Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-90/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1985-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2əsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talama məqsədilə 20 iyul 2023-cü il tarixdə, saat 18:32 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 70B ünvanında yerləşən "xxxx" ASCə məxsus bankomatın qarşısına gedərək həmin vaxt qeyd edilən banka məxsus bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncuya bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək Zərərçəkmiş şəxs1 məxsus, "xxxx" ASC-ə aid 4198 4185 6351 0369 nömrəli bank kartını alıb bankomata daxil edib sonuncunun ona bildirdiyi həmin bank kartının dörd rəqəmli şifrəsini bankomata daxil edərək pul çıxarmaq üçün müvafiq əməliyyatları yerinə yetirdikdən sonra kartı çıxarıb Zərərçəkmiş şəxs1 qaytararaq guya bankomatda pul olmamasını bildirib sonuncunun oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə bankomatdan çıxmış 850 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 850 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talama məqsədilə 20 avqust 2023-cü il tarixdə, saat 13 radələrində ünvan 4 ünvanmmda yerləşən "xxxx" ASC-ə məxsus bankomatın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 "xxxx" ASC-ə aid 6768 6771 7700 4375 nömrəli kartı ilə bankomatdan pul çıxaran zaman həmin bank kartının dörd rəqəmli şifəsini yadda saxlayıb Zərərçəkmiş şəxs2 bankomatdan pulunu çıxardıqdan sonra uzaqlaşmasını görüb sonuncunu çıxarılan pulun çekini götürməsi bəhanəsi ilə geri çağıraraq Zərərçəkmiş şəxs2 bank kartını bankomata yaxınlaşdırmasım xahiş etmiş, sonuncunun bank kartını bankomata yaxınlaşdırıb çekin çıxmadığını görüb oradan uzaqlaşmasından istifadə edərək yadda saxladığı karta aid dörd rəqəmli şifrəni bankomata daxil edib həmin kartdan 400 manat məbləğində pul vəsaitinin çıxarılması ilə bağlı müvafiq əməliyyatı .yerinə yetirərək elektron məlumat daşıyıcısından istifadə etməklə bankomatdan çıxmış 400 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 qızma 400 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,971 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 23 avqust 2023-cü il tarixdə, saat 14:35 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında oğurluq cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 0,971 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilən oğurluq əməllərini o törətmişdir, lakin saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. 20 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 70B ünvanının qarşısında yerləşən "xxxx"ın qarşısında sonradan soyadının və adının X6 olduğunu bildiyi şəxs ona yaxınlaşıb "xxxx"a məxsus kartı ona təqdim edərək kartı bankomata daxil edib oradan pul çıxardaraq özünə qaytarmasını xahiş etmiş, o da kartı Vahiddən alıb bankomata daxil edərək Vahid Əhmədov həmin kartın gizli şifrəsini qeyd edəndən sonra sonuncunun təklifi ilə hesabda olan puldan 850 manatının çıxarılması ilə bağlı əməliyyat aparmış, Vahid Əhmədov onun bankomatda apardığı əməliyyata diqqət yetirməmiş və o, bankomatda əməliyyatı bitirib kartı çıxarmış və bankomat pulları hazırlayarkən Vahid Əhmədova bankomatda pul olmadığını demiş və onu əli ilə digər bankomata doğru yönəltmişdir. Vahid Əhmədov həmin bankomatdan uzaqlaşan kimi əməliyyat apardığı bankomat 850 manat pulu çıxartmış və o, pulu bankomatdan götürüb oradan uzaqlaşmışdır. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 20 avqust 2023-cü il tarixdə, saat 13 radələrində ünvan 8 ünvanında yerləşən “Kapital Bank’hn bankomatınm qarşısında olarkən sonradan soyadı və adının Zərərçəkmiş şəxs2 kimi bildiyi şəxsin "Kapital bank’hn bankomatının qarşısında dayanıb pul çıxartmaq istədiyini görəndə ona yaxınlaşıb sonuncu kartdan pul çıxaran zaman kartının dörd rəqəmli şifrəsini yadında saxlamış, Zərərçəkmiş şəxs2 bankomatdan uzaqlaşandan sonra onu geri çağıraraq çıxartdığı pulun çekini götürməsini ona bildirmiş, bunun üçün Könülə bank kartını bankomata yaxınlaşdırmasını demiş, Könül kartı bankomata yaxınlaşdırandan sonra çekin çıxmadığını görmüş və oradan getmişdir. Həmin vaxt bankomatın ekranında Könülün kartı açıq vəziyyətdə qaldığından, o, yadda saxladığı şifrəni daxil etdikdən sonra kartın balansını idarə etmiş, xatırladığı qədərilə kartın balansında 494 manat pul olmuş, o, həmin puldan 400 manatını kartdan çıxarıb oradan uzaqlaşmışdır. Sonradan həmin pulu öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. İttiham olunduğu oğurluq əməlində özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Lakin üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı hissədə özünü təqsirli bilmir. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 70B ünvanında yerləşən "xxxx"ın qarşısında yerləşən bankomatdan pul çıxartmaq üçün ora getmiş, o, bankomatdan pul məxaric edə bilmədiyinə görə ilkin olaraq hesabında olan 1385 manat puldan 850 manatını çıxartmaq üçün ona yaxınlaşan oğlanın – adını sonradan bildiyi Təqsirləndirilən şəxs köməkliyini qəbul etmiş, Ramilə kartının balansından 850 manat pulunu çıxarmaq istədiyini bildirərək bank kartını vermiş və kartının 4 rəqəmli şifrəsini demişdir. Ramil özü kartın şifrəsini bankomatda yazaraq əməliyyat aparmağa başlamış, lakin bankomatda pul olmadığını deyərək kartını ona geri qaytarmış və yolun o biri tərəfində yerləşən bankomata yaxınlaşıb kartdan pulunu çıxarmasını tövsiyə etmiş, o, Ramillə birlikdə yolun digər tərəfinə keçmişdir. Bundan sonra, Ramil yolda ondan ayrılmış və oradan uzaqlaşıb çıxıb getmişdir. O da 20 avqust 2023-cü il tarixdə "xxxx"ın bankomatına yaxınlaşaraq kartını bankomata daxil edərək kartın 4 rəqəmli şifrəsini bakomatda yazmış, bu zaman kartın balansında 1385 manat puldan 850 manatın olmadığını, 535 manat qalıq qaldığını görmüş, həmin bankomatda kartının balansında qalıq qalmış 535 manat pulu özü çıxarmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, ona bankomatdan pul çıxartmaq üçün köməklik etmək istəyən Təqsirləndirilən şəxs kartından çıxardığı 850 manat pulu bankomatdan gizlicə götürərək oğurlamışdır. Ona ümumilikdə 850 manat ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirlən şəxsdən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 20 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs2 kart məlumatlarını əldə etməklə ünvan 10 ünvanının qarşısında yerləşən "xxxx"ın bankomatından onun 400 manat pulunu çıxardaraq oğurlamış şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün icraatına verilmiş əməliyyat tapşırığı ilə bağlı cinayəti törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində olduğu müəyyən edilmiş, 23 avqust 2023-cü il tarixdə, saat 14 radələrində Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin digər əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gedərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində Zərərçəkmiş şəxs2 kartından 400 manat pulun oğurlanmasında şübhəli olduğunu bildirərək onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində Aradan 10-15 dəqiqə keçəndən sonra, təhqiqatçının dəvəti ilə ora vəkil gedəndən və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edilmiş, o da əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü çıxarıb könüllü təhvil vermiş və üzərində digər qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını demişdir. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, Təqsirləndirilən şəxs səmimi olaraq bükümün içərisində narkotik vasitə-heroin olduğunu, həmin heroini saxlanmağından bir neçə saat əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manat pula əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadqəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla, onunla hər hansı münasibəti olmamışdır. 20 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarına bazarlıq etmək məqsədilə getmiş və sonra həmin tarixdə ünvan 11 ünvanında yerləşən "xxxx"a aid bankomatdan pul çıxartmaq üçün həmin bankomata yaxınlaşmışdır. Kartını bankomata salıb balansda olan 795 manat puldan 350 manatını çıxartmış, həmin vaxt ondan arxada gözləyən bir oğlan ona bankomatda çekin qaldığını deyərək geri çağırmış, o, dərhal geri qayıdıb kartını sensorlu oxucuya təqdim etmişdir. Orada bir qədər gözlədikdən sonra ekranda heç nəyin görsənmədiyini və çekin çıxmadığını gördükdə oradan uzaqlaşmışdır. Təxminən bir dəqiqə sonra ona mesaj gəlmişdir ki, "xxxx" ASC tərəfindən ona verilmiş 6768 6771 7700 4375 nömrəli plastik bank kartının balansında olan 400 manat pul eyni bankomatdan çıxarılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, "xxxx" tərəfindən özünün adma rəsmiləşdirilmiş 6768 6771 7700 4375 saylı hesab kartının 4 rəqəmli şifrəsini bankomatda yazan zaman onunla eyni növbədə dayanan tanımadığı həmin şəxs şifrəni yadında saxlamış, onu aldadaraq kartını sensorlu oxucuya yaxınlaşdırıb o, oradan uzaqlaşdıqdan sonra kartında olan 400 manat pulu ələ keçirmişdir. Sonradan ona aydın olmuşdur ki, onun kartından 400 manat pulu Təqsirləndirilən şəxs çıxartmışdır. Bununla bağlı, ona ümumilikdə 400 manat ziyan dəydiyindən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və sonuncunun ona vurduğu ziyanı qaytarmasını tələb edir. Həmin şəxsi əvvəllər tanımamış və xatırlamadığından, hazırda görsə, tanıya bilməyəcəkdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 6/4521 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 0,971 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli, 6053 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-791/2022 nömrəli hökmünə və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(002)-596/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5, 68.1.1-1, 67-ci maddələri tətbiq edilməklə qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ RM-nin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş olan 01 ay 29 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 01 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə, saat 14:35-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-360/2023 nömrəli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və "xxxx" ASC və "xxxx" ASC tərəfindən təqdim olunmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kartlarından pulların çıxarılmasını özündə əks etdirən 02 ədəd DVD disk və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kartlarından pulların çıxarılmasını özündə əks etdirən hesablardan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 07 ay (üç il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,921 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk, "xxxx" ASC və "xxxx" ASC tərəfindən təqdim olunmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kartlarından pulların çıxarılmasını özündə əks etdirən 02 ədəd DVD disk və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kartlarından pulların çıxarılmasını özündə əks etdirən hesablardan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 186 (bir yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-90/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-90/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver