Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-88/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) 10 iyun 2022-ci il tarixli **********-2022 nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli əmək müqaviləsi, tam fərdi maddi məsuliyyət haqqında müqavilə və satış təmsilçisinin vəzifə təlimatına əsasən müəssisənin anbarından satılması nəzərdə tutulan bütün malları və məhsulları qəbul etdikdən sonra, onların dəyərlərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 10 iyun 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək olan dövr ərzində "AzTrade” MMC-nin ünvan 3 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 103.193 manat 56 qəpik, satış təmsilçisi vəzifəsinə təyin olunarkən isə digər satış təmsilçilərindən 12.878 manat 50 qəpik dəyərində öhdəsinə mal qəbul etmiş, 2.959 manat 26 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan məhsulu MMC-nin anbarına qaytarmış, malların satışından MMC-nin kassasına 45.461 manat 97 qəpik məbləğində, bank hesabına isə 27.296 manat 87 qəpik məbləğində satış pulu ödəmiş, qiymət fərqinə görə öhdəsindən güzəşt hesabına 1.039 manat 25 qəpik məbləğində pul azaldılmış, digər satış təmsilçisinə 7.031 manat 81 qəpik məbləğində məhsul təhvil vermiş, bağlı mağazalar hesabına öhdəsindən MMC tərəfindən 558 manat 53 qəpik məbləğində pul azaldılmış, öhdəsində olan malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 31.724 manat 37 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb “AzTrade’' MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 10 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-yə satış təmsilçisi vəzifəsinə rəsmi qaydada təyin olunmuş, onunla rəsmi qaydada əmək və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, həmçinin o, satış təmsilçisinin vəzifə təlimatı ilə tanış olaraq təlimatda göstərilənləri yerinə yetirməyi öhdəsinə qəbul etməsi barədə təlimata imza etmişdir. Satış təmsilçisi kimi vəzifəsi özü tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini ona təhkim olunan post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər MMC-nin sürücüləri tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərinə gedərək, satılmış məhsulların pullarını toplayaraq, gətirib MMC-nin xəzinəsinə ödəmək olmuşdur. Satış təmsilçisi vəzifəsində işlədiyi dövr ərzində o, əvvəlcə ona təhkim olunmuş ərazi üzrə ticarət obyektlərinə getmiş, orada çatışmayan ərzaq və qeyri ərzaq məhsullarını müəyyən etmiş, sifarişi post terminal vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin anbarına vermiş, sürücülər malları təhvil verdikdən sonra satış pullarını mağazalardan toplayıb aparıb MMC-nin xəzinəsinə təhvil vermişdir. Zərərçəkmiş şəxs MMC-də keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi 10 iyun 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək olan dövr ərzində o, MMC-nin anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında öz dislokasiyasına daxil olan satış nöqtələri üzrə satmaq üçün öhdəsinə 103.193 manat 56 qəpik dəyərində, satış təmsilçisi vəzifəsinə təyin olunarkən isə 12.878 manat 50 qəpik dəyərində digər satış təmsilçilərindən öhdəsinə mal qəbul etmiş, həmin mallardan 2.959 manat 26 qəpik dəyərində vaxtı keçmiş və yararsız halda olan məhsulu MMC-nin anbarına qaytarmış, MMC-nin kassasına tərəfindən 45.461 manat 97 qəpik məbləğində, bank hesabına isə 27.296 manat 87 qəpik məbləğində pul vəsaiti ödənmiş, qiymət fərqinə görə öhdəsindən güzəşt hesabına 1.039 manat 25 qəpik məbləğində pul azaldılmış, MMC-nin digər satış təmsilçisinə 7.031 manat 81 qəpik məbləğində məhsul təhvil vermiş, bağlı mağazalar hesabına öhdəsindən 558 manat 53 qəpik məbləğində pul azaldılmış, nəticədə öhdəsində 18 aprel 2023-cü il tarixə 31.724 manat 37 qəpik məbləğində çatışmazlıq aşkar olunmuşdur. Həmin 31.724 manat 37 qəpik məbləğində satış pullarını o, hissə-hissə özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə olan borcunu tam şəkildə ödəmiş və razılıq əldə etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi kimi dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2013-cü il ildən “AzTrade" MMC-yə hüquqşünas vəzifəsinə rəsmi qaydada təyin olunmuşdur. MMCdə məhsullar maddi məsul şəxs olan satış təmsilçisi tərəfindən MMC-dən sifariş verilir, daha sonra MMC-nin anbarından həmin sürücülər tərəfindən satış təmsilçisinin qeyd etdiyi ticarət obyektlərinə çatdırılır. Satış təmsilçisinin vəzifəsi həm özü tapdığı, həm də MMC tərəfindən satış təmsilçisinə təhkim olunmuş ticarət obyektlərinin sifarişini satış təmsilçisinə verilmiş post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər MMCnin sürücüləri tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərinə gedib satılmış məhsulların pullarını toplayıb gətirib MMC-nin xəzinəsinə ödəmək olmuşdur. 10 iyun 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək olan olan dövr ərzində satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs etdiyi satışdan xeyli kəsrin olmasından şübhələnmişdir. Daha sonra MMC-nin daxilində aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs MMC-nin anbarından verdiyi sifariş əsasında ticarət obyektlərinə təhvil verilmiş malların satışından Təqsirləndirilən şəxs tərəfindən götürülmüş pul vəsaitlərinin ticarət obyektlərindən toplaması, lakin MMC-nin kassasına mədaxil etməməsi müəyyən edilmişdir. Sərbəst auditor tərəfindən Zərərçəkmiş şəxs MMC ilə bağlanmış müqaviləyə əsasən 10 iyun 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək olan dövr ərzində “AzTrade’' MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs ilə qarşılıqlı hesalaşmaların auditi keçirilmiş və audit zamanı Təqsirləndirilən şəxs öhdəsində 18 aprel 2023-cü il tarixə 31.724 manat 37 qəpik məbləğində çatışmazlıq aşkar edilmiş və bu barədə audit aktı tərtib edilmişdir. Belə ki, aparılmış audit zamanı 10 iyun 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək olan dövr ərzində MMC-nin anbarından post terminal vasitəsilə sifariş əsasında Təqsirləndirilən şəxs öz dislokasiyasına daxil olan satış nöqtələri üzrə satmaq üçün 103.193 manat 56 qəpik məbləğində məhsulu öhdəsinə qəbul etməsi, satış təmsilçisi vəzifəsinə təyin olunarkən 12.878 manat 50 qəpik məbləğində digərsatış təmsilçilərindən öhdəsinə mal qəbul etməsi, 2.959 manat 26 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan məhsulu MMC-nin anbarına qaytarması, MMC-nin kassasına 45.461 manat 97 qəpik məbləğində satış pulu ödəməsi, bank hesabına 27.296 manat 87 qəpik məbləğində pul vəsaiti ödəməsi müəyyən olunmuş, qiymət fərqinə görə Təqsirləndirilən şəxs öhdəsindən güzəşt hesabına 1.039 manat 25 qəpik məbləğində pul azaldılmış, MMC-nin digər satış təmsilçisinə Təqsirləndirilən şəxs 7.031 manat 81 qəpikməbləğində məhsul təhvil vermiş, bağlı mağazalar hesabına öhdəsindən 558 manat 53 qəpik pul azaldılmış və nəticədə Təqsirləndirilən şəxs öhdəsində 18 aprel 2023-cü il tarixə 31.724 manat 37 qəpik məbləğində çatışmazlıq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs öhdəsində olan çatışmazlıq ilk öncə MMC-nin daxilində aparılmış audit yoxlamaları zamanı, daha sonra isə özünün etirafı nəticəsində müəyyən edilmiş, sərbəst auditorun apardığı audit yoxlaması zamanı çatışmazlığın olması faktı öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın yaranmasına səbəb onun ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməməsi olmuşdur. Əlavə olaraq Zərərçəkmiş şəxs MMC-nin direktoru X6 məhkəməyə məktub ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə olan 31725.37 manat məbləğində pul vəsaitinin MMC-nin xəzinəsinə tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu il ilin aprel ayından Zərərçəkmiş şəxs MMC-yə baş mühasib vəzifəsinə rəsmi qaydada təyin olunmuşdur. 10 iyun 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək olan olan dövr ərzində satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs etdiyi satışdan xeyli kəsrin olmasından şübhələr olduğu üçün MMC-nin daxilində yoxlama aparılmış, bu zaman Təqsirləndirilən şəxs MMC-nin anbarından verdiyi sifariş əsasında ticarət obyektlərinə təhvil verilmiş malların satışından Təqsirləndirilən şəxs tərəfindən götürülmüş pul vəsaitlərinin ticarət obyektlərindən toplaması, lakin MMC-nin kassasına mədaxil etməməsi müəyyən edilmişdir. Daha sonra sərbəst auditor tərəfindən Zərərçəkmiş şəxs MMC ilə bağlanmış müqaviləyə əsasən 10 iyun 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs ilə qarşılıqlı hesalaşmaların auditi keçirilmiş və audit zamanı Təqsirləndirilən şəxs öhdəsində 18 aprel 2023-cü il tarixə 31.724 manat 37 qəpik məbləğində çatışmazlıq aşkar edilmiş, bu barədə audit aktı tərtib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində vermiş olduğu sifarişlər əsasında hazırlanmış malları sürücülər ticarət obyektlərinə aparıb çatdırmış, o isə mallar satıldıqca satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmişdir. Lakin satış pulunu tam ödəmədiyinə görə öhdəsində 31.724 manat 37 qəpik məbləğində çatışmazlıq yaranmışdır. Təqsirləndirilən şəxs öhdəsində olan çatışmazlıq ilk öncə MMC-nin daxilində onun tərəfindən, daha sonra sərbəst auditor tərəfindən aparılmış audit yoxlamaları zamanı, həmçinin özünün etirafı nəticəsində müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-də daxili auditor vəzifəsində işləyən Şahid2 və anbardar vəzifəsində işləyən Şahid3 Razmik oğlu MMC-nin baş mühasibi Şahid1 və hüquqşünası Nümayəndə Əşraf oğlu ilə eyni məzmunlu ifadələr vermişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1390-9/6379 saylı ekspert rəyinə əsasən məhkəməmühasibat ekspertizası üzrə - Arif Mirzəyevin öhdəsində 31.724 manat 37 qəpik məbləğində satış pulundan çatışmazlıq müəyyən edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə - ekspertizaya təqdim edilmiş, iş materiallarının İ cildinin 8-ci səhifəsində 17 may 2022-ci il tarixli anket formasının aşağı hissəsində «İmza» qrafasının qarşısında olan imza, 8-ci səhifəsində 10 iyun 2022-ci il tarixli ərizənin aşağı hissəsində «İmza» qrafasının qarşısında olan imza, 20-23-cü səhifələrində 10 iyun 2022-ci il tarixli 00000491/22 nömrəli əmək müqaviləsinin aşağı hissəsində olan imza, 24-cii səhifələrində 10 iyun 2022-ci il tarixli 00000491/22 nömrəli əmək müqaviləsinin aşağı hissəsində «İmzası» qrafasının qarşısında olan imza, 25-28-ci səhifələrində əmək müqaviləsinin aşağı hissəsində olan imza, 29-cu səhifəsində əmək müqaviləsinin yuxarı hissəsində «İmza» rafasının aşağısında olan imza, 30-cu səhifəsində 10 iyun 2022-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilənin aşağı hissəsində «Təqsirləndirilən şəxs» qrafasının qarşısında olan imza, 31-ci səhifəsində 10 iyun 2022-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında əlavə müqavilənin aşağı hissəsində «Satış təmsilçisi (ekspeditor)» qrafasının qarşısında olan imza, 33-cü səhifəsində 10 iyun 2022-ci il tarixli satış təmsilçisinin vəzifə təlimatının aşağı hissəsində «Təqsirləndirilən şəxs» qrafasının qarşısında olan imza, 38-ci səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 39-cu səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 40-cı səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 55-ci səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 56-cı səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 57-ci səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 58-ci səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 80-ci səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 81-ci səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 82-ci səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 83-cü səhifəsində 08 iyun 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Satış nümayəndəsi» qrafasının qarşısında olan imza, 131-ci səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 132-ci səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 133-cii səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 134-cü səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 135-ci səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 188-ci səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 189-cu səhifəsində 04aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 190-cı səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 191-ci səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 259-cu səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 260-cı səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 261-ci səhifəsində 04 aprel 2023-cü il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 262-ci səhifəsində 18 aprel 2023-cü il tarixli şirkətə olan borcun təsdiqlənməsi üzrə aktın aşağı hissəsində «Ticarət nümayəndəsi» qrafasının qarşısında olan imza, 266-cı səhifəsində 18 aprel 2023cü il tarixli ərazinin maliyyə yoxlaması haqqında aktının aşağı hissəsində «Ticarət nümayəndəsi» qrafasının qarşısında olan imza, 267-ci səhifəsində 18 aprel 2023-cü il tarixli ərizənin aşağı hissəsində «Təhvil verdi-ticarət nümayəndəsi» qrafasının qarşısında olan imza, iş materialın İİ cildinin 19-cu səhifəsində 20 iyun 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 20-ci səhifəsində 20 iyun 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 22-ci səhifəsində 20 iyun 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 23-cü səhifəsində 20 iyun 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 25-ci səhifəsində 20 iyun 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasnın qarşısında olan imza, 83-cü səhifəsində 04 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 84-cü səhifəsində 04 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 85-ci səhifəsində 04 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 87-ci səhifəsində 05 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza. 88-ci səhifəsində 05 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 195-ci səhifəsində 21 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 196-cı səhifəsində 21 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 197-ci səhifəsində 22 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 198-ci səhifəsində 22 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 199-cu səhifəsində 22 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 200-cü səhifəsində 22 iyul 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 247-ci səhifəsində 09 avqust 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasnın qarşısında olan imza, 249-cu səhifəsində 09 avqust 2022ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 251-ci səhifəsində 09 avqust 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 254-cü səhifəsində 10 avqust 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 255-ci səhifəsində 09 avqust 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 280-ci səhifəsində 16 avqust 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 295-ci səhifəsində 18 avqust 2022-ci il tarixlisatış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 296-cı səhifəsində 18 avqust 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, iş materialın İİİ cildinin 22-ci səhifəsində 06 sentyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 23-cü səhifəsində 06 sentyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 25ci səhifəsində 07 sentyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 62-ci səhifəsində 13 sentyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 92-ci səhifəsində 19 sentyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza. 94-cü səhifəsində 19 sentyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 98-ci səhifəsində 19 sentyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 109-cu səhifəsində 21 sentyabr 2022-ci il tarixli salış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 141 -ci səhifəsində 06 oktyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısındaolan imza, 143-cü səhifəsində 06 oktyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 301-ci səhifəsində 17 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 306-cı səhifəsində 17 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 307-ci səhifəsində 17 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 308-ci səhifəsində 17 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 310-cu səhifəsində 17 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 329-cu səhifəsində 22 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 330-cu səhifəsində 21 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 336-cı səhifəsində 22 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 350-ci səhifəsində 23 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 351-ci səhifəsində 23 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 353cü səhifəsində 17 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 368-ci səhifəsində 28 noyabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, iş materialın İV cildinin 1-ci səhifəsində 02 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 2-ci səhifəsində 02 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 3-cü səhifəsində 02 dekabr 2022-ci il tarixlisatış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 4-cü səhifəsində 02 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 5-ci səhifəsində 02 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 31-ci səhifəsində 06 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 32-ci səhifəsində 06 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 33-cü səhifəsində 06 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 34-cü səhifəsində 06 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 35-ci səhifəsində 06 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 55-ci səhifəsində 07 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 56-cı səhifəsində 07 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 57-ci səhifəsində 07 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 58-ci səhifəsində 07 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 59-cu səhifəsində 07 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 60-cı səhifəsində 08 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 109-cu səhifəsində 14 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 110-cu səhifəsində 14 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 111-ci səhifəsində 14 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasnın qarşısında olan imza, 112-ci səhifəsində 14 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 113-cü səhifəsində 15 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasnın qarşısında olan imza, 114-cü səhifəsində 15 dekabr 2022-ci il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 239-cu səhifəsində 30 yanvar 2023-cü il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 240-cı səhifəsində 30 yanvar 2023-cü il tarixli satış sənədininaşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 241-ci səhifəsində 02 fevral 2023-cü il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 269-cu səhifəsində 06 fevral 2023-cü il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 270-ci səhifəsində 06 fevral 2023-cü il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasnın qarşısında olan imza, 271-ci səhifəsində 06 fevral 2023-cü il tarixli satış sənədinin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 483-cü səhifəsində 16 iyun 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 496-cı səhifəsində 03 avqust 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 519-cu səhifəsində 08 sentyabr 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 525-ci səhifəsində 13 sentyabr 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 547-ci səhifəsində 16 noyabr 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 558-ci səhifəsində 25 noyabr 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 579-cu səhifəsində 08 dekabr 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 580-ci səhifəsində 08 dekabr 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 581-ci səhifəsində 08 dekabr 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 582-ci səhifəsində 09 dekabr 2022-ci il tarixli malların qaytarılması qaiməsinin aşağı hissəsində «Cavabdeh» qrafasının qarşısında olan imza, 640-cı səhifəsində 28 iyul 2022-ci il tarixli kassa mədaxili orderinin aşağı hissəsində «Agent: X8» qrafasının yuxarısında olan imza, 641-ci səhifəsində 05 avqust 2022-ci il tarixli kassa mədaxili orderinin aşağı hissəsində «Agent: X8» qrafasının yuxarısında olan imza, 653-cü səhifəsində 28 oktyabr 2022-ci il tarixli kassa mədaxili orderinin aşağı hissəsində «Agent: X8» qrafasının yuxarısında olan imza, 655-ci səhifəsində 11 noyabr 2022-ci il tarixli kassa mədaxili orderinin aşağı hissəsində «Agent: X8» qrafasının yuxarısında olan imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 16 noyabr 2023-cü il tarixli 2-2/316/2-033321/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 10 iyun 2022-ci il tarixli **********-2022 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "AzTrade” MMC-nin 10 iyun 2022-ci il tarixli əmək və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs müəssisənin anbarından satılması nəzərdə tutulan malları və məhsulları qəbul etdikdən sonra, onların dəyərlərinin müəssisənin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 179.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyini, onun əsas etibarı ilə qulluq mövqeyinə görə ona olan inamdan istifadə edərək cinayət törətməsini nəzərə alaraq onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma saxlanılmasını qeyri-mümkün hesab edir və ona təqsirli bilindiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmasa da, həmin maddə ilə cəza təyin edərkən barəsində müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü Hüseynzadə Ayşə Şahid qızı və xx.xx.2023-cü il təvəllüdlü Hüseynzadə Kənan Şahid oğlu adında 2 uşağı var. İş materiallarında olan Ağdam rayon icra hakimiyyəti başçısının Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 avqust 2023-cü il tarixli 24 nömrəli məktubu ilə daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X4, arvadı X3, övladı Hüseynzadə Ayşə Şahid qızından ibarət olmaqla o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktoru X5 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə olan 31725.37 manat məbləğində pul vəsaiti MMC-nin xəzinəsinə tam şəkildə ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxsə qarşı iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs 16724.37 manat məbləğində pulun və 140.18 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan tam şəkildə ödənilmiş, bununla bağlı Zərərçəkmiş şəxs MMC-nin direktoru X6 məhkəməyə məktub ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ümumilikdə 31725.37 manat məbləğində pul vəsaitinin ödənildiyini bildirmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddianın verilməsinə zərurət olan hal aradan qalxdığından bu mülki iddiadan imtina kimi qiymətləndirilməli və zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə, saat 16:45-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxs 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs satış təmsilçisi vəzifəsində işləyərkən sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim və borc aktları cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək 02 il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş azadlığn məhdudlaşdırılması cəzasına hesablanmaqla, üzərində qəti olaraq 02 il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 11 ay 26 gün (iki il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 manat (bir yüz əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs satış təmsilçisi vəzifəsində işləyərkən sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim və borc aktları cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-88/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-88/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver