Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-86/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1969-cu ildə tarixdə Naxçıvan MR-da anadan olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilən nəvəsini X2 cinayət əməlinin daha yüngül maddəyə tövsif edilməsinə və az cəza verilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui istifadə edib bu adla Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə Bakı şəhəri Nərimanov rayonu Fətəlixan Xoyski 14 ünvanında “Gənclik Mail” ticarət mərkəzinin yaxınlığında 6000 manat, 2023-cü ilin mart ayının ortalarında Bakı şəhəri Nizami rayonu Qara Qarayev 59 ünvanında yerləşən “Neftçilər” metrosunun yaxınlığında 4000 manat, 2023-cü ilin mart ayının sonlarında Bakı şəhəri Nizami rayonu Qara Qarayev 51 ünvanında yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 5000 manat, 2023cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu Qara Qarayev 51 ünvanında yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 5000 manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 24000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Rafiqlə əvvələr cəza çəkmə müəssəsində tanış olduğu Şahid2 vasitəsi ilə tanış olmuşdur. 2023-cü ilin mart ayında Rafiq adlı şəxs ona zəng etmiş, onun nömrəsini Əlirza verdiyini bildirmiş, nəvəsinin barəsində olan cinayət işinin maddəsini digər maddəyə tövsif edilməsində köməklik etməyini xahiş etmişdir. Rafiq dediyi işin həlli üçün Rafiqdən 25.000 manat tələb etmişdir. Rafiq razılığını verdikdən sonra xx.xx.2023-cü ildə o, Rafiqlə Nərimanov rayonu ərazisində, “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında görüşüb Rafiqdən 6000 manat pul almışdır. Bir həftə sonra Neftçilər metrosunun yaxınlığında Rafiqdən 4000 manat, 10 gün sonra «Xalqlar Dostluğu» metrosunun yaxınlığında 5000 manat, 4-5 gündən sonra isə yenidən həmin ərazidə Rafiqlə görüşüb sonuncudan 5000 manat pul almışdır. Sonuncu 4000 manat pulu isə 2023-cü ilin aprel ayında Rafiqin evinin yaxınlığında, Q.Qarayev prospektində almışdır. Qalan 1 000 manatı isə Rafiqə keçmişdir. Bununla da 2023-cü ilin may ayından həmin ilin aprel ayınadək olan müddət ərzində o, Rafiqdən hissə-hissə olmaqla ümumilikdə 24000 manat pulu ikilikdə almışdır. Pula ehtiyacı olduğu üçün pulları xərcləmişdir. Növbəti məhkəmə baxışında Rafiq nəvəsinin işinin həll edilmədiyini görüb ona zəng edərək pulu geri tələb etmişdir. Lakin həmin vaxt onda pul olmadığı üçün Rafiqə verə bilməmiş və məcbur qalıb bəhanələr gətirməyə başlamışdır. Bundan sonra Rafiqin oğlu, Fuad adlı şəxs ona zəng edib ondan pulu tələb etməyə başlamışdır. O, üç gün ərzində Rafiqdən aldığı 24 000 manat pulu qayataracağına söz vermişdir. O, Zərərçəkmiş şəxs nəvəsinin işin həll edilməsi üçün heç kimlə görüşməmiş və heç kimə pul verməmişdir. Pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, təhqiqatda araşdırma zamanı Zərərçəkmiş şəxs 24000 manat ziyandan 5000 manat ödəmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında nəvəsi Kamran Məmmədli qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayətini törətməsi ilə bağlı barəsində başlanmış cinayət işi üzrə həbs edilmişdir. Həmin hadisədə zərərçəkmiş vəfat etdiyi üçün nəvəsinin işi prokurorluğa verilmişdir. Həmin cinayət işi məhkəmə baxışına göndərildikdə o, Kamranın azad edilməsi ilə bağlı tanışlarına müraciət etmişdir ki, cinayət işi düz maddə ilə tövsif edilsin. Həmin ərəfədə oğlu Şahid1 ona bildirmişdir ki, tanışı Əlirza məsləhət görmüşdür ki, geniş əlaqəsi olan tanışı Təqsirləndirilən şəxsla əlaqə saxlasın. Rizvan həmin işdə ona köməklik edə biləcəyini vəd etmişdir. Bundan başqa ona demişdir ki, bu işin həlli 30000 manata başa gəlsə də ona güzəşt olaraq ondan 25000 n anat pul alacaq və həmin pulları vəzifəli şəxslərə verəcəyi təqdirdə işin həll olunmasına ona vəd vermişdir. O, Rizvana öz razılığını verdiyi üçün xx.xx.2023-cü ildə Rizvanla Nərimanov rayonu ərazisində, “Gənclik Mail” ticarət mərkəzinin yaxınlığında görüşmüş, Rizvana 6000 manat pul vermişdir. Təxminən 2023-cü ilin mart ayının ortalarında Neftçilər metrosunun yaxınlığında Rizvanla görüşüb Rizvana 4000 manat vermişdir. Daha 10 gündən sonra təxminən 2023-cü ilin mart ayının sonlarında 5000 manat, 2023-cü ilin aprel ayının əvvəllərində metronun “ Xalqlar Dostluğu”nun yaxınlığında Rizvana 5000 manat pul vermişdir. Sonuncu 4000 manat pulu isə 2023-cü ilin aprel ayının ortalarında ünvan 6 ünvanında yerləşən evinin yaxınlığında vermişdir. Qalan 1000 manat pulu isə ona keçəcəyi üçün, özü cibindən ödəyəcəyini bildirmişdir. Bununla da 2023-cü ilin may ayından həmin ilin aprel ayınadək olan müddət ərzində o, Rizvana hissə-hissə verməklə ümumilikdə 24000 manat pulu vermişdir. Lakin məhkəmə vaxtı onlara məlum olmuşdur ki, Rizvan ona yalan vədlər verib, buna görə o, Rizvandan pulu tələb etmişdir. Lakin Rizvan müəyyən bahənələr gətirib pulu ona qaytarmadığı üçün polisə müraciət etmişdir. Halhazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır və Rafiq şəxsən görüşməmişdir. 2023-cü ilin mart ayında dəqiq yadında qalmadığı tarixdə əvvəllər birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi Hüseyn ona zəng etmiş və ona tanışı Fuadın oğlu şərlənərək tutulduğunu və hazırda həmin şəxsin işi məhkəmə baxışında olduğunu bildirmişdir. Həmin işdə köməklik göstərilməsində kimə müraciət etmək olduğunu soruşmuşdur. O, bir qədər düşündükdən sonra əvvəllər birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi Təqsirləndirilən şəxs yadına düşdüyü üçün Rizvanla əlaqə saxladığı və Hüseyn dediklərini danışdıqda Rizvan ona demişdir ki, məhkəmə strukturunda qohumlarının və geniş tanışlarının olduğu üçün bu məsələni həll edə bilməsi istiqamətində düşünər. Təxminən 5-6 ay bundan qabaq Hüseyn ona zəng etmiş və bildirmişdir ki, Rizvan həmin uşağın babası Rafiqdən hissə-hissə almaqla ümumilikdə 24000 manat həmin işin həlli üçün pul almış və həmin pulları güya ki, məhkəmə strukturunda işləyən şəxslərə vermək adı ilə almışdır. Hazırda həmin iş baş tutmamışdır. O, bu barədə Rizvanla maraqlanmış və həmin şəxslərin pulu geri istədiklərini Rizvana dedikdə Rizvan işin həll olunacağını demişdir. Həmin ərəfədə Fuad adlı şəxs ona zəng etmiş, özünü Rafiqin oğlu kimi təqdim etmiş və eyni məsələ ilə bağlı narazılığını bildirmişdir ki, Rizvan onların pullarını aldadaraq almışdır. O, hər dəfə Rizvana zəng edib onların sözlərini Rizvana çatdırdıqda Rizvan həmin məsələni həll edəcəyini demişdir. Rizvan əldə etdiyi puldan ona heç bir şey verməmişdir. O, Rizvanın həmin şəxsləri aldadacağını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında oğlu Kamran Məmmədli qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayətini törətməsi ilə bağlı barəsində başlanmış cinayət işi üzrə həbs edilmişdir. Həmin hadisədə zərərçəkmiş vəfat etdiyi üçün oğlunun işi prokurorluğa verilmişdir. Həmin cinayət işi məhkəmə baxışına göndərildikdə o, onun azad edilməsi ilə bağlı tanışlarına müraciət etmiş ki, cinayət işi düzgün maddə ilə tövsif edilsin. Həmin vaxt tanışı olan Əlirza ona bildirdi ki, Rizvan adlı bir şəxs vardır, o, iş adamıdır, geniş əlaqələri vardır və buna görə də Rizvan, onun oğunun işini həll edə bilər. Ona Rizvanın nömrəsini vermişdir. O, da Rizvanla telefonla danışmış və ona sənədlərin sürətini göndərmişdir. O, isə ona bildirmişdir ki, bu işi həll edə bilər, oğlu Kamrana 3-4 il arası cəza veriləcəkdir və buna görə də 25000 manat pulunu alacaqdır. O, Almaniyada yaşayır. Buna görə də özü həmin şəxslə canlı görüşməmişdir. O, atasına həmin şəxsin nömrəsini vermişdir. Həmçinin də atasınında nömrəsini həmin şəxsə yəni Rizvana göndərmişdir. Bundan sonra onunla danışıqları atası Zərərçəkmiş şəxs aparmışdır. O, müxtəlif vaxtlarda atası Zərərçəkmiş şəxs ümumilikdə 14000 manat pul göndərmişdir. Həmçinin də, Rizvan ona vəd vermişdir ki, bu işi həll edəcəkdir. Lakin sonradan ona aydın olmuşdur ki, o heç bir iş həll etməmişdir və pulu mənimsəmişdir. Ona pulu atası vermişdir. İş üzrə zərərçəkən atası Zərərçəkmiş şəxsdir. O, atası Zərərçəkmiş şəxs aldadaraq ümumilikdə 24000 manat pulunu alınmışdır. O, ondan pulunu tələb etdikdə o, müxtəlif bəhanələr gətirirmişdir. Bu günə kimi atası Zərərçəkmiş şəxs 24000 manat puldan 5000 manat pul qaytarmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR-sı Cinayət Məcəlləsinin 178.2.4 və 310-cü maddələrinə əsasən təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzanın sonu ilə azad olunub. Beləliklə CM-nin 18.4.3cü maddəsinə əsasən ödənilmiş və götürülmüş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. İş üzrə müəyyən edilir ki, Zərərçəkmiş şəxs dəymiş 24000 manat zərərdən 5000 manat ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, hal-hazıradək həbsdədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Şahid1 götürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsinə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Şahid1 götürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 198 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-86/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-86/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver