Məhkəmə qərarları › İş №1(007)-9/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-9/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-9/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-fərdi qaydada fəaliyyət göstərən vəkillər X13 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1966-cı ildə İsmayıllı rayonunda anadan olıııuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İİ qrup Qarabağ əlili, təqaüdçü, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anov rayonu, K.Kazımzadə küçəsi, ev 17, mənzil 4-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq elmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində bir qrup şəxs halında ictimai yer olan ünvan 3 ünvanında yerləşən " x x x x ” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) həyətyani sahəsində yerləşməklə, onun mülkiyyətində olan 177,8 kvadrat metr sahəli qeyri-yaşayış binasını icarə əsasında istifadə etmək üçün Şahid5 rəhbərlik etdiyi "xxxx" şirkətinə verdikdən sonra, həmin qeyri-yaşayış binasında dezinfeksiya işləri aparılması üçün sonuncunun xahişi əsasında «xxxx» MMC-nin sahibinin oğlu Zərərçəkmiş şəxs tərəfindən dəvət olunmuş fəhlələr vasitəsi ilə qeyriyaşayış binasına yığılmış yanğınsöndürmə balonlarının oradan çıxarılıb şirkətin ərazisinə yığılması zamanı həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bəhanə edərək, orada işləyən vətəndaşların narahatçılığına səbəb olmaqla, şirkətin iş fəaliyyətini dayandıraraq, insanların sıx olduğu həmin yerdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməklə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq mənəviyyat normalarını tapdalayaraq, özünü digər şəxslərin fövqündə üstünlüyünü nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ucadan nəlayiq ifadələr işlədərək o, yumruq və təpiklə, Əhməd Sultanəhmədov isə əlində olan çəliklə qəsdən Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə vurub, sonuncuya baş beyin silkələnməsi, ənsə nahiyəsinin dərialtı hematoması, sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinin qançırı, döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək fadəsində göstərmişdir ki, 2001-ci ildən Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi 2-ci Köndələn 2 ünvanında əvvəllər tanıdığı X8 ümumi sahəsi 255.5 və əsas sahəsi 177.8 kv metr sahəni alqı-satqı yolu ilə almışdır. Cavanşir Talıbovun mülkiyyətində olan ərazi üzrə sonuncu ilə aralarında mübahisə yaranmışdır. Belə ki, 2004-cü ildə həmin işlə əlaqədar Nizami rayonu məhkməsinə müraciət etmiş və məhkəmə mübahisəsi 2011-ci ilə qədər uzanmışdır. 2011-ci ildə məhkəmə qərarı ilə həmin mübahisəli ərazi hər ikisinin bərabər istifadəsinə verilmişdir. Bundan sonra Cavanşir və oğlu Aydın tərəfindən həmin ərazidən birgə istifadə edilməsinə maneçilik törədilmiş və bununla bağlı dəfələrlə Cavanşirə xəbərdarlıq edilmiş və sonuncu 500 manat cərimə edilmişdir. Buna baxmayaraq Cavanşirin oğlu Aydın tərəfindən əmlakından və ümumi istifadə olunan ərazidən istifadə edilməyinə maneçilik tərədilmiş, həmin ərazini icarə verdikdə icarənin iş fəaliyyətinə baxılarkən qəsdən maneçilik törətmişlər. Həmin yerin qapısının açarını dəyişmişlər və həyətə it buraxmışlar. Bu səbəbdən də içəri daxil ola bilməmişdir. 05 iyul 2019-cu il tarixdə saat 18.30 radələrində həmin obyektə girmək istədikdə ona və əmlakını icarəyə götürən X6 Cavanşir və oğlu Aydın hücum edərək onları döyməyə başlamışlar. Belə ki, Cavanşir şillə ilə onun sifətindən vuraraq oğlu Aydına bildirmişdir ki, "bunu öldür və bu ölməsə adam olmayacaqdır”. Bundan sonra Aydın təpiklə sinəsinə vuraraq onu yerə yıxmış, yerdə qarın və sinə nahiyələrinə davamlı olaraq təpik vurmuşdur. Daha sonra Cavanşir və oğlu Aydın Sərxanı təpiklə vurmuş və sonuncunun protezi ayağından düşmüşdür. Sonra Aydın öz avtomobilinə qaçıb hər hansı bir əşyanı götürmək istədikdə onlar qorxmuşdur. Belə ki, Cavanşir oğlu Aydına bildirmişdir ki, "maşındakını götür Nurunu öldür". Onlarda qorxub ərazidən qaçıb özlərini 23-cü PB-nə çatdırmış və oradan həkimə getmişlər. Cavanşir və oğlu Aydın tərəfindən əvvəllər də döyülməsinə görə onlar məhkəmənin qərarı ilə islah işləri cəzasına məhkum edilmişlər. 06 sentyabr 2019-cu il tarixdə saat 19 radələrində icarəyə verdiyi əmlakına yerləşdirilmiş balonların Aydın və tanımadığı bir neçə şəxs tərəfindən çıxarıldığını görmüş, bu zaman onlardan hansı səbəbə görə əmlakından balonları çıxardıqlarını soruşmuş, bundan sonra Aydın söyüş söyərək üzərinə gəlmiş və məcbur olaraq Aydını özündən əli ilə itələyərək kənarlaşdırmağa çalışmışdır. Sonra isə dərhal 23cü PB-nə gedib bu barədə şikayət etmişdir. 06 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs vurmamış və sonuncunu hər hansı bir şəxsin vurmasını da görməmişdir. Zərərçəkmiş şəxs xəsarət ailması ilə xəstəxanaya müraciət etməsi barədə heç bir məlumatı yoxdur. Sonuncuda aşkar edilmiş xəsarətlərin kim tərəfindən yetirildiyini bilmir və görməmişdir. Sərxan Musayev həmin vaxt hadisə yerində olmamış, həmin vaxt orada tək olmuş, eyni zamanda Əhməd Sultanəhmədov da onun yanında olmamışdır. Barəsində bəraət hökmününün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası X9 Bakı şəhəri, Nizami rayonu, 2-ci köndələn 2C küçəsində yerləşən qeyri-yaşayış sahəsində olan "xxxx” MMC-nin rəhbəridir və həmin şirkət atasının şəxsi mülkiyyətindədir. Lakin 2004-cü ilin sonlarında Təqsirləndirilən şəxs saxta sənəd təqdim edərək həmin qeyri-yaşayış sahəsində yerləşən yarımçıq tikilini aldığını bildirmişdir. Amma onlar Təqsirləndirilən şəxs sənədlərinin saxta olduğunu bilib sonuncu ilə razılaşmamışlar. Bu səbəbdən aralarında tez-tez mübahisələr olmuş və bir neyə dəfə məhkəməyə müraciət etmişlər. Lakin Nuru məhkəmələri uduzmuşdur. Təxminən bir ilə yaxındır ki, atası Cavanşir onlara məxsus ərazini və həmin ərazidə yerləşən tikililəri "Fire Safety” Caspian Azərbaijan“ şrkətinə müqavilə əsasında icarəyə vermişdir. Həmin şirkət qeyd olunan ərazidə və tikililərdə abadlaşdırma işləri görmüşdür. Təqsirləndirilən şəxs bir neçə dəfə onlara məxsus olan qeyri- yaşayış sahəsinin dəmir qapısının qıfılını sındırmış və həmin sahənin özünə məxsus olduğunu bildrıııişdir. Halbu ki, həmin sahə Nuruya məxsus olmamış və onlara məxsus olması barədə məhkəmə qətnaməsində öz əksini tapmışdır. Bundan başqa Nuru onlara məxsus qeyri-yaşayış sahəsinə qanunsuz daxil olaraq qapının qıfılını yenidən sındırıb içəridə olan reklam avadanlıqlarına 2000 manat maddi ziyan vurmuşdur. Bununla bağlı Nizami RPİ-nin 23-cü PB-də araşdırma aparılmış yə maddi ziyan az olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs yenidən əməllərinə məhəl qoymayaraq onlara xeyli miqdarda ziyan vurmaqla bağlı özbaşına olaraq əməllərindən əl çəkməmişdir. 19.06.2019cu il tarixdə saat 11 radalərində şirkəti icarəyə götürən Murad zəng edib Təqsirləndirilən şəxs yanında olan bir neçə nəfər şəxslə şirkətə gələrək, şirkətin içərisində atasına məxsus əşyaları öz başına bayıra çıxardığını bildirmişdir. Bunu eşidəndən sonra şirkətə gəlmiş və atasına zəng edib bu barədə məlumat verərək sonuncunun gəlməsini gözləmişdir. Şirkətə çatanda görmüşdür ki, Nuru yanında olan fəhlələrlə birlikdə onlara məxsus olan yarım tikili yerdən reklam üçün vitrin şüşələrini və vitrinləri öz başına olaraq çıxarmışdır. Nuru vitrinləri çıxardaraq şüşələri sındırmış və təxminən 10 000 manata yaxın miqdarda ziyan vurmuşdur. Nuruya yaxınlaşaraq hansı səbəbə görə bu əşyaları özbaşına olaraq çıxardığını və nə səbəbə görə sındırdığını soruşduqda, sonuncu cavab olaraq yarım tikili olan yerin ona məxsus olduğunu demişdir. Nurunun bu sözündən sonra sonuncuya Ali Məhkəmənin qətnaməsi ilə atasına məxsus olduğunu və eyni zamanda məhkəmə qətnaməsinə görə onun bu yerə heç bir iddiası olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs isə məhkəmə qətnaməsinə görə “xxxx" MMC-nin həyətində olan giriş darvazasından giriş-çıxış olaraq istifadə etmək hüququnun olduğunu söyləmişdir. Bundan sonra Nuru yanında kimlərəsə mobil telefon vasitəsilə zəng edib, telefonda həmin şəxsə adını deyərək burda olduğunu və eyni zamanda rahat gəlib işlərini görmələrini deməsini eşitmişdir. Bir neçə dəqiqədən sonra görmüşdür ki, təxminən 15 nəfər çəliklə, özlərini Qarabağ əlilləri kimi təqdim edən şəxslər şirkətin həyətinə daxil olmuş, Qarabağ əlillərinin şirkətə daxil olduğunu görüb şirkətdən çıxıb yaxınlıqda olan 23-cü PB-nə gedərək bu barədə məlumat vermişdir. PB-də işləyən Rza və Qisməd adlı polis əməkdaşları ilə birlikdə şirkətə gəlmiş, Rza adlı polis əməkdaşı Nuruya yaxınlaşaraq burda nə baş verdiyni soruşduqda özünü Qarabağ əlili kimi təqdim edən Sərxan adlı şəxs Rzaya buranı icarəyə götürdüyünü bildirmişdir. Sərxan adlı Qarabağ əlilindən icarəyə götürməsi barədə sənədi soruşanda sonuncu nəlayiq söyüş söyərək ona heç kim heçnə deyə bilməz ifadələrini işlədərək mübahisə yaratmağa başlamışdır. Sonra polis əməkdaşları bu barədə ərizə ilə müraciət etməsini təklif etmiş və sonradan həmin günü PB-nə gəlib bu barədə şikayət ərizəsi yazmışdır. Lakin ərizəsi ilə əlaqədar cavab verilmişdir ki, bu barədə məhkəməyə müraciət etməlidir. Nuru əlillərlə birlikdə hər gün şirkətlərinin həyətinə daxil olaraq şirkətin həyətində oturmuş və çıxıb getmişdir. Bu minvalla Nuru Qarabağ əlilləri ilə birlikdə hər gün şirkətə gəlib-getməkdə davam etmişdir. Nuru şirkətin istifadə etdiyi tikilinin qapısına bir avtomobil qum tökmüş və şirkətin fəaliyyəti dayanmağa başladığından şirkəti icarəyə götürən Murad müəllim onlarla söhbət edib narazılıq etmişdir. Sonra atası Cavanşirlə birlikdə şirkətə gələndə Qarabaq əlilləri kimi özünü təqdim edən Sərxan və Əhməd adlı şəxslər onlara yaxınlaşaraq onlardan 50 000 manat pul tələb etməklə, həmin məbləği verəcəyi halda şirkətə artıq gəlməyəcəklərini və Nurunun da şirkətə müdaxilə etməyinə icazə verməyəcəklərini bildirmişlər. Onlar isə həmin şəxslərə nə səbəbə görə pul verməli olduqlarını dedikdə, Sərxan və Əhməd pul veməyəcəkləri halda şirkətin iş fəaliyyətini dayandıracaqlarını bildirmişlər. 02.07.2019-cu il tarixdə yenidən Sərxan Əhmədlə birlikdə şirkətə gəlmiş, dedikləri məbləğdə pulu verib-verməyəcəklərini soruşmuşlar. Atası həmin şəxslərə pulu verməyəcəyini demişdir. Bu zaman Sərxan hörmət əlaməti olaraq atasına 50000 manat deyil, 5000 manat verməsini, vermədiyi təqdirdə şirkətin tamamilə iş fəaliyyətini dayandıracaqlarını deməklə hədə-qorxu gəlmişlər. Sərxana heç bir pul verməyəcəklərini və o kimdir ki, ona pul verməli olduqlarını, şirkət öz şəxsi mülkləri olduğunu və dövlətin də rəsmi vergisini ödədiklərini bildirmişlər. Bu zaman Sərxan “dövlətdə mənəm və mənə heç kini heçnə edə bilməz, Qarabaq əliliyəm böyük qüvvəm var” ifadələrini işlətmiş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs şirkətlərini icarəyə götürən Murad müəllimə hədə-qorxu gələrək onlara verdiyi icarə müqaviləsi üçün 2000 manat pulu ona verməyini tələb etmişdir. Murad müəllim onlarla əlaqə saxlayaraq görüşüb artıq həmin şəxslərlə bacara bilədiyini, şirkətə 80000 manat pul qoymasını, şirkətin işi dayansa müflis olacağını demişdir. 05.07.2019-cu il tarixdə Murad zəng edib Təqsirləndirilən şəxs idarə etdiyi «Tayota-Prado» markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilini şirkətin giriş qapisııın içərisində saxlayaraq iş fəaliyyətini dayandırdığını, iş fəaliyyətinin pozulduğunu demişdir. Həmin gün saat 18 radələrində şirkətə gəlmiş və görmüşdür ki, Nuru avtomobili qapının giriş yerinin içərsində saxlayıb çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs başqa avtomobillə şirkətin qarşısına gəlmiş və sonuncuya atası Cavanşir bildirmişdir ki, avtomobilini şirkətin qarşısından götürsün. Nuru atasına cavab olaraq avtomobilini götürməyəcəyini və heç kimi burada işləməyə qoymayacağını deyib ona və atasına nəlayiq söyüşlər söyüb təhqir etməyə başlamışdır. Onlar yaxınlıqda olan polis bölməsinə gedib bu barədə şifahi olaraq məlumat vermiş, ərazinin sahə ispektoru Həbib adlı əməkdaşa zəng edəndə sonuncu növbədən sonra olduğunu və ərizə yazmaqlarını məsləhət etmiş və bundan sonra araşdırma aparacağını demişdir. Lakin onlar ərizə yazmamış və Həbib gələndən sonra onun yanında ərizəni yazacaqlarına qərar vermişlər. Sonra yenidən şirkətə qayıdıb avtomobilinə əyləşib atası ilə birlikdə çıxıb getmək istədikdə Təqsirləndirilən şəxs yanında olan Sərxan və özlərini Qarabağ əlili kimi təqdim edən şəxslərlə birlikdə avtomobilə yaxınlaşmışdır. Həmin vaxt artıq onlar avtomobilin içərsində olmuş, atası idarə etdiyi “Mercedes Vita" markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin tərəfində oturmuş, Nuru atasına tərəf yaxınlaşaraq atasına nəlayiq söyüşlər söyərək təhqir edib yumruqla atasının sol qulaq nahiyəsinə vurmudur. Sonra Nuruya ayıb olsun 1939-cu il təvəllüdlü ağsaqqal kişiyə əl qaldırırsan demiş, bu zaman Nuru sağ boyun nahiyəsindən yumruqla vuraraq “burdan elə gedirsiz ki birdə buralara gəlməyin" ifadələrini işlətmişdir. Laki həmin vaxt hər-hansı bir xəsarətləri olmadığından bununla bağlı şikayət etməmişlər. Bundan sonra icarə verdiyi şirkətin rəhbəri Murad, Nurudan qorxaraq şirkətin icarə pulunu Nuruya verməyə başlamışdır. İlkin olaraq Nuruya 2000 manat pulu verəndə Murad əl-yazma ilə Nuruya pulu vermişdir. Belə ki, Nuru Muradı məcbur etmişdir ki, pulu ona versin, əks halda sonuncuya işləməyə icazə verməyəcəyini demişdir. Bununla bağlı Murad da səs yazmalarda var. Bundan sonra Nurudan və qeyrilərindən qorxaraq öz şəxsi mülkinə getməyə qorxmuş. Nuru Qarabağ əlilləri kimi özünü təqdim edən şəxslərlə əlbir olaraq onlara hədə-qoxru gəlib şirkətə gəlməklərinə peşman etmişdir. Şikayət etsədə heç bir nəticə əldə etməmiş, məhz bu şəbədən onlarda qorxmuşdur. Sonradan şirkətə rəhbərlik elməyə Şahid5 adlı şəxs başlamışdır. Belə ki, şirkətin mülkiyyət sahibi onların olduğunu bildiyinə görə görüşərək müqavilə bağlamışlar. Cahid şirkətə məxsus olan yarım tikili ilə bağlı məcbur olacaq Təqsirləndirilən şəxs ilə icarə müqaviləsi bağlayacağını, sonuncunun əks halda onu şirkətdə işləməyə icazə verməyəcəyini demişdir. 05.09.2019-cu il tarixdə Şahid5 onunla mobil telefon əlaqəsi saxlayaraq xahiş etmişdir ki, onlara məxsus olan yarım tikilidə yığılan yanğın söndürmə balonlarını boş sahəyə boşaltmağa fəhlə tapsın. Cahidə bu məsələni səhəri gün həll edəcəyini demiş və 06.09.2019-cu il tarixdə saat 20 radələrində üç kişi və bir qadın fəhlə tapıb birlikdə şirkətə getmiş, özünə məxsus olan tam tikili olmayan sahəyə girib fəhlələrə yanğın söndürmə balonlarını göstərib digər sahəyə yığmalarını tapşırmışdır. Fəhlələr işə başlayarkən Təqsirləndirilən şəxs yanında olan Qarabağ əlili kimi özünü təqdim edən Əhməd adlı şəxslə üzərinə gəlmiş və yarımtikilinin içərisində Nuru yumruqla başından və boynunun arxasından, Əhməd adlı şəxs isə əlində olan çəliklə bir neçə dəfə başının arxa nahiyyəsinə və kürəyinə güclü zərbələr endirmişlər. Sonra isə qarın nahiyəsindən təpiklə vurmağa başlayanda onların əlindən qurtarmaq üçün yarımtikilidən həyətə çıxıb qaçmışdır. Nuru və Əhməd onun arxası ilə gələrək şirkətin həyətində Nuru əli ilə, Əhməd isə çəliklə onun baş nahiyyəsindən vurmaqağa davam etmişlər. Nuru və Əhməd onu döyərkən ünvanına uca səslə nəlayiq söyüşlər söymüşlər. Şirkətin içərisində olan ofisə daxil olub qapını içəridən bağlamış və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra halı pis olmuş, ürəyi bulanmış və öyüməyə başladığı üçün qohumu Teymura zəng edib gəlməsini və onu təcili xəstəxanaya aparmasını xahiş etmişdir. Bundan sonra Teymur, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Teymur onu təcili olaraq xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxsla barışmamış və sonuncudan şikayətçidir. 25 noyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, 2-ci köndələn 2C küçəsində yerləşən qeyri-yaşayış sahəsində olan "xxxx” MMC-nin rəhbəridir. Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs əvvəllər tanımış, sonuncu 2004-cü ilin sonlarında saxta sənəd təqdim edərək "xxxx” MMC-nin qeyri-yaşayış sahəsində yerləşən 177 kvm. sahənin ona məxsus olduğunu bildirmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs ilə aralarında mülki qaydada məhkəmə çəkişmələri və mübahisələri olmuşdur. Sahibkar olduğu qeyri-yaşayış sahəsini “X19 Azerbaijan” MMCyə müqavilə əsasında icarəyə vermişdir. 05.09.2019-cu il tarixdə icarədar şirkətin rəhbəri Şahid5 telefon əlaqəsi saxlayaraq, tam təmirli olmayan sahədə yığılan yanğın söndürmə balonlarını götürüb şirkətin digər sahəsinə yığmalarını xahiş etmişdir. Oğlu Aydın bu məsələni səhəri gün həll edəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Aydın 06.09.2019-cu il tarixdə saat 20:00 radələrində şirkətə gedib balonları boşaldarkən, Təqsirləndirilən şəxs yanında olan Qarabağ əlili kimi özünü təqdim edən Əhməd adlı şəxslə Aydını döyərək bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, 2-ci köndələn 2C ünvanında yerləşən sexin içərisində olan yanacaq söndürmə balonlarını qardaşı Əsgər və arvadı Göyərçinlə əlmuzdu pul müqabilində sexin həyətinə daşıyarkən, Aydın onların işinə nəzarət etmişdir. Həmin vaxt sonradan adını bildiyi Nuru yanında iki nəfər şəxslə sexin içərisinə daxil olmuşdur. Sonuncular Aydınla mübahisə etməyə başlamış və onların arasında münaqişə yaranmışdır. Daha sonra onlar həyətə çıxıb orada səs-küylə və nalayiq söyüşlə mübahisə etməyə başlamışlar. Həmin vaxt Nurunun yanında biri çəlikli və biri açkili olmaqla iki nəfər şəxs olmuşdur. Bayırda yaranmış səs-küyə çölə çıxdıqda Aydını orada görməmişdir. Həyat yoldaşı “Aydını öldürdülər” deyə qışqırmışdır. 102 xidmətinə zəng etmək istəmiş, lakin Nuru onu qoymamışdır. Sonradan Aydın gəlmiş, ürəyi bulandığından qusduğunu demiş və başını əli ilə tutub uzanmışdır. Sonradan Aydının yanına gəlmiş iki nəfər şəxs Aydını aparmışdır. 16 noyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yeznəsidir. 06 sentyabr 2019-cu il tarixdə təxminən saat 21:45 radələrində tanışı Vidadi Axundovla birlikdə 4-cü mikrorayon ərazisində çayxanada çay içərkən Aydın mobil telefon vasitəsilə zəng edib Nuru adlı şəxsin yanında olan bir neçə nəfərlə onun üstünə hucum çəkərək döymələri barədə məlumat vermiş, sonra isə özünü çox pis hiss etdiyini və olduğu yeri deyərək təcili olaraq gəlməsini bildirmişdir. Tanışı Vidadi ilə birlikdə Emil adlı şəxsin idarə eldiyi “Daewoo Centra” markalı avtomobili ilə təcili olaraq Nizami rayonu 2-ci Köndələn küçəsinə gəlmişdir. Həmin ünvana çatanda şirkətin giriş qapısının qarşısında “Lifan” markalı avtomobil dayandığını və avtomobilin ətrafında bir neçə şəxsin olduğunu görmüşdür. Şirkətin həyətinə daxil olmuş və həmin vaxt dayanan şəxslərdən biri sonradan televizorda gördüyü adını Sərxan kimi bildiyi şəxs Vidadi ilə söhbət etməyə başlamışdır. Eminlə birlikdə şirkətin həyətinə daxil olmuş və Aydını şirkətin içərisində olan divanın üzərində yarı uzanmış vəziyyətdə oturub başını tutduğunu görmüşdür. Aydına yaxınlaşmış, sonuncu özünü pis hiss etdiyini demiş, Aydından nə olmasını soruşduqda sonuncu Nuru adlı şəxsin yanında olan Əhməd adlı şəxslə onu döydüyünü deyərək, xəstəxanaya aparmasını xahiş etmişdir. Aydına bu barədə polsə məlumat verib-vermədiyini soruşmuş, Aydında polisə zəng etdiyini demişdir. Aydının mobil telefonu ilə DlN-nin 102 xidmətinə yığıb hadisə yerinə polis gəlməsini xahiş etmiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Bundan sonra Aydını xəstəxanaya aparmışdır. O, hadisə yerə gəldikdə orada dayanan şəxslərdən biri Sərxan adlı şəxs olmuş, sonuncunu televizorda gördüyü üçün tanımış, digər şəxs isə Nuru adlı şəxs olmuşdur. Həmin vaxt orada bir qadın, iki nəfər başqa şəxslər olmuş, həmin şəxslərin qadınla birlikdə gəlməsini sonradan Aydın demiş. eyni zamanda arıq bədənli şəxsin şirkətin hüquqşünası Kamil olduğunu bilmişdir. Digər şəxs isə şirkətdə işləyən gözətçi Əli adlı şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən " x x x x ” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisində olmamış, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisəni görməmiş və hadisə barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən " x x x x ” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisində olmamış, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisəni görməmiş və hadisə barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayından ünvan 7 ünvanında yerləşən “xxxx” MMC şirkətinin rəhbəri Cavanşir Talıbovdan icarə müqaviləsi bağlayaraq həmin şirkəti “xxxx” təsisçisi olaraq fəaliyyətini hu günə kimi davam etdirir. Şirkətin fəaliyyəti yanğından mühafizə üzrə yanğınsöndürmə avadanlıqlarının təmiri və satışından ibarətdir. 06.07.2019-cu il tarixdə “Oxu.az" saytına baxanda görmüşdür ki, 2 nəfər Qarabağ əlili ata-oğul tərəfindən döyülməsi barədə məlumat veriblər. Linq vasitəsilə həmin məlumatı daha dəqiq oxumaq üçün sayta daxil olub baxdıqda məlum olmuşdur ki, həmin şəxslər kirayə götürdüyü şirkətin sahibi Cavanşir və onun oğlu Aydın tərəfindən döyülməsini bildirir. Həmin dəqiqə Aydınla əlaqə saxlamış və sonuncuya internet saytında yazılan məsələ ilə bağlı nə baş verməsini soruşmuşdur. Aydın bildirmişdir ki, qeyd edilənlər hamısı yalan və böhtandır. Belə ki, Qarabağ əlilləri onlar tərəfindən döyülməmişdir. Aydın həmin şəxslərin şər atmağını onlara sübut edəcəyini söyləmişdir. Bundan sonra özü şirkətə gələrək kamera görüntüsünə baxmış və görmüşdür ki, bir qrup Qarabağ əlili yanında adını sonradan bildiyi Nuru adlı şəxslə birlikdə Aydın və atası Cavanşirə yaxınlaşmaq istəmiş, lakin Aydın atası Cavanşirlə idarə etdiyi “Mersedes Vita” markalı avtomobilinə əyləşərək şirkətdən aralaşmışlar. Görüntü zamanı hər-hansı bir dava-dalaşın olmaması müəyyən olunmuşdur. Hətta Aydın həmin görüntünü telefonu ilə vidio çəkiliş edib götürmüşdür. 19 iyun 2019-cu il tarixdə təsisçisi olduğu şirkətin direktoru Murad İbrahimi mobil telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, özlərini Qarabağ əlilləri kimi qələmə verən şəxslər icarə götürdüyü ərazinin içərisinə daxil olaraq iş fəaliyyətlərinə mane olurlar və şirkətin icarə haqqını onlara verməyini tələb edirlər. Bundan sonra Təqsirləndirilən şəxs adlı şəxs zəng edərək görüşmək istədiyni bildirmişdir. Cavab olaraq Təqsirləndirilən şəxsla görüşməkdən imtina etmişdir. Belə ki, artıq onların pul tələb etməyini bilmişdir. Bir ay ərzində görüşməkdən imtina etməyi ilə əlaqədar Təqsirləndirilən şəxs yanında olan bir neçə Qarabağ əlilləri ilə birlikdə şirkətin iş fəaliyyətini bir ay dayandıraraq 30000 manat ziyan vurmuşlar. Artıq görmüşdür ki, şirkətin fəaliyyətinə onlar tərəfindən işləməyə icazə verilmir və məcbur olaraq Təqsirləndirilən şəxsla görüşmüşdür. Onunla görüşərkən Nuru icarəyə götürdüyü ərazidə ona məxsus olan ərazi olmasını, həmin ərazini də icarəyə götürməyə məcbur olduğunu demişdir. Faktiki olaraq Nurunun göstərdiyi yerdən istifadə etməmiş və heç bir yeri təhvil almamışdır. Lakin, Təqsirləndirilən şəxs göstərdiyi yeri icarəyə götürmədiyi təqdirdə yenidən iş fəaliyyətini dayandıracağını demiş və bu kimi hallarda hədə-qorxu gələrək məcbur etmişdir ki, hər ay 2000 manat ona kirayə haqqı ödəsin. Yoxsa yenidən Qarabağ əlillərini şirkətə gətirib yolu bağlayacaq və şirkətə daxil olan avtomobillərin giriş və çıxışına qadağa qoyacağını bildirmişdir. Şirkətin 18 nəfər işçisi olmuş və Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət təşkilatlarına xidmət göstərərək külli miqdarda vergi ödəmiş, məhz bu səbəbdən məcbur olaraq Təqsirləndirilən şəxs hədəsindən qorxaraq şirkətin iş fəlaiyyətini qorumaq məqsədilə Təqsirləndirilən şəxs ilkin olaraq 2019cu ilin avqust ayında 2000 manat pul vermişdir. Halbu ki, Təqsirləndirilən şəxs göstərdiyi yerin kimə məxsus olması bilinməmiş, həmin yer şirkətin marağında olmayan yer olmuş və eyni zamanda həmin yerdən heç vaxt istəfədə etməmişdir. Lakin məcbur olub fəaliyyət göstərdiyi şirkətin yolunu bağlamamaq məqsədilə Nuruya pul verməyə başlamışdır. Belə ki, Nurıı Bağırov bir dəfə öz başına olaraq şirkətə məxsus olan dəmir qapını yerindən çıxarıb aparmışdır. Bundan əlavə şirkətin istehsalat sahəsinin qarşısına bir avtomobil qum tökərək şirkətin fəaliyyətini iflic vəziyyətə qoymuşdur. Təqsirləndirilən şəxs ilkin olaraq 2000 manat pul verdikdən sonra sonuncu məcbur etmişdir ki, bundan sonra notariat kontoruna gedib 2000 manat pulun Təqsirləndirilən şəxs verilməsi ilə bağlı icarə müqaviləsi bağlasın. Təqsirləndirilən şəxs şirkətin giriş dəmir darvazasını öz başına olaraq çıxarıb aparmış, bundan sonra şirkətin istehsal sahəsinə bir avtomobil qum tökmüş, əlavə olaraq yanında gətirdiyi Qarabağ əlilləri kimi özünü təqdim edən Sərxan adlı şəxsi və sonuncunun yanında olan şəxslər şirkətdə işləyən şəxslərə yaxınlaşaraq hədə-qorxu gələrək şirkəti dağıdacağı və yandıracağı ilə hədələmişdir. Şirkətin aylıq dövriyyəsi 30000 manat olduğu təqdirdə şirkətin fəaliyyəti bir ay dayanmaqla artıq ona həmin məbləğdə ziyan vurmuşdur. Belə ki, “Sokarın” yanğın söndürmə balonlarını dolum etdiyi zaman həmin istehsalat gedən əraziyə qumun tökülməsi nəticəsində xammalla qumun birləşməsi nəticəsində keyfiyyətsiz xidmət olmuşdur. İş fəaliyyətinə uyğun olaraq şirkətə rəhbərlik edən Murad İbarimi olmuş, lakin 2019-cu ilin sentyabr ayından sonuncudan uzaqlaşmaq qərarına gəlmişdir. 06 sentyabr 2019-cu il tarixdə baş verən hadisə zamanı orada olmamış, lakin bu barədə məlumatı olmuşdur. Belə ki, şirkətdə olan müşahidə kameralarına baxdıqda görmüşdür ki, Təqsirləndirilən şəxs və bir neçə nəfər şəxs Zərərçəkmiş şəxs başına vururlar və sonuncu həmin şəxslərdən yayınmaq məqsədilə qaçır. Hadisə baş verməmişdən əvvəl Aydına bildirmişdir kı, şirkətdə olan balonları fəhlə gətirib oradan yığışdırsın. Zərərçəkmiş şəxs da hadisə baş verən günü balonları oradan fəhlələr vasitəsilə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs oraya gəlib dava-dalaş yaratmış və fəhlələrin işləməsinə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Bakı şəhəri, Nizami rayonu, 2-ci Köndələn küçəsində yerləşən "xxxx" şirkətində texnik, sürücü sonuncu dəfə isə 2019-cu ilin avqust ayından gözətçi işləməyə başlamışdır. 2019-cu ilin noyabr ayının əvvəlində həmin şirkətdən işdən çıxarılmışdır. İşlədiyi müddət ərzində, yəni 06 sentyabr 2019-cu il tarixdə təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs yanında olan iki nəfər kişi ilə şirkətə gəlmişdir. Daha sonra isə bildiyinə görə həmin kişilərdən birinin arvadı da şirkətə işləməyə gəlmiş, həmin şəxslər Aydınla birlikdə şirkətin içərsində olan yanğın söndürmə balonlarını şirkətin içərisində olan sexlərin birindən maşına yığıb şirkətin həyətində kənardan bir yerə yığmışlar. Bundan sonra Təqsirləndirilən şəxs yanında bir neçə nəfər şəxslə şirkətə gəlmiş, şirkətin qapısını həmin şəxslərə açmış. Nuru şirkətin həyətinə daxil olduqdan sonra şirkətin içərsində olan sexə tərəf getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında çəlikli bir nəfər və başqa tanımadığı bir şəxs olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə etmiş və aralarında olan mübahisə dava-dalaşa çevirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə və başına şillə ilə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yanında çəlikli olan şəxs Zərərçəkmiş şəxs əlindəki çəliklə boyun nahiyəsinə və bədəninə vurmuşdur. Sonra Aydın sexin içərsindən həyətə qaçmış, o, Təqsirləndirilən şəxs “bəsdi nəyə görə Aydını vurursuz, lazım deyil davanı saxlayın“ deyə bildirmişdir. Hətda şirkətin hüquqşünası Şahid4 Təqsirləndirilən şəxs öz iradını bildirərək dava-dalaşı sakitləşdirmək istəmişdir. Sonradan Zərərçəkmiş şəxs qohumu gəlib bu barədə polisə məlumat vermiş və Aydını aldığı xəsarətlə bağlı həkimə aparmışlar. Zərərçəkmiş şəxs həmin vaxt heç kimə fiziki güc tətbiq etməmiş, eyni zamanda döyməmişdir. Həmin vaxt hadisə yerində Nuru, Nuru ilə gələn iki nəfər şəxs, Aydın, Ramil, iki nəfər fəhlə və həmin fəhlələrdən birinin həyat yoldaşı olmuşdur. Sonradan hadisə yerinə Aydının qohumu və polis əməkdaşları gəlmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 06 sentyabr 2019-cu il tarixdə saat 20 radələriııdə şəhərdə olarkən, əri Şahid3 ilə mobil telefon əlaqəsi saxlayıb harada olmasını soruşmuş, sonuncu Heydər Əliyev prospektində 23-cü polis bölməsinin yaxınlığında olan şirkətə işləməyə getdiyini demişdir. Həyat yoldaşı Qalib ona işlədiyi yerə gəlməyi və birlikdə işdən çıxıb evə getmələrini bildirmişdir. Qalibin işlədiyi ünvana gəlmiş və orada qohumu Əsgərin əri Qaliblə birlikdə şirkətin içərisində olan yanğın söndürmə balonlarını şirkətin həyətinə daşıdıqlarını görmüşdür. Şirkətin içərisində Zərərçəkmiş şəxs işləyənlərə balonları hara düzməklərinə nəzarət etmiş, bir neçə dəqiqədən sonra adını sonradan bildiyi Nuru adlı şəxs yanında iki nəfərlə şirkətin içərisinə daxil olmuşdur. Həmin şəxslərdən biri içəri daxil olandan sonra yenidən bayıra çıxmış, lakin Nuru adlı şəxs yanında olan bır nəfər şəxslə birlikdə Aydına yaxınlaşaraq onu nalayiq küçə söyüşləri ilə təhqir elməyə başlamışdır. Nuru adlı şəxs qəfildən Aydının başından yumruqla vurmuş və sonra Aydının bədənə zərbələr endirməyə başlamışdır. Aydın, Nurunun yanında olan şəxslə onun üstünə hucum çəkdiyini görüb qaçaraq küçəyə çıxmış, Nuru və yanında o|an şəxslər Aydının arxasınca qaçaraq Aydını yenidən bayırda döyməyə davam etmişlər. O, Nuru və yanında olan şəxslərə qışqırıb «ayıb olsun, küçə söyüşləri söyürsünüz» deyib öz iradını bildirmişdir. Eyni zamanda «nə istəyirsiniz Aydından? əl çəkin» sözünü dedikdə əlində həsa olan şəxs üstünə gələrək onu çəliklə vuracağı ilə hədələmiş və təhqir etmişdir. Əri Qalib isə onlara yaxınlaşaraq aralı olun deyərək polisə məlumat verəcəyini demiş və telefonla zəng etmək istəmiş, lakin mobil telefonu avtomobildə qalmışdır. O, avtomobildən mobil telefonunu götürmək üçün getmək istədikdə Nuru mobil telefonla polisə zəng edəcəyini bildiyi üçün Qalibə gedib avtomobildən telefonu götürməməsini demişdir. Aydın döyülərək xəsarət alması ilə əlaqədar səhhəti pisləşərək ürəyi bulandığından qusmuşdur. Sonra Aydını tanıdığı şəxslər xəstəxanaya aparmışlar. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, həmin vaxt sonradan tanıdığı Nuru adlı şəxs yumruqla Aydının başından, yanındakı şəxs isə əlində olan həsa ilə Aydının başından və belindən vurmuş, hadisə təxminən 10-15 dəqiqə davam etmiş, eyni zamanda Zərərçəkmiş şəxs, Nuruya və yanında olan şəxslərə hər-hansı bir müqavimət göstərməmiş, Nuru yanında olan şəxslə Aydını döymüş və Aydın onların əlindən qaçaraq çölə çıxmışdır. Həmin şəxslər yenədə Aydını çöldə döymüşlər. Həyat yoldaşı və yanında olan qohumu onlara belə etməməyi dedikdə, Nuru və digərləri onları təhqir etməyə başlamışlar. Həmçinin polisə məlumat vermək məqsədilə mobil telefonu avtomobildən götürməyə qoymamışlar. 27 noyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2018-ci ilin oktyabr ayının 25-dən “X19 Azerbaijan” MMC-də hüquqşünas vəzifəsində işləmişdir. 2019-cu ilin sentyabr ayına qədər şirkətin qanuni təmsilçisi X10 olmuşdur. Həmin tarixdən hal-hazıradək direktor vəzifəsini X4 həyata keçirir. Təqsirləndirilən şəxs şirkətin bir neçə dəfə iş fəaliyyətini dayndıraraq onları məcbur edərək faktiki istiladə olunmayan 177 kv metr sahəni icarəyə götürməklərini bildirmişdir. Götürmədikləri təqdirdə iş fəaliyyətlərini dayandırmaq ilə hədələyib özünün yanında gətirdiyi Qarabağ əlilləri ilə birlikdə şirkətin yolunu kəsib müxtəlif yollarla iş faəliyyətini dayandırmışlar. Belə ki, şirkətin yolunda avtomobillər saxlamış, qum tökərək istehsal fəaliyyətini dayandırmışlar. Məhz bu səbəbdən şirkətin rəhbərliyi Nurudan çəkinərək və məcburiyyət qarşısında qalıb şikətin faktiki istehsalında həyata keçirmədiyi, istifadə etmədiyi və hal-hazırda qəzalı vəziyyətdə olan bir mərtəbəli anbarı Təqsirləndirilən şəxs ilk olaraq 2000 manat ödəməklə, daha sonra onun təhdidi ilə müqavilə bağlamışlar. Belə ki, hadisə baş verən gün, yəni 06 sentyabr 2019-cu il tarixdə işlərinin çox olması səbəbindən işdən sonra otaqda əyləşib müqavilələrin tərtibatı ilə məşğul olmuşdur. Həmin gün şirkətin təsisçisi Şahid5 obyektin mülkiyyətçisi olan Zərərçəkmiş şəxs axşam saatlarında obyektə gələcəyini və növbəti gün baş verəcək dezenfeksiya (təmizləmə) işlərinə görə obyektin və istehsalat bokslarının, anbarın tərkibində olan yanğınsöndürmə vasitələrinin (yanğın söndirmə balonlarının) çölə çıxaracağını bildirmişdir. Axşam saatlarında Zərərçəkmiş şəxs yanında olan fəhlələr ilə minik avtomobili ilə birlikdə obyektə gəlmişdir. Zərərçəkmiş şəxs obyektin giriş qapısı tərəfdə qarşılaşmışdır. Zərərçəkmiş şəxs balonların boşaldılması ilə bağlı Şahid5 göstərişini yerinə yetirmək üçün gəldiyini demişdir. Ciriş qapısı tərəfdə Zərərçəkmiş şəxsla ünsiyyətini tamamlamış və öz otağına işlərini davam etdirmək üçün getmişdir. Təqribən yarım saat sonra şirkətin növbəsini həyata keçirən Şahid6 otağa daxil olaraq Təqsirləndirilən şəxs 3 nəfər Qarabağ əlili ilə gəldiyini demişdir. Daha sonra növbətçi qapını açmış və Təqsirləndirilən şəxs əlillərlə birgə içəri daxil olmuş və obyektə baxış keçirəcəyini, hər şeyin qaydasında olub-olmadığını soruşmuş və Zərərçəkmiş şəxs balonları boşaltdığı obyektə tərəf istiqamətlənmişdir. Obyektin növbətçisi də onların arxaları ilə həmin anbara daxil olmuş, sonra anbarın daxilində Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə şillə ilə vurmuş, o həmin şəxsləri aralamağa çalışsada buna nail ola bilməmiş, daha sonra həmin hadisə obyektin çöl ərazisində də baş vermiş, yenə də növbətçi ilə birlikdə Zərərçəkmiş şəxs qarşı edilən zorakılıq hərəkətlərini, yəni Nuru tərəfindən şillə zərbələrinin qarşısını almağa çalışmış və tərəflər arasında olan mübahisənin qarşısını almağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs yanında olan Qarabağ əlili də əlindəki çəliklə Zərərçəkmiş şəxs bədən nahiyəsini Nuru ilə birikdə zərbələr enidirmişdir. Zərərçəkmiş şəxs obyektin içərsindən bayıra çıxmış, onlar yenidən obektin həyətində öz zorakılq hərkətlərini davam etdirmişlər. Hadisə Zərərçəkmiş şəxs oradan uzaqlaşmasından sonra bitmiş, o isə Qarabağ əlilini və Təqsirləndirilən şəxs sakitləşdirməyə davam etmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərlə əlaqədar xəstəxanaya aparmışlar. Daha sonra otaqda işlərini bitirdikdən təqribən 20-25 dəqiqə keçmiş obyektdən çıxaraq evə tərəf getmişdir. Şirkətin rəhbəri tərəfindən artıq Təqsirləndirilən şəxs istifadə etmədiyi sahəyə görə 2000 manat verilməməsi ilə bağlı qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs şirkətdən əsassız olaraq və hədə-qorxu gələrək pul tələb etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs şirkətin hüquqşünası olaraq müdüriyyətin mobil telefon vasitəsilə etdiyi hərəkətlərdən əl çəkməsini demiş, sonuncu isə cavab olaraq yenidən öz fikrindən dönməyərək əgər ona aylıq 2000 manat pul verilmədiyi təqdirdə yenidən problemlər yaradacığını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 08 oktyabr 2019-cu il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 8 ünvanda yerləşən “xxxx” MMC-nin həyətində baş vermişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 21 sentyabr 2019-cu il tarixli 952 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, ənsə nahiyəsinin dərialtı hematoması, sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinin qançırı, döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 06.09.2019-cu il tarixdə alınmaları mümkündür. Dərəcələrinə görə baş beyin silkələnməsi və ənsə nahiyəsinin dərialtı hematoması həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qançır və sıyrıq həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özündə videogörüntüləri əks etdirən bir ədəd DVD disk götürülmüşdür. İş materiallarında olan 21 noyabr 2019-cu il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, fayılda olan videogörüntü 06 sentyabr 2019-cu il tarixdə saat 2l:33:58-də başlayır, kamera müşahidəsinə düşmüş videoçəkilişdən görünür ki, «Qazel» markalı avtomobil dayanmış, həmin avtomobilin ətrafında müxtəlif əşyalar vardır, avtomobilin arxa tərəfindən bir neçə metr aralıda bir neçə nəfər şəxs toplaşaraq avtomobilə tərəf gəlir, həmin şəxslərdən biri Zərərçəkmiş şəxsdur, sonuncu və həmin şəxslər avtomobilin sol tərəfində bir neçə saniyə dayanaraq mübahisə edir, yəni həmin şəxslər Zərərçəkmiş şəxs başından vururlar, sonuncu həmin şəxslərdən yayınmaq məqsədilə aralarından çıxaraq bir qədər sərt yerişlə avtomobilin arxa tərəfindən qabaq tərəfinə gəlir, həmin şəxslər də onun arxası ilə hərəkət edir, həmin şəxslərin birinin əlində çəlik olmaqla çəliklə hərəkət edir və gedirlər. Bundan sonra saat 2l:34:29-da videogörüntü bitir. İş materiallarında olan 06 yanvar 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən hadisə yerindən götürülmüş, özündə videogörüntüləri əks etdirən bir ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan ƏMDKYDODRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş 22 noyabr 2019-cu il tarixli **********62 nömrəli mülkiyyət hüquqi haqqında şəhadətnamədən görünür ki, ünvan 9 ünvanda yerləşən 177,8 kvadrat metr sahəsi olan qeyri-yaşayış binası Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 30.10.2002-ci il tarixli 001912 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən Təqsirləndirilən şəxs adına dövlət reyestirində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Sözügedən qeyri-yaşayış binası ********** qeydiyyat nömrəli, 01.07.2019-cu il tarixli dövlət reyestrindən çıxarışla verilmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının özəlləşdirilməsi Deparlamenti tərəfindən verilmiş 30.10.2002-ci il tarixli 001912 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsinin tərtib edilməsinə dair sənədlər idarənin arxividə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışla ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 687,8 kv metr olan müəssisə "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oglu 19 may 1997-ci il tarixdə Bakı şəhər məhkəməsi tərəfindən 167ci maddəsinin 1-ci hissəsi, 71, 21-ci maddəsinin 2-ci hissəsi, 38, 23-1-ci maddələri ilə (köhnə redaksiya) təqsirli bilinərək 03 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, 30 iyul 1998-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 01 il 05 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan 17 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İstintaq Şöbəsinin vəsatətinin müdafiə ediməsindən imtina edilmişdir. İş materiallarında olan 19 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Nizami RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 06 yanvar 2020-ci il tarixli qərardan görünür ki, istintaqın hazırki mərhələsində Təqsirləndirilən şəxs aid hissədə istintaqı tamamlamaq mümkün olduğundan cinayət işinin materiallarından sonuncu ilə qabaqcadan əlbir olan X1 və istintaqa məlum olmayan həmin şəxsin barəsində, həmçinin Təqsirləndirilən şəxs və Sərxan Musayevin yüngül dərəcəli bədən xəsarəti almaları faktına görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 3 i.v.13-35). Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tədqiq və təhlil edərək aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs, zərər çəkmş şəxs Zərərçəkmiş şəxs vurmaması, sonuncunu sinəsindən itələməsi, hadisə zamanı tək olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, eyni zamanda iş üzrə şahid qismində dindirilmiş X1 və X7 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə verilmiş ifadə kimi qiymətləndirərək qəbul etmir. Məhkəmə, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid3, X3, Şahid5 və Şahid6 məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini, həmçinin İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid2 məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş ifadələrini iş materiallarına və işin faktiki hallarına uyğun hesab edərək qəbul edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, yəni 06 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində bir qrup şəxs halında ictimai yer olan ünvan 3 ünvanında yerləşən " x x x x ” Məhdud Məsuliyyətli Cəmiyyətin həyətyani sahəsində, Zərərçəkmiş şəxs tərəfindən dəvət olunmuş fəhlələr vasitəsi ilə qeyri-yaşayış binasına yığılmış yanğınsöndürmə balonlarının oradan çıxarılıb şirkətin ərazisinə yığılması zamanı həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bəhanə edərək, orada işləyən vətəndaşların narahatçılığına səbəb olmaqla, şirkətin iş fəaliyyətini dayandıraraq, insanların sıx olduğu həmin yerdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməklə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq mənəviyyat normalarını tapdalayaraq, özünü digər şəxslərin fövqündə üstünlüyünü nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ucadan nəlayiq ifadələr işlədərək bir qrup şəxslə onu yumruq və təpiklə vurub, sonuncuya baş beyin silkələnməsi, ənsə nahiyəsinin dərialtı hematoması, sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinin qançırı, döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır və cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, barəsində islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 17 dekabr 2019-cu tarixdən 19 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək islah işləri növündə cəzanın müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut bir ədəd «CD» disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 dekabr 2019-cu tarixdən 19 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut bir ədəd «CD» disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar