Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-87/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1991-ci il taridə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin çağırış üzrə müfəttişi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə əsas, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “vəzifədən kənarlaşdırma” növündə əlavə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qulluq mövqeyindən istifadə etməklə öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Belə ki, Rəşidli X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə xx.xx.2018-ci il tarixli bağlaşma əsasında hərbi qulluqçu statusu olmadan işə qəbul olub həmin tarixdən Xidmətin Laçın rayon bölməsinin çağırış üzrə müfəttişi vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə 2010-cu il tarixdən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş 1991-ci il təvəllüdlü Şahid2 və 2015-ci il tarixdən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş qardaşı 1997-ci il tarixli Şahid3 Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda nəzərdə tutulmuş 2022-ci ilin aprel ayı ərzində ehtiyyatda olan vəzifəlinin təkrar tibbi müayinəsindən keçirilməsi üçün çağırışçıların valideyni Şahid1 2022-ci ilin aprel ayının əvvəllərində özünə müraciətindən sonra özünün həmin bölmənin müfəttişi vəzifəsində işləməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin və həmin bölmənin rayon çağırış komissiyasının vəzifəli şəxsləri ilə yaxın münasibətinin olmasını bildirib həqiqi təsir imkanlarından istifadə edərək Şahid2 və Şahid3 ehtiyyatda olan vəzifəlinin təkrar tibbi müayinəsindən keçirilməsinə dair qərarlarına qanunsuz təsir etmək və növbəti çağırış müddətinədək hərbi xidmətə məhdud yararlılıq dərəcələrinin qüvvədə saxlanılması məqsədilə sonuncudan 04 aprel 2023-cü il tarixdə Xidmətin Laçın rayon bölməsinin Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən inzibati binasında özü üçün şəxsən birbaşa yolla 1.000 (bir min) manat məbləğində maddi nemət olan pul vəsaitini istəməklə alıb pul vəsaitini istəməsini və almasını bölmə rəisi mayor X4 gizlətməklə, sonuncuya çağırışçıların sağlamlıq imkanlarının məhdud olmasını bildirərək hər ikisi barəsində təkrar komissiyadan keçirilmələrinə dair 04 aprel 2023-cü il tarixli Laçın rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçirilmələrinə dair göndəriş vərəqəsinin verilməsinə və növbəti çağırış müddətinədək hərbi xidmətə məhdud yararlılıq dərəcələrinin təsdiq edilməsinə nail olmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin rəisi, mayor Sənan Qasımovun qərarına qanunsuz təsir göstərmişdir. (nüfuz alveri etmişdir) Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməl üzrə özünü təqsirli bildiyini, lakin ittiham aktında göstərilən maddə ilə təqsirli bilmədiyini, əməlin düzgün tövsif olunmadığını bildirərək ifadəsində göstərdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə xx.xx.2018-ci il tarixli bağlaşma əsasında hərbi qulluqçu statusu olmadan işə qəbul olub həmin tarixdən xx.xx.2023-cü il tarixədək Xidmətin Laçın rayon bölməsinin çağırış üzrə müfəttişi vəzifəsində işləmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Laçın rayon qeydiyyatında olan Şahid1 ona müraciət edib oğlu Şahid3 və Şahid2 hərbi xidmətə dinc dövrdə yararsız olduqlarını, buna görə də, hərbi xidmət keçmədiklərini, hər iki oğlunun 2022-ci ilin aprel ayında təkrar şəhadətləndirilməli olduqlarını bildirmiş, 04 aprel 2022-ci il tarixdə Şahid1 SHÇDX-nın Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən Laçın rayon bölməsinin inzibati binasında hər iki oğlu ilə birlikdə ona yaxınlaşıb şəhadətləndirmə üçün gəldiklərini, onların işinin həllində və tezləşdirilməsində onlara köməklik etməsini xahiş etmiş, üzərində 800 manat pul olduğunu, işinin müsbət həlli üçün verə biləcəyini bildirmiş, o, Şahid1 1.000 manat pul verməsini tələb etmiş, Şahid1 da onunla razılaşaraq bölmənin inzibati binasında ona 1.000 manat pul vermişdir. Hər iki çağırışçının ümumi xəstəliklərinə görə xidmətə göndərilmədiklərini bilib təkrar şəhadətləndirmə müddətində də yararsız olacaqları üçün, çağırışçıların Laçın rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçiriləcəkləri halda da təkrarən xidmətə yararsız hesab ediləcəklərini bildiyi və himayəsində olan uşağının müalicəsi üçün həmin 1.000 manat pulu alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Düşünmüşdür ki, onsuz da həmin şəxslər təkrar tibbi müayinədən özləri keçə biləcəklər. Bu səbəbdən aldığı pul barəsində heç kəsə, həmçinin bölmə rəisi Sənan Qasımova hər hansı bir məlumat verməmiş, işi öz axarına buraxmışdır. Həmçinin düşünmüşdür ki, aldığı pulu öz xərclərinə istifadə etsin, əgər həmin şəxslər təkrar komissiyadan keçə bilməsələr, Şahid1 ondan tələb etdiyi halda həmin vaxt pulu ona qaytarsın. Şahid1 pulu ondan aldıqdan sonra bir daha görməmiş, pulun qaytarılması ilə bağlı Şahid1 ona müraciət etməmişdir. Əks halda o, pulu Şahid1 qaytarardı. Şahid1 təkrar komissiya üçün 1000 manat pul almış, hər iki şəxs təkrar komissiyadan keçmiş və dinc dövrdə hərbi xidmətə yararsız olduqları müəyyən olunmuşdur. Onun ümumiyyətlə bölmə rəisi Sənan Qasımova göstəriş vermək kimi bir səlahiyyəti olmamışdır. Hazırda əməlindən peşmandır, uşağı xəstə olduğu və pula ehtiyacı olduğu üçün bu əmələ əl atmışdır. Göstərilənlərin nəzərə alınmasını və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özü ağciyər xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar xx.xx.2015-ci il tarixdə SHÇDX-nın Laçın rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən ağciyərlərində olan “kliniki müalicə olunmuş” diaqnozuna əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. xx.xx.2018-ci il tarixdə keçirilmiş təkrar şəhadətləndirilmə dövründə də müayinə edilmiş və SHÇDX-nın Laçın rayon şöbəsi tərəfindən eyni diaqnozla növbəti çağırış dövründə də hərbi xidmətə məhdud yararlı hesab edilmiş və xidmət keçməmişdir. Həmçinin qardaşı Şahid2 da xəstəliyi olduğundan 2010-cu il tarixdən hərbi xidmətə yararsız hesab edilmişdir. 04 aprel 2022-ci ildə o və qardaşı Şahid2 növbəti 3 illik müddətə həkim komissiyasından keçirilməli olduqlarından atası Şahid1 və qardaşı Şahid2la həmin bölməyə getmiş, bölmədə otaqların birində Təqsirləndirilən şəxs onlardan 1000 manat pul istəmiş, atası üzərində 800 manat pul olduğunu bildirərək onu verməsini təklif etmiş, bu zaman o və qardaşı həmin otaqda kənarda dayanıb atası ilə Rəşadın söhbətlərini izləmişlər. Rəşad onlara bölmə rəisi ilə danışıb 800 manata razılaşıb-razılaşmayacağını soruşacağını bildirmiş, bu məqsədlə bölmə rəisinin xidməti otağı istiqamətində gedib geri qayıtmış və atası Şahid1 1000 manat pul verməsini istəmişdir. Atası Təqsirləndirilən şəxs 1.000 manat pul vermişdir. 2022-ci ilin aprel ayına olan müddətdə Laçın rayon Mərkəzi Xəstəxanasına çağırılmış və orada təkrarən müayinədən keçirilmiş, xəstəliyi ilə əlaqədar sağalmadığı üçün 2025-ci il tarixədək təkrarən hərbi xidmətə yararsız hesab edilmişdir. Bundan əvvəl də həkim komissiyasından keçmiş, xəstəliyi ilə əlaqədar yararsız hesab edilmiş, lakin həmin vaxt onlardan heç kim pul tələb etməmişdir. Təqsirləndirilən şəxs o, xəstə ola-ola onlardan həkim komissiyasından keçirilməsi üçün pul tələb etmişdir. Bu səbəbdən onun barəssində şikayət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü ümumi xəstəliyinə görə İİ qrup əlilidir, həmçinin X5 veteranıdır. Oğlu Şahid3 ağciyər xəstəliyindən, Şahid2 isə əqli gerilik xəstəliyindən əziyyət çəkir, hər ikisi dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlıdır. Bununla əlaqədar əvvvəllər 2- 3 dəfə həkim komissiyasında keçmişlər və həqiqətən də dinc dövrdə hərbi xidmətə yararsız olduqları öz təsdiqini tapmışdır. Oğlu Şahid2 xəstəliyi ilə əlaqədar ev şəraitində müalicə alır. 2022-ci ilin aprel ayında hər iki oğlunun hərbi xidmətə yararlıq dərəcələri ilə bağlı təyin edilmiş 3 (üç) illik şəhadətləndirmə müddəti başa çatdığından və təkrarən hərbi həkim komissiyasından keçirilməli olduqlarından aprel ayının əvvəllərində oğlu Şahid3 və Şahid2la birlikdə Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə getmiş, bölmənin giriş qapısından daxil olduqda sol tərəfdə yerləşən növbətçi hissə otağında Təqsirləndirilən şəxs ilə söhbət etdikdə Rəşad ondan hər iki oğlunun təkrar şəhadətləndirilməsi prosesinin əsassız olaraq süründürməçiliyə yol verilməməsi üçün 1000 manat pul tələb etmiş, o, üzərində 800 manat və əlavə olaraq da uşaqlarının müalicəsi üçün 200 manat pul götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs də bu barədə bölmə rəisi ilə danışıb ona məlumat verəcəyini bildirmiş, daha sonra bölmə rəisinin xidməti otağı istiqamətində gedib bir neçə dəqiqə sonra geri qayıtmış və ona 1.000 manat pul verməli olmasını bildirmişdir. O da Təqsirləndirilən şəxs təklifi ilə razılaşıb üzərindəki 1.000 manat pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Lakin 2022-ci ilin aprel ayına olan müddətlərdə Laçın rayon Mərkəzi Xəstəxanasından zəng edilib Şahid3la Şahid2 həkim müayinəsindən keçirilmələri üçün çağırıldıqlarından hər iki oğlu Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon Mərkəzi Xəstəxanasına gedib həkim müayinəsindən keçirilmiş və onlarda əvvəlki xəstəliklərinin sağalmaması müəyyən edilmiş və buna görə də, oradan göndərilmiş tibbi sənədlər əsasında hər iki oğlu 2025-ci ilin aprel ayınadək hərbi xidmətə yararsız hesab edilmişdirlər. O, Rəşid Rəşadli ilə 04 aprel 2022-ci il tarixdə söhbət edərkən üzərində olmuş səs yazan aparat vasitəsilə Təqsirləndirilən şəxs ilə danışıqlarını qeydə almış və daha sonra Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Baş İdarəyə ərizə ilə müraciət etmiş və qeydə aldığı səs yazısını Baş İdarəyə təqdim etmişdir. Təqsirləndirilən şəxs pulu ona verməmişdən əvvəl telefon vasitəsilə ona zəng etmiş, hətta telefonda danışıq zamanı da ondan pul tələb etmişdir. O, uşaqlarının həqiqətən xəstə, hərbi xidmətə yararsız olduqlarını bilmiş, lakin əsassız süründürməçilik olmasın deyə Rəşadın təklifi ilə razılaşmış, daha sonra uşaqları həkim komissiyasında keçdikdən sonra Rəşad barəsində müvafiq orqanlara şikayət etmişdir. O, uşaqlarının həqiqətən də hərbi xidmətə yararsız olduqlarını, xəstəlikdən əziyyət çəkdiklərini Rəşada bildirsə də, Təqsirləndirilən şəxs buna heç kəsin məhəl qoymadığını, işinin düzəlməsi üçün mütləq şəkildə 1000 manat verməli olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özü ruhi əsəb xəstəliyindən əziyyət çəkir, hazırda da ev şəraitində müalicə alır. Xəstəliyi ilə əlaqədar həkim komissiyası tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Həmçinin qardaşı Şahid3 da ağciyər xəstəliyindən əziyyət çəkir və o da dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. 2022-ci ilin aprel ayında o və qardaşı Şahid3 növbəti 3 illik müddətə həkim komissiyasından keçirilməli olduqlarından atası Şahid1la bir neçə dəfə Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə getmiş, eyni qaydada 04 aprel 2022-ci il tarixdə təkrarən atası Şahid1 və qardaşı Şahid3la həmin bölməyə getmişlər. Bölmədə Təqsirləndirilən şəxs otağında Rəşad atasında 1000 manat pul tələb etmiş, atası onunla razılaşmış, 1000 manat pulu Rəşada vermişdir. Həmin vaxt onlar da otaqda olmuşlar. 2022-ci ilin aprel ayına olan müddətdə Laçın rayon Mərkəzi Xəstəxanasına çağırılmış və orada təkrarən müayinədən keçirilmiş, xəstəliyi ilə əlaqədar sağalmadığı üçün 2025-ci il tarixədək təkrarən hərbi xidmətə yararsız hesab edilmişdir. İşdə olan Şahid1 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə apardıqları danışıqların qeydə aldığı 18:38 dəqiqə müddətindəki səs yazısına Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə keçirilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 hər iki oğlunun növbəti 3 (üç) il müddətinə hərbi xidmətə yararsız hesab edilməsi üçün sonuncudan 1.000 manat pul tələb edərək istəmiş və daha sonra Şahid1 ona təqdim etdiyi 1.000 manat pulu sayaraq qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 01 mart 2018-ci il tarixli 55ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsindən təqdim edilmiş arayışdan görünür ki, bölmənin müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs hərbi qulluqçu statusuna malik deyil və xx.xx.2018-ci il tarixdən bağlaşma əsasında işə qəbul edilmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin rəisi, mayor Sənan Qasımov tərəfindən xx.xx.2022-ci il tarixli 4/267 nömrəli göndəriş vərəqəsindən görünür ki, Şahid2 “Laçın rayon Mərkəzi Xəstəxanası” X8 müayinəyə göndərilmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin rəisi, mayor Sənan Qasımov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/268 nömrəli göndəriş vərəqəsindən görünür ki, Şahid2 “Laçın rayon Mərkəzi Xəstəxanası” X8 müayinəyə göndərilmişdir. İşdə olan Şahid1 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 8İ-14791 reyestr nömrəli ərizəsindən bəlli olur ki, Təqsirləndirilən şəxs vermiş olduğu 1000 manat vəsait ona geri qaytarılmış, hal-hazırda onlar arasında barışıq əldə olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Bakı şəhəri, Nizami rayonu, 145 saylı MTK-dan təqdim edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X6 olmaqla 1 (bir) azyaşlı övladı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, 1000 manat məbləğində vəsaitin Şahid1 geri qaytarılmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yerindən müsbət xarakterizə olunması və himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinə əlavə olunmuş, 04 iyul 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 iyul 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-706/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Şahid1 arasında xx.xx.2022-ci il tarixdə aparılmış qarşılıqlı səs danışıqlarının köçürüldüyü 1 ədəd CD disk, SHÇDX-nın Laçın rayon bölməsinin rəisi, mayor S.Qasımov tərəfindən təkrar tibbi müayinəyə dair verilmiş xx.xx.2022-ci il tarixli 4/267 və 4/268 nömrəli göndəriş vərəqələri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinib 7000 (yeddi min) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” əsas qətimkan tədbiri və “vəzifədən kənarlaşdırma” əlavə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Şahid1 arasında xx.xx.2022-ci il tarixdə aparılmış qarşılıqlı səs danışıqlarının köçürüldüyü 1 ədəd CD disk və SHÇDX-nın Laçın rayon bölməsinin rəisi, mayor S.Qasımov tərəfindən təkrar tibbi müayinəyə dair verilmiş xx.xx.2022-ci il tarixli 4/267 və 4/268 nömrəli göndəriş vərəqələri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 222 (iki yüz iyirmi iki manat) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-87/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-87/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver