Məhkəmə qərarları › İş №1(007)-89/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-89/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-89/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, xüsusi ittihamçı X2, onun nümayəndələri - (əri) Nümayəndə2 və “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə1, təqsirləndirilən şəxs X18 və onun müdafiəçisi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 11 iyun 1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 201 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X18 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X6, X18 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 1(007)-89/2024 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmiş, X25 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmiş, X6 iş üzrə xüsusi ittihamçı qismində tanınmışdır. X6 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən riyaziyyat müəllimi kimi əmək fəaliyyəti ilə məşğuldur, 29 ildən çoxdur ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi və direktor müavini vəzifəsində çalışmaqdadır. Çalışdığı müddət ərzində müəllim kimi vəzifə funksiyasını qüsursuz və nöqsansız icra etmiş, riyaziyyat fənnini şagirdlərə sevərək və sevdirərək tədris etmişdir. Əmək fəaliyyəti dövründə nə şagirdlərdən, nə valideynlərdən, nə də məktəb rəhbərliyindən barəsində məktəbə hər hansı şikayət daxil olmamış, hər hansı intizam tənbehinə məruz qalmamışdır. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə dair imtahanlarda da iştirak etmiş və müsbət uyğun nəticə göstərmişdir. O, hal-hazırda Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə həftəlik ümumilikdə 12 saat olmaqla riyaziyyat fənnini tədris etməkdədir. xx.xx.2022-ci il tarixində Bakı şəhəri 201 saylı tam orta məktəbə X25 direktor təyin olunduqdan sonra özü tərəfindən xidməti vəzifələrinin icrası zamanı ona məlum olmuşdur ki, direktor Afaq Əliyevanın rəhbərliyi ilə məktəb daxilində qanunsuz əməllər baş alıb getməkdədir. Belə ki, məktəbdə fəaliyyət göstərən bəzi sinif rəhbərləri və müəllimlər dərslərdə iştirak etməyən uşaqlara saxta qiymətlər yazır, bəzi şagirdlərin adı iki və ya üç sinifdə qeyd olunur, Azərbaycan Respublikasında olmayan şagird Azərbaycanda - 201 nömrəli məktəbdə təhsil alırmış kimi sinif jurnalında adı qeyd olunur və nəticədə minlərlə manat məbləğində dövlət büdcəsi vəsaiti qanunsuz olaraq mənimsənilir. O, nəhayət bütün bu və ya bunun kimi digər pozuntular barəsində ərazi üzrə Nizami rayon prokurorluğuna, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Prezident Administrasiyasına şikayət etmək qərarına gəlmişdir. Verilən məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə ********* saylı cinayət işi başlanılmış və işin istintaqı həmin Baş İdarənin İstintaq İdarəsində aparılmaqdadır. O, direktor Afaq Əliyeva və onunla qabaqcadan əlbir olan bir qrup şəxsin korrupsiya hüquq pozuntuları barəsində hüquq mühafizə orqanlarına məlumat verdikdən sonra direktor Afaq Əliyeva və onunla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən müxtəlif təzyiq və təqiblərə məruz qalmış, təhqir olunmuş və ona böhtan atılmışdır. Belə ki, Bakı şəhəri 201 saylı orta məktəbdə xx.xx.2023-cü il tarixində məktəbin müəllim heyətindən ibarət təxminən 100 nəfərə yaxın şəxsin iştirak etdiyi Pedaqoji Şuranın kütləvi iclasında direktor Afaq Əliyeva çıxış edərək korrupsiya hüquq pozuntuları barədə məlumat verdiyinə görə ona təzyiqlər göstərmiş, səlahiyyəti olmadığı halda ona kollektiv qarşısında şiddətli töhmət intizam tənbehi elan etmiş, ona “digər müəllimləri təhdid edir” deyə qeyd edərək hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsinə dair böhtan atmış və “şərəfsiz”, “tərbiyəsiz” kimi şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. Afaq Əliyevanın bu əməlləri böhtan və təhqirləri nəticəsində məktəbin digər müəllim heyəti də ondan üz döndərmiş, onunla ünsiyyəti kəsmişdir. Bütün bu böhtan və təhqirlərdən sonra o, məcbur qalıb pozulmuş hüquqlarının bərpası üçün xüsusi ittiham qaydasında şikayətlə Nizami Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Bakı şəhəri 201 saylı tam orta məktəbin direktoru fiziki şəxs X18 aşağıdakı cinayət əməlləri nəticəsində fiziki şəxs kimi o, mənəvi olaraq zərər çəkmişdir: X25 xx.xx.2023-cü il tarixində məktəbin müəllim heyətindən ibarət təxminən 100 nəfərə yaxın şəxsin iştirak etdiyi Pedaqoji Şuranın kütləvi iclasında çıxış edərək onun şərəf və ləyaqətini ləkələyən və onu məktəb kollektivi qarşısında nüfuzdan salan “digər müəllimləri təhdid etmişdir” ifadəsini səsləndirərək yalan olduğunu bilə-bilə onu qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində qeyd olunan hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsində ittiham etmişdir. Halbuki, o, heç bir müəllimi, ümumiyyətlə, heç bir şəxsi təhdid etməmiş, onlar üzərində zor göstərməmiş, onlardan hər hansı maddi, qeyri-maddi və sair nemət tələb etməmiş, onları qanunsuz hər hansı əməlin icrasına sövq etməmiş, onları hər hansı formada hədələməmişdir. X25 xx.xx.2023-cü il tarixində məktəbin müəllim heyətindən ibarət təxminən 100 nəfərə yaxın şəxsin iştirak etdiyi Pedaqoji Şuranın kütləvi iclasında çıxış edərək bir neçə epizodda korrupsiya hüquq pozuntuları barəsində məlumat verdiyinə görə onu “şərəfsiz” və “tərbiyəsiz” adlandırmış, əmək funksiyalarını yerinə yetirməməsini qeyd edərək onu kollektivə bacarıqsız, səriştəsiz, savadsız biri kimi tanıtmışdır. “Şərəfsiz” ifadəsi Azərbaycan dilinin izahlı lüğətində “şərəfi, heysiyyəti olmayan, namussuz, vicdansız, alçaq, rüsvayçı, rəzil, pislənməyə layiq” kimi mənanı ifadə edir. “Tərbiyəsiz” ifadəsi Azərbaycan dilinin izahlı lüğətində “yaxşı tərbiyə görməmiş, özünü aparmağı bacarmayan, əxlaqsız, ədəbsiz” kimi mənanı ifadə edir. Göründüyü kimi hər iki ifadə də X25 tərəfindən onun şəxsiyyət kimi şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədilə səsləndirilmişdir. Böhtan cinayətinin törədilməsinə əsas verən “digər müəllimləri təhdid etmişdir” ifadəsi və təhqir cinayətinin törədilməsinə əsas verən “şərəfsiz” və “tərbiyəsiz” ifadələri xx.xx.2023-cü il tarixində Bakı şəhəri 201 saylı orta məktəbin müəllim heyətindən ibarət təxminən 100 nəfərə yaxın şəxsin iştirak etdiyi və ünvan 2 ünvanındakı ünvan 3ütləvi iclasında səsləndirilmişdir. Göründüyü kimi, böhtan və təhqir cinayətləri ünvan 2 ünvanında törədildiyinə görə xüsusi ittiham qaydasında şikayətə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Şikayətin əsaslılığı və dəlilləri təsdiq edən sübutlar barədə onun dəlilləri aşağıdakı sübutlarla tam təsdiq olunur: Bakı şəhəri 201 saylı orta məktəbin Pedaqoji Şurasının kütləvi iclasında direktor X25 tərəfindən zərərçəkən kimi onun tərəfindən səsləndirilən böhtan və təhqir xarakterli ifadələr mobil telefon vasitəsilə qeydə alınmış, şikayətə CD disk vasitəsilə sübut qismində əlavə edilmişdir. Bakı şəhəri 201 saylı orta məktəbin Pedaqoji Şurasının kütləvi iclasında direktor X25 tərəfindən onun barəsində böhtan və təhqir xarakterli ifadələrin səsləndirilməsi faktı həmin məktəbin tarix müəllimi X11, azərbaycan dili və ədəbiyyatı müəllimi X13 və coğrafiya müəllimi X14 tərəfindən təsdiq edilir. Hesab edir ki, aşağıdakılara əsasən, hazırki işdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə əsas ola biləcək hər hansı hal mövcud deyildir. Böhtan və təhqir cinayətləri ünvan 2 ünvanında törədildiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayətə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. X3 iclasda səsləndirdiyi ifadələr nəticəsində ona yalan olduğu bilinə-bilinə böhtan atılmış, şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmışdır. Bu da cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxs kimi ona birbaşa mənəvi ziyan vurulması ilə nəticələnmişdir. Göründüyü kimi fiziki şəxs kimi o, hazırki işdə zərərçəkən olduğu üçün fiziki şəxs X22 qarşı xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ yaranmışdır. Xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmişdir. Böhtan və təhqir cinayəti xx.xx.2023-cü il tarixində törədildiyindən, həmin cinayətlər böyük ictimai təhlükə törətməyən cinayət olduqlarına görə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə müddəti 2 il olduğuna görə hesab edir ki, hazırki şikayət üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.2-ci maddəsinə görə böhtan (Azərbaycan Respublikası CM 147) və təhqir (Azərbaycan Respublikası CM 148) cinayətləri üzrə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilir. Şikayətlə (2.1.a və 2.1.b bəndləri) tanış olduqda aydın olur ki, həqiqətən də şəxsin əməllərində böhtan və təhqir cinayətinin əlamətləri mövcuddur. Şikayəti əsassız deyildir və şikayətin əsaslı olduğunu təsdiq edən sübutlar şikayətə əlavə edilmişdir. Həmçinin, digər sübut olan şahid ifadələri barədə ilkin məlumat verilmiş, məhkəmə iclasına çağırılmalı olan şahidlərin siyahısı şikayətə əlavə edilmişdir. Qeyd olunanlara əsasən, xüsusi ittiham qaydasında şikayətin təmin edilməsini, fiziki şəxs X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsini və cinayət məsuliyyətinə cəlb edilməsini, fiziki şəxs X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası olmaqla, ümumilikdə 12 ay müddətinə azadlıqdan məhrum etmə qismində qəti cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı xüsusi ittihamçı X2 nümayəndəsi (vəkil) Nümayəndə1 ittihamdan qismən imtina edilməsi barədə 12 mart 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, xüsusi ittihamçı X2 təqsirləndirilən şəxs X22 qarşı “şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi barədə” xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittihamçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə irəli sürülən ittihamdan imtinasının qəbul edilməsini və məhkəmə araşırmasının xüsusi ittihamçı S.Hüseynovanın təqsirləndirilən şəxs A.Əliyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə irəli sürdüyü ittihamla bağlı aparılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X2, təqsirləndirilən şəxs X22 qarşı Azərbaycan Respublikası CMnin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi onun ittihamdan qismən imtina etməsi kimi nəzərə alınmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(007)-89/2024 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında şikayət üzrə işin icraatına həmin hissədə xitam verilmişdir. Məhkəmə baxışı zamanı xüsusi ittihamçı X2 nümayəndəsi (vəkil) Nümayəndə1 törədilən əməlin tövsifinə dair 01 aprel 2024-cü il tarixli izahatla məhkəməyə müraciət etmiş, izahatında göstərmişdir ki, təqsirləndirilən şəxs X25 tərəfindən törədilən əməlin və cinayətin tərkibinin (əlamətlərinin) məhkəmə araşdırması zamanı aşkarlanan hallar nəzərə alınmaqla hüquqi cəhətdən tövsifi barədə xüsusi ittiham tərəfinin mövqeyini yazılı olaraq məhkəmənin diqqətinə çatdırır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd edilir: “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Yəni bu və ya başqa şəxsin cinayət məsuliyyətinə alınması və təqsirləndirilməsi üçün onun törətdiyi əməldə cinayət hüquq normasında göstərilən növə daxil olan cinayətin əlamətləri aşkar edilməlidir. Cinayət tərkibinin elementləri cinayətin komponentləridir, cinayət tərkibinin ilkin sistemidir. Cinayət tərkibinin sistemaltı elementləri obyektdən, obyektiv cəhətdən, subyektdən və subyektiv cəhətdən ibarətdir. Hazırki yazılı izahatda xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan təhqir cinayətinin tərkib elementləri analiz ediləcək və təqsirləndirilən şəxs Afaq Əliyevanın xüsusi ittihamçı (zərərçəkən) Svetlana Hüseynovaya qarşı səsləndirdiyi ifadələrlə onun təhqir olunub-olunmaması və müvafiq olaraq təqsirləndirilən şəxs Afaq Əliyevanın cinayət məsuliyyətinə cəlb olunubolunmaması araşdırılacaqdır. Bunun üçün hər bir element ayrıca gözdən keçirilməklə nəzərə alınacaqdır. Cinayətin obyekti - cinayət hüquq normaları ilə qorunan ictimai münasibətlərdir. Hazırki cinayət işində ittiham Svetlana Hüseynovanın kütləvi iclasda insanların önündə “şərəfsiz” və “tərbiyəsiz” adlandırılaraq onun qanunla qorunan şəxsiyyətin azadlığı və ləyaqəti hüququna qanunsuz müdaxilə ilə bağlıdır. Hamıya məlum olan faktdır ki, yüzə yaxın şəxsin - xüsusilə iş yoldaşlarının iştirak etdiyi kütləvi iclasda şəxsə qarşı səsləndirilən “şərəfsiz” və “tərbiyəsiz” kimi nalayiq ifadələr ünvanlandığı şəxsin şəxsiyyətini, ləyaqətini və kollektivdəki nüfuzunu alçaltmaq iqtidarına malik ifadələrdir. Bunun üçün məhkəmə linqvistik ekspertiza təyin edilməsinə də zəruriyyət yoxdur, çünki müdafiə tərəfi (təqsirləndirilən şəxs) də bu cür ifadələrin şərəf və ləyaqəti alçaldan ifadələr olduğunu istisna etmir və məhkəmə baxışı ərzində mübahisələndirməmişdir. Hazırki işdə də “şərəfsiz” və “tərbiyəsiz” kimi nalayiq ifadələrlə xüsusi ittihamçı (zərərçəkən) Svetlana Hüseynovanın şəxsiyyəti, ləyaqəti və kollektivdəki nüfuzu alçaldılmaqla onun qanunla qorunan şəxsiyyətin azadlığı və ləyaqəti hüququna qəsd olunmuşdur. Belə ki, bu qəsddən sonra S.Hüseynovanın əmək kollektivində “şərəfsiz” və “tərbiyəsiz” kimi ifadələrlə şərəf və ləyaqəti alçaldılmış, demək olar ki, bütün kollektiv ondan üz döndərmiş, onunla şəxsi və ya işgüzar ünsiyyəti və əlaqəni kəsmiş, iş yoldaşları, şagirdlər və hətta valideynlər arasında nalayiq bir şəxs kimi tanınmışdır. Qısacası, hazırki ittiham üzrə cinayətin obyekti xüsusi ittihamçı (zərərçəkən) Svetlana Hüseynovaya məxsus və dövlət tərəfindən qorunan şəxsiyyətin azadlığı və ləyaqətinin qorunması ilə bağlı ictimai münasibətlərdir. Cinayətin obyektiv cəhəti - müəyyən zamanda və məkanda, müəyyən şəraitdə baş verən, mövcud ictimai münasibətlərə ziyan vuran ictimai-təhlükəli qəsdin zahiri cəhətidir. Obyektiv cəhət subyektin ictimai-təhlükəli əməlini, yetirdiyi zərəri xarakterizə edir. Cinayətin obyektiv cəhətini həm də ictimai təhlükəli nəticə, əməllə nəticə arasında səbəbli əlaqə, zaman, məkan, cinayətin edilmə üsulları, baş verdiyi şərait və əməlin törədilməsində istifadə edilən alət və vasitələr əhatə edir. Hazırki işdə cinayətin obyektiv cəhətini müəyyənləşdirmək və aydınlaşdırmaq üçün təqsirləndirilən şəxs Afaq Əliyeva tərəfindən törədilən əməl, bu əməllə nəticə arasında əlaqəni, cinayətin üsulunu, əməlin törədilməsindəki alət və vasitələr və zərərçəkənə vurulan zərər analiz edilməlidir. Təhqir cinayətinin dispozisiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində qeyd olunduğu kimidir: Kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma. Göründüyü kimi, təhqir cinayətinin obyektiv cəhətinin tamamlanması üçün aşağıdakılar olmalıdır: şərəf və ləyaqət alçalmalıdır; şərəf və ləyaqət kütləvi formada alçaldılmalıdır; şərəf və ləyaqət nalayiq formada alçaldılmalıdır; şərəf və ləyaqət qəsdən alçaldılmalıdır. Hazırki işdə təhqir cinayətinin obyektiv cəhətinin bütün elementləri tam olaraq reallaşmışdır. Belə ki, şərəf və ləyaqət alçalmalıdır - burada diqqət yetirilməli məsələ təqsirləndirilən şəxsin sözləri ilə zərərçəkən şəxsin şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmaması məsələsidir. Bunun üçün araşdırma zamanı iki hal yoxlanılmalıdır: səsləndirilən ifadələr şəxsə qarşı yönəldilmişdirmi? Səsləndirilən ifadələr şərəf və ləyaqəti alçaldan ifadələrdirmi? İlk öncə nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs Afaq Əliyeva tərəfindən səsləndirilən ifadələr birbaşa olaraq xüsusi ittihamçı (zərərçəkən) Svetlana Hüseynovaya qarşı yönəlmişdir. Belə ki, Afaq Əliyeva 19 sentyabr 2023-cü il tarixində 201 saylı tam orta məktəbdə Pedaqoji Şuranın iclasını keçirərkən iclasın gündəliyi məhz Svetlana Hüseynova tərəfindən məktəb daxilində çəkilən və sosial şəbəkədə paylaşılan video material və bununla əlaqəli digər məsələlər olmuşdur. Afaq Əliyeva həmin iclasda çıxış edərək direktor müavini Svetlana Hüseynovanın “yarıtmaz fəaliyyətindən” bəhs etmiş, çıxışının bəzi hissələrində onu “adam”, bəzi hissələrində “direktor müavini” adlandırmış, bəzi hissələrində isə konkret olaraq “Svetlana Hüseynova” deyə adını çəkməklə iclasda səsləndirilən fikirlərin məhz ona yönəldiyini bildirmişdir. Məsələn, aşağıdakı çıxışa diqqət yetirək - Afaq Əliyeva: Adam ... Mən axırıncı dəfə görmüşəm bu adamı ayın 25-də, iyun ayının 25-də, sonuncu dəfə Aybəniz müəlliməylə bağlı və Valeh müəllimlə bağlı şikayət ərizəsi vermişdi, ondan sonra üzünü görməmişəm. Siz də qəbul edərsiniz ki, bir direktor müavinin üzünü bir də gəlib Pedaqoji Şurada görürsə, bu artıq o deməkdir ki, müavin özü bilə bilə öz işlərindən belə deyək də, istefa edir. Mənə nə qalır? Sizcə bu qədər tərbiyəsizlikdən sonra mən kiməsə tapşırıq verməyə yaxud etibarım qalarmı ki, adama deyim get filan müəllimin metodiki dayağı ol. Növbəti çıxışa diqqət yetirək - Afaq Əliyeva: Və mənə dedilər ki, Şura üzvləri hiddətləniblər ki, bu qadağalara baxmayaraq bu gün yenə də buna yol verilib və ötən gün ərzində icazəsiz olaraq direktor müavini Svetlana Hüseynova hələ ki, direktor müavini Svetlana Hüseynova məktəb daxilində sinif otaqlarına girərək - biləsiz bunu mən verməmişəm bu tapşırığı və mən ümumiyyətlə avqust ayının 28-dən Svetlana Hüseynovanın üzünü görmədiyimə görə heç ona heç bir tapşırıq verməmişəm, nə də vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə tapşırıq almır - özbaşına sinif otaqlarına daxil olubdur, səlahiyyətlərini aşaraq müxtəlif video yazıları, səs yazıları götürüb müəllimləri təhdid edibdir, bu axşam isə məndə olan məlumata görə video paylaşılıbdı sosial şəbəkələrdə və bu məktəb kollektivini hiddətləndiribdir. Növbəti çıxışa diqqət yetirək - Afaq Əliyeva: Və mən sizə birmənalı olaraq deyirəm, Adam əmək funksiyalarını yerinə yetirmədiyinə görə və məktəb içində faktiki olaraq ayın 15-dən dərs başlayıbdır, sadəcə yenə öz çirkli əməllərini falan elədiyinə görə, videolar, fotolar, səs yazması apardığına görə və müəllimləri təhdid elədiyinə görə mən sizin hər birinizə icazə verirəm əgər kiminsə dərsinə girəcəkdisə, özbaşına çəkilişlər aparacaqdısa buna icazə verməmək, imtina etmək ixtiyarınız var. Məktəbin direktoru mənəm və şura bu gün o qərarı qəbul edir, mən adama o səlahiyyətləri verməmişəm ki, otağınıza girsin, sizin videolarınızı götürsün, fotolarınızı götürsün, hər hansı bir dərslə bağlı sizə göstəriş versin, zatən hal-hazırda direktor müavini olaraq öz əmək funksiyalarını da yerinə yetirmir, rus bölməsi üçün də, azərbaycan bölməsi üçün də, bu xəbərdarlıq keçərlidir və şura sədri olaraq bu protokola salınsın. Bundan başqa iclasda məktəbdaxili araşdırma komissiyasının nəticəsi - yekun rəyi şifahi şəkildə elan olunur və həmin rəyə diqqət yetirək - Şura üzvü (rəyi elan edən): Müəllim və rəhbər heyətinin Svetlana Hüseynova tərəfindən təhqirlərə, təhdidlərə, şantaj və böhtanlara məruz qalması ilə bağlı şikayətlər və aktlar. Məsələn, Rəhilə Məmmədova, Elmira Nəcəfova, Aybəniz Qurbanova, Aynurə Rəsulzadə, Malik Cəbrayılov, psixoloqlar Dürdanə Baloğlanova, Şəfa Avdıyeva və digərləri. Svetlana Hüseynova tərəfindən məktəb rəhbər heyətinin, müəllimlərin, valideynlərin, şagirdlərin video səs yazıları, foto çəkilişləri aparılması haqqında şikayəti, ərizələri və aktlar. Yuxarıda sadalananları nəzərə alaraq, Şura üzvlərindən xahiş olunur ki, direktor müavini Svetlana Hüseynova barəsində ciddi tədbir görülsün, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin. Həmçinin, iclasda araşdırma komissiyasının rəyi dinlənildikdən sonra X16 Əliyeva tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Afaq Əliyevanın həmin çıxışına diqqət yetirək - Afaq Əliyeva: Səlahiyyətləri aşmaq olmaz, yəni ən azından etik normalar var, insan nə etdiyinə cavabdehdi, düşünməlidi hər kəs nə edirəm deyə, birmənalı. 201 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 664 nömrəli əmrlə yaradılmış komissiyanın rəyi, məktəbin direktoru Afaq Əliyevanın hesabatı qəbul olunsun, məktəbin direktor müavini Svetlana Hüseynovaya sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilsin. Xüsusilə qeyd olunmalıdır ki, şərəfsiz ifadəsi səsləndirildikdən sonra Svetlana Hüseynova buna etiraz etmiş, Afaq Əliyevaya müraciət edərək etirazını bildirmişdir. X31 şərəfsiz sözünün ona aid olmadığını və ona yönəlmədiyini bildirməmiş, əksinə bu sözün ona yönəldiyini etiraf edərək bu sözə görə məhkəmədə məmuniyyətlə cavab verə biləcəyini bildirmişdir. Aşağıdakı dialoqa diqqət yetirək - Afaq Əliyeva: Direktorun adına hansısa şərəfsizlər “filankəs tapşırıb filan şeyi paylaşın” belə ölsəniz də canınız da çıxsa siz təmiz ada ləkə vuramazsınız. Şərəfsizlər! Gedin hara istəyirsiniz şikayət edin! Svetlana Hüseynova: yetmiş minlik...Afaq Əliyeva: Kəs səsini! Sənə söz verilmədi! Svetlana Hüseynova: Səsini qaldırma. Səsim səsindən də hündürdür! 70 000 oğurlanmış malın pulunu silmisən sən! Cinayət eləmisən sən, ondan danış, sən mənə saxta sənədə qol çəkdirmisən, ondan danış, burda artistlik eləmə, şərəfsiz mən deyiləm, şərəfsiz sənsən ki, dövlətin malını yemisən, aydındır? O, şərəfsiz sözünə görə də cavab verəcəksən. Afaq Əliyeva: Verərəm, məmuniyyətlə. Svetlana Hüseynova: Verəcəksən, görəcəyik, o boyda pulu oğurlanmış malı necə silmisənsə, mən səni o cür məhkəmələrə, polisə vermişəm. Afaq Əliyeva: Mən demirəm, kim deyir, zal deyir, adam kimdi? Zaldan səslər: Şərəfsiz. Afaq Əliyeva: Di get! Svetlana Hüseynova bu iclasdan sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə şikayət edərək direktor tərəfindən kütləvi iclasda təhqir olunduğunu bildirmiş, məsələnin araşdırılmasını və direktor Afaq Əliyeva barəsində tədbir görülməsini xahiş etmişdir. Qeyd olunan məsələ Bakı şəhəri üzrə Təhsil İdarəsində araşdırılmış və direktor Afaq Əliyevaya xəbərdarlıq elan olunmuşdur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/2-298/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunanlara diqqət yetirək – “Yuxarıda qeyd olunanlarla bağlı Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq şifahi qaydada xəbərdarlıq edilmiş və gələcəkdə vəzifə funksiyalarını yerinə yetirməsində nöqsanlara yol verdiyi təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır”. Bütün bu qeyd olunanlardan da göründüyü kimi, “şərəfsiz” ifadəsi Afaq Əliyeva tərəfindən Svetlana Hüseynovaya yönəlmişdir. Səsləndirilən ifadələr şərəf və ləyaqəti alçaldan ifadələrdirmi? Digər bir məqam isə səsləndirilən ifadələrin şərəf və ləyaqəti alçaldan ifadələr olubolmaması ilə bağlıdır. Bununla bağlı da məhkəmənin diqqətinə çatdırırlar ki, şərəfsiz ifadəsi Azərbaycan dilinin izahlı lüğətində “şərəfi, heysiyyəti olmayan, namussuz, vicdansız, alçaq, rüsvayçı, rəzil, pislənməyə layiq” kimi mənanı, “tərbiyəsiz” ifadəsi isə Azərbaycan dilinin izahlı lüğətində “yaxşı tərbiyə görməmiş, özünü aparmağı bacarmayan, əxlaqsız, ədəbsiz” kimi mənanı ifadə edir. “Şərəfsiz” və “tərbiyəsiz” kimi nalayiq ifadələr ünvanlandığı şəxsin şəxsiyyətini, ləyaqətini və kollektivdəki nüfuzunu alçaltmaq iqtidarına malik ifadələrdir. Bunun üçün məhkəmə linqvistik ekspertiza təyin edilməsinə də zəruriyyət yoxdur, çünki müdafiə tərəfi (təqsirləndirilən şəxs) də bu cür ifadələrin şərəf və ləyaqəti alçaldan ifadələr olduğunu istisna etmir və məhkəmə baxışı ərzində mübahisələndirməmişdir. Şərəf və ləyaqət kütləvi formada alçaldılmalıdır hissəsində də hər hansı mübahisə yoxdur. Çünki hər iki tərəfə də məlumdur ki, S.Hüseynova A.Əliyeva tərəfindən kütləvi iclasda - təxminən 100 nəfərə yaxın şəxsin iştirak etdiyi 201 saylı tam orta məktəbin Pedaqoji Şurasının iclasında təhqir edilmişdir. Seçilən ifadə şərəf və ləyaqəti alçaldan ifadə olmaqla bərabər bu ifadə iclasda nalayiq formada - yüksək hirs və qəzəblə ünvanlandığı şəxsi alçaltmaq üçün alçaldıcı formada işlədilmişdir. X33 tərəfindən qəsdən - şüurlu bir şəkildə və nəticələrini dərk edərək törədilmişdir. Cinayətin subyekti ictimai təhlükəli əməli törədən və buna görə qanunauyğun cinayət məsuliyyəti daşımaq qabiliyyəti olan şəxsdir. Cinayətin subyekti ümumi mənada cinayəti törədən şəxsdir. Cinayət hüququ üzrə cinayətin subyekti cinayət qanununda nəzərdə tutulan ictimaitəhlükəli əməli qəsdən, yaxud ehtiyatsızlıqla törədərkən qanunla müəyyən edilən yaş həddinə çatan, anlaqlı olan, ayrı-ayrı hallarda uyğun normalarda göstərilən bəzi xüsusi əlamətlərə malik olan fiziki şəxsdir. Hazırki işdə aşağıdakı ifadələri səsləndirməklə cinayəti törədən, yəni xüsusi ittihamçı (zərərçəkən) Svetlana Hüseynovanı işlətdiyi ifadələrlə təhqir edən məktəbin direktoru X23r və bu iş materialları ilə də tam sübut olunur. Afaq Əliyeva: Direktorun adına hansısa şərəfsizlər “filankəs tapşırıb filan şeyi paylaşın” belə ölsəniz də canınız da çıxsa siz təmiz ada ləkə vurammazsınız. Şərəfsizlər! Gedin hara istəyirsiniz şikayət edin! Təqsirləndirilən şəxs A.Əliyeva cinayət məsuliyyətinə cəlb olunmaq üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı bir şəxsdir. Hazırki vəziyyətdə cinayətin subyekti kimi onun nəzərə alınmasına hər hansı maneə və üzrlü hal mövcud deyildir. Pedaqoji Şuranın aşağıdakı səs yazısından görünür ki, Afaq Əliyeva təhqir etdikdən sonra Pedaqoji Şuranın üzvlərinə müraciət edərək “şərəfsiz” ifadəsinin S.Hüseynovaya aid olduğunu təkrar olaraq bir də şura üzvlərinin fikri təsdiqlətmək istəyir. Afaq Əliyeva: Mən demirəm, kim deyir, zal deyir, adam kimdi? Zaldan səslər: Şərəfsiz. Afaq Əliyeva: Di get! Bu kontekstdə zalda şura üzvlərinin də “şərəfsiz” ifadəsini səsləndirməsi cinayətin subyekti baxımından təqsirləndirilən şəxs Afaq Əliyevanın Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətini təkbaşına yox, həmçinin, şura üzvlərinin iştirakçılığı ilə təkrar törətdiyi də məlum olur və həmin şura üzvləri də təhqir cinayətinin subyekti hesab edilir. Lakin həmin şəxslərə direktor kimi vəzifə səlahiyyətlərinə görə məktəb daxilində yaranan nüfuzundan istifadə edərək Afaq Əliyevanın qanunsuz təsir etməsi nəzərə alındığından xüsusi ittiham haqqında şikayət “şərəfsiz” ifadəsi səsləndirən şura üzvlərinə qarşı yox, bu cinayətin əsas təşkilatçısı və icraçısı Afaq Əliyevaya qarşı yönəlmişdir. Cinayətin subyektiv cəhəti cinayətin bilavasitə törədilməsi ilə əlaqədar şəxsin psixi fəaliyyətidir. Subyektiv cəhəti xarakterizə edən tərkib əlamətləri qanunda göstərilir; təqsiri, motiv və məqsədi nəzərdə tutur; əməldə bunların olub-olmadığını, şəxsin təqsirinin olub- olmadığını aydınlaşdırmağı tələb edir. İlkin olaraq hazırki işdə şəxsin təqsiri aydınlaşdırılmalıdır. Təqsirləndirilən şəxs A.Əliyeva kütləvi iclasda xüsusi ittihamçı (zərərçəkən) Svetlana Hüseynovaya qarşı işlətdiyi ifadələri qəsdən, xüsusilə birbaşa qəsd ilə işlətmiş, bu cür ifadələri işlədərkən A.Əliyeva xüsusi ittihamçı (zərərçəkən) Svetlana Hüseynovanın şərəf və ləyaqətinin nalayiq formada alçaldılacağını qabaqcadan görmüş və bunu arzu etmişdir. Cinayətin motivi insanın iradi davranışının önəmli əlaməti olan motiv cinayətin törədilməsinin təhrikedici səbəbi kimi çıxış edir. Hazırki işdə X20 Hüseynovanı təhqir etməsinin motivi yəni onu buna təhrik edən səbəblər araşdırıldıqda görünür ki, cinayətin törədilməsində motiv xx.xx.2023-cü il tarixində S.Hüseynovanın “facebook” sosial şəbəkəsindəki özünə məxsus profilində “201 saylı məktəbdə sinif rəhbərinin direktor Afaq Əliyevanın qanunsuz tapşırığı ilə dərsdə iştirak etməyən şagirdə dərsdə iştirak edirmiş kimi qiymət yazması ilə bağlı etiraf xarakterli video məlumat” paylaşılması olmuşdur. Bundan hiddətlənən Afaq Əliyeva həmin videonun paylaşılmasından dərhal sonra növbəti gün xx.xx.2023-cü il tarixində məktəb daxilində Pedaqoji Şuranın iclasını təşkil etmiş və həmin iclas tamamilə olaraq S.Hüseynovaya həsr olunmuşdur. Həmin iclasda da təhqir cinayəti törədilmişdir. Cinayətin məqsədi isə cinayəti törədən şəxsin cinayəti törətməklə əldə etməyi (reallaşdırmağı) hədəflədiyi nəticədir. Hazırki işdə Afaq Əliyevanın məqsədi sosial şəbəkələrdə ifşa olduğu üçün onu ifşa edən S.Hüseynovadan qisas almaq və vəzifə səlahiyyətlərindən istifadə edərək onu əmək kollektivində biabır etməklə cəzalandırmaq olmuşdur. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayətlərinin təmin edilməsini, fiziki şəxs X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsini və cinayət məsuliyyətinə cəlb edilməsini, fiziki şəxs X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X18 müdafiəçisi Müdafiəçi yazılı vəsatətlə məhkəməyə müraciət edərək (iş üzrə hazırlıq iclasının keçirilməsinədək) göstərmişdir ki, Azərbaycan Respublikası CPM-nin 302.1 və 302.1.3-cü maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1 və 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Hazırkı iş üzrə xüsusi ittiham qaydasında şikayət X2 nümayəndəsi və vəkilinin fəaliyyət göstərdiyi vəkil bürosunun blankında tərtib edilmişdir. Belə çıxır ki, təhqir olunması və barəsində böhtan atılması güman edilən şəxs LCG Vəkil Bürosudur. Halbuki şikayət normal qaydada tərtib edilməli, vəkil və nümayəndə tərəfindən isə imzalanmalı idi. Bundan başqa, şikayətdə şahid qismində qeyd olunan şəxslərin ifadələri sübut növü kimi qəbul edilə bilməz. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs Afaq Əliyeva 201 saylı məktəbin direktoru kimi şahid qismində adı çəkilən X10 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir, bununla bağlı hazırda Nizami Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Şahid qismində dindirilməsi nəzərdə tutulan digər iki nəfər, yəni X11 və X13 barəsində də Afaq Əliyeva tərəfindən intizam qaydasında tənbeh tədbirləri tətbiq edilmişdir, X7 iddiası ilə bağlı Nizami Rayon Məhkəməsinin icraatında mülki iş vardır. X13 isə əmək mübahisəsi ilə bağlı mediasiya orqanına müraciət etmişdir. Göründüyü kimi, həmin şəxslər Afaq Əliyevaya qarşı qərəzlidirlər və onların ifadələri obyektiv ola bilməz və sübut növü kimi qəbul edilməsi qeyri-mümkündür. Ərizədə sübut növü kimi istinad edilən səs yazılarının qeyd olunduğu disk də sübut növu kimi qəbul edilə bilməz. Belə ki, diskin surəti onlara təqdim edilmədiyindən oradakı səs yazılarının məzmununun nədən ibarət olması məlum deyildir. Lakin göstərilənlərdən belə məlum olur ki, həmin diskdə 19 sentyabr 2023-cü il tarixdə 201 nömrəli tam orta məktəbin Pedaqoji Şura iclasının səs yazısı əks olunmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2023cü il tarixində saat 11:30 radələrində 201 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının iclasında həmin vaxt məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olmuş Svetlana Hüseynova iclas iştirakçılarına qarşı hörmətsizlik etmiş, ucadan qışqırıb səs-küy salmaqla məktəbin rəhbər heyətini təhqir etməklə, ictimai qaydaları pozan hərəkətlər törətməklə xuliqanlıq etmiş, Pedaqoji Şuranın iclasının normal gedişini 2 saat ərzində davamlı olaraq pozmuşdur. Bu barədə tərtib edilmiş həmin akt 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə göndərilməklə Svetlana Hüseynovanın barəsində tədbir görülməsi xahiş olunmuşdur. Həmin aktı 201 nömrəli tam orta məktəb kollektivinin 20 nəfər üzvü imza edərək təsdiq etmişlər. Sözügedən məktubun və aktın surəti vəsatətə əlavə olunmuşdur. Həmin səs yazılarında da məktəb direktoru X20 Hüseynovanı təhqir etməsi və ya böhtan atmasına dair heç bir sübut yoxdur. Daha sonra, şikayət ərizəsində Afaq Əliyevanın guya Svetlana Hüseynovaya “digər müəllimləri təhdid etmişdir” ifadəsini səsləndirərək yalan olduğunu bilə-bilə Svetlana Hüseynovanın qəsdən Cinayət Məcəlləsinin 182-ci maddəsində qeyd olunan hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsində ittiham etməsi qeyd olunmuşdur. Bu barədə göstərilənlər də tam əsassızdır. Həmin fakt təsdiq olmuş olsa belə, təhdid etmə ifadəsi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin hansı əlaqəsinin olması anlaşılan deyildir. Bu, xüsusi ittham qaydasında şikayət edən şəxsin uydurması və fantaziyasıdır. Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 dekabr 2023-cü il tarixli 3-29-59/3-1-1993K/2023 nömrəli əmri ilə Bakı şəhəri 201 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 ilə bağlanmış əmək müqaviləsi əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 19 dekabr 2023-cü il tarixindən ləğv edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X6 şikayətini elan edərək eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, məktəbdə olan qanunsuzluqlarla əlaqəli iyun ayında məlumat əldə etmiş, bununla bağlı direktora məlumat vermiş, lakin hər hansı bir ölçü götürülmədiyi üçün Təhsil Nazirliyinə məlumat vermişdir. Oradan da, səs gəlmədiyini görüb, məcbur olub Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermişdir. İyun ayının 25-də məzuniyyətə çıxmış, geri qayıdandan sonra ona məlum olmuşdur ki, araşdırma komissiyası yaradılmış, onun əmək funksiyası yoxlanılmış və yarıtmaz bir direktor müavini olduğu ona bildirilmişdir. İlk dərs günü işə gələn zaman, uşaqlar sinifdən çantalarını götürüb qaçmışlar. Bunu görən kimi, dərhal Nəriman müəllimin yanına getmiş və bu barədə ona məlumat vermişdir. Nəriman müəllim isə uşaqların direktorun otağına getdiklərini bildirmişdir. Səhərisi gün eyni hal baş verəcəyini güman edib, o, məcbur olub çəkiliş aparmışdır ki, onun əlində sübutu olsun. Sonra sinifə daxil olan zaman başqa bir müəllimənin dərs dediyini görmüşdür. Həmin müəllimə sinifin ona verildiyini bildirmişdir, bundan sonra o, sinif otağından çıxıb getmişdir. O, heç bir şəxsə qarşı artıq hərəkət etməmiş, sadəcə özünün haqlı olmasını sübut etmək üçün çəkiliş aparmışdır. Bundan sonra olanlarla bağlı şikayət yazmışdır. Elnurə müəllimə İsmayıl Namazova xırda xətlə qiymət yazdığı üçün, onu çağırıb səbəbini soruşmuş, o, isə cavab olaraq “mən yazmamışam” demişdir. Bundan sonra Məhərrəmdən soruşanda onun xətti olmadığını bildirmiş, sinif rəhbərinin biləcəyini ona dedikdən sonra, o, çəkiliş apararaq sinif rəhbərindən məlumat almışdır. Sinif rəhbəri ona demişdir ki, “Afaq deyib qiyməti yazmağı, mən də, yazmışam”. O, həmin görüntünü xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə paylaşdıqdan sonra, yəni səhərisi gün ayın 19-da pedaqoji şura təşkil olunmuş və o, həmin şuranın iclasında 80-90 nəfərin iştirak etdiyi iclasda təhqirə məruz qalmışdır. Təqdim etdiyi səs yazılarından və görüntülərdən də, məlum olmuşdur ki, Afaq xanım həmin görüntünü sosial şəbəkədə paylaşan adamı təhqir etmişdir. Həmin çəkilişi o, paylaşmışdır. Ondan başqa heç kim paylaşım etməmişdir. Bundan əlavə Mehriban Vəliyevaya təqdim etdiyi şikayətin nəticəsi olaraq ona rəsmi sənəd verilmiş və həmin sənəddə Afaq xanımın onu təhqir etməsi öz təsdiqini tapmışdır. X18 törətdiyi cinayət əməlinin tam sübuta yetirildiyini nəzərə alıb, onun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi - (əri) Nümayəndə2 şikayəti müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə “tərbiyəsiz” sözünün mənası əxlaqsız deməkdir. X28 Hüseynovanın barəsində nalayiq sözlər işlədərək, ona “tərbiyəsiz” və “şərəfsiz” demişdir. Bunu təsdiq edən səs yazısı məhkəməyə təqdim olunmuşdur. Svetlana xanımın sosial şəbəkədə etdiyi paylaşımın səhərisi günü, yəni xx.xx.2023-cü il tarixdə Afaq xanım paylaşım edən şəxsə “şərəfsiz” demişdir. Məlum olduğu kimi paylaşımı Svetlana xanım etmişdir, şərt o, deyil ki, Svetlana xanımın adı çəkilməliydi və bundan sonra “şərəfsiz” deyilməliydi, fakt odur ki, iclasda deyilən “şərəfsiz” sözü Svetlana xanıma deyilmişdir. Buna da səbəb Svetlana xanımın sentyabr ayının 18-də sosial şəbəkədə paylaşım etməsi olmuşdur. Bundan əlavə Bakı Təhsil İdarəsinin məktubu da var, orada da qeyd olunur ki, “şərəfsiz” sözü Svetlana xanıma deyilmişdir. X18 törətdiyi cinayət əməlinin tam sübuta yetirildiyini nəzərə alıb, onun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəməyə təqdim etdiyi törədilən əməlin tövsifinə dair izahatın məzmununa uyğun izahat vermiş və məhkəmədən X18 törətdiyi cinayət əməlinin tam sübuta yetirildiyini nəzərə alıb, onun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X25 xüsusi ittiham qaydasında şikayət əsasında cəlb edildiyi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə özünü təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, Svetlana Hüseynova xx.xx.2023-cü il tarixdə məktəbin müəllimlərinin nüfuzuna xələl gətirən məlumatları sosial şəbəkələrdə paylaşım edərək, ona və müəllimlərə qarşı qarayaxma kompaniyası keçirməyə cəhd etmişdir. Həmin paylaşımdan sonra, yəni xx.xx.2023-cü il tarixdə müəllimlər onunla əlaqə saxlayaraq növbədən kənar pedaqoji şuranın təşkil olunmasını tələb etmişlər. Bunun əsasında pedaqoji şura təşkil edilmiş, müəllimlər öz iradlarını bildirən zaman Svetlana Hüseynova qışqıraraq həm müəllimləri, həm də onu təhqir etmişdir. O, Svetlana Hüseynovanı nə təhqir etməmiş, nə də söyməmişdir. Məhkəməyə təqdim olunan səsyazısından görünür ki, orada deyir ki, “siz məni çağırmısınız mən gəlib pedaqoji şurada sədrlik edirəm”. Svetlana Hüseynova tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən pedaqoji şurada aparılan səsyazıları və videogörüntülər düzülüb qoşulub, montaj edilmişdir. Pedaqoji şuranın iclasında protokoldan kənar heç bir kəsin ixtiyarı və salahiyyəti yoxdur ki, çəkiliş və ya səs yazısı aparsın. Svetlana Hüseynova həmin çəkilişləri ona görə aparmışdır ki, onu gələcəkdə şantaj etsin. Məhkəmə iclasında qarşı tərəf özü etiraf etmişdir ki, müəllimlərin çoxu Svetlana Hüseynovaya qarşı qərəzlidirlər. Buna səbəb onların Svetlana Hüseynova tərəfindən təhdid olunmaları, həm müəllimlərdən, həm də şagirdlərdən pulların yığılması olmuşdur. O, nə həmin iclasda, nə də ki, başqa vaxt Svetlana Hüseynovaya “şərəfsiz” sözü deməmişdir. O, Svetlana Hüseynovanı təhqir etməmiş və onu söyməmişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X18 müdafiəçisi Müdafiəçi eyni mövqedən çıxış edərək X18 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, onun nə Afaq xanımla, nə də ki, Svetlana xanımla heç bir düşmənçiliyi olmamışdır. Lakin o, işdən çıxarılandan sonra Afaq xanımla aralarında münasibət pozulmuşdur. Məktəbin müəllimi Elmira Nəcəfovanın barəsində sosial şəbəkədə Svetlana xanım paylaşım etdiyi üçün məktəb direktoru iclas təşkil etmişdir. O, pedaqoji şuranın iclasında iştirak etmişdir. Afaq xanım iclasda yüksək səslə onları təhqir etməyə başlamışdır, təhqir olunanlar o, Svetlana xanım və Cəmalə xanım olmuşdur. Sonda Afaq xanım şərəfsizlər sözünü deyəndə Svetlana xanım ona “şərəfsiz sözünə görə cavab verməli olacaqsan” deyə cavab vermişdir. Lakin Afaq xanım heç bir kəsdən qorxmadığını bildirmiş, “hara gedirsiz gedin, hara istəyirsiz şikayət edin” sözlərini demişdir. Afaq xanım “şərəfsiz” sözünü üç nəfərə aid etmişdir, ona, Svetlana xanıma və Cəmalə xanıma. Şərəfsiz sözündən sonra hər hansı bir şəxsin adını çəkməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, Svetlana Hüseynova və Afaq Əliyeva ilə onun arasında heç bir vaxt qərəzçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən pedaqoji şurada Svetlana xanım Afaq xanımın üstünə qışqırıb təhqir etmiş, sonra demişdir ki, “səslərinizi yazıram, mən bununla bağlı məhkəməyə şikayət edəcəyəm”. Afaq xanım Svetlana xanımı söyməmiş, onu təhqir etməmişdir, sadəcə ümumi sözlərlə çıxış etmişdir. Afaq xanım çıxışında bildirmişdir ki, “hansısa şərəfsizlər böhtan atırlar”, Svetlana xanım isə bunun qarşılığında Afaq xanıma “şərəfsiz sənsən” demişdir. Svetlana xanım onu hədələyərək bildirmişdir ki, “Afaq xanımın xeyrinə nəsə desə məhkəməyə verəcəkdir”. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X15 ifadəsində göstərmişdir ki, 1995-ci ildən məktəbdə ingilis dili müəllimi işləyir. xx.xx.2023-cü il tarixdə keçirilən pedaqoji şuranın iclasında iştirak etmişdir. Svetlana xanım müəllimləri təhqir etmiş, təhdidlər etmişdir. Çıxış edən müəllimlərə qarşı “əqidəsizsən, tupoysan, məhkəmədə cavab verəcəksən, 23 il bundan əvvəl olduğu kimi məktəb direktorunu məhkəməyə verdim, gəldi qarşımda diz çökdü, siz də onun kimi diz çökəcəksiniz, sizləridə belə edəcəyəm, məhkəmədə görəcəksiniz kim udur, kim uduzur” sözlərini demişdir. O, Svetlana xanımın sinifində olan şagirdə əl qaldırması ilə bağlı çıxış edən zaman, ona demişdir ki, “otur onsuz da Allah sənin cəzanı vermişdir”. Direktor müavini Elnurə müəlliməni də təhqir etmişdir. Hətta Afaq xanımın ortalığa dediyi şərəfsizlər sözünü də montaj edib, internetdə paylaşmışdır. Afaq xanım çalışırdı ki, vəziyyəti ələ alsın, aranı sakitləşdirsin, iclası keçirmək mümkün olsun. Afaq xanım şərəfsizlər sözünü ümumi demişdir, konkret olaraq Svetlana xanıma “sən şərəfsizsən” sözünü deməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X19 ifadəsində göstərmişdir ki, onun Afaq xanımla düşmənçiliyi olmasa da, Svetlana xanımın onunla 1995-ci ildən qərəzçiliyi olmuşdur. Svetlana xanım dəfələrlə ondan rüşvət tələb etmişdir, lakin onun rüşvət vermədiyini görüb, ona qarşı ləkə yaxmağa çalışmışdır. Pedaqoji şuranın iclasında Afaq xanım çıxış edərək bildirmişdir ki, “hansısa şərəfsizlər bizim gördüyümüz işlərə ləkə gətirə bilməz”. O, Svetlana xanıma qarşı “şərəfsiz” sözünü deməmişdir. Əksinə “şərəfsiz” sözünü Svetlana xanım özü istifadə etmiş, hətta ona qarşı da, bü sözü istifadə etdiyi üçün onu məhkəməyə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə keçirilən pedaqoji şuranın iclasında iştirak etmişdir. Həmin iclasda Afaq xanım nə Svetlana xanıma, nə də ki, başqa şəxsə “şərəfsiz” sözünü deməmişdir. Afaq xanım çıxışı zamanı demişdir ki, “mənim adıma ləkə yaxmaq istəyirsiniz, lakin adıma şər yaxa bilməzsiniz, adımı ləkələyə bilməzsiniz”. Şuranın iclasında Svetlana xanım Afaq xanıma demişdir ki, “şərəfsiz” sənsən. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, xüsusi ittiham qaydasında işlə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq işdə iştirak edən şəxslərin, şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, X18 cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək, hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında iş üzrə həmin şəxsin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. 3-cü bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır; 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. 6-cı bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). 20-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPMnin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. Məhkəmənin hökmü CPM-nin 349- 354-cü maddələrinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 32.2 və 32.2.3-cü maddələrinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir; təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Məhkəmə tədqiqi zamanı toplanmış sübutların məcmusu, təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə tədqiqinin nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını, xüsusi ittihamçı X1 mülahizələri təşkil etmişdir. Xüsusi ittiham tərəfinin mövqeyinə görə, Pedaqoji Şuranın iclası keçirilərkən iclasın gündəliyi məhz X6 tərəfindən məktəb daxilində çəkilən və sosial şəbəkədə paylaşılan video material və bununla əlaqəli digər məsələlər olmuşdur, X25 həmin iclasda çıxış edərək direktor müavini X2 “yarıtmaz fəaliyyətindən” bəhs etmiş və s. fikirlər səsləndirmişdir, həmin vaxt onun işlətdiyi “şərəfsiz” və “tərbiyəsiz” ifadələri məhz xüsusi ittihamçı X4 yönəlmişdir, hansı ki, həmin ifadələr təhqir cinayətinin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Cinayət qanunvericiliyinə görə, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir, bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Şəxsin nüfuzu dedikdə, şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi baxımından insan ləyaqəti qorunur və ona hörmət edilir. Bu, hər bir insana münasibətdə belədir. Konstitusiyanın 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Eləcə də, İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə və 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda da həmin qaydada fikir ifadə edilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, “…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. “Mülki və Siyası Hüquqlar haqqında” Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Qeyd olunanlar baxımından Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyektini şəxsiyyətin şərəf və ləyaqəti təşkil etdiyindən şərəf və ləyaqəti alçaldan söz və ifadələr konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa, o halda Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Halbuki, təqsirləndirilən şəxs X18 direktoru olduğu Bakı şəhəri 201 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının iclasında qeydə alınmış səs yazısının məzmunu ilə müəyyən olunur ki, orada X25 tərəfindən “şərəfsiz” və “tərbiyəsiz” sözlərindən ibarət ifadələr işlədilsə də, həmin məzmunda X2 adı çəkilməmiş, bilavasitə ona qarşı ünvanlanmış təhqir xarakterli söz və ifadələr işlədilməmiş, bu zaman xüsusi ittihamçı X4 münasibətdə onun şərəf və ləyaqəti X25 tərəfindən nalayiq formada alçaldılmamış, təhqir edilməmişdir. Əksinə, Pedaqoji Şuranın iclasında X18 özü həmin məkan məktəb olduğuna, pedaqoji heyət iştirak etdiyinə görə müzakirələrin etik normalar çərçivəsində getməsini iştirakçılardan xahiş etmişdir. Ona görə məhkəmə hesab edir ki, baxılan şikayət üzrə X18 Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir, buna dair mötəbər sübutlar xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunmamış, məhkəmə tədqiqi ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Hazırki xüsusi ittiham qaydasında şikayətə baxılması zamanı X18 X2 şərəf və ləyaqətini alçaltma niyyətinin olması müəyyən edilməmişdir. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın məktəbin Pedaqoji Şurasının iclasında “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə ona Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən şifahi xəbərdarlıq edilməsi barədə xüsusi ittiham tərəfinin irəli sürdüyü dəlilə münasibətdə məhkəmə qeyd edir ki, belə tənbeh tədbirinin mövdud olması belə, hazırda xüsusi ittiham qaydasında baxılan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X18 əməlinin hüquqi tövsifi, onun xüsusi ittihamçı qismində çıxış edən X5 real olaraq təhqir etməsi, bu əməli ilə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi demək deyil, belə qənaətə gəlinməsi üçün əsas yoxdur, həmin ifadənin məhz zərərçəkmiş şəxsə qarşı yönəldilib-yönəldilməməsini, onun şərəf və ləyaqəti açaldan ifadə olubolmamamasını və s. bu kimi məsələlərin müəyyən edilməsi hüquqi məsələ olmaqla baxılan işin predmetini təşkil edir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, törədilməsi ehtimal olunan cinayətin baş vermə vaxtı ilə bağlı məsələ xüsusi ittihamçı tərəfindən dəqiqləşdirilməmişdir, belə ki, xüsusi ittiham qaydasında ilkin şikayətdə sözügedən tarix 14 sentyabr 2023-cü il kimi göstərilsə də, sonradan verilmiş ərizə və digər müraciətlərdə həmin tarix həmçinin 18 sentyabr 2023-cü il və 19 sentyabr 2023-cü il kimi də göstərilmişdir. Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 24 dekabr 2021-ci il tarixli Qərarının 57-ci maddəsinə əsasən CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Həmin Qərarın 58-ci maddəsinə əsasən CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biridir; 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan işin faktiki müəyyən olunmuş hallarını nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, X18 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi xüsusi ittihamçı X2 şikayətinə münasibətdə məhkəmə tədqiqi zamanı sübuta yetirilməmişdir, buna görə X22 həmin maddə ilə bəraət verilməli və baxılan şikayətə münasibətdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məhkəmə tərəfindən məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə aktı çıxarılarkən həll edilməli məsələlər üzrə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş materiallarına əlavə edilən içərisində müvafiq audio-video yazılar, fotoşəkillər olan 01 ədəd yaddaş kartı (fləş kart) və 4 ədəd disk (DVD və CD) xüsusi ittiham qaydasında iş üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur; təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri tətbiq edilməmişdir; məhkəmə məsrəflərinə aid olan xərclər mövcud deyildir; bundan başqa, məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini müqavilə əsasında vəkili həyata keçirmişdir, ona görə vəkilə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X18 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona həmin maddə ilə bəraət verilsin. İçərisində müvafiq audio-video yazılar, fotoşəkillər olan 01 ədəd yaddaş kartı (fləş kart) və 4 ədəd disk (DVD və CD) xüsusi ittiham qaydasında iş üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar