Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-83/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1982-ci il tarixdə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, dörd uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Şıxbabalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsi, dalan 5-də nömrəsiz fərdi evdə yaşayan, 30 avqust 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ünvan 1 ünvanda yerləşən, lombard fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-yə gəlib həmin cəmiyyətin direktoru vəzifəsində çalışan Zərərçəkmiş şəxs müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən, Şahid3 məxsus lombarda 06 iyun 2022-ci il tarixdə 075118 nömrəli girov biletinə əsasən övladı X1 adına girova qoyduğu 750 əyarlı 10,74 qram, 28 iyul 2022-ci il tarixdə 075112 nömrəli girov biletinə əsasən tanışı Şahid2 adına girova qoyduğu 750 əyarlı 26 qram və 09 avqust 2022-ci il tarixdə 075129 nömrəli girov biletinə əsasən Şahid2 adına girova qoyduğu 750 əyarlı 11 qram olmaqla həqiqətdə ümumi çəkisi 47,74 qram olan qızıl-zinət əşyalarının guya 210 qram olması, həmin qızıl-zinət əşyalarını lombarddan girovdan çıxarıb "xxxx" MMC-yə girova qoymaq istəməsi, qızıl-zinət əşyalarının girovdan çıxarılması üçün həmin lombarda 14070 manat ödəniş etməli olması barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs aldadıb etibarından sui-istifadə etməklə bu məqsədlə sonuncunun tapşırığı ilə 12 noyabr 2022-ci il tarixdə saat 17 radələrində "xxxx" MMC-də kredit mütəxəssisi vəzifəsində çalışan Şahid1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən, Şahid3 məxsus lombardın qarşısına gəlib orada Şahid1 guya lombardda işləyən şəxslərin onun girov qoyduğu qızıl-zinət əşyalarını "xxxx" MMC-yə girov qoyacağını bilməsini istəmədiyini, bu səbəbdən də lombarda tək daxil olmaq istəməsini bildirib Şahid1 14070 manat nağd pul vəsaitini alıb, həmin lombarda daxil olub, bir neçə dəqiqə sonra lombarddan çıxıb, Şahid1 14070 manat pulu lombarda ödəməsi və qızıl-zinət əşyalarının bir saat sonra verilə biləcəyi, hazırda özünün işlərinin olmasını, bir saata geri qayıdacağına dair yalan məlumat verib həmin yerdən uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus 14070 manat pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin payız aylarında dəqiq xatırlamadığı tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən "xxxx" MMC-nin yerləşdirdiyi elanla rastlaşmışdır. Elanda yazılan şərtlər əsasında "xxxx" MMC-nin digər lombardlara nisbətən çox aşağı faiz dərəcəsi ilə qızıl-zinət əşyalarını girov qoymasını görmüşdür. Buna görə də müəyyən müddətdən sonra "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində baş ofisinə getmək qərarına gəlmişdir. 11 noyabr 2022-ci il tarixdə günorta saatlarında tək "xxxx" MMC-nin baş ofisinin yerləşdiyi ünvana getmişdir. Ofisə daxil olduqdan sonra məsul şəxslərdən birinə yaxınlaşmışdır. Həmin şəxs adını sonradan bildiyi MMC-nin direktoru Təbriz bəy olmuşdur. O, sonuncuya üzərində olan 3 ədəd girov biletini göstərərək Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığındakı lombardlardan birinə bir neçə ay əvvəl girov olaraq qoyduğu 210 qram 750 əyarlı qızıl-zinət əşyalarını həmin lombarddan çıxarıb "xxxx" MMC-yə girov qoymaqla nağd pul götürmək istədiyini bildirmişdir. Təbriz bəy də girov biletlərinə baxıb müəyyən hesablamalar aparmış və lombarda qoyduğu qızıl-zinət əşyalarını girovdan çıxarıb "xxxx" MMC-yə girova qoyduqdan sonra həmin şərtlər daxilində ona qızıl-zinət əşyasının 1 qramının həmin dövr üçün bazar qiyməti olan 67 manatdan hesablamaqla 14070 manat məbləğində pul verə biləcəyini bildirmişdir. O da Təbriz bəyin təklifi ilə razılaşmışdır. Daha sonra Təbriz bəy onu sənədləşmə işlərinin aparılması üçün MMC-nin əməkdaşı olan, adını sonradan bildiyi Famil bəyə yönləndirmişdir. Famil bəy şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin kserosurətini çıxarmışdır. O, şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin kserosurəti olan vərəqənin orta hissəsində 11 noyabr 2022-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığındakı lombarddan 210 qram 750 əyarlı qızıl-zinət əşyalarını çıxarıb "xxxx" MMCyə girov qoymaq şərti ilə 14070 manat məbləğində pul götürməyi və qızıl-zinət əşyalarını 11 noyabr 2022-ci il tarixdə "xxxx" MMC-yə təhvil verəcəyinə təminatla bağlı öz xətti ilə qeydlər aparmışdır. Daha sonra həmin vərəqədə öz xətti ilə imza edib soyadını qeyd etmişdir. Bundan sonra Təbriz bəy 14070 manat məbləğində pulu sayıb Familə vermişdir. Famil də pulu qəbul edib axşam saatlarında birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında olan lombarda gəlmişlər. Famillə birlikdə lombarda daxil olsalar da müdiriyyət qızıl-zinət əşyalarının başqa ünvanda saxlanılmasını və artıq axşam saatları olduğuna görə onların gətirilməsinin gec olacağını bildirib növbəti gün gəlmələrini bildirmişdir. Bundan sonra Famillə birlikdə lombardı tərk etmiş və növbəti gün üçün günorta saatlarında həmin lombardın qarşısında görüşmək qərarına gəlmişlər. 12 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Famillə “Neftçilər” metrostansiyasının çıxışında yerləşən lombardın qarşısında görüşmüş, həmin vaxt Famildən 14070 manat məbləğində pulu götürmüş və ona həmin pulla lombarda ödəniş edib qızıl-zinət əşyalarını girovdan çıxaracağını demiş, lakin həmin lombardın qızıl-zinət əşyalarını başqa lombarda qoymasından məlumatlı olmaması üçün onun lombarda daxil olmamasını xahiş etmişdir. Famil də onunla razılaşmışdır. Bundan sonra lombarda daxil olub Ruhiyyədən alaraq 2022-ci ilin avqust ayında girova qoyduğu qızıl-zinət əşyalarını təxminən 3700 manat ödəniş etməklə girovdan çıxarmışdır. Lakin lombard müdiriyyəti qızıl-zinət əşyalarının təxminən 1,5-2 saat sonra lombarda gətiriləcəyini bildirmişdir. O da qızıl-zinət əşyaları gəldikdən sonra girov biletləri adına olan Ruhiyyənin lombarda gəlib onları götürəcəyini bildirmişdir. Bundan sonra lombardı tərk etmiş, Familə ona verdiyi 14070 manat məbləğində pulun hamısını lombarda ödədiyini bildirib qızıl-zinət əşyalarının təxminən 1- 1,5 saat sonra lombarda gətiriləcəyini bildirib bir qədər gözləməsini xahiş etmişdir. Famil də onunla razılaşmışdır. Lakin Familə bu müddətdə yaxın ərazidə olan mağazalara baxacağını demişdir. Sonuncu da yaxınlıqda onu gözləyəcəyini və qızıl-zinət əşyaları gəldiyi təqdirdə ona xəbər etməyini xahiş etmişdir. Bundan sonra Famildən ayrılıb dərhal Ruhiyyə ilə telefon əlaqəsi saxlayaraq lombarda girova qoyduğu qızıl-zinət əşyalarına görə ödəniş etdiyini və tez gəlib həmin qızıl-zinət əşyalarını sənədləri təqdim etməklə götürməsini tapşırmışdır. Təxminən 1 saat sonra Famil onunla telefon əlaqəsi saxladıqda yaxınlıqda yerləşən mağazalara baxdığını, qızıl-zinət əşyalarının lombarda gətirilməsi ilə bağlı bir xəbər olmadığını və xəbər gəldiyi təqdirdə dərhal onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra mobil telefonunu söndürmüşdür. Həmin gün 14070 manat məbləğində pulun qalan 10000 manat hissəsi ilə bir nəfərə olan 2000 manat, bir nəfərə də olan 8000 manat əl borclarını ödəmişdir. 14070 manat məbləğində puldan qalan təxminən 350-400 manat məbləğində pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. İstintaq zamanı dəymiş ziyandan 6000 manat ödəmişdir. Ödənilməmiş qalan 8070 manat ziyanı hissəhissə ödəyəcəkdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını, zərərin bir hissəsini ödədiyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 26 fevral 2021-ci il tarixdən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. MMC fiziki şəxslərdən müxtəlif qızıl-zinət əşyalarının girov olaraq qoyulması və girov müqabilində müəyyən məbləğlərdə ödənişləri həyata keçirməklə lombard kimi fəaliyyət göstərir. MMC-nin təsisçisi və nizamnamə kapitalı əsasında 100% pay sahibi X2r. MMC-nin Şəmkir rayonunda və Bakı şəhəri Nərimanov rayonu ərazisində filialları mövcuddur, baş ofis isə ünvan 1 ünvanında yerləşir. O, özü gündəlik olaraq baş ofisdə əyləşib işlərə nəzarət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında hər hansı bir tanışlıq və ya ünsiyyət olmamışdır. 11 noyabr 2022ci il tarixdə günorta saatlarında Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 11F ünvanında yerləşən baş ofisdə olarkən Təqsirləndirilən şəxs MMC-yə daxil olmuşdur. Həmin vaxt Gülər birbaşa ona yaxınlaşıb bir neçə ədəd girov biletini göstərərək Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığındakı adını demədiyi lombarda bir neçə ay əvvəl girov olaraq 210 qram 750 əyarlı qızıl-zinət əşyalarını qoymasını və həmin qızıl-zinət əşyalarını qeyd olunan lombarddan çıxarıb onların lombardına girov qoymaqla nağd pul götürmək istədiyini bildirmişdir. O, Gülərin təqdim etdiyi girov biletlərini nəzərdən keçirmiş, 3 ədəd girov biletində lombarda girova qoyulmuş qızıl-zinət əşyalarının ümumi çəkisinin 210 qram olmadığını müəyyən etmişdir. Buna görə Gülərə bununla bağlı iradını bildirmişdir. Gülər isə lombarda girov qoyduğu digər qızıl-zinət əşyaları ilə bağlı tərtib edilmiş girov biletlərinin yaşadığı evdə olmasını və həmin vaxt evdə heç kimin olmamasına görə onların surətlərini təqdim edə bilmədiyini demişdir. Lakin sonradan həmin girov biletlərinin kserosurətlərini qızıl-zinət əşyalarını "xxxx" MMC-yə girov qoymağa razılaşacağı təqdirdə təqdim edəcəyini bildirmişdir. O da Gülərin səmimiyyətinə inanıb razılaşmışdır. Gülərin təqdim etdiyi girov biletlərində qeyd edilmiş ədədlərlə hesablama apararaq Gülərin lombarda borclu olduğu məbləğin faizlərlə birlikdə təxminən 15000 manat təşkil etdiyini müəyyən etmişdir. Gülər də onun məhz 15000 manat məbləğində nağd pula ehtiyacı olduğunu demişdir. O, 210 qram 750 əyarlı qızıl-zinət əşyasının 1 qramının həmin dövr üçün ölkə ərazisində bazar qiyməti olan 69 manatın müştərilər tərəfindən ödənilməsi riskləri nəzərə alınmaqla 67 manatdan hesablayıb 210 qram qızıl-zinət əşyasının 14070 manat təşkil etməsini müəyyən etmiş, buna görə də Gülərə ən çoxu 14070 manat məbləğində nağd pul verə biləcəyini izah etmişdir. Gülər bir daha ona nağd olaraq 15000 manat məbləğində pul lazım olmasını bildirsə də o, bunun mümkün olmadığını izah etmişdir. Bundan sonra Gülər lombardı tərk etmişdir. Təxminən 30-40 dəqiqə sonra Gülər yenidən lombarda gəlib demiş olduğu şərtlərlə razı olduğunu bildirmişdir. Daha sonra o, sənədləşmə işlərinin başlanması üçün lombardın əməkdaşı Şahid1 çağırmış və ona sənədləşmə işlərinə başlamağı tapşırmışdır. Famil əvvəlcə Gülərin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarmış, Gülər də şəxsiyyət vəsiqəsinin kserosurəti olan vərəqənin orta hissəsində "xxxx" MMC-dən 210 qram 750 əyarlı qızılzinət əşyalarını çıxarmaq üçün 14070 manat məbləğində pul götürməsi və qızıl-zinət əşyalarını lombarddan çıxarıb "xxxx" MMC-yə təhvil verəcəyinə təminatla bağlı öz xətti ilə qeydlər aparmış, vərəqədə öz xətti ilə imza edib soyadını qeyd etmişdir. Bundan sonra o, kassadan 14070 manat məbləğində pulu sayıb Familə vermişdir. Famil də pulu qəbul edib Gülərlə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında olan lombarda getmək üçün lombardı tərk etmişdir. Təxminən 20-25 dəqiqə sonra Famil onunla telefon əlaqəsi saxlayaraq lombardın bağlı olmasını bildirmişdir. O da Familə 14070 manat məbləğində pulu özündə saxlamasını, növbəti gün Gülərlə həmin lombardın qarşısında görüşərək qızıl-zinət əşyalarını lombarddan götürdükdən sonra pulu Gülərə verməsini tapşırmışdır. 12 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Famil onunla telefon əlaqəsi saxlayaraq Gülərlə “Neftçilər” metrostansiyasının çıxışında yerləşən lombardın qarşısında görüşdüyünü, Gülərin 14070 manat məbləğində pulu lombarda ödəniş etmək adı ilə ondan almasını, lombardla problemi yaranmaması üçün onun lombarda daxil olmasına icazə verməməsini, bir neçə dəqiqə sonra Gülərin lombarddan çıxaraq yaxın ərazidə 1 saatlıq işinin olmasını bildirib oradan uzaqlaşmasını, 1 saatdan sonra Gülərlə telefon əlaqəsi saxlamaq istədikdə mobil telefonunun sönülü olmasını aşkar etməsi barədə məlumat vermişdir. Famil bir neçə saat sonra həmin lombarda daxil olduqda Gülərin lombarda təxminən 3200 manat məbləğində ödəniş etməsini və girov qoyduğu qızıl-zinət əşyalarını girovdan çıxarmasını öyrənmişdir. Famil ona məlumat verdikdən sonra özü də Gülərin təqdim etdiyi mobil nömrələrə zənglər etsə də zəng çatmamışdır. Bundan sonra Famil lombarddan qızıl-zinət əşyalarının sahibi olan Ruhiyyə adlı qadının mobil telefon nömrəsini almışdır. Ruhiyyə adlı qadınla telefon əlaqəsi saxladıqda o, girov qoyulan qızıl-zinət əşyalarının ona məxsus olduğunu və həmin qızıl-zinət əşyalarını bir neçə dəqiqə əvvəl Gülərin telefon zəngindən sonra lombarda yaxınlaşıb girovdan götürdüyünü bildirmişdir. Həmin vaxt artıq Gülərin əvvəlcədən hazırlanmış ssenari əsasında Famildən 14070 manat məbləğində pulu almasını, daha sonra həmin pulun 3200 manat hissəsi ilə lombarda ödəniş etməsini, bundan sonra qızıl-zinət əşyalarını girovdan çıxarmaq üçün Ruhiyyəyə məlumat verməsini və Ruhiyyənin qızıl-zinət əşyalarını girovdan çıxarmasını yəqin etmişdir. Gülərin Famildən aldığı 14070 manat məbləğində pul "xxxx" MMC-yə məxsus olsa da sonradan həmin məbləği öz şəxsi vəsaiti hesabına MMC-yə tamamilə ödəmişdir. Buna görə də Təqsirləndirilən şəxs onu və Famili aldatması nəticəsində əldə etdiyi 14070 manat məbləğində pula görə maddi ziyan ona dəymişdir. Gülər ondan aldığı 14070 manat məbləğində puldan 6.000 manat ödəmiş, 8070 manat məbləğ isə ödənilməmişdir. Dəymiş ziyanın hissə-hissə ödənilməsinə razı deyildir. Təqsirləndirilən şəxs şikayətçidir, pulunun tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin mart ayından "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən baş ofisində kredit mütəxəssisi vəzifəsində çalışır. Kredit mütəxəssisi olaraq vəzifəsi kredit üçün müştəri cəlb olunması işini təşkil etmək, kreditlə bağlı müraciət edən müştərilərə kredit ödənişlərinin verilməsini təmin etmək və müştərilər tərəfindən kredit ödənişlərinin vaxtlı-vaxtında həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin direktoru kimi mütəmadi olaraq baş ofisdə olmaqla MMC-nin fəaliyyətinə nəzarət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı bir tanışlıq və ya ünsiyyət olmamışdır. 11 noyabr 2022-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında yerləşən baş ofisdə öz işləri ilə məşğul olarkən direktor Təbriz bəy müştəri olaraq MMC-yə müraciət edən Təqsirləndirilən şəxs qəbul edib onun istəyi ilə bağlı sənədləşdirmə işlərinə başlamağını tapşırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşıb "xxxx" MMC-yə girov olaraq Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığındakı lombardlardan birinə girov kimi qoyduğu 210 qram 750 əyarlı qızıl-zinət əşyalarını çıxarıb "xxxx" MMC-yə girov qoyacağını və bunun müqabilində MMC-dən 14000 manat məbləğində pul götürəcəyini bildirmişdir. Təbriz bəyə Təqsirləndirilən şəxs müraciəti barədə məlumat verdikdə o, hər hansı bir narahatçılıq olmadan sənədləşdirmə işlərinə başlaya biləcəyini demişdir. Bundan sonra o, əvvəlcə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarmışdır. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti olan vərəqənin orta hissəsində "xxxx" MMC-dən 210 qram 750 əyarlı qızılzinət əşyalarını çıxarmaq üçün 210 qram qızıl-zinət əşyasının həmin dövr üçün pul ekvivalenti təşkil edən 14070 manat məbləğində pul götürməsi və qızıl-zinət əşyalarını lombarddan çıxarıb "xxxx" MMC-yə təhvil verəcəyinə təminatla bağlı öz xətti ilə qeydlər aparmış, imza edib soyadını qeyd etmişdir. Həmin proses tərəfindən əvvəlcədən Təqsirləndirilən şəxs məlumat verilməklə və bu barədə onun razılığı alındıqdan sonra mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Sonda Təbriz bəy kassadan 14070 manat məbləğində pulu sayıb ona vermişdir. Təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığındakı adını bilmədiyi lombarda gəlmişlər. Həmin vaxt 14070 manat məbləğində pul onun üzərində olmuşdur. Təqsirləndirilən şəxs tək lombarda daxil olmuş, təxminən 10-15 dəqiqə sonra lombarddan çıxıb girov qoyduğu qızılzinət əşyalarının lombard müdiriyyəti tərəfindən digər yerdə saxlanılmasını və həmin qızılzinət əşyalarının yalnız növbəti gün lombarda gələcəyini bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs ondan növbəti gün günorta saatlarında həmin lombardın qarşısında görüşmələrini xahiş etmişdir. O da mobil telefon vasitəsilə Təbriz bəylə əlaqə saxlayıb vəziyyəti izah etmişdir. Təbriz bəy hər hansı bir narahatçılıq olmadığını, 14070 manat məbləğində pulu özündə saxlamağını və növbəti gün Təqsirləndirilən şəxs ilə həmin lombardın qarşısında görüşərək qızıl-zinət əşyalarını lombarddan girovdan çıxarmağını, yalnız prosedur yekunlaşdıqdan sonra 14070 manat məbləğində pulu Təqsirləndirilən şəxs verməyini bildirmişdir. O, Təbriz bəyin tələbi barədə Təqsirləndirilən şəxs məlumat vermiş, Təqsirləndirilən şəxs növbəti gün günorta saatlarında həmin lombardın qarşısında ona gözləyəcəyini bildirmişdir. 12 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayaraq “Neftçilər” metrostansiyasının yaxınlığındakı adını bilmədiyi lombardın qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs lombarda girov qoyduğu qızıl-zinət əşyalarını girovdan çıxarmaq üçün 14070 manat məbləğində pulu ona verməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs həmin pulla girov qoyduğu qızıl-zinət əşyalarını çıxaracağını düşünüb 14070 manat məbləğində pulu lombardın yan tərəfində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu sayıb qəbul etdikdən sonra lombarda daxil olmuşdur. Təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs lombarddan çıxıb 14070 manat məbləğində pulu lombardın müdiriyyətinə ödədiyini, təxminən 1 saat müddətində qızıl-zinət əşyalarının həmin lombarda gətirilib ona təhvil veriləcəyini, həmin 1 saatlıq müddətdə yaxın ərazidə işinin olmasını bildirib 1 saatdan sonra lombarda qayıdacağını demişdir. O da Təqsirləndirilən şəxs dediklərini normal prosedur qayda olaraq anlayıb lombardın qarşısında onu gözləyəcəyini bildirmişdir. 1-1,5 saat müddət keçdikdən sonra Təqsirləndirilən şəxs lombarda gəlməməsini görüb onunla telefon əlaqəsi saxlamaq istədikdə mobil telefonunun sönülü olmasını aşkar etmişdir. Bundan sonra bir neçə dəfə həmin mobil nömrəyə zəng vursa da, mobil telefon sönülü vəziyyətdə olmuşdur. Gülər İsmaylovanın hərəkətlərindən şübhələnib dərhal lombarda daxil olmuş, lombard müdiriyyətindən Təqsirləndirilən şəxs tərəfindən onlara ödəniş edilib-edilməməsi barədə maraqlandıqda lombardın əməkdaşı qeydiyyat kitabçasından baxıb Gülər adlı qadının 12 noyabr 2023-cü il tarixdə lombarda 3200 manat məbləğində ödəniş etməsini və onun girov qoyduğu qızıl-zinət əşyalarının elə həmin gün Ruhiyyə adlı qadın tərəfindən girovdan çıxarılmasını bildirmişdir. Həmin an artıq Təqsirləndirilən şəxs ondan aldığı 14070 manat məbləğində pulla lombarda daxil olub 3200 manat məbləğində ödəniş etdikdən sonra onu yalandan aldadıb təxminən 1-1,5 saat müddətində lombardın qarşısında gözlətməsini və həmin müddətdə Ruhiyyə adlı qadının lombarda gələrək Təqsirləndirilən şəxs adına girov qoyulmuş qızıl-zinət əşyalarını girovdan çıxarmasını anlamışdır. Dərhal Təbriz bəylə telefon əlaqəsi saxlayıb baş verənlər barədə məlumat vermiş, Təbriz bəy özü də Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamaq istəsə də onun mobil telefonuna zəng çatmamışdır. O, məcbur qalıb işlədiyi MMC-nin baş ofisinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onunla birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində qonşuluqda yaşayır. Aralarında normal tanışlıq münasibətləri olmuş, hər hansı bir məsələ ilə bağlı ədavət və ya narazılıqları olmamışdır. 2021-ci ilin sonlarında qış aylarında dəqiq xatırlamadığı tarixdə Gülərlə evin yaxınlığında təsadüfən görüşərkən o, bir nəfər şəxsə məbləğini demədiyi miqdarda əl borcunun olmasını bildirib həmin şəxsin bununla bağlı onu narahat etməsinə görə həmin şəxsə borcunu qaytara bilməsi üçün nağd olaraq ona müəyyən məbləğdə borc pul verməyini xahiş etmişdir. O da nağd olaraq pulu olmadığına görə Gülərə borc əvəzinə evdə saxladığı qızıl-zinət əşyalarının bir hissəsini verə biləcəyini demişdir. Gülər də çarəsiz qalmasına görə onunla razılaşmışdır. Bu danışıqdan bir neçə gün sonra o, digər qonşuluqda yaşayan qadından hər ay ödəniş etmək şərtilə nisyə olaraq aldığı 3200 manat məbləğində olan qızıl-zinət əşyalarını yaşadığı evdə Gülərə vermişdir. Gülər də qızıl-zinət əşyalarını Bakı şəhərində fəaliyyət göstərən lombardlardan birinə girov qoyub nağd pul götürəcəyini bildirmişdir. O, hər hansı bir narahatçılıq olmadığını, sadəcə danışdıqları vaxtda qızıl-zinət əşyalarını qaytarmasını demişdir. Gülər ən geci 2-3 ay müddətində qızıl-zinət əşyalarını qaytaracağına söz vermişdir. Bundan sonra Gülərlə birlikdə 2 dəfəyə olmaqla ona verdiyi qızıl-zinət əşyalarını Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən lombardlardan birinə onun adına sənədləşdirilməklə girova qoymuşlar. Bunun müqabilində Gülər lombarddan dəqiq xatırlamadığı məbləğlərdə pullar almışdır. Həmin müddətdə Gülərə verdiyi qızıl-zinət əşyalarına görə hər ay ödənişləri qonşusuna özü etmişdir. 3 ay müddət başa çatdıqdan sonra Gülərdən qızıl-zinət əşyalarını qaytarmasını tələb etməyə başlamışdır. Gülər də hər dəfəsində qızıl-zinət əşyalarını lombardda girovda qoymasını, lombardın faizlərini özünün ödəməsini bildirmişdir. Gülərin maddi sıxıntılarının olmasını bildiyinə görə çox da üstünə getmək istəməmişdir. 12 noyabr 2022-ci il tarixdə günorta saatlarında Gülər onunla telefon əlaqəsi saxlayaraq lombardın tələb olunan bütün pulunu tam olaraq ödədiyini, lakin vaxtı olmadığına görə qızıl-zinət əşyalarını götürə bilmədiyini, özünün istədiyi vaxt həmin qızıl-zinət əşyalarını götürə biləcəyini bildirmişdir. O da həmin gün Gülərin ünvanını izah etdiyi həmin lombarda gedib Gülərə verdiyi qızıl-zinət əşyalarını tam şəkildə təhvil almışdır. Həmin ərəfələrdə Gülərin harada olmasını bilməmiş, istifadəsində olan mobil nömrələrə də zəng çatmamışdır. Bir neçə gün sonra Xətai RPİ-nin 34-cü polis şöbəsindən polis əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq izahat verməyi üçün onu şöbəyə çağırmışlar, o da həmin gün 34-cü PŞ-yə getmişdir. Polis şöbəsində olarkən polis əməkdaşlarının deməsindən Gülərin 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığındakı lombardlardan birindən başqa qızıl-zinət əşyalarını girov olaraq qoyacağına dair vəd verib 14000 manat məbləğində nağd pul götürməsini və həmin məbləğin bir hissəsi ilə də “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən digər lombarda girova qoyduğu qızılzinət əşyalarıma görə bütün ödənişləri edib qızıl-zinət əşyalarını girovdan çıxardığını öyrənmişdir. Polis şöbəsində bu məzmunda izahat yazmışdır. Amma Gülər “Əhmədli” metrostansiyasının yaxınlığındakı lombardlardan birinə girov olaraq qızıl-zinət əşyaları qoyması və 14000 manat məbləğində pul götürməsi barədə ona əvvəlcədən hər hansı bir məlumat verməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakı mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, təxminən 5 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən 5 kv/m ərazini aylıq 300 manata kirayə götürərək Lombard fəaliyyəti ilə məşğul olur. 06 iyun 2022-ci il tarixdə X3 onun çalışdığı lombarda yaxınlaşaraq qızıl girov qoymaq istədiyini bildirmişdir. O, həmin qızıla baxaraq çəkisinin 10.74 qram, 750 əyyarlı İtalyan qızıl olmasını müəyyən etdikdən sonra ona həmin qızıl müqabilində 750 manat pul vermişdir. Şahid2 bunun müqabilində aylıq 45 manat pul ödəməli idi. Bununla bağlı müqavilə bağlanmışdır. 28 iyun 2022-ci il tarixdə X3 onun çalışdığı lombarda yenidən yaxınlaşaraq qızıl girov qoymaq istədiyini bildirmişdir. O, həmin qızıla baxaraq çəkisinin 26 qram, 750 əyyarlı İtalyan qızılı olmasını müəyyən etdikdən sonra ona həmin qızıl müqabilində 1700 manat pul vermişdir. Şahid2 bunun müqabilində aylıq 100 manat pul ödəməli idi. Bununla bağlı müqavilə bağlanmışdır. 09 avqust 2022-ci il tarixdə X3 onun çalışdığı lombarda yenidən yaxınlaşaraq qızıl girov qoymaq istədiyini bildirmişdir. O, həmin qızıla baxaraq çəkisinin 11 qram, 750 əyyarlı İtalyan qızılı olmasını müəyyən etdikdən sonra ona həmin qızıl müqabilində 7520 manat pul vermişdir. Şahid2 bunun müqabilində aylıq 23 manat pul ödəməli idi. Bununla bağlı müqavilə bağlanmışdır. 12 noyabr 2022-ci il tarixdə Şahid2 onunla əlaqə saxlayaraq bildirmişdir ki, Gülər adlı xanım gəlib lombarda olan borcu ödəyəcək və qızılları o, özü gəlib götürəcəkdir. Həmin gün Gülər adlı xanım lombarda yaxınlaşaraq 3170 manat lombarda olan borcu ödəyib getmişdir. Bundan bir qədər sonra Ruhəyyə adlı xanım gəlib qızlları götürmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, onun üzərində əlyazması ilə aşağıdakı məzmunda qeyd yazılmış və imzalanmışdır: “xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən Neftçilərdə yerləşən lombardda olan 210 qram 750 əyarlı qızılları çıxarmaq üçün 14070 manat pul götürdüm. xx.xx.2022-ci il tarixdə qızılları həmin lombarddan çıxarıb "xxxx" MMC-yə verəcəyimə təminat verirəm”. (i.v. 64) - 02 oktyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə hadisə yerini əyani olaraq göstərib, hadisəyə dair ifadəsində qeyd olunan qaydada məlumatları vermişdir. (i.v. 145-147) - 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Şahid2 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs götürülmüş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunmuş vərəqədə Təqsirləndirilən şəxs öz imzası ilə pulu götürməsinə dair qeydlər edilmiş və "xxxx" MMCnin nizamnaməsi və digər aidiyyəti sənədlərin 11 vərəqədən ibarət surətləri və əslləri, Şahid1 tərəfindən təqdim edilmiş 3 ədəd girov bileti və qeydiyyat kitabında aparılmış qeydlərlə bağlı qeydiyyat kitabının əksi olunmuş 7 vərəqədə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 151-158) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan Zərərçəkmiş şəxs da öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 78) - 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 131-132) -Elektron sistemdən çıxarışdan və doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Nazi qızının 04 aprel 2000-ci il, 12 mart 2004-cü il və 15 noyabr 2005-ci il təvəllüdlü uşaqları vardır, bundan başqa, 24 mart 2024-cü il tarixdə Nizami tibb mərkəzinin doğum evində onun bir qız uşağı doğulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə cəza təyini və müddətlərin hesablanması zamanı CM-nin 69-cu maddəsində nəzərdə tutulan qaydada hesablama aparılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan qismən ödənilsə də, qalan ziyanın xeyrinə tutulması ilə bağlı onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dövlət hesabına təyin olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddət üçün (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs öz imzası ilə pulu götürməsinə dair qeydlə edilmiş şəxsiyyət vəsiqəsinin, "xxxx" MMC-nin nizamnaməsinin, 3 ədəd girov biletinin və qeydlər aparılmış qeydiyyat kitabının kserosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 60 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-83/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-83/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver