Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-84/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Şabran rayonu, Surra kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyul 2022ci il tarixdə saat 16:53 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gələrək həmin vaxt qeyd edilən banka məxsus bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs1 yaxınlaşaraq, sonuncuya bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-nə aid 5103 0714 4458 7196 nömrəli bank kartını bankomata daxil etdikdən sonra kartı çıxarıb Zərərçəkmiş şəxs1 qaytararaq bankomatda nasazlıq olmasını bildirib sonuncunun oradan uzaqlaşmasından istifadə edərək, elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 225 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 225 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyul 2022-ci il tarixdə saat 17:23 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gələrək həmin vaxt qeyd edilən banka məxsus bankomatdan pul çıxarmaq istəyən Şahid yaxınlaşaraq sonuncuya bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək, sonuncunun övladı Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-nə aid 4169 7420 6919 8766 nömrəli bank kartını bankomata daxil etdikdən sonra kartı çıxarıb Şahid qaytararaq bank hesabında pul olmamasını bildirib sonuncunun oradan uzaqlaşmasından istifadə edərək, elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 180 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 180 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər törətdiyi oğurluq cinayətinə məhkumluq həyatı yaşamışdır. Hazırda Xətai Rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işinə baxılır. Sonuncu dəfə 2021-ci ilin dekabr ayında Amnistiya qərarı ilə 3 saylı CÇM-dən azadlığa buraxılmışdır. Azadlıqda olan zaman xəstə övladının müalicəsi üçün pula ehtiyacı olmuş və bu məqsədlə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun “Neftçilər” stansiyası yaxınlığında "xxxx" ASC-nin terminalının yanına gəlib övladının təqaüdünü çıxarmaq istəmişdir. Həmin vaxt ondan irəlidə dayanan bir qadın terminaldan pul çıxarmaq istəmişdir. O, qadına söyləmişdir ki, pulu bankomatdan çıxarmağa kömək edə bilər. Həmin qadın onun kömək etməyi üçün kartını ona verib şifrəsini söyləmişdir. O, kartı terminala daxil edib şifrədən istifadə edərək pul çıxarmaq üçün əməliyyat etmişdir. Pullar hazırlanan zaman kartı terminaldan çıxarıb qadına qaytarmış və söyləmişdir ki, terminalda pul yoxdur. Həmin qadın onun dediklərinə inanıb oradan uzaqlaşmışdır. Az keçmiş terminaldan 225 manat pul çıxmış və o, pulu götürüb getmişdir. Sonda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 münasibətdə törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini və həmin zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışıq əldə etdiyini, digər zərərçəkmiş şəxslə bağlı epizoda münasibətdə isə özünü təqsirli bilmədiyini bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yaşayan bacısıgilə qonaq gəlmişdir. Həmin gün ona pul lazım olduğu üçün metronun “Neftçilər” stansiyasından bir qədər aşağıda yerləşən "xxxx" ASC-nin qarşısında yerləşən bankomata yaxınlaşıb pul çıxarmaq istəmiş, lakin çıxara bilməmişdir. Həmin vaxt orada olan cavan bir oğlana demişdir ki, “pul çıxara bilmirəm” və həmin şəxsdən xahiş etmişdir ki, ona kömək etsin. Həmin oğlan razı olmuş, o, kartını həmin şəxsə vermiş və kartın 4 rəqəmli pin kodunu da demişdir. Həmin oğlan bankomatın qarşısında dayanmış, kartı bankomata yerləşdirib kodu yığmışdır. Heç 1 dəqiqə çəkməmiş, oğlan kartı çıxarıb ona vermiş və pul çıxarmağın mümkün olmadığını demişdir. O, kartı həmin şəxsdən alıb uzaqlaşıb oradan getmişdir. Təxminən 20 dəqiqə sonra yenidən həmin yerə yaxınlaşıb qonşuluqdakı bankomatdan pul çıxarmaq istəmiş, lakin mümkün olmamışdır. Bundan sonra o, bacısıgilə qayıtmış və evdə telefonunda kartının balansını yoxlayarkən kartından az əvvəl 225 (iki yüz iyirmi beş) manat pul çıxarılmasını bilmişdir. Başa düşmüşdür ki, həmin tanımadığı şəxs onu aldadaraq, onun kartından 225 (iki yüz iyirmi beş) manat pulunu çıxarıb mənimsəmişdir. Zərərçəkmiş şəxs1 10 yanvar 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 225 manat maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən məhkəmə baxışı zamanı tam şəkildə ödənildiyini bildirərək, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına (o cümlədən, istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms-bildiriş çatdırılmasına) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Bununla əlaqədar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-84/2023 saylı qərarı ilə, Zərərçəkmiş şəxs2 məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmış, lakin, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Şahid onun anasıdır. "xxxx" ASC-yə aid, üzərində “Ali Mirzəyev” sözləri həkk olunmuş, 4169-7420- 6919-8766 saylı bank kartı ona məxsusdur. “Qaçqınkom” tərəfindən hər ay həmin kartın hesabına 180 (yüz səksən) manat pul köçürülür. Həmin pul vəsaiti adətən anası və ya onun tərəfindən bankomatdan çıxarılır. 29 iyul 2022-ci il tarixdə anası ona məlumat verərək bildirmişdir ki, həmin tarixdə, saat 17:24də həmin kartdan qeyd olunan pulu çıxarmaq üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 29 ünvanında yerləşən "xxxx" ASC-nin «Qara Qarayev» filialına məxsus bankomata yaxınlaşan zaman, orada olan bir nəfər tanımadığı cavan oğlan anasına köməklik etmək məqsədilə kartı almış və kartın şifrəsini anasından öyrəndikdən sonra həmin şəxs kartı bankomata daxil edib orada müvafiq əməliyyat apardıqdan sonra kartı bankomatdan çıxarıb bankomatda pul olmadığını anasına yalandan bildirib, kartı qaytarmışdır. Sonra anası qeyd olunan bankın inzibati binasının içərisində tanımadığı başqa bir nəfər şəxsə kartı təqdim edib, pulu yoxlamasını xahiş etdikdə məlum olmuşdur ki, az əvvəl naməlum şəxs kartdan 180 (yüz səksən) manat gizli yolla çıxarıb pulu ələ keçirmişdir. Buna görə anası bankdan çıxıb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmçinin ona zəng edərək bu barədə demişdir. Daha sonra isə anası Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gedərək baş vermiş hadisə ilə bağlı ərizə yazmışdır. "xxxx" ASC-yə aid, üzərində «Alı Mirzəyev» sözləri həkk olunmuş, 4169-7420-6919-8766 saylı bank kartı ona məxsus olduğundan ona 180 manat maddi ziyan dəymişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 onun oğludur. "xxxx" ASC-yə aid, üzərində «Alı Mirzəyev» sözləri həkk olunmuş, 4169-7420-6919-8766 saylı bank kartı oğlu Əliyə məxsusdur. Qaçqınkom tərəfindən hər ay həmin kartın hesabına 180 (yüz səksən) manat pul köçürülür. Həmin pul vəsaitini adətən oğlu və ya o, bankomatdan çıxarmışdır. 29 iyul 2022-ci il tarixdə, saat 17:24-də o, həmin kartdan qeyd olunan pulu çıxarmaq üçün Bakı şəhəri, Nizami rayonu, Qara qarayev prospekti 29 ünvanında yerləşən "xxxx" ASC-nin «Qara Qarayev» filialına məxsus bankomata yaxınlaşan zaman, orada olan bir nəfər tanımadığı cavan oğlan ona köməklik etmək məqsədilə kartı ondan almış və o, kartın şifrəsini dedikdən sonra həmin şəxs onun verdiyi kartı bankomata daxil edib orada müvafiq əməliyyat apardıqdan sonra kartı bankomatdan çıxarıb bankomatda pul olmadığını bildirib, kartı ona verərək qeyd olunan bankın inzibati binasının içərsindən pulu çıxarmağını tövsiyyə etmişdir. O, qeyd olunan bankın içərisinə daxil olub, tanımadığı bir nəfər şəxsə kartı təqdim edib, pulunu yoxlamasını xahiş etmişdir. Həmin şəxs kartı ondan götürüb bankomata daxil etdikdə kartın içərisində 83 qəpik pul olmasını deyərək kartı bankomatdan çıarıb onun özünə qaytarmışdır. O, yaxınlıqdakı "xxxx" daxil olub orada kartın hesabındakı məbləği öyrənmək istəyən zaman ona məlum olmuşdur ki, təzəcə kartından 180 manat pul çıxarılmışdır. Ona aydın olmuşdur ki, ona kömək etmək məqsədilə kartı ondan almış şəxs həmin pulu ələ keçirmişdir. Buna görə o, bankdan çıxıb hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gedərək baş vermiş hadisə ilə bağlı ərizə yazmışdır. "xxxx" ASC-yə aid, üzərində «Alı Mirzəyev» sözləri həkk olunmuş, 4169-7420-6919-8766 saylı bank kartı oğlu Zərərçəkmiş şəxs2 məxsus olduğundan oğlu Zərərçəkmiş şəxs2 180 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən tərtib edilmiş «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən "xxxx" ASC-yə aid terminalın qarşısıdır. Həmin yerdə şəxsi istintaqa məluma olmayan şəxs Zərərçəkmiş şəxs1 elektron kartının nömrəsini bildikdən sonra gizlin həmin kartın hesabındakı pulu ələ keçirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən tərtib edilmiş “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin yaxınlığında olan müşahidə kamerasından götürülərək köçürülmüş «CD» diskə baxış keçirilərkən əynində qara rəngli könək və boz rəngli şalvar olan 20-25 yaşlarında bir nəfər kişi cinsli şəxsin köşkə yaxınlaşıb nə isə alması və oradan uzaqlaşması müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs1 həmin oğlanın bankomata yaxınlaşaraq kömək etmək məqsədilə onun kartından 225 manat pulunu ələ keçirən şəxs olduğunu bildirdi. - Zərərçəkmiş şəxs1 təhqiqata təqdim etdiyi "xxxx" ASC tərəfindən ona verilmiş «Ödəniş kartı üzrə» çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 kartından 225 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdə saat 16:53 radələrində ünvan 8 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatından çıxarılmışdır. - Baxış keçirilməsi haqqında 29 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanında yerləşən "xxxx" ASC-yə aid terminalın qarşısıdır. Həmin yerdə istintaqa məluma olmayan şəxs Şahid elektron kartının nömrəsini bildikdən sonra gizlin həmin kartın hesabındakı pulu ələ keçirmişdir. - Şahid təhqiqata təqdim etdiyi "xxxx" ASC tərəfindən ona verilmiş «Ödəniş kartı üzrə» çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 kartından 180 manat pul vəsaiti Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "xxxx" ASC-nin bankomatından çıxarılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs2 qarşı hər hansı oğurluq cinayətini törətməməsi barədə ifadəsi iş üzrə sübutlarla təkzib edildiyinə görə özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsini və həmin əmələ münasibətdə səmimi peşmançılıq çəkməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin olunan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisinin “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər az ağır cinayətlər kateqoriyasına aiddir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, bu Qərarın 2.1-ci bəndində göstərilən şəxslərdən başqa, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 23 noyabr 2022-ci il və 13 dekabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmış, 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün uzadılmış, 13 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkəməyə verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 65 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 390 (üç yüz doxsan) manat (65x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 390 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-84/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-84/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver