Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-9/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsi, ev 44- də qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11- də yaşayan və barəsində 07 oktyabr 2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,611 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 oktyabr 2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 1 ünvanının qarşısında Nizami RPl-nin 23-cü PB-nin əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPl-nin 23-cü PB-nə gətirilib polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,611 qram ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPl-nin 23-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Nizami RPl-nin 23-cü PB- nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə xidməti ərazidə olan zaman Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, həmin şəxslə söhbət aparan zamanı onun xarici görünüşündə narkotik vasitə istifadəçisinə xas əlamətlər olduğundan və hazırda da üzərində narkotik vasitə olması ehtimalını nəzərə alıb həmin şəxsi araşdırma aparılması məqsədilə 23-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə Müdafiəçi iştirakı ilə video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən siqaretin sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, tanımadığı şəxsdən 25 manat ödəməklə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Nizami RP-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid3 özünə məxsus mobil nömrədən ona zəng edərək, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsində yerləşən parkda görüş təyin etmiş, o da razılaşaraq həmin parka gəlmişdir. Parkda tanışı İbadov Razim ilə rastlaşmışdır. Razim İbadov parkda yerləşən icarə əsasında işlətdiyi kafelərdən birinə onu dəvət etmiş, o da dəvəti qəbul edib Razim adlı şəxslə çay içərkən mülki geyimdə bir neçə polis əməkdaşı ona yaxınlaşıb polis bölməsinə getməli olduğunu bildirmiş, o da razılaşıb əməkdaşlarla birgə bölməyə getmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansısa psixotrop maddə olmadığını, üzərindən aşkar olunmuş metamfetaminin isə onun üzərinə polis bölməsində qoyulduğunu bildirmişdir. Həmçinin qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ifadə verən polis əməkdaşları tərəfindən saxlanılmamış, onu parkda saxlayıb bölməyə təmin edən əməkdaşlar başqaları olmuşdur. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şahid3 onunla əlaqə saxladıqdan sonra, o təkrarən Şahid3 öz nömrəsindən yığmış, Tahir isə onun zənginə cavab vermədən “whatsapp” vasitəsilə əlaqə saxlamış və onlar görüş yerini və vaxtını dəqiqləşdirmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş və dindirilmiş X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, uzun illər atası ilə dostluq etmişdir. xx.xx.2024-cü il tarixdə təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmış, Asif parkda görüşünün olduğunu bildirmiş, bu zaman mülki geyimdə 4-5 nəfər şəxs içəri daxil olub, Asifə yaxınlaşıb bölməyə getməli olduğunu bildirmişdir. O polis əməkdaşlarından nə baş verdiyini soruşduqda, ona məsələyə qarışmaması bildirilmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, nəinki xx.xx.2024-cü il tarixdə, ümumiyyətlə Təqsirləndirilən şəxs zəng etməmiş, onunla danışmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmazdan bir neçə saat öncə Şahid3lə telefonla danışdığını, Tahirin ona məxsus mobil nömrəyə zəng edərək, onu görüşə çağırdığını və görüşə gedərkən polis əməkdaşları tərəfindən tutulduğunu bir daha təsdiq etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-102/2024 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "Bakcell” MMC-nin xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli məktublarına əlavə olunmuş 4 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəyə Nizami RPİ 23-cü PB-nin əməliyyat müvəkkili Şahid3 məxsus ***-***-**-** nömrədən xx.xx.2023-cü il tarixdə saat 15:06-da zəngin daxil olması, daha sonra isə internet üzərindən bağlantı qurularaq 65 saniyə ərzində davam etdirildiyi müəyyən edilmişdir. Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi: xx.xx.2024-cü il tarixdə saat 15:32-dən 19:48-dək davamlı olaraq və heç bir dəyişmə olmadan Bakı şəhəri, Heydər Əliyev prospekti 82/1 (Nizami RPİ 23-cü PB-nin inzibati binasının yaxınlığı) olmuşdur. Növbəti ünvan saat 20:21-radələrində Sabunçu rayon ərazisində müəyyən edilmişdir. (qeyd olunan müddət ərzində mobil nömrəyə zənglər daxil olmuş, müxtəlif nömrələrə zənglər edilmiş və internetə bağlanılaraq mobil telefondan istifadə olunmuşdur) Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 15:27-dən 19:48dək davamlı olaraq və heç bir dəyişmə olmadan Bakı şəhəri, Heydər Əliyev prospekti 82/1 (anten dairə İTC Plaza, Nizami RPİ 23-cü PB-nin inzibati binasının yaxınlığı) olmuşdur. (qeyd olunan müddət ərzində mobil nömrəyə zənglər daxil olmuş, müxtəlif nömrələrə zənglər edilmiş və internetə bağlanılaraq mobil telefondan istifadə olunmuşdur) Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında təkrar dindirilmiş Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə dəqiq xatırlamadığı tarixlərdə bir neçə dəfə telefonla danışmışdır. Belə ki, onun qohumu olan Rəvan adlı şəxs barəsində istintaqı aparılan cinayət işi ilə bağlı Asiflə əlaqə saxlamış və Nizami RPİ-nə getməli olduğu, barəsində məcburi gətirmə qərarının mövcud olduğunu bildirmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nə başqa cinayət işi ilə əlaqəli ifadə verməli olduğundan onunla əlaqə saxlamışdır. Qeyd olunan məsələ ilə bağlı təqsirləndirilən şəxs qeyd edilənləri təkzib edərək, bildirdi ki, Şahid3 ona məhz tutulduğu gün zəng etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Nizami rayon məhkəməsi tərəfindən Nizami RPİ-nə ünvanlanmış Təqsirləndirilən şəxs barəsində başqa cinayət işinin istintaqı ilə əlaqədar məcburi gətirmə barədə qərarın olub-olmaması və ya hər hansısa cinayət işi üzrə dindirilib-dindirilməməsi barədə xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq Nizami RPİ tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində yalnız AR-sı CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirləndirilməsinə dair ********* saylı cinayət işi mövcud olmuş və ona eyni maddə ilə ittiham elan edilərək baxılması üçün Nizami RM-nə göndərilmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında təkrar dindirilmiş Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o tutmuş, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində ona məxsus telefonun anten dairəsinin 23-cü PB-nin ətrafında müəyyən olunması ilə bağlı verilmiş suallara isə üzərindən çox vaxt keçdiyi üçün xatırlamadığını və bununla bağlı konkret heç nə deyə bilməyəcəyini qeyd etdi. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında təkrar dindirilmiş Şahid1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs o tutmuş, ona məxsus mobil telefonun anten dairəsinin həmin vaxtda başqa ünvanda göstərməsi, mobil telefondan həmin saatlarda internetə bağlanması ilə bağlı verilmiş suallara isə üzərindən çox zaman keçdiyinə görə konkret fikir bildirə bilməyəcəyini, ola bilsin ki, ona məxsus mobil telefonun bölmədə olan digər əməkdaşlar tərəfindən istifadə edilə biləcəyini qeyd etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cinayət işinin 5-ci səhifəsində öz əksini tapmış xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqlərində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 23-cü PB-nə gətirilmiş, üzərinə şəxsi axtarışın keçirilməsinə 19:30 radələrində başlanılmış, 19:50-də isə başa çatmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göəy rəngli cinsin sol yan yan cibindən 01 (bir) ədəd siqaretin sellofan bükülmüş bükümü təqdim etmişdir. Verilən suallara cavab olaraq qeyd olunan narkotik vasitəsinin olduğunu, tanımadığı şəxsdən 25 manat müqabilində aldığını bildirmişdir. Qeyd olunan protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, şahidlər Şahid2 və Şahid1 tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 6/5219 nömrəli ekspert rəyindən görünür ki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,561 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop metamfetamindir. İş materiallarında olan olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” və " qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdən azad edilərək barəsində "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan DİN BƏSİİ tərəfindən təqdim edilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X1- X2 dair xx.xx.2023-cü il tarixli, 7489 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması və öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli üzrə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Cinayət işi materialları ilkin olaraq tədqiq edilərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranmışdır. Belə ki, Nizami RPİ 23-cü PB-nin əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs saxlanılmadan bir neçə saat öncə zəng etməsi, daha sonra internet üzərindən əlaqə quraraq 65 saniyə boyunca danışığın davam etməsi faktı, onun təqsirləndirilən şəxsi öncədən tanıması və onu görüşə çağırması ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş fikri təsdiq etmiş olur. Bu da öz növbəsində təqsirləndirilən şəxsin üzərində narkotik vasitə ilə əməliyyat müvəkkili ilə görüşə gəlməsi ehtimalını şübhə altına qoymuş olur. Həmçinin Nizami RPİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla müəyyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-də başqa cinayət işi mövcud olmamış və hər hansısa cinayət işi ilə bağlı dindirilməmiş, ifadəsi alınmamışdır. Bu da öz növbəsində əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs başqa cinayət işi ilə əlaqəli dindirilməli olması və bununla bağlı ona zəng etməsi ilə bağlı irəli sürdüyü fikrin həqiqiliyini şübhə altına qoyur. Həmçinin ittiham aktı və cinayət işi materiallarına əsasən təqsirləndirilən şəxsin Nizami RPİ 23-cü PB-nin əməliyyat müvəkilləri Şahid1 və Şahid2 tərəfindən saxlanılması qeyd edilsə də, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, qeyd olunan polis əməkdaşları təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs saxlanılarkən saat 17:30 radələrində Nizami RPİ 23-cü PB-nin inzibati binasında olmuşlar. Belə ki, əldə olunmuş anten məlumatlarından müəyyən olunur ki, əməliyyat müvəkkilləri saat 15:32-dən 19:48-dək bölmənin inzibati binasında olmuş, bu müddət ərzində özlərinə məxsus mobil telefondan istifadə olunmuş, daxil olan zənglərə cavab verilmiş, həmçinin müxtəlif nömrələrə zənglər edilmiş, eyni zamanda internetə bağlanması halları əldə edilmiş anten məlumatları və daxil olan-çıxan zənglərin siyahısına əsasən müəyyən edilmişdir. Bu da öz növbəsində əməliyyat müvəkkillərinə məxsus mobil telefonların bölmədə qalması ilə bağlı fikirlərin reallığı əks etdirmədiyini təsdiq etmiş olur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid3 tərəfindən görüşə çağırılması, həmçinin Təqsirləndirilən şəxs cinayət işi materiallarında qeyd olunan əməliyyat müvəkkilləri tərəfindən şübhəli şəxs qismində saxlanılmaması həmin narkotik vasitənin onun üzərində olması faktını şübhə altına qoyur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokolları, şahid ifadələri məhkəmə istintaqı zamanı sübutlarla inkar edildiyindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin və reallığı əks etdirməyən şahid ifadələrinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələr mötəbər sayılmalı və qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Eyni Məcəllənin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. AR-sı CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut olan narkotik vasitə heroinin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra bu narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,561 qram olan psixotrop maddə metamfetamin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Nizami RPİ-də saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş anten məlumatlarını özündə əks etdirən 04 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 110 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbayçan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,561 qram olan psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş materiallarına əlavə edilmiş anten məlumatlarını özündə əks etdirən 04 ədəd CD disk maddi sübut qismində tanınsın və cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 110 manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-9/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-9/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver