Məhkəmə qərarları › İş №1(007)-80/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-80/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-80/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25/110 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 (bir) il müddətinə sürücülük hüququndan məhrum edildiyi halda, sürücülük hüququ olmadan xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində tanışı, Şahid məxsus “LADA 21214” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 14Q ünvanında yerləşən “JOY” hotelin qarşısı ilə 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında və elə yerinə yetirməli idi ki, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli olduğu halda bu tələblərə riayət etməyərək sağa dönmə əməliyyatı edərkən idarəetməni itirmiş və avtomobilin qabaq sol hissəsi ilə yolun sağ kənarında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi məxsus, “Opel” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsindən vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol yarımkürənin subdural hematoması, subaraxnoidal və əsas cibə qansızma ilə müşayiət olunan sağ təpə-gicgah sümüyünün xətti sınığı və sağ təpə ənsə nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, eləcə də “Opel” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs 850 manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, onun əvvəllər sürücülük vəsiqəsi olmuşdur. Lakin avtoxuliqanlıqla bağlı xx.xx.2020-ci il tarixdə Nizami Rayon Məhkəməsi tərəfindən sürücülük vəsiqəsinə 1 il müddətinə məhdudiyyət qoyulmuşdur. O, Şahid isə yaşadığı məhəllədən tanımışdır. ** NO *** dövlət qeydiyyat nişanlı, asfalt rəngli “Niva” markalı avtomobil etibarnamə ilə Şahəddinə məxsus olmuşdur. O, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18-19 radələrində Şahəddini məhlədə avtomobili ilə görmüşdür. O, Şahəddindən xahiş etmişdir ki, onu da “Neftçilər” metrosu istiqamətində aparsın. O, həmçinin Şahəddindən avtomobilini sürməyi xahiş etmişdir. Şahəddin onun xahişini nəzərə alıb avtomobili ona idarə etməyə vermişdir. O, da avtomobili sürməyə başlamışdır. O, “Neolitin” dairəsi adlanan yerdən “Dakar” dairəsi istiqamətində sağdan 1-ci zolaqla təxminən 40 km/saat sürətlə hərəkət etmişdir. O, “Joy” otelin bərabərində sağa dönüb ikinci yola girmək istəyən zaman tormoz vermişdir. Bu zaman ikinci dərəcəli yolda sol tərəfdə “Opel” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil səkiyə paralel olaraq qapısı açıq vəziyyətdə, habelə ön tərəfi “Neolit” dairəsi istiqamətində dayanmışdır. Beləliklə o, qeyd etdiyi kimi tormoz verib ikinci dərəcəli yola girmiş və bu zaman idarə etdiyi avtomobilin ön sol tərəfi ilə “Opel” markalı avtomobilin ön sağ tərəfi toqquşmuşdur. Bundan sonra o, avtomobili saxlamış və Şahəddinlə birlikdə avtomobildən düşmüşdür. Onlar cəld “Opel” markalı avtomobilə yaxınlaşmış və bu zaman avtomobilin sürücüsünün qapının yanında arxası üstə yerdə uzandığını görmüşdülər. Həmin anda qeydiyyat nişanını xatırlamadığı yol patrul xidməti avtomobili onlara yaxınlaşmış, Şahəddin və o, yerə uzanmış vəziyyətdə olan, adını sonradan bildiyi Elçin adlı şəxsə yaxınlaşıb yerdən qaldırmaq istədikləri zaman onlara bildirmişlər ki, onu tərpətməyin. Bu səbəbdən də onlar Elçini tərpətməmiş və olduğu vəziyyətdə saxlamışdırlar. Bundan başqa həmin vaxt artıq yol patrul xidməti əməkdaşları təcili yardım da çağırmışdılar. Az sonra hadisə yerinə təcili yardım avtomobili gəlmiş və onlar xəsarət alan şəxsi xəstəxanaya yola salmışdırlar. Həmçinin o və Şahəddin də xəstəxanaya getmişdir. Daha sonra o, və Şahəddin alkaqol testindən keçmişdir. Onun böyükləri həmin şəxsin xəstəxana xərclərini qarşılamışdılar. Şahəddin bilirmiş ki, onun sürücülük vəsiqəsi olmamışdır. Həmin avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə yük olmamışdır. Həmin vaxt sərnişin kimi yalnız Şahəddin avtomobildə olmuş və yalnız “Opel” markalı avtomobilin sürücüsü Elçin adlı şəxs xəsarət almış və başqa heç bir şəxs xəsarət almamışdır. Toqquşmadan öncə və ya toqquşan zaman “Opel” markalı avtomobil dayanmış vəziyyətdə olmuşdur. Belə ki, həmin vaxt sürücü Elçin avtomobildə oturmuş və qapısını açıq qoymuşdur. Toqquşma zamanı həmin şəxs avtomobildən yerə yıxılmış və nəticədə xəsarət almışdır.Həmin vaxt Elçinin huşu özündə olmamış və Elçinin dili qatlandığı üçün ətrafdakı şəxslərin köməyi ilə onun dilini tutmuşlar. Bundan sonra Elçin özünə gəlmiş və artıq təcili yardım avtomobili gəldiyi zaman Elçin özünə gəlmişdir. Belə ki, Elçin ayağa durub avtomobilinin qapılarını bağlamış və təcili yardıma özü əyləşmişdir. Həmin vaxt hadisə yerində yalnız Şahəddin olmuşdur. Hadisə nəticəsində yalnız onun idarə etdiyi avtomobillə toqquşduğu “Opel” markalı avtomobilə ziyan dəymiş və başqa bir heç əmlaka və ya avtomobilə hər hansı bir ziyan dəyməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2021-ci il tarixdə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş hadisəni tam xatırlamır və onu avtomobili ilə vuran Təqsirləndirilən şəxs da həmin vaxt tanımamış, yalnız istintaq zamanı tanımışdır. O, sonradan öyrənmişdir ki, onu xəstəxanaya təcilli tibbi yardım aparmışdır. Onun avtomobilinə 850 manat ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışladığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, “VAZ- 21214” (Niva) markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobil onun bacısının həyat yoldaşı Çingiz Əhmədovun adına qeydiyyatdadır. Lakin həmin avtomobil ona məxsusdur. O, Cəbrayıl qeydiyyatında olduğuna görə avtomobili yeznəsi Çingizin adına almışdır ki, yuxarıda qeyd edilən avtomobil nömrəsini ala bilsin. O, Təqsirləndirilən şəxs “NZS” qəsəbəsində yaşadığı üçün tanımışdır. Onların münasibətləri yaxşı olmuş və yoldaşlıq etmişdirlər. O, xx xxxxxxxx 2020-ci il tarixdə avtomobili ilə NZS qəsəbəsində olan zaman Elşən onu görmüş və Elşən ondan onu “Neftçilərə” aparmağı xahiş etmişdir. Elşən, həmiçinin ondan avtomobilini sürməyini xahiş etmişdir. O, da münasibətləri nəzərə alıb Elşənin onun avtomobilini sürməsinə etiraz etməmişdir. Bununla da Elşən sükan arxasına əyləşmiş və o, da sərnişin kimi avtomobilin ön sağ tərəfindən əyləşmişdir. “Neolit” dairəsi adlanan yerdən “Dakar” dairəsi istiqamətində olan yolla hərəkət edərkən “JOY” otelin qarşısında Elşən avtomobili sağa döndərək otel istiqamətinə dönmək istəmiş və bu zaman ikinci dərəcəli yolun sağ kənarına paralel və ön tərəfi “JOY” otelə tərəf ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Həmin avtomobilin sürücüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtomobilinin qapısını açıq qoyaraq avtomobilində əyləşmişdir. Elşən idarə etməni itirərək avtomobili saxlaya bilmədiyi üçün idarə etdiyi “Niva” markalı avtomobilin ön sol küncü ilə həmin avtomobilin ön sağ tərəfindən vurmuşdur. Artıq toqquşmaya az qalmış Elçin toqquşmanın olacağını görüb çevrilərək avtomobildən düşmək istəmişdir. Lakin Elçin avtomobildən düşə bilməmiş və toqquşma baş vermişdir. “Opel” markalı avtomobilin qapısı avtomobilə tərəf möhkəm çırpıldığından Elçin qapının arasında qalmış və o, nəticədə yerə yıxılmışdır. Onlar dərhal avtomobildən düşüb Elçinə yaxınlaşmışlar və həmin vaxt Elçin üzü üstə yerdə dayanaraq qaytarmışdır. Bundan sonra onlar Elçinə toxunmamışlar ki, yəqin beyni sirkələnmişdir. Lakin o, əlini Elçinin çiyninə toxunduraraq necə olduğunu soruşmuşdur. Elçin, ona yaxşı olduğunu demişdir. Tez zamanda yol patrul xidməti əməkdaşı hadisə yerinə yaxınlaşmış və təcili yardım çağırmışdır. Bu zaman Elçini təcili yardım avtomobilinə mindirmək istəmişlər, lakin o, bundan imtina etmiş və yaxşı olduğunu demişdir. Elçin avtomobilinin açarını götürmüş və avtomobilinin qapısını bağlamışdır. Onların çox saylı xahişlərindən sonra Elçini təcili yardım avtomobilinə əyləşdirmişlər. Daha sonra polis əməkdaşı hadisə yerinə gəlmiş və onların hər ikisinin sərxoşluq müayinəsinə göndərmişdirlər. Həmçinin onların iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və bundan sonra onlar xəstəxanaya getmişlər və Elçinin necə olduğu ilə maraqlanmışdırlar. Xəstəxanadan onlara bildirmişdirlər ki, Zərərçəkmiş şəxs reanimasiyaya yerləşdirilmişdir. Onun avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, Elşənin sürücülük vəsiqəsinin olmadığını bilməmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, Elşənin sürücülük vəsiqəsi olmuş, lakin avtoxuliqanlıq etdiyi üçün onun sürücülük vəsiqəsi əlindən alınmışdır. Avtomobildə yalnız o və Elşən olmuşdur. Başqa heç kəs və ya yük olmamışdır. Həmin vaxt onun avtomobilinə və Elçinin avtomobilinə ziyan dəymiş və başqa bir avtomobilə və ya obyektə ziyan dəyməmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində baş vermişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 743 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol yarımkürənin subdural hematoması, subaraxnoidal və əsas cibə qansızma ilə müşayiət olunan sağ təpə-gicgah sümüyünün xətti sınığı və sağ təpə ənsə nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 8/1783 saylı rəyindən görünür ki, “LADA 21214” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli DİN-nin Baş Dövlət X1 Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə AD seriyalı 135272 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən 6 (altı) ay, xx.xx.2020ci il tarixdə isə Nizami Rayon Məhkəməsi tərəfindən 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 59.1.11-59.1.14-cü maddəsinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 25 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar