Məhkəmə qərarları › İş №1(007)-87/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-87/2025

22.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-87/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun, təqsirləndirilən şəxs –mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – mülki cavabdehxx.xx.1966-cı ildə Biləsuvar rayonu, Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, nömrəsiz evdə yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs1 guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində işlədiyini bildirib etibarını qazanaraq sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinə çıxarış və tikinti aparılmasına rəsmi icazə alacağını, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən iki mərtəbəli evin dövlət reyestr xidmətində qeydiyyata aldırıb, çıxarış sənədinin hazırlanıb verilməsinə dair yalan vədlər verib aldadaraq Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ceyhunbəy Hacıbəyli küçəsində yerləşən “İstanbul” restoranında 11.100 manat, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanının həyətyanı sahəsində 5.000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhunbəy Hacıbəyli küçəsində yerləşən "İstanbul” restoranında 2.000 manat, xx.xx.2022-ci il tarixdə ona məxsus ‘’Kapital Bank" ASC-yə aid 4169-7388-5972-4688 nömrəli bank kart hesabına köçürülmüş 1.200 manat, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən “AMAY” ticarət mərkəzinin qarşısında 2.000 manat, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanının həyətyanı sahəsində 100 manat, xx.xx.2022-ci il tarixdə ona məxsus "xxxx" ASC-yə aid 4169-7388-5972-4688 nömrəli bank kart hesabına köçürülmüş 800 manat, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanın həyətyanı sahəsində 2.100 manat, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanın həyətyanı sahəsində 1.000 manat, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanın həyətyanı sahəsində 2.000 manat, xx.xx.2022-ci ildə saat 12 radələrində ünvan 1 ünvanın həyətyanı sahəsində 2.000 manat, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən Vergilər Nazirliyinin binasının qarşısında 300 manat, xx.xx.2022-ci il tarixdə ona məxsus “Kapital Bank" ASCyə aid 4169-7388-5972-4688 nömrəli bank kart hesabına köçürülmüş 400 manat, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanın həyətyanı sahəsində 250 manat, xx.xx.2022-ci il tarixdə ona məxsus "xxxx" ASC-yə aid 4169-7388-5972-4688 nömrəli bank kart hesabına köçürülmüş 400 manat. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanın həyətyanı sahəsində 5.000 manat, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanın həyətyanı sahəsində 2.000 manat, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinin qarşısında 1680 manat, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanın həyətyanı sahəsində 70 manat, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində ona məxsus 4169-7388- 5972-4688 nömrəli bank kart hesabına köçürülmüş 600 manat, ümumilikdə isə 40.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 şəxsi əlaqələrinin geniş olması barədə yalan məlumat verib sonuncunun inam və etibarını qazanaraq hər hansı səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə çıxarış alınmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə guya həmin çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə verəcəyi adı ilə Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə saat 13 radələrində sonuncunun yaşadığı ünvan 6 ünvanda 290 manat, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ünvan 6 ünvanda 183 manat, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ünvan 6 ünvanda 200 manat, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ünvan 6 ünvanda 680 manat, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində ünvan 6 ünvanda 2.000 manat, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 6 ünvanda 1.000 manat, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ünvan 6 ünvanda 1.000 manat, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ünvan 6 ünvanda 2.300 manat, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 6 ünvanda 860 manat, ümumilikdə isə 8.513 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinin Dövlət Xidmətində işlədiyini bildirib, etibarını qazanaraq sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinə çıxarış və tikinti aparılmasına rəsmi icazə alacağını, çıxarış sənədinin hazırlanıb verilməsində köməklik göstərəcəyinə dair yalan vəd verərək, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən “Cənub" kafesində 6.000 manat, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 7 ünvanında yerləşən “Baku Elektronics” mağazasının qarşısında 3.000 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 8 ünvanında yerləşən "xxxx"ın Nərimanov rayon filialının qarşısında 2.000 manat, xx.xx.2023-cü il tarixdə ona məxsus “Kapital Bank" ASC-yə aid 4169-7388- 5972-4688 nömrəli bank kartının hesabına köçürülmüş 1.600 manat. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən köhnə “Sevinc” kinoteatrının qarşısında 2.000 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 139 ünvanında yerləşən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti binasının qarşısında 400 manat, ümumilikdə isə 15.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinin Dövlət Xidmətində işlədiyini bildirib etibarını qazanaraq hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya 2-ci qrup əlilliyi ilə bağlı verilərək sonradan dayandırılmış aylıq 630 manat təqaüdü guya bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 2024-cü ilin yanvar ayının 25-dən aprel ayının 14dək olan müddətdə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs4 ünvan 11 ünvanından ona məxsus “Kapital Bank" ASC-yə aid 4169-7388-5972-4688 nömrəli bank kartının hesabına köçürdüyü 4.870 manat, daha sonra Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 70В ünvanında yerləşən “Taxtalı" adlı kafedə hissə-hissə, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 400 manat olmaqla, cəmi 2330 manat, ümumilikdə isə 7.200 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia təqdim edərək 15000 manat məbləğində dəymiş zərərin və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 15135 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinə aid bələdiyyə müqaviləsinin ona qaytarılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Nizami rayonunda heç bir cinayət törətməmiş, Nizami rayonu ərazisində heç kimdən pul almamışdir. Sənəd düzəltmək üçün Musayev Elman adlı şəxs Ələkbərə 23000 manat pul verib, Ələkbər də ona vermişdir. O, işi görəndən 4 ay sonra zəng eləyib demişdir ki, düzəltmək lazım deyil, pulu geri qaytar. Ələkbərdən 23000 manat pul almışdır. Ələkbər ona 40000 manat pul verməmiş, 24000 manat pul vermişdir. Ələkbər ona zəng eləmişdir ki, ondan 24000 manat pula görə faizi ilə 33000 manat pul istəyirlər. O da demişdir ki, “eybi yox verərik”. Ələkbər onun səs yazısını yazıb aparıb qoyub Bayramov Əskərin qarşısına, 33000 manatı qoyub boynuna. X1 yanında söhbət eləmişlər. Ona demişlər ki, sən pulu Ələkbərə qaytarma, Səyyad adında adam var pulu ona ver. O da həmin adama 12000 manat pul ödəmişdir, çekləri də var. Ələkbərdən 24500 manat pul almış, həmin puldan dedikləri adamın kartına 12500 manat pul köçürmüşdür. Orada layihəyə pul verilməmişdir. O pulu da onun üstünə yazmışlar. Özünü Zərərçəkmiş şəxs2 epizodu üzrə təqsirli bilmir. Zərərçəkmiş şəxs2 ona harada pul verib ki, ona pul qaytarsın. Onun bir yaxın adamı gəlib ona demişdir ki, sənəd düzəltmək lazımdı, kömək elə. Sənədləri gətirib baxmış, demiş ki, düzəltmək olar. 3-4 gün sonra Rüstəm pulu həmin adama vermişdir. O, pulu həmin adamdan götürməmişdir. 1 həftə sonra Rüstəm onunla görüşmək istədiyini demişdir. Rüstəm və onun dostu ilə birlikdə görüşmüşlər. Yenə pulu götürməmişdir. Əgər Rüstəm ona pul versəydi, harada veribsə həmin yerin kamerası ilə sübut edərdi. O, Rüstəmin işini Nurəddin adlı tanışının vasitəsilə düzəldəcəkdi. Rüstəm birinci dəfə Nurəddinlə 3000 göndərmiş götürməmişdir, sonra Rüstəmlə çay içəndə 6000 manat vermiş, o, götürməmiş, demişdir ki, ona pul verməsin. Rüstəmin başqa bir tanışı da orda olmuşdur. Sonra sentyabr ayının 17-18-i Sevinc kinoteatrının yanında görüşmüşlər. Rüstəmə demişdir ki, çətinlik var, iş alınmır. Oturub çay içib söhbət eləmişlər. Rüstəm deyir ki, guya ona orada 2000 manat pul vermişdir. Bir neçə gündən sonra Rüstəm demişdir ki, daha ehtiyac yoxdur. Zərərçəkmiş şəxs1 epizodu üzrə məbləğ o qədər deyil. müstəntiq onu aldadıb qol çəkdirmişdir. Ələkbər özü alqı-satqıda işləyir. Onunla şərik Elmanın sənədini düzəltmək istəmişlər, alınmayanda demişdir ki, Elmandan 40000 manat pul almışdır. O, Ələkbərin yanında Musayev Elmanla telefonla danışmış və ona demişdir ki, Ələkbər ona 19500 manat pul vermişdir. Elman da demişdir ki, “pulu yavaş-yavaş mənim özümə qaytararsan”. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ittihamda göstərilən məbləği almışdır, azadlığa çıxanda qaytaracaqdır. Həmin epizodlar üzrə istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunmuşdur. 2022ci ilin mart ayının əvvəllərində Qəbələ rayonunda yaşayan Həzi adlı tanışının vasitəsilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Həmin vaxtlarda Həzi ona Ələkbərin tanışı X3 məxsus torpaq sahəsinin, həmçinin evinin özəlləşdirilməsi işində köməklik etməsini xahiş elmişdir. Belə ki, əvvəllər Həziyə Dövlət Əmlak Komitəsində işlədiyini, əmlak məsələləri ilə bağlı hər hansı bir köməyə ehtiyacı olarsa, ona müraciət etməsini demişdir. Ona görə də Həziyə bildirmişdir ki, onun Ələkbər adlı tanışının torpaq sahəsinin və evinin özəlləşdirməsi işində ona köməklik edər. Həmçinin həmin vaxt Həziyə demişdir ki, Ələkbər adlı tanışna onun mobil telefon nömrəsini versin və Ələkbər onunla əlaqə saxlasın. Bundan sonra Ələkbər adlı şəxs onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş və onunla bir qədər söhbət etdikdən sonra 17 mart 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “İstanbul” adlı restoranda onunla görüşmüşdür. Həmin vaxt Ələkbər restorana tanımadığı Feyruz adlı şəxslə birlikdə gəlmişdir. Söhbət zamanı Ələkbər bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 12 sot torpaq sahəsi var, həmin torpaq sahəsinin ancaq bələdiyyədən alınmış sənədləri var, həmçinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 3 sot torpaq sahəsində inşa edilmiş yaşayış evi var, qeyd etdiyi torpaq sahəsi və yaşayış evinin sənədlərini hazırlamaqda ona köməklik etmək lazımdır. Həmin vaxt Ələkbərə bildirmişdir ki, Dövlət Əmlak Komitəsində və Bakı şəhəri üzrə Əmlak Komitəsində işləyən vəzifəli tanışları var, həmin tanışlarının vasitəsilə ona məxsus torpaq sahəsinin, həmçinin yaşayış evinin sənədlərinin hazırlanmasına köməklik edə bilər. Ələkbər də onun sözlərinə inandığına görə ona öz razılığını bildirmişdir. Ələkbərə həmin işi 12500 manata həll edəcəyini bildirmişdir. Həmin iş həll olunandan sonra hörmətinin ayrı olacağını demişdir. Bundan sonra Ələkbərə ilkin olaraq sənədlərin toplanması və kompüter sistemində qeydiyyata alınması üçün pul lazım olduğunu bildirmişdir. İlkin olaraq bununla əlaqədar Ələkbərdən 4000 manat pul almışdır. Həmin pulu görüşlərindən təxminən 3-4 gün sonra Nərimanov rayonunda yerləşən parkda almışdır. Bundan sonra Ələkbərə zəng edərək Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evinin sənədləşməsinə görə 5000 manat pulu 2022-ci ilin aprel ayında Nərimanov rayonunda yerləşən parkda almışdır. Ələkbərdən, beləliklə 9000 manat pul almışdır. Həmin pulları aldıqdan sonra sənədləri almış və Ələkbərə bildirmişdir ki, əmlakın sənədləşmə prosesi uzun çəkən prosesdir, yəni bunun üçün yeddi müxtəlif qurumdan sənəd toplamaq lazımdır və bütün bunlara görə əlavə pul lazım olacaqdır. Ələkbər də etiraz etməmiş və sağollaşıb ayrılmışlar. Bundan sonra müxtəlif vaxtlarda və ünvanlarda Ələkbərdən ona məxsus torpaq sahəsinin və yaşayış evinin sənədlərinin hazırlanması adı ilə 3500 manat pul da almışdır. Həmin pulu da Nərimanov rayonunda yerləşən parkda almışdır. Ümumilikdə ondan 12500 manat pul almışdır. Daha sonra ona pul lazım olduğundan 2500 manat pulu borc kimi almışdır. Yoldaşı onkoloji xəstə olduğundan xəstəxanada olmuşdur. Həmin zaman Nərimanov rayonu azisində yerləşən “Onkologiya" mərkəzində olan zaman Ələkbər ona zəng edərək ona pul göndərmək istədiyini, ailə üzvünün xəstə olduğunu bildiyindən ona köməklik etmək istədiyini bildirib ona məxsus "xxxx" kartına 600 manat pul göndərmişdir. Bundan sonra ondan pul almamışdır. Lakin həmin vaxtlarda maddi çətinlikləri olduğuna görə Ələkbərdən aldığı ümumilikdə 12500 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş və Ələkbərə məxsus torpaq sahəsinə, həmçinin yaşayış evinə heç bir sənəd hazırlamamışdır. Ələkbərin ona verdiyi pullar X3 məxsus olmuşdur. Həmin pulları Ələkbər ondan alaraq ona verirmiş. Bu işdə onun da xeyri olmuşdur. Pulları vermədiyindən Ələkbər onun barəsində şikayət etmişdir. Bundan sonra müxtəlif vaxtlarda Səyyad adlı tanışına 12000 manat pul göndərmişdir. Həmin pulların göndərilməsi ilə əlaqədar olaraq onun qəbzləri vardır və həmin qəbzləri istintaqa təqdim edir. Belə ki, Səyyad adlı şəxs ona bildirmişdir ki, Ələkbər adlı şikayətçi ilə danışıb və həmin pulları onun kart hesabına göndərsin ki, o, pulları çıxarıb Ələkbərə versin. Lakin sonradan Ələkbərlə görüş zamanı ona məlum olmuşdur ki, o, pulları ona verməmişdir. Zərərçəkmiş şəxs1 12500 manat pul almışdır. Sadəcə qorxduğundan 33000 manat pulu aldığını demişdir. Zərərçəkmiş şəxs1 müxtəlif məbləğdə pulları alan zaman onun Feyruz adlı tanışı bir neçə dəfə yanlarında olmaqla həmin hadisələrin şahidi olmuşdur. Bundan başqa, həmin pullar ona məxsus olmamışdır. O, pullar Elman Musayevə məxsus olmuşdur. Ələkbər özü bu işdə xeyir tutmuşdur. Bundan başqa, 2023-cü ilin avqust ayında Nurəddin vasitəsi ilə Rüstəm adlı şəxslə tanış olmuşdur. Onunla söhbət zamanı o, ona Sabunçu rayonunda 6 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinə çıxarış və tikinti işlərinin aparılması üçün icazə məsələsində ona köməklik etməsini istəmişdir. Heç bir problem olmadığını qeyd edərək Rüstəmə torpağa aid bütün sənədləri ona təqdim etməsini xahiş etmişdir ki, öz tanışlarına göstərsin, əgər işi alınsa, ona köməklik etsin. Bir neçə gün sonra Nurəddinlə görüşmüş və o, ona sənədləri təqdim etmişdir. Bununla əlaqədar olaraq sənədləri götürmüş və öz tanışlarına göstərmişdir. Hər dəfə mütəmadi olaraq telefonla danışmışlar və çox gözəl münasibəti olmuşdur. Həyat yoldaşı ağır xərçəng xəstəsidir və buna görə onun pula ehtiyacı olmuşdur. Borcla əlaqədar olaraq Rüstəmə müraciət etmişdir. O, hər dəfə ona pul vermişdir. Ümumilikdə Rüstəm ona 2000 manat borca pul vermişdir. Yoldaşının xəstəliyi ağır olduğundan və vaxtının çox hissəsini onun yanında keçirdiyindən Rüstəmin torpaq sahəsinə aid sənədlərini hara qoyduğunu xatırlamır. Belə ki, sonuncu dəfə tanışı ilə danışan zaman o, Rüstəmin məsələsinin alınmadığını bildirmişdir. Ona görə də, həmin sənədləri evdə xatırlamadığı bir yerdə qoymuş, daha sonra isə tapmamışdır. Rüstəmə olan 2000 manat borcunu etiraf edir və həmin pulu ödəyəcəkdir. Həmin pulları Nərimanov rayonu ərazisində almışdır. Zərərçəkmiş şəxs2 ona aid torpaq sahəsinə görə çıxarışın alınması və həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün 15000 manat pul almamış, ondan ümumilikdə 2000 manat pulu borca almışdır. Ondan başqa pul almamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 2023-cü ilin aprel ayının ortalarından onun qardaşına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Arablinka küçəsində yerləşən ərzaq mağazasında tanımışdır. Həmin vaxt özünü ona Əmlak Komitəsində şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim etmişdir. Lakin həmin vaxt heç bir yerdə işləməmişdir. Rəyasət ona demişdir ki, onun yaşadığı ev fərdi yaşayış evi olduğu üçün evin çıxarışı yoxdur və ondan xahiş etmişdir ki, onun yaşadığı ünvan 6 ünvana çıxarış düzəlməsində ona köməklik göstərsin. Ona etiraz etməyib həmin işin düzəlməsi üçün 2800 manat pul istəmiş, o da onunla razılaşmışdır. Həmin vaxt ona bildirmişdir ki, pulları hissə-hissə, yəni işi düzəldən şəxslər pul istədikcə ondan götürəcəkdir. İlk dəfə, yəni 21 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Rəyasətin yaşadığı ünvan 6 ünvana gedərək 290 manat pul alıb getmişdir. Bundan sonra 22 aprel 2023-cü il tarixdə saat 14 radələrində Rəyasətin yaşadığı evə gedərək Bələdiyyədən torpağa aid sənəd düzəltməsi üçün ondan 183 manat pul alıb getmişdir. Bundan sonra, yəni 26 aprel 2023-cü il tarixdə saat 13 radələrində yenidən Rəyasətin yaşadığı evə gedərək Arxitektura İdarəsinə vermək üçün 200 manat almışdır. Bundan sonra, yəni 07 may 2023-cü il tarixdə saat 14 radələrində onun yaşadığı evə gedərək çıxarış verən idarəyə vermək üçün 680 manat pulu almışdır. Bundan sonra yəni 08 may 2023-cü il tarixdə saat 13:30 radələrində Rəyasətin yaşadığı evə gedərək Əmlak Komitəsində rəhbər vəzifədə işləyən Rüstəm müəllim adlı şəxsə vermək üçün 2000 manat pulu almışdır. Bundan sonar, yəni 10 may 2023-cü il tarixdə saat 14:30 radələrində onun yaşadığı evə gedərək yenə də Rüstəm müəllim adlı şəxsə vermək üçün Rəyasətdən 1000 manat pul almışdır. Bundan sonar, yəni 05 iyun 2023-cü il tarixdə saat 14 radələrində onun yaşadığı evə gedərək yenidən Rüstəm müəllimə vermək üçün ondan 1000 manat pul almışdır. Bundan sonar, yəni 07 iyun 2023-cü il tarixdə saat 14 radələrində onun yaşadığı evə gedərək yenə də Rüstəm müəllimə çatdırma adı ilə 2300 manat pul almışdır. Sonuncu dəfə, yəni 09 iyun 2023-cü il tarixdə saat 15 radələrində Rəyasətin yaşadığı ünvan 6 ünvana gedərək 100 manat pulu özü üçün borca almışdır. 500 manat kənd sovetinə vermək üçün almış və 260 manat pulu isə Vergilər İdarəsində işləyən Lalə adlı qadına vermək üçün alıb ondan ayrılmışdır. Lakin onun məqsədi Rəyasətdən aldığı pulları kiməsə vermək deyil, niyyəti onun pulunu ələ keçirmək olmuşdur. Buna görə də, Zərərçəkmiş şəxs3 ümumilikdə aldığı 8.513 manat pulu öz ehtiyacına xərcləmiş və onun pulunu geri qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 ilə 4 saylı Vərəm Dispanserinin qarşısında təsadüfən rastlaşmış və tanış olmuşlar. Söhbət əsnasında Elxanın 2-ci qrup əlil olduğunu, 2011-ci ildən 2020-ci ilin dekabr ayına kimi dövlət tərəfindən 2-ci qrup əlilliyi ilə bağlı 630 manat təqaüd aldığını, lakin 2021-ci ildə təqaüdünün dayandırıldığını öyrənmişdir. Yanında Elxan hansısa vəkillə telefonla danışmış və ona təqaüdünün bərpası ilə bağlı hüquqi yardım almaq istədiyini bildirmişdir. Həmin vəkil də ondan hüquqi yardım göstərilməsi üçün 3000 manat pul istəmişdir. Elxan da həmin miqdarda pulunun olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 təqaüdünün bərpa etdirilməsi adı ilə aldatmaq və pulunu ələ keçirmək niyyətinə düşmüşdür. Bu niyyətini həyata keçirmək üçün və heç bir yerdə işləmədiyi halda Elxana Əmlak Məsələləri Dövlət Komitəsində şöbə müdiri vəzifəsində işlədiyini, əlinin hər yerə çatdığını bildirmiş və təqadünü bərpa etmək üçün pul müqabilində kömək edə biləcəyini demişdir. Elxan ondan nə qədər pul lazım olduğunu soruşanda ona təqaüdünü bərpa etmək üçün 8000 manat pul lazım olduğunu demişdir. O da razılıq vermişdir. Bundan sonra əlaqə saxlamaq üçün öz nömrəsini Elxana vermiş və Elxan da öz nömrəsini ona vermişdir. Zərərçəkmiş şəxs4 təqaüdünü bərpa etmək üçün hissə-hissə olmaqla müxtəlif tarixlərdə, ümumilikdə 7200 manat pul almışdır. Həmin pullardan 4870 manat pulu Elxandan onun yaşadığı ünvan 13 ünvanında müxtəlif vaxtlarda hissə-hissə almışdır. Həmçinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 70 В ünvanında yerləşən “Taxtalı” adlı kafedə Zərərçəkmiş şəxs4lə görüşərək Elxandan 2330 manat pul almışdır. Qeyd olunan məbləğdən sonuncu 400 manat pulu xx.xx.2024-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 70 В ünvanında yerləşən “Taxtalı” adlı kafedə Zərərçəkmiş şəxs4 almışdır. Hər dəfə pulları Elxandan alan zaman ona yaxın zamanda təqaüdünün bərpa olunacağını, gözləməyini demişdir. Lakin ondan aldığı pulları öz şəxsi işlərinə xərcləmişdir. Həyat yoldaşı xəstə olduğu üçün aldığı pulları onun müalicəsinə, xəstəxana xərclərinə istifadə etmişdir. Zərərçəkmiş şəxs4 ümumilikdə 7200 manat pulu onun təqaüdünü bərpa etdirəcəyi adı ilə aldadıb almışdır. 7200 manat puldan sonuncu 400 manat pulu xx.xx.2024-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 70 В ünvanında yerləşən “Taxtalı” adlı kafedə Elxanla görüşərək almışdır. Zərərçəkmiş şəxs4 aldadıb pulunu ələ keçirərkən tək olmuş, ona heç kim kömək etməmişdir. “Taxtalı” adlı kafedə Elxanla görüşərək pul alan zaman ikisi olmuşlar, onların yanında başqa kənar şəxslərdən heç kim olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs müxtəlif yerlərdə və vaxtlarda ondan 15000 manat pul alaraq ona qarşı dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 6 sot torpaq sahəsi var. Həmin torpaq sahəsinin bələdiyyə sənədi olmuşdur. Həmin torpaq sahəsinin yanında onunla qonşu Vaqifə məxsus torpaq sahəsi də olmuşdur. Özünə məxsus torpaq sahəsi üçün çıxarış almaq üçün Nurəddin adlı şəxsin vasitəsilə Mükafat adlı şəxslə tanış olmuşdur. Mükafat adlı şəxs ona zəng edərək özünü ona Əmlak Komitəsinin şöbə müdiri kimi təqdim etmiş, onunla bir qədər danışdıqdan sonra telefonda həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün Sabunçu rayon İcra Hakimiyyətinin ona icazə vermədiyini bildirmişdir. Mükafat ona narahat olmamağı, həmin işi həll edəcəyini bildirmiş və həll etmək üçün 15000 manat pul lazım olduğunu demişdir. Onunla razılaşmış, ertəsi gün, yəni 12 avqust 2023-cü ildə saat 19 radələrində Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən “Cənub” kafesində iş yoldaşı Fərhad və Nurəddinlə birlikdə Mükafatla görüşmüşdür. Görüş zamanı Mükafat özünü iş görən adam kimi, çoxlu tanışlarının olduğunu bildirmiş və bu işi həll edəcəyini, ilkin olaraq ona 6000 manat pul verilməli olduğunu demişdir. Fərhad və Nurəddinin iştirakı ilə Mükafata özünə məxsus torpaq sahəsinin sənədlərinin hazırlanması və həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün İlkin olaraq 12 avqust 2023-cü ildə saat 19 radələrində “Cənub” kafesində Mükafata 6000 manat pul vermişdir. Mükafat ondan 6000 manat pulu almış və ona narahat olmamağı bildirmişdir. Ertəsi gün Mükafatla əlaqə saxlamış və ona Sabunçu rayonu İcra Hakimiyyətində olduğunu, icra başçısı ilə görüşdüyünü deyərək onu olduğu yerə çağırmış, həmin yerə getmiş, təxminən 15-20 dəqiqə sonra Mükafatın oradan çıxdığını görmüşdür. Bu zaman ona inamı daha da artmışdır. Belə ki, onun bu işi həll edəcəyinə inanmışdır. Bir müddət sonra Mükafatla yenidən görüşmüş və ondan əlavə 3000 manat da istəmişdir. Ondan 3000 manat pulun nə üçün lazım olduğunu soruşduqda həmin pulun torpağa çıxarış almaq üçün lazım olduğunu, onunla razılaşdığını, bir neçə gün sonra, yəni 22 sentyabr 2023-cü ildə saat 15 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 98 ünvanında yerləşən “Baku Elektronics” mağazasının qarşısında Mükafatla görüşüb 3000 manat pulu ona vermiş, sonuncu da ona 10 gün ərzində torpağın çıxarışının hazır olacağını demişdir. Bir neçə gün sonra Mükafata zəng vuraraq torpaq məsələsində çıxarışla əlaqədar işin nə yerdə qaldığını soruşduqda ona sistem dəyişildiyindən işin gecikdiyini bildirmişdir. Bir neçə gün sonra Mükafat yenidən ona zəng edərək yerdə qalan pulu da istəmişdir. Təxminən 2 oktyabr 2023-cü ildə saat 16 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 9 ünvanında yerləşən "xxxx"ın Nərimanov rayon filialının qarşısında Mükafatla görüşərək ona 2000 manat pul vermişdir. Mükafat zəng edərək yenə pul lazım olduğunu bildirdiyi üçün 7 oktyabr 2023-cü ildə o, 1600 manat pulu Mükafata məxsus 4169-7388-5972-4688 nömrəli karta göndərmişdir. Mükafat zəng edərək sənədləri hazırlamaq üçün yenə pul lazım olduğunu bildirdiyi üçün 14 oktyabr 2023-cü ildə saat 19 radələrində Mükafatla Nizami rayonu, Q.Qarayev prospektində yerləşən köhnə "Sevinc" kinoteatrının qarşısında görüşmüş, ona əlbəəl 2000 manat vermişdir. Mükafat ona zəng edərək sənədlərin artıq hazır olduğunu, bir neçə günə ona verəcəyini bildirmiş və yerdə qalan 400 manatı da istəmişdir. 10 noyabr 2024-cü ildə Mükafatla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 139 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının qarşısında görüşmüş və sonuncu 400 manatı da ona vermişdir. Mükafat ona həmin vaxt sənədləri bir neçə günə təhvil verəcəyini bildirmişdir. Lakin bir neçə müddət sonra ona zəng elədikdə hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan sonra Mükafatın onu aldadaraq 15000 manat pulunu ələ keçirdiyini anlamış və şikayət ərizəsi yazmışdır. Beləliklə, Mükafat onun ümumilikdə 15000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O, həmçinin ifadəsində Mükafatın cinayət məsuliyyətindən yayınmaq üçün yalan danışdığını, yalan ifadə verdiyini, həmin pulları Mükafata torpağa sənəd düzəltmək üçün verdiyini, borc vermədiyini, Mükafatın onun nə tanışı, nə də qohumu olmadığını, buna görə də ona borc pul vermədiyini, yuxarıda göstərdiyi yerlərdə və tarixlərdə Mükafat ondan ümumilikdə 15000 manat pul alaraq ona qarşı dələduzluq cinayəti törətdiyini bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, 2-ci qrup əlildir. 2011-ci ildən 2020-ci ilin dekabr ayına kimi dövlət tərəfindən 2-ci qrup əlilliyi ilə bağlı ona ayrılmış 630 manat təqaüd pulunu almışdır. Lakin 2021-ci ildə təqaüdü dayandırılmışdır. Mükafat Dövlət Əmlak Komitəsində şöbə müdiri vəzifəsində işlədiyini və əlinin hər yerə çatdığını bildirmişdir. Bundan sonra Mükafat onun təqaüdünü bərpa etmək üçün pul müqabilində kömək edəcəyini bildirmişdir. Ondan onun təqaüdünü bərpa etmək üçün hansı məbləğdə pul lazım olduğunu soruşduqda, Mükafat 8000 manat pul müqabilində təqaüdünü bərpa edəcəyini bildirmiş və o da ona razılıq vermişdir. Bundan sonra Mükafat onunla əlaqə saxlamaq üçün ona mobil nömrəsini vermişdir. Təqaüdünü bərpa etmək üçün Mükafata xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ümumilikdə 7200 manat pul vermişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayəti yoxdur, həbsdən çıxandan sonra pulun ödənilməsi barədə razılaşmışlar. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bir gün Təqsirləndirilən şəxs qardaşının işlədiyi dükana gəlmiş və dükanda kiminləsə telefonla ev barədə danışdığını görüb, qardaşı ona demişdir ki, “mənim bacım da evinə çıxarış almaq istəyir”. Mükafat da kömək edə biləcəyini demişdir. Sonra qardaşı onu dükana çağırmış, o da dükana gedib Mükafatla danışmışdır. Təqsirləndirilən şəxs ona Əmlak Komitəsində şöbə müdiri vəzifəsində işlədiyini, onun yaşadığı fərdi evə çıxarış almağa kömək edəcəyini bildirmişdir. Hissə-hissə olmaqla Təqsirləndirilən şəxs 8.513 manat məbləğində pul vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Əgər pulunu qaytarsa, şikayətini geri götürər, ödəməsə şikayətçidir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 33500 manat borcu vardır. Təqsirləndirilən şəxs özü bunu etiraf etmişdir. Əgər pulu Ələkbərdən almışdırsa niyə başqa şəxsə qaytarırdı. Təqsirləndirilən şəxsdən 33500 manat pulun qaytarılmasını tələb edirlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin fevral ayında Zeydulla adlı həkimin vasitəsi ilə tanış olmuşdur. Belə ki, Mükafat özünü Dövlət Əmlak Komitəsinin işçisi kimi təqdim etmişdir. Tanışı Ələkbərin əmlak problemi olduğunu ona bildirdikdə Mükafat adlı şəxsin telefon nömrəsini Ələkbərə vermişdir. Lakin onlar arasında olan söhbətlərdən xəbəri olmamışdır. Sonradan bilmişdir ki, Mükafat Əmlak Komitəsində işləmir, o, bu barədə onlara yalan danışmış və Ələkbəri aldadaraq 30.000 manatdan artıq pulunu ələ keçirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs verdiyi 7200 manat pulun son 400 manatını xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 70 b ünvanında yerləşən “Taxtalı” kafesində vermişdir. - ifadənin yerində yoxlanılmasına dair 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 pulun çox hissəsini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Baku Elektronics" mağazasının qarşısında, sonuncu 400 manat pulu isə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin qarşısında vermişdir. - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və bir nəfər şəxsin dayanması, Təqsirləndirilən şəxs əlində pullar sayması görünür. - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan səs yazıları telefon danışığı zamanı qeydə alınmışdır. Danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus pulları ələ keçirməsi öz əksini tapmışdır. - cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışığının əks olunduğu bir ədəd disk və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və bir nəfər şəxsin dayanması, Təqsirləndirilən şəxs əlində pullar saymasına dair görüntünün əks olunduğu bir ədəd disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sənəd düzəltməsi üçün 15000 manat almadığını, borca 2000 manat almasına dair və Zərərçəkmiş şəxs1 40000 manat yox, az məbləğdə pul almasına dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-480/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 2 gün həbsdə saxlanılması nəzərə alınaraq qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-57307/2025 saylı məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış, ona təyin edilmiş 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Göründüyü kimi 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, Zərərçəkmiş şəxs4 şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-480/2023 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPMnin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 15000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə mülki iddianın Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinə aid bələdiyyə müqaviləsinin mülki iddiaçıya qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə qarşı verildiyindən həmin hissədə mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 72 iş saatı müddətinə bərabər olmaqla, 35 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 manat (35x6) məbləğində, 37 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11(on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 407 manat (37x11) məbləğində, cəmi 617 (altı yüz on yeddi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 480/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza 3(üç) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs maddi zərərə görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 135 manat tutularaq Zərərçəkmiş şəxs2 verilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs 72 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 617 (altı yüz on yeddi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar