Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-83/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işisiz, əvvəllər məhkum olmuş və məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Culfa şəhəri, H.Cavid küçəsi mənzil 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Aşıq Pəri 101 ünvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işisiz, əvvəllər məhkum olmuş və məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan və hazırda ƏN-in PX-nin 11 saylı CÇM-də çəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talama məqsədilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində ünvan 2 ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 işlətdiyi çay evinin qarşısına gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən, niyyətlərinə maneəsiz nail olmaq məqsədilə Təqsirləndirilən şəxs2, kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, o isə üzərində gətirdiyi istintaqa məlum olmayan alətlə çay evinin plastik materialdan olan pəncərəsinə mexaniki təsir göstərib açaraq, qanunsuz olaraq çay evinə daxil olub divardan asılmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 700 manat dəyərində “Samsung” markalı televizoru çıxararaq gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 700 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/19 ünvanında yük boşaltmaq üçün dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi **-KG-*** dövlət qeydiyyat nişanlı “Ford-Tranzit” markalı avtomobilin qapısının açıq olmasından istifadə edib sürücü tərəfdən qapını açaraq, avtomobilin salonundan Zərərçəkmiş şəxs2 məxsus içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 850 manata bərabər 500 ABŞ dollar, 60 manat nağd pul vəsaiti, hər biri 10 manat dəyərində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, həmin avtomobilin texniki pasportu, VÖEN, "xxxx"a aid elektron kartı, 02 ədəd Azercell MMC- yə aid ***-***-**-** və ***-***-**-**, 01 ədəd Bakcell MMC-yə aid ***-***-**-** və 01 ədəd Azerfon MMC-yə aid ***-***-**-** nömrə kartları olan 60 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1060 məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli ifadəsində göstərmişdir ki, xx.xx.2022- ci il tarixdə metronun “Neftçilər” stansiyası yaxınlığına gəlmiş, ünvan 4 ünvanın qarşısı ilə piyada gedən zaman avtomobil yolunun kənarında ağ rəngli **-KG-*** dövlət nömrə nişanlı “Ford Tranzit” markalı avtomobilin işlək vəziyyətdə olmasını və sürücüsünün yanında olmadığını görüb qərara gəlmişdir ki, avtomobilin salonunda dəyərli bir əşya və ya pul aşkar edərsə, oğurlasın. Qapının açıq olduğunu görüb əlini avtomobilin salonuna salmış və qara rəngli uzunsov formalı pul kisəsini götürmüşdür. Sonra avtomobilin qapısını bağlamış və qaçaraq Q,Qarayev prospektinin o biri tərəfinə keçmişdir. Hadisə yerindən bir qədər uzaqlaşandan sonra pul kisəsini yoxladıqda, içərisində müxtəlif bank kartları, sürücülük vəsiqəsi və dəqiq xatırlamadığı başqa sənədlərin olduğunu görmüşdür. Həmin sənədləri və kartları yolda xatırlamadığı yerə tullamışdır. Pul kisəsində olan 03 ədəd 100 ABŞ dolları, 03 ədəd 50 ABŞ dolları, 02 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq pul əskinaslarını götürmüşdür. Əldə etdiyim pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022- ci il tarixdə səhər saat 09:30 radələrində polis əməkdaşlarını onu saxlayıb, polis şöbəsinə gətirmiş, ona hüquq və və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı əynində olan ağ rəngli cins şalvarın sol arxa cibindən, hadisə zamanı ələ keçirdiyi qara rəngli, uzunsov formalı, üzərində “Calvin Klein” sözləri yazılmış pul kisəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs ittiham olunduğu digər epizod üzrə özünü təqsirli bilməyərək, xx.xx.2022-ci il tarixdə çay evində baş vermiş oğurluğun onun tərəfindən törədilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-ni 177.2.1 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, xx.xx.2022- ci il tarixdə, saat 16 radələrində Ruslan ilə bir yerdə metronun “Neftçilər” stansiyası yaxınlığında olarkən tanışı Ruslan ona bildirmişdir ki, 2 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çay evində olan zaman orada gördüyü “Samsung” markalı televizoru oğurlamaq istəyir və planlaşdırdığı əməli birlikdə törətməyi ona təkif etmişdir. O, razılıq verdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Ruslan ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yusifov küçəsi 45 ünvanda yerləşən çay evinin yaxınlığına gəlmişlər. Ruslan avtomobili çay evinin yaxınlığında saxladıqdan sonra, televizoru oğurlamaq üçün çay evinə pəncərədən daxil olmağa çalışmışdır. Ruslan ilə aralarında olan razılığa əsasən, o çay evinin yanında gəzişməklə ətrafa nəzarət edəcəkdir. Daha sonra Ruslan özü ilə gətirdiyi vintaçanla çay evinin küçəyə baxan pəncərəsinə güc tətbiq etməklə açıb içəri daxil olmuş, vitrin soyuducunun üzərinə qalxaraq divardan asılan televizoru yerindən çıxarıb özü ilə aparmışdır. Onlar hər ikisi avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmışlar. O metronun “Neftçilər” stansiyası yaxınlığında avtomobildən düşüb kirayə qaldığı evə getmişdir. Sonradan Ruslanın televizoru kimə və hansi qiymətə satması barədə məlumatı olmamışdır. Həmçinin, törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, idarə etdiyi **-KG-*** dövlət nömrə nişanlı “Ford Tranzit” markalı avtomobili ilə şirkətə məxsus malları daşımaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində, o ünvan 4 ünvanın qarşısında avtomobildə olan yükləri boşaltdıqdan sonra, avtomobilin salonunda olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində, içərisində 500 ABŞ dolları və 60 manat nağd pul, hər biri 10 manat dəyərində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, idarə etdiyi avtomobilin texniki pasportu, VÖEN kartı, hesabında pul olmayan "xxxx" a aid elektron kartı, 02 ədəd Azercell MMC-yə aid ***-***-**-** və ***-***-**-**, 01 ədəd Bakcell MMC-yə aid ***-***-**-** və 01 ədəd Azerfon MMC-yə aid ***-***-**-** nömrə kartları olan, 60 manat dəyərində pul kisəsinin oğurlanması nəticəsində, ümumilikdə ona 1060 manat miqdarında maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş zərərin tam ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən CD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində çay evinin pəncərəsindən çay evində daxil olması, divardan asılmış televizoru yerindən çıxararaq, çay evindən çıxması müəyyən olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6203 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən 01 ədə üzərində “Valvin Klein” yazıları olan, qara rəngli, süni dəri materialından olan, 18x8 sm ölçülü pul kisəsinin orta bazar qiyməti təxminən 10.00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsinə, X4 etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Həmçinin cinayət əməlininin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Piriyev X8 Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmü ilə 03 il 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Bununla da məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, İsmayılov X9 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixl hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Nizami rayon Məhkəməsinin qərarına əsasən cəzadan azad edilmişdir. Bununla da məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin Təqsirləndirilən şəxs2 Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, CM-nin 177.2.3 və 234.1-ci maddələri üzrə təqsirli bilinib qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2022-ci il tarixdə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayəti əvvəlki hökm olan Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməldən səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda cəza çəkir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Calvin Klein” yazıları olan qara rəngli suni dəri materialından olan pul kisəsinin sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 23 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə müəyyən edilmiş vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Calvin Klein” yazıları olan qara rəngli suni dəri materialından olan pul kisəsinin sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-83/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-83/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver