşən istirahət günlərində, yəni 08 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022ci il tarixə qədər olan müddətdə istirahət etmələrindən ötrü turistik istirahət paketi təşkil edə bilər. Həmin qiymət başqa turizm şirkətlərinin təklif etdiyi qiymətdən ucuz idi, Aynurun bu təklifi onu qane etdiyindən razılaşmışdır. Aynura ödənişi tam edə bilməyəcəyini, 1000 manat pulu olduğunu bildirdikdə Aynur onunla razılaşmışdır ki, ilkin olaraq 1000 manat pulu göndərsin. Aynur ona “WhatsApp" proqramı vasitəsi ilə üzərində öz adı olan, "xxxx" Kommersiya Bankı ASC-nin 5243 7544 4044 4220 nömrəli bank kartının fotoşəklini göndərmişdir. O, öz telefonunda Aynurun 050 *** ** ** saylı telefon nömrəsini onları tanış edən Afiqin adı ilə “Travel Afıq” kimi qeyd etmişdir. Beləliklə o, Aynurun 050 *** ** ** saylı telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə özünün və xalası oğlu Şahid2 şəxsiyyətlərini təsdiq edən sənədlərin fotolarını göndərdikdən sonra 16 oktyabr 2022-ci il, saat 19:02-də ünvan 25 ünvanında yerləşən “Army Market 1” adlanan mağazanın içərisində quraşdırılmış “eManat" ödəmə terminalından "xxxx" Kommersiya Bankı ASC-nin Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan 5243 7544 4044 4220 nömrəli, yəni qəbzdə qeyd edildiyi kimi son 8 rəqəmi 4044 4220 olan bank kartındakı hesaba 1000 (min) manat pul köçürüb ödəniş etmişdir. Həmin ödənişi etdikdən sonra Aynur ona zəng edib bildirdi ki, qalan 500 manatı da tez ödəsin, qiymət qalxsa həmin qiymətə istirahəti təşkil etməyə bilər, ona artıq endirim etmişdir. Xalası oğlu Rəhmanda 1000 manata yaxın pulu olmuş borcundan 500 manat çıxıb Aynurun bank kartındakı hesaba göndərməsini bildirmişdir. 16 oktyabr 2022-ci il tarixdə, saat 20:43-də istifadəsində olan "xxxx" ASC-nin 510307******7390 nömrəli “Birbank” bank kartındakı hesabdan "xxxx" Kommersiya Bankı ASC-nin Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan 5243 7544 4044 4220 nömrəli, yəni qəbzdə qeyd edildiyi kimi 524375******4220 nömrəli bank kartındakı hesaba 500 (beş yüz) manat pul köçürüb ödəniş etmişdir. Həmin 500 manatı Rəhman öz kartından ödəsə də, həmin pul ona məxsus olmuşdur. Elə həmin günü axşam Rəhmanın iş yoldaşı Şahid3 da onlarla gəlmək istədiyini bildirmişdir. Bununla bağlı Aynura bildirdikdə, cavabında 700 manat pula Şahid3 üçün də, onlarla eyni vaxta, eyni istiqamətdə yəni, 08 noyabr 2022-ci il tarixə gediş və 12 noyabr 2022-ci il tarixinə qayıdış aviabibiletləri, viza, sığorta daxil X16 Dubay şəhərində yerləşən üç ulduzlu “Land Mark” hotelində beş gün müddətinə düşən istirahət günlərində, yəni 08 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək olan müddətdə istirahət etməsindən ötrü turistik istirahət paketi təşkil edə biləcəyini vəd etmişdir. Şahid3 həmin istirahəti hədiyyə etmək qərarına gəlmişdir. Şahid3 “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi şəxsiyyətini təsdiq edən sənədinin fotoşəklini eyni qaydada Aynurun telefon nömrəsinə göndərmiş, 17 oktyabr 2022-ci il tarixdə saat 10:12-də ünvan 14 ünvanda yerləşən "xxxx" MMC-nin baş offisindəki iş yerində iş yoldaşı X12 xahiş edib istifadəsində olan "xxxx" ASC-nin 416973******6784 nömrəli “Birbank” bank kartındakı hesabdan "xxxx" Kommersiya Bankı ASC-nin Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan 5243 7544 4044 4220 nömrəli, yəni qəbzdə qeyd edildiyi kimi 524375******4220 nömrəli bank kartındakı hesaba 700 (yeddi yüz) manat da pul köçürüb ödəniş etmişdir. Həmin ödənişi etməmişdən əvvəl Vəfaya 700 manat pulu nağd olaraq vermişdir. Beləliklə, 16 oktyabr 2022-ci il tarixdə 1000 və 500 nanat, 17 oktyabr 2022-ci il tarixdə 700 manat olmaqla Dubay şəhərində istirahətin təşkili ilə bağlı qeyd etdiyi qaydada Aynura, yəni sonradan soyadı, ata adı ona bəlli olan Təqsirləndirilən şəxs ümumilikdə 2200 (iki min iki yüz) manat məbləğində pul ödəmişdir. Aynur bildirmişdir ki, bir həftə ərzində, yəni 21 oktyabr 2022-ci il tarixədək Dubaydakı istirahətlə bağlı vauçer, aviabiletlərdən çıxarışları, sığortaları, vizaları verəcəkdir. Lakin Aynur vauçer, aviabiletlərdən çıxarışların, sığorta və vizaların verilməsini uzadır, sonradan telefon zənglərinə cavab verməməyə, yayınmağa başlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onların evində qalmışdır, onu tanımış və güvənmişdir. Aynuru “evinin içi” kimi bilmişdir. Onun "xxxx" kartı var idi. Təqsirləndirilən şəxs həmin kartdan istifadə edirdi, o da bunu bilirdi. Aynur iş adamı idi, aviabiletlər satırdı. Ona hər şeyini etibar edirdi. Etibarlı xanım idi. O, evdə olmayanda Aynur kartını aparıb pul göndərtdirib və pulu çıxardıb, onun isə bu barədə heç bir məlumatı olmamışdır. Daha sonra ona Gültac xanım telefon zəngi etmiş və onu telefonda təhqir etməyə başlamışdır. Səbəbini soruşduqda isə demişdir ki, “sənin kartına 10.000 manat pul göndərmişəm, sən də aparıb onu xərcləmisən”. Daha sonra isə ona müstəntiqdən zəng gəlmiş və barəsində şikayət olduğu bildirilmişdir və o, idarəyə getmişdir. Orada da bildirmişdir ki, “nə edibsə Aynur xanım edib, onun heç nədən xəbəri yoxdur”. Bu məzmunda da ərizəsini vermiş və evə qayıtmışdır. Kartı Aynura o, verməmişdir, Aynur onların evində qaldığı üçün kartından da istifadə etmişdir, kart da evdə olmuş və Aynur kartı oğurlamamışdır. Sadəcə Aynura etibar etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildə ay yarım və ya 2 ay onunla birlikdə kirayədə qalmışdır. Bir dəfə yaxın rəfiqəsinin mağazasında oturan zaman Aynur xanım ona zəng edib demişdir ki, “mən səliqəsiz formadayam, Gültac xanıma bilet çatdırmaq lazımdır”. O isə gedəsi yerinin olduğunu bildirmişdir. Bundan sonra “Oazis” restoranının yanında Aynur xanımın köhnə ofisinin yanında düşmüşdür. Ona qırmızı blank, içində də bilet verib demişdir ki, “xanım 015 nömrəli maşınla gələcək, bunu ona verərsən”. O, yolun digər tərəfinə keçmiş, bilet alası xanımla zəngləşmiş və görüşüb həmin xanıma bileti vermişdir. Bundan sonra xanım ona avtomobilə əyləşməyini demiş və o, əyləşmişdir. Gültac xanım ona Aynurun 12.000 manat pul göndərib-göndərmədiyini soruşmuş. O isə göndərmədiyini və yalnız bileti verdiyini demişdir. Onların arasında söhbət olmuş və xanım ona demişdir ki, “Aynur məndən qaçır, gizlənir”. Həmçinin ona demişdir ki, “mən inanım ki, bu biletdir”. O, isə yəqin ki bilet olduğunu, Aynur xanımın hamıya bu formada bilet verdiyini demişdir. Daha sonra həmin xanım zəng vurub Aynurun özü ilə danışmış, Aynur da demişdir ki, “bilet orijinaldır, ayın 7-si Türkiyəyə gedəcəksiniz”. Onu başqa yerdə gözləyən xanımın da adı Aynur idi. O, həmin xanıma demişdir ki, “Aynur gəlirəm”. Gültac xanım isə bunu səhv başa düşüb elə bilmişdir ki, o, Təqsirləndirilən şəxs yanına gedir. O, isə öz qohumunun yanına getdiyini demişdir. Daha sonra düşüb Təqsirləndirilən şəxs yanına getmiş və demişdir ki, “Gültac pulu istəyir”. Aynur isə onda pul olmadığını, biletini verdiyi və gözləməsini demişdir. Bundan sonra o, “Ayna”da düşüb həmin ünvana getmiş və görmüşdür ki, Aynur Gültac xanımın avtomobilində oturub. Daha sonra bir neçə avtomobil də gəlmişdir. Onlar biletin həqiqiliyini yoxlayaraq tam razılığa gəlmişlər, sonra çıxıb getmişlər. Gedəndən sonra piyada həmin ünvana gəlmişlər və onların özləri ilə Aynur da danışmışdır. 2017-ci ildən Aynur xanımı tanıyır. Aralarında narahatçılıq olmamışdır. Belə ki, o, Aynurdan özü də bilet almışdır və onun ofisində işləmişdir. Sonrakı müddətdə Gültac xanım ona çox zəng etmişdir, Aynur xanım sonuncuya demişdir ki, “o, Novxanıda yaşayır”. O da həmin xanıma demişdi ki, “ofisi budur, əksər vaxtlar şəhərdə olur”. Həmin vaxt Aynurun Gültaca 9000 manat borcu olmuşdur. Şahid X22 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid X22 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs7 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir, zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında “WhatsApp” proqramı vasitəsi ilə aparılan yazışmalardan çıxarışlar, zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri, Təqsirləndirilən şəxs məxsus 5243 7544 4044 4220 nömrəli bank kartının fotoşəkli, Təqsirləndirilən şəxs ödənilmiş və istifadəsində olan bank kartlarına pulun köçürülməsini təsdiq edən ödəniş qəbzlərinin surətləri, 32315 nömrəli vauçerdən çıxarış, elektron aviabiletlərdən çıxarışlar, braşürlər, səfər sığorta şəhadətnamələrinin surətləri, 26 iyul 2022-ci il tarixli, ******* nömrəli qaimə fakturası, 32314 nömrəli vauçerdən çıxarış, Təqsirləndirilən şəxs məxsus 5482 9055 5507 6328 nömrəli bank kartının fotoşəkli, ******* nömrəli qaimə fakturası, hotellə bağlı məlumat xarakterli çıxarışların surəti, ******* nömrəli qaimə fakturasının əsilləri, "xxxx" Kommersiya Bankı ASC-dən daxil olmuş 01 ədəd “CD” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-676/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində məhkəmə hazırlıq iclasında xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü bir qız övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, zərərçəkmiş şəxslərin pul vəsaitlərini ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-310/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-310/2022 saylı hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 46 və 69.3-cü maddələrinə əsasən, qəti olaraq 1 il müddətə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza – kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs icraatda olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməlləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-3359/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 310/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzasını xx.xx.2024-cü il tarixdə çəkib qurtarmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin hökmlə ona əlavə cəza olaraq təyin edilmiş 1 il müddətə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası isə çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 14 iyul 2022-ci il tarixli Qərarının 2-ci bəndində Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətə kommersiya və ya qeyrikommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş əsas və əlavə cəzalarla qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-310/2022 saylı cinayət işi üzrə 5 ay 11 gün həbsdə və ev dustaqlığında saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında “WhatsApp” proqramı vasitəsi ilə aparılan yazışmalardan çıxarışlar, zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri, Təqsirləndirilən şəxs məxsus 5243 7544 4044 4220 nömrəli bank kartının fotoşəkli, Təqsirləndirilən şəxs ödənilmiş və istifadəsində olan bank kartlarına pulun köçürülməsini təsdiq edən ödəniş qəbzlərinin surətləri, 32315 nömrəli vauçerdən çıxarış, elektron aviabiletlərdən çıxarışlar, braşürlər, səfər sığorta şəhadətnamələrinin surətləri, 26 iyul 2022-ci il tarixli, ******* nömrəli qaimə fakturası, 32314 nömrəli vauçerdən çıxarış, Təqsirləndirilən şəxs məxsus 5482 9055 5507 6328 nömrəli bank kartının fotoşəkli, ******* nömrəli qaimə fakturası, hotellə bağlı məlumat xarakterli çıxarışların surəti, ******* nömrəli qaimə fakturasının əsilləri, "xxxx" Kommersiya Bankı ASC-dən daxil olmuş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş əsas və əlavə cəzalarla qismən toplayaraq, Təqsirləndirilən şəxs qəti cəza – 2 (iki) il müddətə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-310/2022 saylı cinayət işi üzrə 5 ay 11 gün həbsdə və ev dustaqlığında saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il müddətə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında “WhatsApp” proqramı vasitəsi ilə aparılan yazışmalardan çıxarışlar, zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri, Təqsirləndirilən şəxs məxsus 5243 7544 4044 4220 nömrəli bank kartının fotoşəkli, Təqsirləndirilən şəxs ödənilmiş və istifadəsində olan bank kartlarına pulun köçürülməsini təsdiq edən ödəniş qəbzlərinin surətləri, 32315 nömrəli vauçerdən çıxarış, elektron aviabiletlərdən çıxarışlar, braşürlər, səfər sığorta şəhadətnamələrinin surətləri, 26 iyul 2022-ci il tarixli, ******* nömrəli qaimə fakturası, 32314 nömrəli vauçerdən çıxarış, Təqsirləndirilən şəxs məxsus 5482 9055 5507 6328 nömrəli bank kartının fotoşəkli, ******* nömrəli qaimə fakturası, hotellə bağlı məlumat xarakterli çıxarışların surəti, ******* nömrəli qaimə fakturasının əsilləri, "xxxx" Kommersiya Bankı ASC-dən daxil olmuş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-8/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-8/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver