Məhkəmə qərarları › İş №1(007)-82/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-82/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-82/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, M.Ağayev küçəsi ev 10-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayon, M.Cəlal küçəsi ev 52, mənzil 56-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə saat 13:32 radələrində etibarnamə əsasında idarə etdiyi, Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Volkswagen Polo” markalı **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə 80-90 km/saat sürətlə şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitidən və avtomobilin idarə etməsindən ayırmamalı, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli, avtomobili öz zolağı ilə hərəkət etdirməli və əks istiqamətli nəqliyyat axınlarının ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxmamalı olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, ünvan 1 ünvanın qarşısında idarə etdiyi avtomobilə qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mersedes Benz GLE 43 AMG” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində “Mersedes Benz GLE 43 AMG" markalı avtomobil idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb həmin zolaqla hərəkətdə olan Şahid etibarnamə əsasında idarə etdiyi “Aqşin 98" MMC-ə məxsus “Nissan Patrul" markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa tərəfi ilə toqquşmuş, həmin vaxt onun idarə etdiyi “Volkswagen Polo” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mersedes Benz GLE 43 AMG” markalı avtomobilin arxası ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Sportage" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində ehtiyyatsızlıqdan “Kia Sportage" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ bazu sümüyü cisminin (orta və distal 1\3 hissə) qapalı, yerdəyişən, çox qəlpəli sınığından ibarət xəsarətlər, həmin avtomaşında olan sərnişin X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid sol bud-çanaq oynağında bud başının arxa çıxığı, sirkə kasası və qalça sümüyünün qanadının çoxqəlpəli sınığı, oturaq sinir zədələnməsi, sağ bazu sümüyünün cərrahi boyununun qapalı yerdəyişmiş çoxqəlpəli sınığı, sağ çiyin nahiyəsinin, sağ diz və baldırın ön səthinin hematomaları, sol bazunun bayır səthinin və sağ baldırın ön səthinin sıyrıqlarından ibarət xəsarətlər almış, eləcə də “Nissan Patrul” markalı **-PP-*** dövlət nömrə nişanlı avtomaşının əzilməsi nəticəsində "xxxx" MMC-yə 24182 manat, “Mersedes Benz GLE 43 AMG” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində Zərərçəkmiş şəxs3 54620 manat, “Kia Sportage" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 36108 manat, “Volkswagen Polo” sedan markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində isə Zərərçəkmiş şəxs4 MMC-yə 29983 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 may 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində etibarnamə ilə idarə etdiyi “Volkswagen-Polo” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə əsas yolun soldan birinci zolağı ilə şəhər istiqamətində 80-85 km/saat sürətlə hərəkətdə olan zaman 118 saylı ünvanın qarşısında dişi ağrıdığı üçün ağrıkəsici dərman içmək istəyən zaman dərman vasitəsi əlindən avtomobilin sol qabaq ayaqaltısına düşmüş və əyilərək həmin dərman vasitəsini götürmək istəyərkən, sükan əlindən çıxmış və avtomobil sola qarşı hərəkət zolağına istiqamətlənmiş və idarə etdiyi avtomobilin qabaq sol hissəsi H.Əliyev prospekti ilə əsas yolun sol zolağı ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin arxa sol təkər hissəsi ilə toqquşmuşdur. İdarə etməni itirdiyi üçün avtomobil H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olan “KİA” markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bir neçə avtomobil toqquşmuş, avtomobillərə maddi ziyan dəymiş, “Kia Sportage" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 19 may 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində «KİA» markalı **-SP-*** dövlət qeydiyyat nişanı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində əsas yolun sağdan birinci zolağı ilə “Koroğlu” metrostansiyası istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olan zaman H.Əliyev prospekti ilə şəhər istiqamətində hərəkətdə olan «Volkswagen» markalı avtomobil əks hərəkət zolağına çıxaraq “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olan «Mercedes» markalı avtomobillə toqquşduqdan sonra onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı özü və avtomobildə olan bacısı Qocayevə Məhluqə xəsarət almışdır. Hadisə nəticəsində onun avtomobilinə 36108 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 19 may 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində qardaşı Elbrusun idarə etdiyi «KİA» markalı **-SP-*** dövlət qeydiyyat nişanı avtomobildə arxa sağ oturacaqda əyləşmişdir. Elbrus idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində əsas yolun sağdan birinci zolağı ilə «Koroğlu» metrostansiyası istiqamətində hərəkətdə olan zaman H.Əliyev prospekti ilə şəhər istiqamətində hərəkətdə olan “Volkswagen” markalı avtomobil əks hərəkət zolağına çıxaraq “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşduqdan sonra idarəetməni itirərək Elbrusun idarə etdiyi avtomobillə toqquşmuş, hadisə zamanı özü və qardaşı Elbrus xəsarət almışdır. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 19 may 2021-ci il tarixdə saat 13.30 radələrində “Mercedes” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə əsas yolun soldan birinci zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olan zaman H.Əliyev prospektində əsas yolla şəhər istiqamətində hərəkətdə olan “Volksgwagen” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən hərəkətdə olduğu zolaqdan çıxaraq onun hərəkət zolağına çıxmış və qabaq sol hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sol qapısının alt hissəsi ilə toqquşmuş, zərbənin təsirindən idarə etdiyi avtomobilin arxa sol təkəri qırılmış və avtomobil fırlanaraq idarəetmədən çıxaraq əks hərəkət zolağına çıxıb avtomobilinin arxa hissəsi “Nissan” markalı avtomobilin arxa sol yan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinə 54620 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi Nümayəndə2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, «Nissan Patrul» markalı **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs5 MMC-yə məxsus olmaqla idarə olunması üçün Şahid verilmişdir. 19 may 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs5 MMC-yə 24182 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, «Volkswagen Polo» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4 MMC-nə məxsus olmaqla idarə olunması üçün Təqsirləndirilən şəxs verilmişdir. 19 may 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs4 MMC-yə 29983 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, 19 may 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində etibarnamə ilə idarə etdiyi «Nissan-Patrul» markalı **-PP- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində əsas yolun orta zolağı ilə şəhər istiqamətində 90 km/saat sürətlə hərəkətdə olan zaman idarə etdiyi avtomobilin qarşısından sol zolaqda hərəkətdə olan «Volkswagen Polo» markalı **-PY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qəflətən qarşı hərəkət zolağına çıxaraq qarşıdan gələn «Mercedes» markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Mercedes” markalı avtomobil idarəetməni itirmiş və avtomobil fırlanaraq onun hərəkət yoluna çıxaraq arxa hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sol yan hissəsi ilə toqquşmuş, «Volkswagen Polo» markalı avtomobil isə qarşıdan gələn “KİA” markalı avtomobilə toqquşmuşdur. Hadisəsi nəticəsində idarə etdiyi «Nissan-Patrul» markalı avtomobilə 24182 manat maddi ziyan dəymişdir. İşdə olan «Yol-nəqliyyat hadisəsi yerinə taxış keçirilməsi haqqında» 19 may 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanda yerləşir. İşdə olan 19 may 2021-ci il tarixli 2/6475 saylı «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan «Nurgun Motors» tərəfindən verilmiş 24 may 2021-ci il tarixli «Qüsur aktı»ndan görünür ki, «Nissan Patrol» markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomaşına 24182 manat maddi ziyan dəymişdir. İşdə olan «Şərq Motors» tərəfindən verilmiş «ilkin aktı»ndan görünür ki, “Volkswagen Polo» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşına 29983 manat maddi ziyan dəymişdir. İşdə olan «Babək Service» tərəfindən verilmiş 25 may 2021-ci il tarixli «Qüsur aktı»ndan görünür ki, “Mersedes Benz GLE” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomaşına 54620 manat maddi ziyan dəymişdir. İşdə olan «Kia Motors» tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli «Qüsur aktı»ndan görünür ki, “Kia Sportage” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomaşına 36108 manat maddi ziyan dəymişdir. İşdə olan 30 sentyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 13:32 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “MGM Group" MMC-yə məxsus “Volkswagen Polo" sedan markalı **-PY-*** olan avtomobillə Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti ilə şəhər istiqamətində hərəkətdə olan zaman ünvan 1 ünvanda idarə etdiyi avtomobil qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mersedes Benz GLE 43 AMG" markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomaşın və Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Sportage” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, toqquşma nəticəsində “Mersedes Benz GLE 43 AMG” markalı avtomobil idarə olunmaz vəziyyətdə qarşı hərəkət zolağına çıxıb həmin zolaqla hərəkətdə olan Şahid idarə etdiyi “Aqşin 98"MMC-yə məxsus “Nissan Patrul" markalı **-PP-*** dövlət nömrə nişanlı avtomaşının sol arxa tərəfi ilə toqquşmuş, hadisə nəticəsində “Kia Sportage" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 idarəetməni itirərək yol ayrıcında beton səki və işıq dirəklərinə avtomaşını vurmuşdur. İşdə olan qərardan görünür ki, yol nəqliyyat hadisəsini əks etdirən video görüntülərin olduğu bir ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan məhkəmə-tibb ekspertizasının 31 may 2021-ci il tarixli 426 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ bazu sümüyü cisminin (orta və distal 1/3 hissə) qapalı, yerdəyişən, çox qəlpəli sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19 may 2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşdə olan məhkəmə-tibb ekspertizasının 28 iyun 2021-ci il tarixli 427 saylı rəyindən görünür ki, X2 bud-çanaq oynağında bud başının arxa çıxığı, sirkə kasası və qalça sümüyünün qanadının çoxqəlpəli sınığı, oturaq sinir zədələnməsi, sağ bazu sümüyünün cərrahi boynunun qapalı yerdəyişmiş çoxqəlpəli sınığı, sağ çiyin nahiyəsinin, sağ diz və baldırın ön səthinin hematomaları, sol bazunun bayır səthinin və sağ baldırın ön səthinin syrıqları olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19 may 2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilər. İşdə olan məhkəmə-tibb ekspertizasının 25 avqust 2021-ci il tarixli 30/427 saylı rəyindən görünür ki, X2 bud-çanaq oynağında bud başının arxa çıxığı, sirkə kasası və qalça sümüyünün qanadının çoxqəlpəli sınığı, oturaq sinir zədələnməsi, sağ bazu sümüyünün cərrahi boynunun qapalı yerdəyişmiş çoxqəlpəli sınığı, sağ çiyin nahiyəsinin, sağ diz və baldırın ön səthinin hematomaları, sol bazunun bayır səthinin və sağ baldırın ön səthinin syrıqları olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19 may 2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilər. Dərəcələrinə görə sağ çiyin nahiyəsinin, sağ diz və baldırın ön səthinin hematomaları, sol bazunun bayır səthinin və sağ baldırın ön səthinin sıyrıqları ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Dərəcəsinə görə sağ bazu oynağının postravmatik kontrakturası ilə fəsadlaşmış sağ bazu sümüyünün cərrahi boynun qapalı yerdəyişmiş çoxqəlpəli sınığı, sol bud-çanaq oynağının əhəmiyyətli dərəcədə kontrukturası və sol tərəfli oturaq və qalça sümüyünün qeyri-düzgün bitişməsi ilə fəsadlaşmış sol budun başının arxa çıxığı və sol sirkə kasası və qalça sümüyünün qanadının çoxqəlpəli sınıqları, sol aşağı ətrafın parezi və sallanan aşıq baldır oynağı ilə fəsadlaşmış sol oturaq sinirinin zədələnməsi ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%+40%+35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnmişdir və bu əlamətlərə görə sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 iyul 2021-ci il tarixli 8/1312 saylı rəyindən görünür ki, «Volkswagen Polo» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 dekabr 2021-ci il tarixli 8/2922 saylı rəyindən görünür ki, «Volkswagen Polo» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 35-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -"Mercedec-Benz GLE43 AMG’ markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. -“Kia Sportage” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. -“Nissan Patrol” markalı **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş üzrə "Nissan Patrul" markalı **-PP-***, “Mersedes Benz GLE 43 AMG” markalı **- XD-***, “Kia Sportage” markalı **-SP-*** və “Volkswagen Polo” sedan markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 30 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində " başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 nümayəndəsi Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Verilmiş mülki iddianı isə geri götürür. İşdə olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Verilmiş mülki iddianın isə təmin edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi 36108 manat məbləğində maddi zərərin və 20 000 manat məbləğində mənəvi zərərin Təqsirləndirilən şəxs və “MGM Group" MMC-dən müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi haqqında mülki iddia vermişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi və bir zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və X6 nümayəndələri tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və X7 baxılmadan saxlanılmış mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübutlar - "Nissan Patrul" markalı **-PP-***, “Mersedes Benz GLE 43 AMG” markalı **-XD-***, “Kia Sportage” markalı **-SP-*** və “Volkswagen Polo” sedan markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut – yol-nəqliyyat hadisəsini əks etdirən video görüntülərin olduğu bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icra edilənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və X6 nümayəndələri tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və X7 baxılmadan saxlanılmış mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübutlar - "Nissan Patrul" markalı **-PP-***, “Mersedes Benz GLE 43 AMG” markalı **-XD-***, “Kia Sportage” markalı **-SP-*** və “Volkswagen Polo” sedan markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – yol-nəqliyyat hadisəsini əks etdirən video görüntülərin olduğu bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar