Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-85/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Müdafiəçi, onun müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Müdafiəçi, xx xxx 1972-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad şəhəri, Vənənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, heç yerdə işləməyən, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Müdafiəçi, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs1 güzəştli ipoteka şərtləri ilə Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığındakı tikilməkdə olan sosial evlərdən 10-cu mərtəbədə 3 otaqlı mənzil alacağına dair yalandan vəd verib, ilkin ödəniş adı ilə aldadaraq etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs1 2020-ci ilin may ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 81 saylı binanın qarşısında 3000 manat, 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 81 saylı binanın 299 saylı mənzilində 4000 manat, 2020-ci ilin avqust ayının 10-da təxminən saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 81 saylı binanın 299 saylı mənzilində 4500 manat, ümumilikdə 11.500 (on bir min beş yüz) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Müdafiəçi, təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 güzəştli ipoteka şərtləri ilə Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığındakı tikilməkdə olan sosial evlərdən 8-ci mərtəbədə 2 otaqlı mənzil alacağına dair yalandan vəd verib, ilkin ödəniş adı ilə aldadaraq etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı binanın qarşısında 8.500 manat nağd pul vəsaitini alıb, ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Müdafiəçi ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2015-ci ildən Zərərçəkmiş şəxs1 tanıyır. Onların tanışlığı yaşadığı Nizami rayonu, C.ünvan 2 ünvanında yaşadığı dövrdə Vüsalın həmin binanın komendantı kimi işləyən vaxtlardan yaranmışdır. Hətta onlar bir-birilərinin evinə gəlib-getmişdirlər. Təxminən 2020-ci ilin may ayının əvvəllərində o, əlil olduğu üçün dövlət tərəfindən nəzərdə tutulmuş imtiyazlarla ilkin ödəniş olaraq 34.000 manat pul ödəməklə Koroğlu metrostansiyasının yaxınlığında 4 otaqlı mənzili ipoteka yolu ilə almaq istəmişdir. Həmin zamanlarda Vüsal da onun ipoteka yolu ilə mənzil alacağını eşitmiş və ona da köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt yaşadıqları məhəllədə süpürgəçi işləyən Bayram da ipoteka yolu ilə ev almaq istədiyini və ona da köməklik göstərməsini istəmişdir. O da Vüsalı və Bayramı tanıdığından onlara da kömək edə biləcəyini bildirmişdir. Bundan sonra ipoteka yolu ilə ona ev almaqda kömək edən, adını çəkmək istəmədiyi şəxsə 2 nəfər başqa şəxsin də onun kimi ipoteka yolu ilə ev almaq istədiklərini demiş və həmin şəxs onlara da kömək edəcəyini bildirmişdir. O da bundan sonra Koroğlu metrostansiyasının yaxınlığındakı binadan tam təmirli olmaqla, 10-cu mərtəbədə yerləşən, 3 otaqlı mənzili Vüsala alacağına və Vüsalın da bunun üçün ilkin ödəniş olaraq 11.500 manat pul verməli olmasını və 25 il müddətində isə aylıq 350 manat pul ödəməli olduğunu ona bildirmişdir. Bayrama isə həmin binadan 2 otaqlı tam təmirli, 8-ci mərtəbədə yerləşən mənzili almaq üçün ilkin ödəniş olaraq 8500 manat pul lazım olduğunu, 20 il müddətində isə aylıq 300 manat pul ödəməli olduğunu bildirmişdir. Onlar bir neçə gündən sonra onun təklifi ilə razılaşmış və o da onlara verdiyi sözü tutacağını bildirmişdir. Bundan sonra Vüsal ilə Bayram ondan bir müddət vaxt istəmiş və pul tapacaqlarını bildirmişdirlər. O isə onlara ilkin ödənişi nə qədər tez verərlərsə, o qədər də tez, yəni 2020-ci ilin oktyabr ayında onlara evin alınacağını bildirmişdir. Belə ki, həmin adını çəkmək istəmədiyi şəxs də ona eyni sözü demiş və bildirmişdir ki, ilkin ödəniş pulları tez verilməlidir ki, ev almaq növbəsinə tez yazılmaq mümkün olsun. Həmin adama o özü də 34.000 manat pul vermişdir ki, ona da ipoteka yolu ilə ev ala bilsin. Vüsal ilə Bayrama ev alınarkən isə həmin evlərin alınmasına kömək edən “şəxs” ona da onun üçün müştəri tapdığına görə Vüsal və Bayramın evi alınarkən bir qədər pul verəcəyini demişdir. Bundan sonra Vüsal təxminən 2020-ci ilin may ayının sonlarında həmin vaxt yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski 81 saylı binanın qarşısında ona 3000 manat pul vermişdir. Daha sonra 2020-ci ilin yay aylarında təxminən iyul ayının ortalarında Vüsal yenə ona Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski 81 saylı binanın qarşısında 4000 manat əlavə pul vermişdir. Bu vaxtlar Bayram hələ də ilkin ödəniş pulunu verməmişdir. 2020-ci ilin avqust ayının 10-da günorta saatlarında Vüsal 4500 manat pulu da yenə həmin məhəllədə, yəni Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski 81 saylı binanın qarşısında görüşürək ona vermiş və beləliklə Vüsal ilkin ödəniş pulu 11.500 manatı tam vermiş olmuşdur. Bundan təxminən 10 gün sonra Bayram da Vüsalla birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski 81 saylı binanın qarşısında onunla görüşmüş və borc tapdığı 8500 manat pulu ona vermişdir. Bundan sonra o, onlara pullarının lazımi şəxsə veriləcəyini və artıq onların gözləməli olduqlarını bildirmişdir. Həmin avqust ayının sonlarında isə o, Vüsal və Bayramla görüşərək "xxxx" MMC-nin Neftçilər metrosu yaxınlığındakı ofisinə getmiş və orada Bayram və Vüsal özlərinə “ASAN İmza” nömrəsi almışdırlar. Bundan 1-2 gün sonra yenə o, Vüsal və Bayramla görüşmüş və onlar aldıqları nömrələri təsdiq etdirmək üçün yenə birlikdə “ASAN” xidmətin Bakıxanov filialına getmişlər. X7 “ASAN İmzalarını” sosial evlər almaq üçün təsdiqlətdikdən sonra o, artıq onlara ondan xəbər gözləməli olduqlarını bildirmişdir. Bundan sonra başına çox çətin işlər gəlmiş, yəni ailəsində ciddi xəstəliklər yarandığı, həyat yoldaşının 2 dəfə əməliyyat olunduğu, həmçinin qızının da xəstəliklə əlaqədar əməliyyat olunduğu üçün Vüsal və Bayramdan götürdüyü 20.000 manat pulu xəstəxanalara, öz ehtiyacı üçün xərcləmişdir. Hətta özünə məxsus olan avtomobilini satıb, bundan başqa özü üçün ipoteka yolu ilə aldığını qeyd etdiyi 34.000 manat pulu həmin onlara ev almağa kömək edən şəxsdən geri alıb ailəsinin müalicəsi yolunda xərcləmişdir. O bu barədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məlumat vermiş və hətta ona məxsus olan Şəmkir rayonu, Nərimanov küçəsində yerləşən 2 otaqlı təmirli mənzilini Vüsalın və ya Bayramın adına keçirməyi təklif etsə də, onlar bununla razılaşmamış və pullarını istəmişdirlər. O, dəfələrlə onlara izah etməyə çalışmışdır ki, hal-hazırda maddi vəziyyəti çox çətindir, gözləsinlər, həmin Şəmkirdə yerləşən mənzilini və hətta torpaq sahəsini də satışa qoymuşdur və satıb onların pulunu qaytaracaqdır. Lakin onlar bu şərtlər ilə razılaşmadıqları halda o, Vüsalla 18 noyabr 2021-ci il tarixdə notarial qaydada, guya Vüsaldan 20.000 manat pul borc almağı barədə müqavilə də bağlamışdır. Bunu Vüsal özü ondan istəmişdir ki, əlində sübut olsun ki, həqiqətən də ona pul vermişdir. O da etdiyi əməli səmimi etiraf edir və həqiqətən də Vüsal və Bayrama həmin məbləğdə pulu qaytaracağını bildirir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müdafiə Nazirliyində çalışan qardaşı və ya Müdafiə Nazirliyində çalışan digər tanışının olduğunu və onlara həmin şəxslərin vasitəsi ilə ev almağa kömək edəcəyini deməmişdir. Onlar nə onun qardaşını görmüş, nə də qardaşı ilə danışmamışdırlar. Sonda Müdafiəçi, müharibə iştirakçısı olduğunu, dəymiş ziyanın ödənildiyini bildirdi və göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Müdafiəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 07 mart 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, o, Müdafiəçi ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, işlədiyi binada qonşuların əksəriyyəti ilə yaxın münasibəti vardır. Həmçinin Müdafiəçi ilə də bir qonşu kimi yaxın olmuş, hətta bir-birlərinin evinə də gəlib-getmişdirlər. 2020-ci ilin may ayının əvvəllərində Müdafiəçi digər tanışı Zərərçəkmiş şəxs2 ipoteka yolu ilə ona ev almağa kömək edə biləcəyini bildirmişdir. O bunu onunla əsaslandırırdı ki, guya Yunisin qardaşı Müdafiə Nazirliyində çalışır və dövlət birinci Qarabağ döyüşündə iştirak etmiş şəxslərə sosial evlər almağa kömək etmək üçün faizsiz, aylıq 350 manat civarında pul ödəməklə mənzillər satır. Bayram da Qarabağ döyüşlərinin iştirakçısı olduğu üçün Yunis Müdafiə Nazirliyində çalışan qardaşının və digər Müdafiə Nazirliyində çalışan tanış şəxslərinin köməyi ilə, ona da həmin Nizami rayonu, Koroğlu metrosunun yaxınlığındakı sosial evlərdən almağa kömək edəcəyini bildirmiş və hətta guya özünə də Koroğlu metrostansiyası yaxınlığında 4 otaqlı mənzili ipoteka yolu ilə ilkin ödəniş olaraq 34.000 manat ödəməklə növbəyə yazılaraq almışdır. O, bu təklifi Bayrama onun yanında etmişdir. Bayram da Yunisin təklifini fikirləşəcəyini demişdir. Həmin günün sabahı Yunis ona da təklifi etmiş, “sən də bacıoğlusan, əgər istəyirsənsə, sənə də köməklik edərəm” demiş və onun da həmin ərazidən mənzil ala biləcəyini bildirmişdir. O da bundan sonra maraqlanmağa başlamış və fikirləşmişdir ki, evi yoxdur, əgər Yunis kömək edə bilirsə, o da özünə ipoteka yolu ilə ev alar. Yunis ona guya adı çəkilən ərazidəki binadan tam təmirli olmaqla, 10-cu mərtəbədə yerləşən, 3 otaqlı mənzil alacaqdı və bunun üçün də ilkin ödəniş olaraq 11.500 manat pul verməli olmuş və 25 il müddətində isə aylıq 350 manat pul ödəməli olacaqdı. Bayrama isə həmin binadan 2 otaqlı tam təmirli, 8-ci mərtəbədə yerləşən mənzili almaq üçün ilkin ödəniş olaraq 8500 manat pulun lazım olmasını, 20 il müddətində isə aylıq 300 manat pul ödəməli olmasını bildirmişdir. Bayram da bu barədə düşündükdən sonra onlar birlikdə Yunisi də çoxdan tanıdıqları üçün və Yunisin dediyinə görə Qarabağ döyüşçüsü olduğuna görə ona inanmışdırlar. O 2020-ci ilin may ayının ortalarında ilkin olaraq Yunisə 3000 manat pulu işlədiyi binanın qarşısında vermişdir. Həmin vaxt həmçinin Yunisə sənədlərinin surətini təqdim etmişdir. Bu zaman Bayram Yunisə pul vermək üçün borc axtarmışdır. Yunis onlara ilkin ödəniş pulunun ən tez vaxtda verilməli olduğunu demiş və guya ilkin ödəniş pullarını verdikdən sonra ən geci 2020-ci ilin oktyabr ayında evlərinə köçə biləcəklərini bildirmişdir. Bundan sonra o və Bayram ödəniş etmək üçün pul axtarmışdırlar. O, qohumlarından və tanışlarından borc pul alıb, 4000 manat nağd pulu 2020-ci ilin iyul ayının ortalarında Yunisin əvvəllər yaşadığı və onun işlədiyi Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski 81 saylı binanın 299 saylı mənzilində vermişdir. Bayram isə hələ də ödəniş üçün pul axtarmışdır. 2020-ci ilin avqust ayının 10-da saat təxminən 15 radələrində o qalıq 4500 manat pulu da qohumlarından borc alıb, yenə də Yunisin həmin vaxt yaşadığı mənzilində ona vermiş və Yunis ona artıq ilkin ödəniş pulunu ödədiyini və gözləməli olduğunu demişdir. Bu zaman onun evində kimin olduğunu görməmişdir, çünki Yunisin mənzilinin dəhlizində 4500 manat pulu verdikdən sonra çıxıb getmişdir. Bayram isə bankdan qohunumunun adına 8500 manat pul götürə bilmiş və təxminən 2020-ci ilin avqust ayının 20-də, saat təxminən 16 radələrində işlədiyi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 81 saylı binanın qarşısında onun yanında Yunisə 8500 manat nağd pul vermişdir. Bundan sonra Yunis onlara gözləməli olduqlarını, yüksək vəzifədə çalışan tanışlarının köməyi ilə, guya onlardan aldığı pulların bir qismini onlara verməklə adı çəkilən mənzilləri alacağını bildirmişdir. Bundan sonra avqust ayının sonlarında Yunis, onunla və Bayramla görüşərək "xxxx" MMC-nin Neftçilər metrosu yaxınlığındakı ofisinə gedib, Bayram və özünə “ASAN İmza” nömrəsi almışdırlar. Bundan 1-2 gün sonra yenə o, Bayram və Yunislə görüşmüş və onlar aldıqları nömrələri təsdiq etdirmək üçün “ASAN” xidmətin Bakıxanov filialına getmişdirlər. Orada “ASAN İmza”larını sosial evlər almaq üçün təsdiqlətdikdən sonra Yunis yenə də onları arxayın salıb, artıq qalan işləri özünün edəcəyini və ən geci oktyabr ayının əvvəllərinə mənzillərinə köçəcəklərini bildirmişdir. Bundan sonra 29 sentyabr 2020-ci il tarixdə o 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün Qarabağa getmiş və döyüşlər davam edərkən o, yaralandığı üçün 12 noyabr 2020-ci il tarixdə hospitalda müalicədən sonra evə dönmüşdür. Bundan sonra o, Bayramla birlikdə Yunisdən mənzilləri barədə soruşarkən o, müharibəyə görə işlərin dayandığını bildirmişdir. Daha sonra 2021-ci ilin bütün aylarında o və Bayram Yunislə mənzillər barədə danışanda o hər dəfə müxtəlif bəhanələr gətirib, onları aldadaraq evlərin tez müddətdə hazır olacağını bildirmişdir. 18 noyabr 2021-ci il tarixdə o əlində sübut olması üçün guya Yunisə 20.000 manat borc pul verməyi ilə bağlı onunla müqavilə bağlamışdır. Lakin bu günədək Yunis onların pulunu qaytarmamış və mənzilləri də verməyərək onları dələduzluq yolu ilə aldatmışdır. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir və sonuncu ilə barışmışdır. Zərərçəkmiş şəxs2 07 mart 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, o, Müdafiəçi ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, işlədiyi binada qonşuların əksəriyyəti ilə yaxın münasibəti vardır. Həmçinin Müdafiəçi ilə də bir qonşu kimi yaxın olmuşdur, hətta bir-birlərinin evinə də gəlibgetmişdirlər. 2020-ci ilin may ayının əvvəllərində Müdafiəçi ona ipoteka yolu ilə ev almağa kömək edə biləcəyini bildirmişdir. O bunu onunla əsaslandırmışdır ki, guya Yunisin qardaşı Müdafiə Nazirliyində çalışır və dövlət birinci Qarabağ döyüşündə iştirak etmiş şəxslərə sosial evlər almağa kömək etmək üçün faizsiz, aylıq 350 manat civarında pul ödəməklə mənzillər satır. Yunis də Müdafiə Nazirliyində çalışan qardaşının və Müdafiə Nazirliyində çalışan digər tanış şəxslərinin köməyi ilə, o özü də Qarabağ döyüşlərinin iştirakçısı olduğu üçün ona da həmin Nizami rayonu, Koroğlu metrosunun yaxınlığındakı sosial evlərdən almağa kömək edəcəyini və hətta guya özünə də Koroğlu metrostansiyası yaxınlığında 4 otaqlı mənzili ipoteka yolu ilə ilkin ödəniş olaraq 34.000 manat ödəməklə növbəyə yazılaraq aldığını bildirmişdir. O, bu təklifi edərkən işlədiyi binada komendat köməkçisi Zərərçəkmiş şəxs1 da yanında olmuşdur. Həmin vaxt o Yunisin təklifini fikirləşəcəyini demişdir. Həmin günün sabahı Yunis Vüsala da təklif etmişdir ki, sən də bacıoğlusan, əgər istəyirsə ona da köməklik edər və o da həmin ərazidən mənzil ala bilər. Yunis ona ilkin ödəniş olaraq 8500 manat pulun lazım olmasını, 20 il müddətində isə aylıq 300 manat pul ödəməli olacağını və hazır təmirli, 8-ci mərtəbədə yerləşən 2 otaqlı ev sahibi olacağını bildirmişdir. Vüsala isə guya adı çəkilən ərazidəki binadan tam təmirli olmaqla, 10-cü mərtəbədə yerləşən, 3 otaqlı mənzil alacaqdı və bunun üçün də ilkin ödəniş olaraq 11.500 manat pul verməli olmuşdur. 25 il müddətində isə Vüsal aylıq 350 manat pul ödəməli olacaqdı. O və Vüsal bu barədə düşündükdən sonra birlikdə Yunisi də çoxdan tanıdıqları üçün və Yunisin dediyinə görə o özü də Qarabağ döyüşçüsü olduğuna görə ona inanmışdırlar və 2020-ci ilin may ayının ortalarından Vüsal 2 və ya 3 dəfəyə olmaqla Yunisə ümumilikdə onun yaşadığı mənzilində 11.500 manat pulu sonuncu dəfə avqust ayının əvvəllərində vermişdir. Vüsal kimi o da borc pul axtarmış və buna görə də o 2020-ci ilin avqust ayının 20-də qohumlarının adına ümumilikdə 8500 manat kredit götürüb saat təxminən 16 radələrində işlədiyi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 81 saylı binanın qarşısında Vüsalın yanında Yunisə 8500 manat nağd pulu vermişdir. Beləliklə o ilkin ödəniş 8500 manat, Vüsal isə 11.500 manat pulu Yunisə vermiş olmuşdurlar. Onlar ilkin ödəniş pullarım verdikdən sonra Yunis ən geci 2020-ci ilin oktyabr ayında evlərinə köçə biləcəklərini bildirmiş və artıq gözləməli olduqlarını demişdir. Bundan sonra Yunis həmçinin yüksək vəzifədə çalışan tanışlarının köməyi ilə, guya onlardan aldığı pulların bir qismini həmin şəxslərə verməklə adı çəkilən mənzilləri alacaqdı. Bundan 4-5 gün sonra sonra avqust ayının sonlarında Yunis, o və Vüsalla görüşərək "xxxx" MMC-nin Neftçilər metrosu yaxınlığındakı ofisinə gedib, Vüsal və o özlərinə “ASAN İmza” nömrəsi almışdırlar. Bundan 1-2 gün sonra yenə o Vüsalla görüşmüş və aldıqlarə nömrələri təsdiq etdirmək üçün yenə Yunislə “ASAN” xidmətin Bakıxanov filialına getmişdirlər. Orada “ASAN İmza”ları sosial evlər almaq üçün təsdiqlətdikdən sonra Yunis yenə də onları arxayın salıb, artıq qalan işləri özünün edəcəyini və ən geci oktyabr ayının əvvəllərinə mənzillərinə köçəcəklərini bildirmişdir. Bundan sonra 2-ci Qarabağ müharibəsi başlamış və müharibə bitdikdən sonra Vüsalla birlikdə Yunislə mənzillər barədə danışarkən o, müharibəyə görə işlərin dayandığını bildirmişdir. Daha sonra 2021-ci ilin bütün aylarında o Vüsalla Yunisdən mənzillər barədə soruşanda o hər dəfə müxtəlif bəhanələr gətirib, onları aldadaraq evlərin tez müddətdə hazır olacağını bildirmişdir. 18 noyabr 2021 -ci il tarixdə o Vüsalla razılaşıb, əllərində sübut olması məqsədi ilə guya Vüsalın Yunisə 20.000 manat borc pul verməyi ilə bağlı onunla müqavilə bağlamışdır. Lakin bu günədək Yunis onların pulunu qaytarmamış və mənzillərini də verməyərək onları aldatmışdır. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir və sonuncu ilə barışmışdır. Şahid məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Müdafiəçi onun qardaşı olsa da, faktiki onunla 6 ildir ki, gediş-gəlişləri yoxdur. O, 2015-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit kimi çalışmış və səhhəti ilə əlaqədar həmin tarixdən təqaüdə çıxmışdır. Daha sonra həmin nazirlikdə mülki işçi kimi çalışmağa başlamışdır. Qardaşının və iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri ilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımamış və onları görməmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ev alınması məqsədi ilə heç kimdən pul almamışdır. Qardaşı Yunis Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nə demişdirsə, onun bundan xəbəri yoxdur. Yunisin də özünə ev alması və ya başqa şəxslərə ev alınmasına kömək etməsi barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan götürmə keçirilməsi haqqında 05 iyun 2022-ci il tarixli və sənədlərə baxış keçirilməsi haqqında 05 iyun 2022-ci il tarixli protokollardan görünür ki, “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” və “Bank of Baku” bankından verilmiş sənəd götürülmüş və həmin sənədlərə baxış keçirilərək müəyyən edilmişdir ki, 18 noyabr 2021-ci il tarixdə Müdafiəçi Zərərçəkmiş şəxs1 20.000 (iyirmi min) manat pul borcu olduğunu etiraf etməsi və həmin borcunu 02 yanvar 2022-ci il tarixdə qaytaracağına söz verməsi “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” ilə, “Bank of Baku” bankından X2 adına 8000 (səkkiz min) manat kredit götürülməsi “Bank of Baku” bankından verilmiş sənəd ilə təsdiqlənir. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında 05 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Müdafiəçi, onlara ev alması məqsədi ilə pul verdikləri hadisə yeri Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 81 saylı binanın qarşısı və həmin binanın 299 saylı mənzilində yerləşir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Müdafiəçi 25 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və 16 iyul 2022-ci il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Müdafiəçi barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 308, 310, 311 və 32.4, 312-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 3, 4 və 34-cü bəndlərinə əsasən, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Müdafiəçi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Müdafiəçi şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəyərək onlarla barışıq əldə etməsini və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə əlaqədar İİ qrup əlillik dərəcəsinin olmasını məhkəmə Müdafiəçi cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Müdafiəçi cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Müdafiəçi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 1998-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 241-ci maddəsinin “V” bəndi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 42-ci maddəsinə əsasən hökmün icrası hərbi əməliyyatlar qurtarana qədər təxirə salınmışdır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxs Müdafiəçi törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Müdafiəçi azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli tutma protokolundan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyul 2022-ci il tarixli qərarından və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Müdafiəçi, 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən məhkəmənin qərarı ilə imtina edilmiş və həmin tarixdə Müdafiəçi barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Müdafiəçi ibtidai istintaq zamanı 14 iyul 2022ci il tarixdən 16 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Müdafiəçi üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Müdafiəçi cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Müdafiəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı “Verdiktum” vəkil bürosunun vəkili X3 müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Müdafiəçi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Müdafiəçi ibtidai istintaq zamanı 14 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Müdafiəçi üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Müdafiəçi üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Müdafiəçi cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Müdafiəçi barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-85/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-85/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver