Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-82/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarındaт artıq miqdarda psixotrop maddəni əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, 06 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.083 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Nizami RPİ-nin NMB-nin və Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilib, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ kiçik yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0.283 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra 07 sentyabr 2022-ci il tarixdə saat 06:40 radələrində ünvan 6 ünvanında yerləşən Nizami RPİ-nin X2 şübhəli şəxs qismində saxlanılması üçün təhvil verildikdən sonra üzərinə baxış keçirilərkən əynində olan alt paltarının bağ hissəsindən 01 ədəd bükümdə üzərindən aşkar edilmiş 0.283 qram psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən təmiz çəkisi 0.800 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 9ır. Bir müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 06 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı kəndində olan zaman orada üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manat pul verib 2 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamin alıb bir bükümünü əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibinə, bir bükümü isə əynində olan alt paltarının bağ hissəsinə qoymuşdur ki, lazım olanda istifadə etsin. Sonra oradan çıxıb yaşadığı evinə getmişdir. Başı işlərinə qarışdığından əynində olan alt paltarının bağ hissəsində melamfetamin saxlamağını unutmuşdur. Sabahı gün, yəni 07 sentyabr 2022-ci il tarixdə, saat təxminən 03 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 16 saylı binanın qarşısında olan zaman 2 nəfər biri mülkü geyimli, digəri isə polis formasında olan şəxs yaxınlaşmış, özlərini ona polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nizami RPİ-nin 24-cii PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvətini qəbul edib onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getmişdir. Şöbədə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələrin elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra onun əynində olan şalvarın sağ balaca yan cibindən 1 (bir) ədəd palmall markalı siqaret, 02 manat pul və əynində olan şalvarın sağ balaca yan cibindən 01 ədəd psixotrop maddə olan pan, yəni metamfetamin təqdim edərək, masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin kütlə, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 164 saylı möhürü ilə möhürlənmişdir, üzəri o, digər iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan başqa Nizami RPİ-nin MSY-nə gətirilən zaman saat 06 radələrində MSY-də üzərinə baxış keçirilən zaman əynində olan alt paltarının içərisində 01 ədəd bükümün içərisində öncəki narkotik vasitə olan metamfetaminin qalığı aşkar edilmişdir. Həmin vaxt yadına düşmüşdür ki, 06 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı kəndində tanımadığı şəxsdən 20 manata alıb bir hissəsini əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibinə, bir hissəsini də əynində olan alt paltarının bağ hissəsində gizlədərək özündə saxlamışdır. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə polis əməkdaşları tərəfindən aşkar olunmadığı üçün və həmin psixotrop maddəni alt paltarının bağında saxlamağını unutduğu üçün bu barədə polis əməkdaşlarına heç bir söz deməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsi daşıyır. ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 9an Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində mütamadi olaraq qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 07 sentyabr 2022-ci il tarixdə ondan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkilli polis kapitanı Şahid2 və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 07 sentyabr 2022-ci il tarixdə saat 03:00 radələrində ünvan 11 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gəlməyə dəvət elmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onunla razılaşaraq birlikdə Şöbəyə gəlmiş və Şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal formada maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamindir. O, psixotrop maddə olan metamfetamini 06 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı kəndində tanımadığı şəxsdən 20 manata alıb əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o psixotrop maddə metamfetamini özü istifadə etdiyi üçün almış, həmin psixotrop maddəni yalnız özü istifadə edəcəkmiş. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsn üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 164 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, o, və proses iştirakçıları həmin protokolu imzalamışlar. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0.283 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında baxış keçirmə və götürmə aparılması haqqında 07 sentyabr 2022ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzəri yoxlanılaraq əynində olan qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabısı soyunduruldu. Alt paltarının bağında içəri tərəfdən bir ədəd şəffaf polietilen büküm götürüldü. Həmin bükümün içərisində spesifik iyə malik, ağ rəngli, kristal halında olan maddə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində olan alt paltarının bağ hissəsindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamindir. O. psixotrop maddə olan metamfetamini 06 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı kəndində tanımadığı şəxsdən 20 manata alıb bir hissəsini əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibinə, bir hissəsini də əynində əynində olan alt paltarının bağ hissəsində gizlədərək özündə saxlamışdır. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə polis əməkdaşları tərəfindən aşkar olunmadığı üçün və həmin psixotrop maddəni alt paltarının bağında saxlamasını unutduğu üçün və bu barədə polis əməkdaşlarına heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs götürülmüş həmin bir büküm kristalik maddə zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 162 saylı möhürü ilə möhürləndi. Baxış zamanı dövriyyəsi qadağan olunmuş digər əşya və predmet, həmçinin Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilmədi. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 6/4858 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş, tədqiqata təqdim edilmiş üzərində bir ədəd kağız zərfdə olan bir ədəd bükümdəkidəki təmiz çəkisi 0,283 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixtorop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. Həmin maddənin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,233 qram hissəsi qalıq qalmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 6/4989 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN «Arayışlar üçün № 162» dairəvi möhür əksi» və Təqsirləndirilən şəxs üzərindən aşkar maddə imza" yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə olan bir ədəd bükümdəki təmiz çəkisi 0.800 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixtorop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 66" ştamp əksi olan və “Ekspert rəyi 6/4858 Təqsirləndirilən şəxs" yazısı və imza yazısı əlavəli paketin içərisində olan Təqsirləndirilən şəxs "yazısı və imza yazı əlavəsi qeyd edilən bir ədəd kağız zərfdəki metamfetamin ilə kimyəvi kompanent tərkiblərinə və xarici əlamətlərinə görə xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin təmiz çəkisi 07 sentyabr 2022-ci il tarixli 6/4858 nömrəli ekspert rəyində göstərilmişdir. Təmiz çəkisi 0.800 qram olan həmin maddənin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,750 qram hissəsi qalıq qalmışdır. İş materiallarında diskə baxış keçirilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis leytenantları Şahid1 və Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək, üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etdi. Həmin 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal formada maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamindir. O, psixotrop maddə olan metamfetamini 06 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı kəndində tanımadığı şəxsdən 20 manata alıb əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o, psixotrop maddə metamfetamini özü istifadə etdiyi üçün alıb, həmin psixotrop maddəni yalnız özü istifadə edəcəkdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 164 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra şəxsi axtarışın çəkilişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkiliş 09 dəqiqə 55 saniyə davam etmişdir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 oktyabr 2022-ci il tarixli, 6157 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.233 qram və 0.750 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin “maddi sübutların saxlanılması otağına” təhvil verilməsi, istintaq zamanı Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan, gümüşü rəngli, üzərində “Vebratim” sözü yazılmış bir ədəd DVD formatlı diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli tutma protokolundan, 08 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan, 08 sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 07 sentyabr 2022-ci il tarixdə, saat 04:00-da şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Nizami RPİ-nin MSY-dən azad edilmişdir. Bundan başqa, iş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 18 oktyabr 2022-ci il tarixli protokoldan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 19 oktyabr 2022-ci il tarixli, 4(007)-556/2022 saylı qərarından və qətimkan tədbirinin seçilməsi barədə eyni tarixli qərardan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 oktyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində tutularaq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 19 oktyabr 2022-ci il tarixli, 4(007)- 556/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən xx.xx.2022-ci il tarixdə, saat 16:45-də imtina olunmuş və 19 oktyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 sentyabr 2022-ci il, saat 04:00-dan 08 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və 18 oktyabr 2022-ci il, saat 11:30-dan 19 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 0.233 qram və 0.750 qram psixotrop maddələr olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 184 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 28 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 168 manat (6x28) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 sentyabr 2022-ci il, saat 04:00-dan 08 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və 18 oktyabr 2022-ci il, saat 11:30-dan 19 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 184 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.233 qram və 0.750 qram psixotrop maddələr olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 28 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 168 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-82/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-82/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver